Quranda Nəsih və Mənsuh



Yüklə 35,44 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü35,44 Kb.
#45671
növüYazı
  1   2   3   4   5
quranda nəsh və mənsuh


Quranda Nəsih və Mənsuh
Nəsh etmək - sözünün mənası çoxaltmaq deməkdi, məsələn yazılı bir şey kopyalamaq.Amma başqa mənası da vardı.Nəsih bir ayənin yerinə başqa bir ayəni keçirməkdi.Yəni bir ayənin hökmünü başqa bir hökmlə dəyişdirməkdi.Nəsh etmək halalı harama, haramı da halala çevirməkdi.Yəni bir ayənin hökmünü tərsinə çevirməkdi, onu başqa bir hökmlə dəyişdirməkdi.Nəsh etmək – yəni dəyişdirmək, çıxartmaq, hökmünü ləğv etmək, geri döndərmək, tərsinə çevirmək deməkdi.Qısası, nəsh etmək, bir ayənin – başqa bir ayəni batil etməsidir.Nəsih və mənsuh haqda Quranın bir neçə yerində birbaşa yazılıb:
Bəqərə 106 Hər hansı bir ayəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik).
Nəhl 101
Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
Rəd 39
Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır.
Həcc 52

Lakin Allah şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir..


Bəs Quranda nə qədər nəsih ayə var.Əbulcafər Əl-Nəhas, nəsih və mənsuh haqda kitab yazan bir çox yazıçılardan birdir. O hesablamış və Quranda 71 surə tapmışdı.Qurandakı surələrin də cəmi 114 –dü.Bu iki rəqəmi də vuranda 100/ 62,28 eliyir.
Nəsih və mənsuh haqda yazan müsəlman alimləri bunu 3 yerə ayırırlar:
Mətni həsh edilən, hökmü baki qalanlar.
Hökmü nəsh edilən, mətni baki qalanlar.
Və həm hökmü, həm də mətni nəsh edilənlər.
Mətni nəsh edilən demək, yəni ayələr Qurandan çıxarılmış deməkdi, amma ayənin hökmü hələ bakidi, yəni hökmü geçərlidir.Məsələn daşlama ayəsi, yəni zina edənlərin rəcmi.Məhəmmədin zamanında bu Quranda yazılı bir ayəymiş, sonra çıxarılmış, yəni nəsh edilmiş, artıq Quranda yoxdu, çünki xəlifə Osman
Imam musafa bu ayəni qoydurmamışdı.Ancaq zina edənləri bu gün hələ də daşlayırlar.S.Ərəbistanında bu qanundu.Bəs Quranın harasında bu yaılıb? Heç bir yerində yoxdu, çümki mətni çoxdan nəsh edilmiş, hökmü isə bakidi, yəni keçərlidir.Ümumiyyətlə belə nəsh edilmiş ayələr çoxdu.
İkici cür ayələr isə hökmləri nəsh edilən, mətnləri isə baki qalanlardı.Yəni ayələr hələ Quranda var, amma hökmləri keçərli deyil.Belə ayələrin Qurandakı sayı tam 550 ayədir... Amma hökmləri yerinə yetirilmir, çünki nəsh edilmiş.Məsələn: Sülh mesajlı ayələr.İslam peyğəmbəri Məkkədəykən daim sülhdən danışırdı:”Zülm edənlərdən başqa Kitab Əhlilə ən gözəl şəkildə danışın, onlara deyin ki, sizin Tanrınız da, bizim Tanrımız da birdi”.Belə ayələr çoxdu.Qurandakı tam 124 ayənin mənası eynidir, SÜLH! Amma bir ayə var ki, bu ayələrin hamısını nəsh edir ki,bu da “qılınc” ayəsidir.Bu ayə Tövbə surəsinin 5-ayəsidir, bənzər bir ayə də həmin surənin 29 ayəsidi.Tövbə surəsinin 5-ci ayəsində deyilr ki, “Müşrikləri gördüyünüz yerdə öldürün”...yəni harda qarşınıza çıxsa öldürün...Tövbə surəsinin 29-cu ayəsində isə deyilir ki;
“(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Peyğəmbərininharam buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun”...
O zaman sizin dininiz sizə, bizim dinimiz bizə deyən ayə hanı? Demişdi axı Kitab Əhlilə ən gözəl şəkildə danışın? Belə ki həmin “qılınc” ayəsi həmin 124 sülh mesaylı ayələri nəsh etdi, yəni onların hökmü ləqv edildi...Bəziləri deyə bilər ki, bəlkə həmin 124 sülh ayəsi həmin qılıc ayəsini ləğv edib? Amma belə mümkün deyil, çünki Tövbə surəsi Quranın nazil olan ən son surəsidir.Quranda bir qanun var, sonradan gələn ayələr, bir öncəkiləri nəsh edər.Həm də bunu deyən mən deyiləm, “Nəsih və Mənsuh” haqda yazan İslam alimləridir.
Sıra gəldi üçüncülərə;yəni həm mətni. Həm də hökmü nəsh edilən ayələrə.Yəni Qurandan bütünlüklə çıxarılanlar.Cəmaləddin Cüzinin Qurandakı mənsuh ayələri ilə bağlı bir kitabı var, səhifə 33-də deyir ki;”Səhabələrdən biri gecənin bir vaxtı oyanmış, və gündüz peyğəmbərin ona oxuduğu ayəni xatırlamağa çalışmış, lakin tək xatırladığı şey bismillahir-rahmanir-rəhimmiş.Özünə əsəbləşmiş, və səhər duran kimi peyğəmbərin yanına getmişdi.Orada bir kütlə görmüş, soruşmuş ki, nə üçün bura yığılmısınız, demişlər ki, dünən rəsulallahın söylədiyi ayəni soruşacaqdıq, unutmuşuq.Səhabə eyni şey mənim də başıma gəlib, mən də onun soruşmağa gəlmişəm deyir.Peyğəmbərdən soruşaq demişlər və soruşmuşlar.Kitabda deyilənə görə peyğəmbər cavab vermədən 1 saat düşünmüş, o da ayəni xatırlamağa çalışmışdı. Və sonda cavab vermişdi ki, Allah o ayəni dünən nəsh etmiş.Buna görə də hamısının zehnindən silinmiş”...Yəni Qurandakı nəshin mənası budur.Quranın da dediyinə görə “Biz bir ayəni unutdurarıqsa, ondan daha yaxşısın gətirərik.

Həzrəti Aişə Əhzab surəsi haqda demişdi ki, peyğəmbər onlara surəni nəql edəndə tam 200 ayə varmış, amma Osmanın müsafında sadəcə 73 ayə qalmışdı...Bəs o qədər ayə hara getmiş? Artıq yoxdu, yəni nəsh edilmiş, həm hökmü, həm də mətni...


Cəmaləddin ibn Əl-Cüzinin “Nəsih Əl-İslam”, Əbul Cafər Nəhasın“Nəsih və Mənsuh”adlı kitablarında deyilir ki, Ömər ibn Əl-Xəttab demişdi ki, Quranın böyük bir hissəsi yox olmuşdu.Eyni rəvayət Suutnin “Əl itkanti ülumiil Quranın” 56 –cı səhifəsində yazılmışdır.
Bəs nəsih və mənsuh Quranın əsrarəngiz gözəlliyinə kölgə salırmı? Əlbəttə ki, bir müsəlman deyə bilər ki, həmin nəsh edilmiş ayələrin Quranda olması, və ya olmamasının heç bir önəmi yoxdu, Allahın hökmü belədir, Allahın işidir bu.Amma ağlının işə salan və düşünən insan heç vaxt belə deməz.İnsanın nəyəsə kor-koranə inanması cahillikdir.

Büruc surəsinin 21-ci, və 22-ci ayələrdə deyilir ki:


21 Bu kitab sehr və əfsanə deyildir, əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.

22 O, yalan, təhrif, şeytan və cinlərdən qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.


Bu ayələri oxuyan zaman bir neçə sual yaranır.Deməli Qurana görə bu kitab əzəli qorunmuş bir lövhədədir.
1) Qorunmuş əzəlibir lövhədə olan kitab necə dəyişdirilə bilər?
2) Qorunmuş lövhədə dəmi var nəsih və mənsuh ayələr?
3) Yoxsa təkcə nəsihlər, və ya təcə mənsuh ayələrdən təşkil olunub əzəli Lövhə?
Hicr surəsi 9 “Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq”
Bəs qorunma hardadır? Hökmü baki qalan bir ayənin mətni necə nəsh edilə bilər? Və yamətni olan bir ayənin hökmü necə nəsh oluna bilər? Və ya ikisi də necə nəsh edilə bilər? Bu Quranda böyük ziddiyət deyilmi?
Bəzi müsəlmanlar xristianlara deyir ki, sizdə də İsa Məsih gəldi və Köhnə Əhdi nəsh etdi.Lakin bu yalnız düşüncədi, İsa Məsih dedi ki;”Mən ortadan qaldırmağa deyil, tamamlamağa gəldim”. Sizə bir məsəllə sual verim, deyək ki, Köhnə Əhd (Yəhudilik) orta məktəbdi, Yeni Əhd (Xristianlıq) universitetdi, orta məktəbi qurtarıb universitetə daxil olana deyərlər ki, orta məktəbdə oxuduqlarını unut?
Tövrat 40 ilə yazıldı, amma Rəbb bir ayəni və ya qanunu belə ləğv etmədi, İncil 50 ilə yazldı, amma Rəbb bir qanununu belə nəsh etmədi.Gələcəyi bilən Allah heç vaxt ayə göndərib onu sonra aradan götürməz.Gələcəyi bilməyən insandı, və nəsh etmək ancaq insana yaraşar, Allaha deyil!

Başqa bir Quran ayəsini xatırlayaq, Nisa surəsinin 82-ci ayəsində deyilir ki:

“... Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar”

Quranın düz 100/62,28-i nəsih və mənsuhdan ibarətdir.


BU BÖYÜK ZİDDİYYƏT DEYİLMİ?
Quranda Nəsih və Mənsuh

 

Nəsh etmək - sözünün mənası çoxaltmaq deməkdi, məsələn yazılı bir şey kopyalamaq.Amma başqa mənası da vardı.Nəsih bir ayənin yerinə başqa bir ayəni keçirməkdi.Yəni bir ayənin hökmünü başqa bir hökmlə dəyişdirməkdi.Nəsh etmək halalı harama, haramı da halala çevirməkdi.Yəni bir ayənin hökmünü tərsinə çevirməkdi, onu başqa bir hökmlə dəyişdirməkdi.Nəsh etmək – yəni dəyişdirmək, çıxartmaq, hökmünü ləğv etmək, geri döndərmək, tərsinə çevirmək deməkdi.Qısası, nəsh etmək, bir ayənin – başqa bir ayəni batil etməsidir.Nəsih və mənsuh haqda Quranın bir neçə yerində birbaşa yazılıb:



Bəqərə 106 Hər hansı bir ayəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Qur’an ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik).

 


Yüklə 35,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin