Qədim tayfaların etnik və dil mənsubiyyəti problemi



Yüklə 252,95 Kb.
Pdf görüntüsü
tarix26.10.2019
ölçüsü252,95 Kb.
#29435
Qədim tayfaların etnik və dil mənsubiyyəti problemi


 

Qədim tayfaların etnik və dil mənsubiyyəti problemi 

 

Tayfa anlayışı özündə bir çox mübahisəli determinasiyaları ehtiva etdiyi üçün 



bugün  belə  historioqrafiyanın başlıca  problemlərindən  biri olaraq qalır.  Bəhs  edilən 

anlayış  ifadə  etdiyi  məna  etibarilə  qədim  dövr  insanın  ilk  toplanmağa  başladığı  və 

orqanik  cəmiyyətin  ilk  modelini  yaratdığı  dövlət  öncəsi  bir  sosial  institutun 

prototipinə  verilən  addır.  Bilindiyi  kimi  dövlət  artıq  bu  və  ya  digər  səviyyədə 

təşəkkül  tapmış,  yaxud  təşəkkülü  zəruri  edən  elementlərdən  ən  azı  birini(məsələn, 

dili,  yaxud  etnik  mənsubiyyəti)  özündə  ehtiva  edir.  Yəni  dövləti  dil,  mədəniyyət  və 

ərazi  cəhətdən  təşəkkül  tapmış  bir  və  ya  bir  çox  etnik  qrupun  birləşərək  əmələ 

gətridiyi  bir  bütün  kimi  təsəvvür  etmək  olar.  Lakin  tayfa  bu  keyfiyyətlər  etibarilə 

nisbilik xarakteri daşıyır. Belə ki, tayfa bir coğrafi ərazidə dispersiya olunmuş təcridi-

lokal  insanlar  qrupudur.  Bu  qrup  say  etibarilə,  nəinki,  bir  dövlət,  heç  bir  etnos 

yaratmağa  mütəqabil  deyildir.  Bu  tayfa  çox  halda  digər  tayfalardan  geomorfoloji 

səbəblər  fonunda  ayrılmış  olur.  Belə  olduqda,  istər  antropomorfoz,  istərsə  də 

sosiokultativ diferensiasiyalar göstürir. Bir sözlə, unikal kommunikasiya və mübaliq 

fizionomik keyfiyyətlər sərgiləyir. Burada kommunikasiya adlandırılan məfhum tipik 

siqnalları, mimik və ya jest işarələrini xarakterizə edir, hansı ki bunlar tayfa daxilində 

ünsiyyəti  mümkün  qılır  və  verbal  kommunikasiyanın  ilkin  arxetiplərinin 

formalaşmasına zəmin hazırlayır. 

 

Zaman keçdikcə tayfadakı fərdlərin sayı artır, buna müqabil istehlak həcmi də 



artır və tayfa məskunlaşdığı  ərazidəki təbii resursları sürətlə tükənir. Bu hal tayfanı 

köç  etməyə  və  yeni  ərazilər  kəşf  etməyə  məcbur  edir.  Lakin  ortaya  çıxan  başlıca 

problem  o  həddə  bir  metamorfoza  səbəb  olur  ki, hətta,  tayfa  öz  strukturunu  dəyişir, 

bir  çox  hallarda  isə  disfunksional  şəkil  alır.  Belə  ki,  öz  təbii  məskənini  tərk  edən 

tayfalar bir digər tayfaların ərazisinə daxil olmuşdur və onlarla şərti olaraq toqquşma 

halındadır. Və ya ərazi bölgüsü, qida bölgüsü, güc bölgüsü, istənilən halda, toqquşma 

qaçınılmazdır. Lakin bu toqquşmaların yıxıcı gücxü olduğu kimi  yaradıcı təbiəti də 

ortaya çıxmaqdadır. Tayfalar arasındakı bu konflikt ya onların birləşərək tayfa ittifaqı 

yaratmasına, ya da birinin digərini tabe edərək həcmini genişləndirməsinə səbəb olur. 

Beləliklə,  nisbətən  də  olsa  bir-birindən  fərqlənən  iki  insan  qrupu  birləşərək  bir 

“etnos”  formalaşdırır,  hansı  ki  bu  etnos  da  sosial  formasiyanın  son  halı  deyil, 

etnoslarda  birləşərək  daha  böyük  qrupları  millətləri  və  onlar  da  xalqları 

formalaşdıracaqdır. 

 

Etnos  ifadə  etdiyi  məna  etibarilə  “kompaniya”,  “insanlar  toplusu”, 



“millətə(nasiona) aid olan” deməkdir. Etnosu təşkil edən individlərin məcmusu etnik 

qrup  adlandırılır.  Etnik  qrup  bir  neçə  tayfanın  kondensasiyasıdır.  Etnik  qrup  tayfa 

supervayzeri  də  adlandırıla  bilər.  Onu  tayfa  quruluşundan  institutsional  quruluşa 

keçidi təmin edən daşıyıcı kimi də nəzərdən eçirmək mümkündür. Bir sözlə, X etnik 

qrupu  deyildikdə  millət  olaraq  təşəkkül  tapa  bilməmiş(və  ya  ehtiva  etdiyi 

komponentlərdən  asılı  olaraq  qismən  təşəkkül  tapmış),  ancaq  heç  şübhəsiz  tayfa 

quruluşunu atlamış dil və mədəniyyət etibarilə yekcins qrup başa düşülür. 


 

 



Qədim  tayfaların  etnik  mənsubiyyəti  biləvasitə  onların  etnos  yaratma 

prosesindəki  iştirakı  ilə  aydınlaşdırıla  bildiyi  halda,  onların  dil  mənsubiyyətinin 

interpretasiyası  bir  qədər  səthi  izahla  kifayətlənməyə  məcbur  qalır.  Çünki  dil  bir 

kommunikasiya  vahidi  olaraq  daim  proqressiyada  olduğu  üçün  konkret  bir  zaman 

minvalında  və  ya  lokasiyada  tarixin  hansı  mərhələsində  nə  kimi  inkişafın  qeydə 

alındığını  dəqiqliklə  söyləmk  qeyri  mümkündür.  Buna  görə  də  ən  doğrusu  tayfa 

birliklərinin  hələ  verbal  olaraq  tam  təşəkkül  tapmamış,  dilin  ilk  prototiplərindən 

ünsiyyət  zamanı  istifadə  etdiklərini  söyləməkdir.  Lakin  etnoslar  artıq  formalaşmış, 

semantik  davamlılığa  ve  oturuşmuş  leksikona  malik  olan  bir  dildə  danışmışdırlar. 

Müaisr linqvistikada tarixi müqayisəli dilçilik metodları bunu deməyə əsas verir ki, 

dil  ailələrinin  ilk  prototipləri  tayfa  quruluşlarında  formalaşmışdır.  Məsələn,  ən 

məşhur  örnəyi  Hind-Avropa  dil  ailəsi  üçün  söyləmək  olar.  Proto  _hind_avropa  dili 

deyilən  rekonstruktiv  dil  eradan  əvvəl  VIII-VI  minilliklərdə  hindistanın  şimal-

qərbində  yaşayan  tayfalar  tərəfindən  danışılmışdır.  Lakin  bu  dil  ailəsinə  daxil  olan 

İtalik və Slav dilləri müvafiq olaraq aralıq dənizi hövzəsində(Latiumlar, galeklər və 

s.),  Anatoliada  və  ural  dağları  ətəklərində  yaşayan  etnik  qruplar  tərəfindən 

damışılmışdır.  Azərbaycan  ərazisində  bu  prosesin  gedişinə  Lullubi  dövlətinin 

timsaılında nəzər salaq: 

 

İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III minilliyin sonunadək) Ön 



Asiyada  və  o  cümlədən  Azərbaycan  ərazilərində  əhali  daha  sür‟ətlə  artır,  yaşayış 

məskənləri  genişlənir,  ibtidai  icma  quruluşunun  dağılması, patriarxal  münasibətlərin 

möhkəmlənməsi  sosial  münasibətlərin  dəyişməsinə  səbəb  olur.  Tarixçilər  mə‟lumat 

verirlər ki, bu dövrdə yaşayış yerləri əksərən 1-2 ha sahəni tutur, məskənlər daha çox 

dağətəyi  yerlərdə,  çay  vadilərində  salınır.  İkimərtəbəli  evlər  tikilir.  Yaşayış  yerləri 

ətrafında müdafiə hasarları düzəldilir. Tayfaların idarə olunmasında kişilər üstünlük 

qazanır, tədricən ictimai və sosial bərabərsizlik güclənir. İbtidai incəsənət inkişaf edir 

və bu dövr Azərbaycanda qədim incəsənətin çiçəklənmə dövrü sayılır. (2; 33-3 

E.ə.III  minilliyin  son  rübündən  Kür-Araz mədəniyyətinin süqutu  ilə orta  tunc  dövrü 

başlayır. Azərbaycanda yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər, 

hurrilər  və  b.  barədə  ilkin  yazılı  daş  sənədlər  bu  dövrə  aiddir.  Şumer-Akkad 

mənbələri  Azərbaycan  ərazisindəki  əsas  tayfalar  haqqında  xeyli  mə‟lumat 

saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə‟lumat yox dərəcəsindədir, ona görə 

də  Cənubi  Azərbaycanın  və  ona  qonşu  vilayətlərin  o  dövrkü  əhalisinin  etnik  tərkibi 

və  dil  mənsubiyyəti  barədə  ziddiyyətli  fikirlər  vardır.  Müxtəlif  mənbələrdə  kuti, 

lullubi  və  kassi  (kaşşu,  kassit)  dillərindən  dövrümüzə  bir  qrup  ad  və  söz  gəlib 

çatmışdır. (2; 61-86) 

Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol 

oynamışlar.  Ölkəmizin  cənub  ərazilərindəki  qədim  aborigenlərin  və  gəlmə  əhalinin 

etnik  mənsubiyyəti  barədə,  başlıca  olaraq,  yazı  vasitəsilə  mə‟lumat  ala  bilirik. 

Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə‟lumata əsasən bilirik ki, 

yazıdan  ilk  dəfə  e.ə.  IV-III  minilliklərdə  şumerlər  istifadə  etmiş,  sonralar  yazını 

şumerlərdən  akkadlar,  elamlar,  hurrilər,  urartlar,  qədim  farslar  mənimsəmişlər.  E.ə. 

III-II  minilliklərə  aid  şumer  və  akkad  yazılarına  əsasən  Cənubi  Azərbaycan 



 

ərazisində  əsas  tayfaların  kuti,  lullubi,  subi,  turukku,  kassi,  hurri  və  s.-dən  ibarət 



olduğu müəyyən edilmişdir. 

Avropa alimləri və onların dediklərini təkrarlayan bir çox rus, Azərbaycan, gürcü və 

erməni  tarixçiləri  Azərbaycan  ərazisindəki  qədim  tayfaların  etnik  mənsubiyyətini 

düzgün izah etməmiş, bə‟zən bilərəkdən məsələni dolaşdırmağa çalışmışlar. Ona görə 

də  Cənubi  Azərbaycan  ərazisində  e.ə.III-II  minilliklərdə  müxtəlif  mənbələrin  qeydə 

aldığı tayfaların etnik mənsubiyyəti haqqında yanlış fikirlər söylənmiş, faktik olaraq, 

yerli tayfaların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalmışdır. 

Lullubilər haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində mə‟lumat verilmişdir. 

Bu etnonimi hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində Lulu-in-a 

„düşmən ölkə‟ kimi mə‟nalandırılmışdır; „Lulubi‟ forması akkad dilində işlənmişdir. 

Sondakı bi elementini elammənşəli hesab etmiş və ona görə də güman etmişlər ki, bu 

sözü akkadlar elamlardan almışlar. İ.M.Dyakonovun fikrincə, „lulu-bi‟ sözü mə‟nası 

mə‟lum  olmayan  „lul‟  kökündən  və  elam  dilində  cəm  bildirən  pi  (bi)  şəkilçisindən 

ibarətdir. Buna görə də lullubilərin dilini bə‟zən elammənşəli saymış, dravid dillərinə 

aid  etmişlər.  Akademik  «Azərbaycan  tarixi»nin  etnik  tərkib  və  dil  mövzularının 

müəllifi  İ.Əliyev  isə,  yuxarıda  dediyimiz  kimi,  Azərbaycan  ərazisindəki  qədim 

tayfaların  mənşəyini  Qafqaz  və  İran  dillərində  və  ya  mənşəyi  mə‟lum  olmayan 

«qədim yerli dillər»də görməyə çalışmışdır. (1; 122-123) 

Qeyd  etməliyik  ki, lulluların  dilində  işlənmiş  olan, elam  dilində  də  müşahidə  edilən 

bi/be  şəkilçisindən  və  onun  pi  variantından  hurrilər  və  urartlar  da  istifadə  etmişlər. 

Q.Qeybullayev  türk  dillərinə  məxsus  oxşar  etnonimlər  əsasında  sübut  etmişdir  ki, 

lullubi  sözündəki  bi,  pi  elammənşəli  deyildir.  Bu  hissəcik  aqrippi,  traspi,  nuşibi, 

tatabi kimi türk tayfa adlarında da (e.ə.VII-V əsrlər) özünü göstərir. (6; 23) Lullubi, 

sunbi  (subi),  kaspi,  skif  və  digər  qədim  türk  etnonimlərindəki  «bi»,  «pi»,  «f» 

komponentləri  türkmənşəli  şəkilçidir.  Bu  şəkilçi  elamlara  və  akkadlara  şumerlərdən 

və  ya  kutilərdən  keçə  bilərdi.  (6;  56)  Çünki  bu  şəkilçi  ilk  növbədə  şumer  dilində 

müşahidə  olunur  və  sözlərə  artırılaraq  onları  etnos  adı  kimi  ümumiləşdirən  cəm 

şəkilçisi kimi çıxış edir. 

Lullular kim idi və Lullubi dövləti nə vaxt yaranmışdır - suallarına tarix kitablarında 

çoxdan cavab verilsə də, bir çox həqiqətlər hələ gizli qalmaqdadır. Aratta dövləti nə 

üçün  birdən  yox  oldu  və  onun  yox  olduğu  dövrdə  həmin  ərazidə  Lullubi  dövləti 

yarandı?  Bu  barədə  tarixin  xəsisliklə  mühafizə  etdiyi  mə‟lumat  daha  dərindən 

araşdırılmalıdır.  Y.B.Yusifov  yazır:  «E.ə.  III  minilliyin  ikinci  yarısında  İkiçayarası 

Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. 

XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi 

səhnədən  çıxmışdı.  Urmiya  gölünün  cənubunda,  keçmiş  Aratta  dövlətinin  qərb 

torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki, 

nisbətən  sonrakı  dövrdə  siyasi  səhnəyə  çıxmış  su  və  turukki  tayfaları  daxil  idi.  E.ə. 

XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı.» (2; 67) 


 

Çox maraqlıdır: şumerlərin İkiçayarasında məğlubiyyəti, Akkad dövlətinin yaranması 



ilə  Azərbaycan  ərazisinin  də  siyasi  mənzərəsi  dəyişir  -  yeni  dövlət  və  yeni  tayfa 

ittifaqı  görünməyə  başlayır.  Bir  qəribə  cəhət  də  budur  ki,  şumerlərdə  olduğu  kimi, 

Lullubi ölkəsi də kiçik şəhər dövlətlərindən ibarət idi. Və digər bir cəhət də budur ki, 

lullubilər öz yaxın qonşuları akkadlara düşmən idilər, şumerlərlə qardaşlıq və dostluq 

əlaqələri  saxlayırdılar.  Onların  tarixdə  adı  çəkilən  ilk  hökmdarı  Satuni  (e.ə.  2230-

2200)  2200-cü  ildə  Akkad  dövlətinə  müharibə  e‟lan  etmişdi.  Lullubum  hökmdarı, 

„padşahlar  padşahı‟  İmmaşqun  (e.ə.  2200-2170)  Lullubi  dövlətini  gücləndirir  və 

Akkad  dövlətinə  qarşı  daha  ciddi  rəqabət  aparır.  Dövlətin  qüdrəti  hökmdar 

Anubanininin  vaxtında  (e.ə.  2170-2150)  daha  da  artır.  Anubanini  ölkənin  ərazisini 

genişləndirir,  cənubda  Fars  körfəzinə  qədərki  ərazilərə  qədər  enə  bilir.  (2;  67-68) 

Lullular  şumer  mədəniyyətinə  uyğun  mədəniyyət  yaratmışdılar,  mixi  yazıları 

mənimsəmişdilər  və  mixi  yazılardan  istifadə  edirdilər.  Çoxallahlı  idilər  və  baş 

allahları Anu şumerlərin səma allahı An idi. 

Bütün bünlar göstərir ki, şumerlərlə lullular qohum olmuş, bir tayfadan ayrılmışlar. 

Çox güman ki, akkadlar Şumerə hücum edərkən onların zərbəsi şumerlərin müttəfiqi 

və  qohumu  olan  arattalılara  da  dəymiş,  Aratta  dövləti  sıradan  çıxsa  da,  yerli  əhali 

tədricən  dirçələrək  Lullubi  dövlətini  yaratmışdır.  Dünya  tarixçiləri  şumerlərin 

Azərbaycan ərazisindən - Zaqroş dağlarından İkiçayarasına endiklərini təsdiq edirlər 

və bu barədə əsaslı müxalif fikir yoxdur. 

Lullular  «...e.ə.III-II  minilliklərdə  və  sonra  qədim  Azərbaycan  sakinləri  kimi  yad 

edilirlər.  Lullular  Arattanın  ərazisində  yaşayırdılar.  Qaynaqlarda  lullu  adı  -bi,  -mi 

şəkilçiləri  ilə  də  işlədilir.  Lullu  ittifaqına  daxil  olan  hər  bir  tayfanın  öz  adı  varmış. 

Bunlardan  turukki  və  su  tayfaları  mə‟lumdur.  Belə  təəssürat  yaranır  ki,  lullubi 

Azərbaycanın  prototürk  əhalisinə  verilmiş  kənar  ad  (fərqləndirmə  bizimdir  -  Q.K.) 

olmuşdur».(2; -94,79) 

Hurrilər  lulluları  l  >n  keçidi  ilə  nullu  adlandırmış,  sözə  «özgə»,  «yadelli»  mə‟nası 

vermişlər.  Bir  sıra  alimlərin  araşdırmalarına  görə,  biaynlar  (urartlar)  lullu  sözünü 

guya  «düşmən»  mə‟nasında  işlətmişlər.  Y.Yusifov  isə  „lullu‟  sözünü  yerli  xalqın 

dilində tez-tez müşahidə olunan «Lo-lo» mahnı adı, hunların türk mənşəli Luli tayfa 

adı,  çoban  sözləri  və  s.-lə  əlaqələndirmək  istəsə  də,  daim  bu  fikirdə  olmuşdur  ki, 

Lulubi  sözü  bu  ölkəyə  kənardan  verilmiş  addır.  Müəllifin  mühüm  bir  fərziyyəsi  də 

budur ki, «Lullu/lulu adı bəlkə də bənzətmə, yaxud əhalinin dilində tez-tez işlənən bir 

sözü yamsılama nəticəsində yaranmışdı».(2; 94,?9) Bu fikir daha ağlabatandır, lakin 

bizim fikrimizcə, tamamilə başqa istiqamətdə izah olunmalıdır. 

Lullular  Urmiya  gölünün  cənubunda  Zamua  vilayəti  ərazisində  məskunlaşmışdılar. 

Qeyd  olunanlarda  mühüm  bir  rabitə  hiss  olunmaqdadır.  Dediyimiz  kimi,  akkadlar 

Şumeri işğal etdikdən sonra Aratta həyat səhnəsindən çıxır, Lullubi dövləti yaranır. 

Lullular  bütün  mədəni  xüsusiyyətlərinə  görə  şumerləri  xatırladır. İkiçayarası  Zamua 

ərazisinə  son  dərəcə  yaxındır  və  akkadlarla  düşmən  münasibətdə  olan  lullular 

İkiçayarasını  işğal  edə  bilməsələr  də,  Fars  körfəzinə  qədər  enə  bilmişdilər.  Akkad 

işğalı zamanı şumerlərin məhv olmadığı, böyük bir qisminin İkiçayarasını tərk etməli 


 

olduqları  da  mə‟lumdur.  Şumer  dastanlarından  aydın  olur  ki,  arattalılarla  şumerlər 



arasında  yaxınlıq,  dostluq,  sıx  əlaqə  olmuşdur.  Onların  varisləri  də  bu  əlaqələri 

davam  etdirmişlər.  Bunu  tarixçilər  də  təsdiq  edirlər:  «Artıq  e.ə.  III  minilliyin  II 

yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində 

əhəmiyyətli  rol  oynayırdılar.  Güman  etmək  olar  ki,  lullubilər  ən  qədim  dövrlərdən 

e‟tibarən  Mesopotamiya  ilə  sıx  əlaqədə  olmuşlar».  (1;  1,121)  Aydın  olur  ki,  hələ 

Şumerin  yaxşı  günlərində,  Aratta  hakiminin  onunla  qohumluq  əlaqələri,  dostluq, 

qardaşlıq  münasibətləri  olmuş,  çox  inkişaf  etmiş,  irəliləmiş  şumerlər  Arattanı  öz 

tabeliklərində  saxlamışlar  (2-ci  fəslə  bax).  Belə  xoş  münasibətin  olduğu  zamanda 

İkiçayarasını tərk etməli olan şumerlər hara getməli idilər? Madam ki, qonşu Aratta 

torpaqlarını  öz  torpaqları  sayırdılar  və  vaxtilə  İkiçayarasına  bu  ərazidən  -  Zaqroş 

dağlarından enmişdilər, akkadlarla mübarizə üçün bundan əlverişli bir yer, bir mövqe 

ola  bilməzdi  və  bütün  məntiq  göstərir  ki,  mənbələrin  mə‟lumatları  düzgün  üzə 

çıxarılmasa da, şumerlərin bir qismi Aratta  - Zamua ərazisində  məskunlaşmış, yerli 

su, turukki və adını bilmədiyimiz digər tayfalarla ittifaqda Lullubi dövlətini yaratmış, 

dəfələrlə  Akkad  dövləti  ilə  vuruşmalı  olmuşlar.  Bu  halda  ölkənin  adı  da 

müəyyənləşir: lullular lu, lulu sözlərini („adam‟, „adamlar‟) çox işlədirdilər və bu söz 

onlara  məxsusdur.  «Lullu»  ölkə  adı  isə,  aramsız  olaraq  tarixçilərin  verdiyi 

mə‟lumatdan  aydın  olur  ki,  kənardan  verilən,  bə‟zən  kinayə  ilə  işlədilən  bir  söz 

olmuşdur.  Biaynların  (urartların)  lullulara  düşmən  kimi  baxmasının  səbəbi  vardı. 

Lullubi  hökmdarları  əksərən  assurlarla  ittifaqda  olmuş,  urartların  ölkəni  işğalına 

imkan  verməmişlər.  Urartu  hökmdarı  I  Rusa  (e.ə.730-714)  birləşmiş  Assur-Manna 

qoşunları qarşısında dayana bilməmiş (Mannanın əsas əhalisi lullular idi), e.ə.714-cü 

ildə  özünü  öldürmüşdü.  Ona  görə  də  Urartu  mənbələrində  lullulara  düşmən 

münasibət  vardır.  Bu  barədə  İ.İ.Meşşaninovun  qeydləri  də  nəzəri  cəlb  edir.  Biayn 

yazılarında MATU determinativi ilə ölkə adı kimi verilən Lullu sözünün işlənə bilən 

müxtəlif formalarını qeyd edərək İ.İ.Meşşaninov yazır: «MATU luluina (lu-lu-e, lu-

lu-i-na-u-e,  lu-lu-i-na-u-i,  lu-lu-i-ni-li,  lu-lu-i-na-şi,  lu-lu-i-na-şe)  Naimenovanie 

stranı  Lulu,  ispolğzuemoe  v  bolee  şirokom  znaçenii  «vrajeskaə  strana».  Otsöda  - 

proizvodnaə  forma  MATU  Lu-luinişe  «jitelğ  stranı  Lulu».  İmeetsə  v  vidu 

«çujezemeü, vraq».(8; 190) MATU - ÖLKƏ determinativi ilə işlənən Lulu(ina) sözü, 

təbii  olaraq,  ölkə  adı  kimi  izah  edilir.  Lakin  bə‟zən  bu  söz  determinativ  olmadan 

işlənmiş,  bə‟zən  də  NAKARU  (düşməncəsinə,  düşmən)  ideoqramı  ilə  işlədilmişdir. 

Bu son iki halı nəzərə alaraq, Biayn mətnlərinin tədqiqatçıları Lulu sözünün Biayn-

Urartu dilində „düşmən‟  mə‟nasında işləndiyini qeyd etmişlər. Lakin faktlar göstərir 

ki, Lu-lu - „adamlar‟, Lulu-ina - „lullu ölkəsi‟ mə‟nasında olmuş, Urartu işğalına qarşı 

assurlarla  birlikdə  uzun  müddət  mübarizə  apardıqları  və  I  Rusanın  özünü  öldürməsi 

ilə  nəticələnən  ağır  döyüşlərə  görə  biaynlar  lullulara  düşmən  münasibətdə  olmuş, 

lulluları  özlərinə  düşmən  saymışlar.  Lullulara  düşmən  münasibətlə  lulu  sözünün 

semantikası qarışdırılmışdır. Mətndə aydın şəkildə MATU Lu-lu-i-na - „Lulu ölkəsi‟ 

yazıldığı halda, ifadə «düşmən ölkəsi» kimi tərcümə edilmişdir: pa-ru-bi SAL iutu-ni 



MATU Lu-lu-ina-ni MATU-ni-i-ni «ə uqnal jenşin iz vrajeskoy stranı»(?) (8; 375)  

Yüklə 252,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin