Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ



Yüklə 64 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü64 Kb.
#45806
1   2   3   4   5   6   7
MM üzrə Sİ nümunəsi

Təcridedici əleyhqazlar Təcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici) avadanlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox yüksək olduqda istifadə olunur.

Respiratorlar Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə oluna bilər.



Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Sənaye respiratorları nəfəs orqanlarmı havada zərərli maddələr yolverilən yüksək konsentrasiyadan (YYK) ancaq 10- 15 dəfədən artıq olmadığı hallarda mühafizə edir. QTKM (GTZM)-dən mühafizə məqsədilə respiratorlardan (əgər təlimatda nəzərdə tutulmayıbsa) istifadə etmək qadağandır. R-2D respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi arasmdakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – sıfır ölçülü, 100-115 mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır. Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyinməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əsgi ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz. R-2D respiratorunun düzgün geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin ovucu ilə nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman hava yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə bağlayırlar. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər.


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə