QARA ZİRƏ (Çörək otu)
26.02.11 17:23
şəfa tapmaq üçün səbəblərdən
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Qara zirəni daima
qəbul edin, çünki onda, ölümdən başqa, bütün xəstəliklərin müalicəsi vardır”
(Bu hədisi öz kitablarında eyni zamanda Tirmizi, Əhməd və İbn Hibban da vermişdir. əl-Buxari
və İbn Macə bu hədisi Aişədən (A.o.r.) edilən rəvayətdən götürmüşlər.)
Qara zirənin faydalı cəhətləri doğrudan da çoxdur.
Peyğəmbərimizin (səllaLLahu aleyhi və səlləm): “Qara zirədə hər dərdə çarə vardır” sözü, eynilə
Uca Allahın: “O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər! (Əhqaf, 46/25.) kəlamına bənzəyir.
Yəni, hansı şey ki, məhv olmağa layiqdir, onları məhv edər. Bədəndəki kiçik şişləri, şişkinlikləri
aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir
gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər
qalıqlarını qurudub xaric edir.
Qara zirə döyülüb toz halına gətirildikdən sonra isti su ilə içilərsə, böyrəklərdə və sidik kisəsində
olan daşları əridir. Uzun müddət içildiyi təqdirdə, sidiyi, aybaşı qanını və südü artırır. Sirkə ilə bir
yerdə qızdırılıb qarnın üstünə sürtüldükdə tüklərin kökünü məhv edir. Qara zirə döyülüb bir
müddət buruna çəkildikdə zökəmi sağaldır
(İbn Keyyim el-Cevziyye, Tibbi Nebevi (türk dilində), Hikmet neşriyyatı, İstanbul, səh. 374-375. )
Qara zirə yağı saçqıran xəstəliyə və ziyillərə qarşı müalicə vasitəsi kimi faydalıdır. Su ilə
bərabər bir misqal içilərsə, astma və digər nəfəs yolu xəstəliklərə müsbət təsir göstərər. Soyuq
baş ağrısı zamanı qara zirə yağından sarğı hazırlayıb başın ağrıyan hissəsinə qoymaq lazımdır.
Qara zirə sirkədə qaynadılaraq qarqara edilərsə, soyuqdan ağrıyan dişlərin ağrısının kəsməsinə
səbəb olar. üyüdülüb toz halında buruna çəkilərsə, gözün sulanmasının qarşısını alır. Sızanaq
və dərisi çatlamış qaşınmalara qarşı təsirli vasitədir. Qara zirə yağı buruna çəkildikdə üz iflicini,
yarım misqaldan bir misqala qədər içildikdə isə zəhərli hörümçək dişləməsini sağaldır.
Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc
1 / 4
QARA ZİRƏ (Çörək otu)
26.02.11 17:23
verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin
xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta
xərçəng xəstəliklərində də istifadə edilir.
Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə
qəbul etmək məsləhət görülür ki, bu bir günlük norma hesab olunur. Bu norma artırılmamalıdır.
Qara zirənin istifadəsi zamanı əks-təsir halı hamiləlikdir.
Qara zirə dünya xalqları arasında qədimdən geniş yayıldığına görə müxtəlif adlar daşıyır
Almaniyada - Schwarzkümmel, Norveçdə - swartkarve, İsveçdə - svartkummin, Latviyada –
melnsÄ“klÄ«te, Liyvada – juodgrÅ«dÄ—, Estoniyada – mustköömen, Finlandiyada –
mustakumina, Macarıstanda – feketekömeni, Latınca – Nigella, İtalyada – qrano nero,
İspaniyada – niquilla, Portuqaliyada – kominhu-pretu, Rumıniyada – neqrilike, Polşada –
czarnuszka, Ukrainada – çornuşka, Rusiyada – çernuşka, çexiyada – çerni kmin, Slovakiyada –
çernuşka, Sloveniyada – vzhodna çrnika, Serbiyada – çrno seme, Yunanıstanda - melanthion
[μελάνθιον], Ərəbistanda – kamun asvad, Türkiyədə - qara çörəkotu, siyah kimyon, İranda –
siah daneh [سیاه دانه], Sanskritcə - krishna [कृषà¥à¤£], Hindcə - kala
[काला], Pakistanda - kala [ਕਾਲਾ], Sinqhlərin dilində - kalu, Malayalamca -
kari [à´•à´°à´¿], çində - hei, İndoneziyada - hitam adlandırılır və bundan başqa həmin bitki
(ölkələrin ərazi və bölgələrindən asılı olaraq) belə də adlandırılır: ingilis dilində “blek sid”, “blek
kümin”; fransız və alman dillərində “nielle”; yunan dilində “melansion”; türk dilində “çörəkotu”,
“kimyon”; fars dilində “şoniz”, “siyah dane”; sanskrit dilində “krişn cirak”; benqal dilində “kalicra”;
qucarati dilində “kalaonci ciram”; hind və urdu dillərində “kalaunci”; ərəb dilində
“həbbətul-bərakə” (bərəkətli toxum); botaniki adı isə “niqella sativa”-dır.
Bu müxtəlif adlarla qara zirə, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Səudiyyə
Ərəbistanında, Suriyada, Hindistanda, Misirdə, Efiopiyada və s. yerlərdə yetişdirilir.
Araşdırmalarımız, rus, türk, ingilis və başqa dillərdəki müvafiq terminlərin müqayisəli öyrənilməsi
göstərir ki, ölkəmizdə, yuxarıda adları çəkilən bu bitkinin bütün keyfiyyətlərini özündə cəm edən
müalicə vasitəsi və kulinariyada (aşbazlıqda) işlədilən ədviyyat növünün Azərbaycan dilindəki
adı qara zirədir.
2005-ci ildə ilk dəfə tərcümə etdiyim kitabçada 1959-cu ildən başlayaraq qara zirəyə dair
aparılan çoxsaylı tədqiqatlar haqqında məlumat verilmişdir. Son dövrlərdə dünya xalqları
arasında yenidən məşhurlaşmış qara zirə haqqında alim və tədqiqatçılar yeni-yeni tədqiqatlar
aparmış və bu bitkinin daha faydalı xassə və keyfiyyətlərini
yenidən
aşkar etmişlər. Mən burada yenidən sözünü kursivlə yazmağa məcbur oldum. Bunun səbəbi
isə, bu gün alim və mütəxəssislərin “kəşf” etdikləri qara zirənin bu yenilikləri haqqında hələ 1400
il bundan əvvəl Allahın Elçisi Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!)
tərəfindən insanın sağlamlığı, onun müalicəsi üçün zəruri olan bütün xassələri haqqında kifayət
qədər məlumatlar vermişdir. Onun hədislərində öz əksini tapmış bu məlumatlar Uca Allahın
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hikmətlərdəndir və bunlar (qara zirə
və ona bənzər saysız-hesabsız bitkilərin, tərəvəzin, bostan bitkilərinin, meyvələrin və sairə
2 / 4
QARA ZİRƏ (Çörək otu)
26.02.11 17:23
yabanı ağacların müalicə üçün yararlı olması) haqqında bəşəriyyətin əldə etdiyi biliklər ancaq
Allah dərgahından vəhy edilə bilərdi.
Bu yazdıqlarımızın təsdiqi kimi, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bir sıra
hədislərinə nəzər salaq:
“Qara zirədə ölümdən başqa bütün xəstəliklərin dərmanı vardır”. Bu hədis Burdadan
rəvayət edilərək Əhmədin Müsnədində verilmişdir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Qara zirə bütün
xəstəliklərin çarəsidir, saamdan başqa” (“saam” ölümdür)
– deyə buyurmuşdur. Hədis Buxaridə, Muslimdə, İbn Macədə və Əhmədin Müsnədində Əbu
Hureyrədən (A.o.r.) rəvayət edilmişdir.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin hədisinin digər bir variantı
Buxarinin və İbn Macənin Səhih adlı toplularında Xalid bin əl-Səəddən rəvayət edilmişdir:
“Mən Qalib bin əl-Cəbrlə Mədinəyə gəldim. Qalib yolda xəstələnmişdi. İbn Atiyə ona baş
çəkməyə gəldi və dedi ki, Aişənin (A.o.r.) dediyinə görə, Muhəmməd Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qara zirədə bütün xəstəliklərin
müalicəsi var”. Biz qara zirəni toz halına düşənə kimi döyüb zeytun yağı ilə qarışdırdıq və
alınmış məhlulu Qalibin burnunun iki pərəsinə də damızdırdıq. O, sağaldı”.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) yenə buyurmuşdur:
“Qara zirəni özünüzdən əskik etməyin (yəni, sağlamlıq məqsədilə istifadə etməkdən
ötrü), çünki onda, saamdan başqa, bütün xəstəliklərin müalicəsi vardır”. Belə olduqda,
kimsə soruşur ki: “Bəs saam nədir?” Buna Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) belə cavab verir: “ölümdür!”
(Bu hədisi Aişədən (A.o.r) Əhmədin hədislər toplusunda; Abdullah ibn ömər Əbu Hureyrədən
(Allah hər ikisindən razı olsun) İbn Macənin hədis toplusunda; həmçinin Tirmizinin toplusunda
Əbu Hureyrədən rəvayət etmişlər.
Yazmaq və oxumaq bilməyən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu həkimanə
biliklərə sahib olması ancaq Uca və Müdrik Allahın dərgahından ola bilərdi ki, bu həqiqətdə də
bir gerçəklikdir. çünki bu misilsiz hikmətləri bilmək adi bir insanın və ya o dövrün təbibinin
imkanlarına sığan bir iş deyildi. Təkcə buradakı ancaq birinci hədisi deməyə cəsarət etmək üçün
onun müəllifi ən azı nəhəng bir elmi-tədqiqat mərkəzinə və çoxminli tədqiqatçılar kollektivinə
malik olmalı idi ki, uzun illər aparılmalı olan saysız-hesabsız tədqiqatlar nəticəsində qara zirənin
bütün xəstəliklərin dərmanı olmasını kəşf edə biləydilər. Adicə bir xəstəliyin əlacını tədqiqat yolu
ilə aşkar etmək uzunmüddətli və çoxillik zəhmət tələb edir. Halbuki, Allahın Elçisi (ona Allahın
salavatı və salamı olsun!) təbabət üzrə məsləhətlərini verərkən heç bir maddi mənbəyə istinad
etmirdi. Əlbəttə ki, Allahın son Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) belə xəbərləri
özündən və ya havadan da deyə bilməzdi.
Gördüyümüz kimi, qara zirənin son dərəcə geniş müalicəvi spektrə malik olması haqqında
məlumatların məxəzi, mənbəyi tamamilə aydın və mübahisəsizdir. Bu misilsiz müalicə
3 / 4
QARA ZİRƏ (Çörək otu)
26.02.11 17:23
vasitəsinə, onun verə biləcəyi nəticələrə şəkk gətirmək və ya şübhə ilə yanaşmaq təhlükəli ola
bilər. çünki bu şübhə və vəsvəsələr Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
buyurduğuna şəkk gətirməyə bərabərdir, şeytan azdırmaları və müsəlmanlar tərəfindən
bəyənilməyən əməldir.
Yuxarıda qeyd etdiyimiz və burada hamısını yad edə bilmədiyimiz bir çox digər hədislər onu
göstərir ki, qara zirə Müdrik və Qüdrətli Allahın bəşəriyyətə öz Elçisi (ona Allahın salavatı və
salamı olsun!) vasitəsilə bəxş etdiyi nemətlərindən biridir. Qara zirəni lazımınca dəyərləndirib
insanlarımızın sağlamlığı üçün istifadə etmək hər bir müsəlmanın, hər bir sağlam düşüncəli
insanın borcudur. çünki insan Allahın ona verdiyi əmanəti – öz sağlamlığını qorumağa Allah
qarşısında məsuliyyət daşıyır.
Sələflərimiz qara zirəni əsrlər boyu özləri geniş istifadə etmiş və onun tətbiqi barədə tövsiyələr
vermişlər. Bu mövzu ilə əlaqədar müxtəlif ölkələrdə yüzlərlə məqalələr dərc edilmiş, soraqçalar,
təlimatlar buraxılmışdır.
Qeyd olunduğu kimi, qara zirə özünəməxsus Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!)
bitkisidir, çünki o, Peyğəmbər Təbabətində(Peyğəmbər təbabəti İslam elmləri sırasında
özünəməxsus bir mövqeyə malikdir və bu gün o artıq alternativ və daha effektiv tibb sahəsinə
çevrilə bilmək imkanına malikdir. F.S.)
xüsusi nadir bir yer tutur və “bütün xəstəliklərin əlacı” kimi məşhurdur. Xüsusilə qeyd olunmalıdır
ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qədər qara zirədən istifadə
olunmasına baxmayaraq ona elə də layiqincə əhəmiyyət vermirdilər və məhz Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) o dövrdə İslam aləmində qara zirəni
məşhurlaşdırmış və onun barəsində bir çox hədislərində xatırladaraq, qara zirənin müfəssəl
reseptlərini və konkret xəstəliklər zamanı tətbiqi üsullarını təsvir etmişdir.
(Burada, yadıma düşmüşkən bir incəliyi qeyd etməliyəm ki, qara zirə bitkisinə dair şəxsən
tərcümə etdiyim ilk kiçik həcmli kitabçada mən onu, əsasən, qara zirə adlandırıram. Elə əslində
də, həm Rusiya və həm də Türkiyə mətbuatında bu bitki haqqında məlumatlarda onu
(Rusiyada) – тмин (черный тмин) və (Türkiyədə) – kara çörekotu
adlandırırlar ki, bunların hər ikisi Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
nəzərdə tutduğu qara zirədir. çünki həm Buxari Səhihində, həm İbn Qeyyimin “Peyğəmbər
Təbabətində” və çağdaş Türkiyə mətbuatında qara zirəyə qara çörəkotu deyilir. Hazırda
piştaxtalarda satışa çıxarılmış qara zirə və onun yağıdır).
şəfalı dərmanla bağlı reseptlərə
buradan
baxa bilərsiniz.
TƏRTİBATçI: FƏRAHİM S.
www.islamevi.az
4 / 4
Dostları ilə paylaş: |