R. T. ƏLİyev, M.Ə. Abbasov



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix04.05.2017
ölçüsü65,28 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
 Cədvəl 4.2 
 
Quraqlıq və duzluluq streslərinin iki cərgəli Arpa 43 sortunun 
hüceyrə orqanoidlərində nuklein turşularının miqdarına təsiri 
(mitoxondri və xloroplastların 100q  
quru kütləsində, mq-la )                                             
  
 
Variant-
lar 
Xloroplast 
Mitoxondri 
RNT 
DNT 
RNT/ 
DNT 
RNT 
DNT 
RNT/ 
DNT 
Nəzarət 
3222±68 
240,7±31 
13,38 
3212±48 
389,7±27 
8,24 
PEQ 
4698±110 
287,2±26 
16,36 
3754±96 
317±18 
11,80 
NaCl 
5796±76 
321,0±18 
18,06 
3238±114 
322,2±11 
10,05 
 
Lakin  stres  amillərin  təsirindən  mitoxondrilərdə  baş 
verən dəyişmələr bir qədər fərqli olmuşdur. Belə  ki, quraqlıq 
stresi  bu  sortun  mitoxondrilərində  RNT  miqdarını  17% 
artırdığı  halda,  DNT-nin  miqdarına  mənfi  təsir  göstərmiş  və 
onun 19% azalmasına səbəb olmuşdur. Duzluluq  stresinin tə-
siri  zamanı da bənzər nəticələr əldə edilmişdir. Bu stresin tə-
sirindən  RNT-nin  miqdarında  ciddi  dəyişmələr  baş  verməsə 
də,  DNT-nin  miqdarı  17%  azalmışdır.  Göründüyü  kimi,  bu 
sortun xloroplast genetik sistemi mitoxondri genetik sisteminə 
nisbətən stres amillərinin təsirinə daha çox davamlılıq göstər-
mişdir. Lakin bu nəticə hələ ümumi qanunauyğunluq kimi qə-
bul edilə bilməz.  

 
205 
Stres  amillərə davamlı  Arpa 43 sortunda RNT/DNT nis-
bəti  də,  hər  iki  orqanoiddə  kəskin  artmışdır  ki,  bu  da  xloro-
plast və mitoxondri fraksiyalarında genetik sistemin aktivliyi-
nin göstəricisi kimi qəbul edilə bilər. Bu isə özlüyündə hücey-
rənin enerji təminatına yönəlmiş biosintetik proseslərin aktiv-
liyi ilə xarakterizə olunur. 
Şəkil 4.9-da  stres amillərə həssaslığı  ilə  seçilən  Arpa 59 
sortunun xloroplast və mitoxondri genetik sistemlərində RNT 
və DNT-nin miqdarında baş verən dəyişmələr verilmişdir. Şə-
killərdən aydın görünür ki, stres amillər Arpa 59 sortunun mi-
toxondri  və  xloroplast  genetik  sistemlərinə  ciddi  təsir  edərək 
RNT  və  DNT-nin  miqdarında  kəskin  azalmalara  səbəb 
olmuşdur.  Maraqlıdır  ki,  xloroplastlarda  RNT  və  DNT-nin 
azalması  quraqlıq  stresinə  nisbətən  duzluluq  stresi  zamanı 
daha  çox  müşahidə  edilmişdir.  Quraqlığın  təsirindən  xloro-
plastlarda RNT-nin miqdarı 7%, DNT-nin  miqdarı  isə 4% azal-
dığı halda, mitoxondrilərdə bu  göstəricilər  müvafiq olaraq 21% 
və  20%-ə  bərabər  olmuşdur.  Öyrənilən  bu  arpa  sortu  toxum-
larının stres məhlullarda cücərmə qabiliyyətinə və yarpaqlarda 
xlorofilin depressiya dərəcəsinə görə də, quraqlıq stresinə nis-
bətən duzluluq  stresinə qarşı daha həssas olmuşdur (III fəsil). 
Bu  nəticələrin  bir-birinə  uyğun  gəlməsi  bitkilərin  stres  amil-
lərə  davamlılığında  xloroplastların  quruluş  və  funksiyasının 
xüsusi önəmi olduğunu bir daha təsdiq edir. 
Stres amillər Arpa 59 sortunun mitoxondrilərində də nuk-
lein turşularının miqdarında ciddi azalmalara səbəb olmuşdur. 
Quraqlığın  təsirindən  RNT-nin  miqdarı  21%,  DNT-nin  miq-
darı isə 11% azalmışdır. Oxşar nəticələr duzluluq stresinin tə-
siri zamanı da müşahidə edilmişdir Stres amillərə həssas Arpa 
59  sortunda  RNT/DNT  nisbəti  də  hər  iki  genetik  sistemdə 
xeyli  azalmışdır  ki,  bu  da  xloroplast  və  mitoxondri  frak-

 206 
siyalarında  genetik  sistemin  fəallığının  aşağı  düşdüyünü 
göstərir. 
 
 
 
-7
-4
-21
-11
-25
-15
-5
N
əz
arə

  görə
 %
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
      
 
 
-21
-20
-24
-13
-25
-20
-15
-10
N
əz
arə
tə 
görə
 %
-lə
Duzluluq
 
 
Şəkil 4.9. Quraqlıq və duzluluq streslərinin təsirindən Arpa          
            59 sortunun hüceyrə orqanoidlərində nuklein turşuları   
             miqdarında baş verən dəyişmələr. 
 
Fizioloji  parametrlərinə  görə  quraqlıq  stresinə  nisbətən 
duzluluq stresinə daha davamlı hesab edilən Arpa 32 sortunun 
xloroplastlarında  RNT  və  DNT-nin  miqdarında  kəskin  artım 
müşahidə edilməmişdir (Şəkil 4.10). 

 
207 
Quraqlıq  stresinin  təsirindən  bu  arpa  sortunun  xloro-
plastlarında RNT-nin miqdarı 42%, DNT-nin miqdarı isə 58% 
artmışdır.  Duzluluq  stresinin  təsirindən  isə  xloroplast  RNT-
lərində 35%, xloroplast DNT-lərində isə 21% artım müşahidə 
edilmişdir. Lakin hər iki stresin təsirindən mitoxondrial RNT-
nin miqdarında azalmalar baş vermişdir.  
 
 
42
58
-13
-11
-20
-10
0
10
20
30
40
50
60
N
əz
ar
ət
ə 
gör
ə 
%
-lə
Quraqlıq
Xloroplast RNT
XloroplastDNT
Mitoxondrial RNT
Mitoxondrial DNT
     
 
Şəkil  4.10.  Quraqlıq  və  duzluluq  streslərinin  təsirindən  Arpa 
32  sortunun  hüceyrə  orqanoidlərində  nuklein 
turşuları miqdarında baş verən dəyişmələr 
 
Quraqlıq  stresi  təsirindən  bu  azalma  13%,  duzluluq  stresi 
təsirindən  isə 6%-ə  bərabər  olmuşdur. Quraqlıq  stresi  mitoxond-
rilərdə  də  xeyli  azalmaya  səbəb  olmuş  (-11),  lakin  duzluluğun 
təsirindən  mitoxondri  DNT-də  nəzərə  çarpacaq  artım  qeyd  edil-
mişdir (30%). 
RNT/DNT  nisbətindən  alınmış  nəticələr  də  maraq  doğurur. 
Belə ki, bu nisbət quraqlıq variantında aşağı, duzluluq variantında 
isə nəzərə çarpacaq dərəcədə yüksək olmuşdur ki, bu da duzluluq 
stresinin  xloroplastlarda  və  qismən  də  mitoxondrilərdə  gen  eks-
presiyasına müsbət yöndə təsir etməsini göstərir.  

 208 
Son  illər  xloroplast  və  mitoxondrilərin  DNT  və  RNT-də 
molekulyar dəyişkənliklərin öyrənilməsinə həsr olunmuş təd-
qiqat  işlərinin  həcmi  xeyli  artmışdır  [43,  106].  Bu  məlumat-
lardan belə bir nəticəyə  gəlmək olar  ki, növ  və ya sort diver-
gensiyası yalnız nüvə genlərinin dəyişilməsi ilə deyil, həm də 
xloroplast  və  mitoxondrilərin genetik sistemlərində baş  verən 
dəyişmələrlə  şərtlənir. Qeyd edək  ki, belə dəyişmələr bir hal-
da  əsasən  xloroplast  genlərində,  digər  halda  isə  mitoxondri 
genlərində özünü  göstərir. Bu hüceyrə  strukturlarının  genetik 
materiallarında baş verən dəyişiklik dolayısı yolla olsa da, öy-
rənilən  sortların  enerji  dəyərini  qiymətləndirməyə  əsas  verir. 
Əlamətlərin  inkişafına  müxtəlif  xarakterli  faktorların  təsirini 
tədqiq edərkən genetik balans hipotezi meydana çıxır. Onların 
bəziləri  əlaməti  gücləndirdiyi  halda,  digərləri  onu  əks  tərəfə 
yönəldir.  Belə  məqamlarda  bu  və  ya  digər  əlamətin  dərəcəsi 
genetik balansın nəticəsi kimi qəbul edilir. 
Mitoxondri  və  xloroplastlarda  nuklein  turşuları  miqdarı-
nın  və  onalrın  funksional  aktivliyinin  dəyişilməsi  göstərir  ki, 
stres  amillərə  uyğunlaşma  hüceyrənin  energetik  orqanoidlə-
rində baş verən proseslərlə də əhəmiyyətli dərəcədə əlaqədar-
dır.  Davamsız  sortlar  DNT  və  RNT  miqdarının  azalması  və 
hüceyrənin  zəif  morfoloji  aktivliyi  ilə  xarakterizə  olunur. 
Energetik  metabolizmin  gücü,  onun  potensial  imkanları,  bio-
sintetik  proseslərinin  efektliyini,  orqanizmin  ətraf  mühitin 
dəyişilən  şəraitinə  uyğunlaşmasını  əhəmiyyətli  dərəcədə 
şərtləndirir [53, 62].   
Əldə  edilən təcrübi nəticələr aşağıdakı  şəkildə  şərh  edilə 
bilər:  stres  amillərin  təsirindən  hüceyrə  nüvəsində  elə  bir 
şərait yaranır ki, DNT-nin ümumi və lokal sintezinin aktivliyi 
dəyişilir,  bu  da  öz  növbəsində  bəzi  təkrarlanan  nukleotid 
ardıcıllıqları  fraksiyalarında  ayrı-ayrı  struktur  genlərin  doza-

 
209 
larının  artmasına  səbəb  ola  bilir.  Bu  hadisələr  özəl  genomun 
bərpası  kimi  də  təsnif  edilə  bilər.  Mitoxondri  və  xloroplastl-
arın  genetik  sistemlərinin  aktivliyinin  yüksəlməsi  hesabına 
hüceyrənin  enerji  təminatı  da  yüksəlir.  Hüceyrənin  genetik 
sistemlərində baş verən dəyişikliklər bütün sintetik proseslərin 
intensifikasiyasına səbəb olur. Təsvir edilən dəyişkənliklər de-
dikdə  buraya  transkripsiya,  translyasiya,  genlərin  ekspresi-
yası, fermentativ sistemin aktivliyi, digər fizioloji, biokimyəvi 
və  biofiziki  proseslər,  morfogenezin  dəyişilməsinə  yönəlmiş 
metabolitik reaksiyaların sürətinin yüksəlməsi nəzərdə tutulur. 
 
 
4.5. Stres amillərin diploid və tetraploid buğda 
nümunələrinin genomunda əmələ gətirdiyi dəyişmələr 
 
Bəzi müəlliflərin mülahizələrinə görə nuklein turşularının 
və  zülalların  hüceyrədə  miqdarı  sintetik  və  hidrolitik  proses-
lərin səviyyəsi ilə əlaqədardır. Ona görə ki, metabolik proses-
lərin  aktivliyi  DNT-nin  replikasiyası  və  transkripsiyasının 
aktivliyindən  asılıdır [70, 80].  Stres amillərin təsiri nəticəsin-
də  nuklein  turşularının  dinamikası  su  qıtlığının  dərəcəsindən 
asılı olaraq müxtəlif  xarakter daşıyır. Susuzluğa qarşı bitkilə-
rin  müxtəlif  reaksiyalarının  və  nuklein  turşularının  dəyişmə 
dinamikasının oxşar xarakter daşıması bu hadisəni daha dərin-
dən öyrənməyə təkan verir. Daha dəqiq informasiya isə DNT-
nin  genetik  cəhətdən  aktiv  və  inert  fraksiyalarının  təyini  nə-
ticəsində  əldə  edilə  bilər.  Aparılan  tədqiqat  işində  quraqlığın 
və  duzluluğun  təsirindən  davamlı  və  həssas  buğda  nümunə-
lərində  DNT  fraksiyaları  və  RNT-nin  miqdarında  baş  verən 
dəyişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir.  
 

 210 
4.5.1. Quraqlıq və duzluluq stresinin təsirindən  
buğda yarpaqlarının hüceyrə xromatininin quruluş 
vəziyyətində baş verən dəyişikliklər və onlara 
fitohormonların təsiri 
 
Toxumların  cücərmə  faizi  və  stres  amillərin  təsirindən 
yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarında  əmələ  gələn  də-
yişmələr nəzərə alınaraq nümunələrin içərisindən quraqlığa və 
duzluluğa davamlı, orta davamlı və həssas sortlar seçilmiş, bu 
nümunələrdə  stres  amillərin  təsirindən  genomda  baş  verən  də-
yişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir. 
Aşağıdakı cədvəl və şəkillərdə davamlı nümunə kimi gö-
türülmüş  T.monococcum-un  cücərtilərində  RNT-nin  miqda-
rında  və  DNT  fraksiyalarında  baş  verən  dəyişmələr  göstə-
rilmişdir (Cədvəl 4.3).   
 
 
Cədvəl 4.3 
 
Stres amillərin və fitohormonların təsirindən mədəni təkdənli 
(T.monococcum L.) buğdanın cücərtilərində RNT və DNT  
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la) 
 
 
Təcrübə 
variantları 
RNT 
DNT fraksiyaları 
Ümumi 
DNT 
labil 
stabil 
qalıq 
Stresdən 48 saat sonra 
Nəzarət 
84.6 ±2.75 
26.6 ±0.58 
13.2 ±1.02 
2.48 ±0.26 
42.3 ±1.86 
PEQ 
118.9 ±5.69 
30.9 ±0.68 
13.7 ±0.96 
3.54 ±0.35 
48.2 ±1.99 
NaCl 
112.8 ±3.35 
29.0 ±1.06 
13.9 ±0.60 
2.66 ±0.59 
45.5 ±2.25 
Stresdən 72 saat sonra 
PEQ+ H
2

82.5 ±3.68 
27.2 ±0.87 
11.6 ±0.36 
3.42 ±0.58 
42.2 ±1.81 
PEQ+Hib+Kin 
117.5 ±2.31 
31.0 ±0.68 
13.2 ±0.25 
3.0 ±0.47 
47.2 ±1.40 
NaCl+H
2

85.0 ±1.98 
30.5 ±0.56 
10.2 ±1.03 
1.41 ±0.27 
42.1 ±1.86 
NaCl+Hib+Kin 
110 ±2.54 
31.0 ±0.92 
12.5 ±0.56 
2.0 ±0.21 
45.5 ±1.69 

 
211 
Cədvəl 4.3-dən göründüyü kimi quraqlıq stresinə davamlı 
olan  T.monococcum  növünün  genomunda  RNT  və  DNT-nin 
bütün  fraksiyalarında  artım  meydana  gəlmişdir.  Belə  ki, 
quraqlığın  təsirindən RNT-nin miqdarı 39.0%, labil DNT-nin 
miqdarı 16.0%, stabil DNT-nin miqdarı 9.0%, qalıq DNT-nin 
miqdarı 7.0%  və total DNT-nin miqdarı  isə 14.0%  artmışdır. 
Burada  diqqət  çəkən  əsas  məqamlardan  biri,  quraqlıq  stresi 
təsirindən  genomun  struktur  vəziyyətində  baş  verən  dəyiş-
mələrdir. Belə ki, DNT-nin digər fraksiyalarına nisbətən labil 
xromatin  fraksiyası  DNT-sində  baş  verən  kəskin  artım, 
transkripsiya  intensivliyinin  yüksəlməsinə  və  nəticədə  daha 
çox RNT sintezinə səbəb olmuşdur. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nəti-
cəsində RNT-nin miqdarı 41.0%, labil və stabil DNT-nin miq-
darı  13.0%,  total  DNT-nin  miqdarı  isə  11.0%  artmış,  qalıq 
DNT-nin miqdarı 13.0% azalmışdır. 
Duzluluğun  təsirindən  T.monococcum  L.  növünün  geno-
munda  baş  vermiş  dəyişmələr  və  bunlara  fitohormonların  tə-
siri isə şəkil 4.11-da aydın təsvir edilmişdir. 
Duzluluğun  təsirindən  də  T.monococcum-un  genomunda 
RNT və  labil DNT-nin miqdarında artım meydana  gəlmişdir. 
RNT-nin  miqdarı  33.0%,  labil  DNT-nin  miqdarı  isə  9.0  % 
artmış,  stabil  və  qalıq  DNT-nin  miqdarında  əhəmiyyətli  də-
yişmə baş verməmişdir. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nəti-
cəsində  RNT  –nin  miqdarı  29.0%,  labil  DNT-nin  miqdarı 
1.6%, stabil DNT-nin miqdarı 22.0 %, qalıq DNT-nin miqdarı 
8.0 %, total DNT-nin miqdarı isə 8.0 % artmışdır (Şəkil 4.11). 
 
 

 212 
33
9
5
7
7
0
5
10
15
20
25
30
35
a)  Stresdən 48 saat sonra meydana gələn dəyişmələr
N
əz
ar
ət
ə 


 %
-lə
Total DNT
Qalıq DNT
Stabil DNT
Labil DNT
RNT
 
29
1,6
22
41
8
0
5
10
15
20
25
30
35
40
45
b)   Stresdən 72 saat sonra  Hib+KİN təsirindən meydana gələn dəyişmələr

za


 g
örə
 %
-lə
Total DNT
Qalıq DNT
Stabil DNT
Labil DNT
RNT
 
Şəkil  4.11.  Duzluluq  stresinin  təsirindən  mədəni  təkdənli 
buğda (T.monococuum L.) növündə RNT miq-
darı  və  DNT  fraksiyalarında  baş  verən  dəyiş-
mələr və bu dəyişmələrə Hib+Kin hormonunun 
təsiri 
 
Alınan nəticələrdən aydın olur ki, mədəni təkdənli buğda 
(T.monococcum  L.)  stres  amillərə  qarşı  tolerantdır.  Belə  ki, 
həm quraqlıq, həm də duzluluğun təsirindən hüceyrə xromati-
ninin struktur vəziyyətində dəyişmələr baş vermiş, labil DNT-
nin  miqdarı  artmış  və  bunun  nəticəsində  də  transkripsiyanın 
intensivliyi  güclənmişdir.  Transkripsiya  intensivliyinin  art-
ması translyasiyanın da güclənməsinə və daha çox zülal sinte-
zinə  səbəb olur  ki, nəticədə bitki özünü  stresin təsirindən qo-
ruya  bilir.  Qeyd  etmək  lazımdır  ki,  stresdən  72  saat  sonra 
verilmiş  fitohormonlar  genomda  bərpa  işlərinə  kömək  etmiş 
və stresin nəticələrinin aradan qaldırılmasına səbəb olmuşdur. 

 
213 
Nəticələrdən  aydın  olur  ki,  fitohormonların  təsirindən  sonra 
bitkidə  RNT  və  DNT-nin  bütün  fraksiyalarında  artım  baş 
vermişdir.  Bu  isə  onunla  xarakterizə  olunur  ki,  fitohormon-
ların təsirindən genom daha da aktivləşir və reparasiya prosesi 
güclənir. 
Nəticələri  bir  daha  təsdiq  etmək  üçün  təcrübə  bərk  buğ-
danın (T.durum Desf.) davamlı, orta davamlı və həssas sortları 
üzərində təkrar aparılmışdır.  
 
Cədvəl 4.4. 
 
Stres amillərin və fitohormonların təsirindən Giorgio 302  
buğda sortunun (T.durum Desf.) cücərtilərində RNT və DNT  
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la) 
 
Təcrübə 
variantları 
RNT 
DNT fraksiyaları 
Ümumi 
DNT 
labil 
stabil 
qalıq 
Stresdən 48 saat sonra 
Nəzarət 
87.3±0.95 
10.4±0.20 
19.8±0.70 
2.56±0.26 
32.7±1.16 
PEQ 
96.2±3.73 
12.0±0.50 
20.9±0.37 
2.54±0.41 
35.4±1.28 
NaCl 
91.9±4.24 
12.5±0.38 
20.3±1.02 
3.01±0.27 
35.8±1.67 
Stresdən 72 saat sonra 
PEQ+H
2

76.9±7.05 
9.75±0.13 
17.8±0.55 
2.21±0.35 
29.7±1.03 
PEQ + Hib+Kin 
96.6±4.60 
12.8±0.30 
21.2±0.45 
2.83±0.53 
36.8±1.28 
NaCl+H
2

72.6±6.45 
9.83±0.26 
18.0±0.35 
1.59±0.53 
29.4±1.16 
NaCl + Hib+Kin 
104.6±5.55 
13.7±0.30 
22.5±0.25 
3.8±0.26 
40.0±0.82 
 
Cədvəl  4.4-dən  göründüyü  kimi  quraqlığın  təsirindən 
davamlı sort hesab edilən Giorgio 302 sortunun cücərtilərində 
RNT (10.0 %), labil DNT-nin (15.0%) miqdarı  əsaslı surətdə 
artmış, stabil  və qalıq DNT-nin miqdarında  isə önəmli dəyiş-
mələr  baş  verməmişdir.  Bu  təcrübədən  alınmış  nəticələr  də 

 214 
T.monococcum  növündə  alınmış  nəticələri  bir  daha  təsdiqlə-
miş oldu. Belə  ki,  labil DNT və RNT arasında olan korrelya-
siya bir daha özünü göstərdi.  
Fitohormonunun  təsirindən  sonra  isə  RNT  və  DNT  frak-
siyalarında yüksək  artım müşahidə olunmuşdur. RNT-nin miqdarı 
25.0%,  labil  DNT  31.0%,  stabil  DNT  19.0%,  qalıq  DNT  28.0%, 
ümumi DNT-nin miqdarı isə 23.0% artmışdır.  
Nəticələr  göstərir  ki,  İtalya  mənşəli  Giorgio  302  sortunun 
genomu  quraqlığın  və  fitohormonların  təsirindən  T.monococcum 
növünə nisbətən daha çox aktivləşmişdir. Belə ki, T.monococcum-
da  fitohormonların  təsirindən  ümumi  DNT-nin  miqdarı  11.0% 
artdığı  halda,  Giorgio  302-sortunda  bu  rəqəm  iki  dəfə  çox 
olmuşdur. 
Duzluluq  stresinin  təsirindən  də  Giorgio  302  sortunun  ge-
nomunda RNT və DNT-nin fraksiyalarında əsasən artım meydana 
gəlmişdir.  Belə  ki,  duzluluğun  təsirindən  RNT-nin  miqdarı  5.0%, 
labil DNT-nin miqdarı 20.0%, stabil DNT-nin miqdarı 2.0%, qalıq 
DNT-nin  miqdarı  17.0%,  total  DNT-nin  miqdarı  isə  9.0  % 
artımışdır.  Nəticələri  quraqlığın  təsiri  ilə  müqayisə  etdikdə  aydın 
olur ki, bu sortda quraqlığın təsirindən transkripsiyanın intensivliyi 
daha  çox  güclənmişdir.  Belə  ki,  quraqlıq  zamanı  labil  DNT-nin 
miqdarı  15.0%  artıqda  RNT-nin  miqdarı  10.0%,  duzluluq  da  isə 
labil DNT-nin  miqdarının 20.0% artmasına baxmayaraq RNT-nin 
miqdarı cəmi 5.0% artmışdır.  
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsiri nəticəsində 
isə  nuklein  turşularının  miqdarında  daha  yüksək  artım  müşahidə 
edilmişdir. RNT-nin miqdarı 35.0%, labil DNT-nin miqdarı 39.0%, 
stabil  DNT-nin  miqdarı  25.0%,  qalıq  DNT-nin  miqdarı  38.0  %, 
total DNT-nin miqdarı isə 36.0 % artmışdır (Cədvəl 4.4).  
Bu nəticələr Giorgio 302 bərk buğda sortunun fitohormonların 
təsirinə qarşı daha həssas olduğunu  göstərir. Odur ki, fitohormon-

 
215 
lardan istifadə etməklə, bu sortlarda stresin mənfi nəticələrini daha 
tez aradan qaldırmaq mümkündür. 
Fizioloji parametrlərinə  görə həssas hesab edilən sortlar üzə-
rində  də  bu  tədqiqat  işləri  davam  etdirilmişdir.  Həssas  sortlarda 
əsasən  stres  amillərin  təsirindən  RNT  və  DNT  fraksiyalarının 
miqdarında azalmalar müşahidə edilmişdir. Alınan nəticələr cədvəl 
və şəkillərdə aydın təsvir edilmişdir. 
Fizioloji  tədqiqatların  nəticələrinə  əsasən  quraqlıq  stresinə 
qarşı  həssas  sort  olan  Persionda  RNT-nin  miqdarında  və  DNT 
fraksiyalarında  kəskin azalma meydana  gəlmişdir. Belə  ki, quraq-
lığın  təsirindən  RNT-nin  miqdarı  52.0%,  labil  DNT-nin  miqdarı 
53.0%, qalıq DNT-nin miqdarı 37.0 %, total DNT-nin miqdarı isə 
18.0 % azalmış, yalnız stabil DNT-nin miqdarı 2.0% artmışdır. 
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsirindən sonra 
həm  RNT,  həm  də  DNT  fraksiyalarının  miqdarı  əhəmiyyətli 
dərəcədə artmışdır. Bu zaman RNT–nin miqdarı 26.0%, labil DNT-
nin miqdarı 27.0%, stabil DNT-nin miqdarı 25.0%, qalıq DNT-nin 
miqdarı  31.0  %,  total  DNT-nin  miqdarı  isə  27.0  %  artmışdır 
(Cədvəl 4.5).   
Cədvəl 4.5. 
Stres amillərin və fitohormonların təsirindən Persion  
buğda sortunun (T.durum Desf.) cücərtilərində RNT və DNT 
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la) 
 
Təcrübə 
varianları 
RNT 
DNT fraksiyaları 
Ümumi 
DNT 
labil 
stabil 
qalıq 
Stresdən 48 saat sonra 
Nəzarət 
65.3 ±2.75 
12.7 ±0.35 
15.6 ±0.30 
2.83 ±0.35 
31.2 ±1.00 
PEQ 
42.9 ±4.42 
8.28 ±0.30 
16 ±0.30 
2.06 ±0.21 
26.3 ±0.81 
NaCl 
55.2 ±2.11 
7.74 ±0.56 
12.6 ±0.37 
1.41 ±0.17 
21.7 ±1.10 

 216 
Cədvəl 4.5-in davamı 
Stresdən 72 saat sonra 
PEQ+H
2

49.6 ±1.85 
10.4 ±0.50 
12.9 ±0.55 
2.09 ±2.61 
25.4 ±3.66 
PEQ + Hib+Kin 
62.5 ±3.75 
13.3 ±0.70 
16.3 ±0.65 
2.74 ±0.08 
32.3 ±1.43 
NaCl+H
2

47.8 ±3.70 
10.0 ±0.85 
12.7 ±1.45 
1.59 ±0.18 
24.3 ±2.48 
NaCl + Hib+Kin 
61.6 ±0.90 
10.8 ±0.50 
14.5 ±0.75 
1.76 ±0.35 
27.0 ±1.60 
 
Cədvəl  4.5  -dən  göründüyü  kimi  duzluluğun  təsirindən 
həssas  buğda  sortu  olan  Persionda  RNT-nin  miqdarında  və 
DNT  fraksiyalarında  nəzərə  çarpan  azalmalar  müşahidə  edil-
mişdir.  Duzluluğun  təsirindən  RNT-nin  miqdarı  18%,  labil 
DNT-nin miqdarı isə 64.0% azalmışdır. Uyğun olaraq DNT-nin 
digər  fraksiyalarında  və  ümumi  DNT  miqdarında  da  önəmli 
azalmalar baş vermişdir.    
Əldə edilmiş bu təcrübi nəticələr bitkilərin duzluluq stresinə 
davamlılığının  bir  başa  genomun  struktur  və  funksiyası  ilə  əla-
qədar  olduğunu  sübut  edən  maraqlı  bir  fakt  kimi  dəyərlən-
dirmək olar. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nə-
ticəsində  RNT-nin  və  labil  DNT-nin  miqdarı  28.0%,  stabil 
DNT-nin  miqdarı  14.0%,  qalıq  DNT-nin  miqdarı  10.0  %, 
ümumi DNT-nin miqdarı isə 11.0 % artmışdır ki, bu da sortun 
davamlı və ya həssaslığından asılı olmayaraq fitohormonların 
stresin  nəticələrini  aradan  qaldıra  bilmə  qabiliyyəti  ilə 
əlaqədardır. 

Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə