1
ƏDƏBİYYAT ОБЗОР LITERATURE
İCMALI ЛИТЕРАТУРЫ REVIEW
Portal hipertenziya, ektopik varikslər və hemorroy
⃰Əliyev Ş.H., Baxşəliyev Z.F., Əliyev T.M.
⃰e-mail:
umumi_cerahiyye2@mail.ru
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmdirmə İnstitutunun
―Ümumi cərrahiyyə-2‖ kafedrası, Bakı, Azərbaycan
Portal hipertenziyalı xəstələrdə qastrointestinal qanaxmalar adətən ikincili olaraq ezofaqal
varikslərdən baş verir, amma kolorektal varikslər də daxil olmaqla qastrik və kolonik mukozal
zədələnmələrdən olan qanaxmalar isə müxtəlif variasyalarda rast gəlinirlər. Bu zədələnmələr
portal hipertenziv qastropatiya və kolopatiya adlandırılır. Portal hipertenziv kolopatiya klinik
əlamətləri və formasına görə iki formaya bölünür: kolorektal varikslər və kolonik mukozal
zədələnmə. Baxmayaraq ki, kolorektal varikslər rektum və siqmoid kolonda rast gəlinir, kolonik
mukozal zədələnmələr isə bütün yoğun bağırsaqda ola bilər. Kolorektal varikslərlə qara ciyər
xəstəlikləri arasında sıx əlaqə vardır və qeyd etmək lazımdır ki, kolorektal varikslər
ekstrahepatik portal hipertenziyalı xəstələrdə daha tez-tez meydana çıxır. Son 10 ildə portal
hipertenziya və varikslərdən qanaxmaların müalicəsində mühüm üstünlüklər əldə edilmişdir:
qeyri-selektiv beta-blokatorlar, terlipressin, somatostatin və onun anoloqları və endoskopik
terapiya (skleroterapiya, lateks həlqənin qoyulması, transyuqular intrahepatik portosistemik şunt
– TİPS, və s.)