PAŞa yaqub



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix04.05.2017
ölçüsü2,89 Kb.
1   2   3   4   5   6   7   8

 
SEYİD CƏLALƏDDİN 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
eyid  Cəlaləddin    Siracəddin  oğlu  1892-ci  ildə 
Quba  rayonunun  ikinci  Nügədi  kəndində 
doğulub.  Babası  Hacı  Musa  kəramətli  seyid  olmaqla, 
XIX  əsrdə  üç  dəfə  Həcc  ziyarətində  olub.  Sonuncu 
dəfə  gedəndə  əcdadlarının  uyuduğu  bu  müqəddəs 
torpaqlarda ölməyi arzulayıb, Rəbbim niyyətini qəbul 
edib.  Qəbri-şərifi  Məkkədəki  Fatimə  vadisindədir. 
Yurdunda Pirbaba və Hacı Siracəddin adında övladları 
qaldı.  
Hacı  Siracəddin  kəraməti  və 
səxavəti  ilə  məşhur  olan  övliya-
lardan  idi.  Onun  1904-cü  ildə 
Nügədidə  tikdirdiyi  məscid  bu 
gün  də  fəaliyyət  göstərməkdədir. 



Paşa Yaqub 
 
 
58 
1917-ci  ildə  ahıl  yaşlarında  dünyasını  dəyişən  Hacı 
Siracəddinin  yurdunda  Cəlaləddin,  Kəmaləddin,  və 
Sədi adlı oğulları, Sədyət adlı qıızı qaldı. 
Seyid  Cəlaləddin  ilk  təhsilini  doğulduğu  kənddə 
alıb.  Daha  sonra  Səmərqənddə  və  İstanbulda  Ali 
Ruhani  Məktəb  bitirib.  O,  bu  elm  ocaqlarında  şəriət 
elmi  ilə  yanaşı,  riyaziyyat,  fizika,  astronomiya,  tibb, 
kimya,  biologiya  elmlərinə  də  mükəmməl  yiyələn-
mişdi.  Odur  ki,  1919-cu  ildən  Qubanın  Rustov  kənd 
məktəbində  pedoqoji  fəaliyyətə  başlayıb.  1926-cı 
ildən  isə  II  Nügədi  kəndində  müəllimlik  fəaliyyətini 
davam  etdirib.  1939-da  pedoqoji  qiyabi  məktəbi 
bitirən Cəlaləddin müəllim 1957-ci ilə qədər pedoqoji 
fəaliyyətlə  məşğul  olub.  Bu  müddətdə  uğurlu  fəa-
liyyətinə görə orden və medallarla təltif edilib.  
 
Əməkdar artistin ağzı niyə əyilmişdi 
    
eyid Cəlaləddin Quba bölgəsində həm müəllim 
kimi, həm də səxavət və kəramət sahibi övliya 
kimi xalqın etimad və rəğbətini qazanmışdı. 
Onun  kəramətlərinə  dair  kəndin  76  yaşlı    sakini 
Mürşidov  Əhmədağa  Mürşid  oğlu  maraqlı  əhvalatlar 
danışdı.  Oxucuların  da  marağına  səbəb  olacağını 
nəzərə  alıb,  həmin  əhvalatlardan  ikisini  diqqətinizə 
çatdırıram: 


Övliyalar məkanı. Quba mahalı 
 
59 
- 1963-cü ilin yazında güclü seldən Qara çay daşa-
raq,  kəndin  bir  hissəsini  basmışdı.  Aşağıdakı  evlərin 
çoxusu  suyun  altında  idi.  Camaat  Seyid  Cəlaləddin 
Babadan xahiş etdi ki, selin dayanması üçün dua etsin. 
Baba  çayın  sahilinə  gəlib,  əsasına  söykənərək,  dua 
etməyə  başladı.  Duanı  tamamlayıb,  camaata  dedi  ki, 
qorxmayın,  bu  saat  sel  çəkiləcək.  Həqiqətən  də  çox 
keçmədən su çəkilərək, əvvəlki 
vəziyyətini aldı. 
Dördüncü  sinifdə  oxuyur-
duq  –  deyə,  Əhmədağa  müəl-
lim  söhbətini  davam  etdirir  – 
indi  Respubilkanın  Əmakdar 
Artisti olan Məcnun Hacıbəyov 
da  bizimlə  bir  sinifdə  oxu-
yurdu. Tənəffüs vaxtı məktəbin 
eyvanında  müəllimlərdən  biri 
ilə  söhbət  edirdik.  Söhbətin 
mövzusu Allahın varlığı idi. Bu vaxt hündür eyvandan 
sallançan  Məcnun  diskussiyaya  qoşularaq,  dedi  ki, 
Allah yoxdur, varsa niyə mənə heç nə eləmir? Elə belə 
demişdi ki, əli eyvanın qırağından çıxdı və başı aşağı 
yerə  dəydi.  Yaxınlaşıb  gördük  çənəsi  çıxıb,  ağzı 
əyilib.  
Atası  Salam  kişi  Məcnunu  Seyid  Cəlaləddinin 
ziyarətinə  apardı.  Övliya  uşağın  sifətinə  əlini  çəkən 
kimi çənəsi yerinə qayıtdı və ağzı düzəldi.        
 

Paşa Yaqub 
 
 
60 
ALTMIŞ ALTI ÖVLİYA 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
ltmiş altı övliya adı ilə tanınan müqəddəs zi-
yarətgah Quba rayonunun Pir Vahid kəndində 
yerləşir.  Qəbir  daşlarındakı  yazılardan  aydın  olur  ki, 
orta əsrlərdə burada sufiliyin Xəlvətiyyə qoluna mən-
sub  şeyxlər  fəaliyyət  göstərmiş,  onlar  öz  həyatlarını 
İslam dininin yayılmasına həsr etdiklərindən, övliyalıq  
məqamına  yüksəlmişlər.  Odur  ki,  yerli  əhali  onların 
şərif  məzarlarını  zaman-zaman  ziyarət  edərək,  ruh-
larına dular oxuyurlar.  
Məzarlıdakı  66  övliyadan  biri  olan  Şeyx  Oqtayın 
başdaşında yazılıb: 
 “Möcüzələr  yaradan  Əlini  çağır.  Sən  onda 
bəlalardan  xilaskarını  taparsan.  Sənin  vasitəçiliyinlə 
bütün kədər və qüssələr keçib gedər Ya Əli! Ya Əli! Ya 
Əli! 
Ya  Allah!  Sənin  itaət  etməyən  qulun  günahlarını 
boynuna  alaraq,  Sənin  qarşında  dayanmışdır.  Səni 
çağırır. Əgər bağışlasan Sən buna qadirsən, əyər rədd 
etsən  - Səndən başqa bağışlayan ki yoxdur. Ya Allah! 
Məhəmməd Mustafa, Allahın ona salamı olsun. 
Bu qəbir Şeyx Aslanın oğlu Şeyx Oqtayındır. 
       1047 hicri = 1637/38 miladi”  


Övliyalar məkanı. Quba mahalı 
 
61 
Məzarlıqdakı  müqəddəs  qəbirlərdən  biri  Pir  Va-
hidin nəvəsi, Şeyx Məhəmmədin oğlu Şeyx Səfinindir. 
Onun  məzar  daşındakı  yazı  Quranın  ikinci  surəsinin 
256-cı ayəsi ilə başlayır: 
 
“Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) 
azğınlıqdan  (küfrdən)  ayırd  edildi.  Hər  kəs  Tağutu 
(Şeytanı) inkar edib Allaha iman gətirərsə, o, artıq ən 
möhkəm  bir  ipdən  yapışmış  olur.  Allah  eşidəndir, 
biləndir!” 
 “Dünya  bir  saatlıqdır,  onu  itaətlə  keçirməyə 
çalışın.  
Şeyx Səfi b. Şeyx Məhəmməd b. Pir Vahid”.  
    1054 hicri = 1644/45 
Başdaşında bir kuplet də şeir həkk olunmuşdur: 
Bir cavan nazəninin məskənidir bu məzar, 
Eyləmiş nazik tənin xakilə yeksən ruzigar. 
Arzum budur duayi xeyir qılmış ola, 
Hər kim bura etsə güzar. 

Paşa Yaqub 
 
 
62 
Pir  Vahid  qəbiristanlığındakı  66  övliyadan  daha 
birinin başdaşında yazılıb: 
“Bu  qəbir  rəhmətlik  Maşallahın  oğlu,  rəhmətlik, 
bağışlanmış Əhmədindir”. 
1216 hicri = 1801/02   
Yazıdakı  bağışlanmış  sözündən  məlum  olur  ki, 
qəbirdə dəfn olunan övliyadır. 
 
Ziyarətgahdakı  digər  bir  şərif  məzarın  başdaşında 
yazılıb: 
 “Bu qazi Məhəmmədin qəbridir”. 
1217 hicri = 1802/03    
ltmış  altı  övliya  ziyarətgahında  olarkən  bu 
övliyaların  kəramətindən  faydalanan  bir  çox 
ziyarətçilərlə söhbət etdim. Bu söhbətlərdən bəzilərini 
diqqətinizə çatdırıram. 
Quliyeva  Xatirə  Becan  qızı  –  Quba  rayonu,  II 
Nügədi kənd sakini: 
- Keçən il infakt keçirmişdim, vəziyyətim get-gedə 
ağırlaşırdı.  Xahiş  etdim  ki,  məni  bu  övliyaların 
ziyarətinə gətirsinlər. Buranı ziyarət edib, qayıdandan 
sonra  yüngülləşməyə  başladım.  Üstündən  bir  il  ötüb, 
yenə  özümdə  narahatlıq  hiss  edib,  ziyarətə  gəldim. 
İnanıram ki, qyıdandan sonra yenə də yüngülləşəcəm. 
iyarətgahda  tanış  olduğum  ailələrdən  biri  də 
Birinci  Nügədi  kənd  sakinləri  Mirzəyev 
Çingiz Ağabala oğlu və onun həyat yoldaşıdır. Bu ailə 



Övliyalar məkanı. Quba mahalı 
 
63 
də  pirin  daimi  ziyarətçilərindəndir.  Çingizin  həyat 
yoldaşı  söhbət  edir  ki,  evləndiklərindən  beş  il  sonra 
övladları  olub.  Bu  müddətdə  bura  tez-tez  ziyarətə 
gəlib, dualar ediblər. Nəhayət arzuları hasil olub: 
-  Buradakı  övliyalara  çox  böyük  inamımız  var. 
Odur ki, ailəlikcə tez-tez ziyarətə gəlirik. Yaşadığımız 
Nügədi kəndinin beşinci məhləsində övlad piri deyilən 
bir  ocaq  var.  Orada  da  övladla  bağlı  niyyətlər  hasil 
olur.  Həmişə  istəyirdim  ki,  ora  gedib,  övladla  bağlı 
niyyət  tutum.  Amma  nədənsə  həmişə  bunu  sonraya 
saxlayırdım. Bir gün yuxuda gördüm həmin pirdəyəm, 
tütyə  içirəm,  tütyənin  torpağı  ağzıma,  boğazıma, 
sinəmə yapışıb. Bu vaxt yuxudan ayıldım, amma, ayıq 
olmağıma  baxmayaraq,  ağzımda,  boğaz  və  sinəmdə 
çoxlu  torpaq  olduğunu  hiss  edirdim.  Biraz  udqunan-
dan, su içəndən sonra ağzım təmizləndi. Səhər durub, 
qonşuluğumuzdakı  həmin  pirə  getdim.  Oranın  xid-
mətçisi Həzrə xala mənə tütyə içirtdi. Bir müddətdən 
sonra  hamilə  qaldım  və  oğlum  Murad  dünyaya  gəldi 
(indi  onun  14  yaşı  var).    Sonrakı  illərdə  daha  iki 
övladım dünyaya gəldi.   
 
 
 
 
 
 
 

Paşa Yaqub 
 
 
64 
XƏLƏNC PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
ələnc piri adı ilə tanınan müqəddəs ziyarətgah 
Quba  rayonunun  Bi-
rinci  Nügədi  kəndində  yerləşir. 
Bura  ən  çox  yel  xəstəliyindən 
əziyyət çəkənlər gəldiyindən, el 
arasında bura yel piri  deyilir. 
Buradakı  günbəzdə  üç  övliya-
nın  müqəddəs  məzarı  vardır. 
Ziyarətçilər  onların  ruhlarına 
dualar  oxuyub,  Allahdan  bu 
övliyaların  xatirinə  şəfa  dilə-
yirlər.  
Pirdə  olarkən  rastlaşdığım  adamlar  burada  in-
sanların  şəfa  tapmasına  dair  saysız-hesabsız  faktlar 
sadaladılar. Onlardan bəzilərini diqqətinizə çatdırmağı 
lazım bilirəm.  
 
Bayramov  Əhməd  Əli  oğlu  –  Quba  rayonu,  I 
Nügədi sakini: 
- Qardaşım Əmrahın 5-6 il bundan qabaq ayaqları 
qıc  olmuşdu,  yeriyə  bilmirdi.  Müalicələrin  də  effekti 
yox  idi.  Üç  dəfə  yel  pirinə  ziyarətə  gətirdik,  iki 
dəfəsini qucağımızda gətirdik, üçüncü ziyarətə qoltuq 


Övliyalar məkanı. Quba mahalı 
 
65 
ağacı  ilə  axsaya-axsaya  gəlmişdi,  qayıdanda  qoltuq 
ağacını tullayıb, özü sərbəst yeriyə-yeriyə getdi. 
  
Əsədullayeva  Nazilə  Şeydabət  qızı  –  I  Nügədi 
sakini, pirin mücövürçüsü: 
-  Bir  neçə  il  bundan  qabaq  bura  bir  hüquqşünas 
oğlan  gəlmişdi.  Dedi  ki,  Moskvadan  xəstəxanadan 
müalicəmi  yarımçıq  qoyub  gəlmişəm.  Sağ  ayağı  və 
qıçı  şişmişdi,  ayaqqabı  geyinməmişdi.  Şişən  qıçının 
qıpqırmızı olması qızıl yelin əlaməti idi. Həm də çoxlu 
yaralar  əmələ  gəlmişdi.  Moskva  xəstəxanasında  onu 
əməliyyat etmək istəyiblər, amma sağalmasına qaran-
tiya verməyiblər. Tanışlarından biri ona bu pirin kəra-
mətlərindən  danışıb,  ziyarət  etməyi  məsləhət  görüb. 
Ziyarət  edib,  getdi  Rusiyaya.  Növbəti  il  yenidən 
ziyarətə  gəlmişdi.  Tanışlıq  verdi  ki,  həmin  adamam, 
ziyarət edib gedəndən sonra sağaldım. 
Qonşu  Talıblı  kəndindən  də  Rusiyanın  Perm 
vilayətində  yaşayan  bir  ailə  uşaqlarını  bura  qucaq-
larında  gətirmişdilər  –  deyə,  Nazilə  xanım  söhbətini 
davam etdirir: - Qorxub, ayaqları tutulmuşdu. İki dəfə 
qucaqlarında  gətirdilər,  üçüncüdə  uşaq  özü  yeriyə-
yeriyə getdi. 
     
 
 
 
 

Paşa Yaqub 
 
 
66 
QƏFLƏ PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
uba  əhalisinin,  eləcə  də  bölgədə  yaşayanların 
üz tutduqları ziyarətgahlardan biri də Qəflə piri 
adıyla  tanınan  müqəddəs  məkandır.  Bu  pir  Qusar 
rayonunun  Yeni  Həyat  kəndində,  şosse  yolunun  kə-
narında yerləşir. Bura əsasən qor-
xu,  həyacan  nəticəsində  problem 
yaranan insanlar üz tuturlar. Pirin 
adı  da  buradan  götürülmüşdür. 
Pirdə mücövürçülük edən Mirzə-
liyev  Mehtər  Əmralı  oğlu  və 
Mirzəliyeva  Dilbər  Paşa  qızı  ər 
arvaddılar.  Onlar  burada  tanış 
olub,  evləniblər.  Bu  evlənmənin 
çox ibrətamiz və maraqlı məqam-
ları vardır. Bunu nəzərə alıb, onların həyat hekayəsini 
oxuculara təqdim etməyi lazım bilirəm.  
  Əvvəlcə Dilbər xanımı dinləyək:  
    -  20 yaşımda məni Türkmənistana ərə verdilər. 
Ora  gedəndən  sonra  bidim  ki,  ərim  qumarbaz  və  içki 
düşkünüdür.  Bütün  günü  məni  pambıq  tarlasında 
işlədir, qazandığım  pulu  əlimdən  alaraq, ya  arağa,  ya 
da  qumara  verirdi.  Baldızım  mənim  halıma  acıyırdı. 


Övliyalar məkanı. Quba mahalı 
 
67 
Dedi bu səndən qabaqkı arvadını qumarda uduzub, bir 
gün səni də uduzacaq, başına çarə qıl.  
Mən evdən qaçıb, dəniz vağzalına gəldim və gəmi-
yə minib, Azərbaycana gəldim. Gələndən sonra məndə 
sudurğa  yarandı.  Tez-tez  özümdən  gedirdim.  Məni 
aparmaq  üçün  Türkmənistandan  arxamca  gəldilər. 
Lakin  tez-tez  sudurğa  keçirdiyimdən,  atam  məni 
vermədi.  
Sonralar mən bu xəstəlikdən xilas olmaq üçün çox 
müalicələr elədim, heç bir nəticəsi olmadı. Üç il əziy-
yət  çəkəndən  sonra  Qəflə  pirinə  gəldim.  Bir  müddət 
ziyarət  günlərində  buranı  ziyarət  edib,  pirdə  yatdım. 
Hər ziyarətdən sonra özümdə yüngüllük hiss edirdim. 
Nəhayət  tamam  sağaldım.  Pirə  xidmət  edən  Mehtər 
adlı  oğlan  mənə  elçi  göndərdi  və  biz  evləndik.  İndi 
bizim xoşbəxt ailəmiz, övladlarımız var. Hər ikimiz bu 
ziyarətgahda xidmət edirik. Nə qədər xidmət etsək, bu 
övliyanın borcundan çıxa bilmərik. 
ilbər xanımın həyat yoldaşı, Qusar rayonunun 
Lanqu kənd sakini Mirzəliyev Mehtər Əmralı 
oğlunun dediklərindən: 
-  1972 təvəllüdəm. Rusiyanın Həştərxan şəhərində 
işləyərkən, avtomobil qəzasında sağ qıçımı itirdim və 
evə  qayıtdım.  Burada  mənə  çox    çətin  oldu.  İşləyə 
bilmədiyimdən  maddi  çətinlik  çəkirdim,  ailə  qura 
bilmirdim. Bir gün gəldim Qəflə pirinin mücövürçüsü 
Hacı  Rövbərin  yanına,  xahiş  etdim  ki,  icazə  versin 
pirdə xidmətçi işləyim. O da icazə verdi. Mən burada 


Paşa Yaqub 
 
 
68 
təmizlik  işlərinə  baxırdım.  Yorulanda  hərdən  pirdə 
yatırdım.  Maraqlıdır  ki,  gözümü  yuman  kimi,  uşaq-
lıqda mənimlə bir sinifdə oxuyan Dilbər adlı qız gəlib 
dururdu gözümün qabağında. Fikirləşirdim ki, görəsən 
o haradadır, nə işlə məşğuldur, ailə qurubmu?  Onu da 
deyim ki, heç əvvəllər o qız mənim yadıma düşməzdi, 
indi  də  başqa  yerdə  olanda  yadıma  düşmürdü,  ancaq 
pirdə uzanankimi, gəlib gözümün qabağında dururdu. 
Bir  müddət  belə  davam  elədi,  sonra  bir  gün  ziyarətə 
bir  ailə  gəldi,  xəstə  qızlarını  gətirmişdilər.  Fikir 
verdim ki, həmin sinif yoldaşım Dilbərdi; xəstə halda 
idi,  dedilər  tez-tez  özündən  gedir.  Amma  bir  müddət 
gəlib-gedəndən  sonra  onda  sağalma  hiss  olunurdu. 
Mən  atama  dedim  ki,  o  qızla  evlənmək  istəyirəm. 
Atam dedi sənin bir ayağın yoxdur, o da ağır xəstədir, 
siz  necə  dolanacaqsınız?  Amma,  mənim  əl  çəkmə-
diyimi görüb, elçi getməyə razı oldu. İndi də Dilbərin 
atasıgil razı olmadılar ki, qız xəstədir, tez-tez sudurğa 
keçirir,  siz  onu  saxlamayacaqsınız.  Amma  mənim  əl 
çəkmədiyimi,  qızın  da  mənə  meyli  olduğunu  görüb, 
evlənməyimizə  razılıq  verdilər.  Evlənəndən  sonra 
Dilbərin  səhhətində  heç  bir  problem  olmadı.  Hər 
ikimiz  ziyarətgaha  xidmət  edirik.  İki  övladımız    var, 
xoşbəxtik.  Allah  bu  pirə  üz  tutanların  hamısına  xoş-
bəxtlik nəsib etsin. 
Mehtər və onun həyat yoldaşı Dilbər xanım söhbət 
etdikcə,  yadıma  Mövlana  Cəlaləddin  Rumi  ilə  kar-

Övliyalar məkanı. Quba mahalı 
 
69 
vansarada sakin olan Tavusi Gənci arasında baş verən 
bir əhvalat döşdü. Əhvalat belə olmuşdur: 
Mövlana,  Vəzir  Ziyaəddinin  karvansarasına  getmişdi. 
O karvansarada “Tavusi Gənci” adında bir qadın var idi. 
Mövlana bu qadının otağının qarşısında oturdu. 
Bu qadının adı həmişə günahlarla xatırlanırdı. 
Ancaq  Mövlananı otağının qarşısında gördükdə  inan-
madı. Dərhal gedib Mövlananı öz otağına dəvət etdi. 
Mövlana böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi 
Gəncinin  otağına  girdi.  Orada  namaz  qılmaq  və  dua 
etməklə məşğul oldu. Bu qadın üçün də dua etdi. 
Çıxıb  gedərkən  də  sarığının  ucundan  bir  parça  kəsib 
ona verdi. 
Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi. 
Tavusi Gəncini görən kimi ona aşiq oldu. Habuki Əmir bu 
qadını  əvvəllər  də  tanıyırdı.  Amma  ilk  dəfə  idi  onu  gözəl 
görüb sevdi və ona evlənməyi təklif etdi. 
Evləndikləri  gecə  Əmir  Şərafəddin  Tavusi  Gəncidən 
soruşdu:  
-  Səni  “zamanın  Rəbiəsi”
1
  kimi  görməyimin  səbəbi 
nədir? 
Tavusi  Gənci  başındakı  sarıq  parçasını  göstərərək 
belə dedi: 
-  Gözəlliyim  mndən  deyildir.  Məni  daxilim  və 
xaricimlə dəyişdirən Mövlananın kərəm əlidir

 
 
 
                                                 
1
 Rəbiə - VII əsrdə yaşamış xanım övliyadır. 

Paşa Yaqub 
 
 
70 
 
SEYİD KƏRİM, SEYİD ŞƏMSƏDDİN 
MƏHƏMMƏD ŞABRANİ PİRİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
uba və ətraf rayonların əhalisinin ehtiramla yad 
etdikləri  müqəddəs  yerlərdən  biri  də  Gədik 
kəndində  yerləşən  və  Şah  Abbas  tərəfindən  tikilən 
türbədir.  Türbədə  üç  qəbir  vardır.  Qəbirlərdən  biri 
Soltan  Seyid  Kərimə,  ikincisi,  oğlu  Seyid  Şəmsəddin 
Məhəmmədə,  üçüncüsü  isə,  həyat  yoldaşına  məx-
susdur. 
Seyidlərin  qəbri  üzə-
rindəki  günbəzin  Şah 
Abbas  tərəfindən  tikil-
məsinin  maraqlı  bir  ta-
rixçəsi vardır.  
Rəvayətə  görə  Şah 
Abbas 1607 miladi ilində 
Dərbəndə  doğru  yürüş 
edərkən,  Vəlvələ  çayının  sağ  sahilində  Çəpərxana 
adlanan  ərazidə  düşərgə  salır.  Şah  libasını  dəyişərək, 
bir neşə əsgərlə ova çıxır ki, qoşunu yedizdirmək üçün 
heyvan vursun. Bir yerdə Quran oxuyan  pirani qocaya 
rast gəlir. Şah Abbas salam verir. Kişi Quranı tamam-
layandan  sonra  şahın  adıyla  salamı  alır  və  deyir  ki, 


Övliyalar məkanı. Quba mahalı 
 
71 
Quran şahdan irəli olduğundan, onu qurtarmamış sizin 
salamınızı ala bilməzdim. Yanındakı bələdçi Şaha bil-
dirir  ki,  bu  pirani  şəxs  Seyid  Şəmsəddin  Məhəm-
məddir.  Şah  Abbas  ona  deyir  ki,  ordumuzun  azuqəsi 
tükənib,  əgər  həqiqi  seyidsənsə  bir  kəramət  göstər, 
Allahdan bizə ruzi gəlsin. Bu vaxt Heykallı dağından 
iki  ceyran  onlara  tərəf  gəlir.  Seyid    Şaha  deyir  ki, 
əsgərlərinə  tapşır,  onlara  güllə  atmasınlar,  yanımıza 
gələcəklər. Ceyranlar gəlib çatanda seyid ocaqdan iki 
dənə  kösöv  götürüb,  yerə  çalır  və  ceyranları  bu 
mıxçalalara  bağlayır.  Daha  sonra  ceyranları  sağaraq, 
südlüaş  bişirir  və  şahın  bütün  əsgərlərini  qonaq  edir. 
Qüdrəti-İlahidən  verilən  bərəkətlə  bir  qazan  yemək 
bütün əsgərləri doyuzdurur. 
Şah Abbas seyiddən xahiş edir ki, bu yürüşdə qələ-
bə  çalması  üçün  ona  xeyir-dua  versin.  Seyid  Şəm-
səddin  Məhəmməd  yerə  çaldığı  kösövlərin  dibində 
dəstamaz  alıb,  namaz  qılaraq,  onların  qələbə  çalması 
üçün  dua  edir.  Namazını  qurtaranda  görürlər  ki, 
kösövlər göyərib.  
Şah  Abbas  Dağıstanı  fəth  edir  və  orada  məscid 
tikdirir.  Qayıdarkən  gördüyü  kəramətlərin  müqa-
bilində yenidən  Seyid Şəmsəddin Məhəmmədi ziyarət 
etmək  istəyir.  Lakin,  onun  dünyasını  dəyişdiyini  eşi-
dərək, məzarını ziyarət edir və bu şərif məzar üzərində 
həmin bu günbəzi tikdirir. Bundan əlavə seyidin nəs-
linə 50 desyatin torpaq bağışlayır. Daha sonra isə, fər-
man imzalayaraq, onları bütün vergilərdən azad edir:     

Paşa Yaqub 
 
 
72 
 
HACI MƏHƏMMƏD ÇƏLƏBİ ƏFƏNDİ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə 
 
zərbaycanda  insanlığa  xidmət  etmiş  dahi 
şəxslərdən  biri  də  Qubanın  Alıc  kəndində 
yaşamış Hacı Məhəmməd Çələbi Əfəndidir. 
Zəmanənin  çox  böyük  alimlərindən  olmuş  Hacı 
Məhəmməd Çələbi Əfəndi, dərin zəkası və çox geniş 
dini elmi ilə öz dövrünün alimlərinin rəğbətini qazan-
mışdır.  Onun  zamanında  Alıc  kəndi  sanki  böyük  bir 
şəhər qədər  elm  mərkəzinə  çevrilmişdir. Elm,  hikmət 
təşnəsi olan insanlar axın-axın Hacı Məhəmməd Çələ-
bi  Əfəndinin  xidmətinə  gəlir  və  elm  şərbətini  o 
Həzrətin  əlindən  doya-doya  içirdilər.  Onun  kimi 
qardaşları  Hacı  Mahmud  Çələbi  və  Hacı  Əhməd 
Çələbi  də  dini  elmləri  dərindən  bilən  din  xadimləri 
olmuşlar. Qeyd etmək istərdim ki, din xadimi dedikdə 
zəmanəmizin mollalarını düşünərək, dəfn mərasimləri 
idarə edən, dini elmlərdən xəbəri olmayan, kütləni az 
bilgi  ilə  idarə  etməyə  bəs  edəcək  qədər  savadı  olan 
müasir din xadimlərini düşünməyək. Hacı Məhəmməd 
Çələbi Əfəndi dini elmlərdən təfsir, əqaid, fiqh elmləri 
ilə  yanaşı,  ərəb  dilinin  qrammatikasından  bəhs  edən 
nəhb və sərf elmlərini, astronomiya, hüquq, tarix, ədə-
biyyat,  riyaziyyat  və  s.  elmləri  də  mükəmməl  bilmiş-


Övliyalar məkanı. Quba mahalı 
 
73 
dir. Onun kimi qardaşları da bu elmləri bilmiş, xalqın 
maariflənməsində  yaxından  iştirak  etmişlər.  Qardaşı 
Hacı  Əhməd  Çələbi  Əfəndinin  oğlu  Qazi  İsa  Əfəndi 
uzun illər Qubanın qazısı işləmişdir. Bu vəzifə indiki 
prokror,  məhkəmə,  VAAQ,  bələdiyyə  kimi  vəzifələri 
özündə cəm edirdi. 
zərbaycan  dilindən  başqa  bir  neçə  dili  mü-
kəmməl  bilən  Hacı  Çələbi  Əfəndi,  ətraf 
bölgələrdən,  İslam  coğrafiyasının  uzaq  yerlərindən 
gələn müsəlmanlarda dərin təssürat yaradırdı. 
Bu elmi biliklərə malik olmuş Hacı Çələbi Əfəndi 
öz  elminin  meyvəsi  olaraq  “Tədvinul-  Əlici”  kitabını 
yazmışdır. A.A.Bakıxanovun  müəllifi olduğu “Gülüs-
tani-  İrəm”  əsərində  qeyd  etdiyinə  görə,  bu  əsər  zə-
manə alimlərinin rəğbətini qazanmışdır. Ağsaqqalların 
dediyinə  görə,  bu  kitab  islam  hüquqlarından  bəhs 
etməklə  yanaşı,  bütün  ümməti  narahat  edən  təriqət 
qarşıdurmasını  çözəcək  məsələlərdən  yazmışdır.  La-
kin,  “parçala  və  hökm  et”  siyasətini  yürüdərək,  sün-
nilər  üçün  “Ömər”  məktəbi,  şiyələr  üçün  “Əli”  mək-
təbi açan çar Rusiyası bu kitabın oxunması və tədrisini 
qadağan etmişdir. Sonradan isə bu kitab ümumiyyətlə 
yoxa  çıxmışdır.  Burada  qeyd  etməyi  özümə  borc 
bilirəm ki, Quba şəhər Cümə məscidinin tikilməsində 
Çələbi  Əfəndinin  böyük  xidməti  olmuşdur,  Bu 
məsciddə 1900- cü illərdə 30 ildən artıq imamlıq etmiş 
dahi  insan,  böyük  din  xadimi,  gözəl  ziyalı,  xalq  ara-
sında  “İmam  Əfəndi”  adı  ilə  şöhrət  tapmış  Əbdür-


Paşa Yaqub 
 
 
74 
rəhim  Əfəndi,  Hacı  Çələbi  Əfəndinin  nəslindəndir. 
Onun  nəvəsi  molla  Ələddin  də  uzun  illər  xalqın 
xidmətində olmuşdur. 
acı  Çələbi  Əfəndi  yeddi  dəfə  Həcc  ziya-
rətində olmuşdur.  Ən  maraqlısı  isə budur ki, 
o  bu  ziyarətin  yeddisinə  də  bir  atla  gedib-gəlmişdir. 
Rəvayətə  görə  səfər  əsnasında  o,  bu  ata  minməmiş, 
ancaq yol ləvazimatını  yükləmişdir. 
Deyilənlərə  görə  Əfəndi  altıncı  dəfə  ziyarətə  ge-
dəndə atını, xəstə və ya başqa səbəbdən özü ilə götür-
məmişdir.  Zəvvar  yoldaşları  ilə  Qubadan  bir  qədər 
uzaqlaşmış  Əfəndi,  yol boyu  atı  götürə bilməməsinin 
mənəvi  istirabından  danışırmış.  Allah-təalanın  nurla-
rına  qarşı  qabiliyyətini  itirmiş  insanlardan  fərqli  ola-
raq, at da bu Həcc ayrılığına dözə bilməmişdir. Əfəndi 
və  yanındakılar  görmüşlər  ki,  bir  at  tozu  dumana 
qataraq onlara sarı gəlir. Bu, Əfəndinin atı idi. O, Hacı 
Çələbi Əfəndinin qabağına gələrək, dizlərini yerə atıb, 
gözlərindən  yaşlar  tökərək,  üzünü  və  göz  yaşlarını 
Əfəndinin   ayaqlarına  sürtmüşdür.  Bu  hal  həm  Əfən-
dini, həm də yanındakıları ağlatmışdır. 
Yenə  rəvayət  olunur  ki,  Hacı  Çələbi  Əfəndi 
ölümünün yaxınlaşdığını dərk edərək, bütün əzizlərini  
ziyarət  etmiş  və  son  olaraq  qızının  evinə  gəlmişdir. 
Bütün  gecəni  ibadətlə  məşqul  olan  Əfəndi,  sübh 
namazına  yaxın,  namaz  üstdə  vəfat  etmişdir.  Bu  ərə-
fədə  həyətə  çıxmış  onun  kürəkəni,  Hacının  atının  da 


Övliyalar məkanı. Quba mahalı 
 
75 
həyətdə öldüyünü  görmüşdür. Yeddi dəfə Həccə get-
miş  bu  atı  xalq,  insan  kimi  yuyub,  kəfənləyib,  Alıc 
kənd  qəbirstanlığının  kənarında  dəfn  etmişlər.  Son-
radan  onun  qəbrinin  yanından  ata  bənzər  qoz  ağacı 
çıxmıdır. Hazırda bu yerə “At piri” deyilir. 
 
Naxırçı Əhməd 
 
eyilənlərə  görə  Hacı  Çələbi  Əfəndi  beşinci  
dəfə  Həcc  ziyarətindən  qayıdanda  özü  ilə 
Əhməd  adında  kimsəsiz  bir  uşaq  gətirir.  Bu  uşağa  iş 
olaraq naxırçılıq  tapşırılır. Dürüstlüyü, mənəvi paklığı 
ilə  Çələbi  Əfəndinin  diqqətini  cəlb  edən  Əhməd,  ca-
maat tərəfindən sadəcə naxırçı Əhməd kimi tanınırdı. 
Əhməd isə tamam başqa birisi idi. 
Hacı  Çələbi  Əfəndi  növbəti  Hac  ziyarətində  Kə-
bədə  namaz  qılarkən,  camaatın  içində  Əhmədi  görür. 
Lakin,  onu  gözdən  itirir.  Səhərisi  gün  yenə  də  onu 
görür, lap yanına gedərək, arxasınca namaz qılır. Na-
mazdan  sonra  onun  paltarından  tutaraq,  bu  qəri-
bəlikləri qısa olaraq belə  soruşur:  “Əhməd  bəs  naxırı 
kimə  tapşırmısan?”  Əhməd  də  qolunu  yuxarı  qal-
dıraraq, qoltuğunun altından  sanki bir televiziya seyr 
edərcəsinə  Alıcda  məgəl  yerində  yatmış  malları 
göstərir.  Bununla  da  onun  sıradan  bir  insan  olmayıb, 
Allah-təalanın sevdiyi qulu olduğu məlum olur. 
acı  Çələbi  Əfəndi  Həcc  ziyarətindən  qayıt-
dıqda, kənddən ta dənizə kimi xalq, yol boyu 



Paşa Yaqub 
 
 
76 
xalçalar döşəyərək, onun qarşısına çıxmışlar. Hacı isə, 
ziyarətinə  gəlmiş  insanlara  onu  yox,  naxırçı  Əhmədi 
ziyarət  etmələrini  tövsiyə  etmiş  və  demişdir:  “Məni 
deyil,  Əhmədi  ziyarət  edin.  Mən  Həccə  ildə  bir  dəfə 
gedirəm,  o  isə  hər  gün  gedir.  Onun  dərəcəsi  mənim-
kindən üstündür.” 
Hazırda  naxırçı  Əhmədin  məqamı  xalq  tərəfindən 
ziyarət edilməkdədir. Mala-qaraya xəstəlik gələndə bu 
ziyarətgahda  Qurani  Kərim  oxudulur,  türbətindən 
heyvanlara verilir. 
Hacı  Çələbi  Əfəndi  1808-ci  ilda  vəfat  etmişdir. 
“Gülüstani- İrəm” kitabında yazıldığına görə o zaman 
rus  qoşunları  ilə  Şirvanlı  Mustafa  xan,  Quba  xanlığı 
ilə  müharibə edirmiş.  Vəsiyyətinə görə   Hacını  Quba 
qəbirstanlığında “Sultan Baba Rüstəm” ziyarətgahında 
dəfn etmək lazım idi. Quba mahalının bütün üləmaları 
bir  yerə  yığışaraq,  Hacının  tabutuna  ağ  bayraq 
vuraraq,  Alıcdan,  xalqın  çiynində  Qubaya  gətiriblər. 
Bütün  ətraf kəndlərdən insanlar  axın-axın  dəfn  məra-
siminə  qoşulmuşlar.  Görünməmiş  bir  izdiham  yaran-
mışdır. Müharibə edən hər iki tərəf bu böyük şəxsiy-
yətin cənazəsinə hörmət edərək, müharibəni saxlayıb, 
bir yerdə meyit namazına durmuşlar. Deyilənə görə bu 
namazda  minlərlə  insan  olmuşdur.  Hacını  “Sultan 
Baba Rüstəm” pirindən 10 metr şimalda dəfn etmişlər. 
Səhərisi  gün  müharibə  Dəvədabanı  adlanan  təpədə 
davam etdirilmişdir. Hacının qardaşları Hacı Mahmud 

Övliyalar məkanı. Quba mahalı 
 
77 
Çələbi,  Hacı  Əhməd  Çələbi,  qardaşı  oğlu  qazı  İsa 
Əfəndi,  Əbdürrəhim  Əfəndi  də  bu  gürgahda  dəfn 
edilmişdir. 
Onun  üç  oğlu  olmuşdur:  Hacı  Əsədulla  Əfəndi, 
Seyfulla Əfəndi, İsmail Əfəndi.  
acı Əsədulla Əfəndinin də üç oğlu olmuşdur, 
Nizaməddin  Axund,  Cəmaləddin  Axund, 
Şərafəddin Axund.  
Çələbi  Əfəndinin  nəsli  bu  gün  də  davam  etmək-
dədir.  Qubada  din  xadimi  kimi  tanınan  Hacı  Elnur 
Əfəndi də bu nəsli təmsil edir. 
 
 
 

 
 
 
 

1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə