P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 6. SUYUN FİZIKİ XASSƏLƏRİ VƏ TƏBİƏT 
HADİSƏLƏRİ 
 
Məşhur italyan alimi, rəssamı  və mütəfəkkiri Leonardo da 
Vinçinin qeyd etdiyi kimi, Suya planetimizdə «həyat işrəsi olmaq» 
kimi sehrli bir ləqəb verilmişdir. Su öz fiziki və kimyəvi xassələrinin 
xüsusi səciyyəviliyinə görə bütün mayelərdən fərqlənir. Belə 
xüsusiyyətlərinə görə suda həyat inkişaf edə bilmiş  və indi də 
mövcuddur. 
Suyu başqa mayelərdən fərqləndirən nədir? Su, adi temperatur və 
təzyiq  şəraitində, eyni zamanda üç müxtəlif aqreqat halında (bərk, 
maye və qaz) ola bilən yeganə maddədir. Qışda göllərin səthi buzla 
örtülür, dərin qatlarda su maye halında olur, göydə isə, 
gözəgörünməyən su buxarı şəklində toplanır. 
Suyun donma və qaynama temperaturu də başqa maddələrlə 
müqayisə edəndə müstəsnalıq təşkil edir. Maddənin molekulyar çəkisi 
azdırsa onun donma və qaynama temperaturu da aşağı olur. Məsələn, 
kükürd, selen və tellur da oksigen kimi Mendeleyevin dövrü 
sistemində VI qrupa daxildir. Lakin onların hidrogendə birləşmələri 
üçün donma və qaynama temperaturları molekulyar çəkilərilə düz 
mütənasib olaraq dəyişir. Su bu qanuna tabe olmur. Öz molekulyar 
quruluşuna görə qeyd etdiyimiz maddələrə oxşayan su, onların tabe 
olduğu qanuna tabe olsaydı suyun donma temperaturu — 90°S, 
qaynama temperaturu isə-70°S olmalı idi. Əslində isə onun adi 
şəraitdə donma temperaturu O°S, qaynama temperaturu isə 100
0
S-dir. 
Bir anlığa Suyun da həmin qanuna tabe olduğunu fərz edək, bu 
zaman Yerdə  nə kimi dəyişikliklər baş verə biləcəyini nəzərdən 
keçirək. Hər  şeydən  əvvəl,  okeanlar, dənizlər, göllər və çaylardakı 
sular qaynayaraq axırıncı damlaya qədər buxara çevrilərdi. Bütün 
həyat məhv olardı. 
Nə üçün çaylarda, göllərdə  və  dənizlərdə suyuxarı  səthdən 
başlayaraq donur? Bu hadisə   də suyun istidən 

__________________Milli Kitabxana__________________ 
89 
 
genişlənmə xüsusiyyətinə        və Arximed   qanununa    görə izah 
olunur. 
Su öz istilik tutumunun böyüklüyünə görə də bütün bərk və maye 
maddələrdən fərqlənir. Bu o deməkdir ki, müəyyən miqdar suyu 
müəyyən temperatura qədər qızdırmaq üçün lazım olan istilik miqdarı 
həmin  şərtlər daxilində başqa maddələri qızdırmaq üçün tələb edilən 
istilik miqdarından çoxdur. Deməli, eyni şərtlər daxilində soyuyan 
maddələrdən ən çox istilik verəni də sudur. 
Suyun istilik tutumunun böyük olması dünya okeanını istilik 
akkumulyatoruna çevirmişdir. Bunu qeyd etmək kifayətdir ki, 1m
3
 su 
1
0
S soyuyarkən verdiyi istilik, 3000 m
3
 havanı  1
0
S qızdırmaq üçün 
kifayət edir, Bu misalla, dəniz və okeanların planetimizin iqlim 
şəraitində nə qədər böyük rol oynadığını təsəvvür etmək olar. 
Buzu əritmək üçün də çox istilik lazımdır. Bir qram buzu əritmək 
üçün lazım olan istilik, həmin miqdarda qurğuşunu əritmək üçün tələb 
edilən istilikdən 13 dəfə çoxdur. Su donduqda bu istilik yenə ayrılır. 
Buz və qar istilik verərək torpağı və havanı qızdırır. Onlar mühitin sərt 
qış iqlimi şəraitinə  qəflətən keçməyin qarşısını alır. Ona görə  də 
payızda hələ bir neçə  həftə havalar mülayim keçir. Yazda isə buzun 
əriməsi qəflətən bürkü düşməsinə mane olur. Əgər buzun ərimə istiliyi 
qurğuşununki qədər olsaydı, o 13 dəfə tez əriyərdi, çayların suyu aşıb-
daşardı, torpağın məhsuldar qatını və bitkiləri yuyub aparardı, böyük 
fəlakətlər baş verərdi. 
Suyun xüsusi buxarlanma istiliyi də başqa maddələrinkinə nisbətən 
çox böyükdür. Əgər suyun xüsusi buxarlanma istiliyi maye azotunki 
qədər olsaydı, su gölləri bir-birinin ardınca quruyar, yağış yerə 
düşməmiş havadaca buxarlanar, meşə  və tarlalar səhraya çevrilərdi. 
Suyun səthi gərilməsi də başqa mayelərinkindən xeyli böyükdür. Eyni 
şəraitdə maye halında olan civə müstəsnalıq təşkil edir. Suyun səth 
qatı özünü gərilmiş rezin pərdə kimi aparır. Bəzi həşəratlar suyun 
səthində  sərbəst gəzir və batmırlar. Bu xassəsinə görə yerin 
dərinliklərində olan  qrunt suları  yuxarı qalxaraq bitkiləri qidalandırır. 
Suyun bu 

__________________Milli Kitabxana__________________ 
90 
 
xassəsi olmasaydı  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli 
aşağı düşərdi.  
Su mayelər içərisində ən yaxşı həlledicidir. Canlı orqanizmlərdəki 
kimyəvi reaksiyalar su mühitində baş verir. Bu reaksiyaların bir sıra 
mühüm üstünlükləri vardır. Onlar ətraf mühitin temperaturuna yaxın 
temperaturlarda baş verir, böyük sürətlə icra olunur, ətraf mühiti 
çirkləndirimirlər. Indi alimlərimiz sənaye miqyasında gedən kimyəvi 
reaksiyaları da buna oxşatmağa çalışırlar. 
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı 
Oksigenlə daha zəngin olur. Barents dənizi burada müstəsnalıq təşkil 
edir. Səth qatının oksigenlə  zəngin olmasının  əsas səbəbi periodik 
olaraq əsən küləklərin təsirilə su və havanın bir-birinə qarışmasıdır. 
Biz suyun qeyri-adi fiziki xassələrinin hamısını qeyd etmədik. 
Lakin planetimizdə  həyatın varlığı üçün göstərdiyimiz xassələrin nə 
qədər zəruri olduğunu təsəvvür etmək kifayətdir. 
Su özünü normal maye kimi aparsaydı, onu səciyyələndirən həmin 
qeyri-adi fiziki xassələr olmasaydı Yer kürəsi indiyə  qədər cansız 
kosmik bir cisim kimi qalardı. 
Suya bu xassələri verən nədir? Nə üçün o başqa mayelərin tabe 
olduğu fiziki-kimyəvi qanunauyğunluqların əksəriyyətinə tabe olmur? 
Suyu başqa mayelərdən ən çox fərqləndirən onların molekullarının 
quruluşudur. Su molekulları bir-birini böyük qüvvə ilə  cəzb edirlər. 
Maye halında olan su sadəcə molekullar yığımından ibarət olmayıb, 
bir-birilə möhkəm əlaqədə olan qruptlardan—assosiasiyalardan təşkil 
olunmuşdur. Assosiasiya təşkil edən molekulları ayırmaq çox çətindir. 
Suyun bir sıra anomal xassələrə malik olması da bununla izah edilir. 
Məlumdur ki, su, oksigen və hidrogendən ibarətdir. Lakin öz 
molekulyar çəkisinə və başqa xassələrinə görə bir-birindən fərqli olan 
hidrogenlər və oksigenlər mövcuddur. Həmin oksigen və 
hidrogenlərin müxtəlif cür birləşməsi nəticəsində 40-dan artıq təbiətcə 
bir-birindən fərqli sular əmələ  gətirir.  İşlətdiyimiz su həmin suların 
qarışığıdır. Adi suda hidro- 
 
 
 
  

__________________Milli Kitabxana__________________ 
91 
 
gen demək olar ki, ancaq protiumdan, yəni  ən yüngül hidrogendən 
ibarətdir. 
Molekulları  ağır hidrogendən-deyteriumdan ibarət olan suya ağır 
su deyilir. Içdiyimiz suyun hər tonunda 150 q ağır su var. Ağır su nə 
rənginə, nə iyinə, nə  də dadına görə adi sudan fərqlənmir. Onu 
kimyəvi xassələrinə görə  də seçmək çətindir. Fiziki xassələri isə adi 
sudan bir qədər fərqlənir. Ağır su adi sudan fərqli olaraq ən böyük 
sıxlığa 3,8
0
S-DƏ yox, 11,6°S-də malikdir. Ağır suyun tərkibindəki 
deyterium istilik nnüvə reaksiyaları nəticəsində külli miqdarda enerji 
ayıra bilir. Başqa  şərtlər dəyişmədikdə, bu cür yüngül nüvələrin 
sintezi zamanı ayrılan enerji, ağır nüvələrin bölünməsi prosesində 
ayrılan enerjidən 8-10 dəfə çoxdur. 
Bir stəkan sudakı  ağır nidrogen, 300 l benzin yananda verdiyi 
qədər enerji verə bilər. Ağır suyu hazırda adi sudan alırlar və atom 
reaktorlarında neytronları yavaşıtmaq üçün ondan istifadə edirlər. 
Okeanlardakı ağır su ehtiyatı bəşəriyyəti yüz min illərlə enerjiyə olan 
ehtiyacdan azad edəcəkdir. 
Buz və ya qarın əridilməsilə alınan suyun da qəribə xassələri var. 
Sibir alimlərinin apardığı  tədqiqatlara görə, üç ay yarım  ərzində, 
çəkisi və yaşı eyni olan iki müxtəlif toyuqlar qrupunun biri su 
kəmərindən gələn, o biri isə qar və buzu əritməklə alınan su içmişdir. 
Nəticədə, birincilər 272, ikincilər isə 538 yumurta vermişlər. Onların 
donuzlarla apardığı  təcrübə  də çox maraqlıdır. Adi şəraitdə donuz 
balalarının çəkisi 1-1,1 kq, bir ay keçdikdən sonra isə 5 kq-a qədər 
olur. Onları qar suyu ilə təmin etdikdə isə, doğulanda çəkiləri 1,6 kq, 
bir aydan sonra isə 9 kq olmuşdur. 
Tomskda qar suyu ilə suvarılan botanika bağında xiyar məhsulu iki 
dəfə çox olmuşdur. Tomsk Tibb Institutunda qar suyunun, urək-damar 
sisteminin fəaliyyəti və maddələr mübadiləsi pozulan xəstələrə  təsiri 
tədqiq edilir. 25 xəstə üç ay müddətində müəyyən sistemlə ancaq qar 
suyu içmiş, nəticədə onların qanında xulesterinin miqdarı azalmış, 
maddələr mübadiləsi yaxşılaşmışdır. Çəkisi 90 kq olan xəstə  əvvəlki 
qaydada yediyi halda üç ay ərzində 15 kq öz çəkisindən itirmişdir. 
Leninqrad biofiziki A.K.Qumanın apar 
 
 

__________________Milli Kitabxana__________________ 
92 
 
dığı  təcrübələrə görə, küçələr buz qırıntıları  olan  suyu  içməyə daha 
çox meyl göstərirlər. Belə suyun bioloji fəallığı nə üçün çoxdur? 
 
Son zamanlar biofiziklər müəyyən etmişlər ki, orqanizmdəki su öz 
quruluşuna görə buza yaxın bir formada olur. Məşhur macar biofiziki 
Sent-Dyerdinin fikrincə, buzlaşdırılmış su həyat üçün zəruridir, canlı 
maddənin fəaliyyətində mühüm rol oynayır. Adi su orqanizmə daxil 
olduqdan sonra «buzlaşır». Buz və ya qarın əriməsilə alınan su da bir 
müddət kristallik quruluşa çox yaxın olur. Xarici görünüşünə görə 
belə maye suya oxşayırsa da, onda Hələ molekulların buzdakı kimi 
qruplaşması halları  hələ qalır. Belə quruluş 30°S-yə  qədər saxlanılır, 
bundan yuxarı temperaturlarda tədricən, 40°S-də isə tamam dağılır. 
Görünür buzabənzər su almaq üçün orqanizm müəyyən enerji sərf 
edir. Ona görə  də bütün canlılar belə suyu hazır vəziyyətdə  qəbul 
etməyi üstün tuturlar. 
A.K.Qumanın fikrincə buzabənzər su yaşlı adamlar üçün daha 
vacibdir. Insan qocaldıqca orqanizmdə buzabənzər suyun istehsal 
olunması zəifləyir. Bu halda orqanizmə buz zərrəcikləri daxil olduqda 
ondakı suyun buzabənzər vəziyyətə gəlməsinə kömək edir və beləliklə 
bədəndə sağlamlaşdırıcı  fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən 
dondurma və dondurulmuş meyvələr orqanizm uçun çox faydalıdır. 
Son vaxtlar maqnitləndirilmiş sudan da geniş istifadə olunur. Belə 
suyu almaq çox asandır. Adi suyu sabit maqnitin qütbləri arasından 
keçirdikdə o maqnitlənir. Maqnitlənmiş su buxar qazanlarının 
divarlarında  ərp qalmağa qoymur, kimyəvi reaksiyaları sürətləndirir. 
Beton hazırlayarkən həmin sudan istifadə etdikdə onun möhkəmliyi 
orta hesabla 25-30% artır. Ust-Kamenoqorsk yaşayış tikintisi 
kollektivi iki dəfə maqnitlanmiş su işlətməklə bir ildə, beton 
məhlulları hazırlamaq üçun istifadə olunan sementə 500 t qənaət 
etmişdir. Maqnitlənmiş suyun da buzabənzər su kimi bioloji fəallığı 
yüksəkdir. Həmin su ilə bitkiləri suvardıqda onların böyümə sürəti 20-
30% artır. Bu su böyrək daşlarının kənar edilməsinə də kömək edir. 
Qəribə xassələri olan yeni bir su növü də vardır. Bu su akademik 
B. V. Deryakinin rəhbərliyi altında,  
  

__________________Milli Kitabxana__________________ 
93 
 
adi su buxarının kvarsdan hazırlanmış kapillyar borularda 
kondensasiyası nəticəsində alınmışdır. Bu. rəngsiz, qatı və sıxlığı 40% 
adi sudan çox olan mayedir -50°S-də  hələ donmur, qaynama 
temperaturu isə, təxminən 300°S-dir. 700
0
-800° qədər qızdırdıqda 
onun quruluşu pozulur və adi suya çevrilir. Belə su çox miqdarda alına 
bilsə avtomaşın radiatorları üçün əvəzedilməz maye olar. Çünki, ən 
sərt  şaxtalarda da donmur. Planetimizdə  ən çox yayılan və  ən çox 
tədqiq olunan maddə sudur. Buna baxmayaraq bu həyat şirəsinin hələ 
elmə məlum olmayan sirləri tükənməzdir. 
 
§ 7. HƏYAT HAQQINDA RİYAZİ NƏZƏRİYYƏ 
 
Fizika, astronomiya, kimya kimi elmlər riyaziyyatdan istifadə 
edərək böyük nailiyyətlər qazanmışdır. Hazırda bu ənənə biologiyaya 
da öz müsbət təsirini göstərmişdir. Müasir təbiətşünaslığın 
riyaziləşdirilməsi indn ən aktual problemlərdən biri hesab olunur. 
Biologiyada riyaziyyat indi geniş tətbiq edilir. Çünki riyazi metodlar 
öz effektivliyinin biologiyada da göstərmişdir. Lakin bu sahədəki ilk 
təşəbbüs yaxşı  nəticə verməmişdir. Bunun əsas səbəbi, riyazi 
metodların həyat hadisələrinə  tətbiqi sahəsində göstərilmiş ilk 
təşəbbüsdə bioloji proseslərin mexaniki nöqteyi-nəzərdən izah 
edilməsi idi ki, buda idealizmə gətirib çıxardırdı. Lakin həmin dövrdə 
riyazi aparatdan da biologiyada müvəffəqiyyətlə istifadə edənlər 
olmuşdur. Hələ 1680-ci ildə Romada nəşr etdirdiyi əsərində Borelli, 
riyazi aparatdan istifadə edərək canlı mexanizmlərin hərəkət etməsini 
mexaniki cəhətdət təhlil etmişdi. 
Helmhols riyazi və fiziki anlayışlardan istifadə edərək bir sıra 
bioloji prosesləri nəzərdən keçirmiş  və biologiya elminin inkişafında 
böyük rol oynamışdır. Onun səs analizatorları  və fizioloji optika 
sahəsindəki işləri hələ indi də öz əhəmiyyətini itirməmişdir. Riyazi 
aparatın biologiyaya müdaxiləsi, başlıca olaraq, bizim əsrin otuzuncu 
illərində güclənmişdir. 
Biologiyanın başqa sahələrinə nisbətən ekologiya elmi daha çox 
riyaziləşmişdir. V. Volterrin «Yaşa 
 
 

__________________Milli Kitabxana__________________ 
94 
 
  
maq uğrunda mübarizənin riyazi nəzəriyyəsində aid mühazirələri və 
V. Kostitsının «Riyazi biologiya» əsərləri o dövrdə geniş yayıldı  və 
şöhrət qazandı. 
Riyaziyyat özunun ən məhsuldar nəticələrini genetik tədqiqat 
işlərində göstərdi. Təbii və süni keçmə  nəzəriyyəsi, təbii seçmənin 
genetik nəzəriyyəsi genetikanın sürətlə inkişafına səbəb oldu. 
Təkamulün bioloji iəzəriyyəsinin riyaziləşdirilməsinin nə  qədər 
məhsuldar olduğunu təsdiq etdi. Riyazi metodlardan geniş istifadə 
olunması genetikanı dəqiq elmlərlə bir cərgəyə qoydu. Riyazi analizin 
tətbiqi nəticəsində bu və ya başqa bir əlamətin selektiv üetunlüyünün 
mahiyyəti inandırıcı şəkildə aşkar edildi. Genlərin selektiv mahiyyəti 
təbii seçmənin  əleyhidarları  tərəfindən uzun müddət  şübhə altında 
saxlanmışdı. Onlar iddia edirdilər ki, bioloji növün uyğunlaşməsı 
gendən az asılıdır. Əslində isə təbii seçmə genə təsir etmir. 
Riyazi analiz metodları  təbii seçmədə bir-birilə  rəqabət aparan 
genlərin  ən cüzi üstünlüklərini də  aşkar etməyə imkan verdi. Məlum 
oldu ki, genin alleldən (onun geniş dəyişmiş formasından) üstünlüyü 
0,1%-dən çox olmadıqda belə, təkamül prosesləri baş verir. 
Dəqiq elmlərin biologlyaya son zamanlar müdaxiləsinin 
güclənməsi göstərir ki, müasir biologiya elmi ancaq öz tədqiqat 
metodları  və mühakimələri hesabına nəzəri səviyyəsini qaldırmağa 
qadir deyil. Deməli, biologiyanın sonrakı inkişafı onun 
riyaziləşdirilməsilə sıx əlaqədardır. 
Fizikada və kimyada hadisə  və proseslərin modelləşdirilməsi və 
riyazi cəhətdən əsaslandırılması ciddi çətinliklər törətmir. 
Biologiyada isə vəziyyət başqadır. Çünki, canlıların özünə məxsus 
xüsusiyyətləri hələ  həll edilməsi mümkün olmayan bir sıra ciddi 
çətinliklər əmələ gətirir. 
Istənilən bioloji obyekt, hadisə  və ya prosesin təbiəti çox 
cəhətlidir. Ona görə  də canlı  təbiətin ümumi qanunauyğunluqlarını 
geniş  və mücərrəd ümumiləşmələrlə  səciyyələnən riyazi ifadələr 
şəklinə almaq mümkün deyil. Başqa sözlə, bütöv orqanizm üçün və ya 
bioloji hadisələrin qarşılıqlı münasibətinə 
  

__________________Milli Kitabxana__________________ 
95 
 
əks etdirən biliklərin riyazi   prinsiplərini yaratmaq mümkün deyil, 
lakin bioloji reallıqla  adekvat olan model üçün riyazn aparat qurmaq 
olar. Bu halda biori riyaziyyatçı mühəndis kimi bir mövqe tutur. 
Mühəndis də  verilmiş funksiyaları yerinə yetirə bilən  mexanizm 
qurur və konstruksiya müəyyən şərtlər daxilində veridən funksiya ilə 
adekvat olur. Bu cəhətdən kibernetik modelləşmə çox faydalıdır. 
Kibernetika canlı orqanizmlərlə kibernetik qurğular arasındakı 
analogiyadan istifadə edərək biologiyanın 
eksperimental    
metodlarının imkanlarını genişləndirir. Lakin    kibernetik modelləşmə 
biologiyanın son məqsədi deyil. 
Bu modelin üstünlüyü ondadır ki, onun həyata keçirilməsilə riyazi 
modelləşdirmələrin də imkanları      artır. Kibernetik modelləşmə  ən 
yüksək səviyyəyə çatdıqda bioloji sistemlərin mürəkkəb  əlaqələri və 
onlara xas olan sonsuz sayda parametrlər nəzərə alına bilir. 
Bu onu göstərir ki, riyaziyyat və kibernetika bioloji hadisələrin, 
orqaiizmin təkamül proseslərinin öyrənilməsində özlərinə möhkəm 
mövqe tutmuşlar. Bioloji proseslərin təbiətinin dərk edilməsində 
riyaziyyatın rolu getdikcə artır. Buna baxmayaraq idarəedici texniki 
qurğu ilə canlı orqanizmin «mexanizmin» arasındakı  fərq qalır. 
Deməli, söhbət ancaq bioloji xususiyyətlərin nəzərə alınması mümkün 
olan   səviyyəyə  qədər mövcud olan analogiyadan gedir.   Belə    
analogiya evristik və etibarlı metod kimi özünü göstərir. 
Həyat prosesləri haqqında riyazi nəzəriyyənin müasir imkanları 
hələlik budur. 
 
§ 8. TƏBİƏT ELMLƏRİ  VƏ KƏND TƏSƏRRÜFATI 
 
Deyildiyinə görə keçmişdə qarğıdalı toxumunu əkmək istədikdə 
onu  əvvəlcə kisəyə doldurub çardağa qaldırır və oradan birbaşa yerə 
atırlarmış. Hələ indi də  bəzi yerlərdə  və  əhəmiyyətini itirməyən, bu 
tədbir məhsulun bol olmasını  təmin edən  əsas  şərtlərdən biri kimi 
vaxtilə çox məşhur olmuşdur. Belə hesab edirlər ki, bu zaman əmələ 
gələn mexaniki silkələnmə toxumların yaxşı cücərməsinə  və bitkinin 
tez inkişaf etməsinə səbəb olur. 
Müasir elm sübut etmişdir ki, bu hadisə heç də  təsadufi deyil və 
onu elmi cəhətdən əsaslandırmaq olar. 

__________________Milli Kitabxana__________________ 
96 
 
Lakin indi həmin usulla toxumları «silkələmək» çox sadə  və az 
əlverişli hesab olunur. Hazırda toxumları  fəallaşdıran, onların tez 
cücərməsinə təkan verən onlarla və hətta yüzlərlə müasir fiziki üsullar 
mövcuddur. 
İndi toxumları ultrabənövşəyi və yümşaq rentgen şüaları ilə, 
yüksək gərginlikli elektrik    sahəsinə, ultrasəslə, toxumlardan yuksək 
enerjili   elektronlar seli buraxmaqla, onları güclü elektromaqnitin    
qütbləri arasında yerləşdirməklə  və digər fiziki təsirlərlə 
fəallaşdırırlar. Belə suallar meydana çıxar: 
Bu təsir üsullarından hansına daha çox üstünlük verilməlidir: 
onları bir-birilə necə        müqayisə        etmək olar; təsir müddəti və 
intensivliyi necə  aşkara çıxarılar; bu toxumlara nə vaxt və hansı 
şəraitdə  təsir etmək daha əlverişlidir; hansı   toxum üçün daha çox 
fiziki təsir göstərmək lazımdır? və s. 
Belə sualların sayını istənilən qədər artırmaq olar. Bunların 
hamısına dəqiq cavab almaq və aqronoma düzgün məsləhət vermək 
üçün, həmin məsələ arpa, buğda, darı, çəltik və sair üçün ayrıca tədqiq 
edilməlidir. Belə  çıxır ki, arzu edilən məqsədə çatmaq üçün 
milyonlarla təcrübələr aparmaq tələb olunur. 
Elm sübut etmişdir ki, külli miqdarda təcrübə aparmağa ehtiyac 
yoxdur. Alimlərimiz bu çətinlikdən çox qısa yolla çıxmaq qaydasını 
müəyyən etmişlər. Fizik və bioloqların birlikdə bu sahədə apardıqları 
tədqiqatlar əsasında yürütdükləri mühakiməyə görə müxtəlif cür fiziki 
təsirlər, toxumun daxilində təxminən eyni cür dəyişikliklər yaradır. 
Toxum müəyyən enerji kvantını udur və öz canlı rüşeymindəki 
molekulları  həyəcanlandırmağa sərf edir. Nəticədə, həmin 
molekullardakı kimyəvi rabitələrin bir qismi qırılır və molekulların 
«qəlpələri»  əmələ  gəlir. Beləliklə,  əlavə enerjisi olan molekulyar 
hissəciklərin və sərbəst elektronların sayı artır. 
Belə hissəciklərin miqdarını  və enerjisini ölçmək üçün müasir 
nüvə fizikasının olduqca həssas və dəqiq cihazları vardır. Bu ölçmələr 
göstərmişdir ki, toxum daxilində  fəal hissəciklərin sayı  və enerjisi 
artdıqca onlarda yaranan həyat qüvvələri də artır. Bütün fiziki təsir 
üsulları bitkilərin yetişməsi pro- 
 
 

__________________Milli Kitabxana__________________ 
97 
 
  
sesində müsbət iz buraxır. Toxumlar göbələk xəstəliklərinə 
müqavimət göstərir və tez cücərirlər.  Ən maraqlı  cəhət burasıdır ki, 
belə toxumdan əmələ  gələn bitkilər də müxtəlif ziyanvericilərə qarşı 
daha yaxşı müqavimət göstərir və sürətlə böyüyürlər. Bu isə  kənd 
təsərrüfatı üçün on vacib bir məsələdir. 
Belaliklə, fizikanın kənd təsərrüfatına müdaxiləsi nəticəsində 
aqronoma, elmi cəhətdən  əsaslandırılmış  dəqiq məsləhətlər vermək 
üçün əlverişli şərait yaranır. 
Bitkilər haqqında elm, dəqiq elmlərə doğru öz yerini dəyişir. 
Nəticədə, bol kənd təsərrüfatı  məhsulları  əldə etmək imkanlarını 
artırır. 
Fizikanın səpin məsələsinə qarışması yeni hadisə deyil. Elmə 
çoxdan məlumdur ki, səpinqabağı, toxumun nəmlik dərəcəsinin dəqiq 
təyin edilməsi, onun yetişdiriləcəyi torpağa yarandığını bilmək üçün 
çox vacibdir. Bu məsələnin fiziki üsulla həlli, bir neçə saniyə vaxt 
aparır. Tədqiq edilən toxumlar kondeneatorun köynəkləri arasına 
doldurulur, sonra tələb edilən nəmliyə uyğun etalonla müqayisə edilir. 
Bu isə toxumun səpinə yarayıb yaramadığını tez müəyyən edir. 
Son zamanlar fiziki cihazların kənd təsərrüfatında tətbiq olunma 
məqsədləri və sahələri daha da genişlənmişdir. 
Indi bu cihazlar ilk baxışda çox qəribə görünən va heç bir məna 
daşımayan, lakin əslində, kənd təsərrüfatında məhsuldarlığın 
artmasında fəal iştirak edən vasitələrdir. Aqronomu maraqlandıran bir 
sıra suallara onlar düz və dəqiq cavab verirlər. 
Xiyar gündüzlər yetişir, yoxsa gecələr? Qarpızın yaxşı yetişməsi 
üçün dumanlı hava əlverişlidir, ya günəşli? hansı iqlim şəraitində 
bitkilər özünü daha yaxşı hiss edir? 
Bu suallara düzgün cavab verməkdə  kənd təsərrüfat elmləri 
namizədi Arkadi Zaytsevin düzəltdiyi cihazlar xüsusi yer tutur. 
Qarpızın yetişmə prosesini öyrənmək üçün onun hazırladığı cihazın 
əsas hissəsi adi bir linkdir. Bunun bir ucu qarpızın səthinə toxunur, o 
biri ucu isə xüsusi qurğunun köməyilə özüyazan peroya birləşdirilir. 
Qarpız yetişdikcə öz səthinə toxunan linki itələyir və pero, saat 
mexanizmilə işləyən barabana sarınmış lent üzərində iz buraxır.   Bu 
 

__________________Milli Kitabxana__________________ 
98 
 
qayda ilə lent üzərində qarpızın yetişmə əyrisi qurulur. Həmin prinsipə 
əsaslanan cihazlar xiyarın, kök və bir sıra başqa məhsulların da 
yetişmə   prosesini öyrənməyə kömək edir. Cihazın    göstərişlərinə 
görə, qarpız ilk vaxtlarda gecə-gündüz böyüyür. Sonra bu proses 
müəyyən qaydaya düşür. O ancaq gecələr böyüyür    və orta hesabla 
öz çəkisini gündə 300 q artırır, gündüzlər isə istirahət edir və gündə 
çəkisindən 40 q itirir. Bu cihazlar, fosfor, kalium və azot kimi 
gübrələrin bitkilərə hansı miqdarda lazım olduğunu   da təyin etməyə 
imkan verir. Cihazın verdiyi böyümə əyrisnə görə qarpız fosforu çox 
sevir. Deməli, bol məhsul götürmək üçün bu cihazların köməyindən 
istifadə etmək olar. Cihazın göstərişlərinə      görə  istilik   
şitilliklərindəki xiyarlar   gecələr yetişir, səhər açılanda isə bu proses 
dayanır. Bərk isti də yetişmə prosesinə  mənfi təsir göstərir. Bitkilər 
belə   şəraitdə fəaliyyətsizləşir. 
İstilik  şitilliklərində suvarma şlanqla aparıldıqda bu, xiyarın 
yetişməsini yubadır, süni suvarmada isə xiyarın çəkisi və boyu gecə-
gündüz artır. Buradan belə bir nəticə çıxır ki, məhsulun tez yetişməsi 
və bol olması üçün süni yağış yağdırmaqla aparılan suvarmadan 
istifadə etmək lazımdır. 
Kənd təsərrufatı yeniliklərindən biri də son zamanlar torpaq 
bakteriyalarına olan münasibətin bir qədər dəyişməsidir. 
Bizi ahatə edən aləm adi gözdə görünməyən mikroorqannzmlərlə 
doludur. Mikroorqanizmlər maddələrin torpaqdakı dövri hərəkətində 
iştirak edərək torpağın məhsuldarlığını artırır. 
Boy atan bitkilər öz köklərilə torpaqdan su və onda həll olan 
mineral maddələri qəbul edir. 
Bitkinin yarpaqlarında Günəş  işığının enerjisinin təsirilə karbon 
qazı və su üzvi maddələrə çevrilir. Bitki və heyvanlar tələf olduqda bu 
üzvi maddələr yenidən torpağa qayıdır, mikroorqanizmlər bunları 
parçalayaraq ilkin maddələrə- minerallara çevirir, bu yolla ayrılan 
mineral elementlər yenidən bitkilərin köklərinə daxil olur. Lakin üzvi 
maddələrin çoxu tam parçalanmır, azacıq çevrilmə prosesindən sonra 
çürüntü əmələ gətirir. Min illər ərzində  
  

__________________Milli Kitabxana__________________ 
99 
 
toplanan bu mürəkkəb çürüntü maddələri azotla zəngin olur və  təbii 
olaraq torpağın məhsuldarlığını artırır. Bu çürüntü, obrazlı  şəkildə 
desək, bitki üçün zəruri elementlərin anbarıdır. O mikrobların 
minerallaşdırıcı  fəaliyyəti nəticəsində  tədricən bitkilər tərəfindən 
mənimsənilir. Təbii  şəraitdə bu çürüntü torpağın səthini millimetrin 
1/1000-i qədər, xüsusi əlverişli hallarda isə 1/100-i qədər qalınlığı 
olan pərdə kimi örtür. 
Torpaqda yaşayan mikrobların qəribə xüsusiyyətləri var. Onların 
bəzisi atmosferdəki molekulyar azotu birbaşa mənimsəyir və ondan öz 
zülallarını yaratmaqda istifadə edir. Beləliklə, mikroblar torpağı bu 
qiymətli elementlə  zənginləşdirir. Həmin minerallar sonra torpaqdan 
bitkilərə  və bitkilər vasitəsilə başqa canlı orqanizmlərə keçir. 
Torpaqda daimi bir mübadilə gedir. Bitkilər mikroorqanizmlərə üzvi 
karbon, onlar isə öz növbəsində bitkilərin mənimsəyə bildiyi formada 
mineral elementlər hazırlayır. 
Beləliklə, mikroorqanizmlər biosferdə maddələrin dövri 
hərəkətində  ən zəruri bir mövqe tutur, onlar fasiləsiz olaraq torpağa 
daxil olan külli miqdarda üzvi maddələr ehtiyatını emal edərək 
tədricən minerallaşdırır və atmosfer azotunu özündə toplayan 
birləşmələr  əmələ  gətirir. Təbii  şəraitdə torpağın məhsuldarlığını 
artıran qida maddələrinin dövri hərəkəti təxminən bu şəkildə baş verir. 
Lakin hər il bitkilər vasitəsilə torpaqdakı qida elementlərinin böyük 
bir kütləsi ayrılır və onun məhsuldarlığını azaldır. Ona görə də kütləvi 
şəkildə süni mineral gübrələrin tətbiq edilməsi, kənd təsərrüfatındakı 
elmi-texniki tərəqqinin  əsas tərkib hissələrindən biri hesab olunur. 
Indi insanlar mikroorqanizmlərin funksiyalarını öz əllərinə alaraq 
onların həlledici rolunu zəiflətmişlər. Buna baxmayaraq 
mikroorqanizmlərin üzvi maddələri minerallaşdırması prosesi 
elementlərin dövri hərəkətində yenə də mühüm bir yer tutur. Təxmini 
hesablamalara görə torpaq mikroorqanizmləri ildə on milyonlarla ton 
atmosfer azotunu özlərinə cəlb edir. Dünya sənayesinin istehsal etdiyi 
bu qiymətli gübrənin miqdarı isə 30 mln t-na qədərdir. 1980-ci ildə 
azotun bütün dünya üzrə süni    gübrə şək- 
 
 
  

__________________Milli Kitabxana__________________ 
100 
 
lində istehsalının 60—70 mln q-na çatdırilması  nəzərdə tutulmuşdur. 
Deməli, «texniki» azotun miqdarı «bioloji» azotdan dəfələrlə        çox 
olacaqdır.    Çünki torpaqdan götürülən məhsul ildən-ilə artır və bu 
məhsul özü ilə külli miqdarda azot, fosfor, kalium və s. aparır. Bunu 
təkcə mikroorqanizmlərin   faydalı  fəaliyyəti hesabına ödəmək qeyri 
mümkündür. Süni yolla alınan gübrə müəyyən məsarif tələb  edir.    
Mikroorqanizmlərin istehsal etdiyi azot üçün isə heç bir vəsait sərf 
olunmur. Ona görə  də  hər vasitə ilə bu mikrobların çoxalması üçün 
əlverişli olan fiziki və kimyəvi şərait yaratmaq lazımdır. Bu cəhətdən 
torpağın yumşaqlığı, nəmlik dərəcəsi, turşluğu və s. böyük rol 
oynayır. Müəyyən əlverişli şəraitdə    bu   mikrobların sayı sürətlə artır 
və aerob mikroorqanizmlər hesabına, bilavasitə onların fəaliyyəti    
nəticəsində    üzvi maddələrdən alınan və   bitkiləri   qidalandıran 
elementlərin miqdarı çoxalır. Lakin    son zamanlar mikrobların 
fəaliyyətinə olan müsbət münasibət   bir qədər dəyişmişdir. 
Tədqiqatlar nətncəsində məlum   olmuşdur ki, mikrobların çoxalması 
bitkilərə    məxsus azot gübrəsinin bir  hissəsinin   itməsinə   səbəb 
olur. Torpaq mikroorqanizmlərinin çoxu azot gübrəsini 
nitratsızlaşdırır və  əmələ  gələn azot qazı uçub havaya gedir. Bəzi 
hallarda bu yolla itən gübrə    bitkiyə verilənin dörddə bir hissəsni 
təşkil edir. Mikroorqanizmlərdən fərqli olaraq bitkilərə üzvü karbon 
lazım deyil, çünki, bitkilər bunu fotosintez vasitəsilə alır. Azot, fosfor 
və kalium isə bunların   hər ikisinə      lazımdır.  Digər tərəfdən də, 
atmosferdəki sərbəst azotu mənimsəmək qabiliyyəti bütün 
mikroblarda    yoxdur, olan mikrobların da çoxu asan yolla torpağın 
özündəki    süni gübrənin azotundan istifadə edir. Beləliklə, bu məsələ 
xeyli mürəkkəbləşir. Həmin məsələlərin aydınlatşdırılmasında fiziki 
metodlar, xüsusilə nişanlanmış atomlar metodu böyük rol oynayır. 
Azotun ağır  izotopu  ilə  aparılan  təcrübələr      sübut      etmişdir ki, 
mikroblar külliyyatı süni azot gübrəsinin üçdə birini «yeyir». Bunun 
bir qismi çox tez azad olur və bitkinii istifadə edə bilocəyi  şəklə   
düşür.   Digər qismi isə torpaqda ehtiyat halında   toplanıb   qalır. 
Lakin mikroorqanizmlərin başqa      bir      fəaliyyəti   də var. Onlar 
torpaqdakı ziyanvericilərlə, bitki xəstə- 
 
  

__________________Milli Kitabxana__________________ 
101 
 
likləri törədən göbələklərlə bioloji mübarizə aparır. Bu məqsədlə 
kimyəvi mübarizədən istifadə etdikdə  ətraf mühit zəhərlənir, zəhərli 
maddələr torpaqda toplanaraq yağış suyu ilə çaylara və göllərə 
tökülür. Kimyanın kənd təsərrüfatında tətbiqində mənfi təsirlərinə yol 
verməmək, müsbət təsirlərini isə saxlamaq üçün aqrokimyaçıların, 
aqrofiziklərin, mikrobioloqların və bir sıra başqa mütəxəssislərin birgə 
çalışması  və geniş miqyasda kompleks tədqiqat işləri aparması  tələb 
olunur. 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə