Qarabağ bizimdir



Yüklə 17,64 Kb.
tarix02.01.2022
ölçüsü17,64 Kb.
#34959
qarabag bizimdir


Esse

Müəllif: Aydan Səlimova

Fakultə: Kitabxanaçılıq və informasiya fəaliyyəti

Qarabağ bizimdir”

Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ” – “böyük bağ”, “sıx bağ”, “qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km² yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş, Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. 

Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsax kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır. Sözün ilkin forması "Ərsak" olmuşdur ki, bu ad da o ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilib. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar.

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i – Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal edilmişdir. Bu hərbi təcavüz nəticəsində uşaqlar, qadınlar, ahıl yaşında olanlar da daxil olmaqla çoxlu sayda həmvətənlərimiz həlak olmuş, 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür.

Azərbaycan dövləti müharibə istəmirdi. Arzu edirdi ki, münaqişə sülh yolu ilə həllini tapsın, Azərbaycan torpaqları işğaldan azad olunsun. Buna görə də 1994-cü ildən başlayaraq əvvəlcə ölkə Prezidenti Heydər Əliyev sülh danışıqları aparmışdır. 2003-cü ildən Prezident İlham Əliyev danışıqları davam etdirirdi. Lakin bu danışıqların heç bir nəticəsi olmadı. Nəhayət 2020-ci ilin sentyabrın 27-də Cənab Prezidentin Azərbaycan ordusuna əmr verdi. Ölkə hərbi rejmə keçərək 44 gün içərisində illərdir ermənilərdə olan Qarabağımız işğaldan azad edildi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistan Respublikası Baş Naziri Nikol Paşinyan arasında imzalanan bəyanata əsasən Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycana qaytarıldı.



Esse mövzumu Cənab Prezident İlham Əliyevin cümləsi ilə bitirmək istəyirəm.

  • Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin