Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix09.12.2016
ölçüsü0,64 Mb.
1   2   3   4   5   6   7   8

 

   Dövlət  büdcəsi  gəlirlərinə  mütənasib    sürətdə  artan  vergi  daxilolmalarının 

strukturuna  nəzər  salınarsa,  bütün  vergi  növləri  üzrə  əhəmiyyətli  dərəcədə  artım 

müşahidə  edilmişdir.  Vergi  daxilolmalarının  struktur  təhlili  göstərir  ki,  dövlət 

büdcəsinin  formalaşmasında  və  büdcəyə  vergi  gəlirlərinin  cəlb  olunmasında  həm 

qeyri-dövlət  sektoru,  həm  də  qeyri-neft  sektoru  üzrə  daxilolmaların  həcmi  ildən-ilə 

artır. 2012-ci ildə dövlət sektoru üzrə büdcəyə 1 milyard 290,0 milyon manat, qeyri-

dövlət sektoru üzrə 3    milyard  258,7  milyon  manat vəsait daxil  olmuşdur  ki, bu da 

2014-cü ilin göstəricilərindən müvafiq olaraq 450,4 milyon manat və 1 milyard 383,7 

milyon manat çoxdur. Hesabat ilində qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 603,4 

 

2006

 

2007

 

2008

 

2009

 

2010

 

2011

 

2012

 

2013

 

2014 

Gəlirlər  cəmi

  714,6  784,8  910,2  1220,9  1509,5  2055,2  3868,8  6006,6  10762,7 

O cümlədən: 

 

 



 

 

 



 

 

 



 

Ə

lavə 



dəyər 

vergisi 


190,8  253,3 

334,9  409,7 

452,7 

599,9 


737,8 

1179,2 


1910,8 

Aksizlər 

22,1 

110,9 


86,7 

67,0 


72,4 

141,0 


187,4 

402,9 


486,9 

Mənfəət 


vergisi 

125,9  117,6 

147,8  178,3 

223,4 


355,4 

1360,5 


2457,7 

2862,3 


Mədən vergisi  50,4 

47,5 


50,0 

56,7 


97,8 

53,5 


100,2 

123,2 


147,7 

Fiziki 


şə

xslərin  gəlir 

vergisi 

94,0 


94,7 

109,7  150,7 

221,6 

317,4 


407,3 

588,6 


627,2 

Ə

mlak vergisi  11,8 



12,4 

20,0 


26,6 

32,2 


40,4 

55,8 


72,3 

112,9 


Xarici  iqtisadi 

fəaliyyətlə 

bağlı vergi 

 

63,4 



 

59,9 


 

75,2 


 

92,7 


 

101,5 


 

205,2 


 

139,3 


 

293,2 


 

 

449,7 



 

 

Digər  gəlirlər 



(vergi 

olmayan 


gəlirlər) 

 

117,9 



 

65,3 


 

63,4 


 

209,7 


 

277,3 


 

288,2 


 

816,1 


 

793,8 


 

4037,8 


Torpaq vergisi  6,7 

10,4 


8,8 

11,3 


14,1 

15,3 


18,35 

27,1 


30,6 

Sair gəlirlər 

31,3 

12,8 


13,7 

18,5 


16,5 

38,9 


45,9 

68,6 


96,8 

 

50 


 

milyon  manat  proqnoza  qarşı  1  milyard  635,9  milyon  manat  vəsait  daxil  olmaqla, 

proqnoza  102,0  faiz  əməl  edilmişdir.  Qeyd  edilməlidir  ki,  qeyri-neft  sektoru  üzrə 

vergi  daxilolmaları  2010-cu  illə  müqayisədə  57,1  faiz,  qeyri-neft  sektorunda  neft 

konsorsiumları  ilə  işləyən  şirkətlərin  daxilolmaları  nəzərə  alınmasa  bu  sektordan 

daxilolmalar 75,9 faiz artmışdır. Qeyd edilməlidir ki, 2008-ci ilin dövlət büdcəsində 

neft  sektoru  üzrə  daxilolmaların  2014-cü  ilin  göstəricisinə  nisbətən  3  faiz  və  ya  80 

mln.  manat  artması  nəzərdə  ətutulmuşdusa,  qeyri-neft  sektoru  üzrə  daxilolmaların 

42,8 faiz və ya 680 mln. manat artacağı proqnozlaşdırılmışdır. 

 

Vergi  dərəcələrinin azaldılmasını ümumi  tələbin artmasına təsir  göstərən  əsas 



amil  hesab  edən  « qtisadi  təklif»  nəzəriyyəsinin  tərəfdarlırının  fikrincə,  vergilərin 

azaldılması  bir  tərəfdən  əhalinin,  digər  tərəfdən  isə  bizneslə  məşğul  olanların 

gəlirlərinin  və  eyni  zamanda  investisiyaların  gəlirliliyinin  artmasına  gətirib  çıxarır. 

Bu  məqsədlə  aparılan  vergi  siyasəti  düşünülmüş  halda  digər  sosial-iqtisadi 

problemlərlə  qarşılıqlı  əlaqə  və  asılılıq  şəraitində  həyata  keçirilməlidir.  Bazar 

iqtisadiyyatı  şəraitində,  təsərrüfat  obyektlərinin  investisiya  fəallığı  ilə  gəlirlərdən 

tutulan  vergilərin  dərəcələri  arasındakı  asılılığın  öyrənilməsinə  yönəldilmiş  Laffer 

nəzəriyyəsinə  görə  vergilərin  artırılmasının  müəyyən  bir  həddi  olmalıdır.  Bu  hədd 

gözlənilmədikdə,    işgüzar    fəallığın  aşağı  düşməsinə  və  nəticə  etibarı  ilə    büdcə 

gəlirlərinin azalmasına səbəb olur.  

Bəzi  ölkələrdə  işsizliyin  ardığı  artdığı  bir  şəraitdə,  istehsalın  artımını 

stimullaşdırmaq  məqsədi  ilə  dövlət  xərclərini  çoxaltmaq  və  vergiləri  azaltmaqla 

məşğulluğu  artırmaq  mümkündür.  Vergilərin  azaldılması  istehsalın  və  gəlirlərin 

artmasına  səbəb  olur  ki,  bu  da,  öz  növbəsində  büdcəyə  daxilolmaların  azalması  və 

büdcə  kəsirinin  əmələ  gəlməsi    ilə  nəticələnə  bilər.  Lakin  buna  baxmayaraq,  daha 

aşağı vergi dərəcələri müəyyən etmək və vergi obyektlərini genişləndirməklə vergilər 

hesabına daxilolmaların artmasını təmin etmək olar. Bu tədbirlərin görülməsində əsas 

məqsəd işsizliyi və inflyasiyanı aradan qaldırmaqdan ibarətdir. 

nflyasiya  baş  verdikdə,  tələbin  artması  ilə  əlaqədar  büdcə-vergi  siyasətində  

dəyişikliklər  edilməsi  zəruriliyi  meydana  çıxır.  Belə  halda,  fiskal  siyasət  



 

51 


 

mexanizminin  işlənib  hazırlanması  çox  da  asan  məsələ  deyildir.  Çünki  dövlətin 

həyata keçirdiyi büdcə-vergi siyasətilə yanaşı, özü-özünü sabitləşdiricilər də fəaliyyət 

göstərir.  Bunlara  -  iqtisadi  tsiklin  müxtəlif  dövrlərində  vergilər  hesabına 

daxilolmaların dəyişməsi aiddir.  

  stehsal  azaldığı  dövrdə  qarşıda  duran  əsas  vəzifə  -  bu  siyasətin 

stimullaşdırılmasıdır,  yəni  dövlət  xərclərinin  artırılması,  vergilərin  azaldılması    və 

dövlət  xərclərinin  artırılması  ilə  vergilərin  azaldılmasının  bir-biri  ilə  əlaqələn- 

dirilməsidir.  Bunlar  maliyyələşdirmədə  çətinliyin  əmələ  gəlməsinə  səbəb  olsa  da, 

istehsalın azalmasının qarşısının alınmasını təmin edə bilər (Bax: Cədvəl  2.3.).                                                                              

 Cədvəl  2.3. 

2014-ci il üzrə vergi daxilolmaları (min. manat) 

Vergi və tədiyyələrin növləri 

Proqnoz  

Daxilolma  

Faiz 


Fərq 

Ə

lavə dəyər vergisi 



1 142 144,0 

1 169 893,6 

102,4 

27 749,6 



Aksiz 

365 031,0 

395 810,5 

108,4 


30 779,5 

Mənfəət vergisi 

2 450 528,5 

2 863 950,2 

116,9 

413 421,7 



Mədən vergisi 

137 031,0 

147 749,5 

107,8 


10 718,5 

Torpaq vergisi 

30 150,0 

30 789,7 

102,1 

639,7 


Ə

mlak vergisi 

110 192,0 

113 225,5 

102,8 

3 033,5 


Fiziki şəxslərin gəlir vergisi 

799 044,0 

637 800,2 

79,8 


-161 243,8 

Dövlət rüsumu 

52 800,0 

59 870,7 

113,4 

7 070,7 


Yol vergisi 

26 287,0 

27 365,6 

104,1 


1 078,6 

Sadələşdirilmiş vergi 

63 623,5 

65 654,5 

103,2 

2 031,0 


Sair daxilolmalar 

222 169,0 

234 455,8 

105,5 


12 286,8 

o cümlədən: 

- qiymətləri tənzimlənən məhsulların ixracı 

zamanı məhsulların kontrakt (satış) qiyməti ilə 

ölkədaxili topdansatış qiyməti arasındakı 

fərqdən büdcəyə ödənişlər; 

  

198 990,5 



  

198 990,5 

- dövlət mülkiyyətində olan torpaqların icarəyə 

verilməsindən icarə haqqı 

4 000,0 

1 724,9 


43,1 

-2 275,1 



Cəmi 

 

5 399 000,0 



5 746 565,8 

106,4 

347 565,8 

 

Mənbə: Vergilər Nazirliyinin internet saytı 

Vergi  məbləğinin  gəlirdən  asılı  olduğunu  və  ÜMM  sürətlə  artdıqda  vergilər 

hesabına  daxilolmaların  artdığını  görərik.  Bu  isə  əhalinin  alıcılıq  qabiliyyətinin 

azalmasına,  iqtisadi  artımın  ləngiməsinə  səbəb  olur.  Əksinə,  azalma  dövründə 

ə

halinin  alıcılıq  qabiliyyətinin  artması  prosesi  gedir  ki,  bu  da  səmərəli  tələbin 



formalaşmasına,  istehsalın  azalmasının  qarşısının  alınmasına  imkan  verir. 

 

52 


 

nflyasiyanın artdığı dövrdə, mütərəqqi vergiqoyma dərəcələrinin müəyyən  edilməsi 

alıcılıq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngidiyi dövrdə isə əksinə, alıcılıq 

qabiliyyətindəki  azalmaların  qarşısının  alınmasına  kömək  edir.  qtisadi  sabitlik 

baxımından  bunların  hər  ikisi  də  zəruridir.  qtisadi  yüksəliş  dövründə  vergilər 

hesabına  daxilolmaların  artması,  büdcə  kəsirinin  azaldılması  və  ya  ləğv  olunması 

nəticə etibarı ilə büdcənin imkanlarının artması və inflyasiyanın azaldılması meylinin 

güclənməsinə şərait yaradır.   

Büdcənin  ən  mühüm  problemlərindən  biri  onun  balanslaşdırılması  və  büdcə 

kəsirinin  maliyyələşdirilməsi  üsulunun  seçilməsidir.  Büdcə  kəsirinin  maliyyə-

ləşdirilməsi  probleminin  tədqiq  olunmasına  Amerika  alimi  C.Tobinin  xidmətləri 

böyükdür. O sübut etmişdir ki, müəssisə və təşkilatlarda pul dövriyyəsinin idarəedil-

məsi və iqtisadiyyata investisiya qoyuluşunun xarakteri büdcə kəsirinin maliyyəşmə 

şə

rtlərindən asılıdır.  



Sosial  ödəmələr,    əhalinin  aztəminatlı  hissəsinin  müdafiəsi  proqramları  və 

sairələr  də  sabitləşdirici  amillərə  aiddir.  Çünki  bunlar  istehsalın  həcmi  azaldığı 

dövrdə  ümumi  tələbin  kəskin  surətdə  aşağı  düşməsinin    qarşısının  alınmasında 

müsbət rol oynaya bilər. 



 

 

53 


 

III FƏS L. BÜDCƏ GƏL RLƏR N N ARTIRILMASINDA BÜDCƏ-

VERG   S YASƏT N N SƏMƏRƏL L Y N N YÜKSƏLD LMƏS  

ST QAMƏTLƏR  

3.1. Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin 

optimallaşdırılması 

Təcrübə  göstərir  ki,  təbii  ehtiyatların  istismarı  və  ixracı  nəticəsində  yaranan 

«vəsait  bolluğu»  hökumətlərdə  elə  bir  yalnış  təsəvvür  yaradır  ki,  bu  bolluq  həmişə 

mövcud  olacaqdır.  Məhz  belə  bir  yalnış  təsəvvürə  əsaslanaraq  dünya  təcrübəsində 

xammalın  ixracatından  əldə  olunmuş  vəsaitlərin  kor-təbii,  heç  bir  iqtisadi  səmərə 

gözlənilmədən  xərclənməsi  hallarına  rast  gəlinir  ki,  bu  da  son  nəticədə  xammal 

ixracatçısı olan ölkələrdə iqtisadi inkişafın qeyri-sabit olmasına gətirib çıxarır. Buna 

misal olaraq Nigeriya və Meksikanı göstərmək olar.  Neft gəlirlərinin artmasının ilkin 

mərhələsində  bu  ölkələrdə  böyük  həcmdə  büdcə  kəsirləri  mövcud  idi.  Lakin, 

gəlirlərin  artması  hökumətə  imkan  verdi  ki,  müəyyən  siyasi  dividendlər  qazanmaq 

üçün  büdcə  xərclərini  daha  da  artırsınlar.  Halbuki,  bu  gəlirlərin  büdcə  kəsirinin  və 

xarici  borcun  azaldılmasına  yönəldilməsi  daha  məntiqli  görünərdi.  Məhz  bu  səbəbə 

görə  həmin  ölkələr  neft  gəlirlərinin  azalması  dövründə  sosial-iqtisadi  gərginlik  ilə 

üzləşdilər. 

Beləliklə, holland sindromu təhlükəsinin yaranması fonunda bir çox ölkələrdə 

neft  və  qaz  gəlirlərinin  necə  istifadə  olunması  məsələsi  gündəmə  gəlir.  Məsələ 

burasındadır  ki,  neft  və  qaz  gəlirləri  hədsiz  deyildir  və  gələcək  dövrlərdə  neft 

gəlirlərinin  azalmasının  mənfi  makroiqtisadi  nəticələrini  tam  kompensasiya  etmək 

üçün  milli  iqtisadiyyatda  kifayət  qədər  fiziki  və  insan  kapitalının  yaradılması  çox 

zəruridir.  Neft  gəlirlərinin  əsasən  dövlət  sektorunda  cəmləşdiyini  nəzərə  alaraq,  bu 

gəlirlərin necə xərclənməsi və indiki və gələcək nəsillər arasında necə bölüşdürülməsi 

xammal  kəşvi  ilə  üzləşmiş  ölkələrdə  iqtisadi  siyasətin  təməl  problemlərindən  birini 

təşkil edir. Çünki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin səmərəsiz daxili xərclərə 

yönəldilməsi və siyasi lobbizmin nəticəsi olaraq hədər xərclənməsi təhlükəsi yaranır. 



 

54 


 

Digər  tərəfdən  dövlət  maliyyə  mexanizmləri  şəffaf  deyilsə  ictimaiyyətdə  neft 

gəlirlərinin istifadəsi prosesində hökumətə qarşı inamsızlıq da arta bilər.  

Məhz  bu  təhlükələrə  əsaslanaraq  son  40  ildə  makroiqtisadi  nəzəriyyədə  neft 

gəlirlərinin optimal istifadəsinə dair müxtəlif koseptual baxışlar və modellər təşəkkül 

tapmaqdadır. Bunlardan ən geniş yayılmışı Engel və Valdes yanaşmasıdır ki, burada 

da  neft  gəlirlərinin  nəsillər  arasında  effektiv  bölüşdürülməsi  prinsipləri  özünə  yer 

tapmışdır. Bu yanaşmanın əsasını «daimi (dəyişməz) gəlirlər» hipotezi təşkil edir və 

bu  hipotezə  görə  iqtisadi  subyektlər  öz  gəlirlərinin  yalnız  daimi  hissəsini  xərcləyə 

bilərlər.  Bu  o  deməkdir  ki,  dövlət  bütün  zamanlarda  milli  sərvətlərin  dəyərini 

dəyişməz səviyyədə saxlamalıdır.  

Bu  ilk  növbədə  neft  sərvətlərinin  maliyyə  aktivlərinə  transformasiyası 

vasitəsilə  təmin  olunmalıdır  ki,  gələcəkdə  əldə  olunacaq  faiz  dividendləri  neft 

sərvətlərinin  tükənməsi  səbəbindən  gəlirlərin  azalması  effektini  neytrallaşdırmış 

olsun. Bu prinsipə əsaslansaq deyə bilərik ki, bu gün hökumətin neft gəlirlərinin cari 

istehlakı  gələcəkdə  əldə  olunacaq  faiz  gəlirlərinə  (neft  aktivləri  üzrə)  bərabər 

olmalıdır.   

Bu  modelə  görə  adambaşına  düşən  neft  sərvətlərinin  dəyişməz  saxlanması 

prinsipi  o  zaman  optimal  sayılır  ki,  adambaşına  düşən  qeyri-neft  ÜDM-i 

uzunmüddətli perspektivdə  sabit səviyyədə  qalır.  Əgər adambaşına  düşən  qeyri-neft 

ÜDM-in  artması  gözlənilirsə,  onda  neft  gəlirlərinin  onsuz  da  varlı  olan  gələcək 

nəsillər  üçün  saxlanması  nəsillərarası  transfertlər  modelinə  bir  o  qədər  də  adekvat 

deyildir.  Əksinə,  əgər  qeyri-neft  ÜDM-in  azalması  proqnozlaşdırılırsa  (məsələn, 

ə

halinin  sayının  artması  səbəbindən),  optimal  fiskal  strategiya  tələb  edir  ki, 



adambaşına düşən sərvətlərin  dəyişməz yox, artan trayektoriyası təmin olunmalıdır.     

Hökumətin məqsəd funksiyası ondan ibarət olmalıdır ki, baxılan dövr ərzində 

adambaşına  düşən  sərəncamda  qalan  gəlirlərin  hamarlaşdırılması  vasitəsilə  əhalinin 

maksimal  rifah  halına  nail  olunsun.  Burada  adambaşına  düşən  sərəncamda  qalan 

gəlirlər  dedikdə,  vergilərin  ödənilməsindən  sonra  adambaşına    düşən  qeyri-neft 

ÜDM-i  ilə  adambaşına  düşən  və  neft  gəlirləri  hesabına  maliyyələşən  hökumət 



 

55 


 

xərclərinin  cəmi  nəzərdə  tutulur.  Beləliklə,  neftlə  maliyyələşən  xərclər  ictimai 

istehlaka və ya sosial transfertlərə ekvivalent olan anlayışdır.     

Hökumətin  zamanlarası  (intertemporal)  büdcə  məhdudiyətləri  belə  bir  siyasət 

prinsipini  nəzərdə  tutur  ki,  gələcək  neft  gəlirlərinin  bu  günki  xalis  dəyəri  gələcək 

xərclərin  bu  günki    xalis  dəyəri  və  borcun  xalis  dəyərinin  dəyişməsinə  bərabər 

olmalıdır. Bu zamanlararası büdcə məhdudiyyəti aşağıdakı qaydada müəyyən olunur: 

- hər bir dövr üçün hökumətin büdcə məhdudiyyəti müəyyənləşdirilir; 

- neftlə bağlı fiskal gəlirlər və neft yataqlarının istismarı arasında əlaqə tapılır 

və bu əsasda büdcə məhdudiyyəti müəyyən olunur. 

Hər  bir  dövr  üçün  hökumətin  büdcə  məhdudiyyətinin  müəyyənləşməsi  büdcə 

kəsirinin  hökumətin  xalis  aktivlərinin  azalması  hesabına  maliyyələşməsini  nəzərdə 

tutan  konsepsiyadır.  Qeyri-neft  kəsiri  (neft  hasilatı  ilə  gəlirlərdən  və  neft  aktivləri 

üzrə  faiz  gəlirlərindən  təmizlənmiş  dövlət  büdcəsi  kəsiri)  cəmi  neft  sərvətləri  üzrə 

qazanılmış  faizlərin,  neft  sərvətinin  və  dövlət  borcunun  dəyişməsi  hesabına 

maliyyələşdirilir. 

Bu şərtin əsas ehtimalları ondan ibarətdir ki, hər bir dövrdə qeyri-neft xərcləri 

(dövlət borcuna xidmət daxil olmaqla) qeyri-neft gəlirlərinə bərabərdir və qeyri-neft 

ÜDM-ində sabit xüsusi çəkiyə malikdir. Bu ehtimala əsasən hökumət neft gəlirlərini 

bütün nəsillər arasında elə bölüşdürməlidir ki, daha az gəlirə malik nəsillərin maddi 

rifahı yüksəlmiş olsun. Dövlət borcunun qeyri-neft ÜDM-də sabit payı ehtimal edilir.  

Qeyd  etmək  lazımdır  ki,  bu  qayda  ilə  adambaşına  düşən  sərəncamda  qalan 

gəlirlərin daimi (dəyişməz) trayektoriyası kəmiyyət baxımdan məlum olan müəyyən 

dövr  üçün  hesablana  bilər.  Burada  Engel  və  Vandelin  «alqoritmi»-nə  riayət  etmək 

lazımdır.    Bu  alqoritmə  əsasən  neft  gəlirləri  dövr  ərzində  (məsələn,  Azərbaycan 

şə

raitində 30 il) ən kasıb nəsilin gəlirinin yüksəldilməsinə sərf olunur o vaxta qədər 



ki,  bu  nəsil  maddi  rifahı  ondan  bir  qədər  üstün  olan  nəsilin  rifah  səviyyəsinə  gəlib 

çatır. Əgər bu halda neft gəlirləri tükənməyibsə, iki ən kasıb nəsilin gəlirləri o vaxta 

qədər artırılır ki, bu gəlirlər maddi rifahına görə onlardan üstün olan 3-cü nəsilin gəlir 

səviyyəsinə bərabərləşir. Bu alqoritm zəncirvari sürətdə neft gəlirləri tükənənə qədər 



 

56 


 

davam  etdirilir.    Yekunda  sərəncamda  qalan  gəlirlər  adambaşına  düşən  qeyri-neft 

ÜDM-in artım tempi səviyyəsində yüksəlir. 

Bu  metodologiya  əsasında  cəmi  optimal  xərclər,  optimal  icmal  dövlət 

büdcəsinin kəsiri və optimal qeyri-neft büdcə kəsirnin qeyri-neft ÜDM-nə nisbətləri 

tapılır. Alınmış nəticələr iki parametrlər kateqoriyasına qarşı çox həssasdır: 

- hökumətin niyyətlərini əks etdirən parametrlər: vaxt intervalı və vaxt seçimi 

faktoru; 

-  hökumətin  birbaşa  nəzarətində  olmayan  parametrlər:  əhalinin  artımı, 

beynəlxalq  faiz  dərəcələri,  qeyri-neft  ÜDM-in  artım  tempi,  neftin  qiymətinin 

dəyişməsi.                    

Birinci  parametrlər  kateqoriyası  mahiyyət  etibarilə  hökumətin  neftdən  əldə 

olunan  bütün  gəlirlərin  gələcək  dövrlər  üçün  saxlmanmasına  can  atdığını  nümayiş 

etdirir.  Əgər  faiz  dərəcəsi  vaxt  seçimi  faktoruna  bərabərdirsə,  hökumət  sərəncamda 

qalan  gəlirlərin  hədəflənən  vaxt  intervalında  sabit  qalmasına  səy  göstərməyə 

çalışacaqdır. Lakin əgər faiz dərəcəsi aşağıdırsa hökumət istehlakı vaxt etibarilə irəli 

çəkməyə meylli olacaqdır.  

Eyni  ilə  qeyri-neft  ÜDM-in  artım  tempi  əhalinin  artım  tempinə  bərabər 

olduqda, sərəncamda qalan gəlirlərin qeyri-neft hissəsi dövr ərzində sabit qalacaqdır. 

Bu o deməkdir ki, hökumət üçün dövrlər arasında neft gəlirlərini bərabər nisbətlərdə 

bölüşdürmək  daha  optimal  variantdır.  Lakin,  əgər  qeyri-neft  ÜDM-in  artım  tempi 

daha yüksəkdirsə, neft gəlirlərinin irəlidəki dövrlərə atılması da optimal haldır. 

Qeyd  etmək  lazımdır  ki,  bu  modelin  praktiki  tətbiqini  siyasi  risklər  sərt 

məhdudlaşdıran  əsas  amildir.  Belə  ki,  optimal  fiskal  çərçivədə  bir  neçə  il  ərzində 

böyük  həcmdə  qeyri-neft  kəsirinə  yol  verilə  bilər.  Lakin,  optimal  fiskal  traektoriya 

mütləq  tələb  edir  ki,  yaranmış  kəsir  digər  illərdə  sabit  profisit  ilə  əvəz  olunmalıdır. 

Bu isə siyasi hökumət qarşısında kifayət qədər problematik məsələdir. Çünki əgər bu 

günki hökumət sərt fiskal məhdudiyyətlərə riayət edirsə, sabahkı hökumət tam əksinə 

olan  fiskal  strategiyaya  üstünlük  verə  bilər.  Ona  görə  də  qeyri-neft  defisitinin 

hədəflənən parametrlərinə yönəldilmiş makroiqtisadi modelin həyat qabiliyyətinin və 



 

57 


 

iqtisadi  siyasətdə  təhlil  –  nəzarət  vasitəsi  kimi  rolunun  strateji  qərarlarda  inkar 

edilməsi tamamilə mümkün bir haldır. 

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektoru mühüm rol 

oynasa  da,  büdcə  gəlirlərinin  artım  tempində  onun  iştirakı  zəifdir  və  büdcə 

gəlirlərinin  artımında  neft  sektorunun  ödədiyi  vergilərin  payı  daha  böyükdür.    

Ş

übhəsiz  ki,  neft  gəlirləri  qeyri-neft  sektorunun  inkişafı  üçün  mühüm  maliyyə 



mənbəyidir.  Bununla  belə,  bu  sektorun  inkişafı  yalnız  maliyyə  mənbələri  ilə 

məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada 

ə

n başlıca prioritetlərdən biri - qeyri-neft sektorunun inkişaf potensialını maksimum 



nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, 

ə

həmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq 



imkanındadır.  Bu  gün  hökumətin  gördüyü  tədbirlər  vergi  yükünün  azaldılmasına 

yönəldilməsi kimi qiymətləndirilməlidir. 

Müasir  dövr  özünün  inkişafının  qlobal  həcminə,  münasibətlərin  mürəkkəb- 

liyinə, iqtisadi  hadisələrin  çevikliyinə  görə  əvvəlki  dövrlərdən xeyli  fərqlənir.    Hal-

hazırda  dünya  neft  sənayesində  mühüm  rol  oynayan  respublikamıza  dünya 

ölkələrinin maraqlarının arasında neft  amili xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin 

ilkin  iqtisadi  yüksəlişi  əsasən  neft  ixracının    hesabına  olmuş,  sonradan  neft  və  qaz 

istehsalına    yardımçı  olan  sənaye  sahələri  inkişaf  etmişdir.  Deyilənlərdən  belə  bir 

qənaətə gəlmək olar ki, ölkəmizdə neft sektoru ilə yanaşı başqa sahələrin də inkişaf 

etdirilməsinə  geniş  imkanlar  vardır  və  bu  istiqamətdə  düzgün,  məqsədyönlü 

investisiya siyasəti aparılır.  Son illərdə digər sferalarda olduğu kimi dövlət maliyyəsi 

sferasında  da  sabitlik  hökm  sürməkdədir.  Eyni  zamanda,  dövlətin  büdcə-vergi 

siyasəti  və  onun  iqtisadi  siyasətin  digər  istiqamətləri,  xüsusən  də  monetar  siyasətə 

effektiv koordinasiyası ölkədə iqtisadi  artımın  dayanıqlı xarakter  almasında  mühüm 

rol oynamışdır. 

Qeyd olunur ki, gələcək illərdə ölkəyə daha çox həcmli neft gəlirlərinin daxil 

olması ilə əlaqədar olaraq, dövlət büdcəsi xərclərinin də surətlə artması makroiqtisadi 

sabitlik üçün müəyyən problem yaratmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, 



 

58 


 

onda,  dövlət  büdcəsinin  neft  sektoru  hesabına  artmış  gəlirlərinin  istifadəsinin 

istənilən miqyası makroiqtisadi sabitliyin qorunub saxlanması müstəvisində müəyyən 

olunmalıdır.  Büdcə-vergi  və  monetar  koordinasiya  sistemlərinin  gücləndirilməsi, 

düzgün  xərc  strategiyasının həyata  keçirilməsi  yaxın  illərdə  makroiqtisadi sabitliyin 

qorunması üçün vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir. 

Fiskal  strategiyanın  reallaşması  isə  bu  istiqamətdə  həlledici  rol  oynayır. 

Təcrübə göstərir ki, neft gəlirlərinin fiskal ekspansiyada fəal istifadəsi valyuta və pul 

bazarlarında davamlı gərginlik yaradan amildir. Təbii ki,  həm milli valyutanın dolara 

nisbətən  kəskin  bahalaşması,  həm  də  pul  kütləsinin  arzuolunmaz  dərəcədə  artması 

problematik  bir  haldır.  Bu  problem  özünü  neft  gəlirləri  istisna  olmaqla  dövlət 

büdcəsinin real kəsirinə nəzər saldıqda aydın görmək olar (Cədvəl  3.1.).                              

Cədvəl  3.1. 


Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə