İNSULTLARIN BİRİNCİLİ PROFİLAKTİKASININ TƏŞKİLİNƏ DAİR
Şirəliyeva R.K., ⃰Əliyev R.R.,
⃰E-mail: rahim_aliyev@mail.ru
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, sinir
xəstəlikləri kafedrası, Bakı, Azərbaycan
Təqdim edilmiş məqalədə Azərbaycanın şimal-şərqində insultun və onun risk amillərinin
epidemioloji xüsusiyyətlərinin tədqiqinə aid aparılmış elmi işlərin əsasında insultların birincili
profilaktikası istiqamətində tədbirlər planı hazırlanıb təklif edilmişdir. Profilaktika modelinə
əsasən əhali arasında insult riski daha yüksək olan şəxslər nəzarətə götürülür, onlarda insulta
səbəb olan risk amillərinin korreksiyası aparılır.