Kartoqrafiya
Ə
hlimanov R.M.
Kartoqrafiya elmi, onun məqsəd və vəzifələri
.
Kartoqrafiya
– coğrafiya xəritələri və digər kartoqrafik əsərlər, onların
xüsusiyyətləri, yaradılma və istifadə edilmə üsulları haqqında elmdir.
Müasir kartoqrafiya öz inkişaf səviyyəsinə və öyrəndiyi məsələlərin müxtəlifliyinə
görə aşağıdakı bölmələrə, yaxud fənlərə bölünür. Bu fənlər bir-birilə sıx əlaqədə
olmaqla bərabər, onların hər biri özünə məxsus məsələləri həll edir.
1.Xəritəşünaslıq - coğrafiya xəritələrini onların mahiyyətini, növlərini,
elementlərini xəritənin və kartoqrafiyanın inkişaf tarixini xəritədən istifadə etmə
üsullarını və ilk kartoqrafik materialları (mənbələri) öyrənir.
2.Riyazi kartoqrafiya- kartoqrafik proyeksiyaların nəzəriyyəsinin, kartoqrafik
şə
bəkənin hesablanma və qurulma üsullarının, xəritənin geodeziya əsasını təşkil edən
istinad məntəqələrindən istifadə etmə üsullarını, miqyasın və kordinat şəbəkəsini
öyrənilməsindən bəhs edir.
3.Xəritələrin tərtibi və redaktə edilməsi- hazır kartoqrafik materiallara əsasən
labaratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi xəritələrin tərtibindən və redaktə
edilməsindən bəhs edir. Bu bölmənin ən mühüm problemlərindən biri kartoqrafik
generalizasiyanın nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur.
4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və onların
coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin məzmununun rəng və qrafiki (
ş
trixlər, şiriftlər üzrə) surətdə təsvir edilməsi üsullarından bəhs edir.
5. xəritənin nəşri- fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq, poliqrafiya
sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir.
6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların, yüksəkliyin,
meylliyin, həcmin və s. kəmiyyətlərin ölçülməsi və hesablanması üsullarından bəhs edir.
Özünün ənənəvi inkişaf xüsusiyyəti və metoduna görə kartometriya əksər halda
kartoqrafiyanın bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya və
Melikov Behruz