Özəl tibb fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların
hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;
özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla
özəl tibb fəaliyyətinin həyata keçirilməsi;
özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs
yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında
ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə
olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası,
xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan
sonrakı dövrlərin müşahidəsi;
tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi
yardım;
tibbi yardımın standartları - müəyyən növ tibbi yardımın norma, qayda və
xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;
əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra - dövlət
təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü,
həcmini və şərtlərini müəyyən edən normativ hüquqi aktlar.
M a d d ə 2 .
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
M a d d ə 3 .
Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi
Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı,
səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının
qorunmasına təminat yaradır.
I I f ə s i l
ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ
M a d d ə 4 .
Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar
nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri
qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.
Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq
verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik
mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.
1
Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə
buraxılmasına yol verilmir.
2
Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş
qaydada həyata keçirilir.
Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə
komissiyasına verilir.
M a d d ə 5 .
Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi
Ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş,
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi
razılıq alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan
Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər.
3
Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin
özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
“Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə
buraxılmasına yol verilmir.
4
Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir.
Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi
yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və
xəstələrə bu barədə məlumat verilməlidir.
M a d d ə 6 .
İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri
Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış
müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.
M a d d ə 7 .
Tibbi yardım göstərilməsi barədə müqavilə
Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım
göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks
etdirməlidir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-
etməməsindən asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım
göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta
təşkilatları tərəfindən həyata keçirilir.
M a d d ə 8 .
Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin
məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının
həyata keçirilməsində iştirakı
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında
icbari tibbi sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə
bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və
səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının
tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb
işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının
nümayəndələri daxil olurlar.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və
səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə
müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra
hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır.
Bu müqavilələrdə:
tibbi yardımın keyfiyyətinə tələblər;
tibbi yardımın həcmi;
tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;
tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.
M a d d ə 9 .
Tibbi sənədləşmələr və hesabatlar
Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və
rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika
ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və
ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli maddələr, tərkibində narkotik vasitələr
və psixotrop maddələr olan dərmanların resept blankları da daxil olmaqla, ciddi hesabatlı
dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir.
5
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan
Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları
aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
M a d d ə 1 0 .
Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb
fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilməsi
Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin
məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlak qanunvericiliklə
müəyyən olunmuş qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə
bilər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə
tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti
istifadə üçün əldə etmək, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak
etmək şərti ilə onların beş ildən az olmayaraq, tibbi yardım göstərmək üçün istifadə olunmasına
əməl etməlidirlər.
M a d d ə 1 1 .
Mübahisələrin həlli qaydası
Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və
fiziki şəxslər arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll
edilir.
M a d d ə 1 2 .
Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri
Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta
vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq
icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.
M a d d ə 1 3 .
Tibbi yardıma görə ödəniş
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi
yardıma görə ödəniş:
bilavasitə xəstələrlə bağlanmış müqavilələr;
üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;
icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə
bağlanmış müqavilələr;
xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi
sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində
göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı
olmayaraq, ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta
qaydalarına əsasən tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilir.
M a d d ə 1 4 .
Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan
şəxslərdən vergi tutulması
Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən
qanunvericiliklə müəyyən olunmuş qaydada vergi tutulur.
I I I f ə s i l
ÖZƏL TİBB FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
M a d d ə 1 5 .
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər
vermək;
vərəm xəstəliyindən başqa ictimai təhlükəli xəstəliklər və narkoloji xəstələrin müalicəsi
istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər
üzrə tibbi yardım göstərmək;
6
qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;
özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi
praktika ilə məşğul olan digər şəxslərdən məlumat almaq;
pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə
mərhələlərində iştirak etmək;
peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq;
ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;
tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə
fəaliyyət göstərmək;
dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları
müvəqqəti istifadəyə götürmək;
peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi (kontraktı) əsasında işçilər cəlb etmək.
M a d d ə 1 6 .
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:
tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;
xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların
nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada həyata keçirmək;
tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim
etmək;
xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən
xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü
barədə məlumat vermək;
özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış
etmək;
həkim sirrinə əməl etmək;
zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni
tibb müəssisəsinə göndərmək;
qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi
yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını
artırmaq və ya yenidən hazırlıq keçmək;
7
qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.
8
M a d d ə 1 7 .
Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq
hüququ
Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq
təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər.
Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl
tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsaiti
əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
9
I V f ə s i l
YEKUN MÜDDƏALARI
M a d d ə 1 8 .
Beynəlxalq əməkdaşlıq
Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr
arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
M a d d ə 1 9 .
Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1999-cu il
№ 789-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144)
2.
19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240)
3.
20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396)
4.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
5.
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
6.
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 4-cü maddənin üçüncü
hissəsində "müvafiq sertifikatı olan" sözləri "müvafiq ixtisasa malik" sözləri ilə əvəz edilmişdir.
2
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 4-cü maddənin beşinci və altıncı hissələri müvafiq olaraq altıncı
və yeddinci hissələr hesab edilmişdir və maddəyə beşinci hissə əlavə edilmişdir.
3
20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 5-ci maddənin birinci
hissəsində "və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan" sözləri "alan və qanunla
müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən" sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 5-ci maddənin birinci hissədə “ tibb təhsili olan,” sözlərindən
sonra “qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş,” sözləri əlavə edilmişdir, həmin
hissədən “və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən” sözləri
çıxarılmışdır.
4
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 5-ci maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq
dördüncü və beşinci hissələr hesab edilmişdir və maddəyə üçüncü hissə əlavə edilmişdir.
5
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci
hissəsində “və narkotik maddələrin” sözləri “maddələr, tərkibində narkotik vasitələr və psixotrop
maddələr olan dərmanların” sözləri ilə əvəz edilmişdir.
6
20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144) ilə 15-ci maddənin üçüncü
abzasında "ictimai təhlükəli xəstəliklər istisna olmaqla" sözlərindən əvvəl "vərəm xəstəliyindən başqa"
sözləri əlavə edilmişdir.
19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240) ilə 15-ci maddəsinin üçüncü
abzasında "ictimai təhlükəli xəstəliklər" sözlərindən sonra "və narkoloji xəstələrin müalicəsi" sözləri
əlavə edilmişdir.
7
20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 16-cı maddəsinin onuncu
abzasında "hazırlıq keçməklə peşə sertifikatı almaq" sözləri "hazırlıq keçmək" sözləri ilə əvəz
edilmişdir.
8
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 16-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə on birinci abzas əlavə edilmişdir.
9
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 17-ci maddəsinin ikinci
hissəsi çıxarılmışdır.
Dostları ilə paylaş: |