Həsənov Vüsal Dəyişiklik olunan orfoepiya qaydaları



Yüklə 117,19 Kb.
Pdf görüntüsü
tarix15.07.2022
ölçüsü117,19 Kb.
#62766
növüQaydalar
Dəyişiklik olunan orfoepiya qaydaları



Həsənov Vüsal Dəyişiklik olunan orfoepiya qaydaları 

1. 2.5.1. ai, ia, iə, əi, io yanaşı saitlərinin işləndiyi alınma sözlərin tələffüzü zamanı həmin 
saitlərin arasına [y] səsi artırılır: ailə [a:yilə], dairə [da:yirə], vəsait [vəsa:yit], dialekt 
[diyalek’t], dialoq [diyalok’], faciə [fa:ciyə], müdafiə [muda:fiyə], təbiət [təbiyət], radio 
[radiyo], stadion [stadiyon], zəif [zəyif] və s.; 
 
2.
2.5.3. ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi 
və uzanma hadisəsi baş vermədən tələffüz olunur: aerodrom [aerodrom], aeroport [aeroport], 
okean [okean], realizm [realizm], teatr [teatr], fəaliyyət [fəaliyət], səadət [səadət], teorem 
[teorem], müalicə [müalicə], müavin [müavin], müəllim [müəllim], müəllif [müəllif], aktual 
[aktual], aul [aul], dua [dua], duel [duel], maneə [maneə], məcmuə [məcmuə], mətbuat 
[mətbuat], pauza [pauza], Rauf [Rauf], taun [taun], Zaur [Zaur] və s.;
 
3.
2.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir
fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun 
[çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], 
novruz [novruz], növbə [növbə], şövkət [şövkət], şövq [şövq], tövbə [tövbə] və s. 
 
4.
4.1. Üçüncü şəxsin təkini bildirən -dır4 xəbərlik şəkilçisi [-dı4] kimi tələffüz olunur: 
ağıllıdır [ağıllıdı], doludur [doludu], gözəldir [gözəldi], gözləməlidir [gözdəməlidi], istəyəsidir 
[isdiyəsidi], səfərdədir [səfərdədi], üstünlükdür [üsdünnüx'dü], yaxınlıqdadır [yaxınnıxdadı], 
yaxşıdır [yaxşıdı] və s. 
 
5.
4.6.7. -laq şəkilçisi [dax] kimi tələffüz olunur: duzlaq [duzdax], qışlaq [qışdax], otlaq 
[otdax] və s. 
 
 
 
 
https://t.me/vsl1996
 
 
 
 

Yüklə 117,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin