“2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair
Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, yoluxucu
xəstəliklərin qarşısının alınması və onunla mübarizəni təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair
Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət
orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 26 noyabr 2010-cu il
№ 225
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2010-cu il 26 noyabr tarixli 225 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair
T Ə D B İ R L Ə R P R O Q R A M I
1. Giriş
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin
prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proqram körpə və uşaq
ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır.
Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin
yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur.
2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına
dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması
statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə
məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq
həyata keçirilmiş, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu
xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmışdır. Aparılan
tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi
137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə
alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək
hallarda qeydə alınmışdır.
Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə rotavirus, B
tipli hemofil infeksiyası tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və
meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin
yoluxucu və parazitar xəstəliklərin nozologiyaları Xəstəliklərin Beynəlxalq
Təsnifatının (XBT) 10-cu baxışına uyğunlaşdırılmış və rotavirus infeksiyası,
pnevmokok meningiti və digər infeksiyalar tərəfindən törədilən meningitlər kimi
hesabat formasına əlavə edilmişdir.
Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi
və
bu
məlumatların
geniş
təhlili
prosesi
təkmilləşdirilmiş,
nəzarətin
gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində
Elektron Müşahidə Sistemi tətbiq edilmişdir.
Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı
yaradılmış və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə “soyuq zəncir”
avadanlığı alınaraq, onların elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilmişdir.
Vaksinlərin və digər peyvənd materiallarının “soyuq zəncir” sisteminin tələblərinə
uyğun qaydada rayonlara daşınması təmin edilmişdir.
Bundan əlavə, “soyuq zəncir” sisteminin tələblərinə uyğun işləmək üçün
mütəxəssislər hazırlanmışdır. Vaksinlərin alınmasının planlaşdırılması, vaksin və
inyeksiya materialları ehtiyatının tənzimlənməsi sistemi təkmilləşdirilmişdir.
Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və
təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və
epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması üçün vaksin fondu
yaradılmışdır.
Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimi
Yaşı
Peyvəndlər
Doğulduqdan 12 saat ərzində
Hepatit B
4-7-ci gün
BSJ (vərəmə qarşı), OPV (poliomielitə qarşı)
2 aylıqda
Hib- AGDT-HepB (hemofilis influenza, göyöskürək,
difteriya, tetanusa qarşı), OPV
3 aylıqda
Hib- AGDT-HepB, OPV
4 aylıqda
Hib- AGDT-HepB, OPV
12 aylıqda
QPM (qızılca, parotit, məxmərəyə qarşı), vitamin A
18 aylıqda
AGDT (göyöskürək, difteriya, tetanusa qarşı), OPV, vitamin
A
6 yaşında
QPM, ADT (difteriya, tetanusa qarşı), vitamin A
2. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək
səviyyədə saxlanılması;
- immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;
- bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin
təmin edilməsi;
- immunoprofilaktika sahəsində kadr hazırlığı;
- məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər
Proqramının
reallaşması
üçün
tələb
olunan
xərclərin
maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata
keçirilir.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Sıra
№-si
Tədbirlərin adı
İcraçılar
İcra müddəti
(illər üzrə)
1
2
3
4
1. Profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə
saxlanılması
1.1.
Məqsədli kontingent üçün profilaktik
peyvənd təqviminə uyğun olaraq,
vaksinlərin alınması üçün davamlı
maliyyələşdirmənin təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi,
Azərbaycan
Respublikasının
Maliyyə Nazirliyi
2011 — 2015
1.2.
Məqsədli kontingent üçün profilaktik
peyvənd təqviminə uyğun olaraq,
özüməhvolan şprislərin, həlledici şprislərin
və immunlaşdırma zamanı əmələ gələn
tullantıların zərərsizləşdirilməsi məqsədi
ilə təhlükəsiz qutuların alınması üçün
maliyyələşdirmənin təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi və
Azərbaycan
Respublikasının
Maliyyə Nazirliyi
2011 — 2015
1.3.
Elektron sağlamlıq kartlarından istifadə
etməklə, peyvəndləmənin səviyyəsinin
monitorinqinin daima təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
mütəmadi
1.4.
Peyvəndləmə səviyyəsi qənaətbəxş
olmayan ərazilərdə monitorinqin
keçirilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
tələb
olunduqda
1.5.
Ərazilərdə seçmə yolu ilə əhali qrupları
Azərbaycan
2012 — 2013
arasında peyvəndləmənin səviyyəsi üzrə
qiymətləndirici sorğunun aparılması
Respublikasının
Səhiyyə Nazirliyi
2. İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi
2.1.
Respublika səviyyəsində anbarlarda
immunobioloji preparatların saxlanılması
üçün
“
soyuq zəncir
”
sisteminin tələb
olunan həcminin təmin edilməsi məqsədi
ilə sıradan çıxmış dondurucu
avadanlıqların dəyişdirilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011
2.2.
Respublika səviyyəsində anbarlarda
temperatur rejiminin daima monitorinqinin
aparılması üçün onların lazımi texniki
avadanlıqla təminatı
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011
2.3.
İmmunobioloji preparatların daşınması
üçün respublika səviyyəsində əlavə xüsusi
avtonəqliyyat vasitəsilə təminat
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011
2.4.
Yerli səviyyədə immunobioloji
preparatların saxlanma şəraitinin
yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhəri,
Quba, Şəki, Sabirabad və Qazax
rayonlarında soyuducu anbarların yenidən
qurulması
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2012 — 2014
2.5.
Yerli tibb məntəqələri səviyyəsində
immunlaşdırma tədbirlərini həyata keçirən
tibb müəssisələrində sıradan çıxmış
“
soyuq
zəncir
”
sisteminin avadanlıqlarının
dəyişdirilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011 — 2015
2.6.
İmmunobioloji preparatların keyfiyyətinin
yoxlanılması üçün Dərman Vasitələrinin
Analitik Ekspertiza Mərkəzinin xüsusi
laboratoriya avadanlığı ilə təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2012
2.7.
İmmunlaşdırma tədbirlərini həyata keçirən
müalicə-profilaktika müəssisələrinin şok
əleyhinə preparatlarla təmin edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
mütəmadi
3. Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi
3.1.
Yoluxucu xəstəliklər üzərində epidemioloji
nəzarətin təmin edilməsi üçün respublika
səviyyəsində laboratoriya xidmətinin
maddi-texniki təminatının gücləndirilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2012
3.2.
Yerlərdə mütəxəssislər üçün epidemioloji
və laboratoriya nəzarətinə aid təlimlərin
Azərbaycan
Respublikasının
2012 — 2013
keçirilməsi
Səhiyyə Nazirliyi
4. İmmunoprofilaktika sahəsində kadr hazırlığı
4.1.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)-in
təcrübədə immunlaşdırma təlim kursuna
aid metodiki tövsiyələrinin həkimlərin və
orta tibb işçilərinin diplomdan sonrakı
təlim proqramına mərhələlərlə tətbiqi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011 — 2014
5. Əhali arasında sosial səfərbərliyin aparılması
5.1.
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin saytında immunoprofilaktika
üzrə veb-resursun yaradılması
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011
5.2.
İmmunlaşdırmaya dair populyar ədəbiyyatın,
bukletlərin, vərəqələrin, plakatların çap
edilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi
2011 — 2015
5.3.
Kütləvi informasiya vasitələri ilə məqsədli
qruplar arasında immunlaşdırma
proqramının təbliğinə dair məlumatların
verilməsi
Azərbaycan
Respublikasının
Səhiyyə Nazirliyi,
kütləvi informasiya
vasitələri
mütəmadi
Dostları ilə paylaş: |