AZЯRBAYCAN RESPUBLИKASI TЯHSИL NAZИRLИYИ
AZЯRBAYCAN DÖVLЯT ИQTИSAD UNИVERSИTETИ
«MAGИSTRATURA MЯRKЯZИ»
Abbasov Cavid Sadiq oğ lu
(MAGИSTRANTIN A.S.A.)
“Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və
rüsumlarının rolu” mюvzusunda
MAGИSTR DИSSERTASИYASI
Иstiqamяtin шifri vя adы
060401 Dünya iqtisadiyyatı
Иxtisasыn шifri vя adы
Gömrük işinin təşkili
Elmi rяhbяr
Magistr proqramыnыn rяhbяri
(A.S.A., elmi dяrяcя vя elmi ad)
A.S.A., elmi dяrяcя vя elmi ad)
Rəhbər i.e.n.Z.A.Şəkərəliyeva и.е.н.М.М.Асланова_________
Kafedra mцdiri _____________
проф.А.Ш.Шякярялийев
___________
(A.S.A., elmi dяrяcя вя elmi ad)
BAKI - 2016
2
MÜNDƏ R CAT
G R Ş
I FƏ S L. BÜDCƏ -VERG S YASƏ T N N HƏ YATA KEÇ R LMƏ S N N
NƏ ZƏ R - METODOLOJ Ə SASLARI
1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri
1.2. Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri
II FƏS L. BÜDCƏ GƏL RLƏR N N FORMALAŞMASI
XÜSUS YYƏ TLƏ R VƏ MÜAS R VƏ Z YYƏ T N N TƏ HL L
2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri
2.2. Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun dövlət
gəlirlərinə təsirinin təhlili
III FƏS L. BÜDCƏ GƏL RLƏR N N ARTIRILMASINDA
BÜDCƏ-VERG S YASƏT N N SƏMƏRƏL L Y N N
YÜKSƏLD LMƏS ST QAMƏTLƏR
3.1.Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin optimallaşdırılması
3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri
NƏT CƏ
Ə
DƏB YYAT S YAHISI
3
G R Ş
Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və
onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə
təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin
iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin
tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun
istifadə edilməsindən asılıdır.
Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndi-
rilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət
çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -
ə
saslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə
mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.
Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd -
ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma
nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və
icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin
artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən
ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil
olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır.
Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-
ləri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə
təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda
maliyyə vəsaiti müəyyənləşdirilir.
Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir.
Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və
fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin
nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və
digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait
qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək,
4
respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq
standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə
gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial
gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə
yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin
azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil-
ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi
mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.
Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və
həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi
işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl
vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir
sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə
funksiyasını normal şəkildə həyata keçirə bilsin.
Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə
vəsaitlərinin istehsal və sosial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin
tərkib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kə-
miyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. nkişaf etmiş
ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iqtisadiyyatda
tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funk-
siyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, təkmilləşdiril-
məsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna
iqtisadi təsiretmə vasitəsidir.
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun
olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks
etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin
çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın
məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata
keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsini,
5
istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini,
ölkənin regionlarının iqtisadi inkişafının tarazlaşdırılmasını, yerli özünüidarəetmə
orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi
şə
raitin yaradılmasını nəzərdə tutur.
Son illərdə respublikamızda həyata keçirilən iqtisadi və siyasi islahatlar dövlət
maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi sistemində əsaslı dəyişikliklərə səbəb
olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində,
aparılan struktur dəyişikliklərini maliyyələşdirilməsində, iqtisadiyyatın qabaqcıl
sahələrinin inkişafının stimullaşdırılmasında, əhalinin aztəminatlı təbəqəsinə sosial
yardımların verilməsinin təmin edilməsində real vasitəyə çevrilmişdir. slahatların
sonrakı mərhələlərinin həyata keçirilməsi bu məsələlərin elmi tədqiqindən, nəzəri,
metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir.
Bunanla əlaqədar, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin
məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin,
büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş
və bu problemi müasir dövrün reallıqlarına uyğun metodoloji yanaşma əsasında
tədqiq edilməsini zərurətə çevirmişdir. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin
tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət
kəsb edir. slahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-
praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda
son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna
müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin
tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata
keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni
nəzəri - metodoloji yanaşma tələb edir.
6
FƏ S L. BÜDCƏ -VERG S YASƏ T N N HƏ YATA KEÇ R LMƏ S N N
NƏ ZƏ R - METODOLOJ Ə SASLARI
1.1. Büdcə-vergi tənzimlənməsinin məqsəd və vəzifələri
Klassik siyasi iqtisad məktəbinin banisi şotland iqtisadçı - filosofu A.Smit
(1723-1790) obyektiv iqtisadi qanunların kortəbii fəaliyyətini iqtisadi prosesləri
dövlətin müdaxiləsi olmadan tənzimləmək qabiliyyətinə malik «gözə görünməz əl»
adlandırırdı. Lakin onun bu tezisi ancaq əmtəə istehsalının ilkin mərhələsi üçün
özünü doğrulda bilərdi və iqtisadi inkişafın sonrakı mərhələləri «kortəbiilik
nəzəriyyəsinin» əsassız olduğunu göstərdi. ngilis iqtisadçısı D. Rikardo (1789-1871)
klassik məktəbin davamçısı olsa da, iqtisadi qanunların obyektiv və kortəbii fəaliyyəti
ilə yanaşı onların dərk olunanan olduğunu qəbul edir və dövlətin iqtisadi siyasət
hazırlayaraq bu proseslərə müdaxıləsini tövsiyə edirdi. O, iqtisadi siyasətin əsas aləti
kimi vergiləri görürdü və «ən aşağı vergini ən yaxşı vergi» hesab edirdi.
Artıq XIX əsrin axırlarında həm mikro və həm də makroiqtisadi proseslərdə
dövlətin fəal rolu əhəmiyyətli dərəcədə hiss olunmağa başladı. Makroiqtisadi
tənzimləmə vasitələrinin köməyi ilə müəssisələrin fəaliyyətinə təsir göstərən dövlət
büdcə sisteminin formalaşdırılması mümkün oldu. Dövlət bazar münasibətlərinin
agentinə çevrildi. Bu zaman neoklassik iqtisadi nəzəriyyə dövlət büdcəsini
makroiqtisadiyyatın maraqları mövqeyindən nəzərdən keçirirdi.
Bu dövrdə bir çox iqtisadçılar, o cümlədən Amerika iqtisadçısı C.B. Klark
dövlət mexanizmlərinin məhdudluğunu və onun ümumi dövlət sosial-iqtisadi məsə-
lələrin həllində əhəmiyyətli rol oynaya bilməyəcəyini qeyd edirdilər. Bu nəzəriyyənin
tərəfdarları təbii inhisarçılıq sahələrinin rolunu yüksək qiymətləndirir və belə hesab
edirdilər ki, bu sahələr sərt dövlət tənzimlənməsi obyekti kimi qalmaqla cəmiyyətin
həm sənaye və həm də sosial problemlərinin həllində əsas rol oynamalıdırlar.
Keyns nəzəriyyəsi «əmək haqqı və qiymətlər elastik olduğu halda, iqtisadi
mənbələrdən tam istifadə edə bilmək üçün büdcə siyasəti tədbirlərinə (xərclərin
artırılmasına, vergilərin azaldılmasına) ehtiyac olduğunu müəyyən etmişdir». Keyns
7
göstərmişdir ki, məcmu tələb və təklif azlığını aradan qaldıran maliyyə siyasəti
həyata keçirilməsə, sürətlə artan işsizliyi aradan qaldırmaq olmaz .
Məşhur iqtisadçı P.Samuelsonun irəli sürdüyü ictimai rifah nəzəriyyəsində,
dövlətə və onun tənzimləmə funksiyasına xüsusi yer ayrılırdı. P. Samuelsona görə
bazarın fəaliyyətində «kənarlaşmalar» baş verir, yəni bazar qanunları işləmir, bazar
mexanizmləri isə lazımi nəticəni vermir. Bazarın bu «kənarlaşmaları» dövlətin büdcə
maliyyələşdirilməsi mexanizmləri hesabına aradan götürülür. Bu zaman ictimai
nemətlərin iki xüsusiyyəti özünü göstərir: rəqabətsizlik və istisnasızlıq. Rəqabətsizlik
şə
raitində cəmiyyətin hər hansı üzvü tərəfindən ictimai nemətlərin istehlak edilməsi
digər bir şəxs üçün bu istehlakın azalması deməkdir. stinasızlıq isə ictimai
nemətlərin cəmiyyətin bir üzvü tərəfindən istehlak edilməsi, bu nemətin cəmiyyətin
digər üzvü tərəfindən istehlak edilməsi imkanının istisna edilməməsidir.
Dövlətin nisbətən qapalı maliyyə sistemi əsasən iqtisadiyyatın səfərbərlik
modeli daxilində fəaliyyət göstərir. Bu zaman büdcə vasitəsilə cəmiyyətdəki geniş
təkrar istehsal proseslərinə dövlət təsirinin əhəmiyyəti və rolu çox yüksək olur.
Dövlət şəxsi təşəbbüs və sahibkarlıq fəaliyyəti üçün sərt çərçivəni müəyyən etməklə,
büdcə vasitəsi ilə investisiya, idarəçilik, sosial müdafiə və s. digər məsələləri həll
edir.
Maliyyə münasibətləri sisteminə daxil olan büdcə münasibətləri öz funksiya-
larını yerinə yetirmə prosesində ölkənin büdcə fondları şəklində maddiləşir. Maliyyə
ehtiyatlarının dövlətin əlində mərkəzləşmə səviyyəsini əks etdirən büdcə fondunun
konkret kəmiyyəti bir sıra amillərdən: iqtisadiyyatın inkişaf səviyyəsindən,
müəssisələrdə, təşkilatlarda və idarələrdəki təsərrüfatçılıq metodlarından, cəmiyyətin
həll etməli olduğu iqtisadi və sosial məsələlərdən, iqtisadiyyatın strukturunda nəzərdə
tutulan dəyişikliklərdən asılıdır.
Bu münasibətlər özünün çoxcəhətliliyi ilə xarakterizə olunur, çünki bu müna-
sibətlər bölgü münasibətlərinin ən müxtəlif səviyyələrində təzahür edir. Büdcə
münasibətlərinə ciddi təsir göstərən ümumi xarakterli amillər sırasında - hər şeydən
ə
vvəl ölkədə təkrar istehsal prosesinin idarə edilməsi səviyyəsini, vətəndaşlara göstə-
8
rilən xidmət metodlarını, dövlətin sosial-iqtisadi həyatının hər bir mərhələsində həll
etməli olduğu vəzifələri göstərmək olar.
Dövlət büdcəsini iqtisadi kateqoriya kimi xarakterizə edən ən vacib xüsusiy-
yətlərdən biri onun obyektiv xarakter daşımasıdır. lk baxışda, hər il dövlətin əlində
cəmləşən milli gəlirin həcmi, xüsusən onun bölüşdürülməsi prosesi dövlətin
iradəsindən asılı kimi görünür. Lakin əslində, istər milli gəlirin və dövlət büdcəsinin
həcmi, istərsə də onların bölüşdürülməsi prosesi ölkədəki istehsal sahələrinin inkişaf
səviyyəsindən, cəmiyyətin mövcud sosial-iqtisadi tələblərinin xüsusiyyətlərindən və
digər obyektiv amillərdən asılıdır.
Büdcə dövlətin hazırladığı iqtisadi siyasətin reallaşdırması üçün əsas vasitə
olmaqla, maliyyə siyasətini də reallaşdırmağın mühüm alətidir. O, pul fondlarının
formalaşması aləti olan vergilər və dövlət borclanması ilə yanaşı, həm də pul
fondlarının məqsədəuyğun xərclənməsinə aid olan maliyyələşdirmə, büdcədən əmək
haqqının ödənilməsi kimi tədbirləri özündə birləşdirir.
Büdcənin istehsal sahələrinə təsiri və onlarla qarşılıqlı əlaqədə olması - gəlirlər
və xərclər formasında təzahür edir. Büdcənin gəlirləri istehsal və qeyri-istehsal
sahələrinin əldə etdikləri mənfəətdən və bunun müqabilində ödədikləri vergilərdən,
həmin sahələrin özünün inkişafı isə qismən və ya təmamilə büdcədən
maliyyələşdirmə mənbələrindən xeyli asılıdır.
Bütün ictimai-iqtisadi formasiyalarda büdcə, dövlətin pul vəsaitlərinə olan
tələbatlarını ödəyir. Məhsuldar əmək tərəfindən yaradılmış yeni dəyər nəinki istehsal
məqsədli məsələlərin həllinə xidmət etməli, o, həm də vətəndaşların konstitusiya
hüquq və azadlıqlarını qoruyan dövlət təsisatlarının fəaliyyətini təmin etməlidir.
Bununla yanaşı əhalinin öz maliyyə tələbatını təmin edə bilməyən hissəsi, habelə
inkişaf səviyyəsi millətin ictimai təminatının indiqatoru hesab edilən sosial sahələr,
dövlətin və vətəndaşların təhlükəsizliyini təmin edən hüquq mühafizə orqanları və
ordu bilavasitə dövlətin himayəsindədir.
Dövlət büdcəsi iqtisadiyyat sahələrinin, ölkənin müdafiə tələblərinin və dövlət
idarə orqanlarının maliyyələşdirilməsi üçün lazım gələn pul fondlarının yaranması və
9
istifadəsi ilə əlaqədar, dövlətlə hüquqi və fiziki şəxslər arasında milli gəlirin
bölüşdürülməsi üzrə meydana gələn pul münasibətlərdir. Bu münasibətlər isə öz
növbəsində, iqtisadiyyatın ayrı-ayrı sahələrində müvafiq tədbirlərin həyata
keçirilməsi, ölkənin müdafiəsinin möhkəmləndirilməsi və dövlət idarəetməsinin
maliyyələşdirilməsi üçün büdcə fondunun yaradılması və istifadəsi ilə əlaqədardır.
qtisadiyyatı inkişaf etdirmək, əhalinin sosial-iqtisadi tələbatlarını ödəmək, ölkənin
müdafiə qabiliyyətini möhkəmləndirmək və cəmiyyəti idarə etmək məqsədi ilə dövlət
öz büdcəsini istehsal və qeyri-istehsal sfereları arasında, iqtisadi regionlar arasında
yenidən bölüşdürür. Büdcə vasitəsilə dövlət - ölkənin iqtisadi sistemini, bütövlükdə
iqtisadi münasibətləri tənzimləyir.
Cəmiyyət və iqtisadiyyat qarşısında duran vəzifələrdən asılı olaraq dövlət öz
gəlirlərini və xərclərini illik büdcə planı formasında tərtib edir. Belə olan halda,
dövlət öz gəlirlərinin mənbələrini və xərclərinin istiqamətlərini əvvəlcədən bilir və
müvafiq qurumların fəaliyyətini bu məqsədlərə yönəldir. Bu, hər bir dövlətin büdcə
siyasətinin əsas amili kimi qəbul edilir və bunun həyata keçməsi ancaq dövlətin
mükəmməl büdcə sistemi olduğu şəraitdə mümkündür.
Qeyd etmək lazımdır ki, «büdcə» anlayışı hüquqi-normativ aktlarda və elmi
ə
dəbiyyatda, monoqrafiya və dərsliklərdə bir qədər fərqli mənalarda işlədilir.
Məsələn, Rusiya Federasiyasının Büdcə Məcəlləsində o – «dövlət və yerli
özünüidarəetmənin vəzifə və funksiyalarını maliyyə cəhətdən təminat üçün nəzərdə
tutulan pul vəsaitləri fondunun yaradılması və istifadə olunması forması...» kimi,
digər elmi mənbə və dərsliklərdə - «əsas mərkəzləşdirilmiş pul vəsaitləri fondu» , «…
pul münasibətlərinin məcmusu, … əsas maliyyə planı», «… mühüm maliyyə
tənzimləyicisi…», «…real subyektiv maliyyə aləti (vasitəsi)…», «milli gəlirin
yenidən bölgüsünün əsas aləti», «dövlətin müəyyən müddət ərzində, adətən bir ilə
gəlir və xərclərinin smetası» kimi ifadə olunur.
Büdcə-vergi siyasəti maliyyə siyasətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-
iqtisadi inkişaf konsepsiyasına və iqtisadiyyatın, habelə ayrı-ayrı dövlət orqanlarının,
sahibkarlığın inkişafını təmin edən digər dövlət proqramlarına uyğun olaraq
10
hazırlanır. Büdcə – vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə
makroiqtisadi göstəricilərin sabit saxlanmasını təmin etməklə iqtisadi artıma nail
olmaq, maliyyə intizamının möhkəmləndirmə, dövlət büdcəsinin tərtibi və icrasının
təkmilləşdirmək, onun şəffaflığının artırmaqı, sahibkarlığa maliyyə dəstəyinin
gücləndirmək və inflyasiyanın səviyyəsini aşağı salmaqdan ibarətdir.
Eyni zamanda bu siyasətin əsas məqsədlərindən biri də, bütövlükdə büdcənin
həcm və tarazlığının tənzimlənməsidir. Burada əsas şərt – iqtisadi siyasət
çərçivəsində dövlət xərclərinin həcminə uyğun olaraq, büdcənin vergi gəlirləri
hesabına tarazlaşdırılması və nəticə etibarı ilə iqtisadiyyatın özündəki tarazlığın təmin
edilməsidir.
Ə
nənəvi büdcə tarazlığı nəzəriyyəsinə görə büdcə kəsiri və yaxud büdcə
artıqlığı iqtisadiyyatdakı real tarazlığı və ya iqtisadi tarazlığı dəyişdirmir. Buna görə
də büdcə-vergi siyasəti elə həyata keçirilməlidir ki, dövlət büdcəsi istənilən şəraitdə
iqtisadiyyatı zəiflətməsin. Ona görə də, həyata keçirilən iqtisadi siyasətin pozitiv
nəticələrindən başqa neqativ nəticələrinin də ola bilməsini yaddan çıxarmaq olmaz.
qtisadi tarazlığın təmin edilməsində, məcmu tələb və təklifin uzlaşdırılmasında
dövlət büdcəsinin rolu əvəzsizdir. Belə ki, dövlət büdcəsinin tarazlığı ümumi iqtisadi
tarazlığın taleyini əvvəlcədən müəyyən etmiş olur.
Təkrar istehsal prosesinin və cəmiyyətin ictimai həyatının, həmçinin dövlətin
ümumi fəaliyyətinin idarə edilməsi büdcəyə daxil olan vəsaitlər hesabına
maliyyələşdirilir və nəticə etibarı ilə büdcə vəsaiti dövlət idarəçiliyinin vacib iqtisadi
mexanizmi kimi çıxış edir. darəetmə mexanizmi lazımi səviyyədə fəaliyyət
göstərmədikdə, o, bir sıra mənfi nəticələrə, məsələn, mənbəyini vergi ödəmələri təşkil
edən büdcə gəlirlərinin tam həcmdə yığılmaması və s. neqativ halların yaranmasına
səbəb ola bilər.
qtisadiyyatın inkişaf etdirilməsində, istehsalın stimullaşdırılmasında və
həmçinin cəmiyyətin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin çox böyük rolu
vardır. Bu da özünü həm kəmiyyət və həm də keyfiyyət baxımından göstərir. Hər bir
ölkədə dövlət idarəetmə sisteminin başlıca şərtlərindən biri - bu sahədə görüləcək
11
tədbirlərin həyata keçə bilməsi üçün zəruri olan büdcə xərcləri ilə əlaqədardır. Ona
görə də hər il tərtib və təsdiq olunan büdcədə sosial xərclərə böyük əhəmiyyət verilir.
Dövlət büdcəsinin istehsal sahələri ilə qarşılıqlı əlaqələrinin ən təsirli
metodlarından - vergiqoyma və istehsal sahələrinin stimullaşdırılması metodlarını
göstərmək olar. stehsala bu yolla təsir göstərilməsi metodları eyni zamanda dövlət
büdcəsinin öz daxili iqtisadi mahiyyətini və rolunu da daha dərindən və geniş şəkildə
aşkar etməyə imkan verir. Büdcənin aşağıdakı istiqamətlərdə: ümumi daxili
məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi, iqtisadiyyatın dövlət
tənzimlənməsi, sosial-iqtisadi siyasətin həyata keçirilməsinin maliyyə təminatı və
mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi prosesində onun
məqsədyönlü olmasına dair bütün qanunların gözlənilməsinə nəzarət edilməsi istehsal
sahələrinə təsir göstərdiyini qeyd etmək lazımdır. Bu funksiyaların yerinə yetirilməsi
vasitəsilə büdcə həm istehsalın inkişafını və ümumi daxili məhsulun yaradılmasını,
həm də onun bölgüsünü və yenidən bölgüsünü təmin edir.
Dövlət, fondlarının yaradılması, müxtəlif istehsal sahələrinin və təsərrüfat
növlərinin stimullaşdırılmasını vergiqoyma metodu həyata keçirir. Büdcənin
istehsalla olan bu qarşılıqlı əlaqələrinin reallaşması - büdcə gəlirlərinin müxtəlif pul
fondları şəklində formalaşması, onun bölüşdürülməsi, sonra da həmin fondların
büdcə xərcləri maddələri üzrə məqsədyönlü şəkildə istifadə olunması formasında baş
verir.
Azərbaycan Respublikasının dövlət büdcəsi - ölkənin maliyyə sisteminin
başlıca həlqəsi, əsas maliyyə planı hesab olunur, ali qanunvericiliu orqanı olan Milli
Məclis tərəfindən qəbul olunaraq ölkə Prezidenti tərəfindən qanun şəklində təsdiq
olunur. Azərbaycan Respublikasının Büdcə sistemi haqqında qanuna görə büdcə –
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə
orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə
yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas
maliyyə sənədidir.
12
Dövlətin birbaşa tənzimləmə metodlarının əsas istiqamətlərindən biri də
iqtisadi artımla bağlıdır. Burada makroiqtisadi tarazlığa imkan verə bilən investisiya,
habelə tələblə yığım arasında ən əlverişli nisbətin yaradılması problemi, xüsusilə
böyük əhəmiyyət kəsb edir. Dövlətin həyata keçirdiyi iqtisadi tənzimləmə metodları
içərisində fiskal siyasət xüsusi yer tutur. Bu siyasət - büdcə vəsaitinin yaranması və
ondan istifadə edilməsi ilə əlaqədar dövlətin yeritdiyi maliyyə siyasətinin çox mühüm
tərkib hissəsi olmaqla, dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi kimi
iqtisadiyyata stabilləşdirici təsir göstərir. Təcrübə göstərir ki, bəzi ölkələrdə süni
büdcə tarazlığının yaradılması bu ölkələrin iqtisadiyyatını zəiflədir, istehsalı isə iflic
vəziyyətinə salır.
Büdcədə cəmiyyətin inkişafının tsiklik xarakteri və onun dinamikası əks
olunur, köhnə prinsiplər mütləq mənada inkar olunmur, bütün müsbət meyllər isə
inkişafın yeni mərhələsində nəzərə alınır. Son iki yüz illik inkişaf ərzində sənaye
dünyasının tsiklik inkişafının konkret ifadəsi tsiklik prosesdə gah sosial-iqtiadi
həyatın bazar tənzimləyicilərinin (iqtisadi səmərəliliyinin yüksəldilməsi meyllərinin
özünün məqsəd kimi qəbul etməsi), gah da sosial-iqtisadi proseslərinin dövlət
tənzimləyicilərinin (sosial ədalətə, sosial bərabərliyə doğru meyllər) rolunun
güclənməsi bir-birini əvəz etmişdir. Məlumdur ki, inkişafın tsiklik xarakterindən irəli
gələn nəzəriyyələrdən bir-birini əvəz edən iqtisadi və sosial məqsədlər iqtisadi
inkişafın tələbatlarına uyğun olaraq növbəylə aparıcı rol oynamışlar.
Bununla yanaşı iqtisadiyyatın səfərbəredici və qarışıq modelləri arasında bəzi
fərqlər mövcuddur. Ayrı-aryı ölkələrin qarışıq iqtisadiyyatını üç tipə ayırmaq qəbul
edilmişdir: neostat, neoliberal və mərkəzləşdirilmiş razılaşma. Onların hər üçünün
ümumi cəhətini strateji sosial-iqtisadi məsələlərin həllində dövlətin rolunun artması
təşkil edir. Bu məsələlərdən - xarici iqtisadiyyat, ekologiya və fundamental
tədqiqatlar sahəsində olan problemlər ön sıraya çıxır. Bununla yanaşı müstəqil statusa
malik olan, lakin ümummilli məsələlərin həlli ilə məşğul olan ictimai təşkilatların da
rolu artır. Yerli idarə orqanlarına xüsusi fikir verilir, onlar həmin ərazidə yaşayan
ə
halinin ən vacib ehtiyaclarını ödəməlidirlər.
13
Bununla yanaşı dünya iqtisadiyyatının qloballaması ilə əlaqədar müəyyən pro-
seslər meydana gəlir. Bir ölkə çərçivəsindən kənara çıxan transmilli korporasiyalar iş
qüvvəsinin miqrasiyasına, kapitalın və əmək resurslarının ixracına ciddi təsir
göstərirlər. Onların təsiri altında dünya təsərrüfatının yeni strukturu formalaşır və
beynəlxalq əmək bölgüsü dərinləşir.
Qarışıq qtisadiyyatın Yaponiya və Asiya-Sakit okean modelləri şəraitində
dövlət büdcəsi öz fərqli xüsusiyyətləri ilə seçilir. XX əsrin ikinci yarısında bu ölkə-
lərin iqtisadiyyatında baş verən struktur dəyişiklikləri yüksək texnologiyalar və ixrac
yönümlü istehsal sahələrinin inkişaf etdirilməsi ilə səciyyələnirdi. Yapon iqtisadi
möcüzəsi ölkənin innovasiya və sosial sahələrində büdcədən daha böyük
maliyyələşmə ayrılması ilə bağlı idi.
Bu şəraitdə dövlət xərclərinin xeyli artmasına baxmayaraq, kapital yığımı ilə
ə
laqədar vergiqoyma bazasının genişləndirilməsi sayəsində əldə edilən səmərə cari
büdcə kəsirindən yüksək olmuşdu. Uzun müddət yapon iyeninin digər valyutalarla
müqayisədə məzənnəsinin kəskin surətdə aşağı düşməsinin qarşısı alındı. Bu, ixracın
stimullaşdırılmasına şərait yaratsa da, faiz dərəcəsinə mənfi təsir göstərmirdi. Kredit
ucuz olaraq qalırdı və bu, həm əmtəə istehsalçıları, həm də dövlət idarə orqanları və
ev təsərrüfatı üçün əlverişli idi. Faiz dərəcələrinin müəyyən edilməsinə və kommer-
siya banklarının yenidən maliyyələşdirilməsində mərkəzi banklar fəal rol oynayırdı.
Asiya-Sakit okean regionu ölkələrinin bazarları xarici kapital tərəfindən zəbt
edilməsinə baxmayaraq, burada dövlətin rolu fəal olaraq qalırdı. Region ölkələrində
strateji planlaşmaya, o cümlədən büdcə planlaşmasına xüsusi fikir verilirdi ki, bu da
maliyyə resurslarının milli iqtisadiyyatın əsas istiqamətlərində cəmləşməsinə imkan
yaradırdı. «Miqyaslı iqtisadiyyat» effekti yaranırdı və dövlət transmilli maliyyə-
sənaye qruplarına çevrilən iri milli korporasiyaların inkişafını müdafiə edirdi.
XX əsrin 50-60-cı illərində büdcənin gəlir bazasının genişləndirilməsi məsə-
lələri və vergilərlə əlaqədar olan mülkiyyət hüquqi nəzəriyyəsi geniş yayılmışdı. Bu
nəzəriyyənin banisi R.Koue idi və Nobel mükafatı laureatı A.M.Onore, Amerika
14
hüquqşünası .Bekker kimi məşhur alimlər də bu nəzəriyyənin əsaslarının işlənib
hazırlanması üzərində çalışmışdılar.
Büdcə tənzimlənməsi ilə əlaqədar qarışıq iqtisadiyyatın neoliberal tipinin bəzi
xüsusiyyətlərini də nəzərdən keçirməyə ehtiyac var. Qarışıq iqtisadiyyatın bü tipi -
bazar tənzimləyicilərinə üstünlük verir, dövlətin rolu isə azad rəqabətin qorunub
saxlanılması üçün müvafiq şəraitin təmin edilməsi ilə məhdudlaşdırılır. Burada,
maliyyə siyasətində M.Fridmanın monetarist nəzəriyyəsinə üstünlük verilirdi. Büdcə
siyasəti ilə əlaqədar büdcə kəsirinin azaldılmasına yönəldilmiş tədbirlər həyata
keçirilirdi və bu, vergilərin yüksəldilməsi və ictimai xərclərin azaldılması yolu ilə baş
verirdi.
50-60-cı illərdə ABŞ prezidenti Trumen və Eyzenhauer belə siyasəti həyata
keçirirdilər. Lakin C.Kennedi «Nyu ekonomiks» prinsiplərini həyata keçirməyə
başladı. Bu prinsiplər Keynsin vergilərin azaldılması və dövlət xərclərinin
çoxaldılması yolu ilə məcmu tələbin genişləndirilməsi nəzəriyyəsinə əsaslanırdı. Eyni
zamanda, tsiklik inkişafın nəticələrini yumşaltmaq məqsədi ilə büdcə kəsirinin
genişləndirilməsinə yol verilirdi. Həmin dövrdə iqtisadiyyatın dövlət sektorunun
sürətli inkişafı əsasən kosmik və hərbi komplekslərin irimiqyaslı maliyyələşdirilməsi
ilə əlaqədar idi. Bu dövrdə dövlətin rolunun güclənməsi sosial müdafiə sisteminin
genişləndirilməsinin, işsizliyin səviyyəsinin azaldılmasının və strateji planlaşmanın
rolunun artmasının təsiri altında baş veriridi. Bu konsepsiyanı V.Leontyev və C.
Helrbeyt öz əsərlərində inkişaf etdirmişdilər.
Strateji planlaşmanın rolu regionların inkişaf proqramlarının işlənib hazırlan-
masında əks olunurdu ki, bu da ABŞ-ın Şimal və Cənub rayonları əhalisinin həyat
səviyyəsinin bərabərləşməsini təmin edirdi. Bütün bunlar o demək idi ki, iqtisadi
inkişafın neoliberal modeli tədricən neostat modelin elementləri ilə zənginləşirdi. Bu,
ABŞ və Qərbi Avropa iqtisadiyyatındakı islahatları bir-birinə yaxınlaşdırırdı. Bütün
bunlara baxmayaraq, neoliberal model daha çox nəzəriyyə kimi mövcud idi.
Qərbi Avropa, məsələn, Almaniya neoliberalizminin əsas xüsusiyyəti onun so-
sial yönümlü olmasında idi. Bu model sosial-bazar modeli konsepsiyasına əsaslanırdı.
15
Müharibədən sonrakı Almaniyada bu nəzəriyyənin davamçısı L.Erxard olmuşdu.
Alman neoliberalizmi ortoliberalist model idi. Bu modelin həyata keçirilməsi - pul
islahatlarını, dirijizm nəzəriyyəsindən imtina edilməsini, milliləşmənin ləğv
edilməsini, kiçik biznesin mudafiə edilməsini, müəssisələrin idarə olunmasında
işçilərin iştirakını nəzərdə tuturdu. Mənfəətə görə verginin və səhmdar cəmiyyətlər
üçün müəyyən edilmiş vergilərin azaldılması yolu ilə istehsal fəallığının
stimullaşdırılmasına xüsusi fikir verilirdi.
«Nyu ekonomiks» modeli əsasında neoliberalizm nəzəriyyəsi tədricən qarışıq
iqtisadiyyat nəzəriyyəsinə çevrilirdi. Bu xarici bazarlarda rəqabətin güclənməsi və
istehsalın təmərküzləşməsi və ixrac potensialının stimullaşdırıl-masında dövlətin
rolunun fəallaşması ilə əlaqədar idi.
Qarışıq tipli iqtisadiyyatın xüsusiyyətləri Qərbi Avropanın sveç, Hollandiya,
Belçika və digər ölkələrində özünü göstərirdi. Bu iqtisadiyyat «mərkəzləşdirilmiş
razılıq iqtisadiyyatı» adı almışdı. Bu ölkələrdəki iqtisadi modelin əsasını işverənlər,
hökumət və muzdlu işçilərin birgə məsuliyyəti təşkil edirdi.
Ümumiyyətlə, büdcə-vergi siyasəti - iqtisadyyatın özü-özlüyündə tam məşğul-
luğa nail olmasını təmin edən avtomatik nizamlayıcılar, real əmək haqqı elastikliyi,
yığım və investisiyaların faiz dərəcəsi, pulun yalnız istehlak üçün tələb edilməsi və s.
ə
sasında reallaşmasını nəzərdə tutur. Keyns bu fərziyyələrin doğru olmadığını qeyd
edərək, əmək haqqının və faiz dərəcəsinin elastik olmadığını, iqtisadiyyatın sərbəst
buraxılarsa, ancaq aşağı səviyyəli bir tarazlığa nail olunacağını, mənbələrin tam
istifadəsi üçün pul təklifini tənzimləyən pul siyasətilə yanaşı, büdcə gəlirini
artırmağa yönəlmiş bir maliyyə siyasətinin həyata keçirilməsinin vacibliyini də irəli
sürmüşdür. Bu nəzəriyyəyə əsaslanan büdcə siyasətinin həyata keçirilməsi istiqamət-
ləri çox genişdir. Nisbətən zəif inkişaf etmiş ölkələrdə büdcə siyasətinin həyata
keçirilməsi və fəaliyyət göstərməsi mümkün deyildir. Çünki məcmu tələbdəki
artımın, istehsalı və bilavasitə məşğulluğu artıracağı və pul vəsaiti mənbələrinin tam
istifadə olunmasını təmin edəcəyi fikirlər də mövcuddur.
16
qtisadi tarazlıq iqtisadiyyatda məcmu tələb və məcmu təklif tarazlığıdır. Bu
tarazlığın təmin edilməsində məcmu tələb və məcmu təklifin uyğunlaşdırılmasında
dövlət bölməsinin rolu böyükdür. Dövlət bölməsinin tarazlığı ümumi iqtisadi
tarazlığa müsbət və ya mənfi təsir edə bilər. qtisadi tarazlığın təmin edilməsində
istifadə oluna biləcək büdcə-vergi siyasətini ümumi olaraq üç bölmədə cəmləşdirə
bilərik. Büdcədə dövlət xərcləri ilə vergilərin bir-birinə uyğun olması büdcə tarazlığı
kimi qiymətləndirilir. Dövlət xərclərinin vergilərlə təmin olunmaması, borclanma
yaxud pul emissiyasından istifadə edilməsi - kəsirli büdcə və yaxud büdcənin kəsirlə
maliyyələşdirilməsi deməkdir. Ən əlverişli vəziyyət isə toplanan vergilərin dövlət
xərclərini üstələməsidir. Belə halda, büdcə artıqlığı əmələ gəlir və həmin artıq vəsait
adətən, dövlətin qızıl və valyuta ehtiyatlarının artmasına yönəldilir.
Bir qayda olaraq, büdcə-vergi siyasətində büdcə, vergilərlə dövlət xərclərinin
tarazlaşdırılmasına əsaslanır. Burada məqsəd odur ki, iqtisadiyyatın özündəki tarazlıq
büdcə qeyri-tarazlığı ilə pozulmasın.
Büdcənin pul emissiyası yolu ilə tarazlığının təmin edilməsi nəzəriyyəsində, ilk
növbədə dövlət xərclərini təmin etməsi üçün pul emissiyası ilə pul təklifi məsələsi
mühüm əhəmiyyət kəsb edir. Pul təklifini artırmaq, ilk növbədə qiymətlərin ümumi
normasını artıracaq və iqtisadiyyatda məcmu təklif ilə məcmu tələb artacaq, ancaq
məcmu məhsulu müəyyən edən məcmu təklif olmadığından, eyni həcmli mal və
xidmətlər daha yüksək qiymətlərlə satılacaq. Bu isə inflyasiya adlanan iqtisadi
təhlükənin yaranması deməkdir. Məhz bu nəticələrdən qaçmaq üçün büdcə-vergi
siyasətini iqtisadiyyatın vəziyyətinə uyğun olaraq həyata keçirmək lazımdır.
Dostları ilə paylaş: |