Prezintasiya 1



Yüklə 211,65 Kb.
tarix15.01.2023
ölçüsü211,65 Kb.
#79272
Prezent1

PREZİNTASİYA 1

  • PREZİNTASİYA 1
  • Elmin tarixi, elmi bilik anlayışı
  • Elm nə vaxtdan başlanır?
  • «Elm» anlayışının necə başa düşülməsindən asılı olaraq bu suala müxtəlif cavablar vermək olar.
  • 1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin başlanğıcı kimi qəbul oluna bilər.
  • 2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün meyara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, onları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni faktiki material gözləmədən yeni bilik almaq imkanı yaranır; başqa sözlə, mövcud biliklər sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. Elmin özünüinkişaf sisteminin olması onun müasir dövrdə sinergetik kontekstdə araşdırılmasını da aktuallaşdırır.

Elmin yaranması üçün şərtlər. Özü-özlüyündə texnologiyanın inkişafı elmə çevrilmir.

Elmin yaranması üçün ilkin şərtlər bunlardır:

Mifoloji sistemlərin tənqid edilməsi və dağılması;

İstehsalın kifayət qədər yüksək inkişaf səviyyəsi, əqli və fiziki əməyin ayrılması;

Zəngin mədəniyyət.

Elmin əsas inkişaf mərhələləri. Orta Əsrlər dövründə islam dünyasının Yaxın Şərqdən və Orta Asiyadan olan alimləri (İbn-Sina, Əl-Biruni, Əl-Xarəzmi, Nəsrəddin Tusi və s.) elmin inkişafına böyük töhfə vermişlər. Onlar Qədim Yunan ənənələrindən də istifadə etmişlər.

Həmin dövrdə Avropada elm Xristian dininin təsiri altında idi. Bu da orta əsrlərdə Avropada elmin spesifik formasına – sxolastikaya – gətirdi. Sxolastika ehkam fikirlərinin rasional metodika ilə birləşməsinə əsaslanan dini fəlsəfə növüdür. Universitetlər (ilk növbədə Paris universiteti – Sorbonna) Avropa elminin mərkəzinə çevrildilər.

PREZİNTASİYA4

Elmi-texniki yaradıcılıq metodologiyasının

nəzəri və metodoloji elementləri. Elmi-tədqiqat işlərinin mərhələləri.

 

 

Müxtəlif elmlərdə metod və vasitələrin spesifik xüsusiyyəti:

- keçmişlə eksperiment aparmaq olmaz;

- insan və cəmiyyət üzərində eksperiment aparmaq imkanları məhduddur;

- elm dünyanın qanunlara əsasən dərk oluna bilməsindən çıxış edir.

İstənilən fəaliyyət sahəsində metod məqsədə çatmaq üsuludur. Elmdə yalnız elmin özü, onun nəzəri biliyi belə üsul ola bilər. Metod nəzəriyyə ilə birlikdə inkişaf edir və idrak üçün vasitədir.

Elm=nəzəriyyə+metod

 

Metodologiya fəaliyyətin strukturu, məntiqi təşkili, metodları və vasitələri haqqında təlimdir.

Metodoloji bilik aşağıdakı formalarda istifadə olunur:

- müəyyən fəaliyyət növlərinin məzmununun və ardıcıllığının qeyd olunduğu göstərişlər və normalar formasında (normativ metodologiya);

- faktiki olaraq yerinə yetirilmiş fəaliyyətin təsvir olunması formasında (deskriptiv metodologiya).

Metodologiyanın ən mühüm tətbiq nöqtələri:

  • Metodologiyanın ən mühüm tətbiq nöqtələri:
  •  məsələnin qoyuluşu. Burada daha çox psevdoproblemlərin irəli sürülməsinə aparan və ya nəticənin alınmasını xeyli çətinləşdirən metodiki səhvlər meydana gəlir;
  •  tədqiqat predmetinin qurulması;
  •  elmi nəzəriyyənin qurulması;
  •  alınmış nəticənin doğruluğu, yəni tədqiqat obyektinə uyğunluğu nöqteyi-nəzərindən onun yoxlanması.
  • Müasir metodologiya bir neçə səviyyəyə bölünür: ümumi elmi metodoloji konsepsiyalar və istiqamətlər, ayrı-ayrı xüsusi elmlərin metodologiyası, tədqiqatların metodika və texnikası.

Elmi-tədqiqat işlərinin mərhələləri.

  • Elmi-tədqiqat işlərinin mərhələləri.
  • Elmi-tədqiqat prosesində aşağıdakı mərhələlər var:
  • Ideyanın yaranması
  • Anlayışların formalaşdırılması
  • Fərziyyələrin irəli sürülməsi
  • Elmi faktların ümumiləşdirilməsi
  • Fərziyyələrin və mühakimələrin düzgünlüyünün isbat edilməsi
  • Elmi ideya aralıq arqumentasiya olmadan hadisənin intuitiv izahıdır. İdeya artıq məlum olan biliyə əsaslanır, amma əvvəlcədən görünməyən qanunauyğunluqları açır. İdeya öz spesifikasiyasını fərziyyədə tapır.
  • Fərziyyə verilmiş nəticənin səbəbi barədə təxmindir. Əgər fərziyyə müşahidə olunan faktlara uyğundursa, onda onu nəzəriyyə və ya qanun adlandırırlar.
  • Qanun hadisələrin daxili mühüm əlaqəsidir və onların zəruri qanunauyğun inkişafını şərtləndirir. Qanun hadisələr və xassələr arasında müəyyən dayanıqlı əlaqəni ifadə edir. Qanunu isbat etmək üçün mühakimələrdən istifadə olunur. Həmin mühakimələr əvvəlcədən doğru kimi tanınırlar.

Yüklə 211,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin