Qafqaz üNİversitesi



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/50
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#1023
  1   2   3   4   5   6   7   8   9   ...   50


 

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 1/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

I.



 

ÜMUMĠ MÜDDƏALAR 

1.1.  Bu  Əsasnamə,  “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa,  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət 

standartı və proqramı”na, Nazirlər Kabinetinin  2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə 

təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi 

ilə  tədrisin  təşkili  Qaydaları”na  və  Avropa  Kredit  Transfer  Sisteminə,  Ali  təhsil  müəssisələrinin 

bakalavriat  və  magistratura  səviyyələrində  təhsilalanların  köçürülməsi,  xaric  edilməsi,  bərpa 

olunması  və  akademik  məzuniyyət  götürülməsinə  dair  müvəqqəti  qaydalara  uyğun  olaraq 

hazırlanmışdır. 

1.2.  Bu  əsasnamənin  məqsədi,  Qafqaz  Universiteti  Nizamnaməsinə  uyğun  olaraq  Təhsil 

Nazirliyinin verdiyi Pilot Universitet Statusuna əsasən bakalavr və magistr təhsil proqramının tabe 

olacağı əsasları müəyyənləşdirməkdir.  

1.3. Bu əsasnamə, Qafqaz Universitetində mövcud olan fakültələrdə təhsil alan bakalavr tələblərinə 

tətbiq edilir.  

1.4.  Kredit  sistemi  əsasında  təşkil  olunmuş  tədris  prosesinin  xüsusiyyətləri  aşağıdakılardan 

ibarətdir: 

1.4.1.  hər  bir  təhsilalanın  (bundan  sonra  –  tələbənin)  fərdi  tədris  planının  olması  və  onların  bu 

planın tərtib edilməsində iştirak etməsi; 

1.4.2. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması; 

1.4.3. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması; 

1.4.4. biliyin qiymətləndirilməsində çoxballı  sistemin tətbiq edilməsi; 

1.4.5. hər bir  fənn üzrə ayrıca jurnalın tərtib edilməsi; 

1.4.6. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması; 

1.4.7. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması; 

1.4.8. fakültələrin, bölmələrin, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması. 

1.5.  Qafqaz  Universiteti  tələbələri  kredit  sisteminin  təşkili  qaydaları  ilə  tanış  edir  və  təhsil 

müddətində tələbənin tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaradır. 

1.6. Qafqaz Universitetində kredit sistemi ilə tədrisin təşkili müvafiq struktur bölmələr (fakültələr, 

dekanlıqlar,  bölmələr,  tədris  hissəsi  (qeydiyyat  və  s.),  tədrisin  keyfiyyətinə  nəzarət  komissiyası, 

keyfiyyəti idarəetmə şöbəsi, tərəfindən tənzimlənir. 




 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin