Personal accidents insurance policy wording


 Bədbəxt hadisə nəticəsində Sınıqlar (



Yüklə 221,52 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix06.05.2017
ölçüsü221,52 Kb.
1   2   3

6.5. Bədbəxt hadisə nəticəsində Sınıqlar (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda) 

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 7 of 16 

 

 



Əgər Sığorta müddəti ərzində Sığortalı (sığorta olunan) təminata daxil olan bədbəxt hadisəyə məruz 

qalarsa və  həmin hadisədən aldığı zədənin birbaşa nəticəsində  hadisənin baş verdiyi tarixdən 30 təqvim 

günü ərzində zədə sınıq(lar) ilə nəticələnirsə, müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləği 

Sınıqlar üzrə Ödəniş cədvəlində göstərilən nisbətlərə uyğun olaraq Sığortalıya (sığorta olunana) ödənilir 

(sığorta müqaviləsində (şəhadətnamədə)  azadolma məbləği və ya Gözləmə müddəti nəzərdə tutulduğu 

halda, müvafiq olaraq azadolma məbləğini və ya Gözləmə müddəti ərzində çəkilən xərcləri aşan hissəsində).  

Müqavilədə Sınıqlar üçün ayrı sığorta məbləği müəyyən edilə bilər. Belə olduğu halda Sınıqlar üzrə 

Ödəniş cədvəlində göstərilən % nisbətləri Sınıqlar üçün ayrıca müəyyən edilmiş  sığorta məbləğinə tətbiq 

ediləcəkdir.  

 

Sınıqlar üzrə Ödəniş Cədvəli 

 

Sınıq növü 



sığorta məbləğinin 

% nisbəti 

   

1. 


Omanın və ya  çanağın Sınıqları (büzdüm və ya bud istisna olmaqla): 

 

a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam) 



b) Bütün digər mürəkkəb Sınıqlar 

c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla 

d) Bütün digər sınıqlar 

 

 



 

100 


50 

30 


20 

2. 


Bud və ya Daban Sınıqları: 

a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam) 

b) Bütün digər mürəkkəb Sınıqlar 

c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla 

d) Bütün digər sınıqlar 

 

 



50 

40 


30 

20 


3. 

Baldırın, Körpücüyün, Aşıq Sümüyünün, Dirsək oynağı sümüklərinin, 

Bazunun və ya bazuönü sümüklərin sınığı (bilək sınıqları daxil olmaqla, 

Kolles tipli Sınıq istisna olmaqla): 

 

a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam) 



b) Bütün digər mürəkkəb Sınıqlar 

c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla 

d) Bütün digər sınıqlar 

 

 



 

 

 



40 

30 


20 

12 


4. 

Alt Çənə Sümüyünün Sınıqları: 

a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam) 

b) Bütün digər mürəkkəb Sınıqlar 

c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla 

d) Bütün digər sınıqlar 

 

 

30 



20 

16 


5. 


Kürək Sümüyünün, Diz qapağının,  Döş sümüyünün Xəncərəbənzər 

çıxıntısının, Əl Sümüklərinin (barmaq və bilək sümükləri istisna 

olmaqla), Ayaq sümüklərinin (barmaq və daban sümükləri istisna 

olmaqla) sınıqları: 

 

a)

 



Mürəkkəb Sınıqlar 

b)

 



Digər Sınıqlar 

 

 



 

 

 



 

20 


10 

6. 


Bazuönü sümüklərin Kolles Tipli Sınıqları 

 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 8 of 16 

 

 



c)

 

Mürəkkəb Sınıqlar 



d)

 

Digər Sınıqlar 



 

20 


10 

7. 


Onurğa Sütununun – Fəqərələrin Sınıqları (Büzdüm istisna olmaqla) 

 

a)



 

Bütün kompression sınıqlar 

b)

 

Bütün çıxıntıların (düz və ya köndələn fəqərə çıxıntılarının) 



sınıqları 

c)

 



Digər fəqərə sınıqları 

 

 



 

20 


20 

 

10 



8. 

Bir və ya bir neçə qabırğanın, Almacıq Sümüyünün, Büzdümüm, Əng 

Sümüyünün , Burun Sümüyünün, Bir və ya bir neçə ayaq barmaqlarının,  

Bir və ya bir neçə əl barmaqlarının sınıqları 

 

a) Çoxsaylı Sınıqlar (ən azı bir mürəkkəb və bir tam) 



b) Bütün digər mürəkkəb Sınıqlar 

c) Çoxsaylı Sınıqlar, ən azı biri tam sınıq olmaqla 

d) Bütün digər sınıqlar 

 

 



 

 

 



16 

12 


 



Xüsusi Şərtlər: 

1)

 



Həkim tərəfindən sınığın mahiyyəti və diaqnozu qoyulmadan öncə heç bir ödəniş verilməyəcəkdir. 

2)

 



Eyni bir hadisə nəticəsində əmələ gələn bir neçə sınıqlara görə ayrı-ayrılıqda hesablanan ödənişlərin 

cəmi məbləği sığorta şəhadətnaməsində şərtləşdirilmiş sığorta məbləğindən (əgər Sınıqlar üçün ayrı 

sığorta məbləği müəyyən edilibsə - Sınıqlar üzrə Sığorta məbləğindən) artıq olmamaqla ödənilir. 

3)

 



Bu sığorta növü üzrə Sınıqlara görə ödəniş almış Sığortalıya (sığorta olunana), həmin Sınıqlar əlilliklə 

nəticələnirsə,  Sınıqlara  görə  verilmiş  ödəniş  ilə  əlillik  təminatı  ödənişi  arasındakı  fərq  (əgər  belə  fərq 

yaranarsa) ödənilir. Əgər sığorta müqaviləsi ilə Əlillik Təminatı sığorta təminatına Variant 2 üzrə daxil 

edilibsə və bədbəxt hadisə nəticəsində əmələ gələn Sınıqlar hadisənin baş verdiyi tarixdən etibarən bir il 

ərzində  əlilliklə  nəticələnirsə  və  Sınıqlar  təminatı  üzrə  ödəniş  məbləği  Əlillik  təminatı  üzrə  ödəniş 

məbləğindən artıq olmuşdursa, Əlilliyə görə ödəniş aparılmayacaqdır.  

4)

 

Sığortalı ilə razılaşdırıldıqda Sınıqlar üzrə Ödəniş cədvəlində dəyişikliklər edilə bilər.  



 

6.6. Bədbəxt hadisə nəticəsində Yanıqlar (müqavilə ilə sığorta təminatına daxil edildiyi hallarda) 

Əgər Sığorta müddəti ərzində Sığortalı (sığorta olunan) təminata daxil olan bədbəxt hadisəyə məruz 

qalırsa və  həmin hadisədən aldığı zədənin birbaşa nəticəsində  xəsarət ikinci və ya üçüncü dərəcəli  

yanıqlarla nəticələnirsə, müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləği Yanıqlar üzrə Ödəniş 

Cədvəlinə uyğun olaraq Sığortalıya ödənilir. 

Müqavilədə Yanıqlar üçün ayrı sığorta məbləği müəyyən edilə bilər. Belə olduğu halda Yanıqlar üzrə 

Ödəniş cədvəlində göstərilən % nisbətləri Yanıqlar üçün ayrıca müəyyən edilmiş  sığorta məbləğinə tətbiq 

ediləcəkdir.  

 

Yanıqlar üzrə Ödəniş Cədvəli 

Təsviri 


Faiz 

Bədən sahəsinin 27%-dən çox tutan ikinci və ya üçüncü dərəcəli yanıqlar  

 

100% 


Bədən sahəsinin 18%-dən çox 27%-dən az  tutan ikinci və ya üçüncü dərəcəli 

yanıqlar  

60% 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 9 of 16 

 

 



Bədən sahəsinin 9%-dən çox 18%-dən az  tutan ikinci və ya üçüncü dərəcəli 

yanıqlar  

30% 

Bədən sahəsinin 4.5%-dən çox 9%-dən az  tutan ikinci və ya üçüncü dərəcəli 



yanıqlar  

16% 


 

Bu sığorta növü üzrə Yanıqlara görə ödəniş almış sığortalıya (sığorta olunana), həmin bədən xəsarəti  

əlilliklə nəticələnərsə, Yanıqlara görə verilmiş ödəniş ilə əlillik təminatı ödənişi arasındakı fərq (əgər belə 

fərq yaranarsa) ödənilir. 

Əgər sığorta müqaviləsi ilə Əlillik Təminatı sığorta təminatına Variant 2 üzrə daxil edilibsə və bədbəxt 

hadisə  nəticəsində  əmələ  gələn  Yanıqlar  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il  ərzində  əlilliklə 

nəticələnərsə  və  Yanıqlar  təminatı  üzrə  ödənilmiş  məbləğ  Əlillik  təminatı  üzrə  ödəniş  məbləğindən  artıq 

olmuşdursa, Əlilliyə görə ödəniş aparılmayacaqdır.  

6.7. Bir Sığorta olunan ilə baş verən Bədbəxt hadisə nəticəsində Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə 

və müalicə xərclərinə görə verilən ödəniş həmin hadisəyə münasibətdə Ölüm və ya Əlillik və ya Sınıqlar 

və  ya  Yanıqlara  görə  verilən  ödənişindən  çıxılmır,  bu  şərtlə  ki,  sığorta  ödənişlərinin  cəmi  məbləği 

müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləğindən artıq olmasın. 

6.8. Sığorta müddəti ərzində hər bir Sığorta olunan ilə baş verə biləcək bütün bədbəxt hadisələrin nəticəsində 

yuxarıda  6.1.,  6.2.,  6.3.,  6.4.,  6.5.,  6.6.  maddələrində  göstərilən  Sığorta  təminat  növləri  üzrə  sığorta 

ödənişlərinin  cəmi  məbləği  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta  məbləğindən  artıq  ola 

bilməz.  

6.9. Əgər sığorta müqaviləsində bir hadisə üzrə kumulyasiya limiti nəzərdə tutulubsa, onda bu limitin 

məbləği bədbəxt hadisəsinin iştirakçıları olan Sığorta olunanlar arasında hər bir sığorta olunana 

münasibətdə veriləcək ödəniş məbləğinin nisbətində bölüşdürüləcəkdir. 

Kumulyasiya limiti dedikdə, bir hadisənin iştirakçıları olan Sığorta olunanların sayından asılı olmayaraq 

həmin hadisə nəticəsində Sığortaçı tərəfindən ödəniləcək maksimum məbləğdir. 

 

Maddə 7 – Bədbəxt hadisə nəticəsinin ağırlaşmasına görə ödəniş 

Bədbəxt  hadisəsindən  meydana  gələn  xəsarətlərin  nəticəsi  bədbəxt  hadisəsindən  əvvəl  mövcud  olan  və  ya 

sonradan  meydana  gələn,  lakin  hər  halda  bədbəxt  hadisə  ilə  heç  bir  əlaqəsi  olmayan  xəstəlik,  daxili 

pozuntular  və  ya  sığortalının  (sığorta  olunanın)  təqsiri  ucbatından  müalicənin  düzgün  və  ya  keyfiyyətsiz 

aparılmasına  görə  sığortalının  (sığorta  olunanın)  vəziyyəti  ağırlaşarsa,  ödənilməli  olan  ödənişin  məbləği 

ağırlaşmış  nəticəyə görə deyil, eyni hadisənin tamamilə sağlam bir şəxsdə tibbi müalicənin tam və düzgün 

bir şəkildə aparılması  şərti ilə yaranmış nəticəyə uyğun müəyyən edilir.  

 

FƏSİL 2 - SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI, SIĞORTA MÜQAVİLƏSİ 

Maddə 8 - Sığorta məbləği 

8.1.


 

Sığorta məbləği tərəflərlə razılıq əsasında müəyyən olunur. Hər bir Sığorta olunan üçün sığorta məbləği, 

sığortanın  qüvvədə  olduğu  müddət  ərzində  baş  verə  biləcək  bütün  bədbəxt  hadisələr  üzrə  sığortaçının 

öhdəliyin son həddidir. 

8.2.

 

Sığorta  müqaviləsində  müəyyən  edilmiş  sığorta  məbləği  həmin  müqavilə  üzrə  verilmiş  sığorta  ödənişi 



həcmində  azalmış  hesab  olunur.  Bu  zaman  sığorta  müqaviləsinə  sığorta  məbləğinin  azalması  ilə  bağlı 

dəyişiklik etmək vacib deyil.  

8.3.

 

Bu  qaydaların  8.2.  maddəsində  nəzərdə  tutulmuş  halda  sığorta  məbləğinin  azalmış  hissəsinə  uyğun 



olaraq,  əlavə  sığorta  haqqı  ödənilməklə  sığorta  müqaviləsində  müəyyən  edilmiş  sığorta  məbləği 

Sığortaçının razılığı ilə bərpa edilə bilər.  

 


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 10 of 16 

 

 



Maddə 9 – Sığorta haqqının ödənilməsi qaydası  

9.1.


 

Sığorta haqqının ödənməsi qaydası müqavilədə müəyyən edilir. 

9.2.

 

Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 



aydan gec olmayaraq ödənilməlidir. 

9.3.


 

Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün bu 

Qaydaların 9.2. maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə 

bilər.  


9.4.

 

Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş 



ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 9.3.-cü maddəsində nəzərdə tutulmuş 

halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında 

sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda, Sığortaçı sığorta ödənişinin 

verilməsindən imtina edir. 

9.5.

 

Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli 



olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.  

9.6.


 

Qrup halında sığorta zamanı sığorta müddəti ərzində sığorta olunanların siyahısında dəyişiklik baş 

verməsi ilə əlaqədar (sığorta təminatına sonradan yeni şəxslərin daxil edilməsi və təminatda olan 

sığorta olunanların sığorta təminatından çıxarılması) sığorta haqqının hesablanması gündəlik pro-rata 

əsasında, ödənilmə qaydası isə konkret sığorta müqaviləsi ilə müəyyən olunur. 

 

Maddə 10 – Sığorta müqaviləsinin bağlanması  

 

10.1.



 

Sığorta  müqaviləsi  hazırkı  Qaydalar  əsasında  hazırlanmış,  Sığortalı  və  Sığortaçı  tərəfindən  imzalanan 

yazılı sənədin tərtib edilməsi yolu ilə bağlanır. 

10.2.


 

Eyni  sığorta  marağı  ilə  bağlı  bir  neçə  sığortaçı  ilə  sığorta  müqaviləsi  bağlayan  sığortalı  bu  barədə 

sığortaçılardan  hər  birinə  məlumat  verməlidir.  Həmin  məlumatda  digər  sığortaçının  adı  və  müvafiq 

sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim 

olunmalıdır. 

10.3.


 

Sığortalı,  xeyrinə  sığorta  müqaviləsi  bağlanan  və  sığorta  müqaviləsinin  bağlanmasına  razı  olan 

Sığorta olunanların siyahısını Sığortaçıya təqdim etməlidir. 

 

10.4.



 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  (Sığorta  olunan)  ona  məlum  olan  və  sığortaçının 

müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə 

bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 

10.5.

 

Sığortalının bildirdiyi məlumatların yanlış və ya yarımçıq olması aşkar olunarsa: 



10.5.1. Sığortalının (sığorta olunanın) bu hərəkəti qəsdən etdiyi müəyyən olunarsa, Sığortaçı vəziyyəti 

öyrəndiyi tarixdən etibarən müqaviləni (şəhadətnaməsini) ləğv edə bilər və sığorta hadisəsi baş 

verərsə ödəniş verməz.  

10.5.2.  Sığortalının  (sığorta  olunanın)  bu  hərəkəti  qəsdən  etmədiyi  müəyyən  olunarsa,  sığortaçı 

vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 (bir) ay ərzində müqaviləsini (şəhadətnaməsini) ləğv edə 

bilər,  sığorta  müqaviləsini  (şəhadətnaməsini)  şərtlərini  dəyişdirmək  və  ya  əlavə  sığorta  haqqı 

almaqla sığorta müqaviləsini (şəhadətnaməsini) qüvvədə saxlaya bilər. 

Əgər  Sığortalı (sığorta olunan) şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə  və  ya əlavə sığorta 

haqqı ödəməyə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş  verdiyi  andan etibarsız 

sayılır.  

 

Sığortalı (sığorta olunan) 15 gün ərzində əlavə sığorta haqqını ödəməzsə sığorta şəhadətnaməsi 



ləğv edilmiş  hesab olunur.  

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 11 of 16 

 

 



 

Maddə 11 – Sığorta müqaviləsinin qüvvəyə minməsi,

 

sığortanın müddəti

 

 

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam 

ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının  ödənildiyi gün onun Sığortaçının bank hesabına 

daxil olduğu və ya nağd ödəmə zamanı Sığortaçının kassasına daxil olduğu gün hesab olunur. 

Əgər  sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  cür  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  onun  

başlanma tarixində saat 00:00-da başlayır və sona çatma tarixində saat 24:00-da sona çatır.  



 

Maddə 12 - Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi qaydaları:  

Sığorta  Müqaviləsinə  əlavə  və  dəyişikliklərin  edilməsi  tərəflərin  qarşılıqlı  razılığı  ilə  yazılı  formada  edilə 

bilər. 

Maddə 13 - Sığorta müqaviləsinə xitam verilməsi 

13.1.  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıdakı hallarda mümkündür: 

13.1.1

 

Sığortalının (Sığorta olunanın) ölümü; 



13.1.2

 

müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi; 



13.1.3

 

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv edilməsi; 



13.1.4

 

Sığortalı - hüquqi şəxs ləğv edildikdə; 



13.1.5

 

Sığortalının sığorta haqqını ödəmədiyi halda;  



13.1.6

 

Sığortaçının  və  ya  Sığortalının  tələbi  ilə.  Bu  halda  tərəflər  müqaviləni  ləğv  etmək  haqqında 



niyyətini bir-birinə  ən azı 30 gün ərzində yazılı şəkildə bildirməlidirlər;   

13.1.7


 

Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə; 

13.1.8

 

Sığorta marağı artıq mövcud olmadıqda; 



13.1.9

 

qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 



 

13.2. Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta olunana 

münasibətdə) Sığortalının təşəbbüsü ilə xitam olunması halında, sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərcləri və Sığortalı ilə baş vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək 

ödənişlərin məbləğini çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında 

sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) 

qaytarır. Müqavilənin qurtarmamış müddəti üzrə sığorta haqları gündəlik prorata əsasında aşağıdakı 

şəkildə müəyyən olunur: ümumi sığorta haqqının məbləği sığorta müddətinin günlərinin sayına bölünür 

və sığorta müddətinin istifadə olunmamış günlərin sayına vurulur. 

13.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir Sığorta olunana 

münasibətdə) Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında 

sığorta zamanı həm də müqavilənin hər hansı bir Sığorta olunana üzrə ödənilmiş sığorta haqlarını) 

bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri və Sığortalı ilə baş 

vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək ödənişlərin məbləğini çıxılmaqla, 

müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də 

müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Müqavilənin 

qurtarmamış müddəti üzrə sığorta haqları bu qaydaların 13.2 bəndində göstərilmiş qaydada hesablanır. 

 

Maddə 14. Tərəflərin hüquq və vəzifələri 

 

14.1.



 

Sığortalının hüquqları: 



Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 12 of 16 

 

 



14.1.1

 

Sığortaçının  Sığorta  müqaviləsinin  şərtlərinə  əməl  etməsini  yoxlamaq,  o  cümlədən 



Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

14.1.2


 

Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta müqaviləsinə 

xitam vermək və ya onu ləğv etmək; 

14.1.3


 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər. 

14.2. Sığortalının vəzifələri: 

14.2.1.


 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 

14.2.2.

 

Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan məlumatları Sığortaçıya təqdim etmək; 



14.2.3.

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanılmasını təmin etmək; 



14.2.4.

 

Sığorta  olunanları  sığorta  təminatının  həyata  keçirilməsi  daxil  olmaqla  sığorta  müqaviləsinin 



şərtləri və ona edilmiş bütün dəyişikliklər ilə tanış etmək; 

14.2.5.


 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanların  siyahısında  və  siyahıda 

göstərilən məlumatlara edilən dəyişikliklər barədə Sığortaçıya dərhal məlumat vermək; 

14.2.6.


 

Sığorta müqaviləsinin müddəti   bitdikdə və ya Sığorta olunan sığorta olunanların siyahısından 

çıxarıldıqda, müvafiq sığorta şəhadətnaməsini (və ya şəhadətnamələri) 7 (yeddi) təqvim günü 

ərzində Sığortaçıya qaytarmaq; 

14.2.7.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə  tutula bilər. 



14.3.  Sığorta olunanın hüquqları: 

14.3.1.


 

Sığorta  hadisəsi  baş  verdiyi  zaman  onun  xeyrinə  bağlanmış  sığorta  müqaviləsi  üzrə 

öhdəliklərin yerinə yetirilməsini Sığortaçıdan tələb etmək; 

14.3.2.


 

Sığorta şəhadətnaməsi itirildikdə onun dublikatını almaq; 

14.3.3.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər. 



 

14.4. Sığorta olunanın vəzifələri: 

14.4.1.

 

Sığorta sənədlərinə qayğı ilə yanaşmaq; 



14.4.2.

 

Sığorta  müqaviləsi  bağlandığı  zaman  Sığortaçı  tələb  etdiyi  hallarda  Sığortaçının  təyin  etdiyi 



tibb müəssisində  ilkin tibbi müayinədən keçmək; 

14.4.3.


 

Sığorta  müqaviləsinə  tibbi    xərclər  təminatı  daxil  edildiyi  hallarda  bədbəxt  hadisənin  baş 

verməsi  zamanı  müalicəni  almaq  üçün  tibb  müəssisəsinin  seçimində  Sığortaçının  təklifini 

nəzərə almaq;   

14.4.4.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər. 



14.5.

 

Sığortaçının vəzifələri: 



14.5.1.

 

Müəyyən edilmiş müddətdə sığorta şəhadətnamələrini Sığortalıya vermək; 



14.5.2.

 

Sığorta müqaviləsi ilə müəyyən olunduqda, sığorta şəhadətnamələri sığorta olunanlara vermək; 



14.5.3.

 

Qanunvericiliyə zidd olmayan hallarda Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 



14.5.4.

 

Sığorta  müqaviləsinin  vaxtından  əvvəl  xitam  edilməsi  halında,  bu  Qaydalarla  və  müqavilədə 



müəyyən  edilmiş  qaydada  hesablanmış  məbləği  30  (otuz)  bank  günü  ərzində  Sığortalıya 

qaytarmaq; 

14.5.5.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər. 



14.6.

 

Sığortaçının hüquqları: 



14.6.1.

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan  tərəfindən 



Sığorta  müqaviləsinin  qaydalarına  riayət  edilməsini  özünün  zəruri  hesab  etdiyi  vasitələrlə 

yoxlamaq; 


1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə