Meyvəçilik 5
59.Torpaqda olan müxtəlif duzlarin meyvə bitkilərinə təsiri
Duz bitkidə mübadilə sistemini pozur, qida maddələrinin keyfiyyətini azaldır, xlorofılin fəaliyyətini
zəiflədir, yarpaq üzvi maddələr toplaya bilmir. Belə şəraitdə calaqaltı və ting zəif olur. Duzlu
torpağın yaxşılaşdırılması üçün onu şit su ilə yuyurlar, drenaj xəndəklər, şəbəkələr çəkilir, hektara
300013000 m3 su verilir, 2-8 dəfə suvarılır, duzdan təmizlənilmiş sahədə bağ salındıqdan sonra
cərgəaralarında üç il yonca becərilir, sonra şumlanır, müxtəlif kənd təsərrüfatı bitkiləri növbə ilə
becərilir, qrunt sularının qalxmaması üçün bağı az su norması ilə suvarırlar. Xlorlu, duzlu torpaqlar
meyvə bitkilərinin böyümə və inkişafına mənfı təsir edir. Torpaqda natrium xloridin 0,5 % olması
bitkiyə öldürücü təsir edir. Şorakət və şorlaşmış torpaqlarda başlıca olaraq natrium karbonat
(soda), maqnezium karbonat, kalsium karbonat olur. Soda bitkiyə öldürücü təsir edir. O, torpaqda
0,005 %-dən artıq olmamalıdır. Maqnezium karbonat və kalsium karbonat meyvə bitkiləri
üçün ziyan deyildir. Şorakət və şorlaşmış torpaqlarda sulfatlara və xloridlərə də rast gəlmək
olur. Sulfatlardan maqnezium sulfat və natrium sulfat meyvə bitkilərinə öldürücü təsir edir.
Xloridlərdən natrium xlorid, maqnezium xlorid və kalsium xlo-rid meyvə bitkiləri üçün ziyandır.
Suda ərimiş duzların qatılığı 0,43 % olan şəraitdə meyvə bitkiləri normal bitir. Bu qatılıq 1,2 % olan
şəraitdə isə bitki məhv olur.
Tərkibində natrium olan şorakətli torpaqlarda ərik, heyva normal bitdiyi halda, alma və armud
normal bitmir. Udulmuş natrium 10 %-dən artıq olmayan şəraitdə alma, armud, 13%-dən artıq
olmayan şəraitdə ərik, 15-20 %-dən artıq olmayan şəraitdə isə heyva normal bitir. Müxtəlif meyvə
bitkilərinin duza davamlılıq xüsusiyyəti eyni deyildir. Duza ən çox davamlı badam, ondan sonra nar,
tut, ərik, gavalı, armud, alma, püstə, şaftalı, qoz, ən davamsızı isə xirnikdir.
60.Meyvə -giləmeyvə bitkilərinin həyatinda makroelementlərin əhəmiyyəti
Meyvə bitkilərinin qidalanmasında su, oksigen, karbon qazı, makroelementlərdən – azot,
fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir, mikroelementlərdən - bor, manqan, sink,
mis, molibden və digərləri iştirak edir. Bunlardan karbon qazı, oksigen və hidrogen bitkinin
quru çəkisinin 93 %-ni təşkil edir. Bunlar azotla birlikdə sulu karbonların, zülalların, yağların
və digər üzvi birləşmələrin tərkibinə daxildir. Mineral maddələr, bitkinin quru çəkisinin az bir
kütləsini (3-5 %) təşkil etməsinə baxmayaraq, onlar həyat üçün vacib elementlər sayılır. Bitkilərin
həmin elementlərə olan tələbinə görə onlar iki qrupa – makro və mikro elementlərə ayrılır.
Makroelementlər.
Azot. Meyvə bitkisinin həyat fəaliyyətinin əsas tənzimləyicisi olan bu element amin, amid
birləşmələrinin, nuklein turşularının, zülalların tərkibinə daxildir. Azot çatışmazlığı xlorofilin
yaranması prosesini pozur, yarpaqlar saralır, zoğun boyu gödəlir, meyvələr xırdalaşır və tökülür.
Müəyyən olunub ki, formalaşmağa başlayan meyvələrin tökülməsi səbəblərindən başlıcası
onlarda zülalı azotun azlığıdır. Azot, əsasən köklər tərəfindən qeyri-üzvi birləşmələr şəklində
mənimsənilir. Eyni zamanda azot kökdən kənar yemləmə ilə də yarpaqlar tərəfindən udula bilir.
Fosfor. Bir qrup mürəkkəb üzvi birləşmələrin - nukleproteidlərin, lipoidlərin, fermentlərin, mineral
duzların tərkibinə daxildir. Tənəffüs prosesinin tənzimləyicisi və enerji daşıyıcısıdır. Fosforun
çatışmaması boyu zəiflədir, generativ tumurcuqların formalaşmasını ləngidir, şəkərin toplanması
prosesini pozur.
Kalium. Hüceyrə şirəsində sərbəst halda yerləşərək bitkinin quraqlığa və qışa davamlılığını
yüksəldir, fermentlərin fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin
həyat fəaliyyətini artırır. Kalium çatışmadıqda yarpaqlar saralır, ayanın kənarlarında yanıq əmələ
gəlir, buğumarası gödəlir, boy zəifləyir. Bitkilərin turqor qabiliyyəti azalır, meyvələr xırdalaşır,
keyfiyyəti pozulur.
Kalsium. Hüceyrə divarının əsas materialı olmaqla fermentlərin fəallığına təsir göstərir. Kalsium
pektin maddələri birləşmələri ilə birlikdə membranın tərkibinə daxildir. Sulu karbonların hərəkətini
tənzimləyir.
Maqnezium. Xlorofil, fitin və pektinin tərkibinə daxildir. Fotosintez prosesində fosfatazanın
fəallığını artırır. Nuklein turşularının və bir sıra vitaminlərin sintezində, həmçinin karbohidrat
mübadiləsində fermentlərin fəaliyyətini gücləndirir.
Kükürd. Bütün zülalların, bir qrup amin turşularının, vitaminlərin tərkibinə daxildir.
Oksidləşmə-reduksiya prosesində böyük əhəmiyyət kəsb edir. Kükürd azlığı, azot azlığında olan
əlamətləri xatırladır.
Dəmir. Xlorofilin zülalı birləşmələrinin tərkibinə daxil olmasa da onların əmələ gəlməsində vacib
rol oynayır. Yaşıl piqmentlərin sintezində iştirak edən bir qrup fermentlərin tərkibinə daxildir.
61.meyvə giləmeyvə bitkilərinin həyatinda mezoelementlərin əhəmiyyəti
Kükürd zülalın tərkibinə daxil olub tənəffüs prosesində iştirak edir. Bitki kükürdü yalnız sulfat
turşusu duzları şəklində istifadə edir. Kükürd torpaqda kifayət qədər olduğundan bitki onun
çatışmazlığını hiss etmir.
Maqnezium xlorofılin tərkibinə daxil olub bitkinin karbon qazmı assimilyasiya etməsi üçün
böyük əhəmiyyətə malikdir. Yarpaqların yaşa dolması və xlorofilin dağılması ilə əlaqədar olaraq
maqnezium meyvənin toxumlarına doğru hərəkət edir. Maqnezium çatışmazlığından yarpaqlar
bədrəng alaraq tökülür, bitkinin vegetativ boyu zəifləyir.
62.Meyvə bitkilərinin həyatinda mikroelementlərin əhəmiyyəti
Mikroelementlər. Bor. Bir sıra həyati proseslərin sürətləndiricisi sayılır. Bor çatmadıqda meyvənin
lətində və qabığında sarı-qonur rəngli mantarlaşmış təbəqə əmələ gəlir, yarpaqlar saralır və məhv
olur. Bor aclığı simptomu 1 kq quru yarpaqda 4 mq-dan az olduqda baş verir.
Manqan. Oksidləşmə-reduksiya prosesində, o cümlədən fotosintez və tənəffüslə bağlı
reaksiyalarda, molekulyar (N2) və nitrat (NO3) azotun mənimsənilməsində, xlorofilin
yaranmasında fəal iştirak edir.
Mis. Fermentlərin tərkibinə daxil olur, nitratların bərpasında iştirak edir. Mis çatmadıqda zoğun
ucundakı yarpaqlar solur, buğumaraları qısalır, zoğun ucu soluxur və aşağı əyilir. Meyvələr
xırdalaşır, keyfiyyəti aşağı düşür.
Sink. Meyvə bitkiləri üçün vacib element sayılır. Sink çatmadıqda yarpaqlar xırdalaşır, tökülür,
buğumaraları qısalır, zoğlar nazilir, meyvələr eybəcər hala düşür. 1 kq quru yarpaqda 6 mq-dan az
sink olması bu elementin qıtlığını göstərir.
Molibden. Nitratreduktaza fermentinin tərkibinə daxildir. Azot mübadiləsində iştirak edir. Bu
element, zülalın sintezi və mübadiləsində, nitratların bərpasında yaxından iştirak edir.
63.Meyvə bitkilərinin böyümə və inkişafinda relyefin əhəmiyyəti
Relyef. Bağın inkişafı və ağacların bol və yüksək keyfiyyətli məh-sul verməsi yerin relyefindən
bilavasitə asılıdır. Relyefin müxtəlifliyi həm mikro-iqlim və həm də torpaq şəraitinə bilavasitə təsir
göstərir.
D.s. yüksəklik dəyişdikcə hava şəraiti, torpaqların tipi və keyfiyyəti müəyyən qədər dəyişir.
Müəyyən olunmuşdur ki, hər 100 metr yüksəkliyə qalxdıqca havanın orta illik temperaturu 0,5°C
aşağı düşür, vegetasiyanın davametmə müddəti 5 gün azahr, yağıntıların miqdarı isə nisbətən
artır. Hündürlüyə qalxdıqca meyvələrin yetişməsi ləngiyir, onun keyfiyyət və nəqliyyata davamlılığı
artır.
Dağlıq və dağətəyi rayonlarda, müəyyən hüduda qədər temperatur rejimi düzən rayonlara
nisbətən daha sabit olduğundan, ağaclar qışa davamlı olurlar.
Düzən yerlərə nisbətən yamaclarda gec yaz şaxtalarının qorxusu az olur.
Qapah yarğan və dərələrdə soyuq hava durğunluğu yarandığından belə yerlər bağ üçün əlverişli
deyil. Ensiz və dar dərələr adətən geniş dərələrdən soyuq olur.
Yamacın yuxarı hissəsində torpaq yuxa, az münbit, aşağı hissəsində isə daha qalın və münbit olur.
Cənubun quru iqlim şəraitində, xüsusən suvarma mümkün olmayan yerlərdə bağ salmaq üçün
yamaclarm cəhətlərinin böyük əhəmiyyəti vardır. Müxtəlif cəhətlərə meyilli yamaclar müxtəlif cins
və sortlar üçün müxtəlif dərəcədə yararlı ola bilər. İstiyə tələbkar və quraqlığa davamlı cinslərin
cənub, şərq yamaclarda, rütubətə tələbkar, soyuğa davamlı cinslərin isə şimal-qərb yamaclarda
yerləşdirilməsi tövsiyə edilir. Eyni zamanda qeyd edilməlidir ki, cənub, cənub-şərq və cənub-qərb
yamaclarda quraqlığa davamlı cins və sortların uzun müddət suvarma və gübrələmə aparılmadan
becərilməsi ağacların az ömürlü və az məhsuldar olmasına səbəb olur.
Kifayət qədər isti və rütubətli rayonlarda bütün cəhətlər üzrə yamaclar (müəyyən hündürlüyə
qədər) əlverişli sayıla bilər. Dağətəyi rayonlarda 400-500 m hündürlüyə qədər ərazilərdə bağ üçün
şimal-şərqdən başqa bütün cəhətlər, daha hündür sahələrdə isə cənub və cənub qərb cəhətləri
əlverişlidir.
64.Meyvə bitkilərinin böyümə və inkisafinda biotik amillərin əhəmiyyəti
Torpaqda müxtəlif mikroorqanizmlər və göbələklər mövcuddur. Bunlardan müəyyən qismi
bitkinin həyatında xeyirli olduqları halda, digər qismi meyvə-giləmeyvə bitkilərinə böyük ziyan
vurur. Torpaqda olan mikroorqanizmlərin bəziləri havasız şəraitdə, digər qismi isə havalanan
şəraitdə, üçüncü qismi isə həm havasız, həm də havalanan şəraitdə normal böyüyür və inkişaf
edir. Torpaqda olan xeyirli mikroorqanizmlər meyvə-giləmeyvə bitkilərinin həyatında böyük rol
oynayır. Onlar arası kəsilmədən bitki və heyvanların torpaqda olan üzvi qalıqlarını minerallaşdırıb,
torpağı azot, kalsium, kalium, fosfor, dəmir, maqnezium və digər elementlərlə zənginləşdirirlər.
Bununla yanaşı onlar torpağın fiziki xüsusiyyətini və strukturluğunu da yaxşılaşdırırlar. Torpaqda
xeyirli mikroorqanizmlərin çox olması onun münbitləşməsinə səbəb olur. Mikroorqanizmlərin
miqdarı torpağın xüsusiyyətindən də asılıdır. Bəzi torpaqlarda xeyirli mikroorqanizmlər az
olduğundan, bitkinin məhsulu azalır. Bitkinin böyüməsi, inkişafı, yüksək keyfiyyətli və bol məhsul
verməsi üçün torpağa süni olaraq bakterial gübrələr, xüsusilə azotobakterin, fosforobakterin və
silikatlı bakterin verilməsi tətbiq edilir. Mikroorqanizmlər ən çox kök sisteminin yayıldığı zonada
(rizosfera) toplanırlar. Rizosferada olan xeyirli mikroorqanizmlər qismən köklərin buraxdığı
maddələrlə, habelə məhv olmuş köklərlə qidalanırlar. Mikroorqanizmlərin inkişafı torpaqdakı üzvi
qalıqlardan, temperaturdan, rütubətdən və oksigendən asılıdır. Torpağa verilmiş azotobakterin
kök sisteminin yaxmlığında inkişaf edir, havanın azotunu mənimsəyib torpağı zənginləşdirir.
Fosforobakterin fermentlər buraxaraq torpaqda bitki tərəfindən mənimsənilən formada olmayan
fosforlu birləşmələri əridərək mənimsənilə bilən hala salır. Silikatlı bakterinlər torpaqdakı
kaliumdan yaxşı istifadə edilməsinə şərait yaradır.Torpaqdakı xeyirli mikroorqanizmlərin bitki
üçün böyük əhəmiyyətə malik olmalarını nəzərə alıb onların çoxalmaları və inkişafı üçün şərait
yaratmaq lazım gəlir. Bu məqsədlə də torpağa üzvi, mineral gübrə və onların qarışığı verilir, sahə
suvarılır, torpaqda normal hava cərəyanı yaradıhr. Mikroorqanizmlər adətən torpağın üst qatında
yerləşir. Lakin onlara torpağın 8-10 m dərinliyində də rast gəlmək olur. Qida maddələrilə zəngin,
neytral, qələvi, isti və rütubətli torpaqlarda mikroorqanizmlərin miqdarı çox olur. Torpaqda
olan mikroorqanizmlər il müddətində eyni miqdarda qalmayıb rütubətlənmə, havalanma və
temperatur şəraitindən asılı olaraq dəyişir. Adətən yaz mövsümündə onların miqdarı yüksəlir.
Yaradılmış əlverişli şəraitdə artan mikroorqanizmlər torpaqdakı üzvi qalıqları, xüsusilə sellüloza,
liqinin, pektin maddələrini, zülalı, yağları və d. parçalayır
65.Meyvə bitkilərinin böyümə
və inkişafina antropogen təsir
«Antropos» yunan sözü olub insan deməkdir. Meyvə-giləmeyvə bitkilərinin böyümə və
inkişafında təsvir edilən amillərlə yanaşı insanın da rolu böyükdür. İnsan meyvə-giləmeyvə
bitkilərinin böyümə və inkişafını idarə etmək məqsədilə bir halda bilvasitə bitkiyə, digər
halda isə bitkinin becərildiyi şəraitə təsir edir. Meyvə-giləmeyvə bitkilərinin həyat proseslərini
normalaşdırıb, onlardan bol və yüksək keyfiyyətli məhsul almaq üçün hər bitki növünün və
sortun torpaq-iqlim şəraitinə münasibətini və bioloji xüsusiyyətlərini bilmək lazımdır. Yerüstü
hissənin normal inkişafı üçün kök sistemi sağlam, yüksək həyat qabiliyyətinə malik olmalıdır. Bu
məqsədə nail olmaq üçün insan bağ salmaq məqsədilə seçilmiş sahəyə üzvi, mine-ral gübrələr
verir, onu dərin şumlayır, vaxtlı-vaxtında suvarır, alaqalrla mübarizə aparır. Torpağın strukturunu
yaxşılaşdırmaq və ehtiyat qida maddələri toplamaq üçün bağda cərgəaralarına paxlalı ot
bitkilərilə dən bitkilərinin toxumlarını birlikdə səpir¬lər. Burada dən bitkiləri torpağın strukturunu
yaxşılaşdırır, paxlalı bitkilər isə torpağı azot¬la zənginləşdirir. Paxlalı bitkilər becərilən sahə
şumlandıqdan sonra torpaqda üzvi mad¬dələrin miqdarı artır. Üzvi maddələrin parçalanaraq
minerallaşması nəticəsində hava¬da karbon qazının miqdarı artır ki, bu da fotosintez prosesinin
normal gedişinə şərait yaradır.
Meyvə-giləmeyvə bitkilərinin becərildiyi mühit şəraitinə müxtəlif aqrotexnoloji tədbirlərin təsirilə
yanaşı insan bilavasitə bitkilərə də təsir edir. Belə təsir nəticəsində bitki normal böyüyür, inkişaf
edir və yüksək keyfiyyətli bol məhsul verir. Məs., qışı şaxtalı keçən rayonlarda sitrus bitkilərini
şaxtadan mühafızə etmək üçün onların üzərini həsir, sintetik pərdə, tənzif və sair materiallarla
sarıyır, üzüm və nar bitkisini əyib üzərini torpaqla örtür¬lər. qalın qar qatı olan, qışı şaxtalı keçən
rayonlarda meyvə bitkilərini ştambsız, sərilən formada becərirlər. Qar bitki üçün yorğan rolunu
oynayıb onu şaxtadan mühafizə edir.
Vegetasiya dövrü uzun müddət davam edən bitkilərin vegetasiya dövrünü tez qurtarıb başa
vurmaları üçün, avqust ayında birillik zoğların ucunu kəsib gödəldirlər. Ağacın gövdəsinin
Günəşin yandırıcı təsirindən mühafizəsi, rütubətin buxarlanmasının qarşısını almaq və yazda
çiçək tumurcuqlarının açılmasını ləngidib onların yaz şaxtalarından mühafizəsi məqsədilə ağacın
gövdəsini və skelet budaqlarını əhənglə ağardırlar. Ağacın gövdəsinin yoğunlaşması üçün
onun qabığını bağ bıçağı ilə uzununa çərtirlər. Qeyd olunanlardan belə nəticə çıxarılır ki, təsvir
olunan hər amil meyvə-giləmeyvə bitkilərinin həyatında müəyyən rol oynayır. Meyvə-giləmeyvə
bitkilərinin bol və yüksək keyfıyyətli, həmçinin sabit məhsul vermələri abiotik və biotik amillərdən
ayrı-ayrılıqda deyil, onların birlikdə, kompleks təsirindən asılıdır. Buna görə də konkret şərait üçün
bitkilər seçildikdə, onların xarici mühit amillərinə olan münasibətlərini əsas götürmək lazımdır.
66.Vəzifəsinə görə meyvə tingliyinin tipləri və onlarin xarakterizəsi
Meyvə bağının salınması üçün vegetativ üsulla yetişdirilmiş əkin materialına ting, tingin
yetişdirildiyi sahəyə isə tinglik deyilir. Meyvə tingliyi meyvəçiliyin əsası olub onun vəzifəsi meyvə
bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək
keyfiyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahə¬sinin
genişləndirilməsi, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının
yaradılması vacibdir. Bu halı nəzərə alıb hər bölgənin və hətta rayonun öz təbii-tarixi şəraitinə
məxsus meyvə bitki cinsləri və sortları olduğundan, həmin şəraitdə də meyvə tingliyi təsərrüfatı
yaratmaq lazımdır.
Meyvə tingliyi daşıdığı vəzifəyə görə iki tipdə olur: 1. Reproduksiyon meyvə tingliyi; 2. Sənaye və
ya əmtəəlik meyvə tingliyi.
Reproduksiyon meyvə tingliyi. Latınca «re» - yeni, yenidən, «produksion» isə istehsal deməkdir.
Belə tinglik adətən meyvəçilik üzrə elmi-tədqiqat institutlarının, seleksiya təcrübə stansiyalarının,
dayaq məntəqələrinin, kənd təsərrüfatı ali və orta ixtisas müəssisələrinin, universitetlərin
biologiya təmayüllü fakültələri nəzdində olur. Burada yeni yaradılmış və yaxud introduksiya
edilmiş sortlar çoxaldılır. Belə sortların bioloji və qiymətli təsərrüfat xüsusiyyətlərini öyrənmək
məqsədilə, hər sortdan yetişdirilmiş ting, elmi idarə və müəssisələrin sort-sınaq məntəqələrində
ayrıca əkilir. Onlardan yerli şərait üçün ən dəyərlilərini seçib təsərrüfatlarda becərilmələrini
tövsiyə edirlər.
Sənaye meyvə tingliyi. Əmtəəlik meyvə bağları salmaq üçün becərilmələri məsləhət görülmüş
rayonlaşdırılmış cins və sortlardan kütləvi şəkildə ting yetişdirməklə məşğul olan təsərrüfatdır.
Meyvə tinglikləri istiqamətlərinə görə iki tipdə olur: 1. İxtisaslaşmış; 2. Qarışıq tinglik
təsərrüfatları.
İxtisaslaşmış tinglik təsərrüfatlarında yalnız meyvə-giləmeyvə bitkilərinin müxtəlif sortlarından
ting yetişdirilir. Qarışıq tingliklərdə isə meyvə-giləmeyvə bitkilərindən başqa digər bitkilərin
(meşə və bəzək bitkilərinin) də tinglərini yetişdirirlər.
67.Tingliyin wobeleri ve onlarin esas vezifeleri..
Meyvə bağının salınması üçün vegetativ üsulla yetişdirilmiş əkin materialına ting, tingin
yetişdirildiyi sahəyə isə tinglik deyilir. Meyvə tingliyi meyvəçiliyin əsası olub onun vəzifəsi meyvə
bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək
keyfiyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahə-sinin
genişləndirilməsi, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının
yaradılması vacibdir. Bu halı nəzərə alıb hər bölgənin və hətta rayonun öz təbii-tarixi şəraitinə
məxsus meyvə bitki cinsləri və sortları olduğundan, həmin şəraitdə də meyvə tingliyi təsərrüfatı
yaratmaq lazımdır.
Meyvə tingliyi daşıdığı vəzifəyə görə iki tipdə olur: 1. Reproduksiyon meyvə tingliyi; 2. Sənaye və
ya əmtəəlik meyvə tingliyi.
Reproduksiyon meyvə tingliyi. Latınca «re» - yeni, yenidən, «produksion» isə istehsal deməkdir.
Belə tinglik adətən meyvəçilik üzrə elmi-tədqiqat institutlarının, seleksiya təcrübə stansiyalarının,
dayaq məntəqələrinin, kənd təsərrüfatı ali və orta ixtisas müəssisələrinin, universitetlərin
biologiya təmayüllü fakültələri nəzdində olur. Burada yeni yaradılmış və yaxud introduksiya
edilmiş sortlar çoxaldılır. Belə sortların bioloji və qiymətli təsərrüfat xüsusiyyətlərini öyrənmək
məqsədilə, hər sortdan yetişdirilmiş ting, elmi idarə və müəssisələrin sort-sınaq məntəqələrində
ayrıca əkilir. Onlardan yerli şərait üçün ən dəyərlilərini seçib təsərrüfatlarda becərilmələrini
tövsiyə edirlər.
Sənaye meyvə tingliyi. Əmtəəlik meyvə bağları salmaq üçün becərilmələri məsləhət görülmüş
rayonlaşdırılmış cins və sortlardan kütləvi şəkildə ting yetişdirməklə məşğul olan təsərrüfatdır.
Meyvə tinglikləri istiqamətlərinə görə iki tipdə olur: 1. İxtisaslaşmış; 2. Qarışıq tinglik
təsərrüfatları.
İxtisaslaşmış tinglik təsərrüfatlarında yalnız meyvə-giləmeyvə bitkilərinin müxtəlif sortlarından
ting yetişdirilir. Qarışıq tingliklərdə isə meyvə-giləmeyvə bitkilərindən başqa digər bitkilərin
(meşə və bəzək bitkilərinin) də tinglərini yetişdirirlər.
Yüksək keyfiyyətli tingin yetişdirilməsi texnologiyası bir sıra mürəkkəb əməliyyatın ardıcıl
tətbiqini tələb edir. Bununla əlaqədar olaraq tələb olunan bütün material və avadanlıq sənaye
meyvə tingliyinin nəzdində cəmlənməlidir. Odur ki, nümunəvi təşkil olunmuş ixtisaslaşmış sənaye
meyvə tingliyi təsərrüfatında aşağıdakı şöbələr olmalıdır.
68.Meyvə baglarinin tipləri
Meyvə bağı dedikdə əmtəəlik meyvə məhsulu istehsah üçün nəzərdə tutulan çoxillik əkililər
sahəsi nəzərdə tutulur. Məqsədinə, istiqamətinə və becərilmə texnologiyasına görə meyvə
bağının aşağıdakı tipləri mövcuddur:
Həyətyanı bağ. Şəxsi həyətyanı sahələrdə təşkil olunan bağ tipidir. Yığılmış məhsul şəxsi
mülkiyyətçinin istəyilə istifadə olunur.
Kollektiv bağ. İri fabrik, zavod və ya birliklərin nəzdində fəhlə və qulluqçularm təşkil etdikləri bağ
tipidir. Belə bağın həcmi 3-5 ha-dan 25-30 ha-ya qədər olur. Burada bağçılıq yoldaşlığı yaradılır.
Yığılmış məhsul «hər kəsə əməyinə görə» prinsipilə bölünür.
Sort-sınaq bağı. Yeni yaradılmış və introduksiya edilmiş sortların konkret torpaq-iqlim şəraitində
öyrənilməsi, həmin şərait üçün yararlılıq dərəcəsinin müəy-yənləşdirilməsilə məşğul olan bağ
tipidir. Bağda olan bitkilər üzərində dəqiq müşahidə və uçot işləri aparılır. Məhsul ümumi istehsal
planına və ya müqavilə öhdəliklərinə əsasən müvafiq yolla realizə olunur.
Toxumluq və qələmlik ana bağlar. Belə bağ tipləri meyvə tingliyi nəzdində təşkil olunur.
Əmtəəlik və va sənaye meyvə bağı. Əmtəəlik meyvə məhsulu istehsalında əlahəddə rol oynayan
bağ tipidir. Belə bağda rayon və ya bölgə üçün rayonlaşdırıl-mış cinslər və calaqaltı-sort
kombinasiyaları üzrə meyvə tingləri əkilir, düzgün aqrotexnoloji fonda becərilir və yüksək
keyfiyyətli əmtəəlik məhsul istehsal edilir. Əmtəəlik meyvə bağında əkiləsi bitkilərə verilən qida
sahələri, bağda tətbiq olunan texnoloji proseslərin səviyyəsi kəskin surətdə fərqləndiyindən bu
bağ tipi ekstensiv və intensiv tipli ola bilir.
Ekstensiv tipli meyvə bağı. Belə meyvə bağı bir qayda olaraq, ucaboylu meyvə bitkilərindən
salınmaqla, hər bitkiyə verilən qida sahəsi geniş olur. Belə bağın hər hektarında 80-125 ədəd
bitki olmaqla onlara əsasən kürə şəkilli, iri həcmli təbii çətir forması verirlər. Belə bağlarda ilaşırı
məhsuldarlıq güclü olur. Hazırda belə bağ tipləri tətbiq olunmur. Mövcud olanlar tədricən ləğv
edilir.
İntensiv tipli meyvə bağı. Belə bağda intensivləşmənin bütün ünsürləri iştirak edir. Burada yüksək
mexanikləşdirmə, kimyalaşma və meliorasiya əsasında:
Sahə vahidində bitkilərin miqdarı maksimum dərəcədə artırılır;
Bitkilərin həcmi kiçildilir və onlara Günəş şüasından səmərəli istifadə edə biləcək çətir formaları
verilir;
Bitkilərin məhsula düşməsini tezləşdirən, sabit və yüksək keyfiyyətli məhsula təminat verən
aqrokompleks tətbiq edilir;
Məhsula düşməni tezləşdirən, calaqüstü – sortla normal anatomik və fizioloji vəhdət təşkil edən
calaqaltılar seçilir;
Yüksək məhsuldar, tez məhsula düşən, təbii zəif boylu, məhdud çətirli, sabit və keyfıyyətli məhsul
verən sortlar seçilir.
Bunlar adi intensiv, superintensiv və ultrasuperintensiv bağ tipləridir.
69.Meyvə - giləmeyvə bitkilərinin generativ üsulla çoxaldilmasi
Generativ üsulla çoxaltma. Generaiv üsulla çoxaltmaya cinsiyyətli çoxaltma, toxumla çoxaltma,
habelə digen çoxaltma da deyilir. Meyvə-giləmeyvə bitkilərinin təbii şəraitdə toxumla çoxalmaları
geniş yayılmışdır. Bitkidə cinsi hüceyrələr qametlər adlanır. Qametlər haploid hüceyrəli olur.
Haploid orqanizmin hüceyrələrində xromosomlarm sayı diploid orqanizmdəki xromosomların
sayından iki dəfə az olur. Yetkin cinsi hüceyrədəki xromosom sayına haploid say deyilir. Cinsi
hüceyrələr mayalanma prosesində birləşib ziqota əmələ gətirir. Ziqota diploid xromosom yığımlı
hüceyrədir. Diploid yunanca «diplos» - ikiqat, «eydos» - növ deməkdir. Haploiddən fərqli olaraq
diploid somatik hüceyrələr, xromosom sayının ikiqat (2n) artıq olması ilə xarakterizə olunur.
Yumurtacıq yumurtalığın divarlarında əmələ gəlir. Meyvə bitkilərinin toxumları yumurtalıqdan
inkişaf edir. Meyvə-giləmeyvə bitkilərinin əksər botaniki vahidləri heteroziqotdur. Geniş mənada
irsi əlamətə görə iki müxtəlif qametlərin mayalanması nəticəsində əmələ gəlmiş ziqotadan
yaranmış orqanizmə heteroziqot orqanizm deyilir. Toxumla çoxaltma cinsi çoxaltma adlanır. Yeni
sporofitin mayalanmasız inkişafına apoqamiya deyilir. Partenogenez və ya apomiksis bitkilərdə
çoxalmanın xüsusi forması olub mayalanmamış yumurta hüceyrəsinin inkişaf etməsinə deyilir.
Apomiksiya nəticəsində əmələ gəlmiş toxumdan cücərdilmiş bitki ana bitkinin xüsusiyyətlərini
qoruyub saxlamaq imkanına malikdir. Bir sıra meyvə-giləmeyvə bitki cinsləri və sortları
homoziqot bitkilərdir. Geniş mənada eyni irsiyyətə malik orqanizm deməkdir. Meyvə-giləmeyvə
bitki növlərinin və sortlarının əksər qismi heteroziqot, sitrus bitkilərinin, şaftalının əksər sortları,
əriyin Avropa mənşəli sortları, heyva, gavalı, albalının bəzi sortları homoziqot olub onların
çiçəkləri öz-özünü tozlayaraq, mayalayaraq meyvə əmələ gətirirlər. Buna baxmayaraq heteroziqot
və homoziqot bitki növlərinin və sortlarının toxumundan əmələ gəlmiş bitkilər haçalanma,
parçalanma qanunu əsasında ana bitkinin dəyərli bioloji xüsusiyyətlərini və qiymətli təsərrüfat
nişanələrini əksər halda itirirlər.
Toxumla çoxaltmanın əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Nisbətən asan və kütləvi çoxaltma üsuludur;
2. Toxmacarlar mərhələ etibarilə cavan olduqlarından xarici mühit şəraitinin dəyişən təsirindən az
zərər çəkir, şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən davamlı olurlar
3. Geniş kök sistemi yaratdığından torpağın yuyulmasının qarşısını alır.
Lakin toxmacarlar məhsula gec düşdüyündən və ana bitkinin irsi əlamətlərini əsasən
saxlamadıqlarından toxumla çoxaltma seleksiya və calaqaltı yetişdirmək məqsədilə istifadə
edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, calaqaltı yetişdirmək məqsədilə də toxumla artırma
çox zaman istənilən nəticəni vermir. Buna səbəb əksər toxmacarların heteroziqot xüsusiyyətli
olmalarıdır.
70.Vegetativ artirma usullarinin qruplawdirilmasi....
Meyvə-giləmeyvə bitkilərini onların bioloji xüsusiyyətlərindən asılı olaraq vegetativ çoxaltma
üsulunun müxtəlif növləri ilə çoxaldırlar. Bağçılıqda tətbiq olunan vegetativ çoxaltma növlərini
asan öyrənmək məqsədi ilə vegetativ çoxaltma üsulunu aşağıdakı qruplara ayırırlar. I.
İxtisaslaşmış orqanlarla çoxaltma. Bu qrupa bığcıqlarla çoxaltına daxildir.
II.Çatışmayan orqanlar əmələ gələnədək bu və ya digər vegetativ hissələrin ana bitkidən
ayrılması. Buraya aşağıdakı çoxaltma növləri daxildir: a – bitkinin odunlaşmış çiliklə çoxaldılması;
b – bitkinin yaşıl çiliklə çoxaldılması; c – bitkinin yarpaq çilikləri ilə çoxaldılması; e – bitkinin kök
çilikləri ilə çoxaldılması.
III.Çatışmayan orqanlar əmələ gəldikdən sonra bu vəya digər vegetativ hissələrin ana bitkidən
ayrılması. Buraya aşağıdakı çoxaltma növləri daxildir: a – bitkinin basmalarla çoxaldılması; b –
bitkinin kök pöhrələri ilə çoxaldılması; c – bitkinin kolların bölünməsi ilə çoxaldılması.
IV.Calaqla çoxaltına.
Bığcıq, kök pöhrəsi və qismən basma ilə çoxaltma təbii vegetativ çoxaltma, çilik, kolların
bölünməsi, basma və s
Dostları ilə paylaş: |