XRONİKİ YORĞUNLUQ SİNDROMU
Geniş yayılmış bu xəstəlik hələ 1930-1950-ci illərdə ABŞ və Avropada qeydə
alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun
təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil
etməyə imkan verdi. Lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar
mövcuddur.
Xroniki yorğunluq sindromu(XYS) və ya fatiq-sindromu (fatigue-fransızca
zəiflik, yorğunluq deməkdir) ilk dəfə 1984-cü ildə A. Lyod tərəfindən təsvir
edilib. Xəstəliyin əsas səciyyəvi əlamətləri kimi xəstənin özünü daim yorğun hiss
etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin
keçməməsi və bunun nəticəsində zehni, eləcə də işgörmə qabiliyyətinin aşağı
düşməsi göstərilir. Bir az dəqiq olaraq konkretləşdirsək, əsas əlamətlər kimi tez
yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-
ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik,
hər hansı xəstəliklə əlaqədar olmayan və tez-tez təkrarlanan baş ağrıları,bəzən
miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxuculluq hallarını
göstərmək olar. Bununla əlaqədar xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi
baş verir. Xəstələr əmək qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar,
gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər.Eləcə də bir qrup
insanlarda çəkinin azalması,azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə
əksinə I-II dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və
onurğa sütunu, əzələlərdə uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü,
əhval- ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzənsə təlaş da xəstəlik üçün
səciyyəvidir. Belə xəstələr adətən tez-tez depressiya halına düşür, yalqız qalmaq
istəyirlər, saçlar tökülür ,barmaq izləri yox olur. Xəstələrin çoxu yorğunluq
hissinin hər hansı xəstəlikdən sonra yarandığına əmin olurlar və hətta XYS-nun
başlanmasının dəqiq tarixini deyə bilirlər.
Xroniki yorğunluq sindromu əsasən insanın müəyyən stress keçirdiyi və ya onun
üçün qeyri- adi vəziyyət yarandığı zaman özünü biruzə verir. Səbəblərinə
gəldikdə isə sindromun əmələ gəlməsinin səbəbləri axıra kimi öyrənilməyib.
Xəstəliyin əmələ gəlməsi ilə əlaqədar bir neçə fərziyyə mövcuddur.
Belə ki, Yaponiya həkimləri XYS-nun limfositlərin məhv olması nəticəsində
yarandığını iddia edirlər və xəstəliyi “təbii killerlərin ölümü sindromu”
adlandırırlar. Rusiya alimləri hesab edirlər ki, xroniki yorğunluq sindromu zəif
sinir sistemi və və immun sisteminin anadangəlmə zəifliyi olan insanlarda təsadüf
edir.
XYS xəstəliyinə 20-40 yaş arasında olan cavan insanlar (bunların əksəriyyəti,
yəni 65-80 faizi qadınlardır), tək və emosional qadınlar (belə qadınlar kişilərdən
2-3 dəfə çox xəstələnir), yaxşı təhsil almış və yüksək gəlirli ailələrin üzvləri, işdə
tez-tez stress keçirənlər, özünə qarşı tələbkar olanlar, ekoloji cəhətdən qeyri-
qənaətbəxş şəraitdə yaşayan insanlar, iri şəhərlərin, meqopolislərin əhalisi bu
xəstəliyə düçar ola bilirlər.
Hazırda alimlər və həkimlər xroniki yorğunluq sindromunun və ya fatiq
sindromunun müalicəsi haqqında çox düşünürlər. Xəstəliyin müalicəsi ailə
həkimi, alleqoloq və ya artroloq tərəfindən aparılır. Müalicə uzun müddət, bəzən
aylarla, hətta illərlə də davam edə bilər. Xroniki yorğunluq sindromunun
müalicəsi üçün spesifik dərman maddəsi hazırda yoxdur. Həkimlər müalicəni
klinik təcrübələrinə əsaslanaraq aparırlar. İstənilən halda müalicəyə fiziki iş və
istirahət rejiminin normallaşdırılması, pəhriz saxlanması, vitamin terapiyası,
autogen məşqlər ,o cümlədən psixoterapiya, immunokorrektorların
təyini,hidroterapiya, kiçik dozalarla, antidepressantlar tətbiq olunur.
Güclü intellektual iş və ya ağır fiziki zorakılıqdan sonra sağlam bir orqanizm tam
istirahət səbəbiylə tez bir zamanda bərpa edilir. Yorgunluq simptomları qalırsa,
bu, ciddi bir xroniki xəstəliyin əlamətidir.
Xroniki (daimi) yorğunluq və ya CFS sindromu sinir sisteminin tənzimləyici
mərkəzlərinin bir nevrozudur. Bu, inhibitor proseslərdən məsul olan beyin
zonasının funksiyalarının maneə törədilməsidir.Epstein-Barra , Coxsackie və tip
6 növlərinin xroniki yorğunluq sindromu virusuna yol aça bilər.
Digər tədqiqatlar belə səbəblərə xroniki yorğunluq sindromunu bağladı:
sitomegalovirus ;
mikro və makronutrientlərin çatışmazlığı;
hepatit C;
enterovirus ;
qida allergiyası;
İmmünoloji xəstəliklər;
retrovirus;
somatik xəstəliklər;
depressiya;
bədəndə oksigen nəqlinin pisləşməsi;
hücresel metabolizmə dəyişikliklər;
həddindən artıq zehni və fiziki stress;
mitokondriyaların sayının azalması, onların disfunksiyası;
L-karnitinin kəskin çatışmazlığı;
bağırsaqdakı bakteriyaların dengesizliyi;
ekoloji xüsusiyyətləri;
hipodinamiya;
kilolu.