Koreya ədəbiyyatının mənşəyini Qədim Daş dövrünə aid sənət növünə aid etmək olar. Tunc dövründə Koreya xalqının təməl mifləri və dastanları ilk dəfə birləşdi. Erkən Koreya ədəbiyyatında çox şeyin dəyişdiyi tarixi dövrü əks etdirən mahnılar da əhəmiyyətli idi. Çin dilində bəstələnmiş və Koreya ədəbiyyatında ilk lirik şeir olan "Hwangjo ka" (Orioles mahnısı) buna məşhur nümunədir.
Çin simvollarından istifadə olunan yazı sistemi hyangchal və hyangga ilk dəfə Sillada yaranmışdır. 668-ci ildə Üç Krallığın Vahid Silla sülaləsi altında birləşdi. Hwawanggye əsərinin müəllifi olan Sŏl Ch'ong, kralı satirik etmək üçün çiçəkləri təcəssüm etdirirdi. Ch'oe Ch'i-Wŏn da Koreya ədəbiyyatının Çin dilində inkişafına böyük töhfə vermişdir. Bu dövrdə inkişaf etmiş diqqətəlayiq əfsanələrə “Tomi sŏlhwa” və “Çiqvi sŏlhva" aiddir.
Koreya mifologiyası Koreya yarımadasından gələn əfsanələrdən və xalq hekayələrindən ibarətdir. Bu mifologiyanın əsasını Şamanizm, Buddizm, Çin mifləri, Konfutsiçilik və Daosizm əfsanə və mifləri təşkil edir. Bu miflərə misal olaraq Dangun, Cumong, Pak Hoggose, Kim Suro, Günəşin və Ayın meydana gəlməsi, Durna quşu əfsanəsi və s.misal göstərmək olar.
Danqun əfsanəsi-단군 신화 Dangun e.ə 2333-cü ildə Go Çosonu qurmuşdur. 1980 yaşında ölmüş dağ tanrısına çevrilmişdir. Koreyalılar əcdadlarının Dangun olduğuna inanır və Dangunun krallığı qurduğu gün olan 3 oktyabr tarixini Milli Quruluş Bayramı olaraq qeyd edirlər
Cumong əfsanəsi-주몽 신화Buyoda yaşayan çay Allahının qızı Yuhua Hemos ilə bir-birilərinə aşiq idilər. Yuhuanın atası bunu eşidib qızını evdən qovur və Buyo kralı Yuhuanı otağa həbs edir. Bir gün günəş işığı onu işıqlandırır və Yuhua yumurta dünyaya gətirir. Yumurtanın içindən yaraşıqlı bir uşaq çıxır. Buyo əhalisi onu Cumonq deyə çağırır. Cumonq Buyonu tərk edib Abroq çayının yaxınlığında Koquryo dövlətini qurur.
Yaşıl Qurbağalar Anaları nə desə,onun əksini edirdilər. Bir gün ana qurbağa xəstələnir. O, təpənin günəşli tərəfində dəfn olunmaq istədiyinə görə oğullarına onu dərənin kənarında kölgədə basdırmalarını dedo. O öldükdən sonra oğulları onu dərənin kənarında basdırdılar. Yaşıl qurbağalar hər yağış yağanda ağlayırdılar.