12.Azərbaycanda yayılmış dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm
ideyaları
Azərbaycan Respublikasında dövlət-din münasiblətlərindəki yeni mərhələ
xalqımızın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən
başlayır.Sovet ittifaqının süqutu ilə din haqqında tətbiq edilən qadağalara son
qoyuldu və vətəndaşların vicdan azadlığı və dini etiqad təmin edildi.
20 avqust 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının qanunu qəbul olunaraq dini qurumların statusu, hüquq və
vəzifələri müəyyənləşdirildi.Dövlət-din münasibətlərinin tənzimlənməsi
sahəsində əsl irəliləyiş Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi
hakimiyyətə ikinci dəfə gəlişi ilə baş verdi. Ümummilli lider hakimiyyətə yenidən
qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə
problemlərin həlli və sabitliyə nail olunması, eləcə də milli-mənəvi
dəyərlərimizin hifz edilməsi, tarixən ölkəmizdə mövcud olan tolerant və
multikultural ənənələrin qorunaraq inkişaf etdirilməsi istiqamətində coxşaxəli,
mühüm tədbirlər həyata keçirdi. Eyni zamanda, ölkəmizi dini zəmində
parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyən
qüvvələrin niyyətlərini puç etdi, etnikdini mənsubiyyətindən asılı olmayaraq
bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Heydər
Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm addım 1995-ci
ildə atıldı. Həmin il noyabrın 12-də ümummilli liderin rəhbərliyi ilə hazırlanan
Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul
edildi. Məhz ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda dövlət-din
münasibətlərinin əsas prinsipləri müəyyənləşdirildi.Konstitusiyanın 7-ci
maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar
Respublika olduğu göstərilir. Həmçinin Konstitusiyanın 18-ci maddəsində
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu bildirilərək
Dövlətimizin dünyəvi quruluşa malik olduğu bir daha vurğulanır. Azərbaycan
Respublikası Konstitusiyasının 48-ci maddəsində də vicdan azadlığı ilə bağlı
olduqca demokratik və mütərəqqi prinsiplər yer alıb. Həmin maddədə vicdan
azadlığı aşağıdakı kimi təsbit olunub:
1. Hər kəsin vicdan azadlığı vardır.
2. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə
etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır.
3. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya
ictimai əxlaqa zidd deyildirsə sərbəstdir.
4. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır
Onu da qeyd edək ki, milli-mənəvi dəyərlərin və dini-tarixi abidələrin
qorunması, ziyarətgah, məscid, kilsə və sinaqoqların bərpası, yaxud yeni ibadət
yerlərinin tikilməsi, etnik-dini azlıqların dini tələbatlarının daim diqqət
mərkəzində saxlanılması, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, dini bayram və əlamətdar günlər
münasibəti ilə ölkəmizdə yaşayan müsəlman, xristian və yəhudilərə təbriklərin
ünvanlanması Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu din siyasətinin
tərkib hissəsini təşkil edirdi və İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.
Document Outline - 12.Azərbaycanda yayılmış dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları
Dostları ilə paylaş: |