1
Rafiq Manafoğlu, Nizami Tağısoy,
Rüstəm Kamal
İZAHLI
TƏRCÜMƏŞÜNASLIQ
TERMİNLƏRİ
LÜĞƏTİ
Bakı –
– 2010
2
Lüğətin nəşri AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası
tərəfindən məqsədəuyğun hesab edilmişdir
(məktub № T7, 07.07.2009).
Redaktorlar:
Sayalı Sadıqova
filologiya elmləri doktoru, professor
İsmayıl Kazımov
filologiya elmləri doktoru
Rəyçilər:
Nizami Cəfərov
filologiya elmləri doktoru,
professor, AMEA-nın müxbir üzvü
İsmayıl Məmmədov
filologiya elmləri doktoru, professor
Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru, professor
R.Manafoğlu, N.Tağısoy, R.Kamal. İZAHLI TƏRCÜMƏŞÜNASLIQ
TERMİNLƏRİ LÜĞƏTİ. – Bakı: Mütərcim, 2010. – 164 s.
M
026
4602020000
01-10
© Mütərcim, 2010
©
R.Manafoğlu, N.Tağısoy, R.Kamal
, 2010
3
TƏRCÜMƏNİN NƏZƏRİ-PRAKTİK PROBLEMLƏRİNİ
İŞIQLANDIRAN
UĞURLU TƏŞƏBBÜS
Filologiya elmləri doktorları, professorlar Rafiq Manafoğlu, Ni-
zami Tağısoy və filologiya elmləri namizədi, dosent Rüstəm Kamalın
birgə hazırladıqları “İzahlı tərcüməşünaslıq terminləri lüğəti” Azərbay-
can leksikologiyası tarixində ilk təşəbbüs kimi olduqca dəyərli bir
mənbədir. Bu mənbədə tərcümə nəzəriyyəsi, təcrübəsi, tarixi və meto-
dikasının müxtəlif və çoxtərəfli aspektləri interpretasiya olunmuşdur.
Məlum olduğu kimi, tərcümə sənəti insan fəaliyyətinin, onun di-
gər mədəniyyətləri, ədəbiyyatları öyrənməyə canatım ehtiyacının nə-
ticəsi olaraq meydana gəlmişdir. Deməli, tərcümə sənəti ehtiyacdan,
tələbatdan yaranmış bir fenomendir. Onun tarixi cəmiyyətin tarixi ilə
yaşıddır. Bu iş hər bir xalqın bədii, elmi, kütləvi irsinə olan mara-
ğından doğub, təkmilləşə-təkmilləşə, dürüstləşə-dürüstləşə inkişaf edib
formalaşmışdır.
Müəlliflərin birgə yazdıqları bu dəyərli mənbədə tərcümə işinin,
tərcüməşünaslığın xeyli məsələləri bu elmin son illər qazandığı
nailiyyətlər fonunda işıqlandırılaraq oxuculara təqdim edilir. Burada
tərcümə fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından tutmuş
tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca
üsulları, tərcümənin xüsusiyyətləri, tərcümə prosesinin istiqamətləri,
tərcümə metodikası, tərcümə mexanizmi, tərcümə fəaliyyətinin sosial
tərəfləri və modelləri, tərcümə tipləri və növləri (bədii və elmi-texniki
tərcümə, publisistik tərcümə), tərcümədə prinsipial əhəmiyyətli
məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin
səviyyələri: söz, termin, söz birləşməsi, cümlə, mətn tərcümələri və s.
kimi tərcüməşünaslığın ən mühüm problemləri əhatə olunur.
Tərcümə tarixi və prosesi mürəkkəb bir inkişafın nəticəsidir. Bu
prosesdə informasiyanın ötürülməsi yolları çətin ziqzaqlardan keçir.
Bununla belə, bu prosesin terminoloji vahidləri sözügedən lüğətdə
lakonik şəkildə izah və təhlil edilmişdir.
Tərcümə prosesi dilçilik kateqoriyaları ilə üzvü şəkildə bağlıdır.
Lüğət məqalələrinə, linqvistikanın tərcümə fəaliyyətinə təsir göstərə
4
bildiyi bütün terminləri cəlb edilmiş, onların linqvistik, psixolinqvistik
və sosiolinqvistik aspektləri şərh olunmuşdur.
Əsərin “Yazılı tərcümə” hissəsində, demək olar ki, tərcümənin
bütün növləri araşdırılmış, bu növlər üçün ümumi olan və onun key-
fiyyətini təmin edən əsas mexanizm dərindən müəyyənləşdirilmişdir.
Ənənəvi metodlar, tərcüməçinin qarşılaşdığı çətinliklər, tərcümənin
mərhələləri, tədrisdə müəllimin tərcümə sənətinə yiyələnən tələbələrlə
işbirliyi, tərcümənin təhlil aspektləri, tərcümə mətnləri üzərində “əmə-
liyyat”, mətndəki informasiyanın nəzərə alınması, tərcümənin
nəticələrinin təhlili, modelləşdirmə metodikası, lüğətlərdən istifadə,
mətn janrlarının mənimsənilməsi, müxtəlif çeşidli mətnlərlə tərcümə
işi və s. məsələlər burada elmi-nəzəri cəhətdən yerli-yataqlı təhlil
olunmuşdur.
Lüğətdəki bir sıra terminlər nitq fəaliyyəti ilə bağlı qruplaşdırıl-
mışdır. Burada nitq fəaliyyətinin müxtəlif növləri, nitq kommu-
nikasiyası, nitq kompetensiyası, nitq kompressiyası, nitq situasiyası,
nitq zənciri, nitq həlqəsi, nitq şüuru, nitq aktı və s. nitqin müxtəlif
növləri ilə bağlı terminlər tərcüməşünaslıq problemləri ilə əlaqəli və
dərinləşdirilmiş şəkildə təhlil edilmişdir.
Tərcümə situasiyası ilə bağlı terminlər (situativ tərcümə nəzəriy-
yəsi, situasiya klişesi, situasiya əlaqələri, gerçiklik situasiyası, situativ
informasiya, situativ kompressiya və s.) linqvistik təhlilin dəqiqlik
prinsipi əsasında müəlliflər tərəfindən düzgün şərh olunmuşdur.
Tərcümədə üslub (orijinalı saxlamaq, zaman xüsusiyyətlərini,
milli koloriti, yazıçı fəaliyyətini, onun üslubu, istifadə etdiyi bədii
priyomları və s) başlıca şərtdir. Üslubla üslubi kodlaşma, tərcümə
mətnlərinin üslubi fərdiliyi, tərcümə zamanı üslubi itkilər, dil va-
sitələrinin üslubi manerası və s. məsələlərə aid terminlərin mahiyyətini
tərcüməçi dərindən bilməlidir. Əks təqdirdə tərcümədə istənilən, arzu
olunan nəticəni əldə etmək olmaz.
Prof. R.Manafoğlu, prof. N.Tağısoy, dos. R.Kamalın böyük zəh-
mət hesabına hazırladıqları “İzahlı tərcüməşünaslıq terminləri
lüğəti”ndə məzmun etibarı ilə fərqlənən mətnlərin tərcümə yollarını
müəlliflər ətraflı və geniş şəkildə şərh edirlər.
R.Manafoğlu, N.Tağısoy və R.Kamalın tərtib etdikləri lüğətdə
nəinki tərcümə zamanı iki dil arasındakı münasibətlər, həm də dillər-
5
arası kommunikasiya, dillərarası omonimiya, dillərarası situasiya, dil-
lərarası tərcümə, dillərarası anologizmlər, dillərarası omonimlər, se-
miotikaarası tərcümə, metalinqvistika, metalinqvistik funksiya, me-
tadil, tərcümə metadili, sözün məna tutumunun, onun məcazi mə-
nalarının yaranmasına görə genişlənməsi, sözün tərcümədə ekspressiv
xassələrinin güclənməsi, metaforalaşma və s. məsələlər yığcam və
dürüst şəkildə aydınlaşdırılmışdır.
Praktik tərcüməçiləri müvafiq biliklərlə silahlandırmağı ilk növ-
bədə qarşıya məqsəd qoyan müəlliflər tərcüməçinin mətn seçmə ilə
bağlı bir sıra məqamlara diqqət yönəltməsinin zərurətini vurğulamaqla,
bunların sırasında tərcümə zamanı yazıya alma metodu, tərcümə
metodu, mətnin seqmentasiya metodu, statistik oppozisiya metodu,
transformasiya metodu və s. məsələləri dərindən təhlil edərək oxucu-
lara təqdim etməyə müvəffəq olmuşlar.
Lüğətdə əksinə tərcümə, ümumi tərcümə nəzəriyyəsi, onun baş-
lıca mahiyyəti, mətnin janr spesifikasından asılı olmayaraq tərcümənin
ümumi qanunauyğunluqları, onun həyata keçirilmə şəraiti və
xüsusiyyətləri, tərcümə təsviri üçün anlayış aparatı, tərcümə nəzə-
riyyəsinin xüsusi konseptual bazasının yaradılması, tərcümə nəzəriy-
yəsinin digər dil və qeyri-dil fənləri ilə əlaqələrinin mövcudluğu, tər-
cümə modelinin yaradılması, ümumi tərcümə nəzəriyyəsinin universal-
larını tədqiq etməsi, izahlı tərcümə, adi tərcümə, sənədlərin maşınla
məhdud tərcüməsi, hərbi xarakterli tərcümə mətnlərinin xüsusiyyətləri,
paradiqma, cümlə paradiqması, paradiqmatika, paradiqmatik cərgə,
paradiqmatik yuva və s. məsələlər müfəssəl əksini tapmışdır.
Təqdirəlayiq haldır ki, təqdim olunmuş lüğətdə “tərcümə” anla-
yışının otuzdan artıq izahı verilir. Bundan başqa, dildaxili tərcümə, qə-
zet mətninin tərcüməsi, sənəd tərcüməsi, mətn başlıqlarının tərcüməsi,
idiomların tərcüməsi, kino-video materiallarının tərcüməsi, elmi-nəzəri
və ictimai-siyasi ədəbiyyatın tərcüməsi, natiq çıxışlarının tərcüməsi,
poeziya, nəsr və publisistik materialların tərcüməsi, ixtisarların
tərcüməsi, felyeton tipli məqalələrin tərcüməsi, terminlərin tərcüməsi,
frazeologizmlərin tərcüməsi və digər janrlı mətnlərin tərcüməsinin
xüsusiyyətləri doğru-dürüst araşdırılır.
Təqdim olunmuş “İzahlı tərcüməşünaslıq terminləri lüğəti”nin
məziyyətlərindən çox danışmaq olar. Bu lüğətin ən mühüm cəhəti
6
onun tətbiqi xarakterli olması ilə bağlıdır. Bu lüğətdən müvafiq univer-
sitetlərin tərcüməçilik (tərcüməşünaslıq) fakültələrində, Dövlət İda-
rəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Polis Akade-
miyasının, Milli Təhlükəsizlik Akademiyasının, Azərbaycan Ali Hərbi
Məktəbinin, Azərbaycan Diplomatiya Akademiyasının, Xarici İşlər
Nazirliyinin nəzdindəki Akademiyada və digər ali məktəblərin
müvafiq fakültələrində tələbələr, magistrlər, bu sahədə tərcümə
tarixçiləri, nəzəriyyəçiləri, praktik tərcümə ilə ardıcıl və sistemli
məşğul olan aspirantlar, dissertantlar və doktorantlar gərəkli mənbə,
olduqca dəyərli vəsait kimi istifadə edə bilərlər.
Bundan əlavə, burada dilçilik elminin son, yeni sahə terminləri
ilə (xeyli sayda) rastlaşmaq olar. Sözün həqiqi mənasında, tərcümə
tarixi və metodologiyasına aid olan çoxsaylı terminoloji anlayışları
ifadə edən terminlər bu əsərdə geniş şəkildə öz izahını tapa bilmişdir.
Fikrimizcə, bu lüğət həm tərcümə sənətinin elmi-nəzəri problem-
lərini öyrənmək baxımından, həm də tədris-metodiki cəhətdən çox
dəyərlidir. Gələcək milli tərcüməçilərimizin hazırlanmasında, əlbəttə,
belə əsərlərin ortaya çıxmasına böyük ehtiyac vardır.
İsmayıl KAZIMOV
filologiya elmləri doktoru
7
LÜĞƏTİN STRUKTURU
Oxuculara təqdim olunan “İzahlı tərcüməşünaslıq terminləri lü-
ğət”ində lüğət məqalələri əlifba sırası ilə düzülmüşdür. Hər söz (o
cümlədən, defislə, yaxud ayrı yazılan mürəkkəb söz), yaxud söz bir-
ləşməsi ona aid bütün materialla birlikdə ayrıca, müstəqil lüğət məqa-
ləsi yaradır. Hər nüvə təşkil edən baş söz, söz birləşməsi lüğətdə yağlı,
qara şriftlə fərqləndirilmişdir. Əgər verilmiş lüğət məqaləsinin adı iki,
yaxud bir neçə sözdən ibarətdirsə, bu zaman o tərcüməşünaslıq və
linqvistik ədəbiyyatda verilən formada verilir. Oxucular nəzərə
almalıdırlar ki, bu lüğət əsas etibarı ilə rus dilində nəşr olunmuş nəzəri
və praktik materiallar əsasında hazırlandığından müəlliflər bu və ya
digər lüğət məqalələrini məhz tərcümə olunmaqla təqdim edirlər. Bu
zaman Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə uyğun olaraq söz
və söz birləşmələri şərh olunaraq təqdim olunur. Məsələn, “Adekvat
əvəzetmə”. İnversiyaya yalnız adda mənaya görə başlıca, nüvə sözü
fərqləndirmək lazım gəldikdə yol verilir və o mənbədə işlənən kimi də
tərcümədə verilir.
Məqalələrdəki tərif və izahlar onlar bu və ya digər mənbələrdən
hansı ardıcıllıqla çıxarıldığı şəkildə nömrələnir, sıralanır. Sözlüyün
həcminin süni şəkildə şisirdilməsinə yol verməmək üçün sözlərdə ide-
ntifikasiyalaşan əlamətlərin təsnifat mürəkkəbliyinə görə müəllif əsər-
lərinə müraciət olunmur. Onlar oxuculara daha aydın, müxtəsər şəkildə
çatdırılır. İstifadə olunmuş mənbələrin siyahısı lüğətin sonunda verilir
və oxucu – tədqiqatçı ədəbiyyat siyahısı ilə tanış olduqdan sonra bu və
ya digər kitabın hansı müəllifə məxsus olduğunu müəyyənləşdirə
bilmək imkanına malik ola bilər.
Lüğətdə elə söz və anlayışlar vardır ki, onlar yalnız bir sözlə
verilir. Məsələn, “yamsılama”ona aid olan heç bir söz birləşmələri,
zəncirləri ilə verilmir. Elə söz və anlayışlar vardır ki, (məsələn “Elmi-
texniki tərcümə”) bir neçə izahı verilir.
Müəlliflər qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq dar profes-
sional, elm və texnikanın nailiyyətlərini əks etdirən bu və ya digər
xüsusi terminləri də bu lüğətə daxil etməyi gərəkli saymışlar.
8
A
Açıq auditoriya –
tərcümə zamanı ünsiyyətdə daha tez-tez
rast gəlinən final adresat. O əks əlavə (tərcüməçi öz hərəkətlərinə və
fəaliyyətinə olan reaksiyanı görür və eşidir) və müəyyən təşkil
olunma ilə seçilir.
Affirmativ metamətn
– pozitiv, protomətnə söykənən qeyri-
polemik metamətn (xülasə, təhkiyə). Affirmativ metamətn mətn-
lərarası əlaqələrin bütün üsullarını (imitativ, selektiv, redusiyalı,
komplementar) birləşdirir. Metamətnin affirmativ dialektik elementi
dəyişilmiş kontekstdə (məsələn, sitat gətirilən parodiya) kontroverz
potensial imkanı olur.
Axtarış mexanizmi və tərcümə həllinin seçilməsi
– nəzarət
edilən məqsəd, məzmun, sintaktik və leksik səviyyələrdə istifadə
olunur. Bütün mexanizm, adətən, məzmun və leksik-sintaktik sə-
viyyə kombinasiyasına istiqamətlənir.
Alıcı (alan) –
1. Məlumatın ünvanlanmış kommunikativ aktın
iştirakçısı; tərcümə prosesində ilkin mətnin alıcısı ilə tərcümə
mətninin alıcısı fərqləndirilir. 2.Bu, həm də adresat deməkdir. 3.
İnformasiyanı qəbul edən kommunikant.
Alıcı reaksiyası –
deyimin denotat, konnotativ və praqmatik
mənasının alıcı tərəfindən qavranılması.
Alqoritmin tərtibi –
işin aşağıdakı mərhələlərini nəzərdə tu-
tur: 1) prinsipial blok-sxemin işlənib hazırlanması; 2) alqoritmin
müfəssəl strukturunu əks etdirən mərhələ-mərhələ blok sxemlərin
işlənib hazırlanması; 3) verilən və alqoritmlərin bütöv şəkildə
təqdim olunmasının işlənib hazırlanması prosesinin ayrı-ayrı mərhə-
lələrinin məzmunun dürüst təsviri; 4) alqoritmin maşın dilinə
çevrilməsi, daha doğrusu, proqramların hazırlanması.
Ana dili –
insan tərəfindən erkən uşaqlıq dövründə ətrafdakı-
ları, böyükləri təqlid etmək yolu ilə mənimsənilən dil.
Anlayış –
1. Əşya və hadisələrin sinfi haqqında məntiqi tərəf-
dən formalaşdırılmış ümumi fikir. 2. Hər hansı şey haqqında təsəv-
9
vür, məlumat. 3. Hər hansı nəyinsə dərki üsulu və səviyyəsi. 4. Öz
spesifik əlamətlərinə, tamlığına görə obyekt siniflərinin ümu-
miləşdirilməsinin tərtibatı. Obyektin mühüm əlamətlərinə görə
düşünülmüş ümumiləşdirmə elmi anlayışın obyektinə çevrilir. Dil
işarəsinin köməyi ilə dil mənası ilə anlayışın işarələnməsi.
Annotasiyanın strukturu –
aşağıdakı bəndlərdən ibarətdir:
1) predmet rubrikası; 2) mövzu; 3) mənbənin əsas verilmişləri; 4)
materialın sıxlaşmış xarakteristikası; 5) ilkin mənbənin tənqidi də-
yəri.
Anoforik əvəzliklər
– mətndə semantik münasibətlərin
valentliyi kimi də şərh oluna bilər. Əvəzlik mətndə təkrarı qabardan
və fərqləndirən elementlərdən biridir.
Antonimlər lüğəti
– əks sözlərin antonimik sırasını izahla və
onların işlənmə nümunələrini göstərən lüğət.
Ara alqoritmik dil –
universal xarakter daşıyan və hər hansı
məsələnin təsvirində iştirak edən ikinci nəsil alqoritmik dil; o alqo-
ritmlərin yazısını asanlaşdırır, həll metodlarının standartlaşmasına
kömək edir, proqramın tərtib olunub EHM özünə verilməsi üzrə işin
bir hissəsinə imkan verməklə, proqramlaşma proseslərində avtomat-
laşmanı stimullaşdırır.
Ara dil –
1. İkipilləli sinxron tərcümə zamanı bütün tərcümə-
çilərin həyata keçirdiyi tərcümə və onlara məlum olan dildir ki, adə-
tən, pilot-kabinədən digər işçi dillərə və əksinə aparılır. 2. Bu, elə
ara (ünsiyyət vasitəsi olan) dil deməkdir.
Aradan qaldıran əlaqə –
protomətnə kontroverz münasibət
özünü onda göstərir ki, mətnin seqmentləri atılır, yaxud bütöv kimi
aradan götürülür. Mətnin mətnə qarşı aradan götürmə münasibəti
eyni zamanda interpretasiya faktoruna (amilinə) çevrilir və, deməli,
semiotik izah nümunəsi kimi xidmət edə bilir.
Aralıq (ortadakı) adresat –
informasiyanı verən və qəbul
edən şəxs, daha doğrusu, tərcüməçi, yaxud adresat-əvəzedici.
Ardıcıl tərcümə –
1. Dinlənildikdən və bütün məlumat sona
çatdıqdan sonra onun bir dildən digər dilə şifahi tərcümə olunması,
həmsöhbətin, natiqin, radioməlumatın və s. tam deyilməsi; səsli
10
nitqin qavrayışını və çıxış məlumatının şifahi şəkildə formalaşdırıl-
masını nəzərdə tutur. 2. Dinlənildikdən sonra mətnin şifahi tərcümə-
si. Aşağıdakı ardıcıl tərcümə növləri fərqləndirilir: yazılı və abzas-
cümlə tərcüməsi və eləcə də birtərəfli tərcümə və ikitərəfli tərcümə.
Əksər hallarda ardıcıl tərcüməni eşitmə ilə peşəkar tərcümə
fəaliyyətinin növü kimi şifahi tərcümə adlandırırlar. 3. İlkin mətn
səsləndiriləndən sonra aparılan şifahi tərcümə növü. 4. Eşitməyə
görə aparılan şifahi tərcümə. O, beləliklə, səs nitqinin qavrayışına,
çıxan, göndərilən məlumatın şifahi nitqdə formalaşdırılmasını
nəzərdə tutur. Ardııl tərcümənin əsas xüsusiyyəti ilkin və
göndərilən məlumatın zaman kəsiyində qırıq-qırıq verilməsidir. Bu,
zaman baxımından kəsik-kəsik zaman kəmiyyəti ilə ilkin məlumatın
danışana verməsi ilə bağlı zəruri olan uzunluqdur ki, onun uzunluğu
daha çox ola bilər. Bu amil tərcüməçinin işini xeyli çətinləşdirir.
Çünki o, yaddaşında informasiyanın həcmini bu zaman kəsiyində
saxlamalıdır ki, əksər hallarda o yaddaşın operativ imkanlarını də-
fələrlə ötür, üstələyir. Bu vəzifəni yerinə yetirmək üçün tərcümə-
çinin yaddaşını həddən artıq yükləməmək məqsədi ilə (qismən) xü-
susi yazma sistemindən istifadə olunur. 5. Dinlənildikdən sonra
mətndə pauzalarda müəllif mətninin müəyyən hissəsinin yerinə
yetirilməsi. 6. Dinlənildikdən sonra mətnin digər dilin vasitələri ilə
verilməsi.
Ardıcıl tərcümədə yazı sistemi –
bax: ardıcıl tərcümədə yazı.
Ardıcıllıq –
bir-birinin ardınca gələn iki, yaxud bir neçə nitq
seqmenti, yaxud nitq vahidi.
Arximətn –
əsil, ilkin mətn haqqında mücərrəd təsəvvür,
mətnlərarası əlaqələrdəki ilkin (janrın ilk nümunəsi).
Arxisema və onun tərcüməsi
– ilkin mənanın poetik mətnin
variant vahidləri ilə gercəkləşən planları (Y.M.Lotman); semiofik
vahidi. Tərcümədə arxisema mətnin invariant hissələri ilə əla-
qələnir, deməli, o, belə demək mümkünsə, mətnin dərinlik struk-
turunu yenidən yaradır (işarələr səviyyəsində olan tərcümə).
Atalar sözü –
1. Obrazlı xarakterli və nəsihətli məna bildirən
tamamlanmış deyim. Mətnə daxil edilib tərcümə üçün nəzərdə tutul-
11
muş atalar sözü tərcümə vahidi kimi qiymətləndirilir, çünki o da
mətndəki digər vahidlər kimi tərcümə həlli tələb edir. 2. Atalar sözü
obrazlı, tamamlanmış deyim olmaqla və nəsihətamiz məna da-
şımaqla, spesifik ritmik-fonetik tərtibata malikdir.
Ayrıca söz
– kontekst xaricində konkret, müəyyən mənası ol-
mayan və buna görə də tərcüməyə yatmayan nitq-dil vahidi.
B
Baş məcmu strukturu –
o nomenklatur model (tədqiqat) kor-
pusunun yaxşı aparılmış inventarizasiyanın, sistemləşdirmənin və
təsnifatının ortaya çıxarılmasıdır ki, onun nəticəsində struktur – təş-
kili sxem-modelin qurulması gedir. Bax: baş məcmu.
Başqa istiqamətə keçirilmə vərdişi –
1. Mətn vahidinin yeni
koda (dilə) keçirilməsi üçün avtomatlaşdırılmış əməliyyat axtarışı
və onun gerçəkləşdirilməsini həyata keçirmə bacarığı. Adətən başqa
istiqamətə keçirilmə vərdişi əməliyyatı formal-işarə səviyyəsində
nəzərdə tutulur. 2. İşarə əlaqələrini avtomatdırılmış şəkildə qurma
bacarığı: bir dildəki leksik vahidlərə (söz birləşməsi, danışıq şab-
lonlarına) digər dildə müvafiq ekvivalentlərin tapılması. Başqa
istifqamətə keçirilmə vərdişi subordtinativ bilinqvizmin əsasında
dayanır.
Başlıqaltı –
bax: başlıq.
Beynəlxalq dil –
1. Süni köməkçi dildir ki, beynəlxalq ünsiy-
yət vasitəsi kimi təklif olunur; 2. Dünyanın xeyli ölkələrinin xalqları
üçün beynəlxalq ünsiyyət vasitəsi kimi istifadə edilən təbii dil; 3.
Geniş miqyasda siyasi-ərazi birlikləri nümayəndələri arasında
ünsiyyət üçün vasitə kimi təklif olunmuş sosial-dil qurumu.
Bədii ədəbiyyat tərcüməsi –
bax: bədii tərcümə.
Bədii ədəbiyyatın tərcüməsi
– burada tərcümə obrazlı-emo-
sional məqamların verilməsində maksimal dərəcədə adekvat olmalı-
dır. Məhz belə tərcümədə müəllifin əhval-ruhiyyəsi və hisslərinin,
onun spesifik üslubunun verilməsi xüsusən zəruridir.
12
Bərabər uzunluqlu avtomatlaşmış maşın lüğəti –
bu, lüğət
(leksik) vahidləri, lüğət vahidlərinin uzunluğu üzrə sahmanlanmış,
daha doğrusu, hər bir leksik vahiddə sözformalarının sayı nəzərdə
tutulmuş lüğətdir.
Bilavasitə tərcümə –
orijinalla birbaşa tərcümə manipulyasi-
yası əsasında realizə olunan tərcümə.
Bilavasitə təşkil edənlər
– bu, iki elementdir ki, onlardan
bilavasitə daha yüksək səviyyəli (daha böyük xətti uzunluğa malik)
vahid əmələ gəlmişdir.
Bildirən –
fərqləndirilən obyektə görə leksik vahid, söz.
Dostları ilə paylaş: |