Rafiq İsmayılov Solmaz Abdullayeva



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix24.04.2017
ölçüsü4,8 Kb.
#15708
1   2   3   4   5   6   7   8   9   ...   12

əsas və köməkçi. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik,
feil, zərf.
Əsas nitq hissələri müəyyən suala cavab verir və cümlə üzvü ola bilir.

SÖZÜN 
QÜDRƏTİ
(rəvayət)
Bir padşahın sevimli iti varmış.
Səhərdən axşama kimi onu
əzizləyər, gözündən uzaq
qoymazmış.
Bir gün padşah uzaq səfərə
çıxmalı olur. Vəzir- vəkili çağırıb
deyir:
- Bax mən qayıdana kimi itimdən
muğayat olun. Ona yaxşı baxın,
əgər itə bir şey olsa, özünüzdən
küsün. Mən qayıdanda onun
haqqında “ölüb” sözünü işlədənin
boynunu vurduracağam.
Bunu deyib padşah səfərə yollanır.
Aradan bir müddət keçir. Bir gün it xəstələnib ölür. Saray əyanları başlarına vura-
vura qalırlar ki, nə etsinlər, padşah qayıdanda bu xəbəri ona necə desinlər. Elə bu
vaxt xəbər gəlir ki, padşah səfərdən qayıdır. Bir-iki günə şəhərə çatacaq.
Bu şəhərdə hamının hörmət etdiyi bir müdrik ağsaqqal var imiş. Saray adamları
fikirləşirlər ki, qoy itin ölüm xəbərini padşaha bu ağsaqqal çatdırsın. Onu çağırıb
deyirlər:
- Padşahımızın sənə böyük hörməti var. Sən gəl bizim qabağımıza düş, gedək
padşahı qarşılamağa. İtin ölüm xəbərini ona çatdır. Padşah qəzəblənsə də, sənə heç
nə etməz.
Müdrik qoca razılaşır, dəstənin qabağına düşüb padşahın pişvazına çıxır. Padşah bir
də görür ki, əyanları onu qarşılamağa gəlir, qabaqlarında da müdrik qoca.

Yaxınlaşan kimi qocadan soruşur:
- De görüm, it necədir?

DÜŞÜN VƏ CAVAB VER
SÖZ EHTİYATI
DİL QAYDALARI
1.  Səncə, müdrik qoca padşaha necə cavab verə bilər ki, cəzalandırılmasın? Öz
cavab variantını hazırladıqdan sonra kitabı tərsinə tut və aşağıdakı çərçivədə
əsərin sonluğunu oxu.
2.  “Özündən küs”, “pişvazına çıxır” ifadələrinin mənasını izah et.
3.  Verilmiş cümlələrdə sifətləri və onların aid olduğu isimləri müəyyənləşdir.
1. Bir padşahın sevimli iti vardı. 
2. Qocanın ağıllı məsləhətlərindən hamı faydalanırdı. 
3. Bir gün padşah uzaq səfərə çıxır.
4.  Sözləri cümlələrdə işlət və hansı nitq hissələrinə aid olduğunu de.
saray, razılaşmaq, rəngarəng, otuz, onlar
5.  Nümunəyə uyğun olaraq cədvəli tamamla.
yaşıl, şəhər, turş, işləmək, oyuncaq, az, gözləmək, o, cüt, biz, enli, sevinmək,
çiçək, onlar, bir qədər

kəlamındakı “dağ” sözünü bir çoxları
“yüksəklik” mənasında başa düşür. Lakin
bu sözün başqa mənası da var: dərd,
yara (ürəyinə dağ çəkmək). Bu atalar
sözündə dağ “dərd” mənasında işlənib.
Yəni əgər bağa yaxşı baxsan, o da yaxşı
məhsul verər, ürəyin açılar, sevinərsən. Yox, əgər yaxşı qulluq etməsən, məhsul
götürə bilməzsən, bu da sənin üçün dərd olar, bağ gözdağına çevrilər.
Bəzi atalar sözləri isə zaman keçdikcə öz ilkin formasını dəyişir, bizə yeni variantda
çatır. Məsələn, “Su kiçiyin, yol böyüyün” şəklində dilimizdə işlənən atalar sözünə
diqqət edək. Bu atalar sözünü əsas tutaraq suyu ilk növbədə kiçiyə təklif edir, yolla
gedərkən böyüyü qabağa buraxırlar. Lakin ilkin variantda bu kəlamda “su” deyil,
“suç” (səhv, günah) sözü işlənib. Müdriklərin fikrincə, kiçiklər səhv edə bilərlər, lakin
böyüklərin vəzifəsi onlara doğru yol göstərməkdir. İndi “suç”, yəni “günah” sözünün
sonundakı samit düşüb və “su” şəklində işlənir.
Dilimizdə bu gün də yeni atalar sözləri yaranır. Biz xalqın hikmət xəzinəsini
qorumalı, gələcək nəsillərə ötürməliyik.
DÜŞÜN VƏ CAVAB VER
HİKMƏT XƏZİNƏSİ
Xalq müdrikliyinin ifadəsi olan atalar sözləri
həm yığcam, həm də dərinmənalı olur.
İllərin, əsrlərin sınağından çıxan bu hikmətli
sözlər bizə doğru yol göstərir. Az sözlə çox
məna bildirən bu ifadələr əsl hikmət
xəzinəsidir. Atalarımız hər ifadədə bizlərə
dəyərli öyüd və nəsihətlər verirlər. Bəzən
isə atalar sözlərində uluların bizə
çatdırmaq istədikləri mənanı tapmaq o
qədər də asan olmur. Məsələn, “Bağa
baxarsan, bağ olar, baxmazsan, dağ
olar”
Qruplarla iş. Həyatdan misallar gətirməklə dostluq haqqında atalar sözlərini izah
edin.
1- ci qrup: “Dost yolunda boran olar, qar olar”. 
2- ci qrup: “Balta ağac kəsməzdi, sapı ağac olmasaydı”. 
3- cü qrup: “Örtülü bazar dostluğu pozar”. 
4- cü qrup: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”.

HEYDƏR ƏLİYEVİN 
KƏLAMLARI
Azərbaycan dövlətinin tarixində müstəsna rolu olan ümummilli lider Heydər Əliyev
dünya miqyasında tanınmış siyasi xadimdir. Ulu öndərimizi fərqləndirən əsas
xüsusiyyətlərdən biri də onun yüksək natiqlik bacarığı idi. Öz əsərlərində və
çıxışlarında söylədiyi bir çox fikirlər xalqın dilində əzbər olmuş, məşhur kəlamlara
çevrilmişdir.
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu
xüsusiyyətlərdən ən yüksəyi və böyüyü mədəniyyətdir”.
Heydər Əliyevin bu kəlamını oxuyanda ulu öndərin mədəniyyət xadimlərinə daimi
qayğısının əsl səbəblərini başa düşürük. Onun Rəşid Behbudov, Bəxtiyar Vahabzadə,
Məmməd Araz və başqaları ilə şəxsi dostluğunun səbəbləri də aydınlaşır. Xalqı
dünya miqyasında tanıdan bu insanlar onun şəxsi dostu olmağa da layiq idilər.
Heydər Əliyev bu insanlarla, sadəcə, dost deyildi, yeri gələndə onlara yaradıcı
istiqamət də verirdi. Bunu özünün mənəvi haqqı sayırdı. Başqa bir aforizmdə bunu
belə ifadə edirdi: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək
üçün gərək mənəvi haqqın olsun”.
Milli öndərimizin hikmətli ifadələri onun xeyirxah ürəyini, zəngin həyat təcrübəsini,
rəhbərlik bacarığını əks etdirir. Dediyi bir çox kəlamları o öz əməlləri ilə sübut
etmişdir: “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”.
Bu sözlər yalnız Heydər Əliyevin dilindən səslənəndə müdrik kəlama çevrilə bilərdi,
çünki böyük öndər daim doğma xalqının qayğıları ilə yaşamışdır.
Bu gün yalnız Azərbaycanın deyil, başqa ölkələrin də siyasi və ictimai xadimləri öz
nitqlərinin təsir gücünü artırmaq üçün Heydər Əliyevin kəlamlarından misal

gətirirlər. Məsələn, Azərbaycan və Türkiyənin dostluğundan söhbət düşəndə siyasi
xadimlər deyirlər: “Böyük Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik”. Çox
gözəl ifadə olunmuş bu kəlamda Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik tarixi öz
əksini tapmışdır. Doğrudan da, eyni kökdən olan xalqlarımız öz dövlətlərini qursalar
da, daim qardaş olaraq qalmışlar.
Heydər Əliyev həyatda da, siyasi fəaliyyətdə də ədaləti hər şeydən üstün

tuturdu. O deyirdi: “Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə”.
Ulu öndərin bir ifadəsi də dillərdə əzbərdir: “Hər bir insanın milli mənsubiyyəti onun
qürur mənbəyidir... Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Azərbaycan xalqı da fəxr
edir ki, onun Heydər Əliyev kimi böyük oğlu var.
ŞİFAHİ NİTQ
DİL QAYDALARI
1- ci qrup:
2- ci qrup:
3- cü qrup:
4- cü qrup:
1.  Qruplarla iş. Heydər Əliyevin kəlamlarını başlıq kimi seçərək məruzələr
hazırlayın.
“Cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə
öyrətməyimizdən asılı olacaqdır”.
“Ədaləti ədalətsizliklə bərpa etmək olmaz”.
“Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan
qaldırmaqdan daha asandır”.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf
etdirən onun dilidir”.
2.  Aşağıdakı cümlədə hərəkətin necə və nə zaman baş verdiyini bildirən sözləri
müəyyən et.
Heydər Əliyevin söylədiyi dahiyanə fikirlər indi bir çox natiqlərin nitqində
səslənir.
YADDA SAXLA!
3.  Altından xətt çəkilmiş sözlərə sual ver və nümunəyə uyğun olaraq cədvəli
dəftərində tamamla.
1. Komandir cəsarətlə vuruşan əsgərləri alqışladı. 
2. Dünən maraqlı bir filmə baxdıq. 
3. Onları irəlidə gözəl gələcək gözləyirdi. 
4. Ayxan parkda atası ilə xeyli gəzdi.
Hər bir varlığın adı, əlaməti, sayı var. Onlar nitqdə isim, sifət, sayla ifadə
olunur. Hərəkəti izah edən əsas nitq hissəsi isə zərf adlanır.
Zərf necə? nə zaman? harada? nə qədər? suallarına cavab verir

AZƏRBAYCAN - TÜRKİYƏ
Bir millətik, iki dövlət, 
Eyni arzu, eyni niyyət. 
Hər ikisi cümhuriyyət - 
Azərbaycan - Türkiyə.
Bir ananın iki oğlu, 
Bir ağacın iki qolu, 
O da ulu, bu da ulu - 
Azərbaycan - Türkiyə.
Ana yurdda yuva qurdum, 
Ata yurda könül verdim. 
Ana yurdum, ata yurdum - 
Azərbaycan - Türkiyə.
Birdir bizim hər halımız, 
Diləyimiz, amalımız, 
Bayraqlarda hilalımız - 
Azərbaycan - Türkiyə.

Dinimiz bir, dilimiz bir, 
Ayımız bir, ilimiz bir, 
Eşqimiz bir, yurdumuz bir - 
Azərbaycan - Türkiyə.
Bəxtiyar Vahabzadə
SÖZ EHTİYATI
DİL QAYDALARI
1.  İzahlı lüğətdən istifadə edərək “cümhuriyyət” və “hilal” sözlərinin mənasını
açıqla.
2.  Məntiqi ardıcıllığı tamamla.
dilək, amal, ...
3.  Qəhrəmancasına, tez, irəli, dünən, cəld sözlərini cümlədə işlət, sualını və aid
olduğu nitq hissəsini müəyyənləşdir.

Çoxdan bəri belə bir bayraq həvəsində
idim. Harada onu görsəm, dayanıb
baxırdım. Onun küləkdə dalğalanması, ay-ulduzu o qədər xoşuma gəlirdi ki,
baxmaqla doymurdum. Bayram günlərində evləri, park və bağları, küçələri bəzəyən
bayraqlarımız qəlbimdə fərəh, iftixar hissi doğururdu. Əsgərlər marş sədaları altında
addımlayarkən onlara tərəf yüyürürdüm, gözlərimlə üçrəngli bayrağımızı arayıb
tapırdım. Əsgər dəstəsi uzaqda gözdən itənə qədər bayrağa baxır, gözümü ondan
çəkə bilmirdim.
Nəhayət, arzuma çatdım. İndi mənim də bayrağım var idi. Tez-tez onu oxşayır,
üzümü ay-ulduzuna sürtür, dönə-dönə öpür, onunla danışırdım: “Sevimli bayrağım,
kaş tez böyüyüb əsgər olaydım, səni başım üzərinə qaldırıb şanlı Vətənimizi xain
düşmənlərdən qoruyaydım”.
Deyəsən, atam mənim bayraqla söhbətimi eşitmişdi. 28 May - Respublika Günü
yetişəndə o mənə əsgər paltarı və oyuncaq silah da aldı. Sevincimin həddi-hüdudu
yox idi. Tez əsgər paltarımı geyindim, tüfəngimi çiynimdən asdım, bayrağımı qaldırıb
əsl əsgər kimi qışqırdım:
- Eheey, türkün, islamın düşmənləri! Nə qədər ki bu bayraq əlimdədir, heç biriniz
vətənimə soxula bilməzsiniz.
Sevil Hüseynli
DÜŞÜN VƏ CAVAB VER
BAYRAĞIM
Azərbaycanın müstəqilliyini dünyanın
böyük dövlətləri tanıdı. Biz də, nəhayət,
dünya xalqları içində müstəqil bir dövlət
kimi öz layiqli yerimizi tutduq. Bu, böyük
bayram idi. Mən indiyə kimi atamı belə
şən, gülərüz görməmişdim. O mənə söz
verdi ki, istədiyim hədiyyəni alacaq. Mən
də bir bayraq almasını xahiş etdim. Atam
mənə ay-ulduzlu, üçrəngli bir bayraq aldı.
Hekayənin sonunda qəhrəmanın dediyi sözləri necə başa düşürsən?

Bayrağımızdaki hansı rənglər türkçülüyə, islama işarə edir?

Vətən məni yetişdirib 
Bu ellərə yolladı, 
Bu torpağa qurban deyib 
Allaha ismarladı. 
“Boş oturma, çalış, - dedi, - 
Xidmət eylə Vətənə. 
Südüm sənə halal olmaz, 
Sən baş əysən düşmənə”.
Marş irəli! Marş irəli! 
Azərbaycan əsgəri! 
Dönməz geri, dönməz geri 
Azərbaycan əsgəri!
Yastığımız Vətən daşı, 
Yorğanımız qar olsun. 
Biz bu yoldan dönər olsaq, 
Namus bizə ar olsun! 
Nə gözəldir ölmək bizə 
Sevimli Vətən üçün, 
Yanar ürək yurd eşqilə 
Daima için-için.
Marş irəli! Marş irəli! 
Azərbaycan əsgəri! 
Dönməz geri, dönməz geri Azərbaycan əsgəri!
ƏSGƏR MARŞI
Musiqisi Cavanşir Quliyevin, 
sözləri Əli Kaminindir.
SÖZ EHTİYATI
1.  Şeirin hansı misralarında
“vətən” və “ana” anlayışları
eyniləşdirilir?
2.  “İsmarladı” sözünün şeirdəki
mənasına uyğun olanını
müəyyən et.
A) tapşırdı 
B) dedi 
C) dua etdi

Sərin bir payız səhəri idi. Səhər də demək olmazdı, çünki hələ tamam işıqlaşmamış,
hava açılmamışdı. Bu alaqaranlıqda şəhərə doğru gedən əyri-üyrü palçıqlı yol
camaatla dolu idi. Adamlar şəhərə, həftəbazarına gedirdilər. Kimi qabağına qatdığı
sağmal inəyi, kimi qoyun-quzusunu haylayıb satmağa aparırdı. Uzaq kəndlərin
hansındansa bir kişi eşşək üstündə bəkməz gətirirdi. Piyadaların bəzisi çiynində
boğça, bəzisi qoltuğunda heybə, bəzisi dalında bir şələ odun aparırdı. Cavan bir gəlin
boğazından kəsib yığdığı yumurtalarla dolu səbəti bala kimi bağrına basaraq
ehtiyatla, başıaşağı yeriyirdi. Qoca, enlikürək, qarasaqqal kişi qoltuğunda xoruz,
əlində bir torba zoğal qurusu asta-asta addımlayırdı.
Hava getdikcə işıqlaşır, kəndlilər şəhərə yaxınlaşırdılar.
1
Sona da bazara gedənlərin arasında idi. O, ömründə birinci dəfə idi ki, həftəbazarına
gedirdi. "Yusif-Züleyxa" xalçasını satmağa aparırdı.
Bu xalçanı Sona özü toxumuşdu. Niyyəti də xalçanı böyük oğlu Mərdanın toyunda
gəlin otağının divarına vurmaq idi. Sona illər boyu bu arzunu ürəyində bəsləmiş, o
xoşbəxt günü səbirsizliklə gözləmişdi.
İTƏ ATARAM, YADA SATMARAM!

Amma hər şey dəyişdi. Sonanın əri öldü, uşaqları yetim qaldı. Ehtiyac qadını sıxdı.
Sona da "Yusif-Züleyxa"sını qoltuğuna vurub bazara aparmalı oldu.
Həftəbazarı köhnə, uçuq bir hasarın içində idi. Bura camaatla dolu idi. Satanların və
alanların içərisində hər cür adam görmək olardı. Amma hamının diqqətini
gödəktuman, baldırı açıq, qəribə libaslı bir adam çəkirdi. Camaatın "ingilis" deyə bir-
birinə göstərdiyi adam heç kəsə fikir verməyərək, heç nədən çəkinməyərək bazarda
gəzir, hər şeyə nəzər salırdı. İngilisin yanında uzunətək bir tacir hərlənirdi. İngilisin
buyruğuna baş əyib oyan-buyana qaçırdı.
2
Xalçanı ingilis də görmüşdü və heyrətindən donub-qalmışdı. O, xalçanın önündə
əyilib acgözlüklə ona baxır, əli ilə tumarlayırdı. Sonra yanındakı tacirə nə isə dedi.
Tacir Sonadan soruşdu:
- Bacı, qiyməti neçədir?
Sona bir az duruxdu. O, xalçasına qiymət qoydurmamışdı. İndi də ingilisə nə qiymət
deyəcəyini bilmirdi.
İngilis isə öz işində idi. Xalçanın başına dolanır, üzünə, astarına, saçaqlarına baxır,
barmaqları ilə naxışlarını yoxlayırdı. Xalçanın başına yığışanlardan biri dedi:
- Əl işi olduğuna inanmır. Necə də inansın! Bu ki qüdrət qələmi ilə çəkilmiş bir
şəkildir!
- Əhsən belə barmaqlara!
İngilis isə artıq darıxmağa başlamışdı. Tacirə nəsə dedi. Tacir yenə xalçanın
qiymətini soruşdu.
Sona ətrafına baxdı. Hamının üzündə bir narahatlıq, təəssüf hissi var idi. Sanki heç
kim bu gözəl sənət əsərinin yadlara qismət olmasını istəmirdi.
Sona fikrə getdi: "Axı niyə öz əllərimlə toxuduğum, min bir arzu ilə saxladığım xalça
öz oğluma yox, bu çağırılmamış qonağa qismət olsun?" Qadını birdən hirs boğdu,
üzünü ingilisə tutub dedi:
- Satmıram!
Camaatı maraq götürdü. Tacir isə qiyməti qaldırmağa başladı, yüz qızıl təklif etdi.
Lakin Sonanın cavabı qəti idi:
- Satmıram! Satmıram, canım! Nə ingilisə satıram, nə də qızıla.
3
Sona xalçanı çəkib aradan yığdı. İngilisin rəngi ağardı. Alt çənəsi laxladı. Tacir onun
dediyini Sonaya tərcümə etdi:

- Görürsən? Deyir, hara getsə, onu mən alacağam.
Sona daha da acıqlandı. İti və həyəcanlı nəzərlərlə həm taciri, həm də ingilisi süzüb
əli ilə rədd işarəsi verdi:
- İtə ataram, yada satmaram!
Sona arxasını ingilisə və tacirə çevirib oradan uzaqlaşdı.
Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları bu qeyrətli ananı yola salırdı:
- Halal olsun belə qadına!
Mir Cəlalın “Bir gəncin manifesti” povestindən
DÜŞÜN VƏ CAVAB VER
ŞİFAHİ NİTQ
1.  Aşağıdakı abzas nömrələnmiş boşluqlardan hansına uyğun gəlir?
Sona ev şeyləri satılan yerdə bir daşın üstündə oturmuşdu. Xalçası da
qabağında idi. Xalça gedib-gələnlərin nəzərini cəlb edirdi. Adamlar durub bu
gözəlliyə heyran-heyran baxırdılar.
2.  Sarı fonda verilmiş hissələrə əsasən Sona obrazı haqqında nə deyə bilərsən?
3.  Hansı fikir yanlışdır?
A) Əsərdəki hadisələr həftənin bazar günü baş verir. 
B) Mərdan Sonanın yeganə oğlu idi. 
C) Tacirlərdən biri gödəktuman ingilisə tərcüməçilik edirdi.
4.  Sona ingilisə xalçanı satmadı, çünki ...
A) ingilis az pul təklif edirdi. 
B) tacir ingilisin sözlərini düz tərcümə etmirdi. 
C) Sona xalçanın yadelli əlinə düşməsini istəmirdi.
1- ci qrup
2- ci qrup
3- cü qrup
4- cü qrup
5.  Qruplarla iş. Mətnin 1-ci abzasında verilmiş obrazlardan birini əsərin
qəhrəmanı kimi qəbul edərək yeni mətn qur.
Eşşək üstündə bazara bəkməz aparan kişi.
Boğazından kəsib yığdığı yumurtaları satmağa aparan cavan gəlin.
Dalında bir şələ odun bazara gedən kişi.
Qoltuğunda xoruz, əlində bir torba zoğal qurusu satmağa gedən
qoca.

ÇÜNKİ OLDUN 
DƏYİRMANÇI...
Koroğlunun paşalara, xanlara qarşı apardığı mübarizə dillərdə dastan olmuşdu.
Günü-gündən başına yığışan adamlar çoxalırdı. Bu, xanları, paşaları çox narahat
edirdi.
Bir gün Toqat hakimi Hasan paşa böyük bir məclis qurub qoşun böyüklərini,
pəhləvanları yanına çağırdı. Üzünü onlara tutub dedi:
- Nə qədər ki Koroğlu sağdır, bizə rahatlıq yoxdur. Biz gərək Çənlibelə qosun çəkək.
Koroğlunu və onun dəlilərini birdəfəlik məhv eləyək. İndi nə deyirsiniz, bu işə qol
qoyursunuzmu?
Məclisdəkilərdən biri dedi:
- Paşam sağ olsun. Sizə bir həqiqəti deyim ki, Koroğlunun igidliyinin düz yarısı
Qıratdandır. Nə qədər ki o, Qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik.
Koroğlunu məğlub etmək istəyirsinizsə, birtəhər Qıratı onun əlindən çıxarın!

Söz, deyəsən, Hasan paşanın beyninə batdı. O, məclisdəkilərdən soruşdu:
-Aranızda kim Qıratı Koroğlunun əlindən ala bilər?
Hamı başını aşağı dikdi. Hasan paşa özü də bilirdi ki, bu, asan iş deyil, çətin ki kimsə
bu işi boynuna götürə.
Elə bu vaxt Keçəl Həmzə ayağa qalxdı. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir
adam idi, məclisə də özünü birtəhər salmışdı ki, qarnını doyursun. O, məclisin
ortasına yeriyib dedi:
- Paşa sağ olsun, bu işə mən gedərəm.
Hasan paşa dedi:
- Bala, Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qəni
eləyərəm.

Həmzə dedi:
- Paşa, mənə dünya malı lazım deyil, kiçik qızını ver mənə, gedim Qıratı gətirim.
Hasan paşa razılaşdı. Keçəl Həmzə də hazırlaşıb yola düşdü.
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
2-ci hissə
Deyirlər ki, Koroğlu Ağ qayada durub karvan yollarına baxırdı. Bir də gördü ki, budur,
bir nəfər gəlir. Koroğlu qayadan düşüb kəsdi onun qabağını ki:
- Dayan! De görüm, kimsən? Haradan gəlib haraya gedirsən?
Həmzə baxdı ki, qabağındakı bir oğlandır, bir oğlandır, adam üzünə baxmağa ürək
eləmir. Boy- buxun, qol-bilək! Gözlər tərlan gözü kimi oyur-oyur oynayır. Belində bir
qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu, Koroğludur, amma özünü
tanımazlığa vurub dedi:
1.  Altından xətt çəkilmiş “qoşun çəkək” ifadəsinin əvəzinə hansı ifadəni
işlətmək olar?
2.  Aşağıdakı sualların hansına mətndə cavab yoxdur?
A) Paşalar, xanlar nədən narahat olurdular? 
B) Niyə heç kəs Qıratı Koroğlunun əlindən almağa cəsarət etmədi? 
C) Keçəl Həmzə nəyə görə sayılmayan, urvatı olmayan adam idi?
3.  Mətndə cavabı olmayan suala özün cavab verməyə çalış.

- Koroğlunu axtarıram.
Koroğlu soruşdu:
- Neyləyirsən Koroğlunu?
Həmzə dedi:
- Mən ilxıçıyam. Ömrümü-günümü bəy, paşa

qapısında çürüdüb ilxıya getmişəm. Ancaq bu günə kimi heç bir qapıda duruş gətirə
bilməmişəm. İndi, başına dönüm, Koroğlunu deyib gəlmişəm. Deyirlər, o çox mərd
adamdır. Bir tikə çörəyini məndən əsirgəməz.
Bunu deyib Keçəl Həmzə elə ağladı, elə ağladı ki, gözünün yaşını gildir- gildir tökdü.
Koroğlunun keçələ yazığı gəldi. Dedi:
- Dur, gedək! O Koroğlu dediyin elə mənəm.
Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər, xanımlar Həmzəni görüb dedilər:
- Ay Koroğlu, bunu haradan tapıb gətirdin? Heç əməlli adama oxşamır. Rədd elə,
getsin.
Koroğlu onları sakit eləyib dedi:
- Görmürsünüz, yazığın biridir? Bizə nə eləyəcək? Qoyun süfrəmizin artıq-
urtuğundan yeyib qapıda-bacada dolansın.
Koroğlu Keçəl Həmzəni tövləyə gətirib dedi:
- Dürat bu il çox sınıxıb. Tapşırıram onu sənə. Gərək onu da Qırata çatdırasan.
1
Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri
də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxarıb Düratın açarını Keçəl Həmzəyə verdi.
Xanımlar, dəlilər bu işdən narazı qalsalar da, Koroğlu onların sözünə məhəl
qoymadı.
Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. Amma vaxt keçirdi. Keçəl
Həmzə Toqata qayıtmalı idi. Çox götür-qoydan sonra gecələrin birində öz-özünə
dedi: “Toqatda nə tanıyırlar ki, Qırat hansıdır, Dürat hansı? Elə bunu aparım, paşanı
aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim”.
Keçəl Həmzə gecə xəlvətcə Düratı yəhərlədi, "Asta qaçan namərddir", - deyib birbaşa
Toqata daban aldı.
DÜŞÜN VƏ CAVAB VER
ŞİFAHİ NİTQ
4.  Oxuduğun hissəyə əsasən Koroğlu haqqında nə deyə bilərsən?
5.  Səncə, Koroğlu Həmzəni Çənlibelə gətirməkdə haqlı idimi? Cavabını
əsaslandır.
6.  Məqsədinə çatmaq üçün Həmzənin hərəkətlərini ardıcıllıqla danış və onun
haqqında fikrini söylə.

3-cü hissə
Səhər məsələ bəlli olanda dəlilər çaxnaşıb bir-birinə dəydilər. Hamı başladı
Koroğlunu məzəmmət eləməyə. Koroğlu qəzəblənmişdi. Təqsirkardı deyə dinib-
danışa bilmirdi. Amma acığından bığlarını gəmirirdi. Qərara aldı ki, Qıratı minib yola
düşsün.
Koroğlu Qıratı sürməkdə olsun, sənə deyim Həmzədən.
Həmzə canının qorxusundan dayanmadan at sürürdü. Yolun üstündə bir dəyirman
var idi. Ora çatmağa az qalmışdı ki, dönüb geri baxdı. Gördü, budur, Koroğlu Qıratın
üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Düratı qamçılayıb özünü tez dəyirmana saldı.
Üst-başını, üz-gözünü o ki var unladı.
Koroğlu özünü yetirib dəyirmançını çağırdı. Keçəl Həmzə çölə çıxanda onu
dəyirmançı bilib soruşdu:
- İndicə mənim qabağımca buraya gələn atlı necə oldu?
Keçəl Həmzə dedi:
- Odur, girib içəridə gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi mənə dedi ki,
yerini deməyim.
Koroğlu atdan sıçrayıb düşdü. Qıratın yüyənini Həmzəyə verib dedi:
- Bir bu atı saxla görüm.
2

Koroğlu içəri girəndə gördü ki, burada Həmzə-zad yoxdur. Başa düşdü ki,
dəyirmançı bildiyi elə Həmzə özü imiş. Tez bayıra atıldı.
Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib
özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun
yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odur ki Həmzə Qıratın gözlərini
tumarlayıb cəld belinə sıçradı.
Koroğlu dəyirmandan çıxıb baxdı ki, Keçəl Həmzə Qıratın belində dəyirmandan bir
az aralı durub. Əvvəl qəzəbləndi, Misri qılıncını çəkib hücum eləmək istədi. Ancaq
baxdı ki, bundan bir fayda olmayacaq. Qırat ayağını götürsə, heç quş da ona çata
bilməz. Dedi:
- Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyilsən. Düzünü de
görüm, səni kim öyrədib göndərib?
Həmzə dedi:
- Koroğlu, eşit və agah ol! Mən Çənlibeldə sənə nə demişəmsə, hamısı doğrudur.
İndi bu atı aparıram Toqatda verəm Hasan paşaya, bəlkə, bu yolla bir ağ günə
çatam. Amma onu da bil ki, keçəl mərd olar. Mən sənin nəinki atını, heç bir tükünü
də qıyıb Hasan paşaya vermərəm. Bilirəm ki, sən axırda gəlib öz atına sahib
olacaqsan. Hər nə vaxt ki Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona
mindirəcəyəm. İndi day məni bağışla, gedim. Yolum uzaqdır.
Koroğlu gördü Həmzə atı aparır, dedi:
- Həmzə, indi ki belə oldu, apar, get muradına çat! Ancaq mən gəlincə atı yaxşı saxla!
Qoyma incitsinlər. Sən ki bilirsən, at ki var, igidin qardaşıdır.
3
Həmzə dedi:
- Koroğlu, arxayın ol! İnşallah, gələrsən, görərsən.
Keçəl Həmzə bunu deyib Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa
gəlmişdi, Qıratı da əlindən verdi. Dəyirmanın qapısında yerə oturdu, aldı görək nə
dedi:
Çünki oldun dəyirmançı, 
Çağır gəlsin dən, Koroğlu! 
Verdin Qırı, aldın Dürü, 
Döy başına, yan, Koroğlu! 
Qırat burdan getdi büyün, 
Sinəmə vurdu dağ, düyün, 
Gedim dəllərə nə deyim? 
Öl, burada qal, Koroğlu!
(“Koroğlu” dastanının “Həmzənin Qıratı qaçırması” qolundan)

DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
7. 
Aşağıdakı şeir mətndəki hansı boşluğa uyğun gəlir?
Canım Həmzə, gözüm Həmzə, 
Həmzə, incitmə Qıratı! 
Budur sənə sözüm, Həmzə, 
Həmzə, incitmə Qıratı!
Qırat mənim iki gözüm, 
Belə dərdə necə dözüm? 
Həmzə, sənə budur sözüm, 
Oğul, incitmə Qıratı!
Eşidər paşalar, bəylər, 
Şadlıq xəbərini söylər. 
Koroğlu iltimas eylər, 
Bala, incitmə Qıratı!
8. 
Verilmiş cümlələrdə zərfləri müəyyən et və onlara sual ver.
1. Keçəl Həmzə gecə xəlvətcə Düratı yəhərlədi. 
2. Asta qaçan namərddir. 
3. Həmzə Düratı qamçılayıb özünü tez dəyirmana saldı.
YADDA SAXLA!
9. 
Cümlələrdə fərqləndirilmiş sözlərə sual ver. Onların hansı nitq hissəsinə aid
olduğunu müəyyənləşdir.
1.  Yaxsı iş üz ağardar. 
Qardaşım ingilis dilini yaxşı bilir.
2.  Meydana az adam yığışmışdı. 
Çox bilib az danışmaq lazımdır.
10. 
Necə? nə zaman? nə qədər? harada? suallarına cavab verən zərflər tap və
cümlədə işlət.
Zərf hərəkəti müxtəlif cəhətdən izah edərək onun əlamətini, zamanını,
yerini, miqdarını bildirir.
sürətlə
 (necə?) 
qaçmaq;
 
yuxarıda
 (harada?) 
oturmaq;
axşam
 (nə vaxt?) 
dincəlmək;
çox
 (nə qədər?) 
oxumaq.

QƏDİM YUNAN SÖZLƏRİ
Bu gün tez-tez eşitdiyimiz, işlətdiyimiz bir
çox sözlər dünyanın ən qədim mədəniyyət
mərkəzlərindən olan Qədim Yunanıstandan
qalmışdır. Gəlin onlardan bir neçəsi ilə
tanış olaq.
Yəqin ki, “akademiya” sözü sizə tanışdır. Bu sözün kökü Qədim Yunanıstana gedib
çıxır. Sən demə, Yunanıstanın paytaxtı Afina şəhərində əfsanəvi qəhrəman
Akademin adını daşıyan səfalı bir təpəcik var imiş. Məşhur alim Platon bu təpəcikdə
öz məktəbini yaratmışdı və şagirdlərinə burada dərs keçirdi. Məktəb yerləşdiyi
təpəciyin adı ilə “Akademiya” adlandırılırdı. Elə o vaxtdan da böyük və mötəbər elmi
müəssisələri akademiya adlandırırlar.

Çox güman ki, siz Beynəlxalq Olimpiya Oyunları haqqında da çox eşitmisiniz. Növbə
ilə dünyanın müxtəlif ölkələrində keçirilən bu möhtəşəm idman yarışlarının kökü də
çox qədimdir.
Qədim Yunanıstanın Olimpiya şəhərində 4 ildən bir baş allah Zevsin şərəfinə xüsusi
yarışlar keçirilirmiş. 5 gün davam edən bu yarışlarda qədim yunanlar müxtəlif
idman növlərində güclərini sınayırdılar. Yarışlar keçirilən müddətdə ölkədə
müharibə aparılmamalı idi. Buna görə Olimpiya oyunları sülhün, barışın rəmzi
hesab edilir. İndiki olimpiadalar da, Qədim Yunanıstanda olduğu kimi, 4 ildən bir
keçirilir, lakin 5 gün deyil, daha uzun müddət davam edir. Axı müasir olimpiadalarda
bir çox ölkələrdən gələn idmançılar iştirak edir. Bundan başqa, olimpiadaların
proqramına getdikcə daha çox idman növü daxil edilir. Hər olimpiadaya qədim
Olimpiya şəhərində günəş şüalarından alovlandırılmış məşəl gətirilir və bu məşəl
yarışların sonunadək yanır.

Olimpiadaya daxil olan yüngül atletika idman növlərindən biri 42 km 195 m
uzunluğunda məsafəyə qaçış - marafon qaçışıdır. Niyə marafon və niyə məhz bu
məsafə? Əfsanəyə görə, uzun müddət davam edən müharibədə yunanlar iranlılar
üzərində Marafon adlı bir kənddə qələbə çalmışdılar. Bu xəbəri Yunanıstanın
paytaxtına gətirən döyüşçü həmin məsafəni durmadan qaçmışdı.
Yeri gəlmişkən, elə “atletika” sözünün özü də yunanca “athletikos” (pəhləvanlara xas
olan) sözündən yaranmışdır. Yüngül atletikaya aid idman növləri ilə (qaçış, uzunluğa
və hündürlüyə tullanma və s.) yanaşı, ağır atletika - ağırlıqqaldırma idman növü də
mövcuddur.
Qədim Yunanıstan dünya elminə bir çox dahi alimlər, böyük kəşflər bəxş etmişdir.
Onlarla əlaqədar çoxlu maraqlı rəvayət vardır. Deyilənə görə, qədim yunan alimi
Arximed özünün məşhur qanununu kəşf edən zaman bərkdən “Evrika!” (“Tapdım!”)
deyə qışqırmışdı. İndi bu söz bir çox xalqların dilinə daxil olmuşdur. Hər hansı çətin,
mürəkkəb problemi həll edəndə duyulan sevinci bildirmək üçün bu sözü işlədirlər.
SÖZ EHTİYATI
1. 
3-cü abzasda altından xətt çəkilmiş “kök” sözünü hansı sözlə əvəz etmək
olar?
Omonim sözlər
A) mənbə
B) mənsəb
C) mənşə
Deyilişi və yazılışı eyni, mənaları müxtəlif olan sözlər omonim adlanır.
Çoxmənalı sözdən fərqli olaraq:

2. 
Verilmiş omonimləri müxtəlif mənalarda cümlələrdə işlət.
çay, bel, don, yaz, gül, çən, şam, sarı, xal, daş
- omonimin mənaları arasında heç bir yaxınlıq olmur; 
- omonim sözlər müxtəlif nitq hissələrinə aid ola bilər.

NİYƏ “SİZ” DEYİRİK
Çox zaman yaşlı adama hörmət
əlaməti olaraq “Siz” deyə
müraciət olunur. 2-ci şəxsin
cəmini bildirən “siz” dən fərqli
olaraq bu söz böyük hərflə yazılır.
Deyilənə görə, bu müraciət
forması Qədim Romada yaranıb.
Roma dövlətini eyni zamanda iki
konsul idarə edirdi.
Konsullar məsləhətləşib bir yerdə qərar qəbul edirdilər. Romanın ali məclisi olan
senat qarşısında çıxış edərkən hər bir konsul özü haqqında “mən” yox, “biz” deyirdi.
Bununla da o, qərarın hər iki konsul tərəfindən qəbul edildiyini bildirirdi. Senat
üzvləri və şəhər sakinləri də konsula “Siz” deyə müraciət edirdilər.
Məşhur Roma imperatoru Qay Yuli Sezar 41 yaşında ikən Romanın konsulu seçildi.
Onunla yanaşı ikinci konsul da var idi. Lakin öz qətiyyəti ilə seçilən Sezar digər
konsulu elə qorxutdu ki, o, Sezarın işlərinə qarışmağa cəsarət etmədi. Artıq Qay Yuli
qərarları təkbaşına qəbul edirdi. Buna baxmayaraq o da ənənəyə sadiq qalaraq özü
haqqında “biz” deyirdi.
Maraqlıdır ki, qədim türklərdə də yaşca böyük, hörmətli adama ehtiram əlaməti
olaraq “Siz” deyə müraciət edilib. XI əsrdə yaşamış böyük türk alimi Mahmud
Kaşğarlı türk xalqlarının tarixində ilk lüğət hesab edilən məşhur əsərində bu sözün
izahını belə verib:
“Siz - böyük və sayılan adamlara sən əvəzinə işlədilən söz”.
DÜŞÜN VƏ CAVAB VER
SÖZ EHTİYATI
1. 
Hansı cümlədə “siz” sözü kiçik hərflə yazılmalıdır?
A) Cənab Rəhimov, Sizə bir məlumat çatdırmaq istəyirəm. 
B) Uşaqlar, Siz sabah ekskursiyaya gedəcəksiniz. 
C) İradə xanım, icazə verin, Sizdən bir söz soruşum.
Yuxarıda verilmiş cümlələrdə hansı sözlər müraciət bildirir?
2.  “Biz” sözünün omonim olduğunu sübut edərək mənalarını bildir. Hansı nitq
hissəsinə aid olduğunu de.

ÖZ ARŞININLA 
ÖLÇMƏ
Siz artıq uzunluq ölçü va hidlərini tanıyırsınız:
millimetr, santimetr, desimetr, metr, kilometr…
Göründüyü kimi, onların hər birinin adında
“metr” sözü işlənir. Metr anlayışı təqribən 200 il
əvvəl Fransada meydana gəlmişdir. Bundan yüz
il sonra metr və onunla bağlı ölçü vahidləri digər
xalqlar tərəfindən də qəbul olundu. O vaxta
qədər isə xalqlar müxtəlif ölçü vahidlərindən
istifadə edirdilər. Bu ölçü vahidlərindən biri də
arşın idi.
Arşından, əsasən, tacirlər parça və başqa materialları ölçərkən istifadə edirdilər.
Lakin uzun müddət arşın dəqiq ölçü vahidi olmamışdır. Belə ki, qədimdə insanın
burnundan başlayaraq bir qolu boyu barmaqlarının ucuna qədər olan məsafəni bir
arşın kimi qəbul edirdilər. Bu ölçü təxminən 70 santimetrə bərabərdir. Lakin insanın
öz ölçülərindən və qolun necə açılmasından asılı olaraq arşın dəyişirdi. Bəzən
tacirlər bundan istifadə edərək alıcıları aldadırdılar. Belə olduqda hökmdarlar ağac
və ya metaldan arşın hazırlatdırıb hamının bir arşından istifadə etməsinə qərar
verdilər. Lakin yenə də hər ölkədə bir arşından istifadə edirdilər.
Məsələn, Türkiyədə iki cür arşın var idi: memar arşını (75,7 sm) və çarşı arşını (68
sm). Memar arşınından tikintidə, çarşı arşınından isə ticarətdə istifadə olunurdu.
Rus çarı Aleksey Romanov da dəmirdən arşın düzəltdirib satışa buraxdırmışdı ki,
hamı bir arşından istifadə etsin. Rus arşınının uzunluğu 71 sm idi. Üzeyir bəy
Hacıbəylinin məşhur “Arşın mal alan” filmində Əsgər bəy satdığı parçaları belə bir
arşınla ölçür.
Hər xalqın öz arşınının olması beynəlxalq ticarətdə çətinlik yaradırdı. Odur ki
müəyyən dövrdən sonra xalqlar metrik ölçü vahidlərini qəbul etdilər.
İndi “öz arşını ilə ölçmək” ifadəsi məcazi mənada işlədilir. Biri özü bildiyi kimi, öz
xasiyyətinə uyğun hərəkət edəndə, başqalarını da bu baxımdan qiymətləndirəndə
tez-tez bu ifadəni eşidə bilərik. Məsələn, paxıl adam başqalarının da özü kimi paxıl,

xəsis adam başqalarının da özü kimi simic olduğunu düşünəndə həmin adam
haqqında “hamını öz arşını ilə ölçür” deyirlər.

DÜŞÜN VƏ CAVAB VER
ALTIAĞAC
Şirvanşahlar hakimiyyəti dövründə
Şamaxıdan Qubaya və 
başqa şimal
bölgələrinə
 karvan yolu açılmışdı. Bu yol
“Altıağac” deyilən ərazidən keçirdi. Səfalı
Altıağac karvanların düşərgə yeri idi. Bu
adın tərkibindəki “ağac” sözü bitki deyil,
məsafə bildirir. Beləliklə, altı ağac
Şamaxıdan bu yerə qədər olan məsafəni
bildirir.
1.  Tutaq ki, parça satanın qolu uzun, alanınkı isə qısadır. Parçanı kimin arşını ilə
ölçmək alıcıya sərf edər: öz arşını ilə, yoxsa satıcının arşını ilə? Cavabını
əsaslandır.
2.  Əgər sən keçmiş zamanda yaşasaydın və sənin parça dükanın olsaydı, necə
satıcı seçərdin - hündürboy, yoxsa qısaboy? Fikrini izah et.
3.  Bunlardan hansı ilə daha dəqiq ölçmə aparmaq olar?
4. 
Ağac və ya metaldan arşın hazırlanmasına səbəb nə oldu?
5.  Nöqtələrin yerinə müvafiq sözləri artırmaqla cümlələri oxu.
Əvvəllər hər ... öz arşını var idi. Metal arşınlar peyda olduqdan sonra hər ...
öz arşını oldu.
6.   Azərbaycan xəritəsindən
istifadə etməklə mavi rənglə
verilmiş söz birləşməsini
müvafiq rayon adları ilə əvəz
et.
7.  “Öz arşınınla ölçmə” və
“Altıağac” mətnlərini hansı
başlıq altında birləşdirərdin?
A) Azərbaycanın rayonları 
B) Qədim ölçü vahidləri 
C) Rəvayətli ifadələr
8.  Dinlədiyin mətndəki (“Qədim ölçü vahidləri”) məlumatlardan istifadə
etməklə hesabla:
- Şamaxıdan Altıağaca qədər neçə kilometr məsafə var? 
- Hansı daha böyükdür: iki arşın bir qarış, yoxsa bir qulac iki qarış?
A) çarşı arşını ilə
B) qarışla
C) addımla

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
Nümunə:
1.  “Natiqlik məharəti haqqında” və “Sözün qüdrəti” mətnlərinin oxşar cəhəti
nədədir?
2.  B.Vahabzadənin “Azərbaycan - Türkiyə” şeirində ümummilli lider Heydər
Əliyevin hansı məşhur kəlamı səsləndirilmişdir?
3.  Hansı mətndə həmişə eşitdiyin atalar sözlərinin əsl mənalarını öyrəndin?
Onları izah et.
4.  “İtə ataram, yada satmaram!”, “Çünki oldun dəyirmançı...” ifadələrinin işlənə
biləcəyi situasiyalar fikirləşib tap.
5.  Hansı mətndə indi məcazi mənada işlənən ölçü vahidi ilə bağlı ifadənin tarixi
kökü araşdırılır?
6.  Verilmiş sözləri əvvəlcə say və ya sifət, sonra isə zərf kimi cümlələrdə işlət.
Tədbirə xeyli adam gəlmişdi. 
Onlar xeyli söhbət etdilər.
gözəl, aydın, az, bir qədər
7.  Sözləri cədvələ uyğun olaraq qruplaşdır və cədvəli dəftərində tamamla.
insan, torpaq, mən, siz, on beş, çoxlu, qanadlanmaq, 
fikirləşmək, yaraşıqlı, möhkəm, dəfələrlə, dərhal
Söz
Aid olduğu nitq hissəsi və sualı
Cümlə
 
 
 
8.  Cümlələrdə nöqtələrin yerinə uyğun gələn zərfləri əlavə et və sualını
müəyyənləşdir.
yenicə, birlikdə, xeyli, sürətlə
1. Dostlar dərslərini ... hazırladılar. 
2. Qardaşım maşını ... sürürdü. 
3. Mehman atasının yolunu ... gözlədi. 
4. Hava ... açılmışdı.

Bir kişinin oğlu o qədər tənbəl idi ki, dünyada tayı tapılmazdı. Artıq böyüyüb yekə
oğlan olmuşdu, heç bir iş görmək istəmirdi. İndiyə kimi bir qəpik də pul
qazanmamışdı. Nə qədər ki atasının qollarında qüvvət, dizlərində taqət vardı, oğlunu
yedizdirirdi. Ata qocalıb əl-ayaqdan düşəndə arvadını çağırdı və dedi:
- Bütün var-dövlətimi başqasına verəcəyəm. Oğluma isə heç nə qoymayacağam. O,
tənbəldir, heç nəyə yaramır. Özü qazana bilməyən oğul ata malının da qədrini
bilməz.
Bu sözlər anaya çox ağır gəldi. O, oğlunun tərəfini saxladı:
- Niyə qazana bilmir ki? Lazım olsa, qazanar.
Əri isə yenə öz fikrindən dönmədi:
- Bacarırsa, qoy qazansın. Heç olmasa, bir qızıl gətirsə, bütün var- dövlətimi ona
verərəm.
- Yaxşı, - deyə arvadı razılaşdı.
Ana oğlunun yanına gedib ona bir qızıl verdi və başa saldı:
- Gündüz bir yerdə vaxtını keçir, axşam isə evə qayıdıb qızılı atana ver. Ona de ki,
bunu öz zəhmətinlə qazanmısan.

* * *
Oğlu belə də etdi. Bütün günü veyillənib axşam evə qayıtdı. Qızılı atasına verib
şikayətləndi:
- Bu qızıldan ötrü bütün günü əziyyət çəkmişəm...
Atası pulu alıb sobaya atdı. Oğul mat-məəttəl qızılın dalınca baxdı. Amma yerindən
tərpənmədi. Ata dedi:
- Bunu sən qazanmamısan, oğul!
Oğul çiynini çəkib incik halda atasından aralandı.
Ertəsi gün ana yenə də oğluna bir qızıl verib dedi:
- Get dağlarda, dərələrdə gəz. Axşamüstü isə o qədər qaç ki, bərk tərləyəsən. Sonra
atanın yanına get. Ona de ki, bu qızılı alın tərinlə qazanmısan.
* * *
Oğlu bu cür də hərəkət etdi. O, axşamüstü yorğun-arğın, qan-tər içində atasının
yanına gəldi:
- Görürsən, ata, mən tər içindəyəm. Bu qızılı qazanmaq üçün dəridən- qabıqdan
çıxmışam, - dedi.
Atası pulu alıb yenə sobaya atdı.
- Məni aldada bilməzsən, oğul! Bu pulu sən qazanmamısan.
Oğul yenə də heç nə deməyib otaqdan çıxdı.
Anası başa düşdü ki, işlər pisdir, dedi:
- Yox, oğul, biz onu aldada bilmərik. İndi başqa çarə yoxdur. Gərək qızılı özün
qazanasan. Get işlə, gündə, heç olmasa, iki qəpik qazan, gətir atana ver. O sənə
inanar.
* * *
Oğlu anasının sözünə qulaq asdı. Gedib bir həftə işlədi, bir az pul qazanıb atasına
gətirdi. Atası həmin pulları da götürüb sobaya atdı:
- Yox, oğlum, bunları da sən qazanmamısan.
Oğlu buna dözə bilmədi, sobaya tərəf atıldı, əllərini alovun içinə soxub pulları
sobadan çıxardı və həyəcanla dedi:
- Ata, sən nə edirsən?! Bu pulları qazanmaq üçün bir həftə zəhmət çəkmişəm. Hələ
də belim ağrıyır. Sən isə onları odda yandırırsan.
Bu vaxt atası dedi:
- Bax indi inandım ki, bu pulları sən öz zəhmətinlə qazanmısan.
SÖZ EHTİYATI

1.  “Əl-ayaqdan düşmək”, “alın təri ilə”, “dəridən-qabıqdan çıxmaq” ifadələrini
hansı söz və ifadələrlə əvəz etmək olar?
2.  Veyillənmək, taqət, soba sözlərinin mənasını izah et.

DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
3.  Mətnin müvafiq hissələrinə istinad etməklə obrazları təhlil et. Onların
hərəkətlərinə münasibət bildir.
4.  Nəyə görə oğlunun gətirdiyi pulu ata hər dəfə sobaya atırdı?
5.  Mətnin mövzu və ideyasını müəyyən et.
6.  Cümlələri tamamla:
1.  Kişinin oğlu işləmək istəmirdi, çünki ...
2.  Ananın oğluna yazığı gəlirdi, ona görə də ...
3.  Atanın ilk dəfə sobaya atdığı pul oğulu narahat etmədi, çünki ...
4.  Oğlan əlləri yana-yana sobadan pulları götürdü, çünki ...
7.  Tənbəl, qazanmaq, oğul, mat-məəttəl, gəlmək, əziyyətli sözlərinə sual ver və
onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdir. Cədvəli dəftərində
tamamla.
8.  Verilmiş sözlərə müvafiq şəkilçilər (-casına -la dan ) əlavə edərək zərf
düzəlt və onlara sual ver.
mülayim, dərin, cəsarət, dost, qəzəb, uca, 
mehriban, asta, maraq
9.  Cümlələrdə hərəkətin zamanını bildirən zərfləri tap.
1. Qardaşım məktəbdən çoxdan çıxmışdı. 
2. Sağlam insan daim özünü gümrah hiss edir. 
3. Əvvəl bu parkın yerində köhnə evlər vardı.
10.  Çətin, sərrast, yaxşı, düzgün sözlərini cümlələrdə həm sifət, həm də zərf kimi
işlət.
2
2
2

Hər gün işdən gəlib şam etdikdən sonra oğlum Əkrəm başımın üstünü kəsdirir,
məni cürbəcür oyuna, söhbətə çəkir. Düzü, onunla əylənmək mənə də zövq verir,
könlümü açır. Odur ki çağırışına həvəslə qoşuluram. Onu sevindirmək, maraq
yaratmaq üçün hər dəfə təzə bir şey axtarıb tapıram. Yatanacan başını qatmağa
çalışıram.
Bir axşam evə çox yorğun gəlmişdim. Həmin gün mədəndə qəza baş vermişdi. Mən
də bütün günü yenicə qazıb qurtardığımız neft quyusunun yanında olmuşdum.
Oğlum isə, həmişəki kimi, oynamaq həvəsində idi. Yorğun olsam da, ürəyini
sındırmaq istəmədim. İkimiz də stolun arxasına keçdik. Əkrəm 
iki
 ayağını bir
başmağa dirəmişdi ki, gəl təzə oyun oynayaq. Həvəssiz halda onu məşğul eləmək
üçün yeni bir əyləncə tapmağa çalışırdım. Fikirləşə-fikirləşə stolun üstündəki
domino qutusunu qarşıma çəkdim. Özüm də fərqinə varmadan qara mərmər kimi
işıldayan balaca daşları bir-birinin üstünə qoymağa başladım. Axırıncı daşı qoyanda
gördüm ki, stolun üstündə əməlli-başlı bir “bina” ucalır. Oğlumun da baxışları qəribə
bir maraqla bu “bina”ya zillənmişdi.
- Hə, necədir, xoşuna gəlir? - oğlumdan soruşdum.
- Yaxşıdır, ata, yaxşıdır!.. - O, 
balaca
 əllərini sevinclə bir-birinə vurub şappıldatdı.
Sonra nə fikirləşdisə, tez xəbər aldı:
- Ata, 
birdən
 uçursam, nə edərsən?
-Yenidən quraram!..
Oğlum şəhadət barmağı ilə “bina”ya necə toxundusa, domino daşları bir

andaca stolun üstünə və döşəməyə səpələndi. Əkrəm yerə tökülmüş daşları yığdı,
gətirib qabağıma tökdü... Az keçmədi, bayaqkı “bina” hazır oldu. Oğlum yenə
uçurtdu... 
Mən
 də yenə qurdum... Oğlumun bunu nə vaxt uçuracağını gözləyirdim.
O, yenə zəhmətimi zay etsəydi, yəqin ki, bu işi yenidən görməyə səbrim
çatmayacaqdı. Mən dedim:
- İstəyirsən, özün qur.
Domino daşlarını ona tərəf itələdim. Əkrəm həvəslə ağ xallı qara daşları bir-birinin
üstünə düzməyə başladı. Düzdükcə sevinci yerə-göyə sığmırdı. Lakin qurduğu 
evcik
yarıya çatmamış uçdu. Oğlum pərt oldu, ancaq ruhdan düşmədi, inadından
dönmədi. Mən də ona səhvlərini başa saldım. Dedim ki, bala, bir isi baslavanda
bünövrəsinə fikir ver. Bünövrə gərək düzgün qovula. Bir balaca əvri oldu, qurtardı,
durus gətirən devil.
Oğlum da dediklərimə diqqətlə qulaq asır, daşı daş üstünə qoyurdu. Gəlirdi, gəlirdi,
lap az qalmış daşlar sürüşüb ətrafa səpələnirdi... O da yenidən yığır, yenidən işə
başlayırdı. Əkrəmin hər dəfə daha həvəslə, daha inadla işə girişdiyini gördükcə
sevinir, 
fərəhlənirdim.
. Ürəyimdə deyirdim: “Bax belə, ağıllı oğlum, həmişə çətin işin
dalınca get! Qurmağa, yaratmağa, ucaltmağa çalış, ay mənim qurucu oğlum!”
Nəhayət, alındı! Oğlumun “tikdiyi ev” hazır idi. Yəqin ki, bu onun həyatında ilk
yaradıcılıq işi idi. Əkrəm fəxrlə gah öz “sənət əsəri”nə, gah da mənə baxırdı.
Deyəsən, məndən tərif gözləyirdi. Mən:
- Hə, görək sən tikdiyin ev, doğrudanmı, möhkəmdir?
Bunu deyib mən də şəhadət barmağımı domino daşlarından düzəldilmiş evə
uzatdım. Birdən oğlum balaca əlləri ilə əlimdən yapışdı:
- Yox, atacan, dəymə!
- Niyə, qorxursan ki, uçar?
- Hə, bilirəm ki, uçacaq. Amma bayaqdan əziyyət çəkirəm axı. Qoy bir az dursun da.
Mən gülüb oğlumun üzündən öpdüm. Elə bu zaman anasının səsi gəldi:
- Əkrəm, yatmaq vaxtıdır.
Gülhüseyn Hüseynoğlunun 
eyniadlı hekayəsi əsasında işlənmişdir.
DÜŞÜN VƏ CAVAB VER
1.  Həyatdan misallar gətirməklə altından xətt çəkilmiş cümlənin ifadə etdiyi
fikri şərh et.
2.  “Halal pul” mətni ilə “Qurucu” mətni arasındakı ideya yaxınlığını müəyyən et.

DİL QAYDALARI
3.  Səncə, Əkrəmdən sonra atası yenidən dominodan ev qursaydı, Əkrəm onu
da fikirləşmədən uçurardımı? Fikrini əsaslandır.
4.  Hekayədə hansı suala cavab yoxdur?
A) Əkrəmin atası harada işləyir? 
B) Əkrəmin neçə yaşı var? 
C) Hadisə günün hansı vaxtı baş verir?
5.  Şəhadət barmağı əlinizdəki hansı barmaqdır? Səncə, nəyə görə bu barmaq
belə adlanır? Bəs o biri barmaqlar necə adlanır?
6.  Mətndə mavi rənglə verilmiş sözlərin mənasını izah et, hansı nitq hissəsinə
aid olduğunu müəyyənləşdir.
Nümunə: iki - birdən sonra gələədəd (miqdar sayı)
YADDA SAXLA!
7.  Cümlələrdə altından xətt çəkilmiş sözlərin leksik və qrammatik mənalarını
izah et.
1. Yeni evin divarlarına suvaq çəkildi. 
2. İnsan öz sənətini sevməlidir. 
3. Oxuduğum kitab maraqlı sərgüzəştlərlə doludur. 
4. Oyunda əsas məqsədimiz qələbə çalmaqdır.
8.  Verilmiş cümlələrdə “yaz” sözünün leksik və qrammatik mənaları arasındakı
fərqi izah et.
1. Yaz ən çox sevdiyim fəsildir. 
2. Əzbərlədiyin şeirin qısa məzmununu yaz.
Sözün ifadə etdiyi məna - ad, əlamət, hərəkət və s. həmin sözün leksik
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin