Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix09.12.2016
ölçüsü0,64 Mb.
1   2   3   4   5   6   7   8

3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin 

təkmilləşdirilməsi istiqamətləri 

Azərbaycan  cəmiyyətinin  mütərəqqi  inkişafı  iqtisadi  artımın,  əhalinin  rifah 

halının  və  məşğulluğunun,  ölkənin  iqtisadi  təhlükəsizliyinin,  həyat  fəaliyyətinin 

bütün  sahələrində  müəyyənliyin  və  sabitliyin  təmin  olunmasına  yönəldilmiş  sosial-

iqtisadi  siyasətin  həyata  keçirilməsində  dövlətin  rolundan  əhəmiyyətli  dərəcədə 

asılıdır. 

Azərbaycan hökuməti hazırki iqtisadi artım şəraitində makroiqtisadi sabitliyin 

təmin  olunması  və  əhalinin  sosial  vəziyyətinin  davamlı  şəkildə  yaxşılaşdırılması 

məqsədilə  həyata keçirdiyi fiskal siaysəti əsasən aşağıdakı kimi  istiqamətləndirmiş-

dir: 


  - neft gəlirlərinin səmərəli istifadə olunması; 

  -  valyuta  vəsaitlərinin daxili  bazarda  istifadəsinin  makroiqtisadi  fəsadlarının 

minimallaşdırılması; 

  - yoxsulluğun azaldılması; 

  -iqtisadi inkişaf üzrə dövlət proqramının məqsədlərinə nail olunması; 

Ölkədə  gözlənilən  yüksək  iqtisadi  artım  hesabına  vergi  bazasının 

genişlənəcəyinə  baxmayaraq  vergi  sisteminin  təkmilləşdirilməsini  nəzərdə  tutan 

islahatların aparılmasının əhəmiyyəti nəzərdən qaçırılmamalıdır. 

Ş

übhəsiz  ki,  qeyri-neft  sektorunun  sürətli  inkişafının  ilkin  şərtini  vergi 



rejiminin  sadələşdirilməsi  və  bu  rejimin  investorlar  üçün  cəlbediciliyinin 

yüksəldilməsi  təşkil  edir.  Bu  mənada  istənilən  vergi  stimullarının  ana  xəttini  vergi 

dərəcələrinin  azaldılması  siyasəti  təşkil  edir.    Hazırda  biznes  fəaliyyətinə  mövcud 

vergi  sisteminin  göstərdiyi    məhdudlaşdırıcı  təsirin  aradan  qaldırılması  üçün 

aşağıdakı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır: 

• 

vergi dərəcələrinin azaldılması prosesinin davam etdirilməsi; 



• 

vergiqoyma  sisteminin  sadələşdirilməsi,  vergi  yığımı  işinin  təkmilləş-

dirilməsi; 


 

72 


 

• 

prioritet sahələrdə fəaliyyət göstərən müəssisələrin dövlət büdcəsinə olan 



vergi borclarının silinməsi praktikasının daha da genişləndirilməsi;  

• 

yeni  yaradılmış  sahibkarlıq  müəssisələri  üçün  vergi  tətilləri  və  vergi 



kreditləri sxemlərinin tətbiqi, vergi avansı praktikasına son qoyulması; 

• 

yeni  açılmış  kiçik  və  orta  müəssisələrin  müvəqqəti  olaraq  mənfəət 



vergisindən azad edilməsi; 

• 

kiçik və orta biznes üçün iri müəssisələrə nisbətən daha aşağı dərəcə ilə 



mənfəət vergisinin tətbiq olunması; 

• 

dövlət  büdcəsi  ilə  sahibkarlar  arasında  vergi  hesablaşmalarının  dəqiq 



mexanizmlərinin müəyyən edilməsi; 

• 

kənd  təsürrüfatı  müəssisələrinin  istehsal  məqsədləri  üçün  aldıqları 



malların üzərindəki ƏDV məbləğinin kompensasiyası; 

 

Qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə bu sektor üçün neft 



sektorundan fərqli olaraq daha aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi vacibdir. 

Eyni  zamanda  banklar  tərəfindən  investisiya  yönümlü  kreditlərin  verilməsini 

stimullaşdırmaq məqsədilə banklar tərəfindən investisiya yönümlü kreditlər hesabına 

ə

ldə  olunmuş  gəlirlərin  daha  aşağı  dərəcələrlə  vergilərə  cəlb  olunması  imkanları 



araşdırıla bilər. 

 

Vergi  güzəştlərinin  sistemləşdirilməsi  də  vergi  siyasətinin  prinsipial 



məqamlarındandır.  Prioritet  sahələrdə  işgüzar  fəallığı  stimullaşdırmaq  üçün  vahid  

güzəşt  sisteminin tətbiq  edilməsi daha məqsədəuyğun olardı. 

Fiskal siyasətin bu hədəfləri kəskin ekspansionist xərclənməyə yol verməmək 

şə

rtilə,  dövlət  büdcəsinin  sosial  xərclərini  davamlı  şəkildə  artırmaq,  eyni  zamanda 



yeni  iş  yerlərinin  açılmasına  imkan  verən  investisiya  siyasəti  aparmaqla  məşğulluq 

səviyyəsini yüksəlmək məqsədlərindən ibarətdir. 

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi 

dövründə  Azərbaycanın  makroiqtisadi  mənzərəsi  iki  səbəbdən  dönüş  dövrü  kimi 

qiymətləndirilə  bilər.  Birincisi,  hətta  Şah-Dəniz  layihəsi  üçün  xarici  birbaşa 

investisiyaların  (XB )  böyük  məbləğ  təşkil  etməsinə  baxmayaraq,  əsasən  Bakı-



 

73 


 

Tbilisi-Ceyhan  boru  kəmərinin  tikintisini  dəstəkləyən  böyük  həcmli  XB -lər  BTC 

kəmərinin  tikintisinin  tamamlanması  ilə  əlaqədar  2010-cu  ildən  azalmağa 

başlamışdır.    kincisi,  ən  mühüm  amil  qiymət  effekti  və  2012-ci  ilə  BTC  vasitəsilə 

ilkin  neftin  Ceyhan  limanına  çatması  il  bağlı  olaraq  neft  gəlirlərinin  artmasıdır. 

Nöbəti  20  ildə  Azərbaycanın  170  mlrd.  USD  gəlir  əldə  etməsi  və  ya  hər  il 

adambaşına 1000 USD əldə edəcəyi gözlənilir. Həmin pul axınlarını idarə edə biləcək 

və  regionlarının  sosial-iqtisadi  inkişafına  yönəldə  biləcək  Azərbaycanın  tələb 

menecmenti  arsenalı  gözlənilən  neft  bumu  üzrə  mühüm  məsələyə  çevrilmişdir.    Bu 

arsenal  neft  gəlirlərinin  gələcək  nəsillərə  saxlanmasını  təmin  edən  və  sterilizasiya 

məqsədlərini  güdən  Neft  Fondunun  fəaliyyətini,  əhatəli  icmal  dövlət  büdcəsini  (o 

cümlədən Neft Fondunun xərclərini), Neft Gəlirlərinin Uzunmüddətli  darəolunması 

Strategiyası  və  qiymətlərin  sabitliyinə  məsul  olan  Milli  Bankın  müstəqilliyini  əhatə 

edir.  Bu  fiskal  və  monetar  orqanlar  2012-ci  ildən  etibarən  böyük  məbləğdə  XB  

şə

raitində  qeyri-neft  sektorunun  artımının  və  qiymət  sabitliyinin  saxlanmasında 



uğurlu  imkanlara  malik  olmuşlar.  Bu  dövrlərdə  makroiqtisadi  göstəricilərin 

dinamikası aşağıdakı kimi olmuşdur: 

• 

 ÜDM  qeyri  neft  iqtisadiyyatının  8,3%  artmasına  baxmayaraq  neft 



sektorunun 65% genişlənməsindən irəli gələrək artmaqda davam etmişdir; 

• 

 Yüksək  artım  sürəti  illər  üzrə  təkrar  olunmuş  və  bu,  əsasən  neft  və 



qeyri-neft iqtisadiyyatının sürətlə böyüməsindən irəli gəlmişdir; 

• 

 Neftin  ixracı  da  nəzərə  alınmaqla  cari  əməliyyatlar  balansında  müsbət 



saldoya malik olmuşdur və neft hasilatının artması və neftin qiymətlərinin yüksəlməsi 

ilə  əlaqədar  olaraq  cari  balansda  müsbət  saldo  2010-cu  ildə  əhəmiyyətli  şəkildə 

genişlənmişdir; 

• 

 Dinamik  olaraq  hər  il  dövlət  xərclərinin  artması  səbəbindən  tələb 



yüksəlmişdir.  Bu  dövrdə  dövlət  büdcəsindən  investisiyalarının  Qeyri-neft  ÜDMə 

nisbəti 5,7%-ə çatmışdır, halbuki, bu göstərici 2010-cu ilin birinci yarısında 1,8%-ə 

qədər  təşkil  edirdi.  Dövlət  büdcəsi  xərclərində  kəskin  artım  əsasən  ABŞ  dollarında 

ə

ldə edilmiş neft gəlirləri hesabına maliyyələşdirilr; 



 

74 


 

• 

Xarici  valyutanın  manatla  konvertasiyası  pul  aqreqatlarının  kəskin 



artmasına gətirib çıxarmışdır. Lakin monetar artım rəsmi inflyasiyanın yüksəlməsinə 

hələ  ki,  gətirib  çıxarmamasına  baxmayaraq,  kəskin  artan  qeyri-neft  defisitinin  neft 

gəlirləri  hesabına  maliyyələşdirilməsi  bu  ildə  inflyasiya  təzyiqlərinin  artmasını 

göstərir.  

Bu  dövrdə  inflyasiya  təzyiqlərinin  azaldılması  istiqamətində  aşağıdakı  əsas 

tədbirlər  həyata  keçirlmişdir.  Əvvəla,  ən  mühüm  tədbir  nominal  valyuta 

məzənnəsinin  (ABŞ  dollarına  qarşı)  minimum  möhkəmlənməsidir.    Milli  Bank  və 

Xəzinə  tərəfindən  özlərinin  az  miqdarda  qısa  müddətli  qiymətli  kağızlarının  satışı 

artırılmışdır.  Lakin  bu  mərkəzi  bankda  beynəlxalq  ehtiyatların  akkumulyasiyası  ilə 

müqayisədə  xeyli  kiçik  olaraq  qalır.  Nəhayət,  yenidən  maliyyələşdirmə  dərəcəsi 

yüksəldilərək 13,5%-ə çatdırılmışdır.    

Regionların  sosial-iqtisadi  inkişafının  həyata  keçirilməsi  üçün  fiskal  sahədə 

institutsional  çərçivə  formalaşdırmışdır.  BVF  və  Dünya  bankı  ilə  əməkdaşlıq 

çərçivəsində  inkişaf  etdirilən  makroiqtisadi  çərçivə  ümumi  fiskal  kəsirin  davamlı 

səviyyədən də aşağı olmasını və dövlət xərclərinin ümumi səviyyəsinin iqtisadiyyatın 

real  imkanlarına  uyğunlaşdırlmasını  təmin  etməyə  yönəldilmişdir.  Dünyada  neftin 

qiymətinin yüksəlməsi və neft gəlirlərinin artması kontekstində ölkənin yığılıb qalmış 

geniş miqyaslı infrastruktur və sosial problemlərin həllinə ünvanlanmışdı.  

«Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı»na və ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafını təmin edən digər 

dövlət  tədbirlərinə  uyğun  olaraq  büdcə-vergi  siyasəti  müəyyənləşdirilməklə,  bu 

siyasət  ölkədə  sahibkarlığın  inkişafı,  infrastruktur  sahələrin  müasir  tələblər 

baxımından yenidən qurulması, yoxsulluğun azaldılması və regionların inkişafı üçün 

iqtisadi  imkanların  yaradılması  ilə  yanaşı,  mülkiyyət  formasından  asılı  olmayaraq 

bütün  hüquqi  şəxslərdə,  o  cümlədən  büdcə  təşkilatlarında  maliyyə  intizamının 

gücləndirilməsini  və  şəffaflığın  təmin  edilməsini  özündə  əks  etdirir.  Həyata 

keçiriləcək  kompleks  tədbirlər  növbəti  illərdə  istehsalın,  xüsusilə  qeyri-neft 

sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafı 



 

75 


 

üçün dayanıqlı maliyyə təminatının yaradılmasına, ixrac yönümlü məhsul istehsalının 

stimullaşdırılmasına  yönəldilməsi  nəzərdə  tutulmuşdur.    Respublikamızda  sosial-

iqtisadi inkişaf  sahəsində  bu  kimi  zəruri tədbirlərin həyata  keçirilməsi  idarəetmənin 

səmərəliliyinin  yüksəldilməsi  ilə  müşayiət  olunacaqdır.  qtisadiyyatımızda  mövcud 

olan ödəməmələr probleminin mərhələlərlə aradan qaldırılması, enerji daşıyıcılarının 

ölkədaxili  qiymətlərinin  tədricən  dünya  qiymətlərinə  uyğunlaşdırılması,  enerji 

sektoruna dövlət büdcəsi hesabına subsidiyaların verilməsi kimi məsələlər buna əyani 

sübutdur.  

Məlum  olduğu  kimi,  iqtisadi  sabitlik  xərclər  və  vergiqoyma  sahəsində  dövlət  

siyasətinin  yeganə  məqsədi  deyil.  Eyni  zamanda,  hökumət  əhalinin  ictimai  mallarla  

və  xidmətlərdə  təmin  etməsi,  gəlirin    yenidən  bölüşdürülməsi  məsələləri  ilə 

məşğuldur.  Bəzən  də  bir  sıra  strateji  məqsədlər  üçün  (məsələn,  müharibədə  qələbə 

ə

ldə etmək) iqtisadi sabitliyi yeniləşdirmək tələb olunur.  



Bir  sıra  hallarda,  büdcə  kəsiri  çox  cəlbedici  formada  təqdim  olunur,  lakin, 

büdcə  artımı  isə  əksinə,  olduqca  çətinliklə  qəbul  edilir.  Bu,  o  deməkdir  ki, 

cəmiyyətdə  hansısa  bir  məqamda  kəsirə  siyasi  meyl  yaranır,  yəni    fiskal  tədbiri 

stimullaşdırma məqsədləri üçün tətbiq olunur.  

Real  iqtisadiyyatda    büdcə-vergi  siyasətinin  effektivliyini  azaldan  bəzi 

məqamlarda,  onun  tətbiq  edilməsi  bu  və  ya  digər  formada    iqtisadi  tsikllərin 

dəyişməsinə şərait yaradır. Fiskal siyasətin tətbiqində müsbət effektə nail olmaq üçün 

bu siyasət yüksək səviyyəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir.   

Vergi  yığımının

 

artımı  adətən  ÜDM-in  artımı  ilə  müqayisə  olunur,  yəni  əgər 



ÜDM  artırsa,  analoji  templə  vergi  yığımı  da  artmalıdır.  Düzdür,  mal  mübadiləsi 

həcminin  artırılması aparılan  iqtisadi  siyasətin  əsasıdır və ölkənin iqtisadi inkişafını 

təmin  etmək  üçün  mal  dövriyyəsi  artırılmalıdır.  Lakin  ÜDM-in  artımı  bir  qayda 

olaraq vergi yığımını da artırmalıdır hökmü, heç də həmişə real şəraitdə öz təsdiqini 

tapmır.  Belə  ki,  vergi  təkcə  satış  həcminin  artması  ilə  formalaşmır.  O,  hər  şeydən 

ə

vvəl  müəssisələrin  əldə  etdikləri  mənfəətin  həcmindən  və  fiziki  şəxslərin 



gəlirlərindən asılıdır. Bazar iqtisadiyyatının formalaşma səviyyəsi onun hərəkətverici 

 

76 


 

qüvvəsi olan rəqabətin və bazarın bölüşdürülməsi səviyyəsi ilə ölçülür. Bəzən bu və 

ya digər firma bazara sahib olmaq üçün malları çox aşağı qiymətə sataraq müəyyən 

qədər  ziyana da  düşür.  Bu  addım  ÜDM-in  həcmini  artırsa  da,  vergi  daxilolmalarını 

artırmır. 

Qeyd etmək lazımdır ki, texnologiya inkişaf etdikcə rəqabət güclənir, biznesin 

gəlirliliyi  aşağı düşür.  Ona  görə də,  ÜDM-nun  artımı  hökmən  vergi daxilolmalarını 

artırmalıdır,  qənaətinə  gəlmək  düz  deyil  və  büdcə  sistemini  daha  etibarlı  və  müasir 

qiymətləndirmə  ilə  təmin  etmək  lazımdır.  lk  növbədə,  vergi  daxilolmalarının 

potensial mənbələri araşdırılmalıdır və bu mənbələrin hər biri qiymətləndirilməlidir. 

Bu  isə  birinci  növbədə,  gəlirlərin  proqnozlaşdırılması  prosesinin  elmi  cəhətdən 

ə

saslandırılmasını tələb edir. Nəzərə almaq lazımdır ki, əvvəlcədən artıq təsdiqlənmiş 



gəlir  proqnozları  sonradan  büdcənin  idarə  edilməsində  çətinlik  yaratmaqla  bərabər 

ümumən büdcə-vergi səmərəliliyini aşağı salır. 

Mövcud  proqnozlaşdırma  prosesində  dövlət  orqanlarının  səmərəli  iştirakını  

qeyd  etmək  lazımdır.  Büdcə  tapşırıqlarının  formalaşdırılması  zamanı  yarana  bilən 

çatışmazlıq  büdcə-vergi  siyasətini  iqtisadi  inkişafın  tələblərinə  uyğun  aparmağa 

imkan  vermir.  Ən  başlıca  çatışmamazlıq  müvafiq  dövlət  orqanları  arasında 

koordinasiyanın və proqnozların hazırlanmasının vahid metodologiyasının olmaması 

ilə  əlaqələndirilə  bilər.  Beynəlxalq  təcrübə  göstərir  ki,  müvafiq  orqanların 

koordinasiyasının rolunun daha böyük olduğunu və hətta bu orqanlar arasında xüsusi 

razılaşmanın  olduğunu  göstərir.  Həmin  razılaşmada  müvafiq  orqanların  iştirakı 

reqlamentləşdirilir  və  yekun  variantın  qəbul  olunma  mexanizmi  öz  əksini  tapır. 

Göründüyü kimi bu cür çatışmazlıq, hər şeydən əvvəl təşkilati xarakterə malikdir və 

büdcə  paketinin  hazırlanması  prosesində  konsensus  nəticəsində  aradan 

qaldırılmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  büdcə  daxilolmalarının  proqnozlaşdırılması  və  vergi 

daxilolmalarının düzgün qiymətləndirilməsi çox çətindir. Əgər nəzərə alsaq ki, keçid 

iqtisadiyyatını  yaşayan  ölkələrdə  sürətli  struktur  dəyişiklikləri  baş  verir,  onda  belə 

qiymətləndirmə  daha  çətin  olur.  Qeyd  olunan  çətinlik  həm  də  onunla  bağlıdır  ki, 



 

77 


 

qərar qəbulu prosesi üçün zəruri olan adekvat informasiyanın toplanması da çox uzun 

zaman  mərhələsi tələb  edir,  çox vaxt  da  etibarlı  və  keyfiyytli  olmur,  həm  də  yalnız 

keçmiş  dövrü  əks  etdirən  statistikadan  başqa  bir  şey  deyil.  Lakin  məlumdur  ki, 

proqnozlaşdırma  metodikasının  seçilməsi,  əgər  bir  tərəfdən,  hansı  suallara  cavab 

axtarılmasından asılıdırsa,  o biri tərəfdən, mövcud olan informasiyanın təbiətindən, 

etibarlılığından  və  keyfiyyətindən  asılıdır.  Belə  ki,  əgər  sistemdə  ciddi  struktur 

dəyişiklikləri  baş  vermirsə  və  gəlirlərin  paylanması  nisbətən  dayanıqlı  xarakter 

daşıyırsa,  onda,  aqreqasiya  olunmuş  dinamik  sıralardan,  əks    halda  isə  aqreqasiya 

olunmuş  distributiv  üsullardan  istifadə  edilir.  Mövcud  tədqiqatlarda  vergi 

daxilolmalarını qiymətləndirmək üçün əsasən üç tip model tətbiq olunur. 

 

Daxilolmaların qiymətləndirilməsi modellərində, adətən, mövcud qanunverici-



lik  və  normativlər  daxilində  gələcək  vergi  daxilolmalarının  qiymətləndirilməsi 

məqsədilə tətbiq edilir. Proqnozlaşdırma dövrü kimi ay, rüb və ya il qəbul edilir. Belə 

proqnoz baza proqnozu adlanır və nəticədə alınmış qiymətlər vergi siyasətinin təhlili 

modelləri ilə hesablanmış qiymətlər vasitəsilə dəqiqləşdirilir. 

 

Vergi  siyasətinin  təhlili  modelləri  isə  vergi  qanunvericiliyinin  dəyişməsinin 



büdcə  gəlirlərinə  və  onların  paylanmasına  təsirini  qiymətləndirmək  üçün  istifadə 

olunur.  lkin məlumat kimi vergi bəyannamələri götürülür. Mahiyyətcə bu modellər, 

imitasiya  mikromodellərindən  ibarətdir.  Belə  modellərin  işlənib  hazırlanması  üçün 

vergi  bazası  haqqında  məlumat  və  adekvat  vergi  modeli  lazımdır  ki,  vergilərin  real 

qiymətlərini və bəyannamə göstəricilərini imitasiya etmək mümkün olsun. 

