Sistem dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu başa düşülür. Məsələn: Əməliyyat sistemi  Sistemi təşkil edən hissələr isə sistemin elementləri



Yüklə 13,73 Kb.
Pdf görüntüsü
tarix16.12.2023
ölçüsü13,73 Kb.
#181204
informasiya sistemləri




Sistem
dedikdə bütöv bir obyekti əmələ gətirən hissələrin toplusu
başa düşülür. Məsələn: Əməliyyat sistemi

Sistemi təşkil edən hissələr isə
sistemin elementləri
adlanır.
Ümumi sistemlər nəzəriyyəsinə görə, istənilən gerçək obyektə (əşya və
ya hadisəyə) sistem kimi baxmaq olar. Eyni zamanda istənilən sistemə
müstəqil obyekt kimi baxmaq olar. Hər hansı obyektə sistem kimi
baxmaq üçün öncə onu təşkil edən əsas elementləri və onlar arasında
qarşılıqlı əlaqələri ayırmağı bacarmaq lazımdır. Həm də nəzərə almaq
lazımdır ki, bu əlaqələr müxtəlif - fiziki, kimyəvi, bioloji, sosial və başqa
təbiətli ola bilər.
"Sistem" anlayışı geniş yayılıb və bir çox mənalarda işlənir. Bu sözdən
çox zaman texniki vasitələr və proqramlar toplusunda istifadə olunur;
məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi
və s. Belə anlayışlardan biri də "informasiya sistemi"dir.
İnformasiya
sistemi (information system)
dedikdə informasiyanın toplanması,
saxlanması və istifadəçilər üçün əlçatan olmasını təmin edən sistem
nəzərdə tutulur.
Obyektin informasiya modeli - obyektin parametrlərini və
dəyişənlərini, onların arasındakı əlaqələri, obyektin giriş və çıxışlarını
təsvir edən və giriş qiymətlərinin dəyişməsi barədə məlumatı modelə
təqdim etməklə obyektin mümkün hallarını simulyasiya etməyə imkan
verən informasiya formasında təqdim olunan modeldir.
Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən
ibarətdir: aparat təminatı, proqram təminatı, verilənlər, istifadəçilər və
proses. İnformasiya sisteminə bəzən yanlış olaraq yalnız ilk üç
komponenti - aparat təminatını, proqram təminatını və verilənləri aid
edirlər. Əslində isə bu üç komponent
informasiya
texnologiyaları
kateqoriyasını təşkil edir.
İnformasiya sistemlərinin təsnifatı:

İnformasiya və ölçmə sistemləri
– araşdırılan obyekt haqqında
məlumatlar xüsusi texnologiyalarla (sensorlar, radiodalğalar və s.) əldə
edilir. İstifadə sahələri: kosmiq tədqiqatlar, tibb, seysmologiya...

İnformasiya əldəetmə (axtarış) sistemləri
– bura elektron
lüğətləri, elektron ensklopediyaları, informasiya əldə etmək üçün nəzərdə
tutulmuş müxtəlif sistemləri aid etmək olar;

Sənədlərin idarəedilməsi (və ya elektron sənəd dövriyyəsi)
sistemləri
– bu sistemlərdən müəssisələrarası və ya müəssisədaxili
yazışmalar zamanı istifadə edilir;

Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD)
– müxtəlif
obyektlərin modellərinin (sadə alətlər, kosmik gəmilər, təyyarələr, ...)
hazırlanması



Ekspert sistemlər
– hər hansı sahə üzrə biliklər (məlumatlar)
bazası bu sistemlərin əsasını təşkil edir. Tibbi diaqnozların qoyulması,
uzunmüddətli praqnozların verilməsi üçün bu sistemlərdən istifadə edilir;

Avtomatlaşdırılmış idarəetmə sistemləri (və ya Sənayeyə
nəzarət sistemləri)
– müxtəlif texnoloji proseslərin və ya istehsalın tam
şəkildə idarə edilməsinin təmin edən sistemlərdir;

Coğrafi informasiya sistemləri
– xəritələrin, sxemlərin, fəza
verilənlərinin daxil edilməsini, saxlanmasını, əks etdirilməsini təmin edir;

Öyrəcidi informasiya sistemləri
– elektron dərsliklər, online
testlər, öyrədici proqramlar (həmçinin təyyarə və kosmik gəmilərin idarə
edilməsinin öyrədilməsi üçün vasitələr) bura daxildir.

Document Outline

  • İnformasiya sistemlərinin təsnifatı:

Yüklə 13,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin