Qarişqa möCÜZƏSİ harun yəhya



Yüklə 0,89 Mb.
səhifə8/10
tarix29.05.2017
ölçüsü0,89 Mb.
1   2   3   4   5   6   7   8   9   10

SONUC
Bu kitabda sizə Allahın yaratmaq sənətinin yalnızca kiçicik bir əsəri olan balaca canlı növü haqqında bəzi misallar verildi. Ona görə “bəzi misallar” deyirik ki, əslində qarışqalarla bağlı hələ yüzərlə də örnək gətirmək olardı. Amma elə bu kitabda yazılanlar da insanı dərindən düşünməyə sövq etmək üçün yetərlidir.

Bunu unutmaq olmaz ki, Yer üzünün hər tərəfində həya qaynayır. Rəhman olan Allahın kiçik qarışqalar üçün qurduğu sistemli və düzənli həyat hər millimetrdəki canlı növləri arasında da yaradılıb. Təkhüceyrəlilər, böcəklər, vəhşi heyvanlar, bitkilər də qarışqalar kimi mükəmməl və qüsursuz şəkildə xəlq ediliblər. Bütün bu yaradılış xarüqələri insanların gündəlik həyat qayğıları içində ağıllarına belə gətirmədikləri, yaxud, sadəcə görüb keçdikləri əsl möcüzələrdir.

Bu kitabla müasir cəmiyyətin insanların gözləri önündə asdığı pərdəni qaldırmağa çalışdıq. Məqsədimiz yalnızca maddi mənfəətlərini düşünən, bütün həyatları boyunca pul-ev-iş üçbucağından kənarda qalan məsələlərə diqqət yetirməyən və buna görə də dünyagörüşünü daraldıb, Allahı unudan insanlara Onun varlığının dəlillərini göstərmək, Onu həmişə xatırlayanlara isə yeni bir düşüncə mövzusu verməkdir. Bunların hər ikisi son dərəcə önəmli işlərdir. Çünki insanın əbədi həyatının qurtuluşu bu kitabda sadalananlar kimi yaradılış möcüzələrini incələyib, onların müəllifini tanımaqdan keçir. Bu, yol göstəricimiz olan Quranda belə açıqlanır:

“Yeri necə döşədiyimizi [hamarlayıb düzəltdiyimizi] orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl [meyvə] yetişdirdiyimizi görmürlərmi? Bütün bunları [Rəbbinə tərəf] dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik” («Qaf» surəsi, / 7-8)

Məqsədimiz odur ki, bu kitabda yazılanlar da oxucular üçün hikmətlə baxan bir göz və zikr hökmündə olsun. Ona görə də, bu kitabı oxuyandan sonra yenidən Allahı unutmuş bir toplumun dərdləri içində batmamaq üçün daim Yaradanın varlığı və gücü haqqında düşünmək, həyatımızı bu gerçəyə uyğun qurmağa çalışmaq lazımdır. Çünki Allah bütün məxluqatı Onu bilib tanımağımız üçün yaradıb. Bunun qarşılığında Allahdan üz çevirənlər isə çox böyük bir cəzaya layiqdirlər.

TƏKAMÜL YALANI
Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə ortaya atılmış, ancaq heç bir müvəffəqiyyət qazana bilməmiş elmdən uzaq bir sayıqlamadan başqa bir şey deyil. Canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə elmin kainatda və canlılarda çox açıq bir “nizam” olmasını sübut etməsi ilə çürümüşdür. Beləliklə, bütün kainatın və canlıların Allah tərəfindən yaradılması həqiqəti elm tərəfindən də sübut olunmuşdur. Təkamül nəzəriyyəsini ayaqda saxlaya bilmək üçün bu gün bütün dünyada aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, bu həqiqətlərin birtərəfli şəkildə izah olunmasına, elm görüntüsü altında söylənən yalanlara və yol verilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat da həqiqəti ört-basdır edib gizlədə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yalan olması faktı son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinistlərin iddialarının tamamilə yanlış olduğunu ortaya qoymuş və bu həqiqət bir xeyli alim tərəfindən qeyd edilmişdir. Ələlxüsus da ABŞ-da biologiya, biokimya, paleontologiya kimi müxtəlif elm sahələrində çalışan alimlər darvinizmin artıq öz qüvvəsini itirdiyini görür, canlıların mənşəyini artıq “idraki nizam” (intelligent design) qavramı əsasında açıqlayırlar. Bəhs edilən “idraki nizam” bütün canlıların Allah tərəfindən yaradılmasının elmi cəhətdən sübut olunmuş bir dəlilidir.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini başqa əksər çalışmalarımızda bütün elmi təfərrüatları ilə qeyd etdik və qeyd etməyə davam edirik. Ancaq bu məsələ çox əhəmiyyətli olduğu üçün burada da bir çox məsələləri xülasə etmək zəruri və faydalıdır.
Darvini yıxan çətinliklər
Təkamül nəzəriyyəsi tarixi kökləri qədim Yunanıstana qədər gedib çıxan bir təlim olsa da o, yalnız XIX əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm hadisə Çarlz Darvinin 1859-cu il­də nəşr edilən “Cinslərin mənşəyi” adlı kitabı oldu. Darvin bu ki­tab­da canlıların müxtəlif növ­lə­ri­nin Allah tərəfindən ayrı-ayrılıqda ya­radılması gerçəyinə qarşı çı­xır­dı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gə­lirdi və onlar zaman ötdükcə kiçik dəyişikliklər sa­yə­sində bir-birindən fərqlənmişdilər.

Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi. O, özü də bunu qəbul edirdi ki, bu nəzəriyyə yalnız “ortaya atılan məntiq fikir” idi. Hətta Darvinin öz kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı ge­niş hissədə də etiraf etdiyi kimi, bu nəzəriyyə bir çox mühüm sual qarşısında aciz qalırdı.

Darvin belə zənn edirdi ki, onun nəzəriyyəsinin qarşısında dayanan çətinliklər elmin inkişafı ilə aradan qaldırılacaq, yəni elmi kəşflər bu nəzəriyyənin elmi əsaslarını gücləndirəcək. O, bunu kitabının çox yerində bildirmişdi. Ancaq durmadan inkişaf edən elm Darvinin bu ümidlərinin tam əksinə olaraq həmin nəzəriyyənin başlıca müddəalarını bir-birinin ardınca sarsıdırdı.

Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:

1. Bu nəzəriyyə həyatın Yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2. Darvinizm nəzəriyyəsinin ortaya atdığı “təkamül mexanizmləri”nin həqiqətdə təkmilləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.

3. Daşlaşmış bitki qalıqları və torf qatları təkamül nəzəriyyəsinin irəli sürdüyü proqnozların tam əksini ortaya çıxarır.

Bu bölümdə bu əsas müddəaları onların mahiyyəti baxımından incələyəcəyik.


Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin ibtidai dünyada təxminən 3,8 milyard il əvvəl meydana çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiyini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirməsi və belə bir təkamül əgər həqiqətən də olubsa, bunun izlərinin daşlaşmış bitki qalıqlarında, torf qatlarında niyə tapılmaması darvinizm nəzəriyyəsinin cavablandıra bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mər­hələsinin ilk pilləsində dayanmaq lazımdır: bəhs edilən o “ilk hüceyrə” necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün “ilk hüceyrə”nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən əsas bioloji qanunlara zidd iddiadır.

Həyat həyatdan gəlir”
Darvin öz kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduğunu güman və iddia edirdi. Orta əsrlərdən bəri böyük etimad bəslənən və “spontan generasiya” adlanan nəzəriyyənin tərəfdarları cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirməsinə inanırdı. Bu dövrdə böcəklərin yemək qalıqlarından, siçanların isə buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat etmək üçün hətta qəribə təcrübələr də aparmışdılar. Çirkli bir parçanın üstünə bir az buğda qoyulmuş, bir qədər gözləyərlərsə, bu çulğaşmadan siçanların meydana gələcəyi zənn edilmişdi.

Çiy ətin qurd salması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki daha sonralar məlum olacaqdı ki, ətin üstündə yaranan qurdlar öz-özünə meydana gəlmir, milçəklərin gətirib ora qoyduğu gözlə görünməyən sürfələrdən çıxırlar.

Darvin özünün “Cinslərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə elm dünyası belə hesab edirdi ki, bakteriyalar cansız maddədən meydana gəlir. Halbuki məşhur fransız bioloqu Luis Paster təkamülün əsası olan bu inancı Darvinin kitabının nəşr edilməsindən beş il sonra qəti olaraq rədd etdi. Paster apardığı çalışma və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə edirdi: “Cansız maddələrin həyat əmələ gətirməsinə dair iddia daha qəti olaraq tarixin arxivinə verilmişdir” (Sidney Fox, Klaus Dose, Molecular Evolu­tion and The Origin of Life, Marcel Dekker, New York, 1977, s. 2.).

Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü bir daha və qəti şəkildə aydın oldu.


XX əsrdəki nəticəsiz səylər
XX əsrdə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: “Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əha­tə edən ən qaranlıq məsələni təşkil edir” (Alexander I. Oparin, Origin of Life, Dover Publications, New York, (1936), 1953 (reprint), s. 196.).

Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məş­huru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Mete­oro­logical Society, c. 63, Kasım 1982, s. 1328-1330).

Uzun müddət davam edən bu səssizlikdən sonra Mil­lerin özü də istifadə elədiyi atmosferin həqiqi ol­madığını etiraf etdi (Stanley Miller, Molecular Evo­lu­tion of Life: Current Status of the Prebiotic Synthesis of Small Mo­lecules, 1986, s. 7.).

Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrdə apardığı bütün səylər nəticəsiz qaldı. San Dieqo Skripps İnstitutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: “Bu gün XX əsri arxada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?” (Jeffrey Bada, Earth, Şubat 1998, s. 40.).


Həyatın kompleks quruluşu
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox ciddi çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq quruluşa malik olmasıdır. Canlı varlığın hüceyrəsi insan övladının düzəltdiyi texniki məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq canlı hüceyrə əldə etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10.950-də 1-dir. Ancaq riyaziyyatda 10.50-də 1-dən aşağı olanlar “imkansız” sayılır. Hüceyrənin nüvəsində yerləşən və özündə genetik bilgini gizlədən DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın əgər kağıza köçürülməyə çalışılsa, 500 səhifədən ibarət olan 900 cildlik bir kitabxananın meydana gələcəyi hesablanır. Bu nöqtədə çox maraqlı bir dilemma da var: DNT ancaq bəzi xüsusiləşmiş proteinlərin köməyi ilə cütləşə bilir. Ancaq bu proteinlərin sintezi də ancaq DNT-dəki məlumatlara uyğun olaraq həyata keçir. Bir-birinə bağlı olduqlarına görə cütləşmənin meydana gələ bilməsi üçün onların ikisinin də eyni anda mövcud olması lazımdır. Bu isə həyatın özü-özündən meydana gəlməsi barədəki ssenarini çətinliyə salır. San Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü alim, professor Lesli Orgel (Leslie Orgel) “Scientific American” jurnalının 1994-cü ilin oktyabr ayındakı sayında bu həqiqəti belə etiraf edir:

“Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNA və DNA) eyni yerdə və eyni vaxtda təsadüf nəticəsində əmələ gəlməsi hətta ehtimaldan da həddindən artıq uzaqdır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının heç vaxt mümkün olmaması nəticəsinə gəlmək məcburiyyətində qalır” (Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, c. 271, Ekim 1994, s. 78.).

Şübhəsiz ki, əgər həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkünlüyü təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət isə əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır.




Təkamülün xəyali mexanizmləri
Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin “təkamül mexanizmləri” kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici gücə malik olmamasının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iddiasını tam şəkildə “təbii seleksiya” mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: “Cinslərin mənşəyi təbii seleksiya yolu ilə”.

Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sür’ətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sür’ətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm marallları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və “Cinslərin mənşəyi” kitabında “faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz” demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Fac­si­m­ile of the First Edition, Harvard University Press, 1964, s. 189).
Lamarkın təsiri
Yaxşı, bəs bu “faydalı dəyişikliklər” necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloqu Lamarka görə, canlılar həyatları boyu mə’ruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən onların nəsildən-nəslə boyları uzanıb.

Darvin də buna oxşar misallar gətirmiş, məsələn, “Cinslərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir müddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, The Origin of Spe­cies: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184).

Amma Mendel tərəfindən kəşf olunmuş və XX əsrdə inkişaf edən genetika elmi ilə öz qəti təsdiqini tapmış atavizm qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq darmadağın etdi. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.
Neodarvinizm və mutasiyalar
Darvinistlər isə bu vəziyyətə bir çözüm tapa bilmək üçün 1930-cu illərin axırlarında “Müasir sintetik nəzəriyyə”ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiya konsepsiyasına “faydalı dəyişikliklərin səbəbi” kimi mutasiyaları,yəni canlıların genlərinə radiasiya kimi xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.

Bu gün dünyada təkamül adına hələ də qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə Yer üzündə olan mil­yonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozuntulara əsaslanan bir mər­hələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməz, əksinə, onlara həmişə zərər verərlər.

Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə əlahiddələşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağıdar” (B. G. Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988.).

Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, onları şikəst edən bir genetik hadisədir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəng xəstəliyidir). Əlbəttə, zərərverici bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, “özbaşına heç nə edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi”nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə isə təkamül deyilən xəyali mərhələ də ola bilməz.
Daşlaşmış qalıqlarda keçid

formalarının izi yoxdur
Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin baş verməməsinin ən açıq sübutu isə daşlaşmış bitki qalığı qatları, torf laylarıdır. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmişi və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək mərhələ-mərhələ davam etmişdir.

Bu vəziyyətdə iddia edilən uzun dəyişiklik müddəti boyunca saysız-hesabsız “ara cinslər”in meydana gəldiyini və yaşadığını qəbul etmək lazımdır. Məsələn, keçmişdə özündə balıq xüsusiyyətlərinin olmasına baxmayaraq bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalı idi. Yaxud da sürünənlərin xüsusiyyətlərinə malik olarkən bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara “ara keçid forması” adını verirlər.

Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Və bu qəribə canlıların qalıqlarına mütləq daşlaşmış qalıqlarda, torf laylarında rast gəlinməli idi. Darvin “Cinslərin mənşəyi”ndə bunu belə açıqlamışdır: “Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşamasına dair sübutlar da təkcə daşlaşmış bitki qalıqları qatları arasında tapıla bilər (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179).
Darvinin puç olan ümidləri
Ancaq XIX əsrin ortalarından bu yana dünyanın dörd bir tərəfində daşlaşmış qalıqlar tədqiq edilsə də həmin laylarda bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılmış qazıntı və araşdırmalar zamanı əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə olaraq göstərdi ki, canlılar Yer üzündə birdən-birə, nöqsansız və qüsursuz bir şəkildə ortaya çıxıblar.

Tanınmış ingilis paleontoloqu Derek U.Eger özü təkamülçü olsa da bu gerçəyi belə etiraf edir:

“Problemimiz budur ki, geoloji layları, daşlaşmış qatları bütün təfərrüatı ilə araşdıranda, istər cinslər, istərsə də siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən yox, Yer kürəsində birdən-birə meydana gələn qruplar görürük (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, c. 87, 1976, s. 133).

Yəni bütün canlı növləri daşlaşmış laylarda aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkildə ani olaraq ortaya çıxırlar. Bu isə Darvinin düşüncülərinin tam əksi və canlı növlərinin yaradıldığını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özü-özündən təkmilləşməsinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı o cinsin yaradılmasıdır. Bu həqiqət məş­hur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

“Yaradılış və təkamül hazırda yaşayan canlıların mənşəyi haqqında iki mümkün açıqlamalardır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərinin təkamülü yolu ilə meydana gəlməlidirlər. Amma onlar əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar (Douglas J. Futuyma, Science on Trial, Pantheon Books, New York, 1983, s. 197).

Daşlaşmış qalıqlar da canlıların Yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdığını göstərir. Yəni cinslərin mənşəyi Darvinin iddiasının əksinə olaraq təkamül deyil, yaradılışdır.


İnsanın təkamülü nağılı
Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdiyi məsələ insanın mənşəyi məsələsidir. Bu məsələdəki darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi məxluqlardan əmələ gəldiyini bildirir. 4-5 milyon il bundan əvvəl başlandığı qəbul edilən bu mərhələdə müasir insanla onun əcdadları arasında bəzi “ara forma”ların yaşadığı iddia olunur. Həqiqətdə isə bütünlüklə xəyali olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:

1. Australorithecus

2. Homo habilis

3. Homo erectus

4. Homo sapiens.

Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına “cənub meymunu” mənasına gələn “aus­tra­­lorithecus” adını verirlər. Bu canlılar həqiqətdə nəsli tükənmiş bir meymun cinsindən başqa bir şey deyil. İngiltərə və ABŞ-dan olan lord Soli Zakerman (Lord Solly Zuckerman) və prof. Çarlz Oksnerd (Charles Oxnard) kimi dünyanın iki məşhur anatomistinin australorithecus nümunələri üzərində apardıqları çox əhatəli çalışmalar bu canlıların yalnız nəsli kəsilmiş bir meymun cinsinə aid olmasını və onların insanlarla heç bir oxşarlığa malik olmadığını göstərmişdir (Solly Zuckerman, Beyond The Ivory Tower, Toplinger Publications, New York, 1970, ss. 75-94; Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, c. 258, s. 389).

Təkamülçülər insan təkamülünün sonrakı mərhələsini də “homo”, yəni insan olaraq təsnif edirlər. İddialara görə, homo sırasındakı canlılar australorithecus-lardan daha çox inkişaf etmişdilər. Təkamülçülər bu fərqli canlılara aid fəsilləri ard-arda düzərək xəyali bir təkamül cədvəli təşkil edirdi. Bu cədvəl xəyalidir, çünki həqiqətdə bu müxtəlif siniflər arasında təkamül əlaqəsinin olduğu heç vaxt sübut edilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm müdafiəçilərindən biri olan Ernst Meyr (Ernst Mayr) “Homo sapiensə uzanan zəncir həqiqətdə İtkin­dir” deyərək bunu qəbul edir (J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, Aralık 1992).

Təkamülçülər australorithecus-homo habilis-homo erectus-homo sapiens sıralamasını tərtibləyərkən bunların hər birinin ondan sonra gələnin atası ol­ması təsvirini yaratmağa çalışırlar. Halbuki paleoantropoloqların son tapıntıları australorithecus, ho­mo habilis və homo erectus-un dünyanın müxtəlif bölgələ­rində eyni dövrlərdə yaşadıqlarını sübut etmişdir (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, J. B. Lipincott Co., New York, 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge University Press, Cambridge, 1971, s. 272).

Homo erectus sinifinə daxil edilən insanların bir hissəsi müasir dövrlərə qədər, homo sapiens neander­tal və homo sapiens isə sapiens (müasir) insanla eyni şəraitdə yan-yana yaşamışlar (Time, dekabr 1996).

Bu isə əlbəttə, bu siniflərin bir-birinin əc­da­dı olması iddiasının qüvvədə qalmadığını aydın şəkil­də ortaya qoyur. Harvard Universiteti (ABŞ) paleon­toloqlarından Stefan Cey Quld (Sterhen Yay Gould) özü bir təkamülçü olsa da darvinizm nəzəriyyəsinin bu çətinliyini belə izah edir:

Əgər bir-biri ilə paralel olaraq yaşayan üç müxtəlif hominid (insanabənzər) cizgisi varsa, elə isə bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən meydana çıxmış ola bilməz. Bunların biri digəri ilə müqayisə ediləndə təkamül nəticəsində bir inkişaf ardıcıllığı göstərə bilmirlər (S. J. Gould, Natural History, c. 85, 1976, s. 30).

Qısası, mətbuatda və ya dərs kitablarında qeyd edilən və xəyalların məhsulu olan bəzi “yarımeymun, yarıinsan” canlıların şəkilləri ilə, yəni ancaq təbliğat yolu ilə güclə saxlanmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə aus­tra­lorithecus fəsilləri üzərində 15 il tədqiqat aparan İn­giltərənin ən məşhur və mötəbər alimlərindən biri lord Soli Zakerman özü bir təkamülçü idi, amma o da ortada meymunabənzər canlılardan insana gəlib çıxan həqiqi bir nəsil ağacının olmadığı nəticəsinə gəlmişdir.

Lord S.Zakerman bir də maraqlı bir “elm şkalası” hazırlamışdı. O, elmi olaraq qəbul etdiyi elm sahələrindən elmdən uzaq olaraq qəbul etdiyi elm sahələrinə qədər bir cədvəl təşkil etmişdi. Lord S.Za­ke­r­ma­nın bu cədvəlinə görə, elmi, yəni konkret faktlara əsas­lanan elm sahələri kimya və fizikadır. Cədvəldə bun­lardan sonra biologiya elmləri, sonra da sosial elmlər yerləşir. Cədvəlin sonunda, yəni ən elmdən kənar hesab edilən hissədə isə telepatiya, “altıncı hiss” kimi “hissdənkənar dərk etmək” anlayışı, bir də “insanın təkamülü” vardır! Lord Zakerman cədvəlin bu hissəsini belə izah edir:

Obyektiv gerçəkliyin sahəsindən çıxıb da biolo­ji elm olaraq qəbul edilən bu sahələrə, yəni hissdənkə­nar idraka və insanın daş­laşmış tarixinin izah edil­məsinə daxil olan­da təkamül nəzə­riy­yə­si­nə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, öz nəzəriyyələrinə qəti olaraq inanan bu adamların hətta bəzi ziddiyyətli qərarları eyni anda qəbul etməsi də mümkündür (Solly Zuckerman, Beyond The Ivory Tower, Toplinger Publications, New York, 1970, s. 19).

İnsanın təkamülü nağılı da öz nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi daşlaşmış qalıqları əvvəlcədən qəbul etdikləri fikirlərinə uyğun olaraq izah etməkdən ibarətdir.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə