Qizilbaġlar tarġXĠ “tarġX-Ġ qezelbaġAN”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix03.02.2017
ölçüsü0,54 Mb.
  1   2   3   4

 

“AND”ın KĠTABXANASI SERĠYASINDAN 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

QIZILBAġLAR TARĠXĠ 

 

“TARĠX-Ġ QEZELBAġAN” 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 1993 

 


 

Q  16 (93) 



 

Redaktoru V. QardaĢlı 

 

 

 

 

Tərcümə və Ģərhlər M. Ə. Məhəmmədinindir. 

 

XVII  əsrin  əvvəllərində  naməlum  müəllif  tərəfindən  yazılmıĢ  bu  əsər  XV—XVI  əsrlərdə—



Qaraqoyunlular,  Ağqoyunlular  və  Səfəvilər  dövründə  Azərbaycanda  və  qonĢu  ölkələrdə  baĢ  verən 

tarixi hadisələri əks etdirir. 

Müəllif  müxtəlif  qızılbaĢ  tayfaları  və  bu  tayfalardan  çıxmıĢ  görkəmli  Ģəxslər  barədə  məlumat 

verir ki, bu da qızılbaĢ hərəkatında hansı tayfaların iĢtirak etdiyini və bu iĢtirakın mühümlük dərəcəsini 

müəyyənləĢdirməyə imkan yaradır. Bu baxımdan «QızılbaĢlar tarixi» tamamilə orijinal bir mənbədir. 

Əsər indiyə qədər Azərbaycan tarixĢünaslığında tədqiqata cəlb olunmamıĢdır. 

Tərcümə, əsərin Tehranda saxlanan yeganə əlyazması nüsxəsinin 1982-ci il nəĢrindən edilmiĢdir. 

Tərcümə zamanı əsərin cüzi bir hissəsi ixtisar edilmiĢdir. 

ġərhlərin  yazılmasında  bir  sıra  tarixi  mənbələrdən  («Tarix-i  aləmara-yi  Əmini»,  «Əhsən  ət 

təvarix»,  «ġərəfnamə»  və  s),  elmi  və  məlumat  xarakterli  ədəbiyyatdan,  o  cümlədən  Azərbaycan 

tarixçiləri  Z.  M.  Bünyadovun,  O.  Ə.  Əfəndiyevin,  ġ.  F.  Fərzəliyevin  tədqiqatlarından  istifadə 

olunmuĢdur. 

 

 

Q 16(93) 



 

QızılbaĢlar  tarixi.  Tərcümə  və  Ģərhlər  M.  Ə.  Məhəmmədinindir.  —  Bakı,  «Azərbaycan» 

nəĢriyyatı. 1993 —48 s. 

 

 

Q 48004000000-016(93)        Q 16 (93) Azərb 



       M 670(07)—93 

    


 

© «Azərbaycan» nəĢriyyatı. 1993. 

 

 

 



 

Bismillah ər-rəhman ər-rəhim! 



 

Pak  can  cövhərini  su  və  torpaqla  birləĢdirib  onların  izdivacından  zamanın  möcüzəsi  və  dövranın  nadir 

(varlığı) olan yüksək məqamlı insanın üzünə mövcudluq qapılarını açmıĢ Allah hədsiz və müqayisəsiz pərəstiĢ 

və  təĢəkkürə,  əbədi  dua  və  tərifə  layiqdir.  ġer:  Bütün  gələnlərdən əvvəl  mövcud  olan,  Bütün  varlıqlardan  çox 

qalan! 

Və Allah tərəfindən verilmiĢ parlaq tacın sahibi, Allahı dərk etmiĢ və Allaha doğru süluk etmiĢ, Allahın 



elçisi Əbülqasim Məhəmmədə səmimi dualar, ən qiymətli salavat və ən yaxĢı salamlar olsun! Nəzm: 

 

Yaradanın xüsusi elçisi



Möhkəm dəlilin

1

 yetiricisi! 



O, dar dəvət (yoluna) geniĢlik (bəxĢ edib). 

DaĢlar onun möcüzəsinə Ģəhadət verir!

 

Və  övliyaların  baĢçısı,  Həzrəti-Mustafanın  qəyyumu,  Allahın  qalib  gəlmiĢ  Ģiri,  möminlərin  əmiri, 



dindarların imamı Əli ibn Əbutalibin iĢıqlanmıĢ qəbri və ətirlənmiĢ məzarı hədsiz-hüdudsuz və saysız-hesabsız 

nurla dolsun! ġer: 

 

Əgər yer kəməndə gəlsəydi, Xeybərin fatehi



3

  

Bir anda onu qoparıb bu firuzə rəngli gümbəzə atardı! 



Kövsərin saqisi behiĢtə saqilik etməsə, 

Peyğəmbərlərin ağzı Kövsər suyundan islanmayacaq!

 

Və onların nəslinə və övladlarına salam olsun! 



Amma  sonra.  Bu  kitab  parlaq  Ģahlıq  tacı  ilə  fəxr  edən  və  Ģanlı  Səfəvi  xanədanına  xidmət  edib  Ġran 

vilayətlərində yüksək xanlıq və sultanlıq mənsəbinə layiq görülmüĢ qızılbaĢ tayfaları haqqındadır. Və bu kitab 

iki hissəyə bölünür. 

 

 



 

BĠRĠNCĠ HĠSSƏ 



 

SAĞ TƏRƏFDƏ (CĠNAHDA) OLAN TAYFALAR HAQQINDA 

 

ġamlu tayfası 

 

Onlar  Hələb,  Ədirnə,  Tərsus

5

  və  digər  ġam  Ģəhərləri  ətrafında  yaĢayırlar  və  Ģanlı  Səfəvi  xanədanının 



müridlərindəndir  və  Süleyman  məkanlı  va  Ġskəndər  məqamlı  xaqan,  yüksək  hökmdarlıq  keyfiyyətləri  ilə 

seçilmiĢ Əbülfəth ġah Ġsmayılın

6

—Allah onun qəbrini nurla doldursun!—zamanında bütün oymaqlardan böyük 



idilər. 

Onların böyük əmirlərindən

7

 (biri)  Hüseyn bəy Lələdir. O, Lahicanda I ġah  Ġsmayılın xidmətində idi; o 



Həzrətin zühurundan sonra əmir əl-üməra

8

 oldu və Cihan çayı sahilində Saru Qaplan tərəfindən məğlub edildiyi 



üçün  gözdən  düĢdü

9

.  Amma  ġeybək  xanın  qətli  və  Xorasanın  fəthindən  sonra  ki,  «fəth-e  Ģah-e  din  (pənah)» 



ifadəsi  onun  tarixini  göstərir,  Herat  hakimi  oldu

10

.  Əmir  Nəcm-i  Saninin  məğlubiyyətindən  sonra



11

  aləmin 

pənahı olan dərgaha (saraya) gəldi və Çaldıran döyüĢündə

12

 öldürüldü. 



Abdin  bəy  Sarutərcanda

13

  ġam  Ģəhərlərindən  olan  iki  yüz  cavanla  I  ġah  Ġsmayılın  hüzuruna  gəldi  və  o 



həzrətin  diqqətini  cəlb  etdi,  bütün  əmirlərdən  seçildi  və  Əmir  xandan  sonra  Herat  hakimi  oldu  və  931-ci  ildə 

(29.X. 1524—17.X-1525) dünyadan köçdü və fərmana görə qardaĢı Herat hakimi təyin edildi. 

DurmuĢ  xan  Çaldıran  döyüĢündən  sonra  çalıĢırdı  ki,  ġah  Ġsmayılı  camaatla  əylənməyə  vadar  etsin.  O 

cümlədən, bir dəstə adamın baĢına iri taqiyə

14

 qoyurdular ki, onlara «tacı böyük»



15

 deyirdilər və onları bir evə 

salıb  qapını  bərk-bərk  bağlayırdılar,  (sonra)  itə,  piĢiyə,  canavara  gənəgərçək  yedirib  bacadan  otağa  atırdılar. 

Bəzən onlardan birini vəhĢi öküzə bağlayıb buraxırdılar və bir neçə gündən sonra pusqu qurub öküzü tutaraq o 

Ģəxsi öküzün belindən azad edirdilər. 

Və onların böyük əmirlərindən biri DurmuĢ xanın qardaĢı Hüseyn xandır. O, ġah Təhmasibin bacısı oğlu 

idi və Çuhə Sultan Təkəlunun ölümündən sonra əmir əl-üməra oldu və 941-ci ildə (13.VII. 1534—1.VII. 1535) 

o, həzrətin  (Təhmasibin) əmri ilə öldürüldü

16



Zeynal xan fərmana görə bir neçə il Herat valisi oldu, lakin o,  əraziləri tuta bilmədiyi üçün azad edildi. 



Bir  neçə  il  Astrabada

17

  hakimlik  etdi  və  934-cü  ildə  (27.IX.1527—14.IX.1528)  Firuzguhda



18

  özbək  ZeynəĢlə 

vuruĢub həlak oldu. 

Bu tayfanın baĢqa bir böyük əmiri Ağzıvar xandır. Pəhləvanlıqda tayı-bərabəri yox idi, əmrə görə Sam 

Mirzanın  lələsi

19

  və  Herat  hakimi  təyin  edildi.  Hüseyn  xanın  öldürülməsindən  sonra  qorxuya  düĢdü  və  Sam 



Mirzanı da götürüb Qəndəhara

20

 yollandı və cığatay Ģahı Baburun oğlu Kamran Mirza



21

 ilə döyüĢdə həlak oldu. 

Onun  (Ağzıvar  xanın)  atası  Dəmri  Sultan  ġah  Təhmasibin  böyük  əmirlərindən  idi  və  Bistamda  özbək  Übeyd 

xanla döyüĢüb öldürüldü

22



Bu  tayfanın  böyük  əmirlərindən  biri  Zeynəddin  Sultandır.  Uzun  illər  Ġsfəraində



23

  hakimlik  edib  ġah 

Təhmasibin zamanında o diyarda dünyadan köçdü və Pirəli  Sultan onun yerinə keçdi. 

BaĢqa biri Vəli Xəlifədir. Bir neçə il Bəhram Mirzanın

24

 mülazimi olub axırda Quma



25

 hakim təyin edildi 

və qazaxlarla döyüĢdə igidliklər göstərib müqəddəs MəĢhədin valisi oldu. 

Bu tayfanın böyük xanlarından biri Əliqulu xandır. O, Sultan Hüseyn xan ibn Əbdi bəy ibn DurmuĢ xanın 

oğludur və II ġah Ġsmayılın taxta çıxmasından

26

 özbək Abdulla xanın Xorasanı tutmasına qədər o, Herat valisi 



idi. Özbəklər doqquz aydan sonra o çiçəklənən diyarı fəth etdikdə onu tutub öldürdülər

27



Və  bu  tayfanın  böyük  əmirlərindən  biri  Hüseyn  xandır.  O,  bir  müddət  Qum  hakimi  idi  və  1007-ci  ildə 

(4.VIII.1598—23.VII.1599)  I  ġah  Abbas  Xorasanı  azad  etdikdə  Herat  hakimliyini  ona  tapĢırdı  və  hazırda  o, 

vilayətin valisidir. 

Bu tayfanın baĢqa bir əmiri Əliqulu xandır. Bir müddət Yəzd və Əbərkuh

28

 hakimliyi onun öhdəsində idi. 



Hal-hazırda I ġah Abbasın xidmətində eĢikağası mənsəbindədir və Rey torpaqları onun tiyuludur

29



Daha birisi Qəmbər xanın oğlu Nəcəfqulu xandır ki, hazırda Qain

30 


hakimidir. 

Rumlu tayfası 

 

Bu  tayfa  Tokat,  Sivas,  Amasya,  Farava,  MəĢhədvali  və  sair  Rum  Ģəhərlərində  yaĢayır

31

.  Bir  hissəsi 



maldar, bir hissəsi Ģəhərlidir. 

Onların  böyük  əmiri  CahanĢah  idi.  O,  Sultan  Əbu  Səidin  qətlindən  sonra

32

  Həsən  padĢahın



33

  sarayına 

gəlib əmirlik rütbəsi aldı. 

BaĢqa bir əmir Hacı Hüseyn bəydir ki, CahanĢahın

34

 oğlu Həsənəlinin adından Qəzvin



35

 hakimi idi. 



Ağacəri tayfası 

 

Əli bəy CahanĢah (Qaraqoyunlu) zamanında böyük əmir idi. 

 


 

Bayramlu tayfası 



 

ġahəli  bəy  CahanĢah  zamanında  böyük  əmir  idi.  CahanĢahın  qətlindən  sonra  (Ağqoyunlu)  Həsən 

padĢahın hüzuruna gəlib böyük nüfuz qazandı və Sultan Əbu Səidi tutub gətirəndə Həsən padĢah ona ġahəli bəy 

Bayramidən aĢağıda yer verdi. 

Bu tayfadan ġahsuvar bəy Yaqub padĢahın

36

 vaxtında böyük əmir idi. 



 

Əkrəmi tayfası 

 

(Bu tayfa) iyirmi dörd qoldan ibarətdir. 

 

Ördəklu tayfası 

 

Onlardan heç kəs əmirlik etməmiĢdir. 

 

Qaracarlu tayfası 

 

Onlar da əmirlik etməmiĢlər. 

 

AĞQOYUNLU (TAYFALARI) HAQQINDA 

 

Bu tayfaya «bayanduri» də deyirlər və onlar 36 il Ġran torpaqlarında sultanlıq ediblər

37

. Onların padĢahları 



aĢağıdakılardır: Həsən padĢah, Sultan Xəlil, Yaqub padĢah, Baysunqur Mirza, Rüstəm padĢah; Əhməd padĢah, 

Məhəmmədi Mirza, Əlvənd padĢah, Sultan Murad. 



Əbu-n-Nəsr  Həsən  padĢah:  O,  Əli  bəy  ibn  Qara  Osmanın  oğludur.  Bayandur  xan  ki,  bu  tayfa  özünü 

onun nəsli hesab edir, Gün xan ibn Oğuz xanın oğludur və Oğuz xan Həsən padĢahın əlli birinci babasıdır. O, 

əslən  padĢah  və  padĢah  oğludur,  babası  Qara  Osman  məĢhur  qəhrəmanlardan  olmuĢdur.  839-cu  ildə 

(27.VII.1435—15.VII.1436)  Qara  Yusifin  oğlu  Ġskəndər  Mirza  ġahruxun  qorxusundan  qaçarkən,  Qara  Osman 

onun  yolunu  kəsib  tutmaq  istəyirdi

38

.  DöyüĢ  zamanı  Qara  Osman  atdan  yıxılıb  baĢından  ağır  yara  aldı.  Onu 



Ərzən-ərruma  (Ərzruma)  apardılar.  Səksən  yaĢı  olduğu  üçün  o  (yaradan)  öldü  və  orada  dəfn  edildi.  Ġskəndər 

həmin vaxt oranı tutub onu qəbirdən çıxardı, baĢını kəsib Misirə göndərdi. 

CahanĢah  (Qaraqoyunlu)  gücləndikdən  sonra  bu  fikrə  düĢdü  ki,  düĢmən  xanədanın  (Ağqoyunluların) 

kökünü tamamilə kəssin və buna görə də 872-ci il Ģəvval ayının 10-da (3.V.1468) Təbrizdən çıxıb Diyarbəkrə 

tərəf yollandı. Həsən bəy qoĢununu topladı və qardaĢı Cahangir bəy öz oğulları Murad bəy və Ġbrahim bəylə ona 

qoĢuldu. CahanĢah MuĢ düzənliyinə

39

 çatanda böyük əmirlərdən olan Qəzvin (yaxınlığındakı) Tarom



40

 hakimi 


Qasım Pərvanəcini irəli göndərdi (və o) məğlub oldu. CahanĢah bir neçə gün dayanıb geri qayıtdı. Ağqoyunlu 

sərkərdələri dedilər ki, o bizə bir ziyan vurmayıb geri döndü, gəlin biz də qayıdaq, Həsən bəy razı olmadı. 

Elə ki, CahanĢah o yerdən hərəkət edib Səncəqdə

41

 düĢərgə saldı, Həsən bəy altı min süvari ilə ordudan 



ayrılıb vuruĢ əzminə düĢdü. Qaravul

42

 xəbər gətirdi ki, CahanĢah ordunu yola salıb yaxın adamları ilə mənzildə 



yatır.  Həsən  bəy  yola  düĢdü  və  onun  yatdığı  yerə  yaxınlaĢanda  padĢaha  onun  gəliĢini  xəbər  verdilər.  Atlara 

mindilər və düĢmənlər bir-birinə qarıĢdı. Bir nəfər arxadan CahanĢaha çatıb tanımadan ona namərdcəsinə zərbə 

endirdi. O, fəryad etdi ki: «Məni öldürmə, Həsən bəyin yanına apar, sənə xeyri dəyər»! Lakin o yaradan taqətsiz 

olduğu üçün (həmin adam onun) baĢını kəsdi və qorxdu ki, məbada ona bir zərər yetər, ona görə  (heç kimə) heç 

nə  demədi.  Nəhayət,  axtarıb  onun  atını  və  yarağını  tanıdılar,  baĢını  tapıb  Xorasana—Sultan  Əbu  Səidə 

göndərdilər

43

 və övladları Məhəmmədini və Əbu Yusifi əsir aldılar. 



Həsən  bəy  qayıdıb  Amid

44

  qıĢlağına  gəldi  və  yazda  Bağdad  əhalisinin  xahiĢi  ilə  oraya  getdi,  Pir 



Məhəmməd Alpaut oranın hakimi idi, onu ora (Bağdada) buraxmadı. Həsən bəy qırx günlük mühasirədən sonra 

Azərbaycana  qoĢun  çəkdi  və  Xoyda  Həsənəlinin

45

  qoĢunu  vəlvələyə  düĢdü  və  onun  bir  sıra  əmirləri,  o 



cümlədən, ġahmənsur, ġahsuvar bəy və Əmir ĠbrahimĢah Həsən bəyin tərəfinə keçdilər. 

Bu zaman Əmir Məzid Ərğun Sultan Əbu Səid tərəfindən Təbrizin darğası təyin edilmiĢdi. 

Həsən  bəy  oradan  Naxçıvana  getdi  və  Sultan  Əbu  Səid  Miyanədən  Qarabağa  yollandı.  Həsən  bəy 

dəfələrlə  elçi  göndərib  itaətini  bildirdi,  (amma)  faydası  olmadı.  Cığatay  ordusu  Mahmudabad

46

  yaxınlığında 



düĢərgə saldı. Həsən bəy sülhdən əl çəkdi, Ağqoyunlu bahadırları onun (Əbu Səidin) qoĢununun yan-yörəsinə 

hücumlar edib qətl və qarətə baĢladılar, Sultanın təchizatı hansı tərəfdən gəlirdisə, ələ keçirirdilər. 

Həmin vaxt Həsən bəy ġirvan valisi Fərrux Yasara

47

 bir neçə məktub göndərdi. ġirvanlılar da tərəddüdü 



bir kənara qoydular. Cığatay ordusunda elə qıtlıq baĢladı ki,  Sultanın xüsusi atları on iki  gün yemsiz qaldı və 

məcbur olub geri döndülər. 



 

Sultanın əmir əl-ümərası Əmir Məzid Ərğun qaravulda tutuldu.  Sultan Əbu Səid anasını sülh bağlamaq 



üçün  göndərdi,  lakin  (o),  ümidsiz  geri  qayıtdı.  Bir  anda  o  əzəmətdə  qoĢun  darmadağın  oldu.  O,  (Əbu  Səid) 

övladları  ilə  qaçdı.  Həsən  bəyin  oğlu  Zeynal  bəy  onu  təqib  edib  tutdu.  Həsən  bəy  onu  Yadigar  Məhəmməd 

Mirzaya verdi, (o da) xeyirli iĢlər görmüĢ GövhərĢad bəyimin intiqamını almaq üçün onu qətlə yetirdi

48



Bu hadisə 873-cü il rəcəb ayının 22-də (7.II.1469) baĢ verdi və Əllamə Dəvani

49

 onun tarixini belə deyib: 



 

Sultan Əbu Səid ki, Ģahlıq fərrində  

Qoca fələyin gözü onun tək cavan görməyib

Ölümünə necə inanmayasan ki, öldürülmüĢdür— 

Qətlinin tarixi: «məqtəl-e Sultan Əbu Səid»

50



 

Və  Həsən  bəy  o  qıĢı  Muğanda  qıĢlayıb  bütün  Ġraqa  və  Azərbaycana  darğalar  göndərdi  və  yazda 

Həmədana  gəldi,  Uğurlu  Məhəmmədi  o  vaxt  Farsa  hücum  etmiĢ  Əbu  Yusifin  üstünə  göndərdi

51

  və  özü  də 



ardınca  getdi.  Əbu  Yusif  Uğurlu  Məhəmməd  tərəfindən  öldürüldü.  881-ci  ildə  (26.IV.1476—14.IV.1477) 

(Həsən bəy)  Gürcüstana  qoĢun  çəkib  Tiflisi tutdu  və  elə  o  vaxt  da qayıdası  oldu,  yolda  xəstələndi  və  xəstəlik 

uzun çəkdikdə, Sultan Xəlilin anası Səlcuq bəyim ġiraza təcili çapar göndərdi və onu Təbrizə çağırdı. Atası onu 

görüb  vəsiyyətini  etdi  və  882-ci  ilin  ramazan  bayramı  gecəsi  (5.I.1478)  vəfat  etdi.  Təvəllüdü  828-ci  ildə 

(23.XI.1424—12.XI.1425) olmuĢdu. Özünün saldırdığı «Nəsriyyə» bağında dəfn edildi. O, son dərəcə ədalətli, 

siyasətcil və rəiyyətə mərhəmətli idi. Onun vəfatının tarixi barədə demiĢlər: 

 

Vəfatının tarixi üçün hər kəs  



«ġəh-e dinpərvər-e adil» dedi

52



 

Sultan  Xəlil  ibn  Həsən  bəy:  Atasından  sonra  padĢahlıq  (taxtına)  oturub,  ilk  növbədə,  Təbrizdə 

«Məqsudiyyə»  (məscidini)  tikdirmiĢ  qardaĢı Məqsud  bəyi  öldürtdü  və  bu  hərəkət  baĢqa  qardaĢlarını,  xüsusən 

Yaqub bəyi qorxuya saldı. Yaqub bəy iqtası hesab olunan Diyarbəkrə getməyə icazə aldı və 883-cü ilin (1478) 

yazında Diyarbəkrdə qardaĢına qarĢı qiyam qaldırdı; qonĢu əmirlər də ona qoĢuldular. 

Bu  xəbər  Xərrəqanda

53

  Sultana  çatdı  və  o,  Azərbaycana  getdi.  883-cü  il  rəbi'ülaxir  ayının  14-də 



(15.VII.1478) çərĢənbə günü nahar çağı Xoy çayının sahilində iki qardaĢ arasında döyüĢ oldu, Əvvəl Yaqubun 

tərəfdarları məğlub olurdular və Sultan Xəlilin böyük əmirlərindən biri olan Osman bəy MiranĢahi Yaqub bəyin 

ordusundan (olan) Bayandur bəyin evini tutub talan etdi. Bir anda tale əksinə döndü və Sultanı atın üstündəcə 

parça-parça etdilər və qələbə Yaqub bəyə nəsib oldu. 



Yaqub bəy ibn Həsən bəy: Onun hakimiyyətinin əvvəllərində Sultan Xəlilin oğlu Əlvənd bəy ġirazda və 

Kosa Hacı—o da bayanduri əyanlarından idi—Ġsfahanda üsyan etdi. Yaqub bəy Bayandur bəyi Ġraqa göndərdi 

və Kosa Hacını tədbirlə əsir aldı, (həmçinin) Əlvəndi ram etdi. 

885-ci  ildə  (13.III.1480—1.III.1481)  Misir  padĢahı  Qansuhun  davatdarı  PəĢəng  Ərəbistan  qoĢunu  ilə 

Diyarbəkrə  gəldi

54

.  Yaqub  bəy  özü  müdafiəyə  getmək  istədi,  əmirlər  qoymadılar.  Ona  görə  Yaqub  bəy 



Bayandur  (bəyi),  Süleyman  Bijəni  və  Sufi  Xəlil  Mosullunu  onun  üstünə  göndərdi.  QoĢunlar  Ruha  qalası

55

 



ətrafında üz-üzə gəldilər və özünü «BaĢ» adlandıran PəĢəng digər əmirləri ilə birlikdə əsir düĢüb öldürüldü. 

Yaqub  bəy  bu  qələbənin  Ģərəfinə  Ġsfahan  əyalətini  Bayandura  verdi.  Lakin  o,  bundan  daha  böyük 

(mükafat) gözləyirdi və buna görə də 886-cı ilin sonlarında (1482-ci ilin əvvəllərində) qiyam qaldırdı. Yaqub 

bəy onu yatırmağa tələsdi və Sufi Xəlil (Mosullu) Savə

56

 yaxınlığındakı Zahir (kəndində) onu (Bayandur bəyi) 



öldürdü. 

Yaqub  bəy  Qumda  qıĢlayıb  887-ci  ildə  (20.  II.1482—  8.II.1483)  Gürcüstanı  tutmağa  getdi.  Əxiska  və 

Xatun qalalarını

57

 tutdu və 888-ci ildə (9.II.1483—29.I.1484) «HəĢt behiĢt»i tikməyə baĢladı



68

Əksər  vaxt  yaylağı  Səhənd,  qıĢlağı  Təbriz  idi  və  gününü  eyĢ-iĢrətdə  keçirərdi,  Ģair  və  alimlərə  böyük 



meyli  var  idi.  Axırda  Qarabağ  qıĢlağına  getdi  və  orada  xəstələndi.  Elə  ki,  ondan  əllərini  üzdülər,  onun  oğlu 

Baysunqurun lələsi  və  mürəbbisi  Sufi Xəlil  (Mosullu)  padĢahlığa  əsl  namizəd  olan  Sultan Xəlilin  oğlu  Sultan 

Əli  Mirzanı  Yaqub  bəyin  keçindiyi  gecə

59

  öldürdü  və  müxalifətdə  olan  dəstəni  aradan  götürdü,  o  cümlədən, 



Qazi Ġsa Sədri (896-cı il) rəbi'üləvvəl ayının 8-də (19.I.1491) həbs edib (həmin ayın) 13-də (24.1.1491) bazar 

ertəsi ordubazarda asdı

60



Baysunqur  Mirza  ibn  Yaqub:  Sufi  Xəlilin  və  (digər)  Mosullu  əmirlərinin  səyi  ilə  taxta  çıxdı. 



Bayandurilər  arasında  ciddi  ixtilaf  düĢdü.  Bəzi  əmirlər  və  Ģahzadələr  Həsən  padĢahın  oğlu  Məsih  bəyi  sultan 

hesab  etməyə  baĢladılar  və  onlarla  Sufi  Xəlil  arasında  döyüĢ  oldu.  Məsih  bəy  öldürüldü  və  Rüstəm  bəy  ibn 

Məqsud bəy ibn Həsən bəy tutulub Əlincəq (Əlincə) qalasına aparıldı. 

Bir  müddət  sonra  Süleyman  Bijən  Diyarbəkrdə  Sufi  Xəlilə  qarĢı  çıxdı  və  Van

61

  yaxınlığında  iki  tərəf 



arasında döyüĢ oldu. 897-ci ilin axırında (1492-ci ilin payızında) Sufi Xəlil öldürüldü və Süleyman (Bijən) onun 

əvəzinə Mirza Baysunqurun lələsi oldu. 



 

Rüstəm  bəy  ibn  Məsud  bəy:  Əlincəq  qalasında  həbsdə  idi.  Ġbrahim  bəy  Eybə  Sultanın  qardaĢı 

Yaqubcanı Fars hakimi təyin edib özü Ġraqa getdi. 

908-ci il səfər ayının 3-də (8.VIII.1502) Ģənbə günü Hacı bəy Bayandurun qardaĢı oğlu, Kerman hakimi 

Əbülfəth bəy ġiraza hücum etdi. Yaqubcan Beyza

62

 tərəfdən çıxıb getdi və Əbülfəth son dərəcə gücləndi. Elə o 



dövrdə  Firuzabad

63

  dağlarında  ov  edərkən  uca  dağ  qülləsinə  çıxdı  və  təsadüfən  908-ci  il  Ģəban  ayının  8-də 



(7.II.1503) Ģənbə günü dağdan yıxılıb öldü. 

Sultan Murad ibn Yaqub: 908-ci il ziqədə ayının 4-də (1.V.1503) bazar ertəsi I ġah Ġsmayıl tərəfindən 

məğlub  edilib  ġiraza,  oradan  Dizfula,  sonra  isə  Bağdada  getdi  və  təxminən  beĢ  il  yarım  orada  sultanlıq  etdi. 

Nəhayət, 914-cü ildə (2.V.1508—20.IV.1509) I ġah Ġsmayılın yaxınlaĢmasından xəbər tutub illərlə Ġraqi-Ərəbin 

mütləq  hakimi  olmuĢ  Barik  bəy  Pornak  ilə  birlikdə  Diyarbəkrə  qaçdı,  oradan  Əlaüd-dövlə  Zülqədrin  yanına 

getdi və onun qızını istədi. O qızdan iki oğlu oldu: biri Yaqub, o biri Həsən. 

Sultan  Səlim  (Yavuz)

64

  I  ġah  Ġsmayılla  vuruĢmağa  gələndə  (Sultan  Murad)  onunla  idi  və  qayıdarkən 



Diyarbəkri  tutmaq  ona  tapĢırıldı.  Urfədə

65

  qorçibaĢı



66

  DurmuĢ  bəy  ġamlu  ilə  döyüĢdə  öldürüldü,  onun  baĢını 

924-cü il Ģəvval ayının 12-də (17.X.1518) Təbrizə I ġah Ġsmayılın hüzuruna gətirdilər. (Sultan Murad) 895-ci il 

ramazan ayının 13-də Ģənbə gecəsi (31.VII.1490) anadan olmuĢdu. 

Barik (bəy Pornak) xandqarın

67

 xidmətində idi. Axırda cismən zəifləyib Məkkədə mücavir oldu və orada 



vəfat etdi. 

Sultan Muradın ölümü ilə Ağqoyunlu xanədanı tamamilə dağıldı

68



Həsən  bəyin  nəslindən  olan  bu  üç  uĢağın  çəkiĢdiyi  vaxtlarda  məmləkətdə  hərc-mərclik  bərqərar  oldu, 



Allahın məxluqatına cürbəcür bəlalar üz verdi: taun, vəba fəlakətinə, qıtlıq və bahalıq müsibətinə düçar oldular. 

Fəsil:  Həsən  padĢahdan  (əvvəl)  dörd  nəfər  bu  ardıcıllıqla  Diyarbəkrdə  sultanlıq  etmiĢdir:  Qara  Osman, 

Sultan Həmzə, Əli bəy, Cahangir Mirza

69



Bayanduri (tayfası) 

 

Bu  tayfanın  böyük  əmiri  Bayandur  bəy  ibn  Rüstəm  bəy  ibn  Murad  bəy  ibn  Qara  Osmandır.  Yaqub 

padĢahın  vaxtında  əmir  əlüməra  idi  və  Diyarbəkrdə Misir padĢahı  Sultan  Qansuhun  qoĢununu  məğlub  etdi  və 

BaĢ  bəyi  qətlə  yetirdi.  Axırda  Savə  yaxınlığında  Yaqub  padĢahla  vuruĢdu  və  Sultan  (Sufi)  Xəlil  Mosullu 

tərəfindən öldürüldü. 

BaĢqa  birisi  Eybə  Sultandır

70

  ki,  Əhməd  paĢanı  öldürdü  və  Əzizkəndində



71

  Məhəmmədi  Mirza  ilə 

vuruĢub həlak oldu. 

Bu tayfanın daha bir böyük  əmiri Əbülfəth bəydir ki, bir il Farsda hakimlik edib axırda dağdan yıxılıb 

öldü. 

Və  biri  də  Murad bəydir  ki,  uzun  müddət  Yaqub  padĢahın  adından  Yəzd  hakimi  idi  və  Sultan  Muradın 



ölümündən sonra Xorasana gedib illərlə Sultan Əbu Səidin xidmətində oldu. 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə