Qrup: 1146 Fənn: Əhali coğrafiyası



Yüklə 229 Kb.
səhifə1/5
tarix18.02.2022
ölçüsü229 Kb.
#52770
  1   2   3   4   5
Urbanizasiya və onun formaları(2)


Fakültə: Coğrafiya

İxtisas: Coğrafiya

Qrup: 1146

Fənn: Əhali coğrafiyası

Müəllim: Qabil Səmədov

Tələbə: Nərgiz Hüseynli

Urbanizasiya və onun formaları

XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması urbanizasiya adlanır.Urbanizasiya prosesləri ilə geourbanistika elmi məşğul olur.



Dünyada vahid şəhər anlayışı yoxdur. Danimarka, İsveç, Finlandiyada əhalisi 200, Kanada, Avstraliyada 1000, Fransa, Almaniya, Kubada 2000, Meksika, ABŞ-da 2500, Yaponiyada isə 30.000 nəfərdən çox olan yaşayış məntəqəsi şəhər adlanır.

Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar.


  1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdı.



  1. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur.



  1. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır.

1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya olmuşdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur.

Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqilabı, müəyyən fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada artıq şəhər cəmiyyəti formalaşmışdır.

Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra, urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır.

Müasir Urbanizasiyanın 3 səciyyəvi əlaməti vardır:



  1. Şəhər əhalisi sürətlə artır;

  1. Əhali və təsərrüfat əsasən iri şəhərlərdə təmərküzləşir;

  2. Şəhər ərazisi genişlənir;

Urbanizasiyanı şərtləndirən mənfi və müsbət amillər vardır;

Mənfi amillər:

əhali artımının təyziqi;

torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik;

gizli işsizlik, yetərsiz iş təminatı;

aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma;

bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi;

təbii fəlakətlər;

kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri;

iqlim şəraiti və eroziya;

Müsbət amillər:

kənd və şəhər arasındakı gəlir müxtəlifliyi;

daha yaxşı və mütərəqqi təhsil imkanı;

şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı;

iş imkanları, nəqliyyat imkanları;

müasir səhiyyə xidmətləri.




Yüklə 229 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin