Qəbuldan] A1



Yüklə 48,36 Kb.
tarix22.05.2020
ölçüsü48,36 Kb.

qəbuldan] A1^








AZƏRBAYCAN RESPUBLİKÄSfWR


Azərbaycan Respublikası
Bakı İnzibati Mehkemesi
Daxilolma N.

cild, vərəq

m


ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

YANINDA


DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU
SURAXANI RAYON ŞÖBƏSİ


Ünvan: Park küçəsi 32 Tel: 452-18-84 Faks: 452-18-84


« /oLp O ^ 2020-ci il nLOG3Qb/9l9&

Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi tərəfindən

Hüseynova Fəridə Rəsul qızının pensiya işi üzrə


yeni açılmış hallara dair ərizə
İddiaçı Hüseynova Fəridə Rəsul qızı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2 oktyabr 1977-ci il tarixdən 27 noyabr 2003-cü ıl tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona 2011-ci ılın 11 noyabr tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 25 may tarixli 2-1(82)1897/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şöbəyə daxil olmuş məhkəmə qərarı əsasında Hüseynova Fəridə Rəsul qızına Şöbə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, qanunsuz pensiya təyinatı aparılmışdır. Bunun nəticəsində 15 noyabr 2007-ci il tarixdən hesablanmaqla 1 mart 2019-cu il tarixədək ümumilikdə vətəndaşın plastik kart hesabına 19907,20 manat məbləğində artıq vəsait ödənilmişdir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı







təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

İş üzrə icraatın təzələnməsi üçün əsasları təqdim edirik

Araşdırma zamanı məlum olmuşdur ki, 15.11 1959-cu ıl təvəllüdlü Hüseynova Fəridə Rəsul qızı rəsmi məlumatlara əsasən 21 07.2008-ci ıl tarixdən hal-hazıradək Şəmkir rayonu, Əliyaqublu kəndi ünvanında qeydiyyatda olduğu halda Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbədə qeydiyyatdan keçirilmişdir ki, bununla da Şöbə tərəfindən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci bəndinin tələbləri pozulmuşdur (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur). Pensiya işinə tikilmiş Şüvəlan ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş 4 mart 2015-ci il tarixli güzəştli arayışda qeyd olunanlar (1983-1995-cü illərin əmək fəaliyyəti dövrü xüsusilə zərərli və ağır olan işlər kimi nəzərə alınmaqla) F.Hüseynovaya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratmışdır (güzəştli arayışın surəti əlavə edilir). Halbuki həmin arayışda qeyd olunmuşdur ki, arayış əmək kitabçası əsasında verilmişdir. Onu da qeyd etmək lazımdır ki, güzəştli arayış təşkilatın özündə saxlanılan ilkin sənədlər əsasında tərtib edilməli olduğu halda, sonradan yazılmış əmək kitabçası əsasında tərtib edilmişdir.

Əmək kitabçasının həqiqiliyi də əsaslı şübhələr yaradır. Belə ki, məhkəmə qərar qəbul edərkən əmək kitabçasının təsdiq olunmuş surətini əsas götürsə də, pensiya işinə tikilmiş əmək kitabçasının surəti təsdiq edilməmişdir. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.6-cı bəndinə əsasən vətəndaşa pensiya təyin edilərkən təqdim edilən əmək kitabçasının surəti notarial qaydada təsdiq olunmalı idi (əmək kitabçasının surəti əlavə edilir). Vətəndaşın saxtalaşdırılması ehtimal olunan əmək kitabçasında əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və işlədiyi istehsalatın (sexin) və peşənin zərərli olması barədə heç bir məlumat qeyd olunmamışdır. Məlumat üçün bildiririk ki, Hüseynova Fəridə Rəsul qızının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət ışı açılaraq istintaqı aparılır (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunun surəti əlavə olunur).



Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 100-cü maddəsini rəhbər tutaraq məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.

Qoşma: 1. Pensiya işinin surəti

  1. Əmək kitabçasının surəti

  2. Şüvəlan ASC tərəfindən verilmiş 4 mart 2015-ci il tarixli


Elgüc Kələntərli


Yüklə 48,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə