Qrup: db21 Müəllim: Zaur Rəsulov Fənn



Yüklə 24,22 Kb.
səhifə1/3
tarix07.04.2022
ölçüsü24,22 Kb.
#54856
  1   2   3
Mehmanə Püstə Ziya başqaları Kreativ düşüncə


Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Mingəçevir Dövlət Universiteti

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Sənayenin təşkili və idaretmə

İxtisas: 050404 – Dövlət və bələdiyyə idarəetməsi

Qrup: DB21

Müəllim: Zaur Rəsulov

Fənn: Yumşaq bacarıqlar

Tələbə 1: Salahova Mehmanə

Tələbə 2: Süleymanova Püstə

Tələbə 3: Osmanov Ziya

SƏRBƏST İŞ

Kreativ düşüncənin inkişaf etdirilməsi

Plan:

  1. Kreativ düşüncə, mahiyyəti və məzmunu

  2. Formal kreativ düşüncə

  3. Kreativ düşüncənin inkişaf etdirilməsi


1. Kreativ düşüncə, mahiyyəti və məzmunu

Necə olur ki, bəzi insanlar həmişə yeni ideyalar ortaya qoya bilir və yaradıcı düşünə bilir, bəziləri isə bunu etməkdə çətinlik çəkir? Cavab onların kreativ (yaradıcı) düşüncəsindən istifadə etmək qabiliyyəti ilə bağlıdır. Özünüzü yaradıcı insan kimi görüb görməməyinizdən asılı olmayaraq.

Yeniliyə, problemlərin həllinə və dəyişikliyə yeni bir baxışdan yanaşmağa imkan verən bir sıra faydalı bacarıq və metodları öyrənə bilərsiniz.

Kreativlik, yaradıcılıq yeni bir şey etmək bacarığıdır. Yaradıcılıq dedikdə, ağlımıza ilk gələn ondan ibarətdir ki, bu bir şəkil, ya da musiqi parçası ola bilər. Amma yaradıcı düşünmə bacarıqları mütləq şəkildə sənət adamları və musiqiçilər kimi “yaradici insanlara” aid bir şey deyil. Kreativlik məsələn, sadə bir fikir də ola bilər. Zaman-zaman kreativ, yaradıcı düşünmə tərzindən yalnız adını çəkdiyimiz şəxslər deyil, hər kəs faydalana bilər. Yəni, yalnız yaradıcı peşə insanları üçün tələb olunmur – müxtəlif gündəlik vəzifələri həll etmək üçün kretivlik uğurla tətbiq oluna bilər. Məsələn, bir mühasib üçün yaradıcı düşünmək bacarığı şirkət üçün çox pul qənaət etməyə, menecer üçün daha çox mal və xidmət satmağa kömək edəcəkdir.

Kreativlik ənənəvi və ya qəbul olunmuş düşüncə tərzlərindən uzaqlaşaraq yeni bir şey yaratmaq bacarığıdır. Kreativ düşüncə fərqli düşünmək bacarığıdır: bir problemi və ya bir məsələni yeni bir baxışdan və ya perspektivdən görmək qabiliyyətidir. Kreativ düşüncə hər şeyə fərqli baxmaq və problemlərin həllinin yeni yollarını tapmaq qabiliyyətidir.

Kreativlik yeni vərdişlərə yiyələnməyə kömək edən, yeni şeylər kəşf etməyinizi, dünyanı və özümüzü daha aydın va maraqlı görməyinizə kömək edən bir prosesdir.

Kreativlik həm də problemlərinizi həll etməyə, daha sağlam münasibətlər, daha uğurlu bir iş hayatı qurmağa va daha xoşbəxt bir hayat yaşamağa kömək edir.

Kreativlik təsəvvürdə formalaşan yeni fikirləri reallığa çevirməkdir. Bu, dünyanı yeni baxış bucaqları ilə qavramaq, zahirən əlaqəsi olmayan hadisələr arasında əlaqə qurmaq, həll yolları yaratmaq qabiliyyəti kimi xarakterize olunur. Kreativlik iki prosesi əhatə edir: düşünmək, sonra düşüncəni həyata keçirmək.

Göründüyü ki, kreativlik konsepsiyasına həm ətrafdakı problemləri həll etmək bacarıği, həm də ətraf mühitdən, obyektlərdən və şərtlərdən qeyri-adi bir şəkildə istifadə edərək hədəflərə çatmaq, çətin veziyyətlərdən çıxış yolu tapmaq bacarığı daxildir. Beləliklə, kreativlik tez-tez yeni bir həll yolu tapmağa və ya problemin mütləq həllinə ehtiyac olmadığını görməyə imkan verir. Kreativ düşüncənin köməyi ilə yeni fikirlər yarada, öyrəşdiyimizdən fərqli davrana və çətin vəziyyətlərdən çıxış yollarını tapa bilərik.

Yaradıci düşünməyə həmişə ehtiyac yaranır, çünki beynimiz təbii olaraq müəyyən "qısa həll yolları" tapmağa meyllidir. Bir məlumat əldə etdikdən sonra yenidən istifadə etməyə cəhd edirik: beləcə öyrənirik.Beyin funksiyasına gəldikdə, yalnız sağ yarımkürenin yaradıcılıqdan məsul olduğuna inanılır, amma bu bela deyil. Yaradıcı düşüncə beynin tək bir sahəsini deyil, bir çox sahəsini əhatə edir. Yeni bir şey düşündüyümüzdə. bildiyimiz şeyləri - sözləri, rəqəmləri, siyahıları, məlumatları istifadə etmək üçün sol yarımkürəyə üz tuturuq. Sonra tanış olduğumuz məlumatlara əsasən yeni bir şey tapmaq üçün sağ yarımkürəni birləşdiririk.Kreativ düşünceli işçilər çox yüksək qiymətləndirilir. Bir mütəxəssisin yalnız bir fikir ortaya qoyması deyil, həm də həyata keçirə bilməsi vacibdir. Eyni zamanda, qeyri-standart həller konkret işməqsədləri yönəlməlidir. Kreativ düşüncə, işçivə hər hansı bir probleme tez bir zamanda cavab vrməyə və çətin vəziyyətdən çıxmağın geyri-standart yollarını tapmağa kömək edir. Her il bu bacarıq getdikcə daha çox tələb olunur.



Yüklə 24,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin