Dövlət büdcəsi gəlirlərinə mütənasib sürətdə artan vergi daxilolmalarının
strukturuna nəzər salınarsa, bütün vergi növləri üzrə əhəmiyyətli dərəcədə artım
müşahidə edilmişdir. Vergi daxilolmalarının struktur təhlili göstərir ki, dövlət
büdcəsinin formalaşmasında və büdcəyə vergi gəlirlərinin cəlb olunmasında həm
qeyri-dövlət sektoru, həm də qeyri-neft sektoru üzrə daxilolmaların həcmi ildən-ilə
artır. 2012-ci ildə dövlət sektoru üzrə büdcəyə 1 milyard 290,0 milyon manat, qeyri-
dövlət sektoru üzrə 3 milyard 258,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da
2014-cü ilin göstəricilərindən müvafiq olaraq 450,4 milyon manat və 1 milyard 383,7
milyon manat çoxdur. Hesabat ilində qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 603,4
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
Gəlirlər cəmi
714,6 784,8 910,2 1220,9 1509,5 2055,2 3868,8 6006,6 10762,7
O cümlədən:
Ə
lavə
dəyər
vergisi
190,8 253,3
334,9 409,7
452,7
599,9
737,8
1179,2
1910,8
Aksizlər
22,1
110,9
86,7
67,0
72,4
141,0
187,4
402,9
486,9
Mənfəət
vergisi
125,9 117,6
147,8 178,3
223,4
355,4
1360,5
2457,7
2862,3
Mədən vergisi 50,4
47,5
50,0
56,7
97,8
53,5
100,2
123,2
147,7
Fiziki
şə
xslərin gəlir
vergisi
94,0
94,7
109,7 150,7
221,6
317,4
407,3
588,6
627,2
Ə
mlak vergisi 11,8
12,4
20,0
26,6
32,2
40,4
55,8
72,3
112,9
Xarici iqtisadi
fəaliyyətlə
bağlı vergi
63,4
59,9
75,2
92,7
101,5
205,2
139,3
293,2
449,7
Digər gəlirlər
(vergi
olmayan
gəlirlər)
117,9
65,3
63,4
209,7
277,3
288,2
816,1
793,8
4037,8
Torpaq vergisi 6,7
10,4
8,8
11,3
14,1
15,3
18,35
27,1
30,6
Sair gəlirlər
31,3
12,8
13,7
18,5
16,5
38,9
45,9
68,6
96,8
50
milyon manat proqnoza qarşı 1 milyard 635,9 milyon manat vəsait daxil olmaqla,
proqnoza 102,0 faiz əməl edilmişdir. Qeyd edilməlidir ki, qeyri-neft sektoru üzrə
vergi daxilolmaları 2010-cu illə müqayisədə 57,1 faiz, qeyri-neft sektorunda neft
konsorsiumları ilə işləyən şirkətlərin daxilolmaları nəzərə alınmasa bu sektordan
daxilolmalar 75,9 faiz artmışdır. Qeyd edilməlidir ki, 2008-ci ilin dövlət büdcəsində
neft sektoru üzrə daxilolmaların 2014-cü ilin göstəricisinə nisbətən 3 faiz və ya 80
mln. manat artması nəzərdə ətutulmuşdusa, qeyri-neft sektoru üzrə daxilolmaların
42,8 faiz və ya 680 mln. manat artacağı proqnozlaşdırılmışdır.
Vergi dərəcələrinin azaldılmasını ümumi tələbin artmasına təsir göstərən əsas
amil hesab edən « qtisadi təklif» nəzəriyyəsinin tərəfdarlırının fikrincə, vergilərin
azaldılması bir tərəfdən əhalinin, digər tərəfdən isə bizneslə məşğul olanların
gəlirlərinin və eyni zamanda investisiyaların gəlirliliyinin artmasına gətirib çıxarır.
Bu məqsədlə aparılan vergi siyasəti düşünülmüş halda digər sosial-iqtisadi
problemlərlə qarşılıqlı əlaqə və asılılıq şəraitində həyata keçirilməlidir. Bazar
iqtisadiyyatı şəraitində, təsərrüfat obyektlərinin investisiya fəallığı ilə gəlirlərdən
tutulan vergilərin dərəcələri arasındakı asılılığın öyrənilməsinə yönəldilmiş Laffer
nəzəriyyəsinə görə vergilərin artırılmasının müəyyən bir həddi olmalıdır. Bu hədd
gözlənilmədikdə, işgüzar fəallığın aşağı düşməsinə və nəticə etibarı ilə büdcə
gəlirlərinin azalmasına səbəb olur.
Bəzi ölkələrdə işsizliyin ardığı artdığı bir şəraitdə, istehsalın artımını
stimullaşdırmaq məqsədi ilə dövlət xərclərini çoxaltmaq və vergiləri azaltmaqla
məşğulluğu artırmaq mümkündür. Vergilərin azaldılması istehsalın və gəlirlərin
artmasına səbəb olur ki, bu da, öz növbəsində büdcəyə daxilolmaların azalması və
büdcə kəsirinin əmələ gəlməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, daha
aşağı vergi dərəcələri müəyyən etmək və vergi obyektlərini genişləndirməklə vergilər
hesabına daxilolmaların artmasını təmin etmək olar. Bu tədbirlərin görülməsində əsas
məqsəd işsizliyi və inflyasiyanı aradan qaldırmaqdan ibarətdir.
nflyasiya baş verdikdə, tələbin artması ilə əlaqədar büdcə-vergi siyasətində
dəyişikliklər edilməsi zəruriliyi meydana çıxır. Belə halda, fiskal siyasət
51
mexanizminin işlənib hazırlanması çox da asan məsələ deyildir. Çünki dövlətin
həyata keçirdiyi büdcə-vergi siyasətilə yanaşı, özü-özünü sabitləşdiricilər də fəaliyyət
göstərir. Bunlara - iqtisadi tsiklin müxtəlif dövrlərində vergilər hesabına
daxilolmaların dəyişməsi aiddir.
stehsal azaldığı dövrdə qarşıda duran əsas vəzifə - bu siyasətin
stimullaşdırılmasıdır, yəni dövlət xərclərinin artırılması, vergilərin azaldılması və
dövlət xərclərinin artırılması ilə vergilərin azaldılmasının bir-biri ilə əlaqələn-
dirilməsidir. Bunlar maliyyələşdirmədə çətinliyin əmələ gəlməsinə səbəb olsa da,
istehsalın azalmasının qarşısının alınmasını təmin edə bilər (Bax: Cədvəl 2.3.).
Cədvəl 2.3.
2014-ci il üzrə vergi daxilolmaları (min. manat)
Vergi və tədiyyələrin növləri
Proqnoz
Daxilolma
Faiz
Fərq
Ə
lavə dəyər vergisi
1 142 144,0
1 169 893,6
102,4
27 749,6
Aksiz
365 031,0
395 810,5
108,4
30 779,5
Mənfəət vergisi
2 450 528,5
2 863 950,2
116,9
413 421,7
Mədən vergisi
137 031,0
147 749,5
107,8
10 718,5
Torpaq vergisi
30 150,0
30 789,7
102,1
639,7
Ə
mlak vergisi
110 192,0
113 225,5
102,8
3 033,5
Fiziki şəxslərin gəlir vergisi
799 044,0
637 800,2
79,8
-161 243,8
Dövlət rüsumu
52 800,0
59 870,7
113,4
7 070,7
Yol vergisi
26 287,0
27 365,6
104,1
1 078,6
Sadələşdirilmiş vergi
63 623,5
65 654,5
103,2
2 031,0
Sair daxilolmalar
222 169,0
234 455,8
105,5
12 286,8
o cümlədən:
- qiymətləri tənzimlənən məhsulların ixracı
zamanı məhsulların kontrakt (satış) qiyməti ilə
ölkədaxili topdansatış qiyməti arasındakı
fərqdən büdcəyə ödənişlər;
198 990,5
198 990,5
- dövlət mülkiyyətində olan torpaqların icarəyə
verilməsindən icarə haqqı
4 000,0
1 724,9
43,1
-2 275,1
Cə mi
5 399 000,0
5 746 565,8
106,4
347 565,8
Mə nbə : Vergilə r Nazirliyinin internet saytı
Vergi məbləğinin gəlirdən asılı olduğunu və ÜMM sürətlə artdıqda vergilər
hesabına daxilolmaların artdığını görərik. Bu isə əhalinin alıcılıq qabiliyyətinin
azalmasına, iqtisadi artımın ləngiməsinə səbəb olur. Əksinə, azalma dövründə
ə
halinin alıcılıq qabiliyyətinin artması prosesi gedir ki, bu da səmərəli tələbin
formalaşmasına, istehsalın azalmasının qarşısının alınmasına imkan verir.
52
nflyasiyanın artdığı dövrdə, mütərəqqi vergiqoyma dərəcələrinin müəyyən edilməsi
alıcılıq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngidiyi dövrdə isə əksinə, alıcılıq
qabiliyyətindəki azalmaların qarşısının alınmasına kömək edir. qtisadi sabitlik
baxımından bunların hər ikisi də zəruridir. qtisadi yüksəliş dövründə vergilər
hesabına daxilolmaların artması, büdcə kəsirinin azaldılması və ya ləğv olunması
nəticə etibarı ilə büdcənin imkanlarının artması və inflyasiyanın azaldılması meylinin
güclənməsinə şərait yaradır.
Büdcənin ən mühüm problemlərindən biri onun balanslaşdırılması və büdcə
kəsirinin maliyyələşdirilməsi üsulunun seçilməsidir. Büdcə kəsirinin maliyyə-
ləşdirilməsi probleminin tədqiq olunmasına Amerika alimi C.Tobinin xidmətləri
böyükdür. O sübut etmişdir ki, müəssisə və təşkilatlarda pul dövriyyəsinin idarəedil-
məsi və iqtisadiyyata investisiya qoyuluşunun xarakteri büdcə kəsirinin maliyyəşmə
şə
rtlərindən asılıdır.
Sosial ödəmələr, əhalinin aztəminatlı hissəsinin müdafiəsi proqramları və
sairələr də sabitləşdirici amillərə aiddir. Çünki bunlar istehsalın həcmi azaldığı
dövrdə ümumi tələbin kəskin surətdə aşağı düşməsinin qarşısının alınmasında
müsbət rol oynaya bilər.
53
III FƏ S L. BÜDCƏ GƏ L RLƏ R N N ARTIRILMASINDA BÜDCƏ -
VERG S YASƏ T N N SƏ MƏ RƏ L L Y N N YÜKSƏ LD LMƏ S
ST QAMƏ TLƏ R
3.1. Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin
optimallaşdırılması
Təcrübə göstərir ki, təbii ehtiyatların istismarı və ixracı nəticəsində yaranan
«vəsait bolluğu» hökumətlərdə elə bir yalnış təsəvvür yaradır ki, bu bolluq həmişə
mövcud olacaqdır. Məhz belə bir yalnış təsəvvürə əsaslanaraq dünya təcrübəsində
xammalın ixracatından əldə olunmuş vəsaitlərin kor-təbii, heç bir iqtisadi səmərə
gözlənilmədən xərclənməsi hallarına rast gəlinir ki, bu da son nəticədə xammal
ixracatçısı olan ölkələrdə iqtisadi inkişafın qeyri-sabit olmasına gətirib çıxarır. Buna
misal olaraq Nigeriya və Meksikanı göstərmək olar. Neft gəlirlərinin artmasının ilkin
mərhələsində bu ölkələrdə böyük həcmdə büdcə kəsirləri mövcud idi. Lakin,
gəlirlərin artması hökumətə imkan verdi ki, müəyyən siyasi dividendlər qazanmaq
üçün büdcə xərclərini daha da artırsınlar. Halbuki, bu gəlirlərin büdcə kəsirinin və
xarici borcun azaldılmasına yönəldilməsi daha məntiqli görünərdi. Məhz bu səbəbə
görə həmin ölkələr neft gəlirlərinin azalması dövründə sosial-iqtisadi gərginlik ilə
üzləşdilər.
Beləliklə, holland sindromu təhlükəsinin yaranması fonunda bir çox ölkələrdə
neft və qaz gəlirlərinin necə istifadə olunması məsələsi gündəmə gəlir. Məsələ
burasındadır ki, neft və qaz gəlirləri hədsiz deyildir və gələcək dövrlərdə neft
gəlirlərinin azalmasının mənfi makroiqtisadi nəticələrini tam kompensasiya etmək
üçün milli iqtisadiyyatda kifayət qədər fiziki və insan kapitalının yaradılması çox
zəruridir. Neft gəlirlərinin əsasən dövlət sektorunda cəmləşdiyini nəzərə alaraq, bu
gəlirlərin necə xərclənməsi və indiki və gələcək nəsillər arasında necə bölüşdürülməsi
xammal kəşvi ilə üzləşmiş ölkələrdə iqtisadi siyasətin təməl problemlərindən birini
təşkil edir. Çünki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin səmərəsiz daxili xərclərə
yönəldilməsi və siyasi lobbizmin nəticəsi olaraq hədər xərclənməsi təhlükəsi yaranır.
54
Digər tərəfdən dövlət maliyyə mexanizmləri şəffaf deyilsə ictimaiyyətdə neft
gəlirlərinin istifadəsi prosesində hökumətə qarşı inamsızlıq da arta bilər.
Məhz bu təhlükələrə əsaslanaraq son 40 ildə makroiqtisadi nəzəriyyədə neft
gəlirlərinin optimal istifadəsinə dair müxtəlif koseptual baxışlar və modellər təşəkkül
tapmaqdadır. Bunlardan ən geniş yayılmışı Engel və Valdes yanaşmasıdır ki, burada
da neft gəlirlərinin nəsillər arasında effektiv bölüşdürülməsi prinsipləri özünə yer
tapmışdır. Bu yanaşmanın əsasını «daimi (dəyişməz) gəlirlər» hipotezi təşkil edir və
bu hipotezə görə iqtisadi subyektlər öz gəlirlərinin yalnız daimi hissəsini xərcləyə
bilərlər. Bu o deməkdir ki, dövlət bütün zamanlarda milli sərvətlərin dəyərini
dəyişməz səviyyədə saxlamalıdır.
Bu ilk növbədə neft sərvətlərinin maliyyə aktivlərinə transformasiyası
vasitəsilə təmin olunmalıdır ki, gələcəkdə əldə olunacaq faiz dividendləri neft
sərvətlərinin tükənməsi səbəbindən gəlirlərin azalması effektini neytrallaşdırmış
olsun. Bu prinsipə əsaslansaq deyə bilərik ki, bu gün hökumətin neft gəlirlərinin cari
istehlakı gələcəkdə əldə olunacaq faiz gəlirlərinə (neft aktivləri üzrə) bərabər
olmalıdır.
Bu modelə görə adambaşına düşən neft sərvətlərinin dəyişməz saxlanması
prinsipi o zaman optimal sayılır ki, adambaşına düşən qeyri-neft ÜDM-i
uzunmüddətli perspektivdə sabit səviyyədə qalır. Əgər adambaşına düşən qeyri-neft
ÜDM-in artması gözlənilirsə, onda neft gəlirlərinin onsuz da varlı olan gələcək
nəsillər üçün saxlanması nəsillərarası transfertlər modelinə bir o qədər də adekvat
deyildir. Əksinə, əgər qeyri-neft ÜDM-in azalması proqnozlaşdırılırsa (məsələn,
ə
halinin sayının artması səbəbindən), optimal fiskal strategiya tələb edir ki,
adambaşına düşən sərvətlərin dəyişməz yox, artan trayektoriyası təmin olunmalıdır.
Hökumətin məqsəd funksiyası ondan ibarət olmalıdır ki, baxılan dövr ərzində
adambaşına düşən sərəncamda qalan gəlirlərin hamarlaşdırılması vasitəsilə əhalinin
maksimal rifah halına nail olunsun. Burada adambaşına düşən sərəncamda qalan
gəlirlər dedikdə, vergilərin ödənilməsindən sonra adambaşına düşən qeyri-neft
ÜDM-i ilə adambaşına düşən və neft gəlirləri hesabına maliyyələşən hökumət
55
xərclərinin cəmi nəzərdə tutulur. Beləliklə, neftlə maliyyələşən xərclər ictimai
istehlaka və ya sosial transfertlərə ekvivalent olan anlayışdır.
Hökumətin zamanlarası (intertemporal) büdcə məhdudiyətləri belə bir siyasət
prinsipini nəzərdə tutur ki, gələcək neft gəlirlərinin bu günki xalis dəyəri gələcək
xərclərin bu günki xalis dəyəri və borcun xalis dəyərinin dəyişməsinə bərabər
olmalıdır. Bu zamanlararası büdcə məhdudiyyəti aşağıdakı qaydada müəyyən olunur:
- hər bir dövr üçün hökumətin büdcə məhdudiyyəti müəyyənləşdirilir;
- neftlə bağlı fiskal gəlirlər və neft yataqlarının istismarı arasında əlaqə tapılır
və bu əsasda büdcə məhdudiyyəti müəyyən olunur.
Hər bir dövr üçün hökumətin büdcə məhdudiyyətinin müəyyənləşməsi büdcə
kəsirinin hökumətin xalis aktivlərinin azalması hesabına maliyyələşməsini nəzərdə
tutan konsepsiyadır. Qeyri-neft kəsiri (neft hasilatı ilə gəlirlərdən və neft aktivləri
üzrə faiz gəlirlərindən təmizlənmiş dövlət büdcəsi kəsiri) cəmi neft sərvətləri üzrə
qazanılmış faizlərin, neft sərvətinin və dövlət borcunun dəyişməsi hesabına
maliyyələşdirilir.
Bu şərtin əsas ehtimalları ondan ibarətdir ki, hər bir dövrdə qeyri-neft xərcləri
(dövlət borcuna xidmət daxil olmaqla) qeyri-neft gəlirlərinə bərabərdir və qeyri-neft
ÜDM-ində sabit xüsusi çəkiyə malikdir. Bu ehtimala əsasən hökumət neft gəlirlərini
bütün nəsillər arasında elə bölüşdürməlidir ki, daha az gəlirə malik nəsillərin maddi
rifahı yüksəlmiş olsun. Dövlət borcunun qeyri-neft ÜDM-də sabit payı ehtimal edilir.
Qeyd etmək lazımdır ki, bu qayda ilə adambaşına düşən sərəncamda qalan
gəlirlərin daimi (dəyişməz) trayektoriyası kəmiyyət baxımdan məlum olan müəyyən
dövr üçün hesablana bilər. Burada Engel və Vandelin «alqoritmi»-nə riayət etmək
lazımdır. Bu alqoritmə əsasən neft gəlirləri dövr ərzində (məsələn, Azərbaycan
şə
raitində 30 il) ən kasıb nəsilin gəlirinin yüksəldilməsinə sərf olunur o vaxta qədər
ki, bu nəsil maddi rifahı ondan bir qədər üstün olan nəsilin rifah səviyyəsinə gəlib
çatır. Əgər bu halda neft gəlirləri tükənməyibsə, iki ən kasıb nəsilin gəlirləri o vaxta
qədər artırılır ki, bu gəlirlər maddi rifahına görə onlardan üstün olan 3-cü nəsilin gəlir
səviyyəsinə bərabərləşir. Bu alqoritm zəncirvari sürətdə neft gəlirləri tükənənə qədər
56
davam etdirilir. Yekunda sərəncamda qalan gəlirlər adambaşına düşən qeyri-neft
ÜDM-in artım tempi səviyyəsində yüksəlir.
Bu metodologiya əsasında cəmi optimal xərclər, optimal icmal dövlət
büdcəsinin kəsiri və optimal qeyri-neft büdcə kəsirnin qeyri-neft ÜDM-nə nisbətləri
tapılır. Alınmış nəticələr iki parametrlər kateqoriyasına qarşı çox həssasdır:
- hökumətin niyyətlərini əks etdirən parametrlər: vaxt intervalı və vaxt seçimi
faktoru;
- hökumətin birbaşa nəzarətində olmayan parametrlər: əhalinin artımı,
beynəlxalq faiz dərəcələri, qeyri-neft ÜDM-in artım tempi, neftin qiymətinin
dəyişməsi.
Birinci parametrlər kateqoriyası mahiyyət etibarilə hökumətin neftdən əldə
olunan bütün gəlirlərin gələcək dövrlər üçün saxlmanmasına can atdığını nümayiş
etdirir. Əgər faiz dərəcəsi vaxt seçimi faktoruna bərabərdirsə, hökumət sərəncamda
qalan gəlirlərin hədəflənən vaxt intervalında sabit qalmasına səy göstərməyə
çalışacaqdır. Lakin əgər faiz dərəcəsi aşağıdırsa hökumət istehlakı vaxt etibarilə irəli
çəkməyə meylli olacaqdır.
Eyni ilə qeyri-neft ÜDM-in artım tempi əhalinin artım tempinə bərabər
olduqda, sərəncamda qalan gəlirlərin qeyri-neft hissəsi dövr ərzində sabit qalacaqdır.
Bu o deməkdir ki, hökumət üçün dövrlər arasında neft gəlirlərini bərabər nisbətlərdə
bölüşdürmək daha optimal variantdır. Lakin, əgər qeyri-neft ÜDM-in artım tempi
daha yüksəkdirsə, neft gəlirlərinin irəlidəki dövrlərə atılması da optimal haldır.
Qeyd etmək lazımdır ki, bu modelin praktiki tətbiqini siyasi risklər sərt
məhdudlaşdıran əsas amildir. Belə ki, optimal fiskal çərçivədə bir neçə il ərzində
böyük həcmdə qeyri-neft kəsirinə yol verilə bilər. Lakin, optimal fiskal traektoriya
mütləq tələb edir ki, yaranmış kəsir digər illərdə sabit profisit ilə əvəz olunmalıdır.
Bu isə siyasi hökumət qarşısında kifayət qədər problematik məsələdir. Çünki əgər bu
günki hökumət sərt fiskal məhdudiyyətlərə riayət edirsə, sabahkı hökumət tam əksinə
olan fiskal strategiyaya üstünlük verə bilər. Ona görə də qeyri-neft defisitinin
hədəflənən parametrlərinə yönəldilmiş makroiqtisadi modelin həyat qabiliyyətinin və
57
iqtisadi siyasətdə təhlil – nəzarət vasitəsi kimi rolunun strateji qərarlarda inkar
edilməsi tamamilə mümkün bir haldır.
Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektoru mühüm rol
oynasa da, büdcə gəlirlərinin artım tempində onun iştirakı zəifdir və büdcə
gəlirlərinin artımında neft sektorunun ödədiyi vergilərin payı daha böyükdür.
Ş
übhəsiz ki, neft gəlirləri qeyri-neft sektorunun inkişafı üçün mühüm maliyyə
mənbəyidir. Bununla belə, bu sektorun inkişafı yalnız maliyyə mənbələri ilə
məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada
ə
n başlıca prioritetlərdən biri - qeyri-neft sektorunun inkişaf potensialını maksimum
nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox,
ə
həmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq
imkanındadır. Bu gün hökumətin gördüyü tədbirlər vergi yükünün azaldılmasına
yönəldilməsi kimi qiymətləndirilməlidir.
Müasir dövr özünün inkişafının qlobal həcminə, münasibətlərin mürəkkəb-
liyinə, iqtisadi hadisələrin çevikliyinə görə əvvəlki dövrlərdən xeyli fərqlənir. Hal-
hazırda dünya neft sənayesində mühüm rol oynayan respublikamıza dünya
ölkələrinin maraqlarının arasında neft amili xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin
ilkin iqtisadi yüksəlişi əsasən neft ixracının hesabına olmuş, sonradan neft və qaz
istehsalına yardımçı olan sənaye sahələri inkişaf etmişdir. Deyilənlərdən belə bir
qənaətə gəlmək olar ki, ölkəmizdə neft sektoru ilə yanaşı başqa sahələrin də inkişaf
etdirilməsinə geniş imkanlar vardır və bu istiqamətdə düzgün, məqsədyönlü
investisiya siyasəti aparılır. Son illərdə digər sferalarda olduğu kimi dövlət maliyyəsi
sferasında da sabitlik hökm sürməkdədir. Eyni zamanda, dövlətin büdcə-vergi
siyasəti və onun iqtisadi siyasətin digər istiqamətləri, xüsusən də monetar siyasətə
effektiv koordinasiyası ölkədə iqtisadi artımın dayanıqlı xarakter almasında mühüm
rol oynamışdır.
Qeyd olunur ki, gələcək illərdə ölkəyə daha çox həcmli neft gəlirlərinin daxil
olması ilə əlaqədar olaraq, dövlət büdcəsi xərclərinin də surətlə artması makroiqtisadi
sabitlik üçün müəyyən problem yaratmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq,
58
onda, dövlət büdcəsinin neft sektoru hesabına artmış gəlirlərinin istifadəsinin
istənilən miqyası makroiqtisadi sabitliyin qorunub saxlanması müstəvisində müəyyən
olunmalıdır. Büdcə-vergi və monetar koordinasiya sistemlərinin gücləndirilməsi,
düzgün xərc strategiyasının həyata keçirilməsi yaxın illərdə makroiqtisadi sabitliyin
qorunması üçün vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir.
Fiskal strategiyanın reallaşması isə bu istiqamətdə həlledici rol oynayır.
Təcrübə göstərir ki, neft gəlirlərinin fiskal ekspansiyada fəal istifadəsi valyuta və pul
bazarlarında davamlı gərginlik yaradan amildir. Təbii ki, həm milli valyutanın dolara
nisbətən kəskin bahalaşması, həm də pul kütləsinin arzuolunmaz dərəcədə artması
problematik bir haldır. Bu problem özünü neft gəlirləri istisna olmaqla dövlət
büdcəsinin real kəsirinə nəzər saldıqda aydın görmək olar (Cədvəl 3.1.).
Cədvəl 3.1.
Dostları ilə paylaş: |