Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ


Mülki müdafiənin mühafizə qurğularının



Yüklə 64 Kb.
səhifə3/7
tarix02.01.2022
ölçüsü64 Kb.
#45806
1   2   3   4   5   6   7
MM üzrə Sİ nümunəsi

Mülki müdafiənin mühafizə qurğularının

təyiantı, təsnifatı

Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir. Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının inşaatıdır.

Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.

Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir.Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir.

Təyinatına görə:

-İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;

-Əhalinin mühafizəsi üçün qurğular;

Yerləşdirilməsinə görə:

-Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında);

-Binadan ayrı tikilən qurğular

Tikilmə müddətlərinə görə:

-Əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən, əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);

-Tez tikilən qurğular;

Yüklənən konstruksiyaların materialına görə:

-Dəmir-beton konstruksiyalı qurğular;

-Daş divarlı qurğular;

-Meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular;

Mühafizə xassələrinə görə:

-Sığınacaqlar;

-Radiasiya daldalanacaqlar (radiasiyadan qoruyan daldalanacaqlar);

-Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalannacaqları çatışmadıqda);

Sığınacaqlar mühafizə dərəcələrinə görə siniflərə, radiasiya daldalanacaqları isə radiasiyanı zəiflətmə dərəclərinə görə qruplara ayrılır.

Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatın ehtiyacları üçün istifadə edilməlidir. Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara uyğun olaraq nazirliklərin və baş idarələrin tikinti təşkilatları tərəfindən əsaslı təmir və ya yenidən qurulma zamanı inşa edilirlər.

Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.

Mühafizə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olmalıdır:

Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv həlli, tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin (sahənin) adı və sayı).

Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri, qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).

Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcə də tikinti hissələri və materialları daşınmaq üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).

Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları və miqdarı, habelə gətirilmə müddəti).

Daimi sığınacaqlar və radiasiya daldalanacaqları fondunun yaradılması bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən biridir. Buna aşağıdakı yollarla nail olunur:

Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi;

Obyektlərdə və şəhərlərdə iki təyinatlı sığınacaqlar və radiasiya daldalanacaqlarının tikilməsi və onlardan sülh dövründə təsərrüfat ehtiyacları və əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması;

Əvvəl inşa edilmiş sığınacaq və radiasiya daldalanacaqlarının mühafizə xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması;

Zirzəmilərin, digər yeraltı bina və qurğuların, şaxtaların, dağ– mədən yerlərinin, metro stansiyalarının və şəhərlərin yeraltı mühəndis qurğularının sığınacaq və radiasiya daldalanacaqları kimi uyğunlaşdırılması yolu ilə.

Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur. Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafizəni daha etibarlı təmin edir. Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır.

Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.

Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir. Mühafizə əmsalına, yerinə və məqsədinə görə RƏD-ı qruplara ayırırlar. RƏD-ın daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir. Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən sahələrini RƏD kimi düzəltmək mümkündür. RƏD düzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər. Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilməsi üçün hər cür şərait yaradılır. RƏD-in əsas otağında havanın dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldirlər. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər düzəldirlər. Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir. Adamların hamısı içəriyə girən kimi bütün qapılar kip bağlanır. Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır. Ancaq «Hava həyəcanı sovuşdu» siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar.

Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər tez tikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir. Üstü örtülmüş və damı torpaq vasitəsi ilə 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər. Sadə daldalanacaqların tikintisinə əhalinin özü cəlb edilir. Belə daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1- 1,2 metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir. Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Sadə daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın. Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.



Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə