QARIMIŞ OGLAN
Bahar qönçələyirdi... Biz, yaşıl tarlalar arasında, şişə bir şərid kimi parlayan balaca çayın
kənarında oturub xoşallanırdıq. Aprelin ilk çağlarına məxsus ilıq bir hava idi. Günəş tünd
qəhvəyi bir bulud arxasında gizlənərək üzünü azca göstərir, səmanın bir tərəfini parlaq nura qərq
edirdi...
Buludun xəfıf kölgəsi sıx, yaşıl çəmənlər üzərində titrəyirdi... Açıq çəhrayı güllər, tünd mavi
bənövşələr, ağ «danaqıran» çiçəkləri, təzə, şux yaşıl otlar arasında boyunlarını bükərək günəşə
qarşı gülümsəyir, ətrafa xoş ətir saçırdılar. Daha aşağılarda çiçəkli bağlar görünürdü, Uzaqdan
ərik ağaclarının çiçəkləri ipək kimi parıldayır, yarım çəhrayı bir rəngə çalırdılar. Ağ kəpənəklər
ipək qanadlarını titrədərək çiçəkdən çiçəyə qonurdular. Orada-burada sığırçın və torağayların
nəğmələri eşidilirdi. Çayın aşağı tərəflərində heyvan sürüləri qayğısız bir görünüşlə otlayırdı.
Kök bir camış ayaq üstə dayanıb arxayın-arxayın gövşəyir... Başına qonmuş sağsağan,
buynuzlarının arasını dimdiklədikcə, heyvan xoşlanırdı. Çoban yamacda dolaşır, ara-sıra yerə
əyilir, nə isə qoparıb ağzına qoyurdu. Kok bir dayça anasının ətrafında o yan-bu yana tullanır,
onun qarnını iyləyir, ehtimal ki, əmmək istəyir... ana, ona etina etmir... soyuq bir görünüşlə ətirli,
cavan otlan biçir... Biri qocahal, digəri cavan iki it bir-birilə oynayırdı. Qoca it yorulub, yerə
uzanır, kiçik it onun ətrafında atılıb düşürdü.
Kiçık bir ulaq yamacda dayanıb, qulaqlarını şəkləyərək həsrətlə itlərin oynaqlaşmalarına tamaşa
edirdi.
Yanı üstə uzanıb, əlinə dirsəklənmiş yoldaşına dərin bir nəfəs alaraq;
- Eh... bahar... gözəl fəsildir, - dedi. - Bütün bunlar insanı həyata çağırır...
Mən tənbəl-tənbəl:
- Bəli, - dedim.
- İnsan yaşadıqca yaşamaq və sevmək istəyir...
- Doğrudur!
- Lakin necə sevgi?
O, bir an dayandı... Gözləri yol çəkdi... Şirin və qayğısız bir təbəssümlə gülümsədi. Sonra xoş bir
tonla əlavə etdi:
- Sakit, əbədi, rahat bir sevgi. Ah, sevdiyin bir qızla rahat bir həyat qurmaq nə qədər yaxşıdır.
- Siz, deyəsən, özünüzdən danışırsınız.
- Ümumiyyətlə, deyirəm...
- Evləndiyiniz neçə il olar?
- Düz alti ildir...
- Necə oldu? Sakit, rahat sevgini görə bildinizmi?
- Bəs necə... eh... ailə həyatı səadətdir... Balaca oğlumu nə qədər sevirəm, bilirsiniz, lap
şeytandır. Səhər tezdən, mən hələ yuxudaykən, görürsən, gəlib çıxıb sinəmə... gah burnumu, gah
dililə qulağımı qıdıqlayır... Mən özümü yuxuluğa vururam, «ata... ata...» deyir, «quş oxuyur...
dur...» Bir də görürsən, bağçadan bir dəstə çiçək gətirib anasının saçlarına düzür, «ana... ana,
qəşəngdi...» deyir. Lap qiyamətdir...
Cavan mühəndisin badamı, gözəl qara gözləri şirin bir qayğısıziıqla xumarlandı. Qara və uzun
qaşları yuxarıya doğru dartıldı. Düz və kəsmə burnunun qıraqları qıcıqlanırmış kimi ehtizaza
gəldi. Xəfıf külək onun zil qara və qıvrım saçlarını oynadırdı.
- Lakin, - deyə, o, arxası üstə çevrildi. - Elə insanlar var ki, bütün ömürləri boyu harda isə
qurdalanırlar... Çexovun «Qılaflı adamı» kimi öz qılaflarına bürünüb evlənməyə, sevgiyə vahimə
ilə baxırlar, axırda da, kim bilir, başlarina nə gəlir. Belə adamlar, insana tilsimli kimi
görünürlər... Adam onlara yaxınlaşmağa belə qorxur, sanki öz tikanı ilə indicə səni sancacaqlar.
Məsələn, bir oğlan tanıyırdım. Qəribə adam idi... otuz səkkiz yaşı vardı... Hələ evlənməmişdi.
Bütün ömrü boyu heç bir qadını sevməmişdi.
-Nəyə evlənmirsən, ay Vəli? - deyirdim. - O, qaşlarını çatar, sulu və iri dodaqlarını büzər, salxaq
çiyinlərini təşvişlə yuxarı dartardı.
- Tapa bilmirəm, - deyərdi...
- Nəyi tapa bilmirsən?
- Bir saznatelnisini tapa bilmirəm... Mən:
- Ədə, - deyirdim, - dünya qurumuyub ki, «niujeli» bu dünyada sənin üçün «saznatelni» biri
tapılmır?
0, ah çəkər, balaca boz gözlərini qırpar, «tapa bilmirəm də...» deyərdi. Onun nə cür qız arzu
etdiyi mənim üçün qəribə bir sirr idi... Mən bu «tilsimli sirri» öyrənmək üçün çox əmək sərf
edirdim... Lakin sirr, sirr olaraq qalırdı. O, buz kimi soyuq, quru bir adam idi.
Bütün vücudunda gözəl bir tərəfı vardısa, o da yalnız həzin səsindən ibarət idi. Üzü çopur, sivri
burnu həddindən ziyadə qabağa doğru uzanmış bir adam idi. Başının sarı saçları təşrif aparmış,
yarım daz olmuşdu. Zalımın üzü bir dəfə də olsun gülməzdi... Yalnız oxuduğu zamanlar üzü bir
az yumşaq bir ifadə alardı... Ona, gözəl, çirkin, müxtəlif tip və xarakterli qızlar, qadınlar
göstərirdim:
- Hə, bu necədir? (Əlbəttə, qızın razılığını o qətiyyən düşünmədiyi kimi, mən də, hələlik, bunu
nəzərdə tutmurdum.)
O:
- Yox, - deyərdi, - mənə beləsi lazım deyil.
Bir dəfə də olsa, ondan «bəlkə heç o qız məni bəyənmədi» sözünü eşitməzdim, deyəsən, ona elə
gəlirdi ki, dünyada kimi istəsəydi, rədd edilməzdi.
Mən onu çox təngə gətirəndə, yavaş və ağır bir tonla:
- Ay balam, - deyərdi, - evlənmək zarafat iş deyil, ölüm-dirim məsələsidir. Gərək ehtiyatlı
olasan, yaxşı ölçüb-biçəsən.
- Bəs, nə vaxt ölçüb biçəcəksən?
- Vaxtı var... əzizim, hər şeyin öz vaxtı var... gərək iş düzələ ki, sən də ölçüb-biçəsən, evlənmək
zarafat deyil. Gərək elə etməyəsən ki, camaat sənə gülə... Eşşəyə minmək bir ayıb, düşmək də
iki.
0, böyük bir müəssisənin mühasibi idi. Yaxşı maaş alırdı. Fəqət son dərəcə pis dolanırdı. Yalnız
istirahət günlərində yeməkxanada nahar edərdi. Qalan günləri evində ya turp və ya soyutma
kartof, çox vaxtlar da soğan-çörək yeyərdi. Görürdün ki, idarədən çıxandan sonra bir çörək, bir
dəstə də turp və ya vəzəri alıb evə yollanır. Köhnə boz plaşının içində onun arıq, donqa vücudu
çuvala bürünmüş kimi görünürdü.
Balaca, qaranlıq bir otaqda yaşayırdı. Evində alçaq, dəmir bir çarpayı, üstünə qəzet çəkilmiş
köhnə bir stol, bir-iki qab-qacaq, bir də böyük bir sandıqdan başqa heç nə yox idi. Sandıq məni
çox maraqlandırırdı. Bir gün kefınin kök bir vaxtında soruşdum:
- Bu sandıq nədir?
O, ildə, əyyamda bir dəfə gülümsədi... Durub sandığı açdı. Burada cürbəcür ipək parçalar, ipək
yaylıqlar, qadın ayaqqabıları, cemperlər, pambığa bükülmüş köhnə qızıl saat, üç-dörd üzük, üstü
qaralmış bir medalyon, ipək əl yaylıqları, qara mahuddan tikilmiş bir dəst kişi kostyumu, bir
çətir, bir neçə gümüş qaşıq, özünün iri və saralmış bir portreti, bir neçə balaca əl bıçağı, daha bir
çox xırda-xuruş şeylər vardı.
- Ay Vəli, nə çox şeyin var? - dedim. 0, təmkinlə başını yırğaladı.
- Bəs necə, hamısı arvadağanındır.
- Hansı arvadağanın?
- Necə hansı? Bəyəm heç evlənməyəcəyəm? Mən;
-Hə? - dedim. - Başa düşdüm, demək, hazırlıqdır.
- Bəs necə, evlənmək halva deyii ki... Mən tamam 15 ildi hazırlıq görürəm.
- 15 il?
- Bəs necə?
Deyildiyinə gorə, əmanət kassasında güclü pulu vardı... Eh, qəribə adam idi... Adama elə gəlirdi
ki, o, nə isə, daxili bir aləmdə yaşayır... Otuz səkkiz illik ömürdən sonra hara isə - yeni, qəribə
bir aləmə hazırlaşır.
Əlbəttə, bu barədə o, heç kimə, bir kəlmə də olsa, söz deməzdi...
Bir dəfə mən başqa bir yerə getmişdim... Qayıtdığım zaman onun evləndiyini eşitdim...
Heyrət etdim... Etiraf edim ki, bütün həyatımda bu qədər heyrətlənməmişdim... Bahar vaxtı idi...
Bir dəstə gözəl çiçək alıb, dostumun görüşünə tələsdim. Məni görən kimi tələsik dedi:
- Pah, salam, salam.
Taxtın üstündə bir qadın oturmuşdu. Mən təzə gəlinə təqdim olunmağımı gözlədim. Fəqət,
dostum nə bunu etdi... nə də mənə «otur» dedi. İkimiz də ayaq üstə qalmışdıq. 0, qızarır, bozarır,
sulu dodaqlarını aramsız marçıldadırdı. Nəhayət ki:
- Hə, nə təhərsən? - dedi.
Nədənsə, təşviş içində idi. Sözlər ağzından qırıq-qırıq çıxırdı... Nəhayət, mən üzümə salıb, bir
stulda oturdum, gülü də stolun üstünə qoydum...
Vəli dərin bir həyəcan içindəydi.
Nə üçünsə gözünün ucu ilə gah mənə, gah da rəfıqəsinə bir nəzər atırdı... Qadının üzündə
istehzalı bir təbəssüm vardır. Mən indi gözucu da olsa, onu nəzərdən keçirə bildim. Otuz
yaşlarında sarışın bir qadın idi. Nazik dodaqları qıpqırmızı rənglənmişdi. Açıq mavi gözlərinin
ətrafında sivri cizgilər görünürdü. Süni olaraq qaşları tük kimi nazik bir şəklə salınmışdı. Sarı
saçları təzəcə və bir az da həddindən artıq kəsilmişdi. Üzünün dərisi, çox krem, pudradan istifadə
etmiş qadınların üzlərinə məxsus bozumtul bir şəkil almışdı.
Əynində qolsuz qapot vardı. Əllərini qoynunda çarpazlamışdı. Sonradan öyrəndiyim məlumata
görə, keçmiş Qarabağ bəylərindən birinin qızı imiş... Bankda makinaçı vəzifəsində işləyirmiş.
Evdə gözə çarpan dəyişiklik vardı. Evin divarları ağardılmış, pəncərəyə tor pərdə, stolun üstünə
təmiz süfrə salınmışdı. Vəlinin sandıqdakı portreti qadının döşü çılpaq bir şəkli ilə qabaq-
qabağa, çarpayının baş tərəfində vurulmuşdu. Vəli mahud kostyumunu geymiş, boz rəngli
qalstuk bağlamışdı. Qadın oturuşundan və vəziyyətindən ev yiyəsindən zıyadə qonağa
bənzəyirdi.
0, qaşlarını yuxarı dartaraq, əzgin və bir az da amiranə səslə dedi:
- Vəli, durub pəncərəni açsana, ürəyım darıxır. Vəli cəld yerindən sıçradı.
Mən ürəyimdə: «Aha, nə yaman zabitəlidir» deyə düşündüm...
... Yoldaşım cibindən bir papiros çıxararaq yandırdı. Tüstü onun ağzından burula-burula qalxıb
uzaqlaşdı. Günəş yavaş-yavaş qərbə doğru əyilirdi. Sürü otlaya-otlaya bizdən xeyli uzaqlaşmışdı.
Çayın sakit, yorğun şırıltısı eşidilirdi. Xəfif külək cavan otları yelləndirirdi. Külək alça
çiçəklərinm ağ yarpaqlarınıdüz bizə tərəf qovurdu.
Mühəndis əliərini başının altında çarpazlayıb, qurtum-qurtum tüstü buraxır və bu tüstü axıb,
mavi səmanın dərinliklərində əriyirdi.
Birdən o:
- Hə, bəs, sonu nə oldu? - deyə, gülümsəyə-gülümsəyə soruşdu. Bu təbəssümdə acılıqmı,
istehzamı, bilmirəm, kəskin bir şey duyuldu.
- Eh, sonu pis oldu... çox pis... evləndiklərindən bir həftə keçməmiş söz-söhbət aləmi
götürdü. Hər yerdə «çopur mühasib ilə makinaçı» barəsində danışırdılar. Deyirdilər ki, səhərdən
axşamadək dalaşırlar. İlk zamanlarda inanmadım. «Bəlkə şayiədir» dedim. Lakin bir gün şahidi
olduğum bir səhnə məni hər şeyə inanmağa məcbur etdi.
Yolum qapılarından düşdü. Bir dəstə adam darvazaya toplaşıb içəriyə boylanırdı. Uşaqlar
ağaclara dırmaşıb həyətə baxırdılar. Mən toplaşanların birindən hadisəni soruşdum.
- Əşi, o çopur mühasibdi də, yenə arvadınnan canbaza qalxıb. Mən, istər-istəməz, həyətə girdim.
Nə görsəm yaxşıdır? Arvad saçları pırtdaşıq, rəngi qaçmış, arxası üstə bir qadının qucağına
yıxılıb, «Ah, öldüm, vay vicdansız, məni ürək partlamasına salacaqsan...» deyə çığırır, ayaqlarını
yerə döyürdü. Sapsarı saralmış Vəli onun alnına soyuq kətan qoyur, qollarını, kürəyini
ovuşdururdu.
- Nə olub, ay Vəli? - deyə soruşdum.
O, mənə baxaraq, əlini ağzına aparıb, qorxaq bir vahimə ilə susmağımı işarə etdi.
Qadını birtəhər qaldırıb evə apardım. Stolun üstündə valerian damcısı vardı. Bir neçə damcı suya
töküb ona içirtdim. O, mənə nazlı-nazlı baxdı. Sonra da birdən-birə əlimi aparıb çılpaq sinəsinə
qoyaraq:
- Bir baxın... ürəyim necə çırpınır, - dedi.
Ürəyi adi qayda ilə vururdusa da, mən etiraz etmədim. Təsdiqlədim.
- Axı, niyə dalaşırsınız?
- Ox, rica edirəm ondan danışmayın. Mən bədbəxt olmuşam. Bu tamam dəli imiş... İdarəmizdə
cavan bir mühasib işləyir. Sizin kimi qəşəng və «vejlivi» bir oğlandır. Gəlib məni idarəyə
aparmaq istəyirdi... iş üçün... Bizim bu gic də mənimlə dava saldı ki, niyə o səni çağırır? Yəqin
ki, burada bir iş var... Yox, mən onun revnavatlarına dözə bilmirəm... Axı, təqsir məndədir... Siz
bircə insafla söyləyin, heç mən ona layiqmiyəm?
- Siz ki, öz xoşunuzla gəlmisiniz...
Mənim son sözlərim onu cinləndirdi. Dodaqlarını istehza ilə büzüb dedi:
- Pah... öz xoşumla... nə olsun ki? Eh... naprasnı...
Mən öyüd-nəsihət etdim. Vəlini içəri çağırdım. O, sapsarı saralmışdı, dərin böhran keçirirdi.
Nəhayət, uzun çək-çevirdən sonra onları barışdırdım. İşin belə asanlıqla sülhə çevrilməsinə
sevinib, getdim. Fəqət məsələ bununla bitmədi. Çarpışma yenə hər gün davam edirdi... Niyə gecə
kinoda fılan oğlana çox baxıb? Niyə idarədən gec gəlib? Dava-şavanın əsas mövzularını belə
şeylər təşkil edirdi.
Bir gün də bir uşaq gəlib Vəlinin məni çağırdığını söylədi.
Getdim. Yataqda uzanmışdı. Xəstə idi. Arvadı evdə yox idi.
- Nə olub? - deyə soruşdum.
O, titrək, həzin, xəstə bir səslə cavab verdi:
- Acıq eləyib.
- Madam ki, dolana bilmirsən, ayrıl, - dedim.
Mən, əslində, ayrılmaqlarının tərəfdarı deyildim. Onun rəyini bilmək üçün qəsdən belə dedim.
0, başını buladı:
- Yo... o... x, ayrıla bilmərəm.
Gözləri parladı. Yanaqları qızardı. Üzünün kürən və cod tükləri mənə qabarmış kimi göründü.
Sinəsi tez-tez qalxıb endi.
- Ayrıla bilmərəm... - deyə təkrar etdi. Mənim ona yazığım gəldi:
- Axır, indi ki, sevirsən, nəyə dalaşırsınız? - dedim. 0, ah çəkdi. Başını əlləri içinə aldı:
- Gözü dağınıqdır, - dedi.
- Bəlkə səhv edirsən?
- Yox... Hamı ilə, xüsusən cavanlarla naznan danışır... Ax, ilan... elə bil ki, bədəni oddur...
Sönmək bilmir. Deyirəm o düdüklə az danış, deyir, sənə nə borc.
Mən hirslənib:
- Ədə, danışanda nə olar? - dedim.
- Yox... sən bilmirsən də...
- İndi nə etmək istəyirsən?
0 qızardı. Tərəddüd etdi. Nəhayət, özünü zorlayaraq:
- Get, onu gətir, - dedi.
Sözlər onun ağzından o qədər əzgin, yazıq bir tonla çıxdı ki, təklifini rədd edə bilmədim. Arama:
- Bəlkə gəlmədi? - dedim.
- Birtəhər düzəlt, amandır.
Uzun əziyyətdən sonra onları yenə barışdırdım. Vəlinin kefı kökəldi. Təzə qalstuk bağladı.
Bir gün qəribə bir xəbər eşitdim. Dedilər, Vəlinin arvadı qaçıb.
İdarəsinə getdim.
Onun saqqalı uzanmış, ovurdları batmış, üzünün sümükləri çıxmış, başındakı dazın ortasında bir
neçə yetim tük bir-birinə qarışmışdı. Gözləri boğulmaqda olan adaının gözünə bənzəyirdi.
Salam verdim, almadı. Mənə key, donuq, buz kimi soyuq bır nəzər saldı. Xəfıf bir ah çəkdi.
Başını buladı.
İşin sonuna az qalırdı. Oturub gözlədim.
İşdən sonra onu güclə yeməkxanaya apardım. Bir stəkan konyak içəndən sonra bir az açıldı. İlk
sözü bu oldu:
- Məhv oldum.
- Niyə elə deyirsən, ay Vəli? İş adam başına gəiər... 0, sözləri uzadaraq:
- Yox, - deyə cavab verdi və cibindən bir kağız çıxararaq mənə uzatdı...
• Bu məktub hələ də mənim yadımdadır, orda yazılmışdı ki:
«Əzizim Vəli!
Xudahafız. Mən getdim. Səninlə dolanmaq çətin işdir. Məni axtarma.»
Altından imza yerinə təkcə bir «D» hərfı yazılmışdı. Mən naəlac qalıb:
- Çox təəssüf, - dedim. Bu əhvalatdan bir ay keçdi.
Bir aydan sonra mən «Q» şəhərini tərk etdim. Və uzun müddət Vəlinin halından xəbər tuta
bilmədim.
Üç ildən sonra Gəncəyə getmişdim. Köhnə dostlardan biri ilə görüşərkən:
- Bilirsən nə var? - dedi. - Vəli buradadır... Mən çox sevindim...
Görüşünə getdim. Məni görərkən çox sevindi. Gözləri yaşardı. Əlimi hərarətlə sıxdı. Heyrət
etdim. Bu dörd ilin içində Vəli tanınmayacaq dərəcədə qocalmış, xarab olmuşdu. ■
Saç-saqqalı, demək olar ki, tamamilə ağarmışdı. Üzü qırışmış, başı büsbütün dazlaşmışdı.
Çənəsi, burnu indi adama daha da uzanmış kimi görünürdü. Gözlərinin ziyası sonmüşdü. Boz,
çirkli şüşə parçası kimi görünürdü...
... Yoldaşım papirosundan dərin bir qurtum alaraq kədərlə uzaqlara - dağlara baxdı. Günəş
Qərbdə dağların ardına enirdi. Tarlalar, çəmənlər artıq əvvəlki kimi açıq yaşıl və şən deyil, tünd
və kədərli görünürdülər. Sürülər tamamilə uzaqlaşmışdılar; hər şey sükuta dalmışdı. Sanki hər
şeyə gecənin anlaşılmaz hökmü çökməkdəydi... Mən söhbətimə davam etdim:
- 0, yenə əvvəlki kimi sadə yaşayırdı, ancaq, deyəsən, artıq yeməyə qənaət etmirdi. Balaca
bufetindən alma, armud, konfet, bir şüşə likör çıxartdı. Qonşuluqdakı qoca qadın günortaya sup
və kotlet hazırlamışdı. Mənə ən çox təəccüb gələn şey sabiq arvadının, onun çarpayısının baş
tərəfinə vurulmuş rəsmi oldu... Ancaq öz portreti yox idi. Ondan sonra evlənib-evlənmədiyini
soruşdum.
Üzü tutuldu. Onu xəyalına gətirməkdən qorxurmuş kimi, əlləri ilə gözünü ovuşdurdu:
- Yox, - dedi. - İş-peşə deyildi ki, bir dəfə oldu, getdi.
- Daha fıkrin yoxdurmu?
- Altmışımda zurnaçılıqmı öyrənəcəm?
- Məgər, bütün ömrünü beləmi keçirmək istəyirsən?
- Hamısı birdir... Belə də keçər.
Və dərhal söhbəti dəyişdi. Mən də bir daha evlənmək məsələsinə qayıtmağa cəsarət etmədim. İki
gündən sonra ondan ayrıldım. Bir daha görüşmədik. Belə insanlara adamın nə qədər yazığı
gəlir... Meyvə ağaclarında heç xöşək görmüsünüzmü? Vaxtından əvvəl şişir, başqa meyvələr boy
atdıqca, onlar saralır... saplaqları quruyur. Nəhayət, qopub düşürlər... Onları nə insan yeyir, nə də
torpaq qəbul edir... İnsanların da belə xöşəyi olur... Dur gedək, başımız söhbətə qarışdı... Lap
gecədir...
Biz qalxanda Günəş artıq tamamilə sönmüşdü. Qara qarğa, sığırçın dəstələri hara isə uçub
gedirdilər. Hava sərin, rütubətli və ətirli idi. Yeridikcə ayaqlarımızın altında cavan otların
yumşaq xışıltısı eşidilirdi... Bir turac zəmilərin arasında oxuyurdu...
Yoldaşım yavaşdan dedi:
-Yazıq Vəli...
Mən ona etiraz elədim:
- Yox, onlara acımaq yaramaz, - dedim. - Vəlilər bizim həyatımızda axar çayın üstündəki çör-
çöplər kimidir. Onları unutmaq lazımdır. Yoxsa, adamı qəm-qüssə basar.
1939
Dostları ilə paylaş: |