TS-Q-06-10a
- 2 -
KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI
Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırki könüllü tibb sığorta qaydalarına əsasən (bundan sonra
mətndə Qaydalar adlandırılacaq) «AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra
mətndə “Sığortaçı“ adlandırılacaq) hüquqi və fiziki şəxslərlə (bundan sonra mətndə “Sığortalı“ adlandırılacaq)
könüllü tibb sığorta müqaviləsi (bundan sonra mətndə müqavilə adlandırılacaq) bağlayır.
Hazırki Qaydalar sığorta müqavilələsinin bağlanması, icra və xitam edilməsi şərtlərini müəyyən edir,
sığorta müddətində və sığorta hadisəsi baş verən zaman tərəflərin münasibətlərini tənzimləyir.
Bu qaydalar, sığorta şahadətnaməsi, sığortalı tərəfindən doldurulmuş ərizə forması və müvafiq əlavələr
bütövlükdə bir müqavilə hesab edilir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında sığortalı tərəfindən göstərilmiş
məlumat və ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
Bu Qaydalarla müəyyən olunan “Könüllü tibbi sığorta”növü tibbi sığorta sinifinə aid edilir.