1
Mövzu 7.Cənubi Avropa subregionu. İspaniyada beynəlxalq turizmin coğrafiyası
PLAN:
İspaniyada turizmin müasir vəziyyəti və inkişaf xüsusiyyətləri.
İspaniyanın turistlərin sayına görə dünya turizm bazarında yeri.
İspaniyanın turizm-rekreasiya potensialı.
İspaniyanın əsas turizm bölgələri və mərkəzləri.
İspaniyada inkişaf edən turizm növləri.
Cənubi Avropa regionuna Albaniya, Andorra, Bosniya və Hersoqovina, Xorvatiya, Kipr, Makedoniya,
Yunanıstan, İsrail, İtaliya, Malta, Çernoqoriya (Monteneqro) ,
Portuqaliya, San-Marino, Serbiya, Sloveniya,
İspaniya, Türkiyə daxildir.
Cənubi Avropa öz isti iqlimi, zəngin tarixi və Aralıq dənizinin isti çimərlikləri ilə seçilir.
Cənubi Avropa
ölkələri üçün subtropik Aralıq dənizi iqlimi xarakterikdir, ona görə də yayda havanın temperaturu +24°C, qışda
isə təxminən +8°C təşkil edir. Yağıntıların miqdarı isə ildə təxminən 1000-1500 mm təşkil edir.
İspaniya
. İspaniya Avropa qitəsinin cənub-qərbində, Pireney yarımadasında yerləşmişdir.
Qərbdə
Portuqaliya, şimalda Fransa, Andorra, cənubda Cəbəllütariq ilə həmsərhəddir. Şərqdə və cənubda Aralıq dənizi,
qərbdə Atlantik okeanı, şimalda isə Biskay körfəzinin suları ilə əhatə olunur. Aralıq dənizindəki Balear və
Pitiuss, Atlantik okeanında yerləşən Kanar adaları İspaniyaya məxsusdur.
Təbiətinin rəngarəngliyi və əlverişli iqlim şəraiti ilin müxtəlif fəsillərində İspaniyada
turizmin geniş
inkişafının əsas şərtləridir. Ölkə özünün çoxsaylı tarixi-memarlıq və bədii abidələri ilə də xarici turistləri cəlb
edir. İspaniya dünyada 3 ən çox ziyarət olunan ölkələr sırasına daxildir. 2015-ci ildə İspaniyaya 68,2 mln. nəfər
turist gəlmiş, turizmdən əldə etdiyi gəlir isə 56.5 mlrd. ABŞ dolları təşkil etmişdir.
İspaniyada turizmin sürətli inkişafı XX əsrin 50-ci illərinə təsadüf edir. Qısa dövr ərzində İspaniya bu
sahəni sürətlə inkişaf etdirərək turizm baxımdan turizm liderləri sırasına daxil ola bildi. Artıq 1980-ci
illərin
əvvəllərində o gələn turistlərin sayına görə dünyada Fransadan sonra 2-ci yeri tuturdu. Bu cür sürətli inkişafın
əsas səbəbləri: zəngin təbii-rekreasiya ehtiyatları və tarixi-mədəni abidələr, Qərbi Avropa turizm bazarına
yaxınlıq, yüksək keyfiyyətli maddi-texniki baza və turizm xidmətlərinin nisbətən ucuz olmasıdır.
İspaniyaya turist “tədarük” edən əsas ölkələr Böyük Britaniya və Almaniya hesab olunur. Ən çox turist
gəlməsi (təxminən 60%) Kanar, Balear adaları və Kataloniyanın payına düşür. Əndəlüz vilayətinin payı
təxminən 14%, Valensiyanın 10%, Madridin 6% təşkil edir. Turistlərin İspaniyada orta qalma müddəti yüksək
olub, təxminən 9 gün təşkil edir.
Madrid,
Barselona, Qranada, Kordova, Aralıq dənizinin kurort şəhərləri,
həmçinin Balear və Kanar
adaları turistlərin toplaşdıqları əsas mərkəzlərdir.