Qeyd etdiyimiz kimi, 1998-ci ildən bəri müasir təlim texnologiyaları, pedaqoji texnologiyalar, fəal(interaktiv) təlim anlayışları bizim təhsil məkanımızda da özünə mükəmməl yer tutmağa başladı



Yüklə 63 Kb.
tarix26.02.2022
ölçüsü63 Kb.
#53166
Qeyd etdiyimiz kimi (1)


Qeyd etdiyimiz kimi, 1998-ci ildən bəri müasir təlim texnologiyaları, pedaqoji texnologiyalar, fəal(interaktiv) təlim anlayışları bizim təhsil məkanımızda da özünə mükəmməl yer tutmağa başladı. Həmin il ümummilli liderimiz Heydər Əliyev cənabı tərəfindən təhsil sahəsində islahatların aparılması üçün islahat komissiyasının yaradılmasına dair sərəncam verdi. Az keçmədi ki, komissiya tərəfindən təhsil sahəsində günün tələbələrinə cavab verən islahat proqramı qəbul olundu. Bu proqramda digər məsələlərlə yanaşı müasir təlim texnologiyalarının, yeni təlim üsullarının məktəbə gətirilməsi işi öncül sahə elan olundu. Xarici ölkələrdən respublikamıza müasir təlim texnologiyalarını, fəal təlim üsullarını təbliğ edən mütəxəssislər dəvət olundu və onlar ali, orta ixtisas və orta məktəb müəllimlərinə bu texnologiyaların istifadə mexanizminə dair treninqlər keçdilər. Çox keçmədi ki, görülən işlər öz bəhrəsini verməyə başladı və bu texnologiyalar tədricən məktəb həyatında sirayət etdi. Demək olar ki, belə üsullarla dərs deyən müəllimlər ordusu yarandı. Təlim prosesinin həyatın tələblərinə cavab verməsi, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, biliklərin şüurlu surətdə qazanılması, bu və ya digər səviyyələrdə və zamanlarda pedaqoqların daim diqqət mərkəzində olmuşdur. Amma son dövrlərdə daha çox düşünən auditoriyanın, sinfin formalaşdırılması fikri özünü bir qədər də qabarıq göstərməkdə idi. Zaman və rəsmi sənədlərimiz təhsil prosesinə mütərəqqi texnologiyaların gətirilməsini, şagirdlərdə həyati bacarıqların formalaşdırılmasını, onların bir şəxsiyyət kimi yetişdirilməsini bir tələb kimi qarşıya qoyurdu. Təhsilin məzmununda aparılan dəyişmələr, humanizm, təhsilalana subyekt yanaşılması, nəticəyönümlülük, məzmun standartlarına söykənmək və s. məsələlər bir norma kimi qəbul olundu. Son 30 ildə Avropa və dünya təhsil sistemində baş verən keyfiyyət dəyişmələri, elmi-texniki tərəqqinin sürətlə və birbaşa insan m əişətin ə daxil olması h əmin t əhsil sisteminin nədərəcədə sə m ərəli qurulmasına ilkin və sadə bir misaldır. Məsələ təkcə bununla bitmir ki, elmin son nailiyyətləri dərhal həyatda öz yerini tutur və seyflərdə ilişmir. Məsələ həm də mənəvi tərbiyənin, insan tərbiyəsinin, müstəqil düşüncəli şəxsiyyət yetişdirilməsinin daim gündəmdə saxlanılmasındadır. Deyərdik ki, bu sahədə xaricdə – Avropada, dünyada əldə olunan nailiyyətlər olduqca çoxdur. Müasir pedaqoji t əcrüb ə d ən biz ə o c ə h ətl ər aydın olur ki, bilikl ər şagirdl ərin şəxsi təəssüratları, h əyati t əcrüb ələri il ə sıx əlaq ələ n ənd ə, onlarda h əyati bacarıqlar formalaşdırılanda t əlim prosesind ə mü əyy ən keyfiyy ət d əyişm ələri baş verir. Üst əlik bel ə bir t əlim prosesind ə interaktiv t əlim üsullarının t ədris ə g ətirilm əsi qazanılmış nailiyy ətl əri xeyli artırır. T əcrüb ə v ə müşahid ələr onu göst ərir ki, d ərsl ər fəal(interaktiv) formada qurulması, t ədrisd ə fəal t əlim üsullarından istifad ə olunması bu cür məşğələlərd ə aşılanan bilik v ə bacarıqların keyfiyy ət s əviyy əsini 80% h əddin ə, sinifd ə fəallığın s əviyy əsini is ə daha yüks əkl ərə qaldırır. Bel ə d ərsl ərd ə şagird m ə n əviyyatının formalaşdırılmasında, onların h əyata hazırlaşdırılmasında, s ərb əst düşünc əli şəxsiyy ət kimi yetişdirilm əsind ə, elmi bilik v ə bacarıqlara yiy ələnm əsind ə xeyli nailiyy ətl ər əld ə olunur. Xüsus ən, d ərs prosesin ə şüurlu yanaşmada v ə qazanılan bilikl ərin t ətbiq olunması işind ə u ğurlu n ətic ələr alınır. Xatırladaq ki, t əlim prosesind ə müasir t əcrüb ə d ə h ə d əf götürül ən m əsələlərə bunlar daxil edilir: 1. İnsan m ə n əviyyatı sah əsind ə – t əlim prosesind ə h ər bir şagird(öyr ə n ən) bel ə bir sualların fonunda inkişafda saxlanılır: M ən kim əm? Kim olaca ğam? Kimi sev ə c ə y əm? İnsanlara münasib ətimi nec ə quraca ğam? Siyasi əqidəm necə olacaq?

M ənim inam sistemim ə n ə daxildir? M ənim borcum n ədir? Hansı h ərə k ətl ərim m ənim d ə y ərimi qaldıracaqdır? 2. Bilik v ə bacarıq sah əsi – qazanılan bilikl ərd ən harada v ə nec ə istifad ə edil ə c ək, h əyatda öyr ə n ə n ə hansı s əviyy ə d ə g ərəkli olacaq? Bu zaman iş prosesi el ə qurulur ki, alınan bilikl ər bütün fənl ər üzr ə ünvanlı olur. Problemin qoyulması, onun şagirdin h əyat t əcrüb əsi, dünyagörüşü, şəxsi təəssüratları il ə əlaq ələndirilm əsi, onun açılması yollarının mü əyy ənləşdirilm əsi v ə s. şagirdl ərin(öyr ənin) h əyati bilikl ər əld ə etm əsin ə imkan yaradır. Son dövrl ərd ə t əlim texnologiyalarının ikisi bar əsind ə daha geniş söhb ət açıldığından("Debat" proqramı il ə h əyata keçiril ən d ərsl əri d ə qeyd ed ə bil ərik. Artıq bu proqram ç ərçiv əsind ə Respublikamızda mü əyy ən treninql ər h əyata keçirilir) biz d ə onların m əzmunundan, t ətbiqi imkanlarından danışmaq ist ərdik. Onlardan biri T ənqidi T əfəkkürün İnkişafında Mütali ə v ə Yazı (TTİMY), dig əri is ə yuxarıda b əzi c ə h ətl ərini qeyd etdiyimiz fəal(interaktiv) t əlimdir. Əslin ə qalanda TTİMY texnologiyasının özü d ə fəal(interaktiv) t əlimin bir qoludur. Onun iş prinsipl əri il ə fəal t əlimin iş prinsipl əri arasında bir çox oxşarlıqlar vardır. Buraya qrup, fərdi v ə cütl ərl ə iş formasına əsaslanan birg ə t əlim fəaliyy ətini, bilikl ərin axtarılması v ə t ədqiq olunmasını, şagirdl ərin m əntiqi, t ənqidi v ə yaradıcı t ə fəkkürünün inkişaf etdirilm əsini aid etm ək olar. Biz hazırda h ər iki t əlim texnologiyası il ə keçil ən d ərsl ərin m ərh ələlərin ə, m əzmununa, işlə m ə mexanizmin ə dair Sizl ərə bir q ə d ər ətraflı şəkild ə m əlumat verm ək ist əyirik. M əqs ədimiz d ə budur ki, g ənc mü əlliml ərimiz bu texnologiyalardan istifad ə yolu keçil ən d ərsl ərin üstünlükl ərini gör ə bilsinl ər. H əmin üstünlükl ərin n əyin hesabına yarandığını n ələrd ən ibar ət oldu ğunu h əm n ə z əri, h əm d ə t əcrübi yönümd ə d ərk etsinl ər. Başqa bir m əqs ədimiz is ə b əzi pedaqoji yazılarda, metodik v əsait v ə d ərslikl ərd ə ged ən t əhrifl əri, yanlışlıqları aradan qaldırmaqdır.



a) TTİMY texnologiyası ilə qurulan dərslər Ötən əsrin sonlarına doğru bu təlim texnologiyası post sovet məkanında sürətlə yayılmağa başladı. Bu səbəbsiz deyildi. Təlim prosesini yaddaşdan düşüncəyə çevirmək o dövr üçün çox maraqlı bir model idi. Texnologiyanın hədəfi şagirdlərin düşüncələrinin, tənqidi təfəkkürünün inkişafı etdirilməsi idi. İxtisarın açması belədir: Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı . Məlumdur ki, təfəkkürdən danışılanda məntiqi, tənqidi və yaradıcı təfəkkür yada düşür. Məntiqi təfəkkür fakt və hadisələri bütün əlamət, keyfiyyət və xüsusiyyətlərinə görə səciyyələndirməyə imkan verir. Müqayisələr aparmaq, tutuşdurmaq əsas əlamətlərindəndir. Tənqidi təfəkkür fakt və hadisələri təhlil etmək, ona dəyər vermək, qiymətləndirmək, müsbət və mənfi cəhətlərini qeyd etmək keyfiyyətlərini özündə birləşdirir. Yaradıcı təfəkkür isə baza biliklərinə və bacarıqlarına söykənməklə yeni ideyaları yaradır. Tənqidi təfəkkürün inkişafını hədəf götürən texnologiya məhz daha çox ikincinin üzərində dayanır, onu inkişaf etdirir. Bunun üçün də həm mütaliəni, həm də yazı işlərini tənqidi təfəkkürün inkişafına cəlb edir. Materiala sinifdə mütaliə etmək, oradakı fakt və hadisələri yazılı şəkildə dəyərləndirmək bu dərslərdə əsas götürülür. TTİMY texnologiyası ilə aparılan dərslər üç başlıca mərhələyə bölünür: a) Düşünməyə yönəltmə b) Dərketmə c) Düşünmə Düşünməyə yönəltmə prosesi dərsin birinci mərhələsi hesab olunur və mövzu ilə bağlı şagirdlərin(öyrənənlərin) ilkin təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Mövzu dairəsində şagirdlərin nələri bildiklərini aşkara çıxarmaq bu mərhələnin başlıca vəzifəsidir. Bununla müəllim şagirdləri problemə daxil olmağa hazırlayır. Onların fikir və düşüncəsində bir oyanış yaradır. Şagirdlər problem barəsində düşünür və nələri bildiklərini nümayiş etdirirlər, eyni zamanda onda yeni cəhətləri görməyə istiqamətlənməyə başlayırlar. Onlarda belə bir qənaət yaranır ki, mövzu barəsində bildikləri ilə kifayətlənmək olmaz. Beləliklə, bu mövzu ilə bağlı nələri öyrənmək istədiklərinə dair suallar formalaşdırırlar. Həmin suallar lövhədə qeyd olunur. Çünki növbəti dərs mərhələsi(dərketmə) bu sualların araşdırılmasına həsr olunacaqdır. Deməli, biz bu birinci mərhələdə sanki torpağa toxum əkirik, şagirdləri düşünməyə istiqamətləndiririk. Dərketmə mərhələsində şagirdlər materialı oxuyur və onun mahiyyətini dərk etməyə, mənanı qruplaşdırmağa çalışırlar(Bu mərhələ sünbülə bənzədilir. Deməli, birinci mərhələdə əkdiyimiz dən ikinci mərhələdə özünü sünbül formasında göstərir). Düşünmə mərhələsində dərk olunmuş biliklər təhlil və tətbiq olunur, şagirdlər tərəfindən bir daha nəzərdən keçirilir, alınmış məlumatlar yeni sahələrə tətbiq olunur, başqa bir formalara çevrilir(Bu mərhələni sünbüldən alınan məhsullara – çörəyə, bulkaya, tortlara və s. bənzədirlər. Yəni ideya tamamilə fərqli və yeni formalarda, libasını dəyişmiş şəkildə ortaya gətirilir). Bu mərhələlərin ikisi – düşünməyə yönəltmə və düşünmə müəllimdən daha çox hazırlıq tələb edir. TTİMY texnologiyası ilə aparılan dərslərin quruluşu və təxmini vaxt bölgüsü belədir:

1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması....... 3 dəq. 2. Düşünməyə yönəltmə ............................................ 9 dəq. 3. Dərketmə ............................................................. 15 dəq. 4. Düşünmə ..............................................................15 dəq. 5. Ev tapşırıqlarının verilməsi və ya sorğu vərəqələrinin doldurulması......................... 3 dəq. Cəmi: 45 dəq.



TTİMY texnologiyasının öz fəlsəfəsi, işinin təşkil olunma xüsusiyyətləri və metodları vardır. Bu texnologiyanın başlıca vəzifəsi mütaliə və yazı işlərinin şagirdin tənqidi təfəkkürünün formalaşdırılması işinə cəlb olunmasıdır. Yəni yazının və oxunun imkanlarından maksimum şəkildə bəhrələnməklə şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirməkdir. Təbii ki, iş prosesində yaradıcı və məntiqi təfəkkürün inkişaf etdirilməsi məsələləri bir an da olsa unudulmur. ?! 1. Ənənəvi dərslər necə quruluşa malikdir? 2. Hər bir ənənəvi dərs mərhələsinin üzərinə düşən vəzifələri qeyd edin. 3. Ədəbiyyat təlimində yeni texnologiyalar dedikdə nələr nəzərdə tutulur? 4. Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı texnologiyası məzmunu barəsində nə deyə bilərsiniz? 5. Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı texnologiyasında dərs mərhələləri və onlarda görülən işlər barəsində nə deyə bilərsiniz? b) Fəal(interaktiv) təlimlə qurulan dərslər Fəal(interaktiv) dərslər şagirdləri sehr dünyasına aparan, onları qəlbən və ruhən dərsə bağlayan, problemləri görməyə istiqamətləndirən, onları axtarışlara, düşünməyə, fikir mübadiləsi aparmağa, işgüzar ünsiyyətə sövq edən, onlarda sərbəst düşüncəni və həyati bacarıqları inkişaf etdirən maraqlı dərs modellərindən biridir. Ənənəvi dərslərdə bir yeknəsəqlik, cansıxıcılıq, monotonluq müşahidə olunduğu halda, bu dərslərdə istifadə olunan üsulların rəngarəngliyi, iş formalarının müxtəlifliyi, fəal müzakirələr ona daha işgüzar və emosional çalarlar gətirir. Bunlara səbəb həmin dərs modelinin maraqlı və məntiqi bir quruluşa malik olması, tədqiqat xarakteri daşımasıdır. Fəal(interaktiv) təlimlə keçilən dərslər elə təşkil olunur ki, şagirdlər dərs vaxtının tez bitməsinə təəssüf edilər. Gəlin həmin dərslərin quruluşu ilə tanış olaq. Biz əvvəlcə interaktiv təlim və texnologiya terminlərinə də aydınlıq gətirmək istərdik. İnteraktiv sözü ingiliscə inter – qarşılıqlı, birgə, akt isə fəaliyyət göstərmək deməkdir. Bu iki söz ya insan, ya da kompüterlə söhbət, dialoq rejimində qarşılıqlı fəaliyyətdə olmaq bacarığını bildirir. Deməli, interaktiv təlim hər şeydən əvvəl, dialoqlu təlimdir. Onun gedişində müəllim və şagirdin qarşılıqlı, birgə fəaliyyəti ilə tədris prosesi həyata keçirilir. Müəllim bilikləri ötürən rolundan imtina edir və yeni bir vəzifəni – bələdçi(fasilitator) vəzifəsini yerinə yetirir. Texnologiya isə hərfi mənada materialları işləmə üsul və vasitələrindən bəhs edən elm deməkdir.23 Pedaqoji texnologiyadan danışılanda da bu sahədə müəyyən vəzifələri həll etmək üçün səfərbər olunan üsul və vasitələr toplusunu əhatə edən elm sahəsini nəzərdə tutmaq lazımdır.
Yüklə 63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin