Qarişqa möCÜZƏSİ harun yəhya



Yüklə 0,89 Mb.
səhifə9/10
tarix29.05.2017
ölçüsü0,89 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Darvin düsturu!
Bura qədər qeyd etdiyimiz bütün texniki sübutlarla yanaşı təkamülçülərin necə cəfəng bir inanca malik olmasını bir də uşaqların da başa düşəcəyi qədər aydın bir misalla xülasə edək.

Təkamül nəzəriyyəsi canlı aləmin təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə yığılaraq əvvəlcə hüceyrəni, sonra da eyni atomlar hər hansısa bir şəkildə digər canlıları və insanı meydana gətirmişdir. İndi fikirləşək. Canlı aləmin əsasları olan karbon, fosfor, azot, potasium bircə canlı da meydana gətirə bilməzlər. İstəsəniz bu məsələdə bir “təcrübə” aparaq və təkamülçülərin əslində müdafiə etdikləri, ancaq uca səslə deyə bilmədikləri iddianı onların adından “Darvin düsturu” ilə incələyək.

Təkamülçülər canlı aləmin əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən çoxlu sayda böyük çənin içinə bol miqdarda qoysunlar. Hətta adi hallarda olmayan, ancaq bu qarışığın içində olmalıdır dedikləri bəzi ləvazimatları da bu çənə əlavə etsinlər. Qarışıqların içinə is­tədikləri qədər (təbii şəraitdə əmələ gəlməsi mümkün olmayan) aminosit, istədikləri miqdarda da (birinin də təsadüfən meydana gəlmə ehtimalı 10-950 olan) protein doldursunlar. Bu qarışığa istədikləri kimi istilik və rütubət versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Çənlərin yanına da bu dün­yanın ən məşhur alimlərini dəvət etsinlər. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il davamlı olaraq çənlərin yanında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtləri mövcud olmasına inanırlarsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə edirlərsə-etsinlər, o çənlərdən qətiyyən bir canlı çıxara bilməyəcəklər. Zürafələri, şirləri, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, yemişləri, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuzquşularını, qırqovulları, müxtəlif rəngli kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Burada adını qeyd etdiyimiz bu canlı varlıqların tək bir hüceyrəsini də əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə yığılaraq hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni iki yerə ayıran, daha sonra bir-birinin ardınca fərqli qərarlar verən, elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskopun altında incələyən professorları da əmələ gətirə bilməzlər.



Maddə ancaq Allahın üstün yaratması ilə canlı ola, həyat tapa bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə təfəkkür və idraka tamamilə zidd olan bir cəfəngiyyatdır. Təkamülçülərin ortaya atdığı iddialar ətrafında bir az düşünmək haqqında yuxarıda danışılan nümunədə olduğu kimi bu həqiqəti də aydın şəkildə göstərir.
Gözdəki və qulaqdakı texnologiya
Təkamül nəzəriyyəsinin heç vaxt izah edə bilməyəcəyi başqa bir məsələ isə gözdəki və qulaqdakı mükəmməl hissetmə (lamisə) keyfiyyətidir.

Gözlə bağlı mövzuya keçməzdən əvvəl “necə görürük?” sualına qısa da olsa cavab verək. Bir cisimdən gələn şüalar gözə tərs olaraq düşürlər. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa tərəfindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə ötürülür. Bu elektrik siqnalları sıra ilə davam edən icraatlardan sonra beyindəki bu mərkəzdə görüntü olaraq hiss edilir və görülür.

Bu məlumatdan sonra indi bir az fikirləşək. Beyin işıq üçün qapalıdır. Yəni beynin içi qapqaran­lıqdır, işıq beynin olduğu yerə qədər gedib çıxa bilməz. Görüntü mərkəzi deyilən yer zülmət qaranlıq, işı­ğın heç vaxt çata bilmədiyi, bəlkə də heç vaxt rast gəlmə­diyiniz qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlığında işıqlı, parlaq bir dünyanı seyr edirsiniz. Həm də bu o qədər aydın və keyfiyyətli bir görüntüdür ki, XXI əsrin texnologiyası da hər cür imkan sahibi olmasına baxmayaraq bu görüntünü əldə edə bilməmişdir. Məsələn, hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın. Sonra başınızı qaldırın və ətrafınıza nəzər salın. İndi gördüyünüz aydınlıq və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin istehsal etdiyi ən mükəmməl televizor ekranı da verə bilməz. 100 ildir minlərlə mühəndis bu aydınlığı əldə etməyə çalışır. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Yenə də bir televiziya ekranına baxın, bir də əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizor ekranı sizə ikiölçülü bir görüntü göstərir, halbuki siz üçölçülü, dərin bir perspektivi görürsünüz.

Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor hazırlamağa, gözün görmə keyfiyyətinə yiyələnməyə səy göstərir. Bəli, üçölçülü televizor sistemini hazırlaya bildilər, ancaq onu da eynəksiz görmək mümkün deyil. Bu eyni zamanda süni bir üçölçülü sistemdir. Arxa tərəf daha bulanıq, qarşı tərəf isə kağızdan hazırlanmış dekorasiya kimi görünür. Heç vaxt gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü ola bilməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi baş verir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü təşkil edən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi bir adam sizə otağınızın bir küncündəki televizorun təsadüflər nəticəsində meydana gəldiyini, “atomlar bir yerə toplandı və bu göstərən cihazı meydana gətirdi” desə, nə fikirləşərsiniz? Minlərlə adamın bir yerə yığışaraq düzəldə bilmədiyini şüursuz atomlar necə edə bilər?

Gözün gördüyündən daha ibtidai olan bu görün­tünü meydana gətirən cihaz təsadüfən meydana gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi aydın məsələdir.

Bu məsələ qulaq üçün də eynidir. Xarici qulaq ətrafdakı səsləri qulaq çömçəsi vasitəsilə yığıb orta qulağa ötürür. Orta qulaq aldığı səs tirtəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri elektrik siqnallarına döndərərək beyinə göndərir. Eynilə görmə məsələsində olduğu kimi eşitmək icraatları da beyindəki eşitmə mərkəzində həyata keçir.

Gözdəki vəziyyət qulaq üçün də qüvvədə qalır, yəni beyin işığa olduğu kimi səsə də qapalıdır, səsi keçirmir. Dolayısı ilə ətraf nə qədər gurultulu da olsa beynin içi tamamilə səssizdir. Buna baxmayaraq ən dəqiq səslər beyində hiss edilir. Səs keçirməyən beynimizdə bir orkestrin simfoniyalarını eşidərsiniz, izdihamlı bir məkanın bütün gurultusunu eşidərsiniz. Ancaq həmin anda həssas bir cihazla beynimizin içindəki səs səviyyəsi ölçülsə, burada mütləq bir səssizliyin hakim olduğu görünəcək.

Dəqiq bir görüntü əldə edə bilmək üçün indiyə qədər texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər onlarla ildir ki, davam edir. Səsi qeyd etmək cihazları, çoxlu elektrik aləti, səsi qeyd edən musiqi sistemləri bu səylərin bəzilərinin nəticələridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada işləyən minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq qulaqdakı dəqiq və keyfiyyətli bir səs əldə edilməmişdir. Ən bö­yük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi alətini fikirləşin. Səsi qeyd edəndə mütləq səsin bir hissəsi itir və ya az da olsa mütləq xışıltı əmələ gəlir. Musiqi cihazını açanda musiqi başlamamışdan əvvəl bir xırıltılı səsi mütləq eşidəcəksiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər çox dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi xırıltılı və ya pozuntulu səs hiss etməz, səs necədirsə, onu tam və dəqiq olaraq eşidir. Bu vəziyyət insan yaradıldığı gündən indiyə qədər bu cürdür.

Bu günə qədər insan oğlunun istehsal etdiyi, hazırladığı heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və uğurlu bir lamisə sistemi ola bilməmişdir.

Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa çox böyük həqiqət var.

Beynin içindəki görən və

eşidən şüur kimə aiddir?
Beynin içində cürbəcür rəngli bir dünyanı seyr edən, simfoniyaları, quşların səsini eşidən, çiçəkləri iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəlməsinə dair çoxlu təfərrüatlar oxuya bilərsiniz. Ancaq bu məsələ haqqındakı həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz ki, beyində bu elektrik siqnallarını görüntü, səs, iy və hiss olaraq qavrayan kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyni təşkil edən sinirlərə, yağ təbəqəsinə və sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist materialistlər bu suallara heç vaxt cavab verə bilmir. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyac hiss etməz. Bunlardan da başqa fikirləşmək üçün beyinə də ehtiyacı olmaz.

Bu aydın və elmi həqiqətləri oxuyan hər bir insanın beynin daxilindəki bir neçə santimetrlik, qapqaranlıq məkana bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığışdıran Allahı fikirləşib, Ondan qorxub Ona sığınması lazımdır.


Materialist inanc
Bura qədər araşdırdıqlarımız təkamül nəzəriy­yəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və dünyanın daşlaşmış qatları darvinizm nəzəriyyəsinin vacib saydığı keçid formalarının yaşamadıqlarını göstərir. Belə də təkamül nəzəriyyəsinin əlbəttə ki, elmə zidd bir fikir kimi kənara atılması lazımdır.

Tarix boyu təkamül modeli kimi bir çox düşüncə sistemi elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar bu nəzəriyyənin tənqidini “elmə hücum” kimi qələmə verməyə çalışır. Görəsən nəyə görə?

Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mü­hit­lər üçün heç cür əldən buraxılmayacaq ehkamçı bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsə­yirlər.

Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur genetik və tanınmış təkamülçü olan Riçard Levontin “əvvəlcə materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir etiqadımız var, aprior (əvvəlcədən qəbul edilmiş, doğru sayılan, təcrübədən asılı olmayan, təcrübədən qabaq mövcud olan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin istiqamət və qaydaları deyil. Əksinə, materializmə olan aprior bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar 1997, s. 28).

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir ehkam olmasının açıq ifadəsidir. Bu ehkam maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər “ilahi bir açıq­lamanın səhnəyə girməməsi” üçün bu qənaəti müdafiə etməkdə davam edirlər.

Canlıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncə ilə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: “Bütün canlılar üstün bir gücə, məlumata və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan var edən, canlıları da yaradıb şəkilləndirən Allahdır”.
Təkamül nəzəriyyəsi bəşər

tarixinin ən təsirli sehridir
Burada bunu da bildirmək lazımdır ki, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri olmayan, heç bir ideologiyanın təsiri altında qalmayan, ancaq ağlını və məntiqini işlədən hər bir insan elmdən və mədəniyyətdən uzaq olan cəmiyyətlərin xurafatlarını əks etdirən təkamül nəzəriyyəsinin inanılması mümkün olmayan bir iddia olduğunu asanlıqla başa düşəcəkdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə çoxlu atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışmasından vaxt ərzində fikirləşən, dərk edən, kəşflər edən professorların, tələbələrin, Eynşteyn, Hubbl kimi elm adamlarının, Frenk Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəni, təhsilli insanlardır. Buna görə də təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli sehri” ifadəsini işlətmək daha münasib olacaq. Çünki bəşər tarixində insanların ağlını başından bu dərəcədə alan, ağıl və məntiqlə fikirləşməsinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia da yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, bəzi afrikalı qəbilələrin totemlərə, Səba xalqının günəşə sitayiş etməsindən, Hz.İbrahimin tayfasının öz əlləri ilə düzəltdiyi bütlərə, Hz.Musanın xalqının qızıldan düzəltdiyi buzova sitayiş etməsindən daha dəhşətli və qəbuledilməz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Qur’anda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların idrak qabiliyyətinin qapanacağını və həqiqətləri görməkdən aciz vəziyyətə düşəcəyini əksər ayələrində bildirir. Bu ayələrdən bəziləri bunlardır:

Həqiqətən, inkar edənləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (“Bəqərə”, 2/6-7).

...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (“Ə’raf”, 7/179).

Allah başqa ayələrdə isə bu insanların mö’­cü­zə­lər görsələr də inanmayacaq qədər sehrləndiklərini belə bildirir:
Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də “Gözümüz bağlanmış, biz sehrlənmişik” deyərlər” (“Hicr”, 15/14-15).

Bu qədər geniş bir kütlənin üzərində bu sehrin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildir bu sehrin pozulmaması isə sözlərlə deyilə bilməyəcək qədər heyrətamiz bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın imkan xaricində olan ssenarilərə, cəfəngiyyat və məntiqsizliklərlə dolu iddialara inanması aydın ola bilir. Ancaq dünyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yığılıb, fövqəladə bir təşkilatlanma, nizam-intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlı aləm üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa bir izahı və adı yoxdur.

Həmçinin Allah Qur’anda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi adamların etdiyi sehrlərlə insanları təsir altına aldıqlarını Hz.Musa və Fir’on arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz.Musa Fir’ona haqq dini başa salanda Fir’on Hz.Musaya öz “elmli sehrbazları” ilə insanların yığışdıqları bir yerdə qarşılaşmalarını istəyir. Hz.Musa sehrbazlarla qarşılaşanda əvvəlcə sehrbazlara onların mərifətlərini göstərməsini əmr edir:

(Musa:) “Siz atın!” dedi. Onlar (əllərindəkini yerə) atdıqda adamların gözlərini bağ­la­yıb onları qorxutdular və böyük bir sehr gös­tər­dilər” (“Ə’raf”, 7/116).


Göründüyü kimi, Fir’onun sehrbazları gözbağlamalarla - Hz.Musa və ona inananlar istisna olmaqla - insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarının əvəzində Hz.Musanın göstərdiyi dəlil onların bu sehrini, ayələrin ifadəsi ilə desək, “uydurub düzəltdikləri bütün şeyləri udmuş”, yəni təsirsiz hala gətirmişdir:

Biz də Musaya: “Əsanı tulla!” deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Ə’raf”, 7/117-119).

Ayədə də bildirildiyi kimi, əvvəl insanları sehrləyərək öz təsiri altına bu adamların etdiklərinin bir saxtakarlıq olmasının üzə çıxıb təsdiqlənməsindən sonra qeyd edilən adamlar pis vəziyyətə düşmüşdülər. Günümüzdə də bir sehrin təsiri ilə elm pərdəsi altında çox cəfəng iddialara inananlar və bunları mü­da­fiə etməyə həyatlarını həsr edənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə açığa çıxanda və “sehr pozulanda” onlar da pis vəziyyətə düşəcəklər.

Təkamül nəzəriyyəsini müdafiə edən və ateist bir filosof olan Malkolm Maqqric (Malcolm Muggeridge) belə bir vəziyyətdən qorxduğunu belə etiraf edir:



Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrin gələcəyin tarix kitablarındakı ən böyük gülünc vəziyyətlərdən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən olan bir hipotezin inanılmaz bir sadəlövhlüklə qəbul edilməsini heyrət içində qarşılayacaqlar (Mal­colm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 43).

Bu gələcək uzaqda deyil, əksinə, çox yaxın bir gələcəkdə insanlar “təsadüflər”in tanrı ola bilməyə­cəyini başa düşəcəklər və təkamül nəzəriyyəsi bəşər tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq tanıdılacaq. Bu şiddətli sehr böyük sür’ətlə dünyanın dörd bir tərəfində özünün insanlar üzərindəki təsirini azaltmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən əksər insanlar bu yalana necə inandıqlarını heyrət və təəccüb içində götür-qoy edirlər.


Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən”

(“Bəqərə”, 2/32).

ŞƏKİLALTI YAZILAR

Səh.13
80 milyon illik qarışqa qalıqları. Bu tapıntı bizə qarışqaların 80 milyon il ərzində heç bir dəyişikliyə uğramadıqlarını göstərir.


Səh.14
“Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışınızda və [Allahın Yer üzünə] yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar üçün [Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət günün haqq olmasına dəlalət edən] əlamətlər vardır” («Casiyə» surəsi, / 3-4).
Səh.17
Qarışqa koloniyalarının ən önəmli cəhəti tam bir toplum uyğunluğuna sahib olmaları və bütün işləri yardımlaşaraq görmələridir. Bu şəkildə də köməkləşərək, bir meyvəni yuvalarına daşımağa çalışan qarışqa qrupu görünür.
Səh.18
Son dərəcə kiçik olan qarışqalar bu kiçikliklərinə baxmayaraq, qüsursuz bir sosial düzən içində yaşamlarını davam etdirirlər...
Səh.19
Eyni koloniya daxilindəki ayrı-ayrı kastalara mənsub qarışqalar fiziki baxımdan da fərqlənirlər. Onların hər biri gördükləri işə uyğun fiziki quruluşa sahibdirlər.
Səh.21
Yan tərəflərdə özəl qafa quruluşa malik olan “qapıçı” qarışqalar görünür.
Səh.23
Qarışqalar qrup halında yaşaya bilən canlılardır. Təkbaşına yaşamaları mümkünsüzdür.
Səh.26
Üstdəki rəsmdə qarışqaların bir ağacın kökləri arasında qurduqları yeraltı şəhər görünür. Zaman keçdikcə ağacın kökləri aşınaraq ovulub-tökülüb, nəticədə bu gizli şəhər ortaya çıxıb.

Səh.27
1. Ventilyasiya sistemi: Qarışqaların ən böyük düşməni olan quşlar yuvaya yaxınlaşan zaman “savaşçı”ların bir qismi yuvanın ağzında qarınlarını bayıra doğru çevirərək, quşlara zəhərli maye püskürürlər.

2. “Ana”nın otağı: Güneyə baxan bu otaqda “kraliça”nın (ana qarışqanın) yumurtaları yetişir. Otağın hərarəti 38 dərəcədə sabit qalır.

3. Əsas giriş və yan girişlər: Bu girişləri qapıçı qarışqalar qoruyur. Təhlükə anında başlarıyla girişi qapadırlar. Koloniyanın digər sakinləri qapıdan keçmək istəyəndə antennalarını özəl bir ritmlə qapıçının qafasına vururlar. Və bundan sonra qapıçı girişi açır. Bu ritmi unudanların aqibəti isə çox pisdir - qapıçı qarışqalar onları yerindəcə öldürürlər.

4. Hazır otaqlar: Qarışqalar yuva tikdikləri yerdə köhnə birini taparlarsa, onun salamat qalmış otaqlarını da “özəlləşdirirlər”. Beləcə, yuvanı daha tez tikib başa çatdırırlar.

5. Anbar və qəbristanlıq: Qarışqalar bu otaqlarda topladıqları taxıl dənələrinin yeyə bilmədikləri qabıqlarını və ölən qarışqaların cəsədlərini yığırlar.

6. Mühafizəçilərin otağı: Buradakı əsgərlər 24 saat əmrə müntəzirdirlər. Ən kiçik bir təhlükə duyan kimi hərəkətə keçirlər.

7. Bayır hasarı: çalı-çırpı və kiçik budaqlardan ibarət bu hasar yuvanı istidən, soyuqdan və yağmurdan qoruyur. İşçi qarışqalar onun qalınlığının azalmamasına sürəkli nəzarət edirlər.

8. Əmizdirmə otağı: Əmizdirici qarışqalar qarınlarında şəkərli bir maye hazırlayırlar. Yetişdirici qarışqalar isə antennalarıyla onların qarınlarını dələrək, bu mayedən yararlanırlar.

9. Ət ambarı: Böcəklər, milçəklər, çəyirtkələr və düşmən qarışqalar öldürüldükdən sonra bu anbarda saxlanırlar.

10. Taxıl ambarı: Qış zamanı qidalanmaq üçün dəyirmançı qarışqalar böyük taxıl dənələrini kiçik parçalar halında buraya yığırlar.

11. “Tibb məntəqəsi”: Burada “tibb bacısı” funksiyasını yerinə yetirən qarışqalar körpə qarışqaları qorumaq üçün antibiotik özəlliyi daşıyan ağız suyu ifraz edirlər.

12. Qış otağı: Noyabrda qış yuxusuna gedib, mayda yenidən oyanan qarışqalar uzun qış mövsümünü burada keçirirlər. Oyananda da ilk işləri bu otağı təmizləmək olur.

13. Mərkəzi isitmə bölümü: Yarpaq parçaları və çalı-çırpının burada bir-birilə qarışdırılması müəyyən istilik yaradır. Bu isti bütün yuvanın temperaturunu 20-30 selsi dərəcə arasında saxlayır.

14. Seçim otağı: Ana kraliçanın yumurtaları yumurtlanma vaxtına görə burada saf-çürük edilir, sonra isə zamanı gələndə digər otağa daşınır.

15. Kral otağı: Ana kraliça bu otaqda yumutlayır. Burada həmişə onu bəsləyən və otağı təmizliyən yardımçıları olur.6


Səh.28
Yuva həyatının ilk mərhələsində koloniya üzvləri incə bir dəlik açaraq, onu labirint şəkilində dərinləşdirirlər. Həmin istiqamətlərin sonunda bakteriya topaları ola bilər. Həmin bakteriya topalarına torpağın səthinə yaxın yerlərdə daha çox yerləşir. Daha dərində və daha geniş bölmələrdə isə bitki qalıqlarının çürüntüləri var. Buna görə də dəliklərin (otaqların) bəziləri üzvi maddələrlə bol torpaq qatlarında yerləşir. Sanki bu, zərərli tullantıları neytrallaşdırmaq üçündür. Üstəlik, həmin bölmələrdə istilik əmələ gəlir və tədricən yuxarıya doğru yüksəlir. Kükürdlü və bol oksigenli hava bütün yuvaya yayılır. Bu sistemdən ventilyasiya və yol açmaq üçün istifadə edilir. Dəliklərdən, mağaralardan və tunellərdən ibarət yuvanın çevrəsinin diametri təxminən 7,5 metrə qədər olur. Daha çox diqqət yetirilməsi gərəkən məsələ isə budur ki, bu yuvanı və sistemləri heç bir inşaat təhsili görməmiş qarışqalar inşa edirlər.
Səh. 31
(*) FEROMENLƏR: Bu söz “Pher” - daşımaq və “hormone” - hormon kəlmələrinin birləşməsindən əmələ gəlib, “hormon daşıyıcıları” mənasını verir. Feromenlər eyni növün üzvləri arasında işlədilən kimyəvi siqnallardır ki, xüsusi vəzilərdə hazırlanaraq, ətrafa buraxılırlar.

Feromenlərlə ünsiyyət daha çox böcəklərin və həşəratların arasında yayılıb. Feromen eyni zamanda erkəkləri dişilərə cəlb edən cinsi funksiya da daşıyır. Onun ən çox araşdırılan növü güvələrin cütləşmə zamanı buraxdığı feromenlərdir. Bəlli olub ki, dişi güvə “disrarlure” adlı feromen buraxaraq, erkək fərdləri bir neçə kilometrdən cəlb edə bilir. Erkək fərd işarəni göndərən dişinin bir qram havadakı cəmisi bir neçə yüz molekulunu belə duyduğundan, “disrarlure” çox geniş əhatəyə yayılanda da təsirini saxlayır.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə