Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
  1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycan qəzeti 
 
2006 
 
Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət 
İnstitutu 
ümummilli lider Heydər Əliyevin ədəbi obrazı 
yaradılmıs əsərlərin beynəlxalq müsabiqəsini keçirir 
 
Almaniyanın paytaxtı Berlin şəhərində  fəaliyyət göstərən 
Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət  İnstitutu 
ümummilli lider Heydər  Əliyevin  ədəbi obrazını  əks etdirən 
əsərlərin beynəlxalq müsabiqəsini keçirir. 
Qaydalara  əsasən müsabiqəyə indiyə  qədər çap edilməmiş 
nəsr  əsərləri təqdim olunmalıdır. Müəlliflər  əsərlərini sentyabrın 
1-dən 2007-ci il sentyabrın 1-dək az.hkd@web.de elektron 
ünvanına göndərməlidirlər. 
Əsərə müəllif və onunla əlaqə vasitəsi haqqında məlumat və 
əlavə olunmalıdır. 
Müsabiqənin qalibinə  əsərinin kitab halında Almaniyada 
alman və Azərbaycan dillərində çap olunması şərti ilə 3 min avro 
mükafat veriləcəkdir.  İkinci və üçüncü yerlərin sahibləri isə 
əsərlərinin Azərbaycanda çap olunması  şərti ilə müvafiq olaraq 
1500 və 500 avro alacaqlar. 
Münsiflər heyətinin tərkibinə Almaniya universitetlərinin 
professorları, parlamentin üzvləri, tanınmış alman yazıçıları  və 
tənqidçiləri daxildir. 
 
Azərbaycan.- 2006.- 12 avqust.- S. 1. 
 
 

Heydər Əliyev Muzeyinin açılışı 
 
Noyabrın 1-də Şəmkir şəhərində Heydər Əliyev Muzeyinin 
açılışı olmuşdur. 
Prezident  İlham  Əliyev açılışı bildirən lenti kəsdi və 
muzeylə tanış oldu.  
Muzeyin direktoru Fəxri Yusibov dövlətimizin başçısına 
məlumat verdi ki, ümumi sahəsi 567 kvadratmetr olan 
ikimərtəbəli binanın birinci mərtəbəsində linqafon kabineti, 
inzibati otaqlar və arxiv yerləşmişdir.  İkinci mərtəbədə isə iki 
ekspozisiya salonu və elektron kitabxana zalı vardır.  
Heydər  Əliyev Fondunun verdiyi tərtibat  əsasında 
hazırlanmış ekspozisiyada ulu öndərin uşaqlıq və gənclik illərinə, 
milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, respublikamıza 
rəhbərliyinin hər iki dövrünə, Azərbaycanın yeni neft 
strategiyasının hazırlanması  və  həyata keçirilməsinə, ordu 
quruculuğu sahəsindəki fəaliyyətinə, xarici ölkələrə  səfərlərinə 
aid fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Ulu öndərin 
həyat və fəaliyyəti ilə bağlı materiallar kompyuterlərin yaddaşına 
və disklərə yazılmışdır. Heydər  Əliyev Fondunun dəstəyi ilə 
muzeydə rayonun ən fəal gəncləri, məktəbliləri üçün xüsusi 
kurslar da açılacaqdır.  
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəssam 
Afaq Kərimovanın üzərində ulu öndərin ayrı-ayrı sahələr üzrə 
tarixi xidmətlərini nümayiş etdirən "Heydər  Əliyev və 
Azərbaycan xilaskarı" adlı  rəsm  əsərinə maraqla tamaşa etdilər, 
muzeyin ekspozisiyasına, o cümlədən  əbədiyaşar Prezidentin 
1972, 1979, 1998 və 2000-ci illərdə Şəmkirə səfərlərini və burada 
keçirdiyi görüşləri  əks etdirən fotoşəkillərə, ümummilli liderin 
xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünə 
baxdılar. 
Prezident  İlham  Əliyev gənclərin bu cür muzeylərdən 
mərkəz kimi istifadə edərək Heydər  Əliyevin zəngin irsini 
öyrənməsinin əhəmiyyətli olduğunu bildirdi.  

Dövlətimizin başçısı muzeyin fəxri qonaqlar kitabına ürək 
sözlərini yazdı. 
 
Azərbaycan.-2006.- 4 noyabr.- S. 2. 
 
 
2007 
 
Xəlilzadə F.  
 
Ənənələrə sadiqlik 
 
Ümummilli liderimiz Heydər  Əliyev mədəniyyət və 
incəsənət işçilərinə xüsusi diqqətlə yanaşar, onlara maddi və 
mənəvi dəstək göstərər, öz qayğısını  əsirgəməzdi. Bu sahənin 
adamları da həmişə ulu öndərin bu həssas münasibətini ehtiramla 
xatırlayar, öz məhəbbətlərini bildirərdilər. Cənab İlham Əliyev də 
bu  ənənəni ləyaqətlə davam etdirərək ölkənin mədəni həyatının 
daha yüksək səviyyədə olması üçün köməyini əsirgəmir. Ötən ilin 
mədəni hadisələrinə  nəzər saldıqda biz bunun bir daha şahidi 
olduq. Elə bir mədəniyyət və incəsənt xadimi yoxdur ki, ölkə 
başçısı  tərəfindən  əməyi müxtəlif yöndən qiymətləndirilməsin. 
Təkcə insanlar deyil, mədəniyyət ocaqları da diqqət mərkəzində 
saxlanılıb. Ölkə başçısının göstərişi ilə iki muzey - Azərbaycan 
Tarixi və  Ədəbiyyat muzeylərində ikinci ildir ki, təmir-bərpa 
işləri yüksək səviyyədə aparılır. Bununla bağlı teatrların da təmir 
olunmasına start verilmişdir. Opera və Balet, Milli Dram, Rus 
Dram, Kukla, Gənc Tamaşaçılar teatrları, eləcə də Heydər Əliyev 
adına Saray yenidən qurulacaqdır. İncəsənət muzeyində də təmir 
işləri getməkdədir. Muğam mərkəzi tikilir. Xalça muzeyini daha 
gözəl görünüşlü etmək üçün yeni layihələr hazırlanmışdır. Bu cür 
bərpa işləri təkcə Bakıda deyil, bölgələrdə də start götürüb. Gəncə 
şəhərində Filarmoniyanın, teatrın yenidən bərpasına başlanacaq. 
O cümlədən, Lənkəranda, Naxçıvanda bir sıra mədəniyyət 

ocaqları yenidən qurulacaq. Ölkə başçısının digər bir sərəncamı 
ilə  əlaqədar olaraq Bakıda Müasir İncəsənət muzeyinin 
yaradılması danəzər dətutulub. Ötən ilin mədəniyyət sahəsi ilə 
əlaqədar yadda qalan mühüm hadisələrdən biri də ölkə başçısı 
cənab  İlham  Əliyevin Rəssamlar  İttifaqının 65 illik yubileyilə 
bağlı tanınmış rəssamlarla görüşü olmuşdur. Dövlətimizin başçısı 
görüşdən  əvvəl xalqımızın ümummilli lideri Heydər  Əliyevin 
R.Mustafayev adına Dövlət  İncəsənət Muzeyində yaradılmış 
xatirə otağında oldu. Görüş zamanı geniş nitq söyləyən möhtərəm 
Prezidentin hər kəlməsi rəssamlar tərəfindən rəğbətlə qarşılandı. 
Ölkə Prezidenti böyük ehtiram və  məhəbbətlə söylədi: 
"Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - 
alimlərimiz, rəssamlarımız, 
şairlərimiz, yazıçılarımız, 
bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar 
Azərbaycan cəmiyyətinin aparıcı  təbəqəsidir, cəmiyyətin 
elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir 
qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə 
də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə 
nəzər salanda görürük ki, kim yadda qalır.  Şəxsiyyətlər yadda 
qalır, iqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa konkret 
bir xarakter daşıyan uğurlar yadda qalmır.  İnsanlar yadda qalır, 
əməllər yadda qalır". 
Vaxtilə Azərbaycan rəssamları unudulmaz Heydər  Əliyevi 
özlərinin  ən yaxın dostu adlandırırdılar. Rəssamlar  İttifaqının 
sədri, xalq rəssamı  Fərhad Xəlilov görüş zamanı bu hadisəni 
xatırlayaraq məmnunluğunu bildirdi ki, ulu öndərdən qalan gözəl 
ənənələr bu gün də yaşadılır. Buna sübut üçün İlham  Əliyevin 
ölkə  rəssamlarına, sənətkarlara göstərdiyi böyük diqqət və 
qayğıdan söz açıldı. Ulu öndərin qoyub getdiyi ənənə bu gün 
nəinki uğurla davam etdirilir, həm də daha da genişləndirilir.  
Rəssamlar  İttifaqının 65 illiyi ilə  əlaqədar bir sıra rəssamların 
əməyini müxtəlif orden və medallarla, fəxri adlarla 
qiymətləndirən  İlham  Əliyev təsviri sənətin nümayəndələrini 
əlamətdar ildönümü münasibətilə  təbrik edərək dedi: "Sizi bu 

gözəl yubiley münasibətilə  təbrik edirəm. Bu yubileylə  əlaqədar 
burada nümayiş etdirilən sərgi də çox təəssürat bağışlayır. Bu, bir 
daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox 
zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq 
gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu 
əlaqələr qırılmır, bu gözəl  ənənələr davam edir. Xüsusilə onu 
qeyd etmək istəyirəm ki, Rəssamlar  İttifaqının fəaliyyəti və 
peşəkarlığı, rəssamların gördüyü işləri nəticəsində Azərbaycanda 
bütövlükdə  rəssamlıq məktəbi son illər  ərzində xeyli dərəcədə 
güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görür və xarici 
mütəxəssislər də seyr edirlər".  
Rəssamlarla söhbət zamanı ölkə başçısının bir fikri də  fırça 
ustalarının ürəyincə oldu. Öz milli ənənələrimizə sadiq qalaraq 
dünyada gedən proseslərə açıq gözlə baxmağı,  ən müsbət,  ən 
mütərəqqi yenilikləri Azərbaycanda tətbiq etməyi məsləhət görən 
cənab  İlham  Əliyev bu baxımdan bütövlükdə ölkənin mədəni 
həyatının çox böyük diqqətdə olduğunu bildirdi. "Mən Prezident 
kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın... 
Azərbaycanın mədəni həyatı həm də onun siyasi səviyyəsini əks 
etdirir". Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi və 
zənginləşməsi başqa sahələrdə olduğu kimi, mədəniyyət 
məsələlərinin də 
həllini asanlaşdırır.  
Bu görüşün yadda qalan məqamlarından biri də bu oldu ki, ölkə 
başçısı  rəssamların görüşünə  məmnuniyyətlə  gəlmişdi. Prezident 
hər bir rəssamı dinləmək, onu narahat edən problemləri həll 
etmək niyyətində olduğunu bildirdi. "Yaxşı olardı bilim ki, sizi ən 
çox narahat edən məsələlər hansılardır və biz onları operativ 
qaydada həll edə bilərik". Bu cür səmimi münasibət, diqqət və 
qayğı  fırça ustalarını  həqiqətən riqqətə  gətirdi. Onlar bildirdilər 
ki, özlərini çox bəxtiyar sanırlar. Vaxtilə ümummili liderimiz 
Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün belə hərtərəfli 
inkişafdadır. Görüşün sonunda Rəssamlar  İttifaqının 65 illiyi ilə 
əlaqədar ilk dəfə olaraq təsis edilmiş qızıl medalın ilk nümunəsi 
ölkə Prezidenti cənab  İlham  Əliyevə  və tanınmış  rəssamlara 

təqdim edildi. Rəssamlar  İttifaqının bu münasibətinə öz 
təşəkkürünü bildirən İlham Əliyev dedi: "Bu medal mənim üçün 
əzizdir". Rəssamlar  İttifaqının tarixində unudulmaz bir səhifəni 
təşkil edən bu görüşdə  fırça ustaları ölkə başçısı ilə xatirə  şəkli 
çəkdirdilər. Unudulmaz görüşdən yadigar olaraq ulu öndərin çox 
sevdiyi rəssam Səttar Bəhlulzadənin  əsərini Prezidentə  təqdim 
etdilər. Azərbaycan rəssamlıq məktəbinin 
ən dəyərli 
nümayəndələrindən biri olan Səttar Bəhlulzadə haqqında maraqlı 
fikirlər söyləyən  İlham  Əliyev bildirdi ki, Azərbaycan 
rəssamlarının  əsərləri təkcə öz məmləkətimizdə deyil, dünyanın 
neçə-neçə möhtəşəm sərgi salonunun bəzəyidir. Əzim Əzimzadə, 
Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vəcihə  Səmədova, 
Elmira  Şahtaxtinskaya, Tahir Salahov, Hüseyn Əliyev, Qəzənfər 
Xalıqov... kimi rəssamları olan bir xalqın mənəviyyatı  həmişə 
yüksəkdir. Çox yaxşı haldır ki, bu ənənəni davam etdirən yeni 
nəsil də sənətə gəlməkdədir. Ölkə başçısının söylədiyi nitqdə bu 
məsələ  də öz əksini tapmışdır: "Azərbaycan rəssamları dünyada 
tanınır. Müxtəlif  şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan 
rəssamlarının işləri vardır. Siz bizdən də yaxşı bilirsiniz ki, 
Azərbaycan rəssamları bu gün doğrudan da, çox böyük şöhrət 
qazanıblar. Bu, çox sevindirici haldır və onu göstərir ki, 
Azərbaycan hərtərəfli inkişaf edir". 
Təbii ki, hər bir dövlətdə hökumətin fəaliyyəti iqtisadi artım, 
siyasi məsələlərin həlli, təhlükəsizliyin təşkil olunması ilə ölçülür. 
Həmişə iqtisadi uğurlardan daha çox danışılır. Maraqlıdır ki, ölkə 
başçısı  dəfələrlə vurğuladı: "Ancaq bununla bərabər, hər bir 
ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu 
sahəyə daha da böyük diqqət göstərilməlidir". Bu parlaq fikir 
deməyə  əsas verir ki, Azərbaycanda milli ənənələrə sadiqlik 
yüksək səviyyədə davam etməkdədir. 
 
Azərbaycan.- 2007.- 8 fevral.- S. 6. 
 
 

Heydər Əliyev. Xronologiya (1923-2003) 
 
Prezident Kitabxanasında Heydər Əliyevin həyat və 
fəaliyyətinin xronologiyası tərtib edilmiş və onun 
elektron versiyası hazırlanmışdır 
 
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü 
əhatə edən mərhələ, Vətənimizin ictimai-siyasi, iqtisadi və 
mədəni həyatının bütün sahələrindəki dirçəliş illəri Heydər Əlirza 
oğlu  Əliyevin adı ilə bağlıdır. Bir qərinəlik bu dövr Azərbaycan 
tarixinə Heydər  Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bu 
illərdə Heydər  Əliyevin dəst-xətti ilə Azərbaycanın quruculuq 
salnaməsinə  ən parlaq səhifələr yazılmışdır. Azərbaycanda 
dövlətçilik  ənənələrinin XX əsrin sonlarında bərpa edilib 
zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, 
onun  əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi 
inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə 
artması Heydər  Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün 
olmuşdur. Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, 
qətiyyəti və  əzmkarlığı ilə  zəmanəmizin görkəmli siyasi xadimi 
kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə 
çevrilmişdir. 
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş 
Heydər  Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. 
Heydər  Əliyevin gerçəkləşdirdiyi quruculuq salnaməsinin, 
dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən 
öyrənilməsi üçün öncə onun həyat və  fəaliyyətinin bütün 
sahələrinin araşdırılmasına ehtiyac vardır. Bunları  nəzərə alaraq 
Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin Prezident 
Kitabxanası Heydər 
Əliyevin həyat və 
fəaliyyətinin 
xronologiyasını  tərtib etmiş  və onun elektron versiyasını 
www.preslib.az saytı vasitəsilə istifadəçilərə təqdim etmişdir. 
Prezident Kitabxanası yarandığı vaxtdan etibarən 
ümummilli liderin həyat və  fəaliyyətinin bütün sahələrinə dair 

sənədlərin toplanması  və  həmin sənədlərin elektron variantının 
hazırlanması istiqamətində sistemli iş aparır. Ümummilli 
liderimiz Heydər  Əliyevin anadan olmasının 84-cü ildönümü 
ərəfəsində istifadəçilərə  təqdim edilən bu xronologiya 
kitabxananın  əməkdaşlarının üzərində  işlədikləri "Heydər 
Əliyevin həyat və  fəaliyyətinin salnaməsi" adlanan böyük bir 
layihənin birinci mərhələsini əhatə edir. 
Xronologiyanın hazırlanması zamanı ümummilli liderimizin 
ötən  əsrin 80-ci illərində SSRİ  rəhbərliyində təmsil olunduğu və 
90-cı illərin  əvvəllərində Naxçıvan Muxtar Respublikasına 
rəhbərlik etdiyi dövrlərdə  həyat və  fəaliyyətinin  ən önəmli 
məqamlarına diqqət yetirilmiş, müstəqil Azərbaycanın Prezidenti 
olduğu dövrdə (1993-2003-cü illər) isə onun gündəlik 
fəaliyyətinin tam xronologiyası öz əksini tapmışdır. 
Layihənin ikinci mərhələsi ümummilli liderin Prezidentliyi 
dövründə  fəaliyyətinin mühüm sahəsi olan xarici ölkələrə 
səfərləri, keçirdiyi çoxsaylı görüşləri və  qəbulları zamanı, 
həmçinin müxtəlif tədbirlərdə etdiyi çıxışların, nitqlərin, 
məruzələrin, bəyanatların, müsahibələrin tam mətnlərinin elektron 
versiyasının hazırlanmasını nəzərdə tutur. Bu istiqamətdə xeyli iş 
görülmüş, həmin sənədlərin elektron mətnlərinin bir hissəsi artıq 
kitabxananın saytında yerləşdirilmişdir. Heydər  Əliyev irsinin 
toplanıb saxlanılmasını, gələcək nəsillərin ondan istifadəsini 
təmin etmək məqsədilə kitabxananın kollektivi bütün səylərini 
səfərbər etmişdir. 
 
Azərbaycan.- 2007.- 9 may.- S. 5. 
 
 
 

Cabbarov S. 
 
Ulu öndərin xatirəsinə dərin ehtiram 
 
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 
inzibati binasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər 
Əliyevin büstünün açılış  mərasiminə  həsr olunmuş  tədbir 
keçirilib. Tədbirdə komitənin işçiləri, Milli Məclisin üzvləri 
iştirak edirdilər. Açılış  mərasimində  çıxış edən komitənin sədri 
Kərəm Həsənov qeyd etdi ki, 30 ildən artıq bir dövr ərzində 
ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın 
məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və bir millət 
kimi tarixin sınaqlarından çıxaran nadir rəhbər, vətəndaş  və 
şəxsiyyətdir ki, vaxtında onun gördüyü bütün işlər indi bizim 
ümummilli sərvətimizdir. "Bilirəm ki, 30 ildən artıq Azərbaycana 
bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər, 
abidələr, yeni qəsəbələrE mən həyatda olmayanda da Heydər 
Əliyevin izləri kimi yaddaşlarda yaşayacaq" deyən ulu öndər heç 
də yanılmamışdır. Bu gün hər bir azərbaycanlı müstəqil 
Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu fəxrlə 
qeyd edir. Komitə  sədri bildirdi ki, anadan olmasının 84-cü 
ildönümü  ərəfəsində ulu öndər Heydər  Əliyevin büstünün açılışı 
ilə komitənin kollektivi ümummilli liderin hər bir azərbaycanlı 
üçün örnək olacaq həyat və  fəaliyyətini yad etmək və onun 
xatirəsi üçün kiçik bir töhfə verməklə qürur duyur. Azərbaycanın 
cari siyasi tarixinin son 35 ili Heydər  Əliyevlə, onun çoxtərəfli 
genişmiqyaslı  zəngin  əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı 
olmuşdur. Çətin günlərdə  həmişə xalqla bərabər olan, 
dövlətçiliyimizin memarı, xalqımızın xilaskarı, ulu öndər 1993-cü 
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə 
tüğyan edən siyasi və iqtisadi böhranın qarşısını  qısa müddət 
ərzində almaqla yanaşı, müasir dövlətçiliyimizin  əsasını 
qoymuşdur. Həmin dövrdə siyasi müstəqilliyin bünövrəsi sayılan 
iqtisadi siyasət düzgün qurulmadığından, Azərbaycanın nəinki 

suveren dövlət, hətta adi coğrafi məkan kimi mövcudluğu təhlükə 
altında qalmışdır. Belə  ağır bir zamanda ulu öndərimiz bütün 
çətinliklərə, maneələrə mətinliklə sinə gərərək xalqımızı vətəndaş 
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən 
qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil 
oldu. Heydər  Əliyevin Azərbaycan rəhbərliyinə  gəlişi həm də 
siyasi aləmdə ölkəmizə inamın, iqtisadiyyatda inkişaf meyillərinin 
bərqərar olması, qısa müddətdə respublikada azad sahibkarlıq və 
biznes fəaliyyətinin genişlənməsi, ölkəyə investisiya axınının 
güclənməsi, neft strategiyasının reallaşmağa başlaması ilə 
nəticələndi. Bütün bunlar böyük siyasətçi Heydər  Əliyevin 
dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi 
qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin 
yaxşılaşdırılması kimi mühüm amilləri ehtiva edən müdrik 
siyasəti idi. Komitə  sədri onu da vurğuladı ki, Heydər  Əliyevin 
ölkəmizə  rəhbərlik etdiyi dövrlərdə ardıcıl və  səmərəli islahatlar 
hesabına formalaşdırdığı inkişaf potensialı bu gün cənab 
Prezident  İlham  Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində 
reallığa çevrilmişdir.  Əsası ümummilli liderimiz Heydər  Əliyev 
tərəfindən qoyulmuş yeni neft strategiyasının inkişaf etdirilməsi, 
Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin 
qorunması, iqtisadiyyatın müxtəlif sahələrinə yönələn 
sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru 
istiqamətləndirilməsi, 
əhalinin sosial rifah halının 
yaxşılaşdırılması ölkədə  həyata keçirilən iqtisadi islahatların 
prioritet istiqamətini təşkil edir. Bu gün Azərbaycan ümumi daxili 
məhsulun artım tempinə görə lider dövlətdir. Cənab  İlham 
Əliyevin Prezident seçildiyi vaxtdan 535 min yeni iş yeri 
açılmışdır ki, bunun da 83 faizi regionların payına düşür.  
K.Həsənov sonda tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, bu 
iqtisadi yüksəliş strategiyasının mühüm hissələrindən biri olan 
dövlət  əmlakının idarə edilməsi sahəsində  də müvafiq uğurlar 
qazanılıb. 

Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin 
İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad 
Səmədzadə  və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı  çıxış 
etdilər. 
 
Azərbaycan.-2007.-10 may.-S.12. 
 
 
Milli parkda Heydər Əliyevin doğum günü şərəfinə 
Gül bayramı keçirilmişdir 
 
Ümummilli liderimiz Heydər  Əliyevin doğum günü şərəfinə 
Bakı  Şəhər  İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da 
Milli parkda ənənəvi Gül bayramı keçirilmişdir.  
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 
ictimaiyyətin nümayəndələri  əvvəlcə Heydər  Əliyev adına 
Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin xilaskarı 
və qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi önünə 
əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsinə sonsuz 
ehtiramlarını bildirmişlər. Sonra Milli parkda - Paraşüt qülləsinin 
önündə Gül bayramının rəsmi açılışı olmuşdur. 
Bayramda ölkəmizdə  fəaliyyət göstərən diplomatik korpusun 
nümayəndələri, tanınmış ziyalılar,  şəhərimizin sakinləri iştirak 
etmişlər. Ümummilli liderimiz Heydər  Əliyevin çoxşaxəli siyasi 
fəaliyyətindən danışan Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı 
Hacıbala Abutalıbov iftixar və inamla bildirmişdir ki, qədirbilən 
xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaq. 
İnsanların Heydər  Əliyevə olan sonsuz məhəbbətini müxtəlif 
formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran natiq qeyd 
etmişdir ki, Gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə 
və məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də 
xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz 
nümunəsidir. Baharın bu gözəl çağında Bakının hər bir rayonu 
parkda ayrıca təmsil olunmuşdu. İlk qarşılaşdığımız Səbail Rayon 

İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 
bildirmişdir ki, bağça uşaqlarının, məktəblilərin, müəssisə  və 
şirkətlərin nümayəndələrinin,  şəhərimizin sakinlərinin müxtəlif 
çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları 
rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilir, uşaq 
təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş 
ovqat yaradır. 
Milli parkda dünyanın müxtəlif yerlərindən gətirilmiş, 
respublikamızın təbiətində təsadüf edilməyən güllər də az deyildi.  
Təbiəti sevən, təsviri sənətə  həvəs göstərən uşaqlar öz 
istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. 
Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız 
üzərində gözəl lövhələr yaratmışdılar. Ümummilli liderimiz 
Heydər  Əliyevin və  Zərifə xanım  Əliyevanın portretlərinə 
güllərdəın toxunmuş xalçanın qarşısında xeyli tamaşaçı 
toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini 
Xeyrulla Hüseynli bildirmişdir ki, xalçanın müəllifi memar Camal 
Rəşidəlizadədir. Qaradağ rayonu ərazisində  məskunlaşmış 
məcburi köçkünlərin  əl işləri də tamaşaçılar tərəfindən maraqla 
qarşılanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini 
Zemfira  Şıxəliyeva qeyd etmişdir ki, dahi rəhbərimizin siyasi 
xəttini uğurla davam etdirən Prezident İlham  Əliyevin səyləri 
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və xalqımız 
ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan 
Şuşada keçirəcəkdir.  Gül bayramı  uşaq bədii-özfəaliyyət 
kollektivlərinin rəngarəng konsert proqramları ilə davam etmişdir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin