Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix09.12.2016
ölçüsü0,64 Mb.
1   2   3   4   5   6   7   8

 

 

 

 

 

85 


 

NƏT CƏ VƏ TƏKL FLƏ

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 

olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin    artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsinin,  manatın 

məzənnəsinin  tənzimlənməsini    və  digər  tədbirləri    özündə  əks  etdirir.    Həyata 

keçirilən  kompleks  makoiqtisadi  tədbirlər  sabit  iqtisadi  artımın  təmin  edilməsinə, 

istehsalın 

həcminin 

və 


qeyri-neft 

sektorunda 

məşğulluq 

səviyyəsinin 

yüksəldilməsinə,  ölkənin  regionlarının  iqtisadi  inkişafının    dinamikliyinə  və 

tarazlaşdırılmasına,  yerli  özünüidarəetmə    orqanları    olan  bələdiyyələrin  iqtisadi 

müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur. 

 

 Fikrimizcə,  büdcə  təsnifatında  dünya  təcrübəsində  istifadə  olunan  Milli 



Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-

ayrı  dövlətlərdə  tətbiq  olunan  təsnifatlardan  istifadə  edilməklə  formalaşması 

təsnifatın beynəlxalq  standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir 

və  xərclərinin  uçotunun  və  iqtisadi  istiqamətlərinin  daha  da  aşkar  və  şəffaf  həyata 

keçirilməsinə,  büdcədən  maliyyələşən  və  ya  əlaqəsi  olan  dövlət  və  qeyri-dövlət 

orqanlarının  funksiya  və  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  ayrılan  vəsaitlərin 

istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər. 

 

Vergi  münasibətləri,  ölkəmizin  iqtisadiyyatının  dünya  iqtisadiyyatına 



inteqrasiyası  prosesi  ölkədə  aparılan  vergi  siyasətinin  səmərəli,  ədalətli  olmağını 

təmin  etməklə  yanaşı  eyni  zamanda  sabit  vergi  sisteminin  qurulmasını  tələb  edir. 

Ölkədə həyata keçirilən iqtisadi islahatların  müasir mərhələsində  istehsal və  sosial 

sahələrin  inkişafına  büdcə vəsaitlərinin  investsiya  edilməsi dövlət büdcəsinin  tər-

kib hissəsi olmalıdır.   

Maliyyə   siyasətində büdcə gəlirləri iqtisadiyyatın  dövlət tənzimlənməsi isti-

qamətində əsas mənbə kimi çıxış edir. Bu mənbənin  düzgün siyasi  çərçivədən  hə-

dəfləndirilməsi    iqtisadiyyatda    əks  nəticə  ilə  qeyri-taraz  gəlir  azlığı  potensialı  ilə  

büdcə  mexanizminə    təsir  göstərə  bilər.  Məhz  bu  baxımdan  da,  büdcə  siyasətinin  


 

86 


 

mexanizmini  iqtisadiyyatın  inkişafına  doğru    istiqamətləndirilməsi  üçün  gəlir  və 

xərclərinin faktiki və strateji planlaşdırılmasına yönəldilməlidir.  

 

Makroiqtisadi  sabitliyin  əldə  olunmasında  çevik  və  məqsədyönlü  siyasətinin 



aparılması  həlledici  rol  oynayır.  Ona  görə  də,  ilk  növbədə  məhz  büdcə-vergi 

siyasətinin  tarazlaşdırılmış  şəkildə  aparılması  ölkədə  makroiqtisadi  sabitliyin 

vəziyyətinə  həlledici  təsir  göstərir.  qtisadiyyatın  sabitləşməsi  müasir  dünyada 

iqtisadi proseslərin sürətləndiyi və iqtisadi  təhlükəsizliyin  qorunmasının gücləndiyi 

bir  şəraitdə  maliyyə  siyasətinin,  o  cümlədən,  onun  tərkib  hissəsi  olan  büdcə-vergi 

siyasətinin  təkmilləşdirilməsi  və  səmərəliliyinin  artırılması  üçün  geniş  imkanlar 

yaradır.  

         Gəlir  daxilolmalarının  bölgüsü  zamanı  əsas  diqqət  yerli  büdcələrin    gəlir 

bazasının formalaşmasına yetirilir ki, bu da yerli səviyyədə sabit, səmərəli fəaliyyət 

göstərən büdcə münasibətləri sisteminin yaradılması məqsədinə daha çox cavab verir. 

Lakin  bunun  mənfi  cəhətləri  də  vardır.  Yerli  hakimiyyətlərə  çox  böyük  vergi 

səlahiyyətlərinin  verilməsi  vergi  qaydalarının  qeyri-bərabərliyinə  və  bunun  nəticəsi 

kimi  formalaşmış  təsərrüfat  əlaqələrinin,  təsərrüfat  obyektlərinin  yerləşdirilməsi 

nisbətlərinin pozulmasına, vəsaitlərin investisiya edilməsi şəraitindəki fərqlərə gətirib 

çıxara bilər.  O faktı da nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi 

üzündən  vergilərin  bölüşdürülməsinin  təhkim  metodunun  tətbiqi  büdcə  təmin 

olunması səviyyələrindəki qeyri-bərabərliyi şərtləndirir bu da yerli büdcələr sistemini 

qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir. 

Göstərilən  səbəblər  üzündən  vergilərin  bölüşdürülməsinin  təhkim  metodu  yerli 

büdcələrin  normal  fəaliyyətini  təmin  etmir.  Buna  görə  də  gəlir  daxilolmalarının 

bölgüsü zamanı vergilərin təhkim metodu onların  paylı bölgüsü metodu ilə birlikdə 

tətbiq ounur. Vergilərin əsas hissəsinin mərkəz tərəfindən tutulduğu halda belə, vergi 

daxilolmalarının  müəyyən  payı  yerli  səviyyəyə  ötürülə  bilər.  Ümumdövlət 

vergilərinin  bazasından  istifadə  etməklə  tutulan  vergilərə  yerli  əlavələr  sistemi 

iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur. 


 

87 


 

 

Dövlət büdcəsinin dayanıqlı vəziyyətdə  olması  geniş təkrar istehsalın  və əha-



linin sosial-iqtisadi vəziyyətinin dinamik inkişaf edə bilməsinin əsasıdır. Onun taraz-

lığının  pozulması  və  bunun  nəticəsində  büdcə  kəsirinin  həcminin  müəyyən  həddi 

keçməsi  təkrar  istehsal  prosesinin  və  əhalinin  sosial-iqtisadi  vəziyyətində  tarazlığın 

pozulması problemini yarada bilər.  

Hal-hazırda mövcud  iqtisadi siyasi durum  respublikamızın  yeraltı və yerüstü 

təbii sərvətlərinin  zənginliyi, onun  tutduğu  coğrafi – geosiyasi  vəziyyəti, nisbətən 

ucuz işçi qüvvəsinin  olması və digər amillər  xarici investorların  marağını getdikcə 

aptırmaqdadır.  qtisadiyyatımızın    stabil  inkişafını    təmin  etmək,  xalq  təsərrüfatının  

bütün sahələrinə xarici  investisiyaların  cəlb olunması  üçün  səmərəli  vergiqoyma 

və  ikiqat  vergi  tutmadan    azad  etməklə,  xarici  investisiyaların    iqtisadiyyatımıza 

qoyuluşunu  stimullaşdıra  bilər.  Bununla  belə  bu  sektorun  inkişafı  yalnız  maliyyə 

mənbələri  ilə  məhdudlaşmır.  Burada  bir  çox  institutsional  amillər  də  həlledici  rola 

malikdir.  Burada  ən  başlıca  prioritetlərdən  biri  qeyri-neft  sektorunun  inkişaf 

potensialını maksimum nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz 

vergi yükünün cüzi yox, əhəmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox 

mühüm  stimul  yaratmaq  imkanındadır.  Bu  gün  hökumətin  gördüyü  tədbirlər  vergi 

yükünün azaldılmasına yönəldilməsi kimi qiymətləndirilməlidir. 

qtisadiyyatın dinamik yüksəlişi üçün vacib olan amillərdən biri və ən mühümü 

neft gəlirlərinin ölkədaxili investisiyalara  cəlb edilməsidir. Son nəticədə bu, ölkənin 

beynəlxalq miqyasda rəqabətə  dözümlüyünə ən yaxşı zəmanətdir.   qtisadi cəhətdən 

sürətlə  inkişaf  edən    ölkələrin  təcrübəsi  göstərir  ki,  ixtisaslı  işçi  qüvvəsinə  qoyulan 

investisiyalar  digər investisiya formalarından  daha mənfəətlidir. Nəzərdə tutulan bu 

təlabatın  tam  ödənilməsi  üçün  bu  istiqamətdə  bəzi  tədbirlərin  həyata  keçirilməsi  

məqsədə müvafiq  olardı. 

Fikrimizcə,  müasir  şəraitdə  xüsusilə  regionların  inkişafına  yönələn  «regional 

investisiya siyasəti» aparmaqla ərazilər üzrə iqtisadi inkişafın tənzimlənməsinə şərait 

yaratmaqdadır.  


 

88 


 

 

Ə

DƏB YYAT S YAHISI 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2002. 



2.

  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi.  «Hüquq»  ədəbiyyatı 

nəşriyyatı , 2003.

 

 



3.

  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  əlavə  və  dəyişikliklər 

edilməsi haqqında Azərbaycan Respublikası Qanunu. Bakı, 2002. 

4.

  Azərbaycan Respublikasının  2004-cü il üçün  Dövlət Büdcəsi haqqında 



Azərbaycan Respublikasının Qanunu, Bakı 2003. 

5.

  Azərbaycanan  statistik  göstəriciləri  2008.  Dövlət  Statistika  Komitəsi. 



Bakı, 2008, 770 s. 

6.

   «Azərbaycan» qəzeti, 22.07.2005. 



7.

  Abbasov  A.B.  Sahibkarlıq  fəaliyyəti:  növləri,  təşəkkülü  və  inkişaf 

problemləri.  Bakı, Az.D U, 1998, 212 s. 

8.

  Abbasov  A.H.  Azərbaycanda  maliyyə  bazarının  formalaşması  və  bazar 



iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı, «Poliqraf», LTD, 2003, 

332 s.  


9.

  Abbasov  Ə.M.,  Sadıqov  M.M.  Azərbaycan  Respublikasının  regionları: 

maliyyə  və  vergi  potensialının  proqnozlaşdırılması  problemləri.  Bakı,  «Elm» 

nəşriyyatı, 2002, s. 132. 

10.

  Axundov  Ş.,  Axundov  M.  Bazar  iqtisadiyyatının  əsasları  (Qısa  izahlı 



lüğət) Bakı, 2001, 666 s. 

11.


   Allahverdiyev  H.,  Qafarov  K.,  Əhmədov  Ə.    qtisadiyyatın  dövlət 

tənzimlənməsi. Bakı, 2002, 445 s. 

12.

   Bağırov D.A. Vergi auditi. Bakı, 1999, 428 s. 



13.

   Bədəlov  Ş.Ş.,  Məhərrəmov  R.B.,  Qurbanov  F.Ə.  Büdcə  sistemi.  Bakı, 

2003, 418 s. 

14.


  «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu». Büdcə 

bələdçisi. «Ekspert» jurnalı, B., «Elm və həyat» nəşr., 2003, s. 141. 



 

89 


 

15.


   Büdcə terminləri: izahlı lüğət. Bakı, 2003, 100 s.  

16.


  «Dövlət büdcəsinin tərtibi  və  icrası  qaydaları»  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin qərarı, Bakı, 2004. 

17.

   «Dövlət  rüsumu  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.  Bakı, 



«Hüquq», 2002. 

18.


   Ələsgərov  A.  Azərbaycan  Respublikasında  bazar  iqtisadiyyatı 

münasibətlərinin  yaranması,  formalaşması  və  inkişafı.  «Azərbaycan  XXI  əsrin 

astanasında». Elmi-praktiki konfransın materialları. Bakı, 1998, s.40-45. 

19.


   Əliyev  A.Ə.,  Şəkərəliyev  A.Ş.  Bazar  iqtisadiyyatına  keçid:  dövlətin 

iqtisadi siyasəti. Bakı, 2002, 440 s. 

20.

   Əlirzayev Ə.  qtisadi və sosial idarəetmə: bazar iqtisadiyyatı, metodoloji 



prinsiplər, qanunauyğunluqlar. Bakı, 1997, 282 s. 

21.


   Əhmədov  M.A.  Qloballaşma  və  milli  iqtisadiyyatın    problemləri.  Bakı, 

2003, 519 s. 

22.

   Əsədov  H.X.,  Talıbov  S.T.,  Fərəcov  N. .  «Azərbaycan  Respublikasında 



xəzinədarlıq sisteminin I mərhələsinin tətbiqi üçün metodik vəsait», Bakı, 1997, 224 

s. 


23.

  manov  Q.,  Həsənov  Y.  Azərbaycanın  sosial-iqtisadi  inkişafının 

modelləri. Makroiqtisadi təhlil. Bakı, 2001, 248 s. 

24.


    Qafarov Ş.S. Əmək  fəaliyyəti növünün dəyişməsi prosesi və onun idarə 

edilməsi. « qtisad elmləri: nəzəriyyə və praktika» Bakı, 1999, №1-2, s.122. 

25.

   Quliyev T.F. Millət və dövlət gəlirləri, Bakı, 2004, 328 s.  



26.

  Kərimov A.M., Quliyev N. Maliyyə. Bakı, 2000, s. 185-189.  

27.

  Брайчева Т.В. Государственные финансы. СПб: Питер, 2001, 288 с. 



28.

  Благодатин  А.,  Лозовский  Л.,  Райзберг  Б.  Финансовый  словарь. 

М

.:ИНФРА-М, 2003, 378 с.  



29.

  Большой экономический словарь. М.:»Институт Новой Экономики», 

1998, 864 с. 


 

90 


 

REFERAT 

Respublikamızın  inkişafında  ölkənin  maliyyə  sisteminin  əsas  dayağı  olan  və 

onu  iqtisadi,  sosial  və  siyasi  funksiyaların  yerinə  yetirilməsi  üçün  pul  vəsaitləri  ilə 

təmin  edən  dövlət  büdcəsinin  rolu  böyükdür.  Qeyd  etmək  lazımdır  ki,  dövlətin 

iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin 

tənzimləyici  funksiyasından  və  onun  tətbiq  mexanizmindən  nə  dərəcədə  dolğun 

istifadə edilməsindən asılıdır.                                                    

Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndi-

rilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət 

çərçivəsində  düzgün  hədəfləndirilməməsi  hökuməti  iqtisadiyyatda  əks  nəticə  ilə  -

ə

saslandırılmayan,  qeyri-taraz  gəlir  azlığı  problemi  qarşısında  qoya  bilər  və  büdcə 



mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.   

 

Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - 



ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma 

nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və 

icrasının  təkmilləşdirilməsindən,  qeyri-neft  sektorunda  məşğulluğun  səviyyəsinin 

artırılmasından,  kiçik  və  orta  sahibkarlığa  maliyyə  dəstəyinin  gücləndirilməsindən 

ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil 

olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan  gəlir mənbəyinə malik olmalıdır. 

Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-

ləri  arasında  bölüşdürülür.  Bu  məqsədlə  büdcə  həlqələri  zəruri  gəlir  mənbəyi  ilə 

təmin  edilməklə,  hər  bir  regionun  sosial-iqtisadi  inkişafı  üçün  lazımi  miqdarda 

maliyyə vəsaiti müəyyənləşdirilir. 

Dövlət  büdcəsi  gəlirlərinin  sosial-iqtisadi  proseslərdəki  rolu  əvəzedilməzdir. 

Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və 

fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin 

nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və 

digər  bazar  subyektlərinin  fəaliyyəti  ilə  əlaqədar  büdcədən  ayrılan  vəsait 

qoyuluşlarının  həcmi  və  istiqamətləri  dəyişmişdir.  Bütövlükdə  götürsək, 



 

91 


 

respublikamızda  vergi  sistemi  əsaslı  şəkildə  təkmilləşdirilmiş  və  onun  beynəlxalq 

standartlar  səviyyəsinə  çatdırılması  üçün  tədbirlər  görülür.  Bu  dövr  ərzində  büdcə 

gəlirlərinin  ÜDM-un  strukturuna  və  sahə  quruluşuna  uyğun  artımına,  potensial 

gəlirlərin  büdcəyə  alınmasının  təmin  olunması  əmsalının  əhəmiyyətli  dərəcədə 

yüksəldilməsinə,  vergilərin  ödənilməsinin  sadələşdirilməsinə,  vergi  dərəcələrinin 

azalmasına,  vergilərin  yığılmasını  təmin  edən  orqanların  strukturunun  təkmil- 

ləşdirilməsinə  və  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsini  təmin  edən  vergi 

mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür. 

 

Büdcə  siyasətinin  tərkib  hissəsi  olmaqla,  vergi  siyasətinin  formalaşması  və 



həyata  keçirilməsi  ümumi  iqtisadi  inkişafın  əsas  şərtlərindəndir.  Ona  görə  də  vergi 

işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl 

vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir 

sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə 

funksiyasını normal şəkildə həyata keçirə bilsin. 

Ölkədə  həyata  keçirilən  iqtisadi  islahatların  müasir  mərhələsində  büdcə 

vəsaitlərinin  istehsal  və  sosial  sahələrin  inkişafına  yönəldilməsi  dövlət  büdcəsinin  

tərkib  hissəsi  olmalıdır.  Vergilərin  büdcə  gəlirlərinin  formalaşmasına,  istehsalın  kə-

miyyət  və  keyfiyyət  göstəricilərinə  təsiri  xüsusi  əhəmiyyət  kəsb  edir.  nkişaf  etmiş  

ölkələrdə  vergilər  dövlət  gəlirlərinin  əsas  mənbəyi  olmaqla,  iqtisadiyyatda  

tənzimləyici  kimi çıxış edir.  Vergilər özünün əsas funksiyası olan - maliyyə funk-

siyasından  başqa,  dövlətin  istehsalın  bərpasına,  genişləndirilməsinə,  təkmilləşdiril-

məsinə, yeni texnika və texnologiya ilə  təmin edilməsinə, strukturuna  və qurluşuna  

iqtisadi  təsiretmə  vasitəsidir.  

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 

olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət,    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin  artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsini,  manatın 

məzənnəsinin tənzimlənməsini və digər tədbirləri  özündə əks etdirir. 


 

92 


 

Аббасов


 Джавид Садиг

 

 

РЕЗЮМЕ


 

 

        Во  введении  показывается  актуальность  темы,  степень  ее  изученности, 



цель

  и  задачи,  научная  новизна,  научная  и  практическая  ценность 

исследования

.  


 

В

  первой  главе  под  названием    «Теоретические  и  методологические  



аспекты

  проведения  в  жизнь  бюджетно-налоговой  политики»  раскрываются 

теоретические

  и  методологические  вопросы  бюджетно-налоговой  политики, 

содержание

  регулирования бюджетной  налоговой политики  составной части 

экономической

 политики, рассматривается формирование бюджетных доходов 

и

 роль налогов в их росте. 



         Во  второй  главе  диссертации  «Особенности  формирования  бюджетных 

доходов


  и  оценка  современной  ситуации»  отражаются  формирование 

бюджетных

  доходов,  специфика  межбюджетного  распределения  доходов, 

проанализированы

  бюджетно-налоговая  политика  в  Азербайджане  в 

современных

  условиях  на  основе  конкретных  статистических  показателей, 

оценена


 роль инвестиций в росте бюджетных доходов. 

 

В



  третьей  главе  диссертации  «Пути  роста  эффективности  бюджетно-

налоговой

  политики    в  повышении    бюджетных  доходов»    показано  влияние 

нефтяных


  доходов  на  уровень  бюджетных  доходов  и  регулирование  данного 

процесса


, исследованы методы планирования, прогнозирования и оптимизации  

бюджетного

  потенциала  ,  показаны    пути  совершенствования    и  роста 

эффективности

 бюджетно-налоговой политики в условиях глобализации .  

 

Проведенные



  в  результате  анализа    теоретические  и  методологические 

обощения


, были показаны в конце диссертации в виде выводов и предложений. 

 

 



 

 

 

93 


 

Abbasov Cavid Sadiq 

 

SUMMARY 

 

     In  introduction  actuality  of  the  subject,  its  research  degree,  purpose  and  tasks, 



scientific novelty, scientific and practical value of the study are shown.  

 

In  the  first  chapter  under  name  "Theoretical  and  methodological  aspects  of 



budgetary-tax policy effecting" are opened theoretical and methodological questions 

of budgetary-tax policy, contents of the regulation budgetary-tax one like component 

part  of  economic  policy,  is  considered  forming  of  budget  receipts  and  role  of  the 

taxes in their growing. 

         In  the  second  chapter  of  the  dissertation    "Particularities  of  the  forming  of 

budget  receipts  and  estimation  the  modern  situation"  forming  of  budget  receipts, 

specifics  of  interbudgetary      distribution  of  incomes  are  reflected,  budgetary-tax 

policy  in  Azerbaijan  in  modern  condition  on  base  of  the  concrete  statistical  factors 

are analyzed, role of investment in growing of budget receipts is evaluated. 

 

In the third chapter of the dissertation "Ways of the growing of efficiency of 



budgetary-tax policy in increasing of budget receipts" influence oil incomes on level 

of  budget  receipts  and  regulation  of  the  process  is  shown,  explored  methods  of  the 

planning,  forecasting  and  optimization  of  the  budgetary  potential,  way  of  the 

improvement  and  growing  of  efficiency  of  budgetary-tax  policy  in  condition  of 

globalization are shown.  

The  theoretical  and  methodological  abstracts  were  shown  at  the  end  to 

dissertation as a result of analysis in the manner of conclusion and offers. 

 

 

 

 

 


 

94 


 

Азярбайжан Дювлят Игтисад Университети ММ-нин 2894 груп маэистри Abbasov 

Cavid Sadiq  оьлунун «Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və 

rüsumlarının rolu» мювзусунда йаздыьы диссертасийа ишиня 

 

 



Р Я Й  

 

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 



olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin    artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsinin,  manatın 

məzənnəsinin  tənzimlənməsini    və  digər  tədbirləri    özündə  əks  etdirir.    Həyata 

keçirilən  kompleks  makoiqtisadi  tədbirlər  sabit  iqtisadi  artımın  təmin  edilməsinə, 

istehsalın 

həcminin 

və 


qeyri-neft 

sektorunda 

məşğulluq 

səviyyəsinin 

yüksəldilməsinə,  ölkənin  regionlarının  iqtisadi  inkişafının    dinamikliyinə  və 

tarazlaşdırılmasına,  yerli  özünüidarəetmə    orqanları    olan  bələdiyyələrin  iqtisadi 

müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur. 

 

 Fikrimizcə,  büdcə  təsnifatında  dünya  təcrübəsində  istifadə  olunan  Milli 



Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-

ayrı  dövlətlərdə  tətbiq  olunan  təsnifatlardan  istifadə  edilməklə  formalaşması 

təsnifatın beynəlxalq  standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir 

və  xərclərinin  uçotunun  və  iqtisadi  istiqamətlərinin  daha  da  aşkar  və  şəffaf  həyata 

keçirilməsinə,  büdcədən  maliyyələşən  və  ya  əlaqəsi  olan  dövlət  və  qeyri-dövlət 

orqanlarının  funksiya  və  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  ayrılan  vəsaitlərin 

istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər. 

Бцтцн  бу  дейилянляри  нязяря  алараг  ишин  мцдафияйя  бурахылмасыны 

мягсядяуйьун щесаб едирям. 

 

 



 

     i.e.n.M.M.Aslanova 

 

 

 



 

95 


 

Азярбайжан Дювлят Игтисад Университети ММ-нин 2894 груп маэистри Abbasov 

Cavid Sadiq  оьлунун «Dövlət büdcəsinin formalaşmasında gömrük vergi və 

rüsumlarının rolu» мювзусунда йаздыьы диссертасийа ишиня 

 

Р Я Й  



 

Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə 

makroiqtisadi  göstəricilərin  sabit  saxlanılmasını  təmin  etməklə  iqtisadi  artıma  nail 

olmaqdan,  maliyyə  intizamının  gücləndirilməsindən,  dövlət  büdcəsinin  tərtibi  və 

icrasının  təkmilləşdirilməsindən,  qeyri-neft  sektorunda  məşğulluğun  səviyyəsinin 

artırılmasından,  kiçik  və  orta  sahibkarlığa  maliyyə  dəstəyinin  gücləndirilməsindən 

ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil 

olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan  gəlir mənbəyinə malik olmalıdır. 

Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-

ləri  arasında  bölüşdürülür.  Bu  məqsədlə  büdcə  həlqələri  zəruri  gəlir  mənbəyi  ilə 

təmin  edilməklə,  hər  bir  regionun  sosial-iqtisadi  inkişafı  üçün  lazımi  miqdarda 

maliyyə vəsaiti müəyyənləşdirilir. 

Dövlət  büdcəsi  gəlirlərinin  sosial-iqtisadi  proseslərdəki  rolu  əvəzedilməzdir. 

Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və 

fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin 

nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və 

digər  bazar  subyektlərinin  fəaliyyəti  ilə  əlaqədar  büdcədən  ayrılan  vəsait 

qoyuluşlarının  həcmi  və  istiqamətləri  dəyişmişdir.  Bütövlükdə  götürsək, 

respublikamızda  vergi  sistemi  əsaslı  şəkildə  təkmilləşdirilmiş  və  onun  beynəlxalq 

standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür.  

Бütün  bu  deyilənləri  nəzərə  alsaq    иши  тамамланмыш  маэистр  диссертасийасы 

щесаб етмяк олар və işin мцдафияйя бурахылмасы мягсядяуйьундур.  

 

 

И.е.н. Z.A.Şəkərəliyeva  



 

 


 

96 


 

 

Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə