Qarişqa möCÜZƏSİ harun yəhya



Yüklə 0,89 Mb.
səhifə10/10
tarix29.05.2017
ölçüsü0,89 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Feromenlər həşaratların ünsiyyətində daha çox rol oynayırlar. Məsələn, qarışqalar feromendən qida qaynağına gedən yolu nişanlamaq üçün istifadə edirlər. Bal arası rəqibini sancarkən sadəcə iynəsini qurbanının dərisinə batırmaqla kifayətlənmir, eyni zamanda havaya digər bal arılarını da hücuma çağıran xüsusi kimyəvi maddə buraxır. Bir çox növlərdən olan işçi qarışqalar da düşmənin təhdidinə məruz qalanda “həyəcan siqnalı” yaymaq üçün feromenlər buraxırlar, həmin feromen havada yayılaraq, digər qarışqaları hadisə yerinə toplayır. Əgər həmin qarışqalar da düşmənlə qarşı-qarşıya gəlsələr, onlar da feromen ifraz edəcəklər, beləcə, təhlükənin önəminə görə siqnal ya artacaq, ya da yox olacaq.
Səh.33
Qoxu və ya dad alma yoluyla kimyəvi maddələrin duyulması qarışqalar arasında ünsiyyət qurmağa imkan verir.
Səh.35
Yuxarıda Formica cinsindən olan qarışqanın anatomik quruluşu görünür. Beyin və sinir sistemi mavi, həzm sistemi çəhrəyı, ürək qırmızı, vəzilər və onunla bağlı orqanlar isə sarı rənglə göstərilib: 1) Mandibular vəzi, 2) Pharynx, 3) Prorharyngeal vəzi, 4) Postrharyngenal vəzi, 5) Beyin, 6) Labial vəzi, 7) Esorhagus, 8) Sinir sistemi, 9) Metarleural vəzi, 10) Ürək, 11) Mədə, 12) Proventriculus, 13) Malrighian kisəcikləri, 14) Orta bağırsaq, 15) Rektum, 16) Anus, 17) Dufour vəzi, 18) Zəhər torbası.
Səh.36
“Allah qullarına qarşı lütf sahibidir, istədiyinə ruzi verər. O, qüvvətlidir, əzizdir” («Şura» surəsi,/ 19)
Səh.41
Toxunma yoluyla bir-birlərilə ünsiyyət quran qarışqalar.
Səh.46
Yarpaq kəsici qarışqalarla mantarlar arasındakı ortaq yaşam sayəsində qarışqalar qidalarında ehtiyac duyduqları zülalı yarpaqlar üzərində yetişdirdikləri mantar tumurcuqlarından alırlar. Şəkildə qarışqaların yetişdirdikləri bir mantar bağçası görünür.

1. Yuvanın içində nisbətən kiçik işçilər yarpaqları xırda parçalara ayırırlar.

2. Qarışqaların başqa bir qrupu bu parçaları çeynəyərək, horra halına gətirir və enzimlərlə zəngin mayelərlə məhsuldarlığını artırır.

3. Digər qarışqalar həmin horranı yeni otaqlardakı quru yarpaq döşəmənin üzərinə yayırlar.

4. Bir başqa qrup köhnə otaqlardakı mantar parçalarını gətirərək yeni yarpaq horrasına əkir. Mantar burada yetişəcək.

5. Çoxsaylı bir qrup “bağça”nı təmizləyir, gərəksiz maddələri ayırır və yeməli olanları bir yerə toplayırlar.


Səh.48
Yarpaq kəsici qarışqa öz işindədir
Səh.49
Yuxarıda balaca qoruyucusuyla birlikdə yarpaq daşıyan bir atta görünür.
Səh.50
Şəkildə görünən işçi qarışqa daşıdığı yarpağın üzərində ayrıca kiçik bir qarışqanı da aparır. Bunun səbəbi düşmənlərin mümkün hücumundan qorunmaqdır.

Yarpaq kəsici qarışqa iş başında...


Səh.51
Attalar kəsdikləri yarpaqları daşıyarkən getdikləri yolu hər cür çalı-çırpı, xırda daşlar və ot artıqlarından təmizləyirlər. Beləcə, özləri üçün bir növ “magistral” hazırlayırlar.
Səh.56
Toxucu qarışqaların yuva qurma mərhələləri...

İlk mərhələdə qarışqalar məskən salmağı planlaşdırdıqları ağacın üzərində uyğun yarpaqlar seçib, iki tərəfdən çəkərək, birləşdirirlər. Daha sonra, ən aşağıda göründüyü kimi, ipək istehsal edən sürfələrini gətirərək, onu bir növ “tikiş maşını” kimi işlədir və yarpaqları bir-birinə tikirlər.


Səh.57
Bütün ehtiyaclara cavab verəcək şəkildə hazırlanmış bir yarpaq yuva.
Səh.59
Yuxarıda görülən otaqlarda “əkinçi” qarışqalar tərəfindən quraq mövsümlərdə işlətmək üçün toxumlar saxlanılır. Onlar nişasta əsaslı toxumları xüsusi otaqlara daşıyaraq, işçilərin yeyə biləcəyi hala gətirirlər.
Səh.62
Qidanı “konservləşdirərək” şişkinləşmiş “bal küpələri” bu şəkildə göründüyü kimi, kiçik bir üzüm giləsini xatırladırlar.
Səh.64
Şəkildə odun qarışqasının yuvası görünür. Onların əsasən xırda budaqlardan tikdiyi bu yuvaların hündürlüyü bəzən hətta 2 metrə çatır.
Səh.65
Odun qarışqaları “kimyəvi savaş” üçün çox yaxşı silahlanıblar. Təhlükəylə qarşı-qarşıya qalan odun qarışqası qarnının alt qismini ayaqlarının arasından önə doğru bükür və düşmənə doğru xüsusi bir turşu - Qarışqa turşusu (Formik asit) püskürür. Və ya döyüş zamanı sivri çənəsilə düşməni sancır və yaranın içinə turşu buraxır. Bu xüsusiyyətlərilə qarışqa bir kimyəvi silahı andırır.

Həmin turşuları özünə zərər vermədən vücudunda yetirməsi və ən uyğun şəkildə işlətməyi bacarması, əlbəttə ki, qarışqanın qüsursuz yaradılmasına işarədir.


Səh.66
Bir-birlərinin ayaqlarından tutaraq müvəqqəti yuva əmələ gətirən legioner qarışqalar.
Səh.67
Legioner qarışqalar bədənlərini zəncir kimi birləşdirərək, müvəqqəti yuva əmələ gətirirlər. Daim hərəkətdə olan legioner qarışqa koloniyası topaqda və ya ağacda yuva tikmir. Amma işçilər hər gecə öz vücudlarından bir sığınacaq qururlar. Öncə bir neçə qarışqa torpağın yanında hansısa obyekti seçərək, pəncələrilə ondan yapışır. Digər qarışqalar da gələrək, yoldaşlarının yaratdığı ipdən asılırlar. Bu minvalla 200.000-750.000 fərddən əmələ gələn, 1 metr uzunluğunda zənciri xatırladan ordugah qurulur. Ortada kraliça və yumurtalar var. Səhər tezdən qarışqalar zəncirdən açılır və yenidən yürüşə, savaşa üz tuturlar.
Səh.69
Bu şəkillərdə fərqli növlərdən olan iki “sarvan” qarışqa təsvir olunub. Onların ortaq cəhətləri şəkildə də göründüyü kimi, yaşadıqları mühitin istiliyindən izolə edən “palto”ya sahib olmalarıdır.
Səh.79
Şəkildə ordu qarışqalarının üzərində yaşayan altı müxtəlif simbioz növü görünür. Onlar qarışqaların bədəninə fərqli adaptasiyalarla yerləşiblər.

(1) İlk sıradakı parazit üzərində yaşadığı qarışqanın bədənindəki mayelərlə bəslənir.

(2) İkincisi isə ev sahibinin ayağının ucunda yaşayır.

(3) Bunlar isə qarışqaları aldadaraq, onların sürfələrilə qidalanırlar.

(4) Bu növ vaxtının çoxunu qarışqaların üzərində keçirir.

(5) Bu isə özünə ev kimi qarışqanın çənəsinin üst tərəfini seçib.

(6) Amma sonuncusu daha qəribə yerdə - qarışqanın “antenna”sının düz dibində yerləşib.
Səh.80
Bu şəkildə böyük mavi kəpənək qarışqa yuvasını yenicə tərk edib. O biri şəkildəki mavi kəpənək tırtılı isə hələ qarışqalarla qarşılaşmayıb. Digər rəsm qarışqaların tırtıla aldanaraq, onu öz yuvalarına necə aparmasını göstərir. Mavi kəpənək tırtılı isə qarışqa sürfələrinin arasında bax, belə yaşayır.
Səh.83
Yandakı şəkildə bir böcəklə qarışqanın arasındakı qida mübadiləsi görünür. Böcək antennalarıyla qarışqaya toxunur. Daha sonra ön ayaqlarıyla qarışqanın ağzına vurur. Lap sonda isə qarışqa bu hərəkətlərin qarşılığında təqlidçi böcəyə bir damcı maye bağışlayır.
Səh.84
Şəkildə Atemeles cinsindən olan böcəyin buraxdığı özəl bir maddənin vasitəsilə qarışqa yuvasına girməsi göstərilib.
Səh.90
“Heyvan yetişdirən” qarışqalar.

Qarışqalar bütün qəribə və maraqlı qabiliyyətlərilə yanaşı, “heyvan yetişdirmək”lə də məşğul olurlar. Bu şəkillərdən göründüyü kimi, onlar yarpaq bitlərindən özləri üçün bir sürü yaradır və onun köməyilə qida əldə edirlər. Əvəzində isə “sürü”lərinə çox yaxşı baxır, qulluq edir, düşmənlərdən qoruyurlar. Bu, həşəratlar dünyasındakı ən ilginc simbioz örnəklərindən biridir.


Səh.92
Şəkildə əsil “həşərat tələsi” olan bir sürahi bitkisi görünür. Ancaq bu tələ bəzi həşəratları tutmur. Məsələn, digər şəkildəki qarışqa lap rahatca sürahi bitkisilə yanaşı yaşayırlar.
Səh.95
Akasiyalarla qarışqalar arasındakı ortaq yaşam canlılar aləmindəki bənzər örnəklərinin bəlkə də, ən maraqlısıdır.
Səh.97
Özü üçün son dərəcə əlverişli bir barama yeri olan bitkinin üzərindəki qarışqa. Xüsusi dəliklər qarışqa üçün “qapı” rolunu oynayır.
Səh.100
“Kraliça”lar tərəfindən bəslənən bir bitki. Bu bitki eyni zamanda “kraliça”lar üçün ev rolunu oynayır.
Səh.107
Bu şəkillərdə olduqların daha uzun və iri görünməyə çalışan qarışqalar təsvir edilib.
Səh.111
Quldar qarışqaların ən əsas özəlliyi savaşdıqları koloniyanın sürfələrini oğurlamaq və onları öz koloniyaları üçün “qul”a çevirməkdir. Şəkildə rəqib koloniyanın sürfəsini qaçıran bir qarışqa görünür.
Səh.112
Quldar qarışqaların rəqib koloniyadan oğurladıqları yalnız sürfələr deyil. Onların rəqibin “bal küpələri”ni də oğurlayaraq, öz yuvalarına gətirirlər.
Səh.115
Bu şəkillərdə qarışqa dünyasının “kamuflyaj ustaları” görünür. “Basiceros” cinsli bu qarışqaların bədənindəki tüklərin ucu çəngələ bənzəyir. Onun sayəsində, düşdükləri mühitdən əsla fərqlənmirlər.
Səh.118
Cütləşmə uçuşu əsanasındakı qarışqalar. Yandakı şəkildə isə cütləşmə uçuşu öncəsi dişi qarışqalar təsvir olunub.
Səh.119
Kraliça qarışqa cütləşmə uçuşundan sonra öz koloniyasını qurmaq üçün uyğun yer axtarışına çıxır. İstədiyi yeri tapanda öncə qanadlarını qoparır və burada məskən salaraq, öz koloniyasını yaratmağa başlayır.
Səh.121
Qarışqa koloniyalarındakı bir qrup işçi qarışqanın yeganə vəzifəsi yumurtalara və sürfələrə qulluq etməkdir. Bu işçilərin bütün həyatlarını nəslin davamı uğrunda fəda etməklə keçirirlər.
Səh.128
Qida qaynağı tapan bir qarışqa vücudunun arxa qismindəki iynəylə ətrafda xüsusi kimyəvi iz buraxır. Bu izin sayəsində digər qarışqalar da ora gələ bilirlər.






Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə