Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır. Kiçik, incə quruluşlu, qısaboyludurlar. Çox sürətli uçuş qabiliyyətləri var. Həyatının çoxunu havada keçirir. Quyruqları haçalıdır. Dimdikləri qısa və genişdir. Qanadları uzun və itidir, quyruğu isə iki hissəyə haçalanmış formadadır. Demək olar ki, bütün qaranquşların xarici görünüşü eynidir.Qaranquşları həm də "yazın müjdəçisi" adlandırırlar.