PAŞa yaqub



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix04.05.2017
ölçüsü2,89 Kb.
1   2   3   4   5   6   7   8

 
SOLTAN BABA  PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
abran  rayonunda  möminlərin  ziyarət  etdikləri 
Allah  dostlarından  biri  də  Soltan  Baba  adı  ilə 
tanınan övliyadır. Onun qəbri-şərifi Şabran rayonunun 
Ş 

Övliyalar məkanı. Quba mahalı 
 
21 
Uqah kəndindədir. AMEA-nın Arxeologiya və Etnoq-
rafiya  institutunun  əməkdaşı,  professor  Məşədixanım 
Nemətovanın  yazdığına  görə  burada  əvvəllər  daş  ki-
tabə  olsa  da,  sonralar  bu  kitabə  yoxa  çıxmışdır. 
Kitabənin  M.  Nemətova  tərəfindən  edilmiş  tərcüməsi 
aşağıdakı kimidir: 
 “Bu  türbə  şeyxlərin  məliki,  zahidlərin  (Sufilikdə 
III dərəcəyə çatmışlara zahid deyilir.) qütbü Şeyx Əbu 
Bəkrindir  –  Allah  ona  rəhmət  eləsin.  Bu  türbəni 
məmləkətlərin  sultanı,  qa-
dir  Fərruxzad  ibn  Əxistan 
(vaxtında)  Nəcəf  Məhəm-
məd  bin  Nasir  beş  yüz 
doxsan  dördüncü  (1197-
1198) il tarixdə tikdirdi.”   
Kitabədən  göründüyü 
kimi  Şeyx  Əbu  Bəkr  yüksək  titulları  olan  ruhani 
alimdir.  O,  sufiliyi  təbliğ  edən  cəmiyyətin  şeyxi 
olaraq,  bölgə  əhalisi  tərəfindən  sevilmiş  və  zaman-
zaman ziyarət olunmuşdur. 
 
 
PİRƏZƏNBİL PİRİ 
 
Rəhman və Rəhim olan Allahın Adı ilə 
 
u  pir  Xaçmaz  rayonunun  Padar  kəndində 
yerləşir. Burada iki övliyanın qəbri vardır ki, 

 
 

Paşa Yaqub 
 
 
22 
onların adları dəqiq bilinmir. Orta əsrlərə aid olan bu 
qəbirlər  hələ  ta  qədimdən  yerli  əhali  tərəfindən  mü-
qəddəs  sayılır  və  müxtəlif  niyyətlərlə  ziyarət  olunur. 
Ziyarətə gələnlərin əlində zənbil olduğundan, pirin adı 
pirəzənbil kimi qalmışdır (düzgünün  allah bilir). 
  
 
 
 
 
Burada  hər  həftənin  çərşənbə  və  şənbə  günləri 
qələbəlik  olur.  Söhbət  etdiyim  ziyarətçilər  müxtəlif 
niyyətlərlə bu piri ziyarət etdiklərini  və niyyətlərinin 
hasil olduğunu dedilər. Pirin kəramətlərinə dair Quba 
rayonunun  Barlı  kənd  sakini  Seyidəhmədova  Səidə 
Kamil qızı bunları dedi: 
- Oğlum Yusifin bir yaşı var, üç gündür qızdırması 
39-dan aşağı düşmür. Həkim iynə vuranda 38-ə düşür. 
Uşaq üzüstə qalıb. Bu gecə yuxumda gördüm ki, uşağı 
qollarımın  üstünə  alıb,  harasa  aparıram.  Birdən  gör-
düm  bu  pirin  həyətindəyəm.  Ağ  saqqallı,  əmmaməli, 
nurani bir kişi məni qarşılayıb, uşağı yanındakı böyük 
bir  daşın  üstünə  qoymağımı  istədi.  Dediyini  etdikdə 

Övliyalar məkanı. Quba mahalı 
 
23 
dua  oxuyaraq,  əlini  uşağın  üzərinə  çəkdi,  dedi  Allah 
şəfa  verəcək.  Bu  vaxt  mən  yuxudan  ayıldım.  Səhər 
tezdən  Yusifi  də  götürüb,  ailəlikcə  bura  ziyarətə 
gəldik.  Artıq  axşamüstüdür,  hələ  uşağın  qızdırması 
qalxmayıb, normal oynayır.  
 
ŞEYX ÖMƏR BABA 
 
Rəhman və Rəhim olan allahın adı ilə 
   
eyx  Ömər  Babanın  müqəddəs  məzarı  Xaçmaz 
rayonunun  Vələmir  kəndi  ərazisində,  meşənin 
içərisində yerləşir. Azərbaycanın şimal bölgəsinin əha-
lisi, həmçinin qonşu Dağıstan müsəlmanları onun qəb-
rini sevə-sevə ziyarət edib, ruhuna dualar oxuyurlar.  
        
Ziyarətgahın ağaclarını qırmaq istəyənlər 
 bir-birlərini qırdılar 
    
ovet  hökuməti  yeni  qurulanda  əsgərləri  gön-
dəriblər  ki,  övliyanın  qəbrinin  olduğu  meşəni 
qırsınlar.  Kənd  ağsaqqalları  onları  başa  salmağa  ça-
lışırlar ki, ziyarətgahın ağaclarını qırmaq olmaz, ziyan 
çəkərsiniz.  Əsgərlər  öyüd-nəsihətə  məhəl  qoymayıb, 
işə  başlamaq  istəyəndə  öz  aralarında  dava  düşür  və 
əllərindəki balta ilə biri-birlərini çapmağa başlayırlar. 
Beləliklə,  bir  neçəsi  ölüb,  bir  neçəsi  yaralandıqdan 
Ş 


Paşa Yaqub 
 
 
24 
sonra  əsgərlər  qayıdıb  gedirlər  və  bir  daha  ora 
qayıtmırlar. 
     
Pirə toxunan birinci katibin ağzı əyildi 
1970-ci  illərin  əvvəllərində  Xaçmaz  rayon  Partiya 
Komitəsinin  birinci  katibinin  göstərişi  ilə  Şeyx  Ömər 
Babanın ziyarətgahına aparan yolda köndələn xəndək 
qazılır  ki,  ziyarətçilər  keçib  gedə  bilməsinlər. 
Həmçinin pirdəki qab-qacaq yük maşınına yüklənərək, 
Sumqayıt şəhərindəki util zavoduna göndərilir. Lakin, 
yük maşınının sürücüsü Allahın qəzəbindən qorxaraq, 
qabları Beşbarmaq dağında yerləşən Xıdırzində pirinə 
boşaldır.  Katibi  inandırmaq  üçün  isə,  Sumqayıta  ge-
dərək, zavoddan təhvil aktı alır. Allahın qəzəbi özünü 
çox  gözlətmir.  Elə  həmin  gecə  katibin  ağzı  əyilir. 
Həkimlər  çox  müalicə  etsələr  də,  faydası  olmur. 
Əlacsız  qalıb,  Vələmir  kəndinə,  Ömər  Babanın 
nəslindən  olan  Məhəmməd  kişinin  evinə  üz  tutur. 
Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua 
etməsini  istəyir.  Məhəmməd  kişi  babalarından  qalan 
əsanı  onun  üzünə  sürtür  və  gecəikən  ziyarətə  aparır 
(katib  gündüz  ziyarət  etməyə  qorxurdu).  Nəhayət, 
yolu  düzəldib,  qabları  yerinə  qaytarandan  sonra 
katibin ağzı düzəlir.  
 
 
 

Övliyalar məkanı. Quba mahalı 
 
25 
Ziyarətçilər övliyanın kəramətindən faydalanırlar 
Burada niyyət tutanların niyyəti övliyanın duası ilə 
tez hasil olur. Bu mövzuda ziyarətçilər mənə çox əh-
valatlar  danışdılar.  Oxucuların  marağını  nəzərə  alıb, 
həmin  əhvalatlardan  bir  neçəsini  diqqətinizə  çat-
dırıram. 
 
Məmmədova  Şəfiqə  Kamal  qızı  –  Xaçmaz  şəhəri, 
Fətəlixan küçəsi, ev 6:  
-  Otuz  yeddi  ildir  ailə  qurmuşam,  son  illərə  qədər 
evimiz  yox  idi,  iki  uşaqla  kirayələrdə  yaşayırdıq. 
Uşaqlar  böyüdükcə  evsizlik  məni  narahat  edirdi.  Bir 
neçə  il  bundan  qabaq  Şeyx  Ömər  Babanın  ziyarətinə 
gəldim və bu kəramətli övliyanı vəsilə tutaraq, Allah-
dan  ruzimizi  artırmağı  və  ev-eşik  sahibi  olmağımızı 
istədim. Niyyət tutdum ki, arzularım həyata keçsin, bu 
ziyarətgahda  qurban  kəsərəm.  Şükür  Allaha  ki, 
niyyətim  qəbul  olundu.  O  gündən  sonra  ruzimiz  art-
mağa  başladı.  İndi  ev-eşiyimiz  də  var.  Dualarımın 
qəbulunda  vəsilə  olduğu  üçün  tez-tez  gəlib  Ömər 
Babanı ziyarət edirəm. 
 
Bəyova  Həzrə  Bəxtiyar  qızı  –  Xaçmaz  rayonu, 
Vələmir kənd sakini, Şeyxin törəməsi: 
- Ailə qurmağımdan beş il keçməsinə baxmayaraq, 
övladımız olmurdu. Müalicənin də xeyri olmurdu. Bir 
gün  bir  görücünün  yanına  gedib,  ondan  məsləhət 
istədim. Dedi sənin arxanda böyük bir övliya dayanıb, 

Paşa Yaqub 
 
 
26 
niyə  ondan  yardım  istəmirsən?  Dedim  o  mənim  ulu 
babamdır,  həkimə  getməzdən  qabaq  onu  ziyarət  edi-
rəm.  Dedi  sənin  bu  cür  hərəkət  etməyin  babanın 
xoşuna  gəlmir.  Çünki,  o  səni  tək  müalicə  etmək 
istəyir, həkimsiz. 
Evə  qayıdandan  sonra  maraqlı  bir  yuxu  gördüm. 
Gördüm  Ömər  babamın  məzarının  yanındayam, 
babam əlində su bardağı tutub, hansı ki, həmin bardaq 
həmişə  məzarın  üstündə  olur.  Mənə  dedi:  “Mənim 
xəstə  balam,  gəl  səni  müalicə  eləyim”.  Belə  deyib, 
məzarın  üstündəki  daşla  üzümə,  sinəmə  sürtdü.  Bu 
vaxt yuxudan ayıldım. Sabahı gün ziyarətə getdim. Bir 
müddətdən  sonra  hamilə  qaldım  və  qızım  Yaqut 
dünyaya gəldi.    
 
Müxubəliyev Cəlal Müxubəli oğlu – Xaçmaz rayon 
Hacalıbəy kənd sakini: 
-  Uzun  müddət  idi  ki, təzyiqdən  əziyyət  çəkirdim. 
Tez-tez təzyiqim 180-200-ə qalxırdı. Müxtəlif həkim-
lərə müraciət etmişdim, deyirdilər ki, qorxudan, ya da 
stresdən yaranıb. Uzun müddət   müalicələr alsam da, 
xeyri olmurdu, arabir təzyiq qalxıb məni pis vəziyyətə 
salırdı.  Bir  gün  bir  qoç  qurbanı  götürüb  Vələmir 
kəndinə - Şeyx Ömər Babanın ziyarətinə getdik. Qur-
banı  kəsib,  Quranını  oxudandan  sonra  mən  orada 
yatdım.  Və  həmin  gündən  5-6  il  keçib,  hələ  də  təz-
yiqim qalxmayıb. 

Övliyalar məkanı. Quba mahalı 
 
27 
 
eyx Ömər Babanın bildiyimiz qədər Mürşid və 
Cümşüd adında iki oğlu olmuşdur ki, onlar da 
atalarının  yolunu  davam  etdirdiklərindən,  xalq 
arasında “Şıx” təxəllüsü ilə çağrılmışlar.  
Şıx  Cümşüdün  oğlu  Şıx  Qasım  Babanın  da  qəbri 
Ömər Babanın qəbrinin yanındadır. 
Şeyxin  nəslinin  törəmələri  bugün  də  Vələmir 
kəndində yaşayırlar. 
 
 
 
ŞEYX YUSİF MÜSKÜRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
zərbaycanın  şimal  bölgəsində  ən  çox  ziyarət 
edilən övliyalardan biri də Şeyx Yusif Əfən-
didir.  Onun  şərif  məzarı  Xaçmaz  rayonunun  Şıxlar 
kəndindəki günbəzdədir. 
Haşimilər  nəslindən  olan  və 
soykökü  Həzrət  Əli  və  Həzrət 
Fatimə  vasitəsi  ilə  Peyğəmbər 
Əfəndimizə  bağlanan  Şeyx  Yu-
sifin şəcərəsi bu gün Xaçmaz ra-
yonunun  Seyidlər  kəndindəki 
törəmələrinin  evində  saxlanmaq-
dadır.  Tam  adı  Yusif  ibn  Əli  əl-
Ş 


Paşa Yaqub 
 
 
28 
Fazil  əl-Hüseyni,  künyəsi  Əbül-Füyuzat,  ləqəbi 
Ziyaəddindir. 
Abbasqulu  ağa  Bakıxanov  Mövlana  Şeyx  Molla 
Yusif haqqında “Gülüstani-İrəm” əsərində belə məlu-
mat  vermişdir:  “Onun  ulu  babaları  Qubanın  Müskür 
nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri 
səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət 
mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Baku-
vidən  (XIV-XV  əsrlər)  irşad  xirqəsi  almış  və  təriqət 
saliklərinin  üzünə  feyz  və  təbliğ  qapılarını  açmışdır. 
Şeyxin  məzarı  və  onların  yurdu  olan  kənd  Şıxlar  adı 
ilə  adlanmışdır.  Onun  əsərlərindən  ancaq  “Bəyanül-
əsrar”  adlı  ərəbcə  kitabı  bizə  gəlib  çatmışdır.  Bir 
müqəddimə və 24 fəsildən ibarət olan bu kitab, əşya-
nın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri 
və füqəranın adət və ədəbinə aid olan geniş mövzuları 
müxtəsər  bir  surətdə  izah  edir.  Hicri  səkkizinci  əsrin 
axırlarında vəfat etmişdir”. 
Tədqiqatçı Mehmet Rıhtımın araşdırmalarına görə 
Şeyx Yusifin vəfat tarixi 1485 miladi ilidir. Onun atası 
Şirvanın  qazil-quzatı  və  dövrünün  nüfuzlu  alimlərin-
dən  olmuşdur.  İlk  təhsilini  atasından  alaraq,  doqquz 
yaşında  Quranı  oxumağı  tam  öyrənib  başa  çatdırmış, 
həddi-buluğa  yetəndə  dərs  deməyə  başlamışdır.  Son-
ralar  Həccə  gedərək  Misir,  Qüds,  İsgəndəriyyə,  Bağ-
dad və Şamda olmuş, buradakı böyük alimlərdən dərs 

Övliyalar məkanı. Quba mahalı 
 
29 
alaraq, elmi biliklərini təkmilləşdirmişdir. Daha sonra 
Şamaxıya gələrək, elm tədrisi ilə məşğul olmuşdur.   
eyid Yəhya Bakuvidən dərs almağı ona Həzrət 
Peyğəmbərimiz  yuxusunda  tövsiyə  etmişdir. 
Yusif  Əfəndi  dərhal  Bakıya  gələrək,  Seyid  Yəhyaya 
yetişmiş  və  ona  mürid  olmuşdur.  Şeyxinin  əmri  ilə 
xəlvətə  girmiş
1
  çətin  riyazətlər  ilə  böyük  mərtəbələr 
keçib, xəlifəlik məqamına çatmışdır.  
Seyid  Yəhya  onu  irşad  üçün  Şamaxıya  göndər-
mişdir.  Burada onun yüzlərlə müridi olmuşdur. 
Nəzminin  yazdığına  görə  Seyid  Yəhya  Bakuvi 
ölümündən  əvvəl  xəlifələri  və  müridləri  toplayaraq, 
“məndən  sonra  səccadə  və  Allahın  əmanəti  Məxdu-
mundur”-  demişdir.  (Bakuvi  əzizləmə  mənasında 
Yusifə  “Məxdum”  təxəllüsü  vermişdi.)  Lakin  Seyid 
Yəhya  dünyasını  dəyişəndə  onun  ortancıl  oğlu  Fətul-
lah atasının səccadəsində oturmuş, Yusif Məxdum da 
ona  güzəşdə  gedərək,  müridləri  sakitləşdirmişdir. 
Daha  sonra  Şeyx  Yusif  Şamaxıya  gələrək,  burada 
irşad etmiş, bir müddətdən sonra isə Qubanın Müskür 
nahiyəsində fəaliyyətini davam etdirmişdir.  
                                                 
1
 
Xəlvətə girmək - qaranlıq otaqda 40 gün qalaraq, ətraf aləmlə 
əlaqəsini  kəsib,  ancaq  ibadət  və  zikr  etmək,  quran  oxumaqla 
məşğul olmaqdır. Bu müddətdə mürid ancaq məhdud miqdarda 
su və quru çörəklə qidalanır.
  


Paşa Yaqub 
 
 
30 
Qəbri-şərifi  Xaçmazın  Şıxlar  kəndindəki  gün-
bəzdədir.  Həmin  günbəzdə  Şeyxin  oğlu  Məhəmməd 
Əminin və digər şeyxlərin də qəbirləri vardır.  
AMEA-nın  professoru  Məşədixanım  Nemətova 
Məhəmməd  Əminin  qəbrinin  üstündəki  ərəbcə  yazını 
bu cür tərcümə etmişdir: 
 “Bu  qəbir,  Mövlana  Şeyx  Yusifin  oğlu,  mərhum 
Məhəmməd  Əminindir.  Səkkiz  yüz  altmışıncı  il” 
(1455-1456 miladi ili).  
M.Nemətovanın tədqiqatlarından o da məlum olur 
ki,  Şeyx  Yusifin  digər  övladları  və  nəvələri  də  onun 
yolunu  davam  etdirərək,  şeyxlik  titulu  qazanmışlar. 
Bunu günbəzdən çöldəki qəbrlərin üstündəki yazıların 
tərcüməsindən görmək olur: 
 “O  əbədidir,  əzəmətlidir.  Bu,  Şeyx  Yusif  Müs-
kürünün  övladı,  mərhum,  bağışlanmış  Şeyx  Əşrə-
findir”. 
 “Bu  qəbrin  sahibi  Şeyx  Əşrəfin  oğlu  rəhmətlik, 
günahları  bağışlanmış  İsgəndərindir.  Allah  ona 
rəhmət eləsin”. 
 “Onun  sahibi  və  maliki,  bu  qəbr  Şeyx  Mövlana 
Yusifin  övladlarından  Şeyx  Əşrəfin  oğlu  Şeyx  Tahi-
rindir. Allah ona rəhmət eləsin. Səfər ayı”. 
 
eyx  Yusif  Əfəndinin  nəsil  şəcərəsi  bu  gün  də 
davam  etməkdədir.  Belə  ki,  onun  törəmələri 
Ş 

Övliyalar məkanı. Quba mahalı 
 
31 
Xaçmaz  rayonunun  Seyidlər  kəndində  və  Dağıstan 
respublikasında yaşamaqdadırlar. 
  
 
 
 
 
 
 
 
 
 
 

Paşa Yaqub 
 
 
32 
 
 
MURAD PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
urad  piri  adı  ilə  tanınan  ziyarətgah  Xaçmaz 
rayonunun  Qarğalı  kəndinin  ərazisində 
yerləşir.  Neçə  əsrlərdir  ki,  insanlar  burada  etdikləri 
dualarla  murada  çatdıqları  üçün,  pirin  adı  da  bundan 
yaranmışdır. Burada ən çox yel xəstəliyindən (və digər 
xəstəliklərdən) əziyyət çəkənlər şəfa tapdıqlarından, el 
arasında  “Yel  piri”  də  deyirlər.    Buradakı  günbəzin 
içərisində  kəramətli  bir  övliyanın  qəbri  vardır.  Əv-
vəllər qəbrin üzərində yazılı daş olsa da, 2000-ci ildə 
burada günbəz tikilərkən həmin daş yoxa çıxmışdır.  
Keçən  əsrin  əllinci  illərində  bu  kəndin  sovxoz 
direktoru  Murad  pirini  dağıdıb,  yerində  əkin  əkmək 
istəyib. Bu məqsədlə Rus millətindən olan bir traktor-
çunu ora göndərib. Amma rus nə qədər cəhd etsə də, 
traktor  pirə  toxuna  bilməyib.  Hər  dəfə  qəbrə  yaxın-
laşanda  motor  sönürmüş.  Nəhayət,  əlacsız  qalıb,  geri 
qayıdıb.  Ondan  sonra  heç  kəs  piri  dağıtmağa  cürət 
etməyib. 
Xaçmazda  olarkən  Murad  pirinin  kəramətindən 
faydalanan  bir  çox  insanlarla  rastlaşdım.  Onlardan 
birinin söhbətini diqqətinizə çatdırıram. 


Övliyalar məkanı. Quba mahalı 
 
33 
Nadirov  Əvəz  Abuzər  oğlu  –  Xaçmaz  rayonunun 
Çarxı kəndinin 60 yaşlı sakini:  
  -  Gəncliyimdə  möhkəm  xəstələnmişdim,  yerim-
dən tərpənə bilmirdim. Müalicələrin də effekti yox idi. 
Bir  gün  qohumlarım  məni  maşının  arxa  oturacağına 
uzandırıb,  Murad  pirinə  apardılar.  Çatanda  da  əllə-
rimdən, ayaqlarımdan yapışıb, maşından düşürdülər və 
övliyanın  qəbrinin  yanına  uzandırdılar.  Mən  burada 
övliyanı  vəsilə  tutub,  Allahdan  özümə  şəfa  dilədim. 
Sonra  mənə  pirin  tütyəsindən  içirdilər.  Qayıdandan 
sonra  yaxşılaşmağa  başladım.  Üç  gündən  sonra  mən 
işə  çıxdım.  Hansı  ki,  mən  neçə  illər  idi  yel  xəstə-
liyindən  əziyyət  çəkirdim.  Hərdən  bir  az  yaxşılaşıb, 
gəzsəm  də,  bir  yanı  üstə  gəzirdim,  düz  yeriyə  bil-
mirdim. İndi düz yeridiyimi görüb, yoldaşlarım hamısı 
təəcüblənirdilər. Həmin gündən iyirmi ildən çox vaxt 
keçib, hələ də xəstələnməmişəm. 
         
Coşan ələm 
 
urad  pirini  ziyarət  edərkən  mənə  Hacılar 
kəndinin  bələdiyyə  sədri  Məşhədi  Əbülfəz 
bələdçilik edirdi. Qonaqpərvər bir ziyalı olan Əbülfəz 
müəllim  məni  evinə  qonaq  dəvət  etdi.  Böyük  məmu-
niyyətlə  dəvəti  qəbul  edərək,  onlara  gəldik.  Kənd  ağ-
saqqalları 72 yaşlı Kərbəlayi İslam Nuru oğlu və Hacı 
Nəzər  İmanqulu  oğlu  da  gəlişimizi  eşidib,  söhbət 
etməyə gəldilər. Onlar sovetlərdən qabaq Hacılar kən-


Paşa Yaqub 
 
 
34 
dinə  gətirilmiş  ələmin  coşmasın-
dan  tutmuş,  kəramət  sahibi  Seyid 
Mircəfər  ağanın  yağış  yağdırma-
sına qədər, şahid olduqları bir çox 
maraqlı  əhvalatları  danışdılar. 
Oxucuların marağına səbəb olaca-
ğını nəzərə alıb, həmin söhbətlərin 
bir  hissəsini  kitaba  daxil  etmək 
qərarına gəldim. 
   
Kərbəlayi İslam Nuru oğlu: 
-  Kəndimizdə  bir  neçə  evdə  ələm  var.  Onlardan 
ancaq  biri  –  rəhmətlik  Gülhüseyn  kişinin  evindəki 
ələm coşan ələmdir. Onun babaları Nikolay zamanın-
da    Kərbəladan  gətiriblər.  Deyilənə  görə  imamları-
mızın  döyüşlərdə  istifadə  etdikləri  ələmdir.  Həmin 
ələm  də  hər  adamın  əlində  gəzmir.  Mən  cavan  uşaq 
olanda  qonşu  Qarağaşlı  kəndindən  Abdulla  adında 
kişinin əlində gəzən görmüşəm onu. Hər il Məhərrəm 
ayında  Abdulla  kişi  gəlib  ələmi  gəzdirərdi.  Çox  ma-
raqlı  və  unudulmaz  səhnələr  idi.  Camaat  ələmin  gəz-
məsinin həqiqiliyini yoxlamaq üçün verəcəkləri nəziri 
aparıb  uzaq  bir  yerdə  gizlədirdilər  ki,  görək  onu 
tapacaqmı?  Abdulla  dayı  xahiş  edirdi  ki,  evin  da-
mında, ağacın başında gizlətməyin, yıxılıb, qol-qıçımı 
sındıraram.  Nəziri  gizlətdilər.  Abdulla  dayı  dua  oxu-
mağa  başladı.  Ələm  coşub,  sürətlə  irəli  şığıdı  və 

Övliyalar məkanı. Quba mahalı 
 
35 
Abdulla kişini də özü ilə bərabər yüyürtdürməyə baş-
ladı. Camaat gördü ki, ələm kanala doğru gedir, kişini 
kanala  salacaq,  beş-altı  nəfər  yüyürüb,  onu  qucaq-
ladılar ki, dayandırsınlar. Amma ələm onlardan güclü 
oldu, Abdullanın qolundan, paltarından yapışan adam-
lar  yerdə  bir  qədər  sürünəndən  sonra  məcbur  olub 
əllərini buraxdılar. Ələm dərin su kanalından keçmək 
istəyəndə, Abdulla kişi cəld tərpənib, onu qurşağından 
çıxartdı.  Beləliklə,  ələm  sakitləşdi.  Kişi  kanalın 
körpüsündən keçəndən sonra ələmi yerinə taxıb, axta-
rışı  davam  etdirdi.  Nəhayət,  həyətlərdən  birində, 
ağacın  koğuşunda  gizlədilən  nəziri  tapdıqdan  sonra 
ələm  sakitləşdi.  Bu  cür  ağır  sınaqdan  çıxandan  sonra 
kənd  camaatı  hamısı  ələmə  nəzir  verirdilər.  Bu 
sınaqlar hər il Məhərrəm ayında təkrarlanırdı.     
 
Hacı Nəzər: 
Sovet dövründə Aşurə mərasimini keçirməyə icazə 
vermirdilər.  Ona  görə  də  mərasimi  evlərdə  gizli 
keçirirdilər.  Kəndin  girişində,  çıxışında  atlı  adamlar 
dayanırdılar ki, polis gələndə camaata xəbər versinlər. 
Bir  il  mərasim  Gülhüseyn  kişinin  evində  keçirilirdi, 
cavan  olsam  da,  mən  də  məclisdə  iştirak  edirdim. 
Mərsiyə  deyilən  vaxt,  evdə  möhkəm  taqqıltı  eşitdik. 
Gördük səs otağın küncündəki sandıqdan gəlir. Sanki 
içəridən  bir  adam  sandığı  döyəcləyirdi.  Mərsiyəni 
dayandırıb, hamı heyrətlə sandığa tərəf baxdı. Ağsaq-
qallardan biri sandığı açanda, içərisində həmin ələmin 

Paşa Yaqub 
 
 
36 
olduğunu  gördük.  Mərsiyə  oxunduqca  ələm  coşub, 
sandıqdan  çıxmaq  istəmişdi.  Özünü  necə  qəzəblə 
sandığın  divarlarına  vurmuşdusa,  barmaqlarının  ikisi 
qırılmışdı.    
 
Seyidi suya atanda yağış yağırdı 
 
Kərbəlayi İslam: 
-  Bizim  bu  Hacılar  kəndində 
Seyid Mircəfər ağa adında təqvalı 
bir  seyid  yaşayırdı.  Çox  gözəl 
insan  idi.  Xəstələnəndə  həmişə 
onun  yanına  gedər,  o  da  əlini 
başımıza çəkərdi, bizə dua edərdi, 
onunla  da  ağrımız  keçib  gedərdi. 
əndimizdə  sınaqdan  çıxmış  bir 
adət  də  vardı  ki,  yay  quraqlıq 
keçəndə  Mircəfər  ağanı,  ya  da 
onun  qızı  Seyid  Zəhranı  qəflətən  itələyib  suya  salar-
dılar, onlar da hirslənərdilər, həmin gün mütləq yağış 
yağardı. Sonra camaat onlara nəzir gətirərdi ki, hirsləri 
soyusun. Çünkü bu cur hallarda onlar o qədər möhkəm 
hirslənərdilər  ki,  rəngləri  qapqara  qaralardı.  Mən 
özüm bir neçə dəfə bu cür hadisənin şahidi olmuşam. 
 
Hacı Nəzər:  

Övliyalar məkanı. Quba mahalı 
 
37 
 -  Mən  də  Seyidin  suya  atılmasını  bir  neçə  dəfə 
görmüşəm.  1950-ci  illər  idi,  yay  quraqlıq  keçirdi. 
Çoxdandı  yağış  yağmadığından,  camaatın  əkinləri 
yanırdı. Bir gün kəndin kişiləri kolxozun istixanasının 
yanındakı  gimgədə  toplaşıb,  söhbətləşirdilər.  Söhbət 
quraqlıqdan düşəndə, briqadir Məmmədşah dedi gəlin 
Mircəfər ağanı salağın suya, yağış yağsın. Təklifi ha-
mı  bəyənsə  də,  bu  işi  icra  etməyi  heç  kəs  öz  üstünə 
götürmək  istəmirdi.  Məmmədşah  dedi  ki,  bu  işi  mən 
eləyərəm, amma siz nəziri qabaqcadan toplayın. Ora-
dakı  adamlar  əllərini  ciblərinə  salıb,  hərə  imkanı 
daxilində nəzir çıxartdı. Bir nəfər nəzirləri topladı. Bu 
vaxt  gördük  Seyid  bizə  tərəf  gəlir.  Gəlib  çatanda, 
Məmmədşah  onu  götürüb,  yaxınlıqdakı  su  quyusuna 
saldı.  Hirsindən  ağanın  rəngi  qapqara  qaraldı.  Onu 
quyudan  çıxardandan  sonra  toplanan  nəzirləri  verib, 
üzürxahlıq elədilər ki, yağışa görə elədik. Mircəfər ağa 
paltarını dəyişmək üçün evinə getdi. Bu hadisə səhər-
səhər  baş  vermişdi.  Axşam  üstü  yağan  yağış  kəndin 
bütün əkinlərini suladı. 
Müəllifdən: Yuxarıda haqqında söhbət açılan ələm 
Hacılar kəndində bu gün də saxlanmaqdadır. İndi onu 
gəzdirən olmasa da, bir şey itirənlər gəlib onu ziyarət 
edirlər.  Çünkü,  camaat  arasında  olan  inanca  görə  bu 
ziyarətdən sonra itən şey mütləq tapılır. 
 
 
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə