R. T. ƏLİyev, M.Ə. Abbasov


 Tolerantlıq indeksinə görə arpa nümunələrinin



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix04.05.2017
ölçüsü65,28 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
3.4. Tolerantlıq indeksinə görə arpa nümunələrinin 
qruplaşdırılması 
 
Qeyd  edildiyi  kimi  nümunələrin  quraqlığa  və  duza  da-
vamlılığını  təyin  etmək  üçün  həm  də  birbaşa  tarla  metodun-
dan  istifadə  edilmişdir.  Belə  ki,  tədqiqat  materialının  quraq-
lığa davamlılığını müəyyən etmək üçün bütün nümunələr eyni 
səpin  üsulu  və  səpin  norması  ilə  Azərbaycan  Elmi  Tədqiqat 
Əkinçilik  İnstitutunun  Cəlilabad  təcrübə  stansiyasının  dəymə 
torpaqlarında  və  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  Ab-
şeron  təcrübə  bazasının  suvarılan  sahəsində  səpilmişdir.  Nü-
munələrin  hamısı  eyni  aqrotexniki  qaydalarla  becərilmiş  və 
eyni qayda ilə yığılaraq məhsuldarlıq elemenlərinə görə analiz 
edilmişdir.  
Məlumdur ki, məhsuldarlığa birbaşa və başlıca təsir edən 
məhsuldarlıq  elementlərindən  biri  də  sünbüldə  dənin  kütləsi 
hesab edilir. Bunu nəzərə alaraq, nümunələrin quraqlığa tole-
rantlıq  indeksi  bu  əlamət  üzrə  Fernandesin  təklif  etdiyi  for-
mula əsasında hesablamışdır (Cədvəl 3.1). 
Cədvəldəki rəqəmlərdən göründüyü kimi, bütün nümunə-
lərdə tolerantlıq  indeksi  yüksək olmuşdur. Bu, arpa bitkisinin 
quraqlığa  davamlılığı  və  Cəlilabad  ərazisinin  çox  da  quraq 
olmaması  ilə  əsaslandırıla  bilər.  Alınan  nəticələr  əsasında 
dendroqramma  tərtib  edilmiş  və  nümunələr  bir-biri  ilə  mü-
qayisə edilərək qruplaşdırılmışdır (Şəkil 3.1).    
 

 
137 
  
                         Cədvəl 3.1 
 
Quraqlığa tolerantlıq indeksi   
 
№ 
Nümunənin 
adı 
Dənin 
kütləsi 
(Abşeron) 
Dənin 
kütləsi 
(Cəlilabad) 
Quraqlığa 
toelrantlıq 
indeksi 

Hüseyn 1 
1,44 
1,36 
0.08 

Arpa 47 
1,32 
1,09 
0.23 

Nutans 67-91 
0,98 
1,14 
-0.16 

Nutans 303 
0,87 
1,9 
-1.03 

Arpa 77 
1,18 
1,68 
-0.5 

Nutans 118/21 
1,71 
1,16 
0.55 

Arpa 43 
1,54 
1,28 
0.26 

Cəlilabad 19 
0,9 
1,26 
-0.36 

Nutans 86/35-18 
1,3 
1,1 
0.2 
10 
Nutans 80/32-21 
1,24 
1,03 
0.21 
11 
Nutans 28/92 
1,35 
1,08 
0.27 
12 
Nutans 57/9 
1,04 
1,18 
-0.14 
13 
Nutans 124/32 
1,26 
1,03 
0.23 
14 
Arpa 59 
1,44 
1,12 
0.32 
15 
6 №-li Seçmə 
1,29 

0.29 
16 
Nutans 80/34-14  
1,41 
1,12 
0,79 
17 
84 №-li Seçmə 
3,14 
2,56 
0.58 
18 
Palidum 69-91 
2,4 
1,92 
0.48 
19 
Arpa 75 
2,27 
2,15 
0.12 
20 
Arpa 78 
3,42 
3,25 
0.17 
21 
Arpa 32 
2,77 
2,52 
0.25 
22 
78 №-li Cəbrayıl 
3,34 
2,57 
0.77 
23 
76 №-li Seçmə 
2,96 
2,4 
0.56 
24 
N 79/1-2 
3,45 
3,24 
0,94 
25 
Arpa 31 
4,22 
3,26 
0,96 
26 
Arpa 29 
3,05 
2,06 
0,67 
27 
Arpa 39 
3,13 
2,36 
0.77 
28 
Arpa 30 
2,95 
2,55 
0.4 
 

 138 
Cədvəl 3.1-in davamı 
 
№ 
Nümunənin 
adı 
Dənin 
kütləsi 
(Abşeron) 
Dənin kütləsi 
(Cəlilabad) 
Quraqlığa 
toelrantlıq 
indeksi 
29 
55 №-li Seçmə 
2,47 
3,04 
-0.57 
30 
Arpa 44 
3,62 
2,8 
0.82 
31 
Arpa 81 
2,1 
1,52 
0.58 
32 
Arpa 84 
2,9 
1,9 
1.0 
33 
Naxçıvan dəni  
3,42 
2,16 
1.26 
34 
Arpa 40 
1,9 
1,6 
0.3 
 
Quraqlığa  tolerantlıq  indeksinə  görə  alınan  dendroqram-
da  nümunələr  üç  əsas  qrupda  birləşmişdir.  Aşağıdan  birinci 
qrupda  birləşən  nümunələrin  hamısında  tolerantlıq  indeksi 
mənfi  olmuşdur.  Bu  nümunələrdə  quraqlığın  təsirindən  sün-
büldə olan dənin kütləsində heç bir azalma müşahidə olunma-
mış,  əksinə  cüzi  artım  qeydə  alınmışdır.  Alınan  nəticələr 
əsasında biz bu nümunələri quraqlığa  yüksək davamlı nümu-
nələr kimi qiymətləndirmişik. 
Demək  olar  ki,  nümunələrin  böyük  əksəriyyəti  üçüncü 
klasterdə  cəmlənmişdir.  Bu  nümunələrin  bəzilərində  quraq-
lığın təsirindən azalma az və ya orta dərəcədə olmuşdur. Qeyd 
edilən  nümunələr  tərəfimizdən  quraqlığa  orta  davamlı  nümu-
nələr kimi qiymətləndirilmişdir. Ikinci klasterdə qruplaşan nü-
munələrdə  isə  tamam  fərqli  qiymətlər  müşahidə  edilir.  Belə 
ki, bu qrupda olan 6 nümunənin hamısında tolerantlıq indeksi 
yüksək olmuşdur  və bu da onu  göstərir  ki, quraqlığın  təsirin-
dən bu nümunələrdə dənin kütləsi digər nümunələrlə müqayi-
sədə daha çox azalmışdır.    
 
 

 
139 
 
 
Şəkil 3.1 Quraqlığa tolerantlıq indeksinə görə nümunələrin  
qruplaşdırılması 
 
Quraqlığa  davamlılıqda  olduğu  kimi,  arpa  nümunə-
lərinin  duza  davamlılığı  da  laboratoriya  analizləri  ilə  ya-
naşı  tarla  şəraitində  də  tədqiq  olunmuşdur.  Duza  davam-

 140 
lılığın  qiymətləndirilməsində  də  əsas  əlamət  kimi  sün-
büldə  olan  dənin  kütləsi  götürülmüşdür.  Tolerantlıq  in-
deksi  quraqlığa  davamlılığın  qiymətləndirilməsində  oldu-
ğu  kimi  qiymətləndirilmişdir.  Cədvəl  3.2.-dən  göründüyü 
kimi,  duzun  təsirindən  sünbüldə  olan  dənin  kütləsində  ən 
çox  azalma  Arpa  31  və  Arpa  44  nümunələrində  qeydə 
alınmışdır.  Belə  ki,  Arpa  31  nümunəsində  duzun  təsirin-
dən  sünbüldə  olan  dənin  kütləsi  60%,  Arpa  44  nümunə-
sində  isə  66%  azalma  müşahidə  olunmuşdur. Ən  kiçik  to-
lerantlıq  indeksi  isə  Nutans  303  (0.07)  və  Nutans  118-21 
(0.09)  nümunələrində  qeyd  edilmişdir.  Nümunələrin  tole-
rantlıq  indeksinə  görə  qruplaşdırılması  yenə  də  SPSS 
proqramı  ilə  klaster  analiz  üsulu  ilə  yerinə  yetirilmişdir 
(Şəkil 3.2).  
Bu  dendroqramda  da  3  əsas  klaster  əmələ  gəlmişdir. 
Belə  ki,  aşağıdan  birinci  klasterdə  cəmi  iki  nümunələ 
birləşmişdir ki, onların da tolerantlıq in deksləri ən  yüksək 
həddədir. Bu iki nümunə (Arpa 31 və Arpa 44) bizim təc-
rübələrdə  duza  ən  həssas  nümunələr  kimi  qiymətlən-
dirilmişdir.  İkinci  klasterdə  isə  6  nümunə  (Arpa  29,Arpa 
30,  Arpa  39,  78N-li,  Palidum  69-91  və  76  N-li  seçmə) 
qruplaşmışdır.  Bu  nümunələrdə  tolerantlıq  indeksi  1.34-
1.76  arasında  dəyişmişdir.  Bu  nümunələrdə  də  duzun 
təsirindən  sünbüldə  olan  dənin  kütləsində  azalma  30-50% 
olmuşdur  və  tərəfimizdən  qeyd  olunan  nümunələr  həssas 
kimi  qiymətləndirilir.  3-cü  əsas  klaster  isə  iki  subklas-
terdən  ibarətdir.  Birinci  subklasterdə  birləşən  nümunələr 
orta  davamlı,  ikinci  subklasterdə  birləşən  20  nümunə  isə 
duza davamlı nümunələr kimi qiymətləndirilə bilər. 
     

 
141 
Cədvəl 3.2 
Duza tolerantlıq indeksi 
№ 
Nümunənin adı 
Dənin 
kütləsi 
(Abşeron) 
Dənin 
kütləsi 
(Ucar) 
Quraqlığa 
toelrantlıq 
indeksi 

Hüseyn 1 
1,44 
0,93 
0.51 

Arpa 47 
1,32 
0,87 
0.45 

Nutans 67-91 
0,98 
0,78 
0.2 

Nutans 303 
0,87 
0,8 
0.07 

Arpa 77 
1,18 
0,87 
0.31 

Nutans 118/21 
1,71 
1,62 
0.09 

Arpa 43 
1,54 
1,28 
0.26 

Cəlilabad 19 
0,9 
0,78 
0.12 

Nutans 86/35-18 
1,3 
1,1 
0.2 
10  Nutans 80/32-21 
1,24 
0,83 
0.41 
11  Nutans 28/92 
1,35 
0,94 
0.41 
12  Nutans 57/9 
1,04 
0,44 
0.6 
13  Nutans 124/32 
1,26 
0,76 
0.5 
14  Arpa 59 
1,44 
1,01 
0.43 
15  6 №-li Seçmə 
1,29 
1,05 
0.24 
16  Nutans 80/34-14 
1,11 
0,93 
0.18 
17  84 №-li Seçmə 
3,14 
2,05 
1.09 
18  Palidum 69-91 
2,4 
1,16 
1.24 
19  Arpa 75 
2,27 
1,8 
0.47 
20  Arpa 78 
3,42 
3,1 
0.32 
21  Arpa 32 
2,77 
2,34 
0.43 
22  78 №-li Cəbrayıl 
3,34 

1.34 
23  76 №-li Seçmə 
2,96 
1,2 
1.76 
24  N 79/1-2 
3,15 
2,4 
0.75 
25  Arpa 31 
4,22 
1,68 
2.54 
26  Arpa 29 
3,05 
1,64 
1.41 
27  Arpa 39 
3,13 
1,68 
1.45 
28  Arpa 30 
2,95 
1,55 
1.4 
29  55 №-li Seçmə 
2,47 
2,14 
0.33 
30  Arpa 44 
3,62 
1,2 
2.42 
31  Arpa 81 
2,1 
1,4 
0.7 
32  Arpa 84 
2,9 
2,15 
0.75 
33  Naxçıvan dəni 
3,42 
2,47 
0.95 
34  Arpa 40 
1,9 
1,55 
0.35 

 142 
 
Şəkil 3.2. Duza tolerantlıq indeksinə görə nümunələrin 
qruplaşdırılması 
 
3.5. Diploid və tetraploid buğda növ və növmüxtəlif- 
  liklərinin suvarılan və dəmyə şəraitində məhsuldarlıq 
elementlərinin müqayisəli təhlili 
 
Diploid və tetraploid buğda növ, növmüxtəlifliyi və bərk 
buğda (T.durum Desf.) növünə aid sortların quraqlığa və duz-
luluğa  davamlılığını  tarla  şəraitində  öyrənilməsi  üçün  nümu-

 
143 
nələr  üç  şəraitdə  becərimişdir.  Normal  şərait  kimi  Genetik 
Ehtiyatlar İnstitutunun Abşeron təcrübə bazası götürülmüşdür. 
Bu bazada bitkilər suvarma əkinçiliyi şəraitində becərilir. Nü-
munələr  vaxtında  suvarılmış,  fenoloji  müşahidələr  aparılmış, 
məhsul metodikaya uyğun şəkildə toplanılmış və onların üzə-
rində  8  məhsuldarlıq  elementinə  görə  struktur  analiz  aparıl-
mışdır.  Alınan  nəticələr  aşağıdakı  cədvəl  və  diaqramlarda  öz 
əksini tapmışdır. 
Quraqlıq  bölgə  kimi  Azərbaycan  Elmi  Tədqiqat  Əkin-
çilik  İstitutunun  Cəlilabad  Təcrübə  Təsərrüfat  Stansiyasının 
ərazisi seçilmişdir. Bu bölgənin iqlimi əsasən quraq və ya yarı 
quraq  hesab  edilir.  Nümunələr  normal  şəraitdə  olduğu  kimi 
səpilmiş  və üzərində fenoloji  müşahidələr  aparılmışdır. Məh-
sul  eyni  qayda  ilə  toplanılmış  və  bitkinin  boyu,  məhsuldar 
gövdələrin  sayı,  sünbülün uzunluğu, sünbülün çəkisi,  sünbül-
cüklərin  sayı,  bir  sünbüldə  olan  dənin  çəkisi,  dənin  sayı  və 
1000 dənin kütləsinə görə struktur analizlər edimişdir. Alınan 
nəticələr  normal  şəraitlə  bir  yerdə  statistik  analiz  edilmiş  və 
əhəmiyyətli dəyişiklik baş vermiş əlamətlər seçilmişdir. 1981-
ci  ildə  Rozile  və  Hambilin  tərəfindən  verilmiş  stresə  tole-
rantlıq indeksi tapılmış və nümunələr quraqlığa davamlılığına 
görə  sinifləşdirilmişdir.  Nəticələr  diaqramlarla  aydın  təsvir 
edilmişdir. 
Suvarılan  şəraitdə  becərilmiş  buğda  növ  və  növmüxtə-
liflikləri  içərisində  ən  qısa  boy  T.persicum,  ən  uca  boy  isə 
T.turgidum  v.  dreishianum  da  müşahidə  edilmişdir.  T.mono-
coccum, T.dicoccoides, T.polonicum  isə orta boylu buğdalara 
aid  edilə  bilər.  Bu  nümunələrdə  bitkinin  boyu  103-104  sm-ə 
bərabər olmuşdur. Məhsuldar gövdələrin sayına görə T.mono-
coccum (4.8), sünbülün uzunluğuna görə isə T.persicum (11.9 
sm)  fərqlənmişdir.  T.turgidum  tədqiq  etdiyimiz  4  növmüxtə-

 144 
lifliyinin hamısında bir sünbülün çəkisi ən yüksək – 3.73-4.53 
q  arasında  olmuşdur.  Bu  növmüxtəliflikləri  sünbülcüklərin 
sayı, sünbüldə olan dənin  sayı  və kütləsinə  görə də öyrənilən 
buğda  nümunələri  içərisində  ən  yüksək  göstəriciyə  malikdir. 
Əsas  məhsuldarlıq elementlərindən  sayılan  sünbüldə olan də-
nin  sayı  T.  Turgidum  növünün  növmüxtəlifliklərində  45.1-
55.7  arasında  dəyişilir.  Bu  göstərici  ən  az  T.  Boeoticum-da 
müşahidə  edilmişdir  (19  q).  1000  dənin  kütləsinə  görə  də  T. 
Boeoticum  ən  aşağı  göstəriciyə  (15.5  q)  malik  olmuş,  T.  Po-
lonicum  isə  bu  göstəriciyə  görə  ən  yüksək  olmuşdur.  T.  Tur-
gidum  növünün  növmüxtəlifliklərində  də  1000  dənin  kütləsi 
yüksəkdir (50.7-56.9 q). 
Cəlilabad  rayonunun  dəmyə  şəraitində  səpilmiş  buğda 
növ  və  növmüxtəlifliklərinin  məhsuldarlıq  elementlərinin 
analizi  göstərir  ki,  quraqlıq  şəraiti  bütün  bitkilərin  boyuna 
eyni  cür  təsir  göstərməmişdir.  Quraqlıq  T.  Turgidum  v. 
salomonis   T. Dicoccum v. farrum-un boyunun bir qədər 
artmasına  səbəb  olmuşdursa,  yabanı  təkdənli  və  cütdənli 
buğdaların  və  həmçinin  T.  Polonicum    T.  Boeoticum-un 
boyunda  ciddi  dəyişmələr  müşahidə  edilməmiş,  quraqlıq 
daha çox məhsuldar gövdələrin sayının dəyişilməsinə səbəb 
olmuşdur.  T.  Turgidum  v.  lusitanicum  və  T.  Dicoccum  v. 
farrum-un  məhsuldar  gövdələrinin  sayı  quraqlığın  təsirin-
dən  müvafiq  olaraq  0.85  və  0.50  qədər  azalmış,  digər 
buğdalarda  isə  quraqlığın  təsirindən  məhsuldar  gövdələrin 
sayının 0.05-0.90 qədər artması qeyd edilmişdir.  
Quraqlığın  təsirindən,  öyrənilən  bütün  buğda  növ  və 
növmüxtəlifliklərində bir sünbülün çəkisi  və sünbüldə olan 
dənin  kütləsi  az  və  ya  çox  dərəcədə  azalmışdır  ki,  bu  da 
ümumi  məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olan  əsas 
amillərdən  biridir.  Bu  göstəricilərə  görə  azalma  T.  Tur-

 
145 
gidum v. dreishianum  T. Turgidum v. salomonis-də daha 
çox  olduğu  halda,  yabanı  və  mədəni  təkdənli  və  cütdən-
lilərdə,  həmçinin  T.  Polonicum    T.  Persicum  da  nəzərə 
çarpacaq  dərəcədə  olmamışdır.  Quraqlığın  təsiri  əsas 
məhsuldarlıq  göstəricilərindən  olan  1000  dənin  kütləsinin 
azalmasında da özünü göstərmişdir. Belə ki, bu göstəriciyə 
görə  quraqlıqdan  ən  çox  ziyan  görmüş  buğda  nümunələ-
rindən T. Dicoccum v. rufum, T. Turgidum v. dreishianum, 
T.  Turgidum  v.  lusitanicum-u  göstərmək  olar  ki,  bu  nü-
munələrdə  quraqlığın  təsirindən  1000  dənin  kütləsi  5.8-6.4 q 
azalmışdır.  Quraqlığın  təsirindən  sünbülün  çəkisi  və  bir 
sünbüldə  olan  dənin  kütləsində  baş  vermiş  dəyişmələrə 
görə dendroqram tərtib edilmişdir (Şəkil 3.3). Dendroqram-
dan  göründüyü  kimi,  T.monococcum,  T.dicoccum  v.  farrum, 
T.persicum,  T.dicoccoides,  T.boeoticum,  T.polonicum,  T.tur-
gidum v. alboyadurum, T.dicoccum v. rufum  T.dicoccum 
v. atratum bir sinifdə birləşmişlər. Quraqlığın təsirindən bu 
nümunələrdə sünbülün çəkisi 0.00-0.18 q, bir sünbüldə olan 
dənin çəkisi isə -0.24-0.16q intervalında azalmışdır. Dəyiş-
mələri  nəzərə alaraq, bu  qrupda  birləşən  nümunələr quraq-
lığa  davamlı  nümunələr  kimi  qiymətləndirilmişdir.  Digər 
qrupda  isə  T.turgidum  v.  dreishianum,  T.turqidum  v.  salo-
monis və T.turgidum v. lusitanicum birləşmişlər. T.turgidum 
növünə  aid  olan  bu  3  növmüxtəlifliyində  quraqlığın  təsi-
rindən sünbülün çəkisi 0.85-1.39 q, bir sünbüldə olan dənin 
çəkisi  isə  0.31-0.74  q  azalmışdır.  Bu  dəyişmələrə  görə  isə 
T.turgidum  növünün  növmüxtəliflikləri  quraqlığa  orta  da-
vamlı kimi qiymətləndirilir (Şəkil 3.3). 
 
 

 146 
 
Şəkil 3.3. Diploid və tetraploid buğda nümunələrinin   
            quraqlığa davamlılığa görə qruplaşması 
 
   
3.6.
 
Təsərrüfat əhəmiyyətli bərk buğda (T.durum Desf.) 
sortlarının tarla şəraitində quraqlıq və duzluluq  
stresinə davamlılığının öyrənilməsi 
 
Bərk  buğda  respublikamızda  buğda  sahələrinin  demək  olar 
ki, yarısından çoxunda becərilir. Bu növə aid olan sort və formalar 
yüksək  texnoloji  göstəricilərinə,  məhsuldarlığına,  xəstəlik  və 
zərərvericilərə  qarşı  daha  davamlı  olmalarına  görə  seçilirlər. 
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  bərk  buğda  qonur  pas  xəstə-
liyinə davamlılığa  görə  yumşaq buğdanı  xeyli üstələyir. Ənənəvi 
olaraq makaron məmulatlarının hazırlanması üçün bərk buğdadan 
alınmış  un  əsas  xammal  hesab  olunur.  Bərk  buğda  şüşəvari 
endospermə  və  yüksək  karatinoid piqmentlərinə  malik  olması  ilə 
də seçilir. Lakin bərk buğda növünə aid nümunələr stres amillərə, 

 
147 
xüsusən  də,  quraqlıq  və  duzluluğa  qarşı  yumşaq  buğdalara 
nisbətən  daha  davamsız  hesab  edilirlər.  Bunu  nəzərə  alaraq  biz 
bərk buğdaya aid müxtəlif mənşəli 41 buğda sortunun quraqlıq və 
duzluluğa davamlılığını tədqiq etməyi qarşımıza məqsəd qoyduq.  
 
 
3.6.1.
 
 Bərk buğda (T.durum Desf.) sort nümunələrinin   
     normal və quraqlıq şəraitində məhsuldarlıq  
    elementlrinə görə müqayisəli təhlili 
 
Alınan nəticələrdən  məlum olmuşdur  ki, normal  şəraitdə 
becərilmiş  bərk  buğda  sortlarının  boyunda  yüksək  variasiya 
mövcuddur.  Sortlar  arasında  həm  hündür  –  Qırmızı  buğda 
(149 sm), Muğan (133 sm), Ağ buğda (151 sm) , Elan (136), 
Zedan 3d 56 (132 sm) və Şərq (132 sm), həm alçaq – Mirvari 
(75  sm),  Bəxt  (78sm),  Jaxino  (77.5sm)  və  Yaqut  (83  sm)  və 
həm də orta boylu  – Karol (96.5sm), Aran dəni (96  sm), Gi-
orgio 302 (97.6 sm)  və s. nümunələrə rast  gəlinir. Məhsuldar 
gövdələrin  sayına  görə  Bərəkətli  95  (4.3),  Odesskaya  49.81 
(3.9) və Ray 91 (3.6) nümunələri,  sünbülün uzunluğuna  görə 
isə  Mürəkkəb  hibrid  (9.6  sm),  Cəfəri  (10.2)  və  Odesskaya 
49.81  (8.60)  fərqlənmişlər.  Kəhrəba,  Romeo,  Nəsimi  və  s. 
kimi nümunələr isə hər iki məhsuldarlıq elementinə görə aşağı 
göstəriciyə  malik  olmuşdur.  Tədqiq  etdiyimiz  sortlar  arasın-
dan  sünbülün  çəkisi  yüksək  olan  nümunələr  kimi  Ray  91 
(6.17 q), Cəfəri (5.43), Febo (5.30 q), Kəhrəba (5.44) Bərəkət 
(5.27)  sortları  seçilmişlər  ki,  bu  nümunələrdə  bir  sünbüldə 
olan  dənin  kütləsi  də  yüksək  olmuşdur.  Digər  nümunələrdə 
sünbülün  çəkisi  2.80-5.06q,  dənin  kütləsi  isə  2.30-3.90  q 
arasında  dəyişmişdir.  Öyrəndiyimiz  bərk  buğda  sortlarında  bir 
sünbüldə  olan  dənin  sayı  38.0-75.4  intervalında  dəyişmişdir  ki, 
onlardan da  ən  yüksək  saya  sahib olanı Kəhrəba (75.4) sortudur. 

 148 
Yüksək göstəricilər, həmçinin, Karol (64.6), Ray 91 (66.2), Cəfəri 
(62.0) sortlarında da qeyd olunmuşdur. 1000 dənin kütləsinə görə 
isə  Leukomelan,  Yerli  549,  Febo,  Bərəkət  sortları  qeyd  olan 
göstəricinin  yüksək  (64.0-70.1),  Aysberq  Odesskaya,  Jemçuk 
odesskaya,  Elan,  Kalvin  sortları  isə  (40.8-44.0)  aşağı  olması  ilə 
fərqlənmişlər.  
Öyrənilən nümunələrin normal və quraqlıq şəraitində verdiyi 
məhsuldarlıq  elementlərinə  əsaslanaraq  stresə  tolerantlıq  əmsalı 
hesablanmışdır (Cədvəl 3.3). Göründüyü kimi, bütün nümuələrin 
boyu quraqlığın təsirindən az və ya çox dərəcədə qısalmışdır. Belə 
ki, Qırmızı buğda (31.0 sm), Aysberq odesskaya (30.0 sm), Vezio 
(29.5 sm), Muğan (34.5  sm), Karol (30.3 sm), Romeo (27.1 sm) 
sortların da ən çox azalma qeyd edilmişdir. Leukomelan (2.5 sm), 
Mirvari (1.0 sm), Yaqut (1.8 sm) sortlarında isə cüzi azalma mü-
şahidə  edilmişdir.  Qalan  sortlarda  isə  azalma  5.5-27.0  sm  inter-
valında  baş  vermişdir.  Stresin  təsirindən  bitkinin  boyunun  azal-
ması müdafiə xarekteri daşıyır ki, bu zaman yaşıl kütlənin həcmi 
azalır  və  müvafiq  olaraq  transpirasiyanın  intensivliyi  də  aşağı 
düşür.  Məhsuldar  gövdələrin  sayı  isə  quraqlıqda  0.1-1.0  ədəd 
arasında  artmışdır.  Sünbülün  uzunluğuna  görə  də  bitkilər  quraq-
lıqda müxtəlif reaksiya göstərmişlər. Bəzi nümunələrdə sünbülün 
uzunluğu  qısalmışdır.  Belə  ki,  Qırmızı  buğda,  Odesskaya  49.8, 
Vezio,  Timiryazevskiy  karlik,  Karol,  Zaparoji  803  sortlarında 
sünbülün boyu 1.38-2.10 sm arasında azalmışdır. Yerdə qalan nü-
munələrdə isə artım və azalma əhəmiyyətli dərəcədə olmamışdır.  
Cədvəl  3.3-də  məhsuldarlığa  birbaşa  təsir  edən  məhsul-
darlıq elementlərinə görə tolerantlıq indeksləri verilmişdir. Məh-
suldarlıqda önəmli rol oynayan əsas gövdədəki sünbülün kütləsi 
ümumi  məhsuldarlığın  əsasını  təşkil  edir.  Bu  elementdə  baş 
verən dəyişiklik bir sünbüldə olan dənin çəkisinə, sayına və 1000 
dənin kütləsinə birbaşa təsir edir. Tədqiq etdiyimiz nümunələrdə 

 
149 
sünbülün  çəkisində baş  vermiş dəyişməyə  görə də fərqlilik  mü-
şahidə  edilmişdir.  Aysberq odesskaya  (1.03), Vezio (0.95),  Cə-
fəri (1.05), Timiryazevskiy  karlik  (1.31q), Mirvari  (1.01q),  Ray 
91  (1.15q),  Zaparoji  803  (1.16q),  Kəhrəba  (1.02q),  Moldoviya 
hibridi  (0.97q),  Xoranka  46  (0.77  q),  Persion  (0.83q),  Nəsimi 
(0.94q)  sortlarında  faiz  hesabı  ilə  kəskin  azalma  baş  vermişdir. 
Bir sünbüldə olan dənin çəkisi də xeyli azalmışdır. Bir sünbüldə 
olan  dənin  sayı  isə  bəzi  sortlarda  artmışdır.  Bunlardan  Febo 
(7.30), Qarabağ (5.60), Şirvan 3 (5.40), Yaqut (11.50), Zedan 3d 
56 (9.50) sortlarını göstərmək olar. 1000 dənin kütləsinə görə də 
yuxarıda adları çəkilmiş sortlar seçilmişlər. Tolerantlıq indeksinə 
görə aşağıdakı dendroqrama tərtib edilimişdir (Şəkil 3.4). 
Şəkil  3.4-dən  göründüyü  kimi,  tolerantlıq  əmsallarına  görə 
nümunələr əsasən 2 qrupda birləşmişlər. 1-ci qrupda Elan, Jem-
çuk odesskaya, Yerli 549, Kalvin, Giorgio 302, Bərəkət, Şirvan 
3,  Qırmızı  buğda,  Ağ  buğda,  Jaxino,  Xarkovskaya  46,  Yaqut, 
Bərəkətli 95, Arandəni, Febo, Leukomelan, Leukurum 79, Şərq, 
Xoranka, Muğan, Mürəkkəb hibrid, Şirvan, Qarabağ, Odesskaya 
49.81, Zedan 3d 56 sortları birləşmişlər. Bu nümunələrdə quraq-
lığın  təsirindən  sünbülün  çəkisi  2.24-20.0%,  bir  sünbüldə  olan 
dənin  çəkisi  1.0-12.0%,  1000  dənin  kütləsi  isə  2.0-20.0% 
arasında azalmışdır. Bəzi nümunələrdə isə 1000 dənin kütləsində 
cuzi artım müşahidə edilmişdir. Nəticələrin təhlilinə əsaslanaraq 
bu qrupda birləşən nümunələr quraqlığa davamlı hesab edilirlər. 
2-ci  qrupda  isə  Timiryazevskiy  karlik,  Romeo,  Karol, 
Vezio,  Moldoviya  hibridi,  Bəxt,  Mirvari,  Kəhrəba,  Aysberq 
Odesskaya, Cəfəri, Orzini, Nəsimi, Zaparoji 803, Xoranka 46, 
Persion  və  Ray  91  sortları  birləşmişlər.  Bu  nümunələrdə  isə 
sünbülün çəkisi 19.5-35.0%, dənin çəkisi isə 12.0-29.3 % ara-
sında azalmışdır. Metodikaya əsaslanaraq, bu qrupda birləşən 
nümunələr quraqlığa həssas sortlar kimi qiymətləndirilmişdir.  
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə