1
AZƏRBAYCAN SSR ELMLƏR AKADEMĠYASI TARĠX ĠNSTĠTUTU
F. M. ƏLĠYEV
XVIII ƏSRĠN BĠRĠNCĠ YARISINDA
AZƏRBAYCANDA TĠCARƏT
Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı
Bakı - 1964
2
Azərbaycan SSR Elmlər Akademiyası
Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə
çap olunur.
Redaktorları: tarix elmləri doktoru, H. B. Abdullayev.
Tarix elmləri namizədi Ə. Ə. Rəhmani
3
GĠRĠġ
XVIII əsrin birinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş
sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərinə bir sıra elmi-
tədqiqat əsərlərində toxunulmuşdur
1
. Lakin bu məsələlərin əksəriyyəti ümumi
şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer
verilməmişdir. XVIII əsrin birinci yarısında Azərbaycan şəhərlərinin iqtisadi
vəziyyəti, daxili və xarici ticarəti haqqında hələ çox az yazılmışdır. Halbuki XVIII
əsrin birinci yarısında Azərbaycanın başqa ölkələrlə, xüsusilə Rusiya dövləti ilə
ticarət əlaqələri gələcəkdə Azərbaycan xalqının taleyində mühüm rol oynayan
amillərdən biri olmuşdur.
Qeyd etmək lazımdır ki, XVIII əsrin birinci yarısı bu günə kimi Azərbaycan
tarixində «dərin tənəzzül dövrü»
2
kimi qələmə verildiyi üçün, görünür, bir çox
tədqiqatçılar bu tənəzzül dövrünün iqtisadi həyatını, o cümlədən Azərbaycanın
başqa ölkələrlə ticarət münasibətlərinin öyrənilməsini lazım bilməmişlər.
İlk baxışda, həqiqətən, iqtisadi tənəzzül və siyasi böhran keçirən bir ölkənin
iqtisadiyyatından, xüsusilə ticarətindən ayrılıqda danışmağa dəyməz. Lakin həmin
dövrə aid olan bir sıra arxiv sənədlərini və digər mənbələri dərindən öyrəndikdə
əyani surətdə müşahidə etmək mümkündür ki, bu dövrün nəinki ticarətini, hətta bir
çox ictimai-iqtisadi xarakterli məsələlərini ayrılıqda tədqiq etmək mümkündür və
bu məsələlər tədqiqat gündəliyində əsas yerlərdən birini tutmalıdır.
Oxuculara təqdim edilən bu əsərdə XVIII əsrin birinci yarısında
Azərbaycanın sənətkarlıq və ticarət mərkəzlərindən, daxili, xarici və tranzit
ticarətinin
xarakterindən,
habelə
Azərbaycan
ticarətinin
beynəlxalq
əhəmiyyətindən danışılır. Lakin qeyd etmək lazımdır ki, əsərdə mövzu ilə əlaqədar
olan ticarətin bütün məsələlərini əhatə etmək məqsədi qarşıya qoyulmamışdır.
Onları geniş tərzdə, belə kiçik həcmli əsərdə toplamaq da mümkün deyildir.
Məlum olduğu kimi, XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda
Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə ən nəhayət ölkə
daxilinə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər
arasında bölüşdürülmüşdür
3
. Bu dövlətlərdən İran və Türkiyə Azərbaycana
soxulduqları zaman şəhər və kəndləri xaraba qoyub, xalqın var-dövlətini qarət
1
И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в
XVI - нач. XIX вв., Л., 1949; В. Н. Левиатов. Очерки из истории Азербайджана XVIII в., Баку,
1948.
2
И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в
XVI - нач. XIX вв., Л., 1949; səh. 86.
3
Bu barədə ətraflı surətdə bax: А. Абдуррахманов. Азербайджан в русско-иранско-турецких
отношениях в первой половине XVIII в., Баку, 1964 г,; В. П. Лысцов. Персидский поход Петра I
(1722—1723 гг.), М., 1951; В. Н. Левиатов. Göstərilən əsəri, səh. 74 və b.
4
edərək taladıqları halda, Rusiya höküməti qoşunlarına qarətlə məşğul olmağı qəti
surətdə qadağan etmişdi.
Şübhəsiz, bu da təsadüfi deyildi. Doğrudur, Rusiya Xəzər boyu vilayətləri
çoxdan ələ keçirmək niyyətində idi. I Pyotr Azərbaycanın Xəzər boyu əyalətlərinə
yürüş təşkil edərkən rus qoşunlarının daxil olduqları şəhərlərdə əhalini sıxışdırmaq
və narazı salmamaq haqqında rus zabit və soldatlarına əvvəlcədən ciddi təlimat
vermişdi. I Pyotr Xəzər boyu əyalətləri tutmaqla əslində başlıca olaraq iki məqsəd -
həm siyasi və həm də iqtisadi məqsəd güdürdü. Odur ki, Rusiya tərəfindən zəbt
edilən yerlərdə vaxtı ilə feodal müharibələri zamanı dağıdılmış bir çox tikintilər -
karvansara va qala divarları rus qoşunlarının iştirakı ilə bərpa olunmuş, yerli
tacirlərlə ticarət əlaqələri davam etmiş və hətta bu əlaqələrin daha da
möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Məhz buna görə
də təsadüfi deyildir ki, rus arxivlərində öyrənilən dövrə aid olan bir çox sənədlərdə
Azərbaycanla Rusiya arasındakı münasibətlərdən bəhs olunarkən başqa məsələlərə
nisbətən, ticarət məsələlərinə daha çox yer verilmişdir. Həmin arxiv sənədləri
Azərbaycanın qonşu ölkələr və xüsusilə rus dövləti ilə ticarət əlaqələrini
işıqlandırmaq sahəsində zəngin mənbə kimi qiymətləndirilməlidir. Rus
arxivlərində saxlanılan bəzi sənədlər, hətta daxili ticarəti tədqiq etməkdə də
müəyyən elmi əhəmiyyət kəsb edir. Azərbaycanın XVIII əsr ticarət məsələlərinə
aid olan materiallarının əksəriyyəti Həştərxan Vilayət Dövlət arxivindo (QAAO),
Rusiyanın xarici siyasət arxivində (AVPR), qismən də Qədim aktların Mərkəzi
Dövlət arxivində (ÇQADA), Mərkəzi Dövlət hərbi-tarixi arxivində (ÇTVİA) və
digər arxivlərdə saxlanılır. Təəssüf ki, respublikamızın arxivlərində həmin dövrün
ticarət məsələlərinə aid olan sənəd demək olar ki, hələ əldə edilməmişdir.
Azərbaycanın XVIII əsr xarici və tranzit ticarətinə dair materiallarının
mərkəzi rus arxivlərində və həmçinin Həştərxan arxivində olmasını nə ilə izah
etmək olar?
Məlum olduğu kimi, XVIII əsrdə Rusiya dövlətinin Xəzər dənizində
fəaliyyətinin artması bilavasitə həm hərbi strateji nöqteyi-nəzərdən böyük
əhəmiyyət kəsb edir, həm də ticarət məsələləri ilə sıx surətdə bağlı idi. Artıq XVIII
əsrin 20-ci illərindən başlayaraq Rusiya dövləti İranda
4
ticarət edən və buradan
böyük gəlir və mənfəət əldə edən, eyni zamanda yerli hakimlər tərəfindən
sıxışdırılan rus tacirlərinin mənafeyini qorumaq və ticarət əlaqələrini qaydaya
salmaq və möhkəmlətmək məqsədi ilə İranda öz konsulxanasını təsis etmişdi
5
.
4
Həmin dövrdə Azərbaycan inzibati cəhətdən Səfəvi İran dövlətinin vilayətlərindən birini təşkil edirdi.
Buna görə də Qərbi Avropa dövlətləri və eləcə də Rusiya Azərbaycanı İran adlandırırdı.
5
В. А. Уляницкий. Русские консульства за границей в XVIII, I hissə, М., 1899, səһ. 205; В.
Комаров. Персидская война 1722— 1725 гг. приложение, «Русский Вестник», т. 68, 1867, səһ.
553.
5
Belə konsulxanalardan biri də filial şəklində 20-ci illərdə Şamaxı şəhərində
təsis edilmişdi
6
. Həmin vaxtdan etibarən Azərbaycan şəhərlərində olan rus
məmurları ticarətin vəziyyəti haqqında Rusiya Xarixi İşlər və Ticarət
Kollegiyalarına, Həştərxanın qubernatoruna bir sıra siyasi məsələlərlə yanaşı,
Azərbaycanda ticarətin nə kimi vəziyyətdə olması haqqında da tez-tez məlumat
verirdilər. Digər tərəfdən 1722-ci ildən başlayaraq Azərbaycanın Xəzər dənizi
boyunca yerləşən əyalətləri Rusiya dövlətinin himayəsi altına keçdikdən sonra
Azərbaycanın vəziyyətinə dair Rusiyaya göndərilən yazılı məlumatların sayı daha
da çoxaldı. Məhz buna görə də Moskva, Leninqrad və Həştərxan şəhərlərinin
arxivlərindən Azərbaycana aid olan bir çox dəyərli faktik materiallar tapmaq
mümkündür. Bəlkə də siyasi və iqtisadi məsələlərə dair Rusiyadan da Azərbaycana
müxtəlif xarakterli məktub və s. yazılar göndərilmişdir. Lakin o zaman Azərbaycan
vahid dövlət olmadığı üçün onun vahid siyasi mərkəzi də yox idi. Çox güman ki,
həmin məktublar da belə bir şəraitdə itib batmışdır.
Azərbaycana aid olub Həştərxan arxivində saxlanılan materiallardan ilk
dəfə elm aləmində prof. H. B. Abdullayev «XVIII əsrin ikinci yarısında Şimali-
şərqi Azərbaycan və Rusiya» adlı irihəcmli monoqrafiyasını yazarkən istifadə
etmişdir. Prof. H. B. Abdullayev bu materialların bir qismini, yəni XVIII əsrin
ikinci yarısına aid olan materialları təhlil etmişdir. Həştərxan arxivinin XVIII əsrin
birinci yarısına aid olan materiallarından ilk dəfə olaraq bu kitabda istifadə olunur.
Doğrudur, həmin arxivdən rus-erməni ticarət münasibətlərinə dair namizədlik
dissertasiyası yazan A. Yuxt da istifadə etmişdir. Lakin A. Yuxtun çap olunmuş
məqaləsindən müəyyən etmək olar ki, o, əsas etibarı ilə Həştərxan şəhərində ticarət
edən erməni tacirlərindən və Həştərxandakı erməni koloniyasından bəhs etmişdir
7
.
Burada isə Həştərxan arxivinin bilavasitə Azərbaycana aid olan materiallarından
istifadə etməklə həm xarici və həm də tranzit ticarətə aid olan məsələləri
işıqlandırmağa cəhd edilmişdir.
Həştərxan Vilayət Dövlət arxivindən əldə edilmiş materiallardan daha
xarakterik sənədlər kimi aşağıdakıları göstərmək olar: «Həştərxan quberniya və
dəftərxanasından Rusiyanın yuxarı şəhərlərində ticarət etmək üçün gedən Bakı və
Salyan tacirlərinin siyahısı. 1729-cu il»
8
, «Əvvəllər Rusiyada saxlanılmış
bakılıların və farsların Bakı və Gilan əyalətlərinə buraxılması haqqında imperator
II Pyotrun fərmanı»
9
, «Gilan karvansarasında yaşayıb rus təbəəliyinə keçmək
arzusunda olan tatarların (azərbaycanlıların - F. Ə.) sayı haqqında məlumat»
10
və s.
Axırıncı sənəd həmçinin rus-Azərbaycan münasibətlərini tədqiq etmək sahəsində
6
В. А. Уляницкий. Русские консульства за границей в XVIII -. I һissə, М., 1899, səһ. 205.
7
А. Юхт. Восточная торговля России в 30 – 40-х годах в. и роль в ней армянских купцов, «Изв.
АН Арм. ССР», № 8, 1956.
8
QAAO, fond 394, iş 163.
9
QAAO, fond 394, iş 163, vərəq 87-88.
10
QAAO, fond 394, iş 1025.
6
böyük elmi əhəmiyyət kəsb edir. Sənəddən məlum olur ki, Azərbaycanın müxtəlif
şəhərlərindən öz ailələri ilə birlikdə Həştərxana ticarət üçün gəlmiş azərbaycanlılar
tez-tez İran qoşunlarının hücumuna məruz qalmış Azərbaycana bir daha qayıtmaq
istəməyərək, Rusiya təbəəliyinə keçmək üçün yerli hakimlərə müraciət etmişlər.
Rusiyanın xarici siyasət arxivində, habelə Qədim aktların Mərkəzi Dövlət
arxivində mühafizə olunan və sonradan bəzi elmi əsərlərdə əlavələr şəklində və
yaxud sənədlər külliyyatında çap olunan sənədlərdən - «İranda nə qədər və hansı
yerlərdə gömrük və ya bunun əvəzində rahdarilərin alınması haqqında cədvəl», A.
P. Volınskinin və eləcə də A. İ. Lopuxinin jurnallarını və bir çox başqa dəyərli
sənədləri göstərmək olar.
Ticarətə aid olan arxiv sənədlərindən bəhs etdikdə V. A. Ulyanitskinin
«XVIII əsrdə xaricdə rus konsulxanaları» adlı ikicildlik əsərini qeyd etməmək
olmaz. Müəllif həmin əsərin I cildində Rusiyanın başqa ölkələrlə yanaşı, İranda
təsis olunan konsulxanalarından və yerlərdəki ticarətin vəziyyətindən bəhs edir. II
cilddə isə konsul və konsul müavinlərinin yerlərdən Peterburqa göndərdikləri və
mərkəzdən konsullara göndərilən məktubları dərc edilmişdir. Həmin məktubların
əsli Rusiyanın xarici siyasət arxivində və qismən də Qədim aktların Mərkəzi
Dövlət arxivində saxlanılır.
«Rusiya imperiyasının qanunlarının tam külliyyatı», «Rusiya imperatorunun
tarix cəmiyyətinin külliyyatı» adlı çoxcildli məcmuələrində də bir sıra qiymətli
arxiv sənədləri çap edilmişdir.
XIX əsrdə rus tarixçiləri tərəfindən yazılmış bir çox kitablarda «əlavələr»
şəklində XVIII əsrin birinci yarısında Azərbaycanın iqtisadi məsələlərinə aid bir
çox rəsmi sənədlər verilmişdir. Bu cəhətdən V. Komarovun «1722-1723-cü illərdə
Rusiyanın İranla müharibəsi» əsərini (əlavələrdə I Pyotrun Bakı şəhəri və nefti
haqqında yazdığı şəxsi məktubları verilir), A. N. Popovun «Rusiyanın I Pyotrun
dövründə Xivə və Buxara ilə münasibətləri» əsərini (əlavələrdə rus səfiri F.
Beneveninin 1719-1720-ci illərdə Şamaxı şəhərindən Peterburqa Azərbaycanın
siyasi və iqtisadi tarixinə dair yazdığı məktubları çap edilmişdir), Q. Ezovun
«Böyük Pyotrun erməni xalqı ilə əlaqələri» əsərini (burada 1709-cu ildə Şamaxıda
olmuş İzrail Orinin yerli vəziyyət haqqında Peterburqa göndərdiyi məktubları çap
edilmişdir) və s. göstərmək olar.
XVIII əsrin birinci yarısında Azərbaycanda olmuş bir çox rus məmurları,
tacir və səyyahlarının xatirələrində də Azərbaycanın iqtisadi vəziyyəti, o cümlədən
daxili və xarici ticarəti haqqında çoxlu məlumat vardır. Belə əsərlərdən F.
Soymonovun, B. Bratişşevin və başqalarının əsərlərini xüsusilə qeyd etmək
lazımdır.
Tədqiq etdiyimiz dövrün bəzi siyasi və iqtisadi məsələlərinə XVIII əsrin
birinci yarısında yazıb-yaratmış bir sıra Şərq müəlliflərinin, o cümlədən Şeyx
7
Məhəmməd Əli Həzinin, Məhəmməd Kazımın, Mirzə Mehdi xan Astrabadinin
əsərlərində toxunulmuşdur
11
.
XVIII əsrin ikinci yarısının müəlliflərindən M. Çulkovun «Rus ticarətinin
tarixi təsviri» adlı əsərində də dövrün birinci yarısına aid Azərbaycanın ticarəti
haqqında bir sıra qiymətli məlumat və faktiki materiallar vardır. Lakin qeyd etmək
lazımdır ki, M. Çulkov XVIII əsrin birinci yarısına aid materialların demək olar ki,
hamısını İ. Qerberdən və başqa müasirlərdən iqtibas etmişdir.
İ. Qerber 1723-cü ildə rus qoşunları tərəfindən Bakı qalası alınarkən rus
topxanasının komandanı olmuş və şəhərin alınmasında fəal iştirak etmişdir. Bakı
alındıqdan sonra İ. Qerber bir neçə il şəhərdə yaşamış və eyni zamanda rus
qoşunlarının tutduqları Xəzər boyu əyalətlər və qonşu vilayətlərdəki vəziyyətlə
yaxından tanış olmuşdur. İ. Qerber öz təəssüratını ilk dəfə almanca yazmışdır.
Sonra onun əsəri rus dilinə tərcümə olunmuşdur
12
. Bu əsər ayrı-ayrı şəhərlərin
siyasi və iqtisadi vəziyyəti haqqında konkret məlumat verən yığcam bir əsərdir.
XVIII əsrin birinci yarısında tacir və missioner sifəti ilə Azərbaycan
şəhərlərində olmuş bir çox Qərbi Avropa ölkə nümayəndələrinin xatirələrində də
maraqlı məlumat vardır. Həmin xatirələrin bir hissəsi Abezquz və tarix elmləri
namizədi S. Aşurbəyli tərəfindən tərcümə edilmiş və hazırda Azərbaycan SSR EA
Tarix İnstitutunun elmi arxivində saxlanılmaqdadır. Qərbi Avropa ölkə
nümayəndələrindən holland rəssamı Korneli de Bruinin, Şotlandiya həkimi Con
Belin, alman İ. Lerxin, ingilis C. Hanveyin əsərlərindəki məlumatlar daha dolğun
və qiymətlidir.
XIX əsrdə və inqilabdan əvvəl yazıb-yaratmış bir sıra tarixçilərin əsərləri də
diqqətəşayandır. Həmin müəlliflərdən P. Zubov, S. Bronevski, F. F. Veselaqo, fon
Qrebner, A. Bakıxanov və başqalarının əsərlərində XVIII əsrin birinci yarısına dair
Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında bir sıra mühüm məlumat vardır.
Ümumiyyətlə, Azərbaycanın orta əsr tarixinə aid olan bir çox tədqiqat
əsərlərində iqtisadi məsələlərə çox az yer verilmişdir. Bu cəhətdən, şübhəsiz,
akademik Ə. Ə. Əlizadənin zəngin mənbələr əsasında Azərbaycanın XIII—XIV
əsrlərdə ictimai-iqtisadi və siyasi tarixinə həsr edilmiş monoqrafiyası
13
, habelə
prof. İ. P. Petruşevskinin «XVI-XIX əsrlərin əvvəllərində Azərbaycan və
Ermənistanda feodal münasibətləri tarixinin oçerkləri»
14
müstəsna təşkil edir.
11
Lakin həmin müəlliflər bir sıra tarixi hadisələri təhrif etmişlər.
12
И. И. Гербер. Известия о находящихся с Западной стороны Каспийского моря между
Астраханыо и рекой Курой народах и землях, и о их состояний в 1728 г., журн. «Сочинения и
переводы», № 2, 1760.
13
А. А. Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII—XIV
вв., Баку, 1956.
14
И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении
в XVI — нач. XIX вв„ Л., 1949.
8
İqtisadi məsələlər arasında şəhər təsərrüfatı, sənətkarlıq və ticarət məsələlərinə
tarixi ədəbiyyatda feodal münasibətlərinə nisbətən daha az yer verilmişdir.
Doğrudur, E. S. Zevakin vaxtı ilə Azərbaycanın XVII əsr ticarəti haqqında əsər
yazmışdır. Lakin bu əsər çap edilməmiş və yalnız əlyazması hüququnda
Azərbaycan SSR EA Tarix İnstitutunun elmi arxivində saxlanılır
15
. H. B.
Abdullayev özünün «XVIII əsrin ikinci yarısında Şimal-şərqi Azərbaycan və
Rusiya» monoqrafiyasında XVIII əsrin birinci yarısında Azərbaycanda baş vermiş
bir sıra siyasi hadisə və iqtisadi məsələlərə toxunmuşdur. Lakin müəllifin tədqiqatı
əsasən XVIII əsrin ikinci yarısına aid olduğu üçün o, XVIII əsrin birinci yarısına
dair məsələləri ayrıca və dərindən tədqiq etməyi lazım bilməmişdir. Azərbaycan
Dövlət tarix muzeyində Ə. Hüseynov tərəfindən çapa hazırlanmış «XV—XVII
əsrlərdə rus Azərbaycan münasibətləri» əsərində də ticarət məsələlərinə geniş yer
verilmişdir.
Azərbaycanın orta əsrlər tarixi ilə məşğul olan tədqiqatçılarından M. Şərifli,
M. Nemətova, Z. Bünyadov, Ə. Rəhmani, O. Əfəndiyev, S. İbrahimov və
başqalarının əsərlərində Azərbaycanın iqtisadi tarixinin bəzi məsələlərinə
toxunulmuşdur.
XVIII əsrin birinci yarısında Azərbaycanın iqtisadi tarixi xüsusi tədqiqat
məsələsi kimi öyrənilməmişdisə də, bu barədə ayrı-ayrı tədqiqat əsərlərində ümumi
şəkildə də olsa bir sıra məlumat vardır. Bunlardan mərhum A. Əbdürrəhmanovun
«XVIII əsrin birinci yarısında Azərbaycan rus-İran-türk münasibətlərində» adlı
monoqrafiyasını
16
, M. Arunovanın K. Əşrəfyanla birlikdə yazdıqları «Nadir şah
Əfşarın dövləti» əsərini, M. M. Altmanın Azərbaycan SSR EA Tarix İnstitutunun
elmi arxivində olan «1606-cı ildən 1804-cü ilə qədər "Gəncə şəhəri» əsərini, M.
Vəliyevin «Azərbaycan» və V. N. Leviatovun «XVIII əsr Azərbaycan tarixindən
oçerkləri» adlı əsərlərini, habelə E. S. Zevakinin məqalələrini göstərmək olar.
Müəllif əsərin yazılışında bir sıra qiymətli elmi məsləhətlər verdiklərinə
görə Azərbaycan SSR EA akademiki Ə. Ə. Əlizadəyə, prof. İ. P. Petruşevskiyə və
prof. H. B. Abdullayevə öz minnətdarlığını bildirir.
15
Е. С. 3евакин. Русская торговля в Азербайджане в XVII в,. ТИЕА, инв. 521.
16
А. Абдуррахманов. Азeрбайджан в русско-иранско-турецких отношениях в первой половине
XVIII в., Баку, 1904.
9
I FƏSĠL
XVIII ƏSRĠN BĠRĠNSĠ YARISINDA AZƏRBAYCANDA
VƏZĠYYƏT
XVI əsrin əvvəllərində Səfəvi dövlətinin tərkibinə daxil edilmiş Azərbaycan
XVIII əsrin əvvəllərində hələ də İran şahlarının təyin etdikləri feodal-bəylərbəyilər
tərəfindən idarə olunurdu.
Azərbaycanın ərazisi inzibati cəhətdən əsasən üç böyük bəylərbəyiliyə
bölünmüşdü: Şirvan bəylərbəyiliyi, mərkəzi - Şamaxı şəhəri; Qarabağ
bəylərbəyiliyi, mərkəzi — Gəncə şəhəri; Təbriz bəylərbəyiliyi, mərkəzi — Təbriz
şəhəri
17
, Naxçıvan şəhəri və əyaləti XVIII əsrin əvvəllərində Çuxursəd
bəylərbəyiliyinin tərkibində idi.
XVII əsrin axırlarından başlayaraq Səfəvi dövlətində baş verən iqtisadi
tənəzzül
18
ölkəni siyasi cəhətdən də sarsıtmışdı. Məhz buna görə də təsadüfi
deyildir ki, vaxtı ilə İrana qılınc gücü ilə birləşdirilmiş əyalətlərdə, xüsusilə
Azərbaycan bəylərbəyiliklərində feodallar bəzi hallarda mərkəzi hökumətlə
hesablaşmadan bəylərbəyiliyi sərbəst idarə edir, paytaxtdan gələn əmr və
fərmanlara laqeyd yanaşır və hətta toplanılan vergiləri mənimsəyərək xəzinəyə
təhvil verməkdən imtina edirdilər.
Lakin bəylərbəyilərin müstəqilliyi heç də zəhmətkeş kütlələrin feodal
istismarından azad olmaları demək deyildi. Şəhərlilər və kəndlilər əvvəllərdə
olduğu kimi, yenə də amansızcasına istismar olunurdular
19
.
Səfəvi dövlətinin tənəzzül etmə səbəblərini bir sıra tarixçilər tədqiq etmiş və
əsasən düzgün qənaətə gəlmişlər
20
. Lakin həmin tədqiqatçıların əsərlərindəki
faktlar əsasən İrana və qismən də Ermənistana aiddir. Halbuki Səfəvi dövləti
Azərbaycanın şəhər və kəndlərindən başqa vilayətlərə nisbətən daha çox gəlir əldə
edirdi və buna görə də ehtimal etmək olar ki, burada istismar, şübhəsiz, daha
17
Tadhkirat al-mulun. A. manyel of Safavid adminisration (circa 1137/1725). Persian text in facsimile.
Translated and explained by v. Minorsky, London. 1943. p. 164-167; L. Lockart. The fale of the Safavid
dynasty and the afghan occupation of Persia, London, 1958, p. 4-5.
18
И. П. Петрушевский. Упадок феодального общества в Иране в XVIII в. См.: Н. В. Пигулевская,
А. Ю). Якубовский, И. П. Петрушевский, Л. М. Строева. История Ирана с древнейших времен до
конца XVIII в., Л., 1958, səһ. 300; М. Apyнова и К.Ашрафян. Государство Надир-шаха Афшара,
М., 1959, səһ. 35-65; L. Lokhart. Göstərilən əsəri, səһ. 40 və b.
19
Е. С. Зевакин. Азербайджан в нач. XVIII в., Журнал посланника Волынского 1715 -1718 гг.,
Баку, 1929, səh. 6 (sonralar А. P. Volinskinin jurnalı).
20
В. В. Бартольд. Место прикаспийских областей в истории мусульманского мира, Баку, 1925,
səh. 112; И. П. Петрушевский. Азербайджан в XVI-XVIII вв., Сборник статей по истории
Азербайджана, Баку, 1949, səh. 295-298; И. П. Петрушевский. «Очерки по истории феодальных
отношений в Азербайджане и Армении в XVI начале XIX вв., səh. 82-84; П. М. Иванов. Очерки
истории Ирана, М., 1952; L. Lokhart. Göstərilən əsəri. Səh. 17.
10
şiddətli idi. Digər tərəfdən qeyd etmək lazımdır ki, XVIII əsrin birinci rübündə
Azərbaycanın müxtəlif yerlərində baş vermiş xalq azadlıq hərəkatı və üsyanlar İran
dövlətini sarsıdan başlıca səbəblərdən biri olmuşdur. Buna görə də Azərbaycanla
əlaqədar olan bir sıra məsələlərin üzərində dayanmaq lazımdır.
Hələ XVII əsrin axırlarında Səfəvi dövlətində başlanmış iqtisadi tənəzzül
XVIII əsrin əvvəllərində daha da kəskinləşmişdi. Bu prosesin qarşısını almaq üçün
ölkənin iqtisadiyyatında dönüş yarada bilməyən və heç bir ciddi tədbir həyata
keçirməyi bacarmayan Şah Soltan Hüseyn (1694-1722) dövlətin müqəddəratını baş
vəziri Etimad-üd-Dövlə Fətəli xana həvalə edərək, gününü məscid və yaxud
hərəmxanada keçirirdi.
1715-ci ildə I Pyotr tərəfindən Səfəvi dövlətinə göndərilən səfir A. P.
Volınski yazırdı ki, «hazırki İran dövlətinin başçısı kimi axmağı heç harda
tapmazsan, özü əlini ağdan qaraya vurmur, bütün dövlət işlərini Etimad-üd-Dövlə
kimi səfehə etibar etmişdir»
21
.
A. P. Volınski daha sonra dövlətin vəziyyəti və gəliri haqqında bəhs
edərkən yazır ki, İranın əvvəllər çoxlarından eşitdiyim şöhrəti haqqında hazırda
nəyə əsasən söz getdiyinə təəccüb edirəm. Ölkənin əvvəl 15 milyon və daha çox
gəliri olduğu halda, hazırda cəmi 6 milyondur. Bütün bunların səbəbini A. P.
Volınski «...dövlətin xeyirindən çox öz mənafeyini güdən və nalayiq hərəkətləri ilə
xalqın qəzəbinə səbəb olan hakimlərin...»
22
davranışında görürdü.
A. P. Volınski Səfəvi dövlətinin tənəzzül etmə səbəblərini daha sonra şərh
edərək yazır: «Şah və divan məmurlarının ağıllarına nə gəlirsə, düşünmədən onu da
edirlər. Beləliklə, onlar öz dövlətlərini elə dağıtmışlar ki, heç Makedoniyalı
İskəndər sağ olsaydı belə müharibə ilə buranı bu cür xaraba qoya bilməzdi»
23
. A.
P. Volınski bu işdə ən çox şahı təqsirləndirərək yazırdı: «Əgər şah dəyişməsə,
mənə elə gəlir ki, bu dövlət tamamilə dağılıb gedəcəkdir»
24
.
Şübhəsiz, dövlətin belə bir acınacaqlı vəziyyətə düşməsində şahın rolu
böyük idi
25
. Lakin bu əsil səbəb ola bilməzdi. Vaxtı ilə Şərqin ən qabaqcıl
dövlətlərindən biri olan Səfəvi dövlətinin belə bir tənəzzülə uğramasının səbəbini
ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti ilə izah etmək, ictimai və iqtisadi faktları
görməmək - məsələyə birtərəfli yanaşmaq deməkdir. Səfəvi dövlətinin
tənəzzülünün əsil səbəbini ümumi təsərrüfat geriliyində, kəndlilərin və şəhərlilərin
amansızcasına istismarında və onların var-yoxdan çıxmasında, hakim sinfin
21
Sitat S. M. Solovyovun əsərindən götürülmüşdür. Bax: С. М. Соловьев. История России, т. XVIII,
səh. 665.
22
A. P. Volınskinin jurnalı, səh. 6.
23
S. M. Solovyov. Göstərilən əsəri, səh. 665.
24
Yenə orada.
25
Извлечение из путешествия г-на Оливье (окончание), «Вестник Европы», т. XXXV, М., 1807,
səһ. 11-26.
11
daxilində gedən çəkimşələrdə, iri feodalların öz müstəqillikləri uğrunda apardıqları
mübarizədə, kənd və şəhərlərdən toplanılan vergilərin çox kiçik bir qisminin
dövlətə verilməsində və ya saray əyanları tərəfindən mənimsənilməsində və bu
kimi məsələlərin izahında axtarıb tapmaq lazımdır. Şah Soltan Hüseynin
fəaliyyətsizliyi isə bütün dövlət aparatının çürümə prosesini yalnız sürətləndirə
bilərdi.
Saray əyanlarının xəzinəni talan etmələri, dövlət gəlirini mənimsəmələri və
bu kimi özbaşınalıqlar, ən nəhayət, ərzaq mallarının gündən-günə bahalaşması,
kəndlilərin, şəhər əhalisinin, xüsusilə tacir və sənətkarların vəziyyətinin daha da
pisləşməsi ilə nəticələnirdi.
1703-cü ildə Şamaxıda olmuş holland rəssamı, səyyah Korneli de Bruin
şəhərdəki bahalıqdan bəhs edərək belə yazır: «Şamaxıda hər şey həddindən artıq
bahalaşmışdır. Çörək yüz ildən artıq bir müddətdə 2 soldoya
26
satıldığı halda, indi
10 soldoya satılır. Başqa mallar da bir o qədər bahalaşmışdır»
27
.
Daxildən çürümüş İran dövlətini iqtisadi böhrandan çıxarmaq və boşalmış
dövlət xəzinəsini doldurmaq üçün bir çıxış yolu tapmayan şah hökuməti onsuz da
ağır olan vergiləri daha da artırmağı və bu məqsədlə də əhalini yenidən siyahıya
almağı qərara aldı. Tezliklə bütün şəhər, mahal və əyalətlərə yüzlərlə dövlət
məmuru və nümayəndəsi ezam olundu. Yeni qərara görə 15 yaşından yuxarı bütün
şəxslər vergi siyahısına daxil edildi
28
.
Azərbaycanda əhalinin siyahıya alınmasının şahidi olan qarabağlı Yesay
Həsən Cəlalyan bu barədə çox maraqlı məlumat verir. O yazır ki, Azərbaycan və
eləcə də Ermənistanda əhalinin təkcə özü deyil, hətta əmlakı da siyahıya alınırdı
29
.
Yeni vergi siyasəti xalqın əlindən axırıncı tikəni almaq demək idi. Odur ki,
Azərbaycanda əhali buna cavab olaraq ya malını şah məmurlarından gizlədir və
yaxud da baş götürüb ailəsi və var-yoxu ilə birlikdə öz yurdundan qaçmalı olurdu.
Görünür, tərtib olunub mərkəzə göndərilən siyahılar dövləti təmin etməmişdi,
çünki tezliklə İsfahandan şahın adından yeni fərman verildi. Bu fərmana əsasən
«hər kəs gizlənəni tapsa və şaha bildirsə, gizlənənin başı şaha, əmlakı isə onu tapan
adama veriləcəkdir»
30
.
Şəhər əhalisi, xüsusilə sənətkar və tacirlər külli miqdarda toplanılan
vergilərdən əlavə, şahın sərbazları tərəfindən də amansızcasına qarət olunurdular.
Səyyah Korneli de Bruin yazır ki, Şamaxıdakı qoşun hissələrinə uzun müddət
26
Soldo (italyanca Soldo) italyan mis puludur, 1/20 lirədir.
27
Корнели де Вруин. Извлечеиие из путeшествия Корнелия де Бруина (fransız dilindən tərcüməsi
Abezquzundur), Azərbaycan SSR EA Tarix İnstitutunun elmi arxivi, inv. 480, səh. 16 (sonralar həmin
arxiv TİEA kimi göstəriləcəkdir).
28
Есай Хасан Джалалян. Краткая история страны Агвайской (qədim erməni dilindən tərcüməsi
Ter-Qriqoryanındır), TİEA, inv. 2009, səh. 29.
29
Y. H. Cəlalyan. Göstərilən əsəri, səh. 29; V. N. Leviatov. Göstərilən əsəri, səh. 64; И. П.
Петрушевский. Упадок феодального обшества в Иране в XVIII
B
.,
səһ. 307.
30
Y. H. Cəlalyan. Göstərilən əsəri, səh, 29.
12
məvacib verilmədiyinə görə onlar yalnız əhalini qarət etmək hesabına
dolanırdılar
31
.
Dövlət isə öz növbəsində xalqı istismar etməkdə davam edirdi. Vergilərin
biri yığılıb qurtarmamış, digəri ilə əvəz olunurdu
32
.
Toplanılan vergilərin əksəriyyətini saray əyanları və dövlət məmurları
mənimsədikləri üçün xəzinəyə verilən gəlir dövləti qane edə bilmirdi. Odur ki,
hökumət yeni gəlir mənbələri axtarmağa başladı. Tezliklə şahın fərmanına əsasən
bütün mahal, kənd və yaşayış yerlərindəki torpaq, su, bağlar, çəmənlər, əkin yerləri
və hətta ağaclar belə, bir sözlə, insanın yaşayışı üçün zəruri olan hər bir şey
siyahıya alındı. Hətta köçəri maldarların da var-yoxları nəzərdən qaçmadı.
Şah hökumətinin həyata keçirdiyi tədbirlər bir tərəfdən zəhmətkeş kütlələri
var-yoxdan çıxarırdısa, digər tərəfdən yerli hakimlərin daha da varlanmaları üçün
geniş imkanlar yaradırdı. Belə ki, yerli feodallar şahın fərmanını bəhanə gətirib
xalqı amansızcasına istismar edərək öz ciblərini doldururdular. Səyyah Korneli de
Bruin Şirvan hakimlərinin nə kimi yolla varlanmalarını belə təsvir edir: «Şamaxı
quberniyası
33
İranın ən zəngin quberniyalarındandır; oranın qubernatorları çox asan
və yüngül yolla, ətraf vilayətlərdən külli miqdarda topladıqları vergilərin sayəsində
varlanırlar»
34
. Təqribən 13-14 il sonra Şirvanda olan A. P. Volınski də, demək olar
ki, belə bir səhnənin şahidi olmuşdur. O yazır ki, Şirvanın hakimləri əhalidən ildə
iki və ya üç dəfə artıq vergi toplamaq yolu ilə öz ciblərini doldururdular. A. P.
Volınski təkcə Şamaxı şəhərindən bəylərbəyi Key-Xosrovun 200.000 tümən pul
yığması haqqında məlumat verir
35
. Mənbələrdən alınan məlumata görə, Abşeron
əhalisindən yalnız neftə görə şah hökuməti tərəfindən 150.000 ekü
36
gömrük
alınırmış.
Maraqlı burasıdır ki, şahın özü, vəziri və bu kimi vəzifə sahibləri ciblərini
dövlət xəzinəsindən üstün tutaraq, ilk növbədə öz şəxsi mənafelərini güdürdülər.
Misal üçün, rus səfiri F. Benevenin Tehrandan Peterburqa göndərdiyi məktubu
göstərmək kifayətdir. F. Beneveninin yazdığına görə, baş vəzir Etimad-üd-Dövlə
Fətəli xanın səkkiz yüz min çervonu, külli miqdarda qaş-daşı, iyirmi min dəvəsi,
saysız-hesabsız ilxısı və mal-qarası vardı və ölkənin elə yeri yox idi ki, onun orada
dəllalları və at ilxısı olmasın. O, başına gələn bədbəxtçilikdən
37
iyirmi gün əvvəl
Hindistana böyük ticarət karvanı yola salmış və əlavə satmaq üçün 200 at
31
Korneli de Bruin. Göstərilən əsəri, səh. 50.
32
Y. H. Cəlalyan. Göstərilən əsəri, səh. 30.
33
Çox güman ki, müəllif burada Şirvan bəylərbəyiliyini nəzərdə tutmuşdur.
34
Korneli de Bruin. Göstərilən əsəri, səh. 22.
35
A. P. Volınskinin jurnalı, səh. 12.
36
Ekü qədim fransız qızıl və gümüş puludur. Донесения французского консула в Петербурге Лави и
полномоченного министра при русском дворе Кампредона с 1722 по 1724 г. от г. де Кампредона
к королю, Петербург, 20 сентябра 1723, СИРИО. т. 49, səһ. 380.
37
Onun şah Soltan Hüseyn tərəfindən gözləri çıxartdırılmışdır. Bax: Н. Попов. В. Н. Татишев и егo
время, СПб, 1896, səһ 300.
13
göndərmişdi
38
. Xalqın var-yoxdan çıxdığı bir zamanda və dövlət xəzinəsinin,
demək olar ki, tamamilə boşaldığı bir dövrdə baş vəzirin bu qədər mal-dövlətə nə
yolla malik olduğunu izah etməyə, göründüyü kimi, ehtiyac qalmır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir tərəfdən yeni vergi siyasətinin
həyata keçirilməsi başlamış olan iqtisadi tənəzzüldən doğurdusa, digər tərəfdən bu
siyasətin özü şəhər və kəndlərin daha artıq xarabalaşmasına, əhalinin daha çox
yoxsullaşmasına, bir sözlə, tənəzzül prosesinin daha da sürətlənməsinə səbəb
olmuşdu. Xəzinənin pula ehtiyacı artdıqca, feodallar da bir o qədər azğınlaşır, xalqı
daha amansızcasına istismar edirdilər. Müflisləşmiş məmurlar xalqın qanını sorur,
çəkinmədən və heç bir məsuliyyət hiss etmədən əhalini soyurdular. «Ədalət isə
açıqdan-açığa imperiyanın paytaxtında satılırdı»
39
.
Dövlət gəlirinin azalması ilə əlaqədar olaraq şah hökuməti təkcə zəhmətkeş
kütlələrə deyil, həmçinin hakim sinfin bəzi təbəqələrinə, xüsusilə sünni təriqətinə
mənsub olan ruhanilərlə xristian ruhanilərinə ağır iqtisadi təzyiq göstərirdi
40
.
XVIII əsrin əvvəllərində tətbiq olunan yeni vergi sistemi hələ I şah Abbasın
vaxtında kilsə və monastırlara verilmiş bəzi güzəştləri tamamilə ləğv etdi
41
. Artıq
sünni və xristian ruhaniləri də digər təbəələr kimi vergi verməli və mükəlləfiyyət
daşımalı idilər. Hətta ziyarətə gedənlər də baş və rahdari gömrüyü verməli idilər.
Halbuki həmin gömrüklər əvvəllər yalnız ticarət məqsədi ilə bir şəhər və
vilayətdən digərinə getdikdə alınırdı. Məhz buna görə də xristianlar arasında böyük
narazılığa səbəb oldu. Bir çox ziyarətçilər baş və rahdari vergisinin ağırlığından
ziyarətə getməkdən imtina edirdilər. Bu isə kilsə və monastırlara maddi cəhətdən
böyük zərbə endirirdi. Buna görə də keşişlər şikayətlə şaha müraciət etməli
oldular
42
. Bu barədə «Matenadarandan» əldə etdiyimiz (ərizedaşt) çox
xarakterikdir. Həmin ərizə İrəvanın üç kilsə (üç müəzzin - Eçmiadizin)
keşişlərindən olan Qəzər tərəfindən şaha yazılmış bir şikayətdir. Ərizədə xahiş
olunur ki, şahın bacdar və rahdarları ziyarətçilərdən əvvəllərdə olduğu kimi, indi
də gömrük almasınlar
43
.
Lakin qeyd etmək lazımdır ki, şah hökumətinin həyata keçirdiyi bütün bu
tədbirlər, yəni maksimum istismar yolu ilə boşalmış dövlət xəzinəsini doldurmaq
38
Реляция Ф. Беневени из Тегерана 25-го мая 1721; Bax: N. Popov. Göstərilən əsəri, səh. 362.
39
J. Hanway. An historisal Account of the British Trade over the Caspian Sea... London, 1762, vol. 2.
p. 104.
40
J. H. Cəlalyan. Göstərilən əsəri, səh. 29.
41
Yenə orada.
42
Ф. М. Алиев. Города и городская торговля в Азербайджане во второй половине XVIII в.,
Azərbaycan SSR EA Tarix İnstitutunun əsərləri, XIII cild, səh. 156; F. M. Əliyev. Şimali Azərbaycan
şəhərləri, Bakı, 1960, səh. 110.
43
Matenadaran, sənəd 482.
14
cəhdləri gözlənilən nəticəni vermədi. Əksinə, gündən-günə artan istismar dövləti
daha da zəiflətdi və sinfi mübarizənin daha da kəskinləşməsinə səbəb oldu.
XVIII əsrin əvvəllərində Azərbaycanda İran zülmünə və yerli feodallara
qarşı qalxan mübarizələr ilk mərhələdə qeyri-fəal xarakter daşıyırdı. Feodalizm
dövründə qeyri-fəal mübarizə aparmaq - xalqın öz ev-eşiyini atıb qürbət ölkələrə
qaçması demək idi.
XVIII əsrin əvvəllərində belə hallara tez-tez təsadüf edilirdi. Bir çox
yerlərdə bu vəziyyət kütləvi şəkil aldığına görə, bəzi kəndlərdə işçi qüvvəsinin
çatışmamazlığı üzündən əkin sahələri uzun zaman becərilməmiş qalmış, vergi
verəcək kəndlilərin sayı miqdarca xeyli azalmışdı
44
. Belə bir vəziyyətin yaranması
dövlətin iqtisadi uçuruma yuvarlanması demək idi. Şah hökuməti bunun qarşısını
almaq üçün yeni tədbirlər gördü. Şah Soltan Hüseynin 1711-ci ildəki fərmanına
əsasən qaçqın kəndlilər 12 ilin ərzində axtarılıb tapılmalı və zorla öz yerlərinə
qaytarılmalı idilər. Həmin müddət ərzində tapılması mümkün olmayan rəiyyət
üçün daha axtarış elan edilmirdi
45
.
İran zülmünə qarşı aparılan qeyri-fəal mübarizə tədricən açıq silahlı
mübarizəyə çevrildi. Bu mübarizənin alovları birinci növbədə Səfəvi dövlətinə
zorla tabe edilmiş xalqları bürüdü.
1715-ci ildə A. P. Volınski Azərbaycanın ərazisindən keçib İrana gedərkən
burada İran dövlətinin əleyhinə qalxan üsyanların şahidi olmuşdur. Məhz buna
görə də o, öz təəssüratında yazırdı: «Səfəvi dövlətində çox az yer tapmaq olar ki,
orada hökumətə qarşı üsyan baş verməmiş olsun»
46
.
Lakin bu əsərdə həmin dövrdə Azərbaycanda baş verən xalq azadlıq
hərəkatının mahiyyətindən, xarakterindən, gedişindən və onu doğuran səbəblərdən
ətraflı surətdə danışılmayacaqdır. Çünki bu məsələlərin işıqlandırılmasının özü
xüsusi bir tədqiqat işidir. Lakin Azərbaycanda baş verən xalq azadlıq hərəkatı və
üsyanların ölkənin daxili vəziyyətinə, ticarətin gedişinə böyük təsir göstərdiyi
üçün, ötəri də olsa, bunun üzərində dayanmaq lazım gəlir.
Səfəvi dövlətində baş verən xalq azadlıq mübarizəsi və üsyanlar ikiqat
istismarın dini təqiblərlə şiddətləndiyi yerlərdə özünü daha artıq göstərirdi. Səfəvi
dövlətinə qarşı ilk açıq mübarizə əhalisi fars olmayan sərhəd vilayətlərində daha
sürətlə genişlənməyə başlamışdı. 1709-cu ildə İranın cənubunda əfqan
qəbilələrindən olan qilzailər Qəndahar şəhərini zəbt edib, hakimiyyəti öz əllərinə
aldılar
47
.
44
И. П. Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səһ. 307.
45
С. Ереванци. Джамбр, М., 1958, səh. 34; M. Arunova, K. Əşrəfyan. Göstərilən əsəri, səh. 47.
46
S. M. Solovyov. Göstərilən əsəri, səh. 665; АВПР, ф. Сношения России с Персией. siyahı 77/1, iş
(1722), vərəq 103; Грамоты императрицы Екатерины I к пурсидскому шаху Тахмасибу о причине
занятия Российскими воисками некоторых провинций персидских, там же, iş 17 (1725), vərəq 1.
47
И. П. Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в.; М. С. Иванов.
Göstərilən əsəri, səһ. 21; L. Lokhart. Göstərilən əsəri, səh. 80 və b.
15
1709-cu ildə İran zülmünə qarşı Təbrizdə də xalq hərəkatının başlanması
haqqında tarixi ədəbiyyatda məlumat vardır
48
. 1709-cu il sentyabr ayının 20-də
Şamaxı şəhərində olmuş İzrail Ori knyaz P. M. Qaqarinə yazdığı məktubda
feodalların «kəndləri qarət edib yandırdıqları» haqqında xəbər verir
49
.
İran zülmü və yerli feodalların istismarına qarşı qalxan xalq hərəkatı XVIII
əsrin 10-cu illərində daha da genişləndi. Bu mübarizənin hərəkətverici qüvvəsini
əsasən kəndlilər təşkil edirdilər. C. Hanveyin yazdığına görə, 1719-cu ildə
Şirvanda kəndlilər Molla Abdulla və Qanlı Savanın (Kanly Savan) başçılığı altında
vergi toplayanları və digər şah məmurlarını qovaraq, öz ətraflarına 30.000 qədər
adam toplamağa müvəffəq olmuşdular
50
.
Lakin kortəbii və bir-biri ilə əlaqə yaratmadan silaha əl atan üsyançılar
tezliklə yerli feodalların fırıldaqlarının qurbanı oldular. Bir çox feodallar, xüsusilə
əhalisi sünni olan əyalətlərdə onlara endiriləcək zərbəni vaxtında duyub,
riyakarlıqla bir sıra güzəştə gedərək, xalqın acınacaqlı vəziyyətdə yaşaması
günahını başında «şiə» şahlar duran İranın üzərinə atdılar. Onlar ustalıqla üsyana
dini rəng verərək üsyançıları feodal zülmünə qarşı aparılan mübarizənin əsil
məqsədlərindən yayındırmağa, şiə İranın əleyhinə mübarizə aparmağa çağırdılar.
Belə feodalların ən görkəmli nümayəndəsi kimi müşkürlü Hacı Davud və
qazıqumuxlu Surxay xanı göstərmək olar.
İran dövlətinin Azərbaycandakı inzibati mərkəzləri əsasən şəhərlərdə
yerləşirdi. Məhz buna görə də adları çəkilən feodallar üsyançıları ilk növbədə
şəhərlərə basqın etməyə çağırdılar. Əslində üsyan başçılarının niyyətləri dövlətlə
təkcə siyasi haqq-hesab çəkmək deyildi. Məlum olduğu kimi, Azərbaycanın bir çox
şəhərləri ticarət mərkəzi olduğu üçün zəngin bazara malik idi. Buna görə də orada
çoxlu qənimət ələ keçirmək olardı. Hacı Davud və Surxay xanın əsas məqsədi də
məhz elə bu idi.
Azərbaycanda İran hakimiyyətinə vurulan zərbənin ağırlığını hiss edən Şah
Soltan Hüseyn özünün qüdrəti çatmadığı üçün yerlərdəki nümayəndələrinə
müraciət edib, təhlükənin qarşısını almağa çalışırdı. Lakin şahın ümüdi boşa çıxdı.
İran dövlətinin dayağı sayılan bir çox feodallar nəinki ətraflarına qoşun toplaya
bilmədilər, əksinə, olan-qalan qoşun hissələri ilə məğlubiyyətə uğradılar. Bu
barədə Yesay Həsən Cəlalyan belə yazır: «Şah nə qədər Şamaxı, Gəncə və (bu
şəhərlərin) ərazilərindəki qoşun hissələrinə əmr etdi ki, onların (üsyançıların)
əleyhinə çıxsınlar, lakin bu şəhərlərdə olan xanlar (üsyançıların) qarşısını ala
bilmədilər və özləri məğlubiyyətə uğradılar...
51
.
48
И. П. Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səh. 311.
49
Письмо Ория из Шемахи князю Петру Матвеевичу Гагарину о бывшем в Шемахе возмушении
и о приготовлении его Ория возвратиться весною через Астрахань от 2 сентября 1709 г., Bах: Г.
А. Эзов. Сношения Петра Великого с армянским народом, СПб, 1898, səh. 140.
50
C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 140.
51
Y. H. Cəlalyan. Göstərilən əsəri, səh. 35.
16
Qeyd etmək lazımdır ki, üsyan təkcə İran dövlətinə qarşı deyil, eyni
zamanda bütün şiələrə qarşı mübarizə bayrağı altında aparıldığından üsyançılara
qoşulmuş feodal cığırdaşlar və öz şəxsi mənfəətlərini güdənlər qarşıya çıxan şiə
kəndlərini dağıdır, əhalinin varidatını talan edir, özlərini isə qılıncdan keçirirdilər.
Onlar əhalini və yaşayış yerlərini talan edə-edə zəngin ticarət mərkəzlərindən biri
sayılan Şabran şəhərinə yaxşılaşdılar. Şəhər hazırlıqsız olduğu üçün müqavimət
göstərə bilmədi
52
. Şabrana daxil olan üsyançılar şəhəri qarət etdikdən sonra onu
büsbütün dağıtdılar. A. Bakıxanov yazır ki, bu hadisədən sonra Şabran bir şəhər
kimi daha özünə gələ bilmədi. Şəhərin adı ilə sonralar yalnız ətraf mahal
adlandırılmağa başlandı
53
.
Üsyançılar Şabrandan sonra Xudad qalasını ələ keçirtdilər
54
.
Bir qədərdən sonra üsyan başçıları dəstələrini Şamaxı şəhərinə tərəf
çəkdilər. Çox güman ki, üsyançılar hərəkət etdikcə onların sıraları kəndlilərin
hesabına günbəgün çoxalırmış. Onlar Şamaxıya tərəf gedərkən dəstələrin
tərkibində artıq 30 mindən artıq üsyançı var idi
55
.
Üsyançıların dəstələri Şamaxıya yaxınlaşarkən burada ciddi müqavimətə
rast gəldilər. Lakin qışın yaxınlaşması ilə əlaqədar olaraq şəhərin mühasirəsini
müvəqqəti olaraq təxirə salaraq Hacı Davud və Surxay xan öz dəstələrini geri
çəkdilər.
Qış qurtardıqdan sonra Surxay xan və Hacı Davud yenidən Şamaxı üzərinə
hücum etdilər.
Üsyançılar Şamaxıda yenə də ciddi müqavimətə rast gəldilər. On beş
günlük mühasirədən sonra şəhər əhalisinin bir hissəsinin köməyi sayəsində Şamaxı
şəhəri 1712-ci ildə üsyançıların əlinə keçdi
56
. Üsyançılar şəhərə daxil olan kimi
qarətə başladılar. Şəhərdə olan istər azərbaycanlı, xristian və istərsə də xarici ölkə
tacirlərinin hamısının mal-dövləti qarət olundu. Məxəzlərin verdiyi məlumata görə,
Şamaxıda o zaman təkcə ruslardan 300 nəfər tacirin 400.000 tümənlik malı qarət
olunmuş, özləri isə öldürülmüşdü
57
. P. Butkov bu məbləği rus puluna çevirib, rus
52
P. Butkov yanlış olaraq Şabranın Hacı Davud və Surxay xan tərəfindən dağılmasını 1720-ci ilə aid
edir. Bax: Материалы для новой истории Кавказа с 1722 по 1804 и., СПб, 1869, səһ. 8. Lakin
məlum olduğu kimi, Hacı Davud 1719-cu ildə həbs edilmişdi.
53
A. Bakıxanov. Gülüstani-İram, Bakı, 1926, səh. 102.
54
A. Bakıxanov. Yenə də orada; L. Brossenin P. Butkovun göstərilən əsərinin 9-cu səhifəsindəki qeydi.
55
A. Bakıxanov. Göstərilən əsəri, səh. 102; Q. Alkadari. Asari Daqestan, Maxaçkala, 1929, səh. 55.
56
A. Bakıxanov. Göstərilən əsəri, səh. 103; H. Əlqədari. Göstərilən əsəri, səh. 55; П. Бутков.
Материалы по новой истории Кавказа с 1722 по 1804 г„ СПб, 1869, səһ. 3.
57
A. Bakıxanov. Göstərilən əsəri, səh. 103; H. Əlqədari. Göstərilən əsəri, səh. 55; Е. Козубский.
Истории города Дербента. Темир хан Шура, 1906, səh 71; Зейдлиц. Исторический обзор
Бакинской губернии. Библиотека ин-та истории АН азерб. ССР, А/7286. səһ. 22.
17
tacirlərinin 4 milyon manatlıq mal itirdiklərini xəbər verir
58
. Həmin hadisə dövrün
rus sənədlərində «Şamaxı hadisəsi» kimi qələmə verilir.
Tezliklə üsyançılar Şamaxını tərk etməli oldular. V. N. Leviatov bunun
səbəbini həm yerli əhalinin narazılığı və həm də Hacı Davud və Surxay xanın
Səfəvi
59
ordusunun Şamaxıya yaxınlaşacağından ehtiyat etmələri ilə izah edir.
Bizsə, 1712-ci ildə nə Hacı Davud, nə də Surxay xan hələ öz qarşılarında
Şamaxıda möhkəmlənmək məqsədini qoymamışdılar. Yuxarıda qeyd edildiyi kimi,
onları birinci növbədə qarət maraqlandırırdı. Odur ki, lazımınca qənimət əldə
etdikdən sonra üsyançılar şəhəri tərk etdilər.
Şamaxıdan sonra Hacı Davud və Surxay xanın dəstələri Bakıya tərəf
hərəkət etdilər. Lakin onlar şəhərə yaxınlaşarkən Dərgah Qulu bəyin başçılığı
altında darmadağın edilib geri dönməyə məcbur oldular.
XVIII əsrin onuncu illərində Səfəvi dövlətində başlamış xalq azadlıq
hərəkatı ölkənin siyasi zəifləmə və iqtisadi tənəzzül prosesini daha da
sürətləndirirdi. 1712-ci il hadisəsindən sonra Şamaxı ticarəti bir müddət tamamilə
öz əhəmiyyətini itirdi. Dövlətə böyük gəlir verən xarici ölkələrin, xüsusilə Rusiya
tacirləri Səfəvi dövlətinin ərazisinə gəlməkdən ehtiyat edirdilər. Şah Soltan Hüseyn
ölkənin hər tərəfini bürüyən üsyanların qarşısını almaq, həm Rusiya dövləti ilə
ticarət əlaqələrini bərpa etmək və həm də rusların köməyi ilə İran taxtında öz
mövqeyini möhkəmləndirmək məqsədi ilə 1713-cü ildə Peterburqa öz səfirini
göndərərək Rusiya dövləti ilə dostluq və ticarət müqaviləsi bağlamağı təklif etdi
60
.
Zaqafqaziyanı çoxdan ələ keçirmək və eləcə də Xəzər dənizini Rusiyanın
«daxili gölünə» çevirmək niyyətində olan I Pyotr o zaman İsveçlə müharibə
apardığı üçün eyni zamanda cənuba qoşun çəkə bilməzdi. Lakin buna baxmayaraq,
o, Şah Soltan Hüseynin təklifinə cavab olaraq 1715-ci ildə İran dövləti ilə
danışıqlar aparmaq üçün podpolkovnik A. P. Volınskini İrana göndərdi
61
. A. P.
Volınskini cənuba 13 nəfər dvoryan, 1 nəfər katib, 2 nəfər mütərcim, 2 nəfər
dəftərxanaçı, 1 nəfər həkim, 32 nəfər səfarətxana işçisi və 20 nəfər qulluqçu - cəmi
71 nəfər müşayiət edirdi
62
.
A. P. Volınski Peterburqdan 1715-ci il iyul ayının 8-də çıxmış, Həştərxan -
Nizabad - Şamaxı - Təbriz - Sultaniyyə, Qum şəhərlərini keçib 1716-cı ilin mart
ayının ortalarında İsfahan şəhərinə çatmışdı. A. P. Volınski burada baş vəzir Fətəli
xanla hər iki dövlət arasında dostluq və ticarət əlaqələrinin yaradılması haqqında
58
P. Butkov. Göstərilən əsəri, səh 3.
59
V. N. Leviatov. Göstərilən əsəri, səh. 70.
60
P. Butkov. Göstərilən əsəri, səh. 4.
61
A. P. Volınskinin jurnalı, səh. 6-23; S. M. Solovyov. Göstərilən əsəri, səh. 665; P. Butkov. Göstərilən
əsəri, səh. 4; L. Lokhart. Göstərilən əsəri, səh. 103.
62
В. Н. Лебедев. Посольства А. П. Волынского в Персию, «Изв. AH CCCP, серии истории и
философии», V, № 6, 1948, səһ. 532.
18
danışıqlar aparmış və bu barədə Rusiya hökuməti adından İranla müqavilə
bağlamışdır
63
.
A. P. Volınski 1717-ci il dekabr ayının 1-də Rusiyaya yola düşmüş və 1718-
ci il dekabr ayının 12-də Peterburqa qayıtmışdır
64
.
A. P. Volınskinin dəstəsinin üzvləri Azərbaycanın ərazisindən keçərkən çox
yerlərdə, o cümlədən Təbrizdə, Muğanda, Salyanda, Qubada, Şamaxıda İran
zülmünə və yerli feodallara qarşı qalxan üsyanların canlı şahidi olmuşlar
65
.
Gündən-günə genişlənən xalq hərəkatı və üsyanlar təkcə feodal
malikanələrini deyil, eyni zamanda karvan yollarını da təhlükə altına almışdı.
Üsyançılar həmin yollar vasitəsi ilə gedən ticarət karvanlarını qarət edir, tacirləri
isə adətən öldürürdülər. Belə hallarda çox zaman ticarətlə heç bir əlaqəsi olmayan
səyyahlar, siyasi nümayəndələr, bəzən dini ocaqlar və pirlərə ziyarətə gedənlər də
qarətin qurbanı olurdular. Bunu A. P. Volınskinin İran hökümətinə etdiyi
müraciətindən də görmək olar. A. P. Volınski geri dönərkən İran hökümətindən
onu Rusiyanın sərhədlərinə qədər silahlı dəstələrin müşayiət etməsini tələb etmişdi.
A. P. Volınski baron P. P. Şafirova yazdığı məktubunda göstərir ki, o, 1718-ci ildə
Rusiyaya qayıdarkən yollar təhlükəli olduğuna görə, 150 nəfərlik bir dəstə ilə
müşayiət olunmuşdur
66
. Bəzi orta əsr müəllifləri feodalların zülmünə qarşı çıxış
edib, onların var-dövlətini talan edənləri, karvanların qabağını kəsənləri fərqinə
varmadan quldur adlandırırdılar. C. Hanvey böyük karvan yollarında «quldur
dəstələrinin» mövcud olduqları və onların ticarətin gedişinə maneçilik törətdikləri
haqqında məlumat verir
67
. Bu çıxışlarda, şübhəsiz, qarətkarlıq ünsürləri var idi,
lakin mahiyyət etibarilə onlar ictimai xarakter daşıyırdı.
Lakin qeyd etmək lazımdır ki, XVIII əsrin birinci rübündə Şirvanın ticarət
yolları həqiqətən bu və ya digər səbəblər üzündən çox təhlükəli olurdu. Bu barədə
P. Butkov haqlı olaraq yazır ki, Hacı Davud tutulub həbs olunana qədər (1719)
Şirvanın bütün ticarət yolları hərəkət üçün təhlükəli idi
68
.
63
В. А. Уляницкий. Русские консульства за границей в XVIII в., ч. II, М., 1899, приложения 42 и
43; М. Чулков. Историческое описание Российской коммерции, т. II, кн. I I , М., 1785, səһ. 75 və b.
həmin müqavilənin bəndləri əsasan ticarətə aid olduğu üçün bu barədə «ticarət» fəslində danışılacaqdır.
64
A. Butkov. Göstərilən əsəri, səh. 5.
65
А. И. Лопухин. Журнал путешествия через Дагестан 1718 г., ЦГАДА, фонд 77. Сношения
России с Персией. Bax: История географии и этнографии Дагестана XVIII—XIX вв., М, 1958,
səһ. 7-8; А. P. Volınskinin jurnalı, səһ. 13, 17; P. Butkov. Göstərilən əsəri, səһ. 49; Bах: «Заметки к
теме военно-административное управление Азербайджаном в XVII—XVIII вв., Azərb. SR ЕА
TİNA, inv. № 860, səһ. 2.
66
Письма А. П. Волынского из Персии к барону П. П. Шафирову, «Русская старина», т. V, 1872,
səһ. 946.
67
C. Hanvey. Göstərilən əsəri, səh. 104.
68
1719-cu ildə Səfəvilərin nizami ordusu ilə toqquşma zamanı Hacı Davud və Surxay xan məğlubiyyətə
uğramışlar. Surxay xan qaçır, Hacı Davud isə tutulub həbs edilir. Bax: P. Butkov. Göstərilən əsəri, I
cild, səh. 3; Y. Kozubski. Göstərilən əsəri, səh. 71.
19
Səfəvi dövlətinin hər tərəfini bürüyən xalq azadlıq hərəkatı və üsyanlar
xalqa bir şey vermədisə də şah Soltan Hüseynin taxtdan devrilməsinə bais olan
səbəblərdən biri oldu. 1722-ci ildə əfqan qəbilələri İsfahan şəhərini zəbt edərək,
şahı taxtdan saldılar. Lakin Şah Soltan Hüseynin oğlu II Təhmasib ölkənin şimal
rayonlarına qaçaraq özünü şah elan etdi.
Səfəvi dövlətinin belə bir vəziyyətə düşməsindən həm Türkiyə, həm də çar
Rusiyası istifadə edərək Zaqafqaziyada öz fəaliyyətlərini daha da genişləndirməyə
başladılar.
1721-ci ildən Türkiyənin köməyi ilə həbsdən qaçmış Hacı Davudla birlikdə
Surxay xan Azərbaycanın ən zəngin ticarət mərkəzlərindən biri olan Şamaxıya
ikinci dəfə basqın edib şəhərə soxuldular
69
. Şəhər qarət olunduqda burada başqa
tacirlər kimi, rus tacirlərinə yenə də böyük ziyan toxundu
70
. XIX əsr rus tarixçisi S.
M. Solovyov həmin vaxt rus tacirlərinin 500.000 manatlıq mal itirmələri haqqında
məlumat verir
71
. Tezliklə Hacı Davud Türkiyə sultanı tərəfindən Şamaxı və ətraf
əyalətlərdə hakim kimi tanındı. I Pyotrun Xəzər dənizi boyu əyalətlərə, xüsusilə
Azərbaycana hazırladığı yürüş də elə həmin dövrə təsadüf edir. İsveçlə iyirmiillik
müharibəni bitirən I Pyotr tezliklə cənuba - Xəzər boyu əyalətlərə yürüşə başlamaq
üçün ciddi tədbirlər gördü. Hazırlıq əməliyyatı il yarım davam etdi
72
. Qeyd etmək
lazımdır ki, I Pyotr Volqa-Xəzər ticarətində mühüm rol oynayan Xəzər sahili
əyalətləri və xüsusilə ipəkçilik inkişaf edən yerləri ələ keçirmək məqsədini çoxdan
güdürdü
73
. Lakin ilk mərhələdə yürüşün əsil səbəbi bu deyildi. XVIII əsrin
iyirminci illərində I Pyotrun başlıca məqsədi Zaqafqaziyada fəallıq göstərən
Türkiyəyə mane olmaqdan, Zaqafqaziya və Xəzər dənizi sahillərinin türklər
tərəfindən zəbt olunması təhlükəsinin qarşısını almaqdan ibarət idi. Bunun Rusiya
üçün həm hərbi, həm də böyük iqtisadi əhəmiyyəti var idi
74
.
1722-ci ildə I Pyotr tarixi ədəbiyyatda «İran yürüşü» adı ilə məşhur olan
yürüşə başladı. Əslində isə bunu «Azərbaycan yürüşü», yaxud da «Zaqafqaziya
yürüşü» adlandırmaq daha düzgün olardı.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, həm I Pyotr və həm də II
Yekaterina zamanı əsas etibarı ilə Azərbaycanı ələ keçirmək məqsədi ilə başlanmış
yürüşlər yanlış olaraq tarixçilər tərəfindən «İran yürüşü» kimi qələmə verilmişdir.
69
АВПР, Ф. Сношения России с Персией, siyahı 77/1, iş 18 (1722), vərəq 57.
70
Yenə orada, iş 7, vərəq 89.
71
Vaxtı ilə Rusiya tacirləri arasında ən varlı tacirlərdən sayılan M. Yevreinov 170.000 manatlıq mal
itirib müflisləşmişdir. Bax: S. M. Solovyov. Göstərilən əsəri, səh. 672.
72
Е. В. Спиридонова. Экономическая политика и экономические взгляды Петра I, M., 1952, səһ.
213.
73
В. В. Лебедев. Поход Петра Великого в Персию, ЖМВД, 1848, октябрь, səһ. 1-39; Донесение
де Кампредона к королю, Петербург, 20 сентября 1723, СИРИО, т. 49, səh. 231.
74
М. А. Полиевктов. Проект Бругемана и русская оккупация прикаспийских областей в
двадцатых годах XVIII в. Bах: Е. С. Зевакин и М. А. Полиевктов. К истории прикаспийского
вопроса, Tiflis, 1933, səһ. 36.
20
Burjua şərqşünaslarının buraxdığı bu səhv məfhum çox təəssüf ki, bir sıra sovet
alimləri tərəfindən də təkrar edilir
75
.
Rus qoşunları 1722-ci ildə Həştərxandan su və quru yolla cənuba doğru
hərəkət edərək əvvəlcə Dərbənd
76
, Ənzəli və 1723-cü ildə isə Bakı şəhərini
77
tutmaqla, demək olar ki, Xəzər dənizinin qərb sahillərinə tamamilə sahib oldular.
Rusiyanın türkləri qabaqlaması 1723-cü ildə onların böyük bir ordu ilə açıqdan-
açığa Zaqafqaziyaya soxulmaları üçün bir bəhanə oldu. Ciddi xalq müqavimətinə
baxmayaraq
78
, Türkiyə qoşunları bir sıra şəhərləri zəbt etməyə nail oldular.
Bir tərəfdən Rusiya və digər tərəfdən Türkiyə dövlətlərinin mənafelərinin
Azərbaycanda toqquşması hər iki dövlətin arasındakı münasibətlərin daha da
kəskinləşməsinə səbəb oldu. Lakin bu ziddiyyət 1724-cü ildə həmin dövlətlər
arasında bağlanılan müqavilə ilə aradan qaldırıldı. Müqaviləyə əsasən, Türkiyə rus
qoşunları tərəfindən zəbt olunmuş yerlərin Rusiyanın hakimiyyəti altında qalmasını
təsdiq etdi. Türkiyə isə Zaqafqaziyanın böyük bir hissəsini və eləcə də İranın
şimali-qərb rayonlarının ələ keçirilməsi haqqında Rusiyanın razılığını aldı
79
.
Türk qoşunları Azərbaycanda özlərini bir işğalçı kimi aparır və bununla
əlaqədar olaraq xalqın qəzəbi daha da artırdı. Rus qoşunları isə özlərini nisbətən
mülayim aparır, yerli əhalinin rəğbətini qazanırdılar
80
. Bir sıra arxiv sənədləri rus
işğalı dövründə ticarət sahəsində Bakıdan Gilana nisbətən daha çox gəlir əldə
edildiyi haqqında məlumat verir
81
. Buna isə, hər şeydən əvvəl, əhalinin əmin-
amanlıq şəraitində yaşaması və ticarət etməsi kömək edirdi.
Beləliklə, 1724-cü ildə Azərbaycan rəsmi olaraq iki böyük dövlət arasında
bölünmüş oldu. Belə bir vəziyyət, demək olar ki, 1735-ci ilə qədər davam etdi.
Həmin müddət ərzində İranın daxili vəziyyətində müəyyən qədər
dəyişikliklər əmələ gəldi. II Şah Təhmasibin sərkərdəsi Nadirin səyi sayəsində
əvvəlcə əfqanların və sonra da türk qoşunlarının hamısı, demək olar ki, Səfəvi
dövlətinin ərazisindən sıxışdırılıb geri oturtduruldu. Nadirin türklərlə apardığı
75
В. П. Лысцов. Персидский поход Петра I (1722-1723), М„ 1951; М. Арунова, К. Ашрафян.
Государство Надир шаха Афшара, М., 1959", səһ. 55 və b.
76
1722-ci ildə Dərbənd şəhəri rus qoşunlarının əlinə keçdikdən sonra bir sıra obyektiv səbəblər üzündən
I Pyotr Rusiyaya qayıtmalı oldu.
77
1722-ci ildə Bakı qalasında yerləşən İran qarnizonu rusların şəhərə daxil olmasına qəti surətdə etiraz
etdiyi üçün, rus qoşunları Bakını arxada buraxaraq Xəzər dənizinin cənub sahillərinə doğru hərəkət
etmiş və Bakıdan başqa Xəzərin qərb əyalətlərinin hamısını işğal etmişlər. Bakı qalası təqribən bir ildən
sonra alınmışdır.
78
Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 153-154 və b.; L. Lokhart. Göstərilən əsəri, səh.
263-265.
79
P. Sykes. A history of Persia, London 1915, p. 328. L. Lokhart. Göstərilən əsəri, səh. 212; И.
Петрушевский. Упадок феодального обшества в Иране в XVIII в., səh. 317.
80
Ə. N. Quliyev. Azərbaycan - Rusiya münasibətləri tarixindən, Bakı, 1958, səh. 21-40.
81
АВПР, Ф. Сношения России с Персией, siyahı 77/1, iş 8 (1724), vərəq 77.
21
müharibə zamanı Azərbaycanın ərazisi yenə də döyüş meydanına çevrildi. Bu isə
şəhər və kəndlərin dağıdılması və onsuz da acınacaqlı halda yaşayan əhalinin talan
olması demək idi. 1730-cu illərin əvvəllərində Cənubi Azərbaycanda olmuş İran
tarixçilərindən Şeyx Məhəmməd Əli Həzin yazır ki, vaxtı ilə əhali daha sıx
yaşayan Təbriz əyalətindən hazırda bir əsər də qalmamışdır
82
.
1730-cu
illərə
kimi
II
Şah Təhmasibin hüquqlarını büsbütün
məhdudlaşdırıb, Səfəvi dövlətinin idarəsini tamamilə öz əlinə alan Nadir 1732-ci
ildə Rəşt şəhərində Rusiya dövləti ilə müqavilə bağlayaraq, Kür çayından cənuba
doğru yerləşən Xəzər dənizi əyalətlərindən rus qoşunlarının şimala doğru
çəkilmələrinə nail oldu.
Lakin şimali-qərbi Azərbaycanda Türkiyə paşaları və vassalları hələ də
hökmranlıq etməkdə idilər. Odur ki, Nadir öz qoşunlarını Azərbaycanın şimal
rayonlarına çəkməli oldu. 1734-cü ildəki yürüş zamanı Şamaxı şəhəri alt-üst
edilmiş, əhalisi isə Ağsuya köçürülmüşdür
83
.
Nadir Şamaxıdan çoxlu əsir və böyük qənimətlə çıxmışdır. XIX əsr
tarixçilərindən S. Kişmişev yazır ki, Nadir Şamaxıdan götürdüyü əsirləri Orta
Asiya və İranın bazarlarında satmışdır
84
.
Nadir, demək olar ki, Zaqafqaziyanın ərazisini tamamilə türk qoşunlarından
təmizlədikdən sonra ikinci dəfə Rusiya hökumətinə müraciət edərək Kür çayından
şimala doğru yerləşən əyalətlərdən də rus qoşunlarının çəkilməsini tələb etdi. O
zaman Rusiya bir tərəfdən gündən-günə qüvvətlənən Nadirin dövləti ilə
münasibətlərini pozmamaq, digər tərəfdən beynəlxalq vəziyyətin gərginliyinə görə
Nadirin təklifini qəbul etdi. Beləliklə, 1735-ci ildə hər iki dövlət arasında Gəncə
şəhərində bağlanılan müqaviləyə görə rus qoşunları tamamilə Azərbaycanın
ərazisini tərk etməli oldular
85
.
Rus qoşunları Azərbaycanda şimala doğru çəkildikdən sonra, demək olar ki,
Nadir ömrünün axırlarına qədər yerli xalqın müqavimətini qırıb özünə tamamilə
tabe edə bilmədi. Heç də təsadüfi deyildir ki, Nadir təqribən on il ərzində
Azərbaycana dörd dəfə qoşun çəkərək, onun hakimiyyətinə qarşı qalxan xalq
hərəkatını yatırmağa səy etmişdir. 1736-cı ildə özünü rəsmi olaraq şah elan edən
82
Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 156; К. Ашрафян. Антифеодальные движения в
империи Надир шаха (1736-1747), «Ученые записки института Востоковедении AH CCCP»
т. VIII, 1953, səһ. 167.
83
История о персидском шахе Тахмас Кули-хане, с франц. на русский язык с Решитовым. СПб,
1762, səһ. 236-240; A. Bakıxanov. Göstərilən əsəri, səh. 113-114; V. N. Leviatov. Göstərilən əsəri, səh.
101; F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, Bakı, 1960, səh. 37.
84
С. Кишмишев. Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персии после его
смерти, Тифлис, 1889, səһ. 95.
85
Сравнение Тахмас Кули-хана с Бонапартом, «Вестник Европы», ч. 79, М., 1815, səh. 145, P.
Sayks. Göstərilən əsəri. Səh. 328-329.
22
Nadir
86
bütün təbəələrlə yanaşı, azərbaycanlıları da istismar etməklə apardığı qanlı
müharibələrin xərclərini ödəmək üçün bir sıra tədbirlər həyata keçirdi.
Yenidən İran dövlətinin əsarəti altına düşən Azərbaycan xalqının vəziyyəti
daha da pisləşdi
87
. Nadir öz qardaşı İbrahimi Azərbaycanın hakimi təyin etdi.
Rus qoşunlarının Xəzər boyu əyalətləri tərk etmələri ilə Azərbaycana tam
hakim olmasını güman edən Nadir daha sonra arxayınçılıqla Hindistana yürüş etdi.
Bu zaman Azərbaycanda İram zülmünə qarşı Şəki, Şirvan və Car əyalətində
daha şiddətli xalq üsyanları baş verdi. İbrahim xan bu üsyanları yatırtmaq üçün
tədbir gördüsə də heç bir nailiyyət əldə etmədi və hətta özü döyüş meydanında
həlak oldu
88
.
Hindistan səfəri zamanı Nadir şahı oğlu Rza Qulu Mirzə əvəz edirdi.
Müvəqqəti olaraq hakimiyyət başına çıxan şahzadə xalqı daha artıq amansızlıqla
istismar etməyə başladı. Mənbələrin birində deyilir ki, Rza Qulu Mirzə Nadir şahın
Hindistandan qayıtmasını eşidən kimi xalqdan vergilərdən əlavə, zülm və
vəhşiliklə topladığı daha 2 milyon pulu etibarlı əllərə verib, atasından gizlətdi
89
.
XVIII əsrin birinci yarısında Azərbaycanda olmuş İ. Lerx Azərbaycanın bir
çox şəhər və kəndlərinin viran qaldığının, hər yerdə aclıq, dilənçilik və cürbəcür
yoluxucu xəstəliklərin hökm sürdüyünün şahidi olmuşdur
90
.
Öyrəndiyimiz dövrün müəlliflərindən olan erməni katolikosu Abram
Kretasi 1736-cı ildə bütün Muğan, Təbriz, Gəncə, Naxçıvan, İrəvan vilayətlərində
aclıq olmasını və çörəyin çatışmamasını qeyd edir
91
. Belə məlumat da vardır ki,
Nadirin özü xalqın bu acınacaqlı vəziyyətindən istifadə edərək, aclıq baş verən
yerlərə öz taxılını göndərtdirib, baha qiymətə satdırırmış
92
.
Nadirin hakimiyyəti dövründə Azərbaycan xalqının acınacaqlı həyat
sürdüyünü 1743-cü ildə Peterburqdan İrana gedən rus konsulu öz məktubunda çox
gözəl təsvir edir: «...buranın təbəələri kiçikdən tutmuş böyüyə qədər saysız-
hesabsız vergilərin çoxluğundan var-yoxdan çıxmışlar, ticarət tənəzzül etmiş,
sənətkarlar və kəndlilər isə müflisləşmişlər, İranın anbarlarında buğda ehtiyatı əsla
qalmamışdır. Bundan əlavə, hər yerdə aclıq və dilənçilik hökm sürür, bir çox şəhər
86
L. Lokhart. Nadir Shah, London, 1938, p. 101; Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh.
251-252.
87
Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 204, 222, 229, 231, 246, 247, 253; V. N. Leviatov.
Göstərilən əsəri, səh 63-116; İ. P. Petruşevski. Göstərilən əsəri, səh. 314, 325, M. Arunova, K.
Əşrəfyan. Göstərilən əsəri, səh. 55-56; K. Əşrəfyan. Göstərilən əsəri, səh. 167-172, 183-194.
88
Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri.
89
В. Братишев. Известия о произшедших межлу шахом Надиром и старшим его сыном Рза -Кули
Мирзою печальных приключениях в Персии в 1741 - 1742 годов СПб, 1763, səһ. 20-21.
90
K. Z. Əşrəfyan. Göstərilən əsəri, səh. 168.
91
Абрам Кретaци. История о случившихся с ним событиях и о Надир-шахе персидском (qədim
erməni dilindən tərcüməsi Ter-Qriqoryanındır). Azərb, SSR ЕА TİEA, inv. 2009, səһ. 144; И. И.
Гербер. Описание стран и городов вдоль западного берега Каспийского моря 1728,
ЦГАДА, ф. Ермоловых, iş 315, vərəq 33.
92
Сравнениe Тахмас Кули-хана с «Бонапартом», səһ.151.
23
və əyalətlərin əhalisi dözülməz istismarın əlindən öz yurdlarından qaçmışlar,
Təbrizdən Həmədana getdiyim yol boyu bir nəfər də əhalisi olan kənd və obaya
rast gəlmədim, İranın başqa yerlərində də vəziyyət belədir, bir sözlə, İran o qədər
dağılıb və iş o yerə çatıb ki, böyük şəhərlərdə ərzaq malları həddən artıq
bahalaşmışdır...»
93
.
Konsul daha sonra sözünə davam edərək yazır ki, xalq vəhşicəsinə əzabdan
canını qurtarmaq üçün şaha verdiyi vergilərdən başqa, öz arvad və uşaqlarını da
satmalı olur
94
. Nadirin hakimiyyəti dövründə İranda olmuş C. Hanvey: «...bütün
İran dözülməz vergilərin ağırlığı altında inləyirdi
95
, - deyə xalqın ağır vəziyyətdə
yaşaması haqqında məlumat verir.
Şah Soltan Hüseynin dövründə olduğu kimi, əhalinin üzərinə qoyulan
vergilərin say və miqdarı yenə də şahın acgözlüyü və şah məmurlarının
özbaşınalığı üzündən durmadan artırdı
96
. 1745-1747-ci illərdə ikinci dəfə
Azərbaycanda olmuş İ. Lerx yazır ki, Nadir şah şamaxılılardan 150.000 manat
vergi tələb etmişdi, lakin sərdar və vergi toplayanlar özlərinə də bir şey qalsın deyə
həmin məbləği bir neçə dəfə artırırdılar
97
.
Qış zamanı əhalinin vəziyyəti daha da ağırlaşırdı. Özlərinə doyunca bir
qarın çörək tapa bilməyən hər bir ailəyə qış vaxtı öz evində saxlayıb yedirtmək
üçün bir və ya daha artıq əsgər təhkim edilirdi
98
.
Həmin sərbazlar ağır güzəran keçirən ailəyə bir yük olurdu. C. Hanveyin
yazdığına görə, minlərlə adam vergilərin ağırlığından baş götürüb dağlara
qaçırdılar, belə ki, bir çox kənd və şəhər tamamilə boşalmışdı
99
. Şəhər və
kəndlərdəə qaçanların bir hissəsi dəstələr təşkil edərək, karvan yollarında qarətlə
məşğul olurdular
100
. Bu isə yuxarıda qeyd edildiyi kimi, şəhərlər arasındakı gediş-
gəlişə böyük maneçilik törədirdi. Keçid yollarının təhlükəli olması şəhərlərdə
ticarətin boğulmasına, aclıq və bahalığın artmasına səbəb olurdu. Lakin Nadir şah
ticarətdən əldə edilən böyük mənfəəti nəzərə alaraq ticarəti canlandırmaq məqsədi
ilə bir sıra tədbirlər həyata keçirməli oldu (bu barədə ticarət fəslində bəhs
ediləcəkdir).
93
Донесение русского консула из Персии в Государственную коллегию иностранных дел о
голоде, нищете и разорении принесенных персидским шахом на подвластные ему народы,
Государственный архив Астраханской области (ГААО), fond 394, siyahı 4, iş 8, vərəq 16 -17.
94
Донесение русского консула из Персии в Государственную коллегию иностранных дел о
голоде, нищете и разорении принесенных шахом на подвластные ему народы, Государственный
архив Астраханской области (ГААО), fond 394, siyahı 4, iş 8, vərəq 7.
95
C. Hanvey. Göstərilən əsəri, səh. 413.
96
SSRİ EA. Asiya xalqları İnstitutunun əlyazmalar şöbəsi, iş 430, vərəq 45 və b.
97
И. Лерх. Сведении о втором путешествии в Персию, совершенном в 1745-1747 гг. (alman
dilindən tərcüməsi Abezquzundur), Azərb, SSR EA TİEA, inv. 482, səh. 64.
98
История о персидском шахe Тахмас Кули-хане, səһ. 231.
99
C. Hanvey. Göstərilən əsəri, səh. 412.
100
Şeyx Məhəmməd Əli Həzin. Göstərilən əsəri, səh. 124; C. Hanvey. Göstərilən əsəri, səh. 104; K. Z.
Əşrəfyan. Göstərilən əsəri, səh. 169.
24
Lakin yuxarıda qeyd edilənlərdən elə nəticə çıxarmaq olmaz ki, Azərbaycan
xalqı İran dövlətinin zülmünə qatlaşmış və Nadir şaha dinməz itaət etmişdir.
Azərbaycanın bir çox yerlərində baş verən azadlıq hərəkatı xalqın İran zülmünə
qarşı apardığı mubarizənin parlaq təzahürüdür
101
. Tarixi ədəbiyyatda qəbul
olunduğu kimi, Azərbaycan xalqı 1747-ci ildə, yəni Nadir şah öləndən sonra deyil,
elə Nadir şahın yaratdığı imperiya dağılmamış İran zülmünə qarşı çıxaraq
qəhrəmancasına azadlıq mübarizəsi aparmış və müəyyən müvəffəqiyyətlər əldə
etmişdir. Nadir şahın ölümü ilə əlaqədar olaraq İran dövlətinin dağılması xalqın
azadlıq mübarizəsinin daha da sürətlənməsinə səbəb olmuşdur. Nəticədə
Azərbaycan xalqı illərdən bəri itirdiyi müstəqilliyini yenidən əldə etməyə nail
olmuşdur.
Beləliklə, XVIII əsrin birinci yarısında Azərbaycanın daxili vəziyyətindən
qısa şəkildə bəhs edilib, dövrün bir sıra səciyyəvi xüsusiyyətləri göstərildi. Həmin
dövrdə ölkənin ticarətindun bəhs edərkən mütləq bu xüsusiyyətlər nəzərə
alınmalıdır. Çünki qeyd edildiyi kimi, XVIII əsrin birinci yarısında Azərbaycanın
ticarətinin vəziyyətinə təsir göstərən amillərdən biri də elə ölkədə baş verən siyasi
hadisələr idi. Məhz bunu nəzərə alaraq XVIII əsrin birinci yarısının bir sıra əsas
xüsusiyyətlərini qeyd etmək lazımdır;
Bu dövr tarixən qısa da olsa çox mürəkkəb siyasi-ictimai hadisələrlə
əlamətdardır. XVII əsrin axırlarından başlamış XVIII əsrin ortalarına qədər olan
müddət ərzində Səfəvi dövlətinin tərkibində olan Azərbaycanın təsərrüfat geriliyi
getdikcə daha da artmışdır. Həmin dövr şah zülmü və feodal istismarına qarşı
qalxan azadlıq hərəkatına, Rusiya ilə Türkiyənin xarici siyasətlərinin
Azərbaycanda toqquşmasına, 1724-cu ildə Azərbaycanın həmin dövlətlər arasında
bölünməsinə təsadüf edir;
1724-1735-ci illər arasında Azərbaycanın şimal və cənub-qərb hissələri
türklərin zülmü altına düşmüş, Xəzər dənizi əyalətlərində yaşayan azərbaycanlılar
isə rus dövlətinin himayəsinə keçmişlər. Türklər Azərbaycan torpaqlarını, yerli
xalqın müqavimətini qıra-qıra ələ keçirdikləri halda, rus qoşunları, demək olar ki,
Bakıdan başqa heç bir müqavimətə rast gəlməmişlər. Daha sonra türklər
hökmranlıq edən yerlər Türkiyə — İran arasında gedən müharibələr zamanı döyüş
meydanına çevrildiyi halda, rusların tutduqları yerlərdə əmin-amanlıq işləri
aparılmış və eyni zamanda Azərbaycanın Rusiya ilə ticarətinin bərpa olunması və
101
Mirzə Mehti xan Astrabadi. Göstərilən əsəri, səh. 133; Məhəmməd Kazım. Göstərilən əsəri, III cild,
səh. 126, 130; P. Sayks. Göstərilən əsəri, səh. 362; Реляция русского консула в Персии
Астраханскому губернатору В. Н. Татищеву о распространении Ширванского мятежа (1743 г.),
ГААО, fond 394, siyahı 1, iş 92, vərəq 120; Реляция русского консула в Персии Астраханскому
губернатору В. Н. Татищеву о посылке персидским шахом воиска в Азсрбаиджанскую сторону
для поддерживания порядка, ГААО, fond 394, siyahı 1, iş 32, vərəq 121-122; K. Z. Əşrəfyan.
Göstərilən əsəri, səh. 166-204 və b.
25
genişlənməsi üçün bir sıra tədbirlər görülmüşdür. Bu barədə rus çinovniklərinin
Peterburqa yazdıqları təkliflər, rus dövlətinin zəbt etdiyi yerlərdə nə kimi siyasət
yürütdüyünü bir daha göstərdi: «Bakı ətrafında başlı-başına buraxılmış
karvansaralar bərpa olunmalıdır; (şəhərdən) qaçmış əhaliyə günahlarından
keçəcəyimizə boyun olub qayıtmalarına nail olmalı; müxtəlif vədlərlə erməni və
hindliləri Şamaxıdan (Bakıya) cəlb etmək və Bakını bütün ticarətin düyüm
nöqtəsinə çevirmək lazımdır»
102
.
1734-1735-ci illərdən başlamış, yəni Azərbaycanı türk və rus qoşunları tərk
etdikdən sonra, Azərbaycana yenidən hakim olmaq istəyən İrana qarşı xalq azadlıq
hərəkatı yeni qüvvə ilə alovlanmışdır və bu mübarizə ən nəhayət, azərbaycanlıların
öz istiqlaliyyətlərini yenidən əllərinə almaqla nəticələnmişdir
103
.
Dostları ilə paylaş: |