 

Daxilolmaların  monitorinqi  modelləri  daxilolmaların  vaxtını  və  həcmini 



müşayiət  etməyə  imkan  verir  ki,  o  da  ÜDM-in  artıb-azalmasının  səbəblərini 

aydınlaşdırmağa,  proqnoz  tapşırıqlardan  kənarlaşmaları  izah  etməyə  imkan  verir  ki, 

bu da vaxtında və məqsədyönlü qərarlar qəbul etməyə şərait yaradır. 

Beləliklə,  ölkənin  sosial-iqtisadi  inkişaf  konsepsiyasına  və  orta  müddətli 

maliyyə  proqramına  uyğun  olaraq  iqtisadiyyatın  inkişaf  etdirilməsini  və  nəzərdə 

tutulan  büdcə-vergi    siyasətinin  effektiv  həyata  keçirilməsini  təmin  etmək  üçün 

aşağıdakı istiqamətlərin nəzərə alınması məqsədəmüvafiqdir:  


 

78 


 

-  ümumi  daxili  məhsulun  strukturuna  və  sahə  quruluşuna  uyğun  büdcə 

gəlirlərinin    artımını təmin etmək; 

-  vergi  daxilolmalarının  proqnozlaşdırılması  modelini  hazırlamaq  və    bu 

prosesi  keyfiyyətli  həyata  keçirmək  üçün  real  informativ-məlumat  sistemini  təsis 

etmək; 


-  potensial  gəlirlərin  büdcəyə  daxilolma  əmsalının  əhəmiyyətli  dərəcədə      

yüksəldilməsinə nail olmaq; 

-      dövlət  xəzinədarlığı  vasitəsilə  büdcə  təşkilatları  xərclərinin  idarə  edilməsi 

potensialını  artırmaq,  büdcə vəsaitlərinin təyinatı üzrə  düzgün xərclənməsi  üzərində 

dövlət maliyyə nəzarətini daha da gücləndirmək; 

-  qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalının üstün artımına nail 

olmaq; 

-  dövlət büdcəsi xərclərinin investisiya yönümlüyünə üstünlük vermək; 



-  investisiya  qoyuluşunun  strukturunu  və  kreditlərin  verilməsi  mexanizmini 

daim təkmilləşdirmək; 

-  sahibkarlığı regionlar üzrə inkişaf etdirmək;  

-  dövlət  vəsaitindən  səmərəli  istifadəni,  büdcə  xərclərinin  strukturunun 

təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvericilik 

bazasının formalaşdırılmasını davam etdirmək;  

-  dövlətin  qısamüddətli  istiqraz  vərəqələri  bazarını  daha  da  inkişaf  etdirmək, 

dövlətin  qiymətli  kağızlar  bazarında  investorların  iştirakını  genişləndirmək  və  

qiymətli  kağızlara  olan  tələbatı  artırmaqla  normal  rəqabət  prinsipləri  əsasında  faiz 

dərəcələrinin aşağı düşməsinə şərait yaratmaq; 

-  kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış proqamların 

maliyyələşdirilməsində büdcənin rolunu və bu istiqamətə vəsait qoyuluşunu artırmaq; 

-  büdcə  vəsaitlərinin  məqsədyönlü  və  təyinatı  üzrə  istifadə  olunmasını  təmin 

etmək  məqsədilə  xəzinə  nəzarətini  daha  da  gücləndirmək,  büdcə  təşkilatlarında 

borclanma prosesini çevik idarə etmək; 

- büdcə-vergi siyasəti alətlərindən səmərəli istifadə etmək; 



 

79 


 

- dövlət büdcəsi kəsirinin tədricən azaldılması siyasətini davam etdirmək və bu   

kəsiri iqtisadiyyatın stimullaşdırılması həddində saxlamaq;  

- büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;  

Bu məqsədlə,  artıq növbəti, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi 

inkişafı  dövlət  proqramı  hazırlanmışdır.  Regionlarının  sosial-iqtisadi  inkişafı  üzrə 

dövlət proqramının birinci mərhələsini uğurla başa vuran hökumət növbəti mərhələdə 

büdcə-vergi siyasətin sahəsində islahatları davam etdirilməlidir. Dövlət proqramının 

ikinci mərhələsində aşağıdakı istiqamətlər müəyyən edilmişdir: 

• ilkin  mərhələdə  dövlət  büdcəsinin,  daha  sonra  isə  digər  fiskal  fondların 

ortamüddətli  xərc  strategiyasının  müəyyən  hədəf  tələbləri  əsasında  işlənilməsi  və 

həyata keçirilməsi; 

• regional  səviyyədə  vergi  mexanizminin  iqtisadi  artımın  tələblərinə  uyğun 

rasional idarə olunması; 

• regionlarının  sosial-iqtisadi  inkişafı  üzrə  dövlət  proqramına  daxil  ediləcək 

regional investisiya layihələrinin xarici investisiya müsabiqələrinə təqdim olunması; 

• xüsusi 

ə

həmiyyət  kəsb  edən,  lakin  xarici  mənbəələr  hesabına 



maliyyələşməyən  investisiya  layihələrinin  dövlətin  investisiya  proqramına  daxil 

edilməsi və idarə olunması; 

• fiskal  xərclərin,  xüsusilə  ARDNŞ  tərəfindən  həyata  keçirilən  sosial 

xərclənmələrin davamlı şəkildə minimuma endirilməsi, bu layıhələrin isə hissə-hissə 

dövlət büdcəsinə keçirilməsi; 

• sosial  müdafiə  sisteminin  maliyyə  təminatının  ilkin  mərhələdə  dövlət 

büdcəsi, sonralar isə daxili imkanlar və investisiya modeli hesabına gücləndirilməsi; 

• regional  səviyyədə  bank  xidmətlərinin  davamlı  şəkildə  yaxşılaşdırılması, 

xüsusilə  sosial  təbəqənin  ehtiyaclarına  yönlən  mikrokredit  mexanizminin 

təkmilləşdirilməsi; 

• sosial  xidmətlərin  regional  səviyyəsinin  qaldırılması  məqsədilə  sığorta 

mexanizminin  gücləndirilməsi,  maliyyə  imkanları  zəif  olan  regional  müəssisələrə 

ilkin güzəştlərin verilməsi.  


 

80 


 

Bazar  iqtisadiyyatının  formalaşdırılması,  onun  dünya  iqtisadiyyatına 

inteqrasiyası  istiqamətində  aparılan  məqsədyönlü  iqtisadi  siyasət  çərçivəsində  çevik 

büdcə-vergi  siyasəti  həyata  keçirilir  ki,  bu  siyasətin  də  əsas  istiqamətləri  vergilərin 

sayının  azaldılması,    vergi  dərəcələrinin  aşağı  salınması  və  vergi  güzəştlərinin 

azaldılması  hesabına  vergitutma  bazasının  genişləndirilməsindən  ibarətdir. 

Ölkəmizdə  maliyyə  axınlarının  hərəkəti  əsasən  Bakı  şəhərində  və  qismən  də  böyük 

şə

hərlərdə mərkəzləşmişdir. Bu tendensiya pul vəsaitlərinin paytaxtda cəmləşməsinə 



səbəb  olan  iri  vergi  ödəyicilərinin  korporativ  maraqları  və  regionlarda  bank 

sektorunun kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır. Bu hal isə hər bir regionun 

vergi bazasının hesablanmasında fərdi yanaşmanın vacibliyini şərtləndirir. 

Məhz  elə  buna  görə  də,  regionların  vergi  bazasının  obyektiv 

müəyyənləşdirilməsi  və  bunun  əsasında  vergi  potensialının  hesablanması  üçün  ilkin 

şə

rt,  yəni  regionlarda  makroiqtisadi  vəziyyətin  inkişaf  tendensiyasını  təyin  edən, 



həmçinin vergi bazasının ümumi vəziyyətinə və onun inkişaf perspektivinə təsir edən 

sahəvi  və  regional  amillərin  və  maliyyə  axınlarının  mövcud  strukturunun  göstəricilər 

sisteminin formalaşdırılması təmin olunmalıdır. Bu zaman, vergi bazasının hesablanması 

üçün  lazım  olan  göstəricilər  sisteminə,  birinci  növbədə  onun  formalaşmasına  təsir 

edən parametrlər daxil edilməlidir ki, bunlara aşağıdakıları aid etmək olar: 

- regionun ölkənin ümumi təsərrüfat sistemində yeri və rolu; 

         -  yerli  təsərrüfatın  müəyyən  sahəsi  üzrə  ixtisaslaşdırılması,  təsərrüfatın  əsas 

sahələrinin yerləşdirilməsinin və fəaliyyətinin xüsusiyyətləri; 

          - region əhalisinin sayı və şəhərdə yaşayan əhalinin xüsusi çəkisi; 

           - regionun ümumi məhsulunun həcmi; 

         -  regionun  aparıcı  sahələrinin  müəssisələrinin  maliyyə-iqtisadi  vəziyyəti,  mən- 

fəətlə və zərərlə işləyən müəssisələrin sayı; 

-  əmək  haqqının  səviyyəsi  və  dinamikası  (əmək  haqqı  üzrə  borc  haqqında 

informasiya  büdcə  gəlirlərində  fiziki  şəxslərdən  gəlir  vergisinin  xüsusi  çəkisini 

müəyyənləşdirməyə imkan yaradır); 

- regionun iri vergi ödəyicilərinin sayı; 



 

81 


 

- regionun iqtisadi sahələri daxilində ixracatının həcmi. 

Bununla  yanaşı,  regionların  vergi  bazasının  hesablanması  zamanı  regionların 

ə

razisindəki xüsusi mülkiyyətin gəlirliyinin və büdcə effektivliyinin, istehsal və sosial 



infrastrukturun və regionun inkişaf etmiş sahələrinin texnoloji yenilənməyə tələbatının, 

regionun  resurs  bazasının,  nəqliyyat  təminatının  və  s.-nin  keyfiyyətinin 

qiymətləndirilməsi nəzərə alınmalıdır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı 

çərçivəsində  vergi  güzəştlərinin  dövlətin  sosial-iqtisadi  proqramlarının  strateji 

məqsədlərə  uyğun  verilməsi,  bu  güzəştlərin  ancaq  müvəqqəti  və  əldə  edilmiş 

nəticələrə əsaslanaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilir. 

Vergitutma  bazasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  bir  sıra  amillər  də 

nəzərə alınmalıdır.  lk növbədə, iqtisadiyyatda ödəməmələr (müəssisələr arasında külli 

miqdarda  borcların  yaranması)  problemi,  tətbiq  edilən  hesablaşma  formaları  (nağd, 

barter,  veksel)  və  nisbətən  iri  vergi  ödəyicilərinin  (maliyyə-bank və  maliyyə-sənaye 

sahələri daxil olmaqla) regionlarda vergi bazasının dəyişməsinə təsirinin öyrənilməsi 

də vacibdir. Bu zaman, onların maliyyə  vəziyyəti, hesablaşma növü, hüquqi statusu 

və strukturu təhlil olunmalı və qiymətləndirilməlidir. Nəticədə, əldə olunan göstəricilər 

regionun  ümumi  gəlirinin,  onun  iqtisadi,  maliyyə  və  vergi  potensialının 

hesablanmasının  informasiya  bazasını  təşkil  edəcəkdir.  Bu  informasiya  bazası 

regionun  iqtisadi  artımının  və  müvafiq  olaraq  vergi  daxilolmalarının  artırılmasının 

mümkünlüyü  haqqında  məlumat  verəcəkdir.  Bu  məlumat,  büdcənin  növbəti  dəfə 

formalaşmasında  böyük  rol  oynamaqla  yanaşı,  burada  regionların  subsidiya, 

subvensiya,  dotasiya  və  transfert  maliyyələşdirilməsi  şəklində  olan  dövlət  resurslarına 

tələbatı  daha  aydın  əks  olunacaqdır.  Sözügedən  göstəricilər  sisteminin  istifadəsi 

makroiqtisadi amillər və vergi bazasının ümumi vəziyyəti arasında funksional asılılığı 

müəyyənləşdirməyə  şərait  yaradır  ki,  bu  da  öz  növbəsində  bizə,  iqtisadiyyatın 

sahələrində və ölkənin regionlarındakı vergi bazasını obyektiv qiymətləndirməyə imkan 

verir.  Daha  az  inkişaf  etmiş  rayonlar  (dağ  və  dağətəyi  rayonlar),  intensiv  əmək 

resursları  tələb  edən  istehsal  və  sair  dövlətin  dəstəyinə  ehtiyacı  olan  insan  qrupları 

üzrə xüsusi subsidiyalar siyasətinin tətbiq edilməsinə ehtiyac vardır.  



 

82 


 

Bəzi inkişaf etmiş ölkələrdə dövlət subsidiyalarının yerinə özəl biznesin vergi 

güzəştləri əsasında stimullaşdırmasına da üstünlük verilir. Ancaq vergi güzəştləri öz 

növbəsində, müəssisələrə fəaliyyət nəticəsində dövlətin müəyyən hədəflərinin yerinə 

yetirilməsinə  görə  verilə  bilər.  Vergi  dərəcələri  arasında  diferensiasiyasının 

mövcudluğu  iqtisadi  fəaliyyət  növləri  və    regional  inkişaf  baxımından  qeyri-

bərabərlik  yaradır,  bir  sahə  digər  sahəyə,  bir  region  digər  regiona  nisbətən  daha 

sürətlə inkişaf edir. Bu isə iqtisadi baxımından müsbət haldır. Buna görə də ümumi 

olaraq vergi növləri üzrə vergi dərəcələrin vahid dərəcələr əsasında qurulmasına əsas 

prioritet verilməlidir.  

Beynəlxalq  təcrübəyə  əsasən,  müxtəlif  ölkələrdə  sadələşdirilmiş  vergi  sistemi 

tətbiq olunur. Ölkəmizdə kiçik biznesin inkişafı üçün sadələşdirilmiş vergi sisteminin 

tətbiqi  davam etdirilməlidir ki, xüsusilə regionlarda kiçik biznes obyektləri rəqabət 

qabiliyyətli olsunlar və iş məşğulluğu  problemi həll olunsun.  

Ancaq  kiçik  biznes  üçün  nəzərdə  tutulmuş  sadələşdirilmiş  vergi  rejimindən 

istifadə edərək bir sıra iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri 

kimi  qeydiyyata  durmaqla,  vergidən  yayınma  halları  vergi  orqanlarının  xüsusi 

nəzarətində  olmalıdır.  Bu  baxımdan,  sadələşdirilmiş  verginin  məbləği  həm  iqtisadi 

fəaliyyət  növü,  həm  dövriyyə,  həm  də  işçilərin  sayı  və  xidmət  sahəsi    kimi 

parametrləri  əsasında  təyin  edilməlidir.  Bununla  yanaşı,  regionların  iqtisadi  inkişafı 

nöqteyi-nəzərindən  sadələşdirilmiş  verginin  məbləği  ölkənin  şəhər  və  rayonlarının 

ə

razilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar 



tətbiq edilməklə  də hesablana bilər. 

Regionun vergi potensialının formalaşmasına bir neçə iqtisadi göstərici təsir edir 

ki, bunlara da vergi daxilolmaları, vergi borcları, vergi güzəştləri, gizli iqtisadiyyatın 

yayındırdığı  vergilər,  vergi  qanunvericiliyi  və  digər  qanunvericiliklərin  yaratdığı 

ziddiyyətlər və boşluqlar nəticəsində yayındırılan vergi məbləği daxildir.  

Büdcə-vergi  siyasətinin  təkmilləşdirilməsi  iki  əsas  məsələnin  həllini  qarşıya 

qoyur:  regionun  özünün  vergi  potensialının  qiymətləndirilməsi  (məcmu  maliyyə 

resurslarının  bir  hissəsi  kimi  baxılan  potensial  vergi  resursları)  və  regionun  vergi 



 

83 


 

yükünün  yuxarı  həddinin  (vergiqoyma  norması)  qiymətləndirilməsi.  Bu 

qiymətləndirmə  isə  büdcələrarası  iştirakçıların  hamısının  maraqlarının  nəzərə 

alınması  ilə  obyektiv  şərtləndirilən,  regionların  və  bələdiyyə  qurumlarının  büdcə 

təminatı səviyyəsinin bərabərləşdirilməsi məqsədi ilə aparılır.  

 

Bu  istiqamətdə  vacib  məsələlərdən  biri  -  ayrı-ayrı  rayonların  icra 



strukturlarının 

vergi 


aktivliyinin 

yüksəldilməsində 

rolu, 

mövcud 


vergi 

qanunvericiliyindən  istifadə  edib  vergi  potensialının  formalaşması,  təsərrüfat 

fəaliyyətinin  stimullaşdırılması  üçün  uyğun  mexanizmlərin  istifadə  olunması, 

vergitutma bazasının genişləndirilməsi və rayonların özünütəminata keçidi olmalıdır. 

Vergi  potensialının  müəyyən  edilməsi  həm  mütləq  qiymətdə,  həm  də  indekslər 

şə

klində həyata keçirilir. Bu indekslər regionun vergi potensialının orta makroiqtisadi 



göstəriciyə  nisbəti  kimi  müəyyən  edilir.  ndeks  göstəriciləri  iqtisadiyyatın  real 

vəziyyətini  daha  obyektiv  əks  etdirir.  Belə  ki,  bu,  istifadə  olunan  hesablama 

üsullarının  qeyri-təkmilliyindən  daha  az  asılı  olub,  inflyasiya  amilinin  təsirini 

ə

həmiyyətli  dərəcədə  azaltmağa  imkan  verir.  Vergi  potensialının  regionlararası 



müqayisəsində,  bir  qayda  olaraq,  adambaşına  düşən  uyğun  göstəricilərdən  istifadə 

olunur.  Belə  ki,  vergi  potensialının  kəmiyyət  qiymətləndirilməsi  zamanı  faktiki 

yığılmış daxilolmalar göstəricisi, vergi potensialının ölçü vahidi kimi isə baza ilində 

faktiki yığılmış gəlir göstəricisi istifadə oluna bilər. Bu məqsədlə, adambaşına düşən 

orta  gəlir  göstəricisini  də  götürmək  olar.  Bu  göstərici  də  öz  növbəsində,  vergi 

potensialının  nisbi  səviyyəsinin  baza  göstəricisi  ola  bilər.  Adambaşına  düşən  orta 

gəlir göstəricisi bir çox ölkələrdə vergi potensialının nisbi ölçüsü kimi istifadə olunur. 

Bu  məqsədlə,  başqa  üsullardan  da  istifadə  oluna  bilər.  Məsələn,  rayonun  ümumi 

məhsulu  və  ya  ölkə  üzrə  ÜDM  göstəricisi,  rayonun  vergiqoyma  resurslarının 

məcmusunun  səviyyəsi,  reqressiya  təhlili  üsulu  ilə  reprezentativ  vergi  sistemi 

üsulunun birgə istifadə edilməsi və s. üsulları göstərmək olar. Daha dəqiq desək, bu 

üsulların  səmərəliliyinin  tədqiqi  və universal üsulun  müəyyən  edilməsi  isə  müstəqil 

elmi-tədqiqat işlərinin aparılmasını tələb edir.  


 

84 


 

Fikrimizcə, büdcə-vergi siyasətinin səmərəliliyini təmin etmək üçün aşağıdakı 

kompleks tədbirlərin həyata keçirilməsi vacibdir: 

•  vergi yükünün azaldılması, vergi məkanının genişləndirilməsi; 

•  vergi  ödəyicilərinin  fəaliyyətinin  stimullaşdırılması,  potensial  vergi  bazasının 

genişləndirilməsi; 

•   vergilərin 

strukturunun 

onların 

sadələşdirilməsi 

istiqamətində 

təkmilləşdirilməsi; 

•  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsini  təmin  edən  vergi  mühitinin 

yaradılması; 

•  dövlət  büdcəsindən  ayrılmış  vəsaitlərin  təyinatı  üzrə  səmərəli  xərclənməsi 

üzərində nəzarəti gücləndirilməsi; 

•  büdcənin  icrası  prosesində  şəffaflığın  təmin  olunması  məqsədilə  xəzinədarlıq 

sisteminin təkmilləşdirilməsi işlərini sürətləndirilməsi; 

•  büdcə gəlir və xərclərinin ÜDM-da xüsusi çəkisinin artırılmasına nail olunması; 

•  xərclərin investisiya və sosialyönümlülüyünün təmin edilməsi; 

•  büdcə prosesində perspektiv maliyyə planının rolunun artırılması; 

•  dövlət  bdcəsindən  maliyyələşən  ayrı-ayrı  sahələr  üzrə  xərc  normativlərinin 

təkmilləşdirilməsi; 

•  büdcə kəsirinin inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi; 

•  dövlət vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti tam təmin 

etmək  məqsədilə  idarə,  müəssisə  və  təşkilatlarda  uçot-hesabat  işlərinin  yenidən 

qurulmasının təmin edilməsi; 

•  dövlət  orqanlarının  idarəetmə  strukturunun  təkmilləşdirilməsinə  dair  təkliflərin 

hazırlanması və idarəetmə xərclərinin üzərində nəzarətin gücləndirilməsi. 

 


Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə