Qarişqa möCÜZƏSİ harun yəhya


Qarışqalar qapıçılıq edə bilərmi?



Yüklə 0,89 Mb.
səhifə2/10
tarix29.05.2017
ölçüsü0,89 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Qarışqalar qapıçılıq edə bilərmi?
Qarışqa koloniyasındakı sistemin detallarını incələyəndə bu sistemi quran və yönəldən, gözlə görünməyən iradənin gücünü daha yaxşı hiss edərik. İndi bu detallara nəzər yetirək.

Qarışqa yuvalarının xarici aləmlə bağlantıları sadəcə bir qarışqanın keçə biləcəyi genişlikdə kiçik dəlik vasitəsilə gerçəkləşdirilir. Bu dəliklərdən keçmək üçünsə xüsusi “izn” gərəkdir. Belə ki, koloniyada sayları o qədər də çox olmayan və ancaq bir vəzifəni - qapıçılığı yerinə yetirən xüsusi qarışqalar var. “Qapıçılar” giriş dəliyinə tamamilə uyğun gələn iri başlarıyla canlı tıxac rolunu oynayırlar. Üstəlik, həmin qarışqaların baş qisminin rəngi də ətrafdakı ağacların qabıqlarının rəngilə eynidir. Qapıçı saatlarla giriş dəliyində oturur və ancaq öz koloniyasından olan qarışqaların içəri keçməsinə izn verir.4

Əlbəttə, tamamilə aydındır ki, qapıçı qarışqanın qafasının dəliyə tam uyğun olması, rənginin ətraf mühitlə uyuşması, tanımadığı heç kimsəni içəri buraxmaması onun öz istəyilə baş tutan məsələlər deyil. Qarışqanın bədənini bu şəkildə biçimləyən, gördüyü işi ona təlqin edən bir ağıl sahibi mütləq olmalıdır. Qarışqanın bu vəzifələri özbaşına üzərinə götürdüyünü və heç bezmədən, vaz keçmədən qapıçılıq etdiyini söyləmək əsla ağlabatan deyil axı. Bir düşünək: qarışqa niyə qapıçı olmaq istəsin ki? Əgər mütləq bir işin qulpundan yapışmalı olsa belə, niyə ən çətinini və əziyyətlisini, üstəlik, fədakarlıq tələb edənini seçsin ki? Əgər imkanı olsaydı, şübhəsiz ki, özünə ən rahat və sərfəli işi götürərdi. Ancaq qarışqaları yaradan sənətkar öz sənətinin möhtəşəmliyini göstərmək üçün belə mükəmməl bir koloniya həyatı qurub və həmin koloniyanın üzvlərinə də bəlli vəzifələr ayırıb. Yəni seçim Allahın olub. Qapıçı qarışqa da Ona böyük bir itaətlə vəzifəsini yerinə yetirməkdədir.

Təkamül nəzəriyyəsinə görə isə, qarışqaların hər sahədə ayrıca inkişaf etməli və daha rahat yaşaya biləcəkləri bir kastaya (təbəqəyə) daxil olmağa can atmalaydılar. Amma qapıçı qarışqalar belə bir cəhddə heç bulunmurlar da; onlar bütün ömürləri boyunca özlərinə təlqin edilən işi qüsursuzcasına yerinə yetirirlər.


Mütəxəssis qarışqalar
Qarışqalarda təşkilatlanma, bəlirli bir iş üzrə ixtisaslaşma haradasa az qala insanlarda olduğu qədərdir. Hətta insanlar bu məsələdə qarışqalardan örnək götürürlər. Məsələn, kompüter mütəxəssisləri qarışqalardakı sistemi labarotoriyada robotların üzərinə köçürməyə çalışırlar. Yəni necə: onlar düşünürlər ki, robotlardan səmərə götürmək üçün çox inkişaf etmiş bir və ya bir neçə robotun əvəzinə, “bəsit” informatik ünsürlərdən oluşan daha az “şüurlu” bir qrup robot düzəldib, onları qarışqa koloniyasında olduğu kimi düzənləmək, proqramlaşdarmaq lazımdır; bu robotların yardımlaşması və iş bölümü sayəsində çox böyük mənfəət əldə etmək mümkündür. Həm də ona görə ki, bu robotlar bütün informasiyaları bir-birinə ötürə biləcəklər.

Qarışqa koloniyasının həyatı və əmək bölümü tərzi hətta NASA-nı (North American Space Agency - Şimali Amerika Kosmik Agentliyi - tərc.) da təsirləndirib. Nəticədə bu qurum Marsda həyat aramaq üçün bir mükəmməl robot göndərmək əvəzinə, çoxlu “qarışqa-robotlar” göndərməyi planlayır. Bu halda komandanın qoyulan vəzifənin öhdəsindən gəlmək şansı qat-qat yüksək olacaq. Çünki “qarışqa-robotlar”ın hətta bir neçəsi xarab olsa belə, qalanları missiyanı tamamlayacaqlar.5

Bu açıqlamalardan sonra “mütəxəssis qarışqalar” dünyasından diqqət çəkici bir örnəyə nəzər salaq.
Qrup halında yaşamaq qarışqalara necə təsir edir?
Qarışqalarda iş birliyinin ən çox araşdırılan örnəyi bir işçi qarışqa növünün (Lasius Emarginatus) davranışlarıdır. Bu növün fərdlərinin bir-birlərinə qarşı ilginc bağlılıqları var. Böyük qrupdan ayrılanda torpaqla əlləşən qrupa aid dörd işçi qarışqanın fəaliyyəti sürətlə davam edir. Fəqət, dördünün arasında bir-birlərini görmələrinə əngəl olan hansısa nəsnə (tutalım, daş) peyda olanda, iş templəri kəskin düşür.

Başqa bir örnək isə “atəş qarışqaları”nın qruplarını hansısa baryer ayıranda, həmin baryeri dəlib, bir-birinə qovuşmağa can atmalarıdır.

Bunlardan başqa, qrupdakı üzvlərin sayı dəyişəndə də qarışqaların davranışında fərqli əlamətlər üzə çıxır. Yuvadakı qarışqaların sayı artanda, hər bir üzvün fəaliyyətində irəliləyiş olur. İşçi qarışqalar bir araya gələndə toplanıb sakitləşir və az enerji xərcləyirlər. Hətta bəzi qarışqa növlərinin sayı artdıqca, işlətdikləri oksigenin miqdarının azaldığı da müşahidə edilib.

Bütün bu örnəklər qarışqaların təkbaşına yaşamağı bacarmadıqlarını göstərir. Bu kiçik məxluqlar ancaq qruplar, hətta koloniyalar halında yaşaya biləcək özəllikdə yaradılıblar. Bu da bizə təkamülçülərin qarışqaların sonradan sosiallaşmasıyla bağlı iddialarının gerçəkdən nə qədər uzaq olduğunu göstərir. Çünki qarışqaların əvvəllər təkbaşına yaşayıb da, sonradan toplumsallaşaraq (sosiallaşaraq) koloniyalar yaratması mümkün deyil. Qarışqanın təkbaşına yaşaması imkansızdır. Həm törəyib-çoxalmaq, həm özünə və həmcinslərinə uyğun yuva qurmaq, həm ailəsini bəsləmək, həm keşikçi, həm işçi, həm “əsgər” olmaq - bir qarışqa təkbaşına bu işlərin heç hansının öhdəsindən gələ bilməz. Çox dərin əmək bölümü tələb edən bütün bu işləri haçansa bir və ya bir neçə qarışqanın təkbaşına gördüklərini demək qətiyyən ağlabağan çıxmaz. Üstəlik, yazıq qarışqa bu qədər əziyyətli işlərlə uğraşarkən, bir yandan da sosiallaşma yönündə səylər göstərməliydi...

Bu durumda anlaşılan odur ki, qarışqalar yaradıldıqları gündən bəri sosial sistem içində, qruplarla yaşayan varlıqlar olublar. Yəni, Allah tərəfindən bütün bu özəlliklərilə birgə var ediliblər.
Nümunəvi qərargah
Öncəki səhifələrimizdə gətirdiyimiz ordu misalını bir az genişləndirək. Ağalasığmaz dərəcədə geniş, amma həddən artıq səliqəli, nizamlı bir qərargaha gəldiyinizi düşünün. İçəri girməyiniz mümkünsüz görünür, çünki qapılardakı keşikçilər tanımadıqları heç kimi içəri buraxmırlar. Bina mükəmməl bir təhlükəsizlik sistemilə qorunur.

Amma tutaq ki, hansısa yolla içəri girə bildiniz. İçəridə çox sistemli və dinamik bir fəaliyyət diqqətinizi çəkəcək. Çünki minlərlə əsgər çox düzənli bir şəkildə işlərini görürlər. Bu düzənin sirrini araşdıranda bəlli olacaq ki, qərargah onların çalışması üçün son dərəcə uyğun şəkildə inşa edilib. Hər iş üçün özəl bölümlər var və bu bölümlər məhz həmin sahəyə uyğun olaraq qurulub. Misal üçün, bina qatlarla yerin altına doğru ensə də, günəş enerjisinə ehtiyac duyan bölümlər məhz yuxarı qatda yerləşdirilib. Ayrıca, bir-birilə əlaqə saxlamağa ehtiyacı olan qatlar bu baxımdan da idel dərəcədə əlverişli tikiliblər. Nisbətən gec işlədilən əşyaların yığıldığı anbarlar binanın yan tərəfində yerləşdilirib. Tez-tez ehtiyac duyulan şeylər isə elə otaqlara yığılıb ki, daim əl altında olsun. Binanın düz ortasında da gərək olanda hamının toplana biləcəyi yekə bir salon var.

Amma qərargahın özəllikləri bunlarla da bitmir. Təsəvvür edin ki, bina çox böyük olmasına rəğmən, bərabər şəkildə isidilir. Çox mükəmməl bir mərkəzi isitmə sisteminin sayəsində temperatur daim sabit qalır. Bunun səbəblərindən biri də binada mükəmməl ventilyasiya sisteminin mövcudluğudur.

Belə bir qərargahı kimlərin və necə qura biləcəyi soruşularsa, hamı deyər ki, bu işi ancaq və ancaq savadlı, professional mühəndislər qrupu görə bilər. Çünki bunun üçün müəyyən zəka, təhsil və s. keyfiyyətlər tələb olunur. Halbuki, haqqında bəhs etdiyimiz qərargah vur-tut bir qarışqa yuvasıdır.

Belə bir qərargah tikməyi öyrənmək üçün insan həyatının çox hissəsini oxuyub-öyrənməyə sərf etməlidir. Qarışqa isə yumurtadan çıxan kimi, heç bir şey öyrənmədən öz boynuna düşən işi görməyə başlayır. Demək, qarışqalar hələ dünyaya gəlməmişdən öncə bu bilgilərə sahib olurlar. Daha doğrusu, qarışqaları yaradan Allah bütün bu bilgiləri onlara təlqin edir.
Qarışqalarda öz-özünü düzənləmə
Qarışqa dünyasını tənzimləyəcək hansısa bir plan-proqram yoxdur. Ən önəmlisi, daha öncə söylədiyimiz kimi, rəis-tabeli (əmr verən - icra edən) münasibətləri də mövcud deyil. Son dərəcə gəlişmiş bir özünütənzimləmə sayəsində bu toplumdakı ən mürəkkəb işlər də heç axsamadan yerinə yetirilir.

Bir misala baxaq: Koloniyada qida sıxıntısı yaşananda işçi qarışqalar dərhal “bəsləyici” qarışqalara dönür və “əlavə” mədələrindəki qida madəllərilə digər qarışqaları bəsləməyə başlayırlar. Ehtiyac aradan qalxanda isə yenə də dərhal bu “amplua”dan çıxıb, yenidən işçi qarışqalara dönürlər.

Burada misal gətirilən fədakarlıq gerçəkdən də çox yüksək səviyyədədir. İnsanlar dünyadakı aclıq təhlükəsilə mübarizədə heç bir başarı əldə etmədikləri halda, qarışqalar, göründüyü kimi, bunun çarəsini bulublar - qida da daxil olmaqla, hər şeyi paylaşmaq. Bəli, bu, gerçək bir fədakarlıq örnəyidir. Qarşısındakı qarışqanın yaşaya bilməsi üçün heç bir əvəz gözləmədən mədəsindəki qidaya qədər hər şeyi paylaşmaq təbiətdə təkamül nəzəriyyəsinin izah edə bilmədiyi minlərlə misallardan sadəcə biridir.

Qarışqaların sayının həddən çox artmasıyla bağlı problemlər də heç vaxt oraya çıxmır. Bu gün insanlar urbanizasiya, miqrasiya, təbii ehtiyatlardan yanlış istifadə və işsizlik kimi problemlər səbəbindən ağır sıxıntılar çəkdikləri halda, qarışqalar 50 milyon “əhalisi” olan yeraltı “şəhərləri” heç nəyin əksikliyini hiss etmədən, heç bir ehtiyac-filanla üzləşmədən yönəldirlər. Hər bir qarışqa çevrəsindəki şəraitin dəyişməsinə ani olaraq reaksiya verir; bunun mümkün ola bilməsi üçün isə qarışqaların mütləq fiziki və psixoloji yönlərdən xüsusi şəkildə “proqramlaşması” gərəkdir. Son dərəcə mükəmməl qurulmuş bu sistemin yaşaması üçün mütləq qarışqaları yönləndirən, vəzifələrini yerinə yetirmələrini təlqin edən, əmr verən bir “iradə sahibi”nə ehtiyac var. Əks təqdirdə ortaya sistem və düzən yox, böyük qarışıqlıq, xaos çıxardı. Bu iradə sahibi isə hər şeyin böyüyü olan, hər şeyə gücü yetən, bütün canlıları yönləndirən, görməli oldduqları işləri təlqin ilə əmr edən Allahdır.

Qarışqaların heç bir şəxsi mənfəət gözləmədən durmadan çalışmaları onların konkret bir qüvvə tərəfindən hərəkət etdirildiklərini isbatlayır. Hər şeyin sahibi isə Allahdır, Kainatdakı bütün canlılar onun ilhamıyla hərəkət edirlər; bu gerçəklik Quranda belə xəbər verilib:

“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. [Yer üzündə] elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” («Hud» surəsi, / 56).


TOPLUMDA ÜNSİYYƏT
Quranda Hz. Süleymanın ordusu haqqında verilən bilgidə qarışqaların çox mükəmməl “xəbərləşmə sistemi”nin olduğuna işarə edilir. Həmin ayə belədir:

“Nəhayət, onlar [Taifdəki, yaxud, Şamdakı] qarışqa vadisinə gəlib çatanda bir dişi qarışqa [qarışqaların padşahı] dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi [ayaqları altında] basıb əzməsinlər!” («Nəml» surəsi, 18).

Son onilliklər ərzində qarışqalar üzərində aparılan elmi araşdırmalar bu kiçik heyvanlar arasında inanılmaz bir xəbərləşmə (ünsiyyət) sisteminin oldğunu ortaya qoyub. National Geograrhic dərgisində yayımlanan bir məqalədə bu haqda deyilir:

“Böyük-kiçikliyindən fərqli olmayaraq, hər bir qarışqa başındakı duyğu orqanları vasitəsilə milyonlarca siqnal ala bilir. Qarışqanın beyni 500.000 sinir hüceyrəsindən ibarətdir; gözləri bitişikdir; başındakı antennalar insandakı burun və barmaq ucları kimi hərəkət edir. Ağzının altındakı reseptorlar dadı, tüklər isə təması hiss edir”.7

Bizlər fərqinə varmasaq da, qarışqalar həssas duyğu orqanları sayəsində müxtəlif xəbərləşmə (ünsiyyət) yollarından istifadə edirlər. Ov tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan savaşmağa qədər hər bir işdə bu duyğu orqanlarından yararlanırlar. 2-3 millimetrlik vücudlarının içinə sığışdırılmış 500.000 sinir hüceyrəsilə şaşırdıcı bir əlaqə sistemi qura biliblər. Diqqət yetirin ki, haqqında bəhs edilən yarım milyon sinir hüceyrəsi və qarışıq əlaqə sistemi haradasa insandan minlərlə dəfə kiçik olan bir qarışqaya aiddir.

Qarışqalar, arılar və termitlər kimi “sosial” yaşam tərzi keçirən, koloniyalar halında yaşayan canlıların əlaqə növləri (əlaqə qurmanın səbəbləri) kateqoriyalara ayrılır; həmin kateqoriyalar bunlardır: həyəcan siqnalı vermə, toplanma, təmizlənmə, maye qida mübadiləsi, qruplaşma, tanıma, kastaları bəlirləmə.8

Bu yollarla intizamlı bir toplum əmələ gətirən qarışqaların qarşılıqlı xəbər mübadiləsinə dayanan bir həyat tərzləri var və onlar bu xəbər mübadiləsində heç bir çətinlik çəkmirlər. İnsanların çox vaxt danışıqlar yoluyla həll edə bilmədiyi məsələlərdə (toplanma, paylaşma, təmizləmə, qorunma və sair) qarışqaların ünsiyyət sistemi yüzdə yüz başarılı olur.
Qarışqa qrupları arasında bilgi alış-verişi
Yeni kəşf edilən qida qaynağına hamıdan öncə ovçu qarışqalar gedirlər. Daha sonra feromen (*) adlanan və və daxili vəzilərdən ifraz olunan bir maye sayəsində digər qarışqalar da çağırılırlar. Qidanın yanına yığışan qarışqaların sayı artdıqca işçilərə yenə də həmin feromen vasitəsilə təsir edilir. Tapılan qidanın böyük-kiçikliyindən və yaxın-uzaqlığından asılı olaraq, ovçular siqnal verib, onun yanına çağırılan qarışqaların sayını tənzimləyirlər. Əgər çox gözəl bir qida tapılıbsa, qarışqalar daha çox iz buraxmağa çalışırlar və beləliklə də, ovçulara daha çox işçi yardıma gəlir. Heç bir halda tapılan qidanın yuvaya çatdırılmasında problem çıxmır, bu iş necə lazımdırsa, görülür. Çünki ortada tam bir “komanda çalışması” var.

Başqa bir örnək isə bir yuvadan digərinə köçən “kəşfiyyatçı” qarışqalarla ilgilidir. Bu qarışqalar köhnə yuvadan yenisinə doğru arxalarınca iz buraxaraq gedirlər. Digər işçilər yeni yuvanın yerini beləcə tapır və əgər gərəkirsə, öz feromenlərilə köhnə “iz”in üzərinə yenisini də əlavə edirlər. Beləcə, iki yuva arasında gedib-gələn qarışqaların sayı artır və onlar yeni yuvanı qurub başa çatdırırlar. Bu proses zamanı işçi qarışqaların da arasında bir iş bölümü gedir. Yeni yuvanı müəyyənləşdirən qarışqalar vəzifələri bu cür paylaşırlar:

1. Toplayıcı qarışqalar yeni bölgəyə köçür.

2. Yeni bölgəyə gəlib, növbə tutan bir qrup yaradılır.

3. Toplanma təlimatı almaq üçün növbətçi qarışqaları izləyən daha bir qrup qarışqa toplanır.

4. Bir qrup qarışqa bölgədə araşdırma aparır.

Şübhəsiz ki, bu qüsursuz hərəkat planı qarışqalar ilk yaradıldıqları gündən bəri tətbiq edirlər. Çünki ancaq öz yaşamını və mənfəətini düşünən fərdlərin belə bir iş bölümü sistemi qura bilməsi imkansızdır. Elə isə, belə bir sual ortaya çıxır: Milyonlarla ildən bəri bu planı qarışqalara kim təlqinləyir və yerinə yetirilməsini təmin edir? Bu hərəkət planının gərəkdirdiyi son dərəcə üstün qrup ünsiyyətinin işləyə bilməsi üçün əlbəttə ki, böyük bir ağıl və qüvvət sahibinə ehtiyac var. Bütün məsələ də elə bundadır: cəmi canlıların yaradıcısı, sonsuz ağıl sahibi olan Allah onun qüvvəsini anlaya bilməmiz üçün hətta qarışqaların bu sistemli dünyasında da bizə yol göstərir.
Kimyəvi ünsiyyət
Yuxarıda sadalanan bütün ünsiyyət növlərini bir ümumi kateqoriyada birləşdirmək lazım gələrsə, onların hamısının kimyəvi siqnallarla yönləndirildiyini deyə bilərik. Qarışqaların ünsiyyət qurmaq məqsədilə işlətdikləri maddələrin ümumi adı “yarımkimyəvi maddələr”dir (semiochemicals). Ümumiyyətlə, iki növ yarımkimyəvi maddə var - feromenlər və alomenlər.

Alomen - cinslərarası ünsiyyət qurmağa yardım edən bir maddədir. Feromen isə bir qədər öncə açıqladığımız kimi, əsasən eyni cinsin daxilində işlədilən və bir qarışqa tərəfindən buraxılanda, digər qarışqaların qoxusunu hiss etdiyi maddədir ki, kimyəvi siqnal rolunu oynayır. Bu siqnallar qarışqa toplumlarıın təşkilatlanmasında ən önəmli rolu oynayır. Bu maddəni daxili vəzilər hazırlayır. Bir qarışqa siqnal olaraq bu maddəni buraxanda, digərləri qoxu, yaxud, dad şəklində mesaj alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar göstərib ki, bütün siqnallar ancaq koloniyanın ehtiyaclarıyla bağlı verilir. Qarışqaların buraxdığı feromenin miqdarı isə düşdükləri durumun gərginliyinə görə müəyyənləşir.9

Göründüyü kimi, qarışqaların bacardığı bu işlərin öhdəsindən gəlmək üçün kimyanı dərindən bilmək tələb olunur.

Qarışqaların hazırladığı kimyəvi maddələri biz insanlar ancaq labaratoriyada apardığımız analizlərin köməyilə araşdıra bilirik. Üstəlik, həmin maddələri istehsal etməyi öyrənməyimiz üçün illərlə çalışmaq lazımdır. Qarışqalar isə dünyaya gəldikləri andan bu işləri çox gözəl bacarır və hamısını da yerli-yerində tətbiq edirlər. Dünyaya gəldikləri ilk andan kimyəvi maddələri gözəl tanımaları ona dəlalət edir ki, qarışqalara hələ doğulmazdan öncə kimya dərsi keçən bir “müəllim” var. Bunun əksini söyləmək qarışqaların özləri-özlərinə kimya öyrətdiklərini iddia etmək anlamına gəlir ki, bu da məntiqə ziddir. Qarışqalar, əlbəttə ki, heç bir təhsil görmədən, doğulur-doğulmaz bu kimyəvi maddələrdən çox gözəl baş çıxarırlar. Heç bir həşərat və ya digər canlı - insan da daxil olmaqla,- qarışqaya nəsə öyrədə bilməz, o ki qalsın kimya ola! Üstəlik, söhbət hələ dünyaya gəlməyən bir qarışqanı öyrətməkdən gedirsə, bunu kim bacara bilər? Təbii ki, bu işi görə bilən tək iradə bütün canlıları yaradan, “göylərin və yerin Rəbbi” olan Allahdır. Düşünün ki, insanların çoxu qarışqaların gündəlik həyatları zamanı işlətdikləri feromenin heç nə olduğunu da bilmirlər. Amma dünyaya gələn hər qarışqa bu kimyəvi maddənin sayəsində mükəmməl bir sosial ünsiyyət sisteminə qatılır. Bu sistem isə sonsuz qüdrət sahibi olan Allahın varlığının açıq dəlilərindən yalnızca biridir.



Qarışqa vəziləri
İndiyə qədər haqqında söz açdığımız kimyəvi reaksiyaların gerçəkləşdirilməsi üçün qarışqaların orqanizmində xüsusi ifraz vəziləri var. Daha dəqiq desək, qarışqaların arasındakı kimyəvi ünsiyyət 6 ədəd vəzinin ifraz etdiyi maddələrin hesabına mümkün olur. Amma ayrı-ayrı qarışqa növlərində həmin vəzilərin hər birinin fərqli funksiyaları var. İndi həmin vəzilərlə yaxından tanış olaq:

Müdafiə vəziləri: Bu vəzilərin buraxdığı maddələr xarici təhlükə zamanı toplaşmaq, həyəcan siqnalı vermək, hücuma hazırlaşmaqla bağlı siqnalların yayılmasını təmin edir;

Zəhər tuluğu: Burada geniş təsirli kimyəvi turşular yığılır. Hücum və müdafiə zamanı işlədilən maddələr də burada yaranır. “Atəş qarışqaları” bu zəhəri püskürməklə hətta kiçik onurğalıları iflic edir, insanın dərisini yandırırlar. Formik turşular sintez edən qarışqaların yaşadığı meşədə araşdırmaçılar xeyli miqdarda formik turşunun olduğunu müşahidə ediblər. Onun qədərinin çoxluğu heç nə ilə izah edilə bilmirdi. İrəli sürülən versiyalardan heç hansı doğrulmurdu. Sonda alimlər belə bir ortaq qənaətə gəldilər ki, meşədə yaşayan qarışqaların ifraz etdiyi formik turşular buxarlanaraq havaya qarışır və ekoloji sistemdə bir sıra dəyişikliklərə səbəb olur. Yəni bu kiçik canlılar özlərinə heç bir ziyan vermədən hətta bölgənin atmosferinə belə təsir göstərəcək miqdarda turşu ifraz edə, ondan gərək olan şəkildə yararlana bilirlər. Bu fakt araşdırmaçılarda xeyli heyrət doğurub.10

Xəbərdarlıq vəziləri (Pygidial): Bu vəzinin ifraz etdiyi maddələrdən üç ayrı-ayrı qarışqa növü düşmənə xəbərdarlıq etmək üçün faydalanır. Böyük səhra qarışqası bu maddəni buraxaraq, onun yaratdığı qoxu ilə düşmənini qorxuya salır; Güney Amerikada yaşayan Pheidole biconstricta adlı qarışqa isə bu maddədən hətta hücum zamanı da istifadə edir.

Sternal vəzilər: Buradakı maddələrdən koloniyanın köçü zamanı və ovu təqib edərkən qarışqaları bir yerə toplamaq üçün istifadə edilir. Bu maddənin ən orijinal funksiyası isə qarışqanın zəhər püskürdərkən tez-tez hərəkət etdirdiyini yeddinci qarın bölümünü yağlamaqdır. Bunun sayəsində qarışqanın bədəni zəhəri daha asan püskürdə bilir. Mikroskopik bir “yağ istehsalı mərkəzi”ni xatırladan bu vəzi olmasaydı, qarışqanın bütün müdafiə sistemi sıradan çıxardı. Amma belə olmur, çünki ortada qüsursuz bir planlaşdırma var: hətta kiçik bir qarışqanın zəhər püskürtmək üçün gövdəsini necə döndərəcəyi də nəzərə alınıb, həmin gövdənin asanlıqla dönməsi üçün gərəkən yağın harada yerləşməsi də öncədən müəyyənləşdirilib.

Metapleral vəzilər: bu vəzilərin ifraz etdiyi mayelərin qarışqanın bədənini və yuvasını mikroorqanizmlərdən qoruyan antiseptik maddələr olduğu anlaşılıb. Məsələn, bəzi qarışqaların bədənində həmişə 1,4 mikroqram həcmində müəyyən turşu olur. İşçi qarışqalar zaman-zaman bu antiseptik maddədən yararlanırlar. Əgər hücuma məruz qalsalar, düşməni uzaqlaşdırmaq üçün də həmin maddədən istifadə edirlər.11

Bunu unutmaq olmaz ki, bir qarışqa nəinki özünü mikroblardan qorumağı düşünmür, hətta dünyada onların varlığından belə xəbərsizdir. Amma bununla belə, qarışqa heç fərqində də olmadan vücudu düşmənlərilə mübarizə aparmaq üçün xüsusi maddələr istehsal edir. Qarışqanın bədənində özünü qorumaq üçün 1,4 mikroqramlıq antiseptik maddənin olması çox incə düşünülmüş detaldır. Çünki qarışqanı yaradan Allah yaratdığı bütün canlıların ehtiyaclarını ən incə detallarına qədər düşünür, yəni Lətifdir.

Göründüyü kimi, bu bölümdə haqqında bəhs edilən bütün vəzilər qarışqalar üçün həyati funksiyalar daşıyan orqanlardır. Onların hansısa birinin olmaması və ya yetərsiz işləməsi qarışqanın sosial-fiziki mövcudluğunu şübhə altına salar, ya da ümumiyyətlə, mümkünsüz edər. Bu isə qəti olaraq təkamül nəzəriyyəsinin iddialarını çürüdür. Çünki həmin nəzəriyyə canlıların pillə-pillə inkişaf etdiklərini, ibtidai formadan başlayaraq, bir sıra təsadüflər sonucunda daha mükəmməl hala düşdüklərini bəyan edir. Bizim örnəyə tətbiq edəndə bu, o deməkdir ki, qarışqalar sahib olduqları fizioloji özəllikləri tədricən, hissə-hissə əldə ediblər; halbuki, dediyimiz kimi, qarışqaların bütün vəziləri və onların ifraz etdiyi maddələr son dərəcə həyatidir və bunlardan hansısa biri olmasa, qarışqa nəslinin davam etməsi imkansızdır. Demək, qarışqalar bütün vəziləri və çeşidli maddələr ifraz edən orqanlarıyla birgə, tam olaraq yaradılıblar. Müdafiə və xəbərləşmə sistemlərini formalaşdırmaq üçün yüzminlərlə il ərzində gözləməyiblər. Yoxsa, dediyimiz kimi, qarışa nəslinin davam etməsi imkansız olardı. Yeganə izah budur ki, dünyaya gələn ilk qarışqa elə bu günkü kimi qüsursuz və mükəmməl şəkildə yaradılıb. Qüsursuz bir sistem isə ancaq ağıllı mühəndisin layihəsi ola bilər. Bu gün yer üzündə milyardlarla fərdlərdən ibarət qarışqa topluluqları var. Və onların hər birini tamamilə əksiksiz yaradan Uca Allahdır.
Qarışqaların kimlik kartı: koloniya qoxusu
Qarışqaların bir-birlərini tanıya bildiklərini, əqrabalarını, yəni öz koloniyalarının üzvlərini ayırd etdiklərini artıq söyləmişik. Zooloqlar qarışqaların bu işi necə bacardığını hələ də araşdırırlar. İnsan qarşısına çıxan bir neçə qarışqanı belə bir-birindən ayırd edə bilmədiyi halda, hər cəhətdən oxşar olan bu varlıqlar həmcinlərini necə seçib fərqləndirirlər? İndi bunu birlikdə görəcəyik.

Bir qarışqa digər qarışqanın öz koloniyasından olub-olmadığını çox asanca anlaya bilir. İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün antennalarıyla onun bədəninə toxunur. Və ancaq öz koloniyasının üzvlərinə xas olan özəl qoxunun sayəsində onun kimliyini dərhal ayırd edə bilir. Əgər yuvaya girən qarışqa “özgə”lərdəndirsə, ev sahibləri bu çağırılmamış qonağa qəddarlıqla hücum çəkirlər. Yuvanın sakinləri güclü çənə sümüklərini yabançının bədəninə keçirib onu dişləyir, düşmənin bədəninə zəhərli turşular buraxaraq, onu məhv edirlər.

Əgər çağırılmamış qonaq eyni cinsdən, fəqət ayrı koloniyadan olan bir qarışqadırsa, ev sahibləri bunu da anlaya bilirlər. Bu halda o, yuvaya qəbul edilir, fəqət koloniyanın qoxusunu qəbul edənə qədər müsafir qarışqaya nisbətən az yemək verilir.12
Koloniya qoxusu necə əldə edilir?
Eyni koloniyaya aid qarışqaların bir-birlərini tanımalarını təmin edən qoxunun qaynağı hələ də tam bəlli deyil. Fəqət orası məlumdur ki, qarışqalar öz aralarında hidrokarbonatları qoxuları ayırd etmək məqsədilə işlədirlər. Aparılan təcrübələr göstərib ki, eyni cinsdən, fəqət ayrı koloniyalardan olan qarışqalar bir-birlərini hidrokarbonat fərqlərinə görə tanıyırlar. Bunu anlamaq üçün maraqlı bir eksperiment keçirilib. Öncə bir koloniyadakı işçilərin üzərinə eyni cinsdən, fəqət ayrı koloniyadan olan qarışqaların qoxusunu daşıyan mayelər püskürdülüb. Nəticədə yuvadakı digər qarışqalar onlara aqressiv münasibət göstərsələr də, eksperiment zamanı qoxusu istifadə edilən qarışqalar özlərininki kimi qəbul ediblər.13



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə