1
Mövzu 16. Rəqabət və inhisar. Antiinhisar tənzimlənməsi
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı
əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü
olub (concurere) “toqquşma” mənasını verir. Rəqabətin meydana gəlməsi tarixən
mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının
meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi
inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət
rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində
istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq, bu
imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmk istəyi həmişə onları
istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını
inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir. Rəqabət bazar əlaqələrinə cəlb
olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri
ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla
istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin
reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi
yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə
isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki
rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət
bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər
həmişə bir birini ötməyə, bir-birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq
etdirir, bir- birindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları
stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa
uğramasına səbəb olur. O elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin
sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni
zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir.
Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi
müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına,
dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır.
Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən
aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın
səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud
resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır.
Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir
hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi
həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal
və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin
bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq
zərurətindən irəli gəlir. Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında
2
təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın
istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə
baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amil-
lərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar
arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi
də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat
subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin
müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.
Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər
bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir.
Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması
haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını
stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.
Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız
rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin
ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar
subyektlərinə (rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən
fəaliyyəti nəzərdə tutulur. Haqsız rəqabətə aşağıdakılar aid edilir: - rəqibin