Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix09.12.2016
ölçüsü0,64 Mb.
1   2   3   4   5   6   7   8

1.2. Büdcə təsnifatı və büdcə gəlirlərinin formalaşması prinsipləri 

Respublikanın  büdcə  sistemi  bütün  büdcələrin  vahidliyi  və  müstəqilliyi 

prinspləri  üzərində  qurulmuşdur.  Bütün  büdcələr  sərbəstdir  və  onların  hər  biri 

müəyyən  vəzifə  və  funksiyanı  yerinə  yetirir.  Hazırda  respublikamız  müstəqil  bir 

dövlət  olmaqla  özünün  sərbəst  büdcə  hüququna  malikdir.  Büdcə  hüququ 

məfhumunda dovlət büdcəsi və onun ayrı-ayrı həlqələrinin tərtibi, müzakirəsi, təsdiqi 

və  icrası,  eləcə  də  büdcənin  yerinə  yetirilməsinə  dair  hesabatların  tərtibi  və  təsdiqi 

qaydaları  üzrə  mərkəzi  və  yerli  dövlət  hakimiyyət  orqanlarının  fəaliyyətini 

nizamlayan hüquqi normaların məcmusu başa düşülür. 

Dövlət  büdcəsinin  bölüşdürücü  və  nəzarət  funksiyaları  bir-birilə  sıx 

ə

laqədardır. Hər hansı bölgü nəzarətsiz həyata keçirilmir, yəni pul vəsaitləri ayrı-ayrı 



sahələrə yönəldildikdən sonra onun öz təyinatına uyğun qənaətlə xərclənməsinə ciddi 

nəzarət  edilir.    Bu  funksiyalar  dövlət  büdcəsinin  mahiyyətini  özündə  əks  etdirir.  və 

iqtisadiyyatın  bütün  sahələri  ilə  sıx  surətdə  bağlıdır.  Bu  funksiyalar  əsas  etibarilə 

bölgü və nəzarət funksiyası kimi qəbul olunur . Bütün bunlar birlikdə dövlət büdcəsi 

mexanizmini  təşkil  edir.  Dövlət  büdcə  mexanizmi  ilə  özünün  sosial-  iqtisadi 

məsələlərini  həll  edir,  maddi  istehsal  və  qeyri-istehsal  sferasının  inkişaf 

etdirilməsində əsas rol oynayır. 

Azərbaycan  Respublikasının  qanunvericilik  sistemində  ən  yüksək  hüquqi 

qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasında büdcə sisteminin 

ə

sas  tərkib  hissələrindən  biri  olan  dövlət  büdcəsinin  hüquqi  əsasları  barədə  bir  sıra 



müddəalar öz əksini tapmışdır. 

Konstitusiyanın  109.2  və  119-cu  maddələrinə  əsasən  –  «Azərbaycan  Respub-

likasının  Nazirlər  Kabineti  dövlət  büdcəsinin  layihəsini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim edir, Azərbaycan Respublikasının Prezidenti isə 

həmin layihəni Milli Məclisin təsdiqinə verir». Konstitusiyanın 95-ci maddəsinin 5-ci 

bəndinin tələblərinə əsasən – «Azərbaycan Respublikasının Prezidentinin təqdimatına 

ə

sasən Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  təsdiq  edilməsi və  onun icrasına 



 

18 


 

nəzarət  məsələlərinin  həlli  Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətinə 

daxildir». 

«Büdcə  sistemi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  qəbulu 

ölkənin  sosial-iqtisadi  inkişafında  əhəmiyyətli  rol  oynayan,  dövlətin  iqtisadiyyata 

təsir  alətlərindən  olan  dövlət  büdcəsinin  tərtibi  prosesınin  əsaslarını  müəyyənləşdır-

mişdir.  Qeyd  olunmalıdır  ki,  ilk  dəfə  olaraq  bu  Qanunla  aşağıdakı  sənədlərin Azər-

baycan Respublikasının Milli Məclisinə təqdim edilməsi nəzərdə tutulmuşdur: 

 - növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında Qanun layihəsinə dair izahat; 

 - Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və 

sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri; 

 -  büdcə  gəlirləri  təsnifatının,  funksional,  iqtisadi  və  təşkilati  təsnifatların 

paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi; 

 - dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat; 

 - növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq 

paraqraflar səviyyəsində layihəsi;  

 - növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə 

icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya, layihələrini özündə əks 

etdirən dövlət investisiya proqramlarının layihələri;   

 - növbəti büdcə ili üzrə gəlirlərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticə-

ləri ələ, habelə xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi; 

 

-  funksional,  iqtisadi  və  təşkilati  təsnifatın  paraqrafları  səviyyəsində  cari  ilin 



dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti;  

 - cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat; 

 - büdcədənkənar əməliyyatlara dair icmal hesabat; 

 -  keçən  büdcə  ilində  faktiki  və  cari  büdcə  ələndə  gözlənılən  maliyyələşdirmə 

mənbələri barədə hesabat. 

Həmçinin  dövlət  büdcəsinin  və  büdcədənkənar  dövlət  fondları  büdcələrinin 

tərtibi,  icrası  və  icrasına  nəzarət  üzrə  əməliyyatların  əlaqələndirilməsi  işinin  həyata 

keçirilməsi  üçün  tədbirlər  planının  hazırlanması  da  Qanunda  nəzərdə  tutulmuşdur. 



 

19 


 

Belə  ki,  icmal  büdcənin  hazırlanması  üçün  büdcədənkənar  dövlət  fondları  büdcə 

layihələrini  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  təqdim  etməlidirlər. 

Bununla əlaqədar olaraq müvafiq orqanlar arasında olan münasibətləri nizamlayacaq 

bu  tədbirlər  planı  da  hazırlanaraq  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

təqdim edilmişdir. 

 «Büdcə  sistemi  haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  icmal 

büdcə  anlayışı  özündə  -  dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinin,  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlarının,  büdcədənkənar 

dövlət  fondlarının  gəlir  və  xərclərinin  funksional  və  iqtisadi  təsnifata  uyğun 

paraqraflar  səviyyəsində  icmalını  əks  etdirir.  cmal  büdcə  göstəricilərinin  növbəti 

büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda təsdiq olunması mühüm əhəmiyyət 

kəsb edir. Belə ki, əvvəllər dovlət büdcəsi yalnız dövlət sektorunun əməliyyatlarının 

bir  hissəsini  özündə  birləşdirirdisə,  icmal  büdcədə  dövlətin  demək  olar  ki,  bütün 

maliyyə resursları öz əksini tapır. Bu Qanunun mühüm cəhətlərindən biri də - dövlət 

büdcəsindən  maliyyələşən  təşkilatların  büdcədənkənar  əməliyyatlarının  dövlət 

büdcəsinin tərkibinə daxil edilməsi olmuşdur. 

Büdcələrin layihəsinin tərtibi, baxılması, təsdiqi və icrası büdcə prosesi adlanır. 

Büdcə prosesi Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanuna əsasən 

həyata keçirilir. Büdcə ili yanvarın 1-dən dekabrın 31-dək olan bir dövrü əhatə edir. 

Büdcə  ilində  planlaşdırılmış  gəlir  və  xərclərin  yerinə  yetirilməsi  əsas  məsələlərdən 

biridir.  Büdcə  planlaşdınlması  ölkədə  əmək  material,  maliyyə  ehtiyatlarından 

səmərəli  istifadə edilməsinə  şərait  yaradır.  Büdcə planlaşdırılması büdcənin  tamlığı, 

reallığı və vahidliyi prinsipi üzərində aparılır. 

Dövlət  büdcəsinin  təsdiqi  və  onun  icrasına  nəzarət  Milli  Məclisə  və  Nazirlər 

Kabinetinə  həvalə  edilmişdir.  Eyni  zamanda  respublika  büdcəsinin  gəlir  və 

xərclərinin  yerinə  yetirilməsinə  Maliyyə  Nazirliyi,  Vergilər  Nazirliy ,  Gömrük 

Komitəsi və icra orqanları bilavasitə cavabdehdir. 

«Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  tərtibi  və  icrası  Qaydaları» 

Azərbaycan  Respublikası  Konstitusiyasının,  «Büdcə  sistemi  haqqında» Azərbaycan 



 

20 


 

Respublikası  Qanununun  və  qüvvədə  olan  digər  normativ-hüquqi  aktların  müvafiq 

müddəalarından istifadə edilməklə dövlət büdcəsinin tərtibi və icrası prosesi zamanı 

yaranan münasibətləri tənzimləmək rolunu oynayır. 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  layihəsinin  hazırlanması  ilə  bağlı 

işlərin  təşkili,  layihənin  tərtibi  və  təsdiq  edilməsi,  büdcə  göstəricilərinin  təşkilatlara 

göndərilməsi,  dövlət  büdcəsinin  icrası  və  icrasına  nəzarət,  büdcəyə  yenidən 

baxılması,  dövlət  borcu  və  ona  xidmət  göstərilməsi  və  digər  bir  sıra  məsələləri, 

həmçinin  dövlət  büdcəsinin  yerli  büdcələr  və  büdcədənkənar  dövlət  fondları  ilə 

münasibətləri bu qaydalar vasitəsi ilə tənzimlənir. 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  məqsədi  -  ölkənin  iqtisadi,  sosial 

və  digər  strateji  proqramlarının  və  problemlərinin  həlli,  dövlətin  funksiyalarının 

həyata  keçirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maliyyə 

vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdən ibarətdir. 

 Büdcə  gəlirlərini  təmin  edən  orqanların  təqdim  etdikləri  büdcə  layihələrinə 

keçən  ildə  əldə  edilmiş  və  cari  ildə  gözlənilən  büdcə  gəlirlərinin  məbləği,  hesab-

lanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri, büdcə 

gəlirlərinin  keçən  ildə  faktiki  və  cari  ilin  sonuna  gözlənilən  qalığı,  növbəti  il  üçün 

təklif olunan büdcə gəlirlərinin həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği, 

büdcə-vergi  siyasətində  nəzərdə  tutulmuş  tədbirlərin  qiymətləndirilməsinə  dair 

göstəricilər, sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi, digər zəruri göstəricilər 

ə

lavə olunmalıdır. 



Büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair 

göstəricilər  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  hazırladığı  büdcə 

göstəricilərinin  tərtiblərinə  dair  təlimat  məktubuna  müvafiq  olaraq  tərtib  olunur  və 

təqdim  edilmiş hesablamalarda büdcə-vergi siyasətində nəzərdə  tutulmuş  tədbirlərin 

büdcə  gəlirlərinə  təsiri  (tədbirin  həyata  keçirilməsində  mütləq  ifadədə  yaranan 

dəyişiklik və onun büdcə gəlirlərində xüsusi çəkisi), büdcə-vergi siyasətində nəzərdə 

tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalarla bağlı məlumatlar daxil 

edilməlidir. 



 

21 


 

Dövlət büdcəsindən maliyyə yardımı almaq istəyən bələdiyyələr may ayının 1-

dək  cari  ilin  gözlənilən  və  ötən  ilin  büdcəsinin  faktiki  nəticələri  barədə  arayışı, 

növbəti  büdcə  ili  üzrə  yerli  büdcələrin  nəzərdə  tutulan  gəlirləri  və  xərcləri,  dövlət 

büdcəsindən  ayrılacaq  dotasiyanın  və  digər  maliyyə  yardımlarının  həcminin 

ə

saslandırılması  barədə  məlumatları,  ötən  ildə  yerli  büdcənin  icra  vəziyyəti  barədə 



auditor  rəyi,  sorğu  əsasında  digər  materialları  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinə təqdim etməlidirlər. 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  icrası  və  icrasına  cari  nəzarət 

mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  və  onların  tabeliyindəki  təşkilatlar 

tərəfindən  dövlət  xəzinədarlığı  vasitəsi  ilə  icra  edilir.  lin  sonuna  bütün  xəzinə 

hesablarının  qalıqları  dövlət  büdcəsinin  vahid  xəzinə  hesabına  köçürülür.  Dövlət 

büdcəsinin  icrasına  dair  hesabatın  layihəsi  və  icmal  hesabat  Maliyyə  Nazirliyi 

tərəfindən hazırlanır. 

Dövlət  büdcəsinin  icrası  barədə  illik  hesabat  və  müvafiq  qanun  layihəsi 

qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  materiallarla  birlikdə  hazırlanaraq  aprel 

ayının  25-dək Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə,  may  ayının  5-nə  kimi 

isə Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. Dövlət büdcəsinin gəlir və 

xərclərinin auditi qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Hesablama 

Palatası tərəfindən aparılır. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindən  büdcə  təşkilatlarında 

dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan qanunvericiliyə riayət olunması, 

dövlət  vəsaitinin  qorunması,  hesabatın  düzgün  tərtibi,  vəsaitlərin  səmərəli  istifadə 

olunması, xəzinədarlığın təşkili və aparılması, şəbəkə, ştat, kontingent üzrə planların 

yerinə  yetirilməsi,  maddi  dəyərlilərin  qorunub  saxlanılması,  vəsaitin  istifadəsində 

ciddi qənaət rejiminin tətbiq olunması, əmək haqqı, əsaslı təmir, mal alışları, xidmət 

haqlarının  ödənilməsi  xərcləri  üzrə  normativlərə  riayət  olunması  və  digər  məsələlər 

yoxlanılır. 

Dövlət büdcəsinin kəsirinin məbləği dövlət büdcəsi haqqında qanunla müəyyən 

edilir və məbləğ dövlət borcu, kredit və digər mənbələr hesabına bağlanılır.  



 

22 


 

Büdcə ili ərzində gəlir və xərclərin arasında uyğunsuzluq yaranarsa bu barədə 

Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilməklə 2 gün müddətində 

məsələ  aidiyyəti  orqanların  iştirakı  ilə  Nazirlər  Kabinetinin  iclasında  müzakirə 

edilərək  vəziyyətin  tənzimlənməsi  barədə  həmin  təşkilatlara  tapşırıqlar  verilir.  Əgər 

bu  müddət  ərzində  vəziyyət  sabitləşməzsə  dövlət  büdcəsinin  gəlir  və  xərclərinə 

yenidən baxılması təklifi ilə Azərbaycan Respublikası Prezidentinə müraciət olunur. 

Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az daxil 

olarsa onda müdafiə olunmuş xərc maddələri istisna olmaqla digər xərclər mütənasib 

şə

kildə  azaldılır.  Əgər  büdcə  gəlirləri  ilin  birinci  yarısında  nəzərdə  tutulan 



göstəricidən  30  faiz  az  olarsa,  vəsait  çatışmazlığı,  büdcə  kəsiri  müəyyən  olunmuş 

həddən  yüksək  olarsa  və  aidiyyəti  orqanlar  tərəfindən  əsaslandırılmış  təklif  təqdim 

olunmazsa  onda  Nazirlər  Kabineti  sentyabr  ayının  15-dən  gec  olmayaraq  dövlət 

büdcəsində  dəqiqləşdirmə  aparılması  barədə  Azərbaycan  Respublikası  Prezidentinə 

müraciət edir. 

Ölkədə müvafiq sosial və iqtisadi Proqramların həyata keçirilməsi üçün dövlət 

zəmanəti  əsasında  alınmış  borcun  məbləği,  onun  istifadəsi,  xidmət  göstərilməsi  ilə 

bağlı məlumatlar dövlət büdcəsinə daxil edilir. Bundan başqa dövlətin daxili və xarici 

borclarının yuxan həddi müvafiq büdcə ili üçün qəbul olunan qanunla müəyyən edilir. 

Maliyyə Nazirliyi borcun uçotunu aparmaqla rübdə bir dəfə dövlət borcunun həcmi, 

borcun  növünə  görə  tərkibi,  borcun  kreditorlar  üzrə  tərkibi,  borcun  sahələr  üzrə  və 

təyinatına görə tərkibi, borcun faiz dərəcələri və qaytarılma  müddətləri üzrə tərkibi, 

dövlət borcu ilə bağlı məlumatları mətbuatda dərc edir. 

Dövlət büdcəsi müəyyən dövr üçün tərtib edilir və müddəti bir qayda olaraq bir 

il  müəyyənləşdirilir.  Həmin  ilə  dünyanın  bütün  ölkələrində  maliyyə  ili  deyilir. 

Maliyyə  ili  təqvim  ili  demək  deyildir,  lakin  təqvim  ilinə  uyğunlaşdırılması  çox 

asanlıqla mümkündür. Dünyada qəbul olunmuş ümumi ənənə ondan ibarətdir ki, yeni 

büdcə təqvim ilinin bitməsinə ən azı iki ay qalmış təsdiq olunur və yeni maliyyə ili 

başlayır.  


 

23 


 

Dövlət  büdcəsində  dövlət  xərcləri  və  gəlirləri  qarşıdan  gələn  bir  il  üçün 

nəzərdə  tutulur.  Maliyyə    ilinin  sonunda büdcəni  idarə  edənlər  və  həyata  keçirənlər 

dövlət xərclərinin və gəlirlərinin ölçülərini və mənbələrinin proqnozlaşdırılan şəkildə 

icra  olunub-olunmadığı  barədə  hesabat  verirlər.  Maliyyə  ili  başlamamışdan  əvvəl 

yeni  maliyyə  ilinin  gəlir  və  xərcləri  proqnozlaşdırılır.  Bu  proqnozlar    əsasında  da 

növbəti ilin büdcəsi tərtib olunaraq, təsdiqə verilir.  

Bazar  iqtisadiyyatı  şəraitində  dövlət  bölməsində    qarşıdan  gələn  bir  il 

müddətində  hansı  xidmət  proqramlarının  reallaşdırılacağı,  bu  proqramların  maliyyə 

təminatının  məbləği  və  hansı  bölmələr  tərəfindən  maliyyələşdiriləcəyi  əvvəlcədən 

müəyyən edilir və məhdudlaşdırılır. Bütün bunlar tətbiq olunarkən büdcə layihəsində 

öz əksini tapır və təsdiq olunaraq icraya verilir.  

Büdcə  layihəsi  təsdiq  olunarkən  qanunverici  orqanın  müəyyən  edilmiş  dövlət 

xidmət  proqramlarını  həyata  keçirmək  üçün  büdcəni  icra  edən  orqana  verdiyi 

səlahiyyət  təxsisatın  məbləği  çərçivəsində  olur.  Yəni  büdcəni  idarə  edənlər  hər  bir 

xidmət  üçün  müəyyən  olunmuş  məbləğdə  pul  xərcləməlidirlər.  cra  orqanı  qanunda 

ona verilmiş bu səlahiyyəti aşa bilməz və ya dəyişdirə bilməz. Təxsisatlar (ayrılmış 

məbləğ)  müəyyən  bir  dövlət  proqramına  xərclənə  biləcək  ən  yüksək  həddlər 

daxilində  hesablanır  və  icra  orqanına  həvalə  edilir.  Belə  bir  sistematik  idarəçiliyin 

izahatlarının  nəticəsi  ondan  ötrüdür  ki,  qanunla  qabaqcadan  icazə  verilmədikdə 

müəyyən bir sahə üçün (istisna halları nəzərə almasaq) müəyyən olunmuş məbləğdən 

artıq vəsait xərclənməsi və ya müəyyən  olunmuş məbləğin miqdarının dəyişdirilməsi 

yolverilməzdir.  Dövlət  büdcəsinin  büdcə  qanunu  qəbul  olunmadan  və  dövlətin 

səlahiyyətli  nümayəndələri  tərəfindən  səlahiyyət  verilmədən  heç  bir  dövlət  xərci 

həyata keçirmək və gəlir toplamaq (vergi qanuları qəbul olunmuş olsa belə) mümkün 

olmadığı  kimi  büdcə  qəbul  olunduğu  zaman  belə  verilmiş  səlahiyyətlərdə  və 

təxsisatlarda  dəyişiklik  edilməsi  də  yalnız  qanunverici  orqanın  səlahiyyətlərinə 

daxildir.  

Dövlət  büdcəsindən  qanunverici  orqan  verdiyi  təxsisatları  müəyyən  bölmə 

üçün  verir  (xidmət  proqramına  daxil  bölmələr)  və  ancaq  həmin  iş  və  xidmət  üçün 



 

24 


 

istifadə olunacağı qərara alınır. Ayrılan bu vəsaitlərin icra orqanı tərəfindən qanunda 

nəzərdə  tutulmayan  başqa  bir  iş  üçün  istifadəsinə  heç  cür  icazə  verilmir,  çünki  bu 

təxsisatlar büdcənin  imkanlarına uyğun olaraq ayrılır. 

Büdcə dövlət təşkilatlarının müəyyən dövr üçün məqsədlərinə nail olmalarını, 

siyasətlərini  və  proqramlarını  reallaşdırmasını  təmin  edən  bir  plandır.  Bu  əlamətlər 

bilavasitə  büdcənin  ayrılmaz  fenomenləri  sayılır.  Dövlət  büdcəsinin  həyata 

keçirilməsi  üçün  ən  vacib  olan  şərtlərdən  biri  də  bu  büdcənin  dövlət  orqanları 

tərəfindən mərkəzləşdirilmiş pul fondu formasında təsdiq edilməsidir. Bu təsdiqetmə 

büdcə  hüququnun  xalq  tərəfindən  istifadə  edilməsinin  təbii  nəticəsi  kimi  meydana 

çıxır.  Büdcənin  təsdiq  edilməsi  dövlətin  iqtisadi  həyatında  çox  mühüm  və  həlledici 

bir  mərhələdir.  Büdcə  bilavasitə  dövlət  idarəetməsinin  ən  təsirli  maliyyə,  iqtisadi 

siyasət  vasitələrindən  biridir.  Dövlət  büdcəsi  dövlət  xərcləri  və  vergilərinin  mənbə-

lərinin bölüşdürülməsində iqtisadi tarazlığın təmin olunmasında, iqtisadiyyatın artım 

və  inkişaf  etməsində  çox  mühüm  bir  iqtisadi  siyasət  vasitəsidir.  Büdcənin  gəlir  və 

xərclər baxımından təsiri iqtisadiyyatın bütün sahələrində öz əksini tapır.  

Qeyd  edilir  ki,  büdcənin  əsas  əlamətlərindən  biri  planlamadır  ki,  bu  da  öz 

növbəsində  proqnozlaşdırma  və  tarazlıq  şəklində  özünü  göstərir.  Büdcə 

proqnozlaşdırması gələcək dövrdə dövlət bölməsinin pul mənbələrinin və xərclərinin 

nə  qədər  və  necə  olacağı  barədə  büdcə  vasitəsilə  irəli  sürülür.  Büdcə  proqnozları 

dövlət  fəaliyyətinin  təmin  edilməsində  müxtəlif  mənbələrin  pul  vəsaitlərinin 

qiymətləndirilməsidir.  Nəticə  çıxararaq  demək  olar  ki,  dövlət  büdcəsi  vasitəsilə  bir 

çox  proqnozlarla  gələcək  büdcə  göstəricilərini  funksional  olaraq  bölüşdürmək  və 

dəyərləndirmək, qismən də onları həyata keçirmək olar.

 

Bu  proqnozlar  dövlət  xidmətlərinin  pul  vasitələri  ilə  maliyyələşdirilməsinin 



necə  olacağı  və  bu  maliyyəlləşdirmənin  necə  həyata  keçiriləcəyi  barəsində  xəbər 

verir. Proqnozları iqtisadi baxımdan əsaslandırmaq və iqtisadiyyatın dövlət bölməsinə 

ayrılacaq mənbələrin ümumi ölçülərini və onun səmərəli şəkildə istifadə olunmasını 

da  müəyyənləşdirmək  mümkündür.  Beləliklə,  proqnozlaşdırma  büdcə  siyasətində 

xüsusi  çəkiyə  malik  ən  önəmli  bölmələrdən  biridir.  Proqnozlaşdırma  –  son  illərin 


 

25 


 

makroiqtisadi göstəricilərinə dayanaraq  gələcək illərdə büdcə vəsaitlərinin bölüşdür-

ülməsini - iqtisadiyyatın dirçəlişinə, əhalinin sosial rifahının inkişafına, təhsilə, elmə, 

müdafiəyə  ayrılan  vəsaitlərin  keçmiş  illərlə  müqayisə  edilməsini  təmin  edən  bir 

prosesdir.  Məhz  bu  proses  bazar  iqtisadiyatı  şəraitində  büdcə  siyasətinin  daima 

yeniləşdirilməsi üçün bir çox ölkələrdə tətbiq edilir. 

Büdcə tarazlığı - büdcə daxilində mövcud gəlir və xərclərin balans balanlığını 

(bərabərliyini) nəzərdə tutur. Bu, ilkin olaraq özünü büdcə proqnozlaşdırılarkən gös-

tərir. Büdcə tarazlığı iqtisadi tarazlığa nail olmaq üçün də istifadə edilə bilər. Büdcə 

tarazlığı  ümumi  iqtisadi  tarazlığı  təmin  etməyə  yönəlmirsə,  onda  bu  siyasət 

ə

həmiyyətini  itirir.  Belə  ki,  dövlət  hər  hansı  iqtisadi  tədbiri  büdcə  vasitəsilə  həyata 



keçirir.  qtisadi  tarazlığa  malik  olan  ölkələrdə  büdcə  problemləri  sadə  olur  və  bu 

problemlərin həlli yolları da asan mümkün olur. Dövlət büdcəsi dövlət maliyyəsinin 

demək olar ki, 60-70%-ni özündə birləşdirir.  

Hal-hazırda dövlət büdcəsinin gəlirləri üzrə şəffaflığın artırılmasını təmin edən 

qanunvericilik  bazasının  təkmilləşdirilməsi  istiqamətində  işlər  davam  etdirilir.              

Büdcə  qanunvericiliyinə  müvafiq  olaraq  büdcə-vergi  sisteminə  daxil  olan  bütün 

büdcə növləri sabit və ardıcıl daxil olan  gəlir mənbəyinə malik olmalıdır. Ona görə 

də  dövlət  büdcəsinə  daxil  olan  gəlirlər  qanunvericilik  əsasında  büdcə  həlqələri 

arasında  bölüşdürülür.  Bu  məqsədlə  büdcə  həlqələri  zəruri  gəlir  mənbəyi  ilə  təmin 

edilməklə,  hər  bir  regionun  sosial-iqtisadi  inkişafı  üçün  lazımi  məbləğdə  maliyyə 

vəsaiti müəyyənləşdirilir. 

Büdcə  xərclərinin  funksional  təsnifatında  fundamental  elmə  çəkilən  xərclər 

ayrıca paraqrafda göstərilir, tətbiqi tədqiqatlara çəkilən xərclər hər bir funksiya üzrə 

ayrıca  köməkçi  bölmə  və  ya  paraqraf  səviyyəsində  əks  olunur.  Burada  Elmlər 

Akademiyası  və  onun  tərkibində  olan  institut  və  təşkilatların  saxlanması  və  idarə 

edilməsi  xərcləri,  təhsil,  səhiyyə    və  sair  bölmələrdə  olan  elm  müəssisə  və 

təşkilatların xərcləri həmin bölmələrin köməkçi bölmələr səviyyəsində  olması daha 

məqbul  sayıla  bilər  və  eyni  zamanda  təşkilatların  adları  çıxarılması  və  büdcə 

xərclərinin inzibati təsnifatında əks edilməsi daha məqsədəuyğundur. 


 

26 


 

Bundan başqa təsnifatda nəzəri elmlə  tətbiqi elmə çəkilən xərclər bir-biridən 

ayrırmaq, nəzəri elmi xərcləri bilavasitə Elmlər akademiyasının, tətbiqi elmin xərcləri 

isə  konkret  sahələrin  xərclərinə  aid  etmək  olar.  Milli  Təhlükəsizlik  Nazirliyinin  və 

Dövlət Sərhəd Xidməti ilə bağlı xərclər - «Məhkəmə hakimiyyəti, hüquq mühafizə, 

təhlükəsizlik  orqanlarının  və  prokurorluğunun  saxlanması  xərcləri»  bölməsindən 

çıxarılaraq  «Müdafiə  xərcləri»  bölməsinə  daxil  edilməklə  yeni  bir  köməkçi  bölmə 

ə

lavə edilməsi;  «Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və pokurorluq» bölməsi 5 



köməkçi  bölməyə,  yəni  məhkəmələrin,  hüquq-mühafizə  orqanlarının,  yanğın 

təhlükəsizliyin,  prokurorqluq  orqanlarının  saxlanılması,  idarə  olunması  xərcləri;  

«Təhsil»  bölməsinin  7  köməkçi  bölməyə,  həmin  bölmədə  ibtidai  təhsili,  natamam 

təhsili  və  orta  təhsili  təmin  edən  müəssisələrin  xərcləri  isə  ayrı-ayrılıqda  əks 

etdirilməsi;  habelə    «Sosial  müdafiə  və  sosial  təminat»  bölməsində  dövlətin  sosial 

müdafiə  və  sosial  təminat  sahəsində  fərdi  qaydada  ayrı-ayrı  şəxslərə  və  kollektiv 

ə

saslarla  göstərilən  xidmət,  transfert  və  tətbiqi  tədqiqat  işləri  üzrə  fəaliyyətlə  bağlı 



xərclər;  «Sosial  müdafiə»  köməkçi  bölməsində  konkret  adları  sadalanan 

müavinətlərin  adları  çıxarılaraq  iqtisadi  təsnifata  əlavə  etmək,  «Əsas  bölmələrə  aid 

edilməyən  xidmətlər»  bölməsində  yalnız  ehtiyat  fondların  və  məqsədli  büdcə 

fondların  xərcləri,  dövlət  borcunun  ödənilməsi  və  xidməti  ilə  bağlı  xərclər  və  digər 

səviyyəli  büdcələrə  verilən  vəsaitlər  iqtisadi  təsnifatda  əks  olunması  məqsədə- 

uyğundur  

Ayrı-ayrı  büdcə  əməliyyatları  üzrə  tələb olunan vəsaitlərin xərc  maddələri  və 

yarımmaddələri  arasında  düzgün  bölüşdürlməsinə,  qüvvədə  olan  «sair  cari  xərclər» 

yarımmaddəsində  aparılan  bir  çox  cari  və  əsaslı  xərclər  ayrılaraq  konkret  xərc 

paraqrafına  aid  edilməsinə,  bununla  da  büdcə  xərclərinin  daha  aşkar  və  şəffaf  icra 

olunması  və  ÜDM-un  hesablanması  zamanı  büdcədən  maliyyələşən  müəssisələr 

tərəfindən  yaradılmış  əlavə  dəyərin  hesablanması  üçün  ezamiyyəyə  çəkilən  xərclər 

ölkədaxili və xarici ezamiyyələrə, eyni zamanda bu xərclərə görə ödənişlər «gündəlik 

yemək xərci», «mehmanxana və yol xərcləri» maddəsinə ehtiyac da yaranır. 



 

27 


 

Daha  sonra  təsnifatda  «istehlak  mallarının  və  materiallarının  alınması» 

köməkçi  bölməsinə  dərman,  sarğı  ləvazimatlarının,  ərzaq  məhsullarının,  yumşaq 

inventar,  yataq  ləvazimatlarının    və  xüsusi  geyimlərin  və  digər  istehlak  mal  və 

materialların  alınması  xərcləri  daxil  edilərək    4  paraqraf  səviyyəsinə  bölünməsi  də 

mümkündür.  «Səhiyyə»  bölməsində  6  köməkçi  bölməylə  və  14  paraqrafa    səhiyyə 

sahəsinə  çəkilən  xərclərin  daha  şəffaf  idarə  olunmasına  şərait  yaradılması 

məqsədəmüvafiqdir. «Təqaüdlər və sosial müavinətlər» bölməsi 4 köməkçi bölməyə, 

«dövlət qulluqçularına sosial müavinətlər» köməkçi bölməsi, həmin köməkçi bölmə  

2 paraqrafa və dövlət qulluqçularına ödənilən müavinətlər üzrə xərclər bu paraqrafa 

daxil edilməsi və «Sair cari xərclər» xərc  yarımmaddəsində nəzərdə tutulmuş xərclər 

təsnifatda 2 paraqrafda əks olunması da mümkündür. «Sair xərclər» paraqrafına cari 

məqsədlər  üçün  nəzərdə tutulmuş  malların  alınması  və xidmətlərin göstərilməsi   ilə 

bağlı  xərclər,  o  cümlədən  müvəqqəti  sərgilərin  təşkili,  şagirdlərə  fəxri  fərman, 

medalların və eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi xərclərini 

aid etmək olar.  

Qeyd  olunur  ki,  büdcə  təsnifatında  dünya  təcrübəsində  istifadə  olunan  Milli 

Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-

ayrı  dövlətlərdə  tətbiq  olunan  təsnifatlardan  istifadə  edilməklə  formalaşması 

təsnifatın beynəlxalq  standartlara cavab verməklə, büdcə göstəricilərinin, onun gəlir 

və  xərclərinin  uçotunun  və  iqtisadi  istiqamətlərinin  daha  da  aşkar  və  şəffaf  həyata 

keçirilməsinə,  büdcədən  maliyyələşən  və  ya  əlaqəsi  olan  dövlət  və  qeyri-dövlət 

orqanlarının  funksiya  və  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  ayrılan  vəsaitlərin 

istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər. 

 

Adətən,  vəkalətli  orqanlar  tərəfindən  hüquqi  və  fiziki  şəxslərdən,  onların 



maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə və hüquqi əhəmiyyətli sənədlər 

verildikdə dövlət rüsumu alınır. Dövlət rüsumu rüsum ödənilən əməliyyata görə ərizə 

verilənədək,  müvafiq  hallarda  isə  rüsum  ödənilən  sənədin  verilməsi  zamanı  həyata 

keçirilir. Gömrük ərazisinə malların idxalı və ixracı zamanı olan ödənişlər də gömrük 

rüsumları kimi alınır.   

1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə