1
Qədim tayfaların etnik və dil mənsubiyyəti problemi
Tayfa anlayışı özündə bir çox mübahisəli determinasiyaları ehtiva etdiyi üçün
bugün belə historioqrafiyanın başlıca problemlərindən biri olaraq qalır. Bəhs edilən
anlayış ifadə etdiyi məna etibarilə qədim dövr insanın ilk toplanmağa başladığı və
orqanik cəmiyyətin ilk modelini yaratdığı dövlət öncəsi bir sosial institutun
prototipinə verilən addır. Bilindiyi kimi dövlət artıq bu və ya digər səviyyədə
təşəkkül tapmış, yaxud təşəkkülü zəruri edən elementlərdən ən azı birini(məsələn,
dili, yaxud etnik mənsubiyyəti) özündə ehtiva edir. Yəni dövləti dil, mədəniyyət və
ərazi cəhətdən təşəkkül tapmış bir və ya bir çox etnik qrupun birləşərək əmələ
gətridiyi bir bütün kimi təsəvvür etmək olar. Lakin tayfa bu keyfiyyətlər etibarilə
nisbilik xarakteri daşıyır. Belə ki, tayfa bir coğrafi ərazidə dispersiya olunmuş təcridi-
lokal insanlar qrupudur. Bu qrup say etibarilə, nəinki, bir dövlət, heç bir etnos
yaratmağa mütəqabil deyildir. Bu tayfa çox halda digər tayfalardan geomorfoloji
səbəblər fonunda ayrılmış olur. Belə olduqda, istər antropomorfoz, istərsə də
sosiokultativ diferensiasiyalar göstürir. Bir sözlə, unikal kommunikasiya və mübaliq
fizionomik keyfiyyətlər sərgiləyir. Burada kommunikasiya adlandırılan məfhum tipik
siqnalları, mimik və ya jest işarələrini xarakterizə edir, hansı ki bunlar tayfa daxilində
ünsiyyəti mümkün qılır və verbal kommunikasiyanın ilkin arxetiplərinin
formalaşmasına zəmin hazırlayır.
Zaman keçdikcə tayfadakı fərdlərin sayı artır, buna müqabil istehlak həcmi də
artır və tayfa məskunlaşdığı ərazidəki təbii resursları sürətlə tükənir. Bu hal tayfanı
köç etməyə və yeni ərazilər kəşf etməyə məcbur edir. Lakin ortaya çıxan başlıca
problem o həddə bir metamorfoza səbəb olur ki, hətta, tayfa öz strukturunu dəyişir,
bir çox hallarda isə disfunksional şəkil alır. Belə ki, öz təbii məskənini tərk edən
tayfalar bir digər tayfaların ərazisinə daxil olmuşdur və onlarla şərti olaraq toqquşma
halındadır. Və ya ərazi bölgüsü, qida bölgüsü, güc bölgüsü, istənilən halda, toqquşma
qaçınılmazdır. Lakin bu toqquşmaların yıxıcı gücxü olduğu kimi yaradıcı təbiəti də
ortaya çıxmaqdadır. Tayfalar arasındakı bu konflikt ya onların birləşərək tayfa ittifaqı
yaratmasına, ya da birinin digərini tabe edərək həcmini genişləndirməsinə səbəb olur.
Beləliklə, nisbətən də olsa bir-birindən fərqlənən iki insan qrupu birləşərək bir
“etnos” formalaşdırır, hansı ki bu etnos da sosial formasiyanın son halı deyil,
etnoslarda birləşərək daha böyük qrupları millətləri və onlar da xalqları
formalaşdıracaqdır.
Etnos ifadə etdiyi məna etibarilə “kompaniya”, “insanlar toplusu”,
“millətə(nasiona) aid olan” deməkdir. Etnosu təşkil edən individlərin məcmusu etnik
qrup adlandırılır. Etnik qrup bir neçə tayfanın kondensasiyasıdır. Etnik qrup tayfa
supervayzeri də adlandırıla bilər. Onu tayfa quruluşundan institutsional quruluşa
keçidi təmin edən daşıyıcı kimi də nəzərdən eçirmək mümkündür. Bir sözlə, X etnik
qrupu deyildikdə millət olaraq təşəkkül tapa bilməmiş(və ya ehtiva etdiyi
komponentlərdən asılı olaraq qismən təşəkkül tapmış), ancaq heç şübhəsiz tayfa
quruluşunu atlamış dil və mədəniyyət etibarilə yekcins qrup başa düşülür.
2
Qədim tayfaların etnik mənsubiyyəti biləvasitə onların etnos yaratma
prosesindəki iştirakı ilə aydınlaşdırıla bildiyi halda, onların dil mənsubiyyətinin
interpretasiyası bir qədər səthi izahla kifayətlənməyə məcbur qalır. Çünki dil bir
kommunikasiya vahidi olaraq daim proqressiyada olduğu üçün konkret bir zaman
minvalında və ya lokasiyada tarixin hansı mərhələsində nə kimi inkişafın qeydə
alındığını dəqiqliklə söyləmk qeyri mümkündür. Buna görə də ən doğrusu tayfa
birliklərinin hələ verbal olaraq tam təşəkkül tapmamış, dilin ilk prototiplərindən
ünsiyyət zamanı istifadə etdiklərini söyləməkdir. Lakin etnoslar artıq formalaşmış,
semantik davamlılığa ve oturuşmuş leksikona malik olan bir dildə danışmışdırlar.
Müaisr linqvistikada tarixi müqayisəli dilçilik metodları bunu deməyə əsas verir ki,
dil ailələrinin ilk prototipləri tayfa quruluşlarında formalaşmışdır. Məsələn, ən
məşhur örnəyi Hind-Avropa dil ailəsi üçün söyləmək olar. Proto _hind_avropa dili
deyilən rekonstruktiv dil eradan əvvəl VIII-VI minilliklərdə hindistanın şimal-
qərbində yaşayan tayfalar tərəfindən danışılmışdır. Lakin bu dil ailəsinə daxil olan
İtalik və Slav dilləri müvafiq olaraq aralıq dənizi hövzəsində(Latiumlar, galeklər və
s.), Anatoliada və ural dağları ətəklərində yaşayan etnik qruplar tərəfindən
damışılmışdır. Azərbaycan ərazisində bu prosesin gedişinə Lullubi dövlətinin
timsaılında nəzər salaq:
İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III minilliyin sonunadək) Ön
Asiyada və o cümlədən Azərbaycan ərazilərində əhali daha sür‟ətlə artır, yaşayış
məskənləri genişlənir, ibtidai icma quruluşunun dağılması, patriarxal münasibətlərin
möhkəmlənməsi sosial münasibətlərin dəyişməsinə səbəb olur. Tarixçilər mə‟lumat
verirlər ki, bu dövrdə yaşayış yerləri əksərən 1-2 ha sahəni tutur, məskənlər daha çox
dağətəyi yerlərdə, çay vadilərində salınır. İkimərtəbəli evlər tikilir. Yaşayış yerləri
ətrafında müdafiə hasarları düzəldilir. Tayfaların idarə olunmasında kişilər üstünlük
qazanır, tədricən ictimai və sosial bərabərsizlik güclənir. İbtidai incəsənət inkişaf edir
və bu dövr Azərbaycanda qədim incəsənətin çiçəklənmə dövrü sayılır. (2; 33-3
E.ə.III minilliyin son rübündən Kür-Araz mədəniyyətinin süqutu ilə orta tunc dövrü
başlayır. Azərbaycanda yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər,
hurrilər və b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad
mənbələri Azərbaycan ərazisindəki əsas tayfalar haqqında xeyli mə‟lumat
saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə‟lumat yox dərəcəsindədir, ona görə
də Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi
və dil mənsubiyyəti barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti,
lullubi və kassi (kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib
çatmışdır. (2; 61-86)
Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol
oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin
etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə‟lumat ala bilirik.
Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə‟lumata əsasən bilirik ki,
yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş, sonralar yazını
şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim farslar mənimsəmişlər. E.ə.
III-II minilliklərə aid şumer və akkad yazılarına əsasən Cənubi Azərbaycan
3
ərazisində əsas tayfaların kuti, lullubi, subi, turukku, kassi, hurri və s.-dən ibarət
olduğu müəyyən edilmişdir.
Avropa alimləri və onların dediklərini təkrarlayan bir çox rus, Azərbaycan, gürcü və
erməni tarixçiləri Azərbaycan ərazisindəki qədim tayfaların etnik mənsubiyyətini
düzgün izah etməmiş, bə‟zən bilərəkdən məsələni dolaşdırmağa çalışmışlar. Ona görə
də Cənubi Azərbaycan ərazisində e.ə.III-II minilliklərdə müxtəlif mənbələrin qeydə
aldığı tayfaların etnik mənsubiyyəti haqqında yanlış fikirlər söylənmiş, faktik olaraq,
yerli tayfaların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalmışdır.
Lullubilər haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində mə‟lumat verilmişdir.
Bu etnonimi hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində Lulu-in-a
„düşmən ölkə‟ kimi mə‟nalandırılmışdır; „Lulubi‟ forması akkad dilində işlənmişdir.
Sondakı bi elementini elammənşəli hesab etmiş və ona görə də güman etmişlər ki, bu
sözü akkadlar elamlardan almışlar. İ.M.Dyakonovun fikrincə, „lulu-bi‟ sözü mə‟nası
mə‟lum olmayan „lul‟ kökündən və elam dilində cəm bildirən pi (bi) şəkilçisindən
ibarətdir. Buna görə də lullubilərin dilini bə‟zən elammənşəli saymış, dravid dillərinə
aid etmişlər. Akademik «Azərbaycan tarixi»nin etnik tərkib və dil mövzularının
müəllifi İ.Əliyev isə, yuxarıda dediyimiz kimi, Azərbaycan ərazisindəki qədim
tayfaların mənşəyini Qafqaz və İran dillərində və ya mənşəyi mə‟lum olmayan
«qədim yerli dillər»də görməyə çalışmışdır. (1; 122-123)
Qeyd etməliyik ki, lulluların dilində işlənmiş olan, elam dilində də müşahidə edilən
bi/be şəkilçisindən və onun pi variantından hurrilər və urartlar da istifadə etmişlər.
Q.Qeybullayev türk dillərinə məxsus oxşar etnonimlər əsasında sübut etmişdir ki,
lullubi sözündəki bi, pi elammənşəli deyildir. Bu hissəcik aqrippi, traspi, nuşibi,
tatabi kimi türk tayfa adlarında da (e.ə.VII-V əsrlər) özünü göstərir. (6; 23) Lullubi,
sunbi (subi), kaspi, skif və digər qədim türk etnonimlərindəki «bi», «pi», «f»
komponentləri türkmənşəli şəkilçidir. Bu şəkilçi elamlara və akkadlara şumerlərdən
və ya kutilərdən keçə bilərdi. (6; 56) Çünki bu şəkilçi ilk növbədə şumer dilində
müşahidə olunur və sözlərə artırılaraq onları etnos adı kimi ümumiləşdirən cəm
şəkilçisi kimi çıxış edir.
Lullular kim idi və Lullubi dövləti nə vaxt yaranmışdır - suallarına tarix kitablarında
çoxdan cavab verilsə də, bir çox həqiqətlər hələ gizli qalmaqdadır. Aratta dövləti nə
üçün birdən yox oldu və onun yox olduğu dövrdə həmin ərazidə Lullubi dövləti
yarandı? Bu barədə tarixin xəsisliklə mühafizə etdiyi mə‟lumat daha dərindən
araşdırılmalıdır. Y.B.Yusifov yazır: «E.ə. III minilliyin ikinci yarısında İkiçayarası
Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.
XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi
səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb
torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki,
nisbətən sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idi. E.ə.
XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı.» (2; 67)
4
Çox maraqlıdır: şumerlərin İkiçayarasında məğlubiyyəti, Akkad dövlətinin yaranması
ilə Azərbaycan ərazisinin də siyasi mənzərəsi dəyişir - yeni dövlət və yeni tayfa
ittifaqı görünməyə başlayır. Bir qəribə cəhət də budur ki, şumerlərdə olduğu kimi,
Lullubi ölkəsi də kiçik şəhər dövlətlərindən ibarət idi. Və digər bir cəhət də budur ki,
lullubilər öz yaxın qonşuları akkadlara düşmən idilər, şumerlərlə qardaşlıq və dostluq
əlaqələri saxlayırdılar. Onların tarixdə adı çəkilən ilk hökmdarı Satuni (e.ə. 2230-
2200) 2200-cü ildə Akkad dövlətinə müharibə e‟lan etmişdi. Lullubum hökmdarı,
„padşahlar padşahı‟ İmmaşqun (e.ə. 2200-2170) Lullubi dövlətini gücləndirir və
Akkad dövlətinə qarşı daha ciddi rəqabət aparır. Dövlətin qüdrəti hökmdar
Anubanininin vaxtında (e.ə. 2170-2150) daha da artır. Anubanini ölkənin ərazisini
genişləndirir, cənubda Fars körfəzinə qədərki ərazilərə qədər enə bilir. (2; 67-68)
Lullular şumer mədəniyyətinə uyğun mədəniyyət yaratmışdılar, mixi yazıları
mənimsəmişdilər və mixi yazılardan istifadə edirdilər. Çoxallahlı idilər və baş
allahları Anu şumerlərin səma allahı An idi.
Bütün bünlar göstərir ki, şumerlərlə lullular qohum olmuş, bir tayfadan ayrılmışlar.
Çox güman ki, akkadlar Şumerə hücum edərkən onların zərbəsi şumerlərin müttəfiqi
və qohumu olan arattalılara da dəymiş, Aratta dövləti sıradan çıxsa da, yerli əhali
tədricən dirçələrək Lullubi dövlətini yaratmışdır. Dünya tarixçiləri şumerlərin
Azərbaycan ərazisindən - Zaqroş dağlarından İkiçayarasına endiklərini təsdiq edirlər
və bu barədə əsaslı müxalif fikir yoxdur.
Lullular «...e.ə.III-II minilliklərdə və sonra qədim Azərbaycan sakinləri kimi yad
edilirlər. Lullular Arattanın ərazisində yaşayırdılar. Qaynaqlarda lullu adı -bi, -mi
şəkilçiləri ilə də işlədilir. Lullu ittifaqına daxil olan hər bir tayfanın öz adı varmış.
Bunlardan turukki və su tayfaları mə‟lumdur. Belə təəssürat yaranır ki, lullubi
Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad (fərqləndirmə bizimdir - Q.K.)
olmuşdur».(2; -94,79)
Hurrilər lulluları l >n keçidi ilə nullu adlandırmış, sözə «özgə», «yadelli» mə‟nası
vermişlər. Bir sıra alimlərin araşdırmalarına görə, biaynlar (urartlar) lullu sözünü
guya «düşmən» mə‟nasında işlətmişlər. Y.Yusifov isə „lullu‟ sözünü yerli xalqın
dilində tez-tez müşahidə olunan «Lo-lo» mahnı adı, hunların türk mənşəli Luli tayfa
adı, çoban sözləri və s.-lə əlaqələndirmək istəsə də, daim bu fikirdə olmuşdur ki,
Lulubi sözü bu ölkəyə kənardan verilmiş addır. Müəllifin mühüm bir fərziyyəsi də
budur ki, «Lullu/lulu adı bəlkə də bənzətmə, yaxud əhalinin dilində tez-tez işlənən bir
sözü yamsılama nəticəsində yaranmışdı».(2; 94,?9) Bu fikir daha ağlabatandır, lakin
bizim fikrimizcə, tamamilə başqa istiqamətdə izah olunmalıdır.
Lullular Urmiya gölünün cənubunda Zamua vilayəti ərazisində məskunlaşmışdılar.
Qeyd olunanlarda mühüm bir rabitə hiss olunmaqdadır. Dediyimiz kimi, akkadlar
Şumeri işğal etdikdən sonra Aratta həyat səhnəsindən çıxır, Lullubi dövləti yaranır.
Lullular bütün mədəni xüsusiyyətlərinə görə şumerləri xatırladır. İkiçayarası Zamua
ərazisinə son dərəcə yaxındır və akkadlarla düşmən münasibətdə olan lullular
İkiçayarasını işğal edə bilməsələr də, Fars körfəzinə qədər enə bilmişdilər. Akkad
işğalı zamanı şumerlərin məhv olmadığı, böyük bir qisminin İkiçayarasını tərk etməli
5
olduqları da mə‟lumdur. Şumer dastanlarından aydın olur ki, arattalılarla şumerlər
arasında yaxınlıq, dostluq, sıx əlaqə olmuşdur. Onların varisləri də bu əlaqələri
davam etdirmişlər. Bunu tarixçilər də təsdiq edirlər: «Artıq e.ə. III minilliyin II
yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində
əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki, lullubilər ən qədim dövrlərdən
e‟tibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar». (1; 1,121) Aydın olur ki, hələ
Şumerin yaxşı günlərində, Aratta hakiminin onunla qohumluq əlaqələri, dostluq,
qardaşlıq münasibətləri olmuş, çox inkişaf etmiş, irəliləmiş şumerlər Arattanı öz
tabeliklərində saxlamışlar (2-ci fəslə bax). Belə xoş münasibətin olduğu zamanda
İkiçayarasını tərk etməli olan şumerlər hara getməli idilər? Madam ki, qonşu Aratta
torpaqlarını öz torpaqları sayırdılar və vaxtilə İkiçayarasına bu ərazidən - Zaqroş
dağlarından enmişdilər, akkadlarla mübarizə üçün bundan əlverişli bir yer, bir mövqe
ola bilməzdi və bütün məntiq göstərir ki, mənbələrin mə‟lumatları düzgün üzə
çıxarılmasa da, şumerlərin bir qismi Aratta - Zamua ərazisində məskunlaşmış, yerli
su, turukki və adını bilmədiyimiz digər tayfalarla ittifaqda Lullubi dövlətini yaratmış,
dəfələrlə Akkad dövləti ilə vuruşmalı olmuşlar. Bu halda ölkənin adı da
müəyyənləşir: lullular lu, lulu sözlərini („adam‟, „adamlar‟) çox işlədirdilər və bu söz
onlara məxsusdur. «Lullu» ölkə adı isə, aramsız olaraq tarixçilərin verdiyi
mə‟lumatdan aydın olur ki, kənardan verilən, bə‟zən kinayə ilə işlədilən bir söz
olmuşdur. Biaynların (urartların) lullulara düşmən kimi baxmasının səbəbi vardı.
Lullubi hökmdarları əksərən assurlarla ittifaqda olmuş, urartların ölkəni işğalına
imkan verməmişlər. Urartu hökmdarı I Rusa (e.ə.730-714) birləşmiş Assur-Manna
qoşunları qarşısında dayana bilməmiş (Mannanın əsas əhalisi lullular idi), e.ə.714-cü
ildə özünü öldürmüşdü. Ona görə də Urartu mənbələrində lullulara düşmən
münasibət vardır. Bu barədə İ.İ.Meşşaninovun qeydləri də nəzəri cəlb edir. Biayn
yazılarında MATU determinativi ilə ölkə adı kimi verilən Lullu sözünün işlənə bilən
müxtəlif formalarını qeyd edərək İ.İ.Meşşaninov yazır: «MATU luluina (lu-lu-e, lu-
lu-i-na-u-e, lu-lu-i-na-u-i, lu-lu-i-ni-li, lu-lu-i-na-şi, lu-lu-i-na-şe) Naimenovanie
stranı Lulu, ispolğzuemoe v bolee şirokom znaçenii «vrajeskaə strana». Otsöda -
proizvodnaə forma MATU Lu-luinişe «jitelğ stranı Lulu». İmeetsə v vidu
«çujezemeü, vraq».(8; 190) MATU - ÖLKƏ determinativi ilə işlənən Lulu(ina) sözü,
təbii olaraq, ölkə adı kimi izah edilir. Lakin bə‟zən bu söz determinativ olmadan
işlənmiş, bə‟zən də NAKARU (düşməncəsinə, düşmən) ideoqramı ilə işlədilmişdir.
Bu son iki halı nəzərə alaraq, Biayn mətnlərinin tədqiqatçıları Lulu sözünün Biayn-
Urartu dilində „düşmən‟ mə‟nasında işləndiyini qeyd etmişlər. Lakin faktlar göstərir
ki, Lu-lu - „adamlar‟, Lulu-ina - „lullu ölkəsi‟ mə‟nasında olmuş, Urartu işğalına qarşı
assurlarla birlikdə uzun müddət mübarizə apardıqları və I Rusanın özünü öldürməsi
ilə nəticələnən ağır döyüşlərə görə biaynlar lullulara düşmən münasibətdə olmuş,
lulluları özlərinə düşmən saymışlar. Lullulara düşmən münasibətlə lulu sözünün
semantikası qarışdırılmışdır. Mətndə aydın şəkildə MATU Lu-lu-i-na - „Lulu ölkəsi‟
yazıldığı halda, ifadə «düşmən ölkəsi» kimi tərcümə edilmişdir: pa-ru-bi SAL iutu-ni
MATU Lu-lu-ina-ni MATU-ni-i-ni «ə uqnal jenşin iz vrajeskoy stranı»(?) (8; 375)
Dostları ilə paylaş: